Məhkəmə qərarları › İş №1(011)-33/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-33/2021

23.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-33/2021 23.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1983-cü ildə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qediyyatda olan və yaşayan, Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İbtidai istintaq müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədilə xx xxxxxx 2019-cu il tarixdə, axşam saatlarında Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Xətai rayonu, “UPD" qəsəbəsi, Qafqaz küçəsi, 53 nömrəli evin həyətyanı sahəsində yerləşən usta kimi işlədiyi inşa edilən ikimərtəbəli evdən 100 manat dəyərində qaynaq aparatı, hər birinin dəyəri 25 manat olan iki ədəd laqonda, 50 manat dəyərində preferator, 10 manat dəyərində drel, hər birinin dəyəri 170 manat olan iki ədəd plastik qapı, 80 manat dəyərində plastik pəncərə, 300 manat dəyərində təzə elektrik alətləri və təzə santexnika ləvazimatlarını gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs 930 manat məbləğində maddi ziyan vurub oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- nin 177.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhərində müxtəlif tikintilərdə işləyir və adətən də işlədiyi yerdə qalır, ya da ucuz kirayə ev tapanda orada qalır. Çünki Bakıda qalmağa başqa yeri yoxdur. 2019-cu ilin noyabr ayında o, özünə Bakıda ucuz qiymətə kirayə ev axtarırmış, soraqlaşa-soraqlaşa Xətai rayonu, UPD qəsəbəsi, Qafqaz küçəsində ucuz kirayə ev tapmışdır. Ev sahibi Nazim adlı şəxslə həyətində olan bir otaqlı evi aylıq 110 manata razılaşmışlar, O, həmin evdə qalmağa başlamışdır. Nazim həyətində ikimərtəbəli ev tikirmiş, evin daş işi görülmüşdü və damı da vurulmuşdu. Sonra Nazimlə söhbət zamanı sonuncu demişdir ki, həmin tikilən evdə suvaq işi görülməlidir. O, bildirmişdir ki, hazırda başqa yerdə işləyir, lakin qısa müddət ərzində həmin işini qurtaracaq və ondan sonra Nazimin evində suvaq işinə başlaya bilər. Həmin müddət ərzində o, Nazimə suvaq işi üçün lazım olan tikinti materiallarını aldırmışdır, həmçinin özünün də işə başlamağı üçün hazırlıqlar görmüşdür. Onlar suvağın bir kvadrat metrini 2 manat 50 qəpikdən razılaşmışlar. Təxminən 2019-cu ilin noyabr ayının axırlarında o, Nazimin evində suvaq işinə başlamış və az bir sahədə suvaq işi görmüşdür. Həmin müddət ərzində o, Nazimin həyətindəki evində kirayədə qalırmış və kirayə haqqı olaraq Nazimə iki dəfəyə 60 manat pul vermişdir. xx xxxxxx 2019-cu il tarixdə o, axşamüstü spitli içki qəbul edib Nazimin həyətindəki tikilən evində ikinci mərtəbədə olan təmir alətlərini oğurlamaq qərarına gəlmişdir Bu məqsədlə o, həmin evin ikinci mərtəbəsində olan bir ədəd prefaratoru, bir ədəd direli, 2 ədəd laqondanı və bir ədəd qaynaq aparatını gizlincə evdən həyətə çıxartmışdır. Təxminən 100-200 metr aparmış və yol kənarına qoymuşdur. Həmin zaman bir nəfər şəxsin, adını sonradan bildiyi Xəqaninin usta paltarında yanından keçdiyini görmüşdür, Xəqani ilə söhbət edib ona demişdir ki, bu alətləri satır. Xəqani usta olduğunu təsdiq etmiş, ilk əvvəl həmin alətləri almaqda tərəddüd etmişdir, lakin o, Xəqanini inandırmışdır ki, özü də ustadır və alətlər özünə məxsusdur, qəflətən pula ehtiyacı yarandığı üçün onlar satır. Xəqani onları almağa razı olmuşdur, o, həmin alətləri Xəqaniyə vermişdir, Xəqani demişdir kl, hazırda üstündə pulu yoxdur, səhəri günü elə həmin yerdə görüşsünlər, ona həmin alətlərə görə 40 manat pul verəcək. O, razılaşmış və Xəqani alətləri götürüb aparmışdır. O, bundan sonra kirayə qaldığı Nazimin həyətindəki evə gəlmişdir. Nazimgil onun həmin alətləri oğurladığını bilməmişlər. Səhəri günü o, həmin yerə getmiş və Xəqani gəlib ona 40 manat pul vermişdir. Sonra o, bir daha Nazimin evinə getməmişdir. Daha sonra əməlindən peşman olduğunu, səmimi etirafını, ilk məhkumluğunu, bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmişin, şahidlərin ifadələri, ekspertiza rəyi və işdə olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, qızı Xəyalə üçün yaşadığı evin həyətyanı sahəsində ayrıca ev tikmişdir. Evin daş işi qurtarmışdı və damı vurulmuşdu, lakin hələki qapı-pəncərələri qoyulmamışdı və suvaq işi görülməmişdi. 2019-cu ilin noyabr ayının təxminən ortalarında əvvəllər tanımadığı, adını sonradan bildiyi Təqsirləndirilən şəxs onların həyətinə gəlmiş və demişdir ki, özü ustadır, həyətdə ev tikildiyini görüb onlara yaxınlaşmışdır ki, ustalıq edə biləcəyini teklif etsin. Azer demişdir ki, qalmağa da yeri yoxdur, həm ustalıq edib, həm də işlədiyi yerdə qalmaq istəyir. Onlar həmin ərəfədə onsuz da usta axtarırmışlar. Ona görə də Azərin təklifi ilə razılaşmışlar. Azər həyətdə tikilən evdə suvaq işi görəcəkmiş, Azərlə razılaşmışlar ki, o, yeni tikilən evdə suvağın bir kvadrat metrini 2 manatdan vursa həyətində olan anbar kimi istifadə etdikləri bir otağı ona aylıq 110 manata kirayə verə bilər, Azər deyirmiş ki, ona həm də qalmağa ucuz yer lazımdır və kirayə haqqını onun gördüyü işə görə verəcəkləri usta pulundan çıxarlar. Bu qaydada onlar razılaşmışlar və Azər İşə başlamışdır. Azərin tapşırığı ilə onlar lazımi tikinti materiallarını alıb gətirmişlər. Bir neçə gün sonra Azər demişdir ki, onun uşağı xəstədir və uşağı rayondan Bakıya gətirməlidirlər, buna görə də ona təcili 80 manat pul lazımdır. O da Azərə inandığı və yazığı gəldiyi üçün ona 80 manat pul vermişdir. Azər az bir müddət işləyib cuzi suvaq işi görsə də sonra bir bəhanə ilə gedib bir neçə gün sonra qayıdırmış. Bildirmişdir ki, həyətdəki tikilən evdə təmir alətləri və tikinti materialları var imiş. Azər təxminən bir 10 gün həyətdəki evdə qalmış, lakin çox cüzi təmir işi görmüşdür. xx xxxxxx 2019-cu il tarixdə onlar səhər yuxudan qalxıb görmüşlər ki, Azər həyətdə qaldığı evdə yoxdur. Onlar Azərin telefonuna zəng etsələr də, sonuncu cavab verməmişdir. Fikirləşmişlər ki, yəqin uşaqlarına baş çəkməyə gedib və qayıdacaq. İki gün sonra qonşuluqda yaşayan Xəqani adlı şəxs onlara gəlmiş və demişdir ki, Azər ona bir ədəd perforator, iki ədəd laqonda və bir ədəd dreli baha qiymətə satıb və aparatlardan biri də işləmir, ona görə də Azəri axtanr ki, onları qaytarsın. O, həmin aparatlara baxıb onların ona məxsus olduğunu görmüş, belə ki, həmin aparatları o, həyətdə tikilən evin ikinci mərtəbəsində saxlayırmış, orada təmir zamanı istifadə olunurmuş. O, başa düşmüşdür ki, Azər onları həyətdə tikilən evdən oğurlayıb Xəqaniyə satıb. Buna görə də həyətdəki tikilən evə nəzər yetirmiş və görmüşdür ki, evdən Azər tərəfindən 300 manat dəyərində qaynaq aparatı, hər birinin dəyəri 120 manat olan iki ədəd laqonda aparatı, 150 manat dəyərində bir ədəd perforator, 80 manat dəyərində bir ədəd drel, hər birinin dəyəri 170 manat olan iki ədəd plastik qapı, 80 manat dəyərində bir ədəd plastik pəncərə, təxminən 300 manat dəyərində təzə elektrik alətləri və təzə santexnika ləvazimatları oğurlanmışdır. xx xxxxxx 2019-cu il tarixdə Xəqani onlara bir qaynaq aparatı gətirmiş və demişdir ki, həmin qaynaq aparatını ona Azər verib, Xəqaninln gətirdiyi ona məxsus qaynaq aparatının içərisi tamam sökülmüşdü, mis naqilləri götürülmüş və yararsız halda imiş. Bundan sonra onlar 102 xidmətinə və 37-ci Polis Bölməsinə Azərin oğurluğu barədə məlumat vermişlər. Onların şikayəti əsasında 37-ci Polis Bölməsində araşdırma aparılmış və Xəqaninin gətirdiyi 4 ədəd aparat, eləcə də bir ədəd qaynaq aparatı bölmə əməkdaşları tərəfindən götürülmüşdür. Daha sonra ziyan ödənilmədiyindən təqsirləndirilən şəxslə barışmadığını və onun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsi zərərçəkmiş şəxsin ifadəsinə oxşar olmuşdur. Məhkəmə iclasında Şahid2 istintaqda verdiyi ifadəsi elan olunaraq tədqiq edilmişdir. Onun ifadəsi təqsirləndirilən şəxsin ifadəsinə oxşar olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 322 №-li əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 2 ədəd laqonda, bir ədəd preferator, qaynaq aparatı ve drel 2019-cu ilin noyabr ayına orta bazar qiyməti ilə ümumi dəyəri 210.00 manat müəyyən olunur. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, cinayət işi üzrə maddi sübut olan iki ədəd laqonda, bir ədəd preferator, qaynaq aparatı ve drel maddi sübut kimi tanınaraq saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə tutulmuşdur. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, MSY-dan azad olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə çağırışlarına məhəl qoymadığına görə barəsində axtarış elan edilmiş və polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli DİN-nin Bakı şəhər Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin məktubundan məlum olur ki, axtarışda olan Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə tutularaq xx xxxxxx 2020-ci il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ziyan ödənilmədiyindən təqsirləndirilən şəxslə barışmamış, cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutlaran məcmusu ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi, onun özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqana tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağadakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayəti etiraf etməsini, əməlindən peşman olmasını, ilk məhkumluğunu cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından saxlandığı iki gün çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılmış iki ədəd laqonda, bir ədəd preferator, qaynaq aparatı ve drel hökm qanuni qüvvəyə mindikdən sonra onun istifadəsinə verilmiş hesab edilməlidir. Ekspertiza tədqiqatının dəyəri – 50 (əlli) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Cinayət işi üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə nəzərə alınmaqla təyin olunmuş 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından 02 (iki) gün çıxılmaqla onun üzərində qəti olaraq 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılmış iki ədəd laqonda, bir ədəd preferator, qaynaq aparatı ve drel hökm qanuni qüvvəyə mindikdən sonra onun istifadəsinə verilmiş hesab edilsin. İş üzrə məhkəmə xərci ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar