Məhkəmə qərarları › İş №1(011)-33/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-33/2022

18.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-33/2022 18.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3, müdafiəçilər - Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1 və “Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 1992-ci ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Naxçıvan Muxtar Respublikası, Şahbuz rayonu, Nursu kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, yeni yaşayış massivində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə, xx xxxxx 1995-ci ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə, xx xxxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 verilmiş ittihama əsasən, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə, tanışı Təqsirləndirilən şəxs1 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, faktiki olaraq heç bir səlahiyyətləri olmadığı halda satmaq öhdəliyi ilə kirayə mənzil təşkil edə biləcəklərinə dair yalan məlumatları “Yeni Emlak.az” saytında yerləşdirilməsinə nail olduqdan sonra, həmin saytda yerləşdirilmiş məlumatlar əsasında müraciət etmiş Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək, Bakı şəhəri, Nizami rayonu ərazisində inşa edilmiş yeni tikili binadan Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondunun xətti ilə satmaq öhdəliyi ilə kirayə mənzil satacaqlarına dair Zərərçəkmiş şəxs1 yalan vəd verib aldadaraq, ilkin ödəniş və bir illik kirayə haqqı ilə birlikdə 14000 manat pulunu 14 may 2020-ci ildə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 72 ünvanında ələ keçirərək, sonradan vədinə əməl etməyib, Zərərçəkmiş şəxs1 14000 manat - xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə, Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, faktiki olaraq heç bir səlahiyyətləri olmadığı halda Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondunun xətti ilə Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən fərdi yaşayış evinin alınması üçün ipoteka krediti düzəldəcəklərinə dair yalan vəd verib aldadaraq, iki dəfəyə 27 iyul 2020-ci ildə 6000 manat, 02 avqust 2020-ci ildə isə 2000 manat olmaqla, ümumilikdə 8000 manat pulunu ünvan 4 ünvanında vahid niyyəti əhatə edən qəsdlə ələ keçirərək, sonradan vədinə əməl etməyib, Zərərçəkmiş şəxs3 8000 manat - xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə, tanışı Təqsirləndirilən şəxs1 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, faktiki olaraq heç bir səlahiyyətləri olmadığı halda satmaq öhdəliyi ilə kirayə mənzil təşkil edə biləcəyinə dair yalan məlumatları “Yeni Emlak.az” saytında yerləşdirilməsinə nail olduqdan sonra, həmin saytda yerləşdirilmiş məlumatlar əsasında müraciət etmiş cinayətə aidiyyəti olmayan Şahid1 vasitəsilə əri Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək, Bakı şəhəri, Nizami rayonu ərazisində inşa edilmiş yeni tikili binadan Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondunun xətti ilə satmaq öhdəliyi ilə kirayə mənzil satacağına dair Zərərçəkmiş şəxs2 yalan vəd verib aldadaraq, ilkin ödəniş və bir illik kirayə haqqı ilə birlikdə bir neçə dəfəyə Şahid1 vasitəsilə 06 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 115 ünvanında 3000 manat, 13 avqust 2020-ci il tarixdə ünvan 6 ünvanında 17000 manat, 2020-ci ilin sentyabr ayının ortalarında ünvan 7 ünvanında 6000 manat olmaqla, ümumilikdə 26000 manat pulunu vahid niyyətini əhatə edən qəsdlə ələ keçirərək, sonradan vədinə əməl etməyib, Zərərçəkmiş şəxs2 26000 manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Eyni zamanda, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 verilmiş ittihama əsasən, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə, tanışı Təqsirləndirilən şəxs2 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, faktiki olaraq heç bir səlahiyyətləri olmadığı halda satmaq öhdəliyi ilə kirayə mənzil təşkil edə biləcəklərinə dair yalan məlumatları “Yeni Emlak.az” saytında yerləşdirilməsinə nail olduqdan sonra, həmin saytda yerləşdirilmiş məlumatlar əsasında müraciət etmiş Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək, Bakı şəhəri, Nizami rayonu ərazisində inşa edilmiş yeni tikili binadan Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondunun xətti ilə satmaq öhdəliyi ilə kirayə mənzil satacaqlarına dair Zərərçəkmiş şəxs1 yalan vəd verib aldadaraq, ilkin ödəniş və bir illik kirayə haqqı ilə birlikdə 14000 manat pulunu 14 may 2020-ci ildə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 72 ünvanında ələ keçirərək, sonradan vədinə əməl etməyib, Zərərçəkmiş şəxs1 14000 manat - xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə, tanışı Təqsirləndirilən şəxs2 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, faktiki olaraq heç bir səlahiyyətləri olmadığı halda satmaq öhdəliyi ilə kirayə mənzil təşkil edə biləcəklərinə dair yalan məlumatları “Yeni Emlak.az” saytında yerləşdirilməsinə nail olduqdan sonra, həmin saytda yerləşdirilmiş məlumatlar əsasında müraciət etmiş cinayətə aidiyyəti olmayan Şahid1 vasitəsilə, əri Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək, Bakı şəhəri, Nizami rayonu ərazisində inşa edilmiş yeni tikili binadan Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondunun xətti ilə satmaq öhdəliyi ilə kirayə mənzil satacağına dair Zərərçəkmiş şəxs2 yalan vəd verib aldadaraq, ilkin ödəniş və bir illik kirayə haqqı ilə birlikdə bir neçə dəfəyə Şahid1 vasitəsilə, 06 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 115 ünvanında 3000 manat, 13 avqust 2020-ci il tarixdə ünvan 6 ünvanında 17000 manat, 2020-ci ilin sentyabr ayının ortalarında ünvan 7 ünvanında 6000 manat olmaqla, ümumilikdə 26000 manat pulunu vahid niyyəti əhatə edən qəsdlə ələ keçirərək, sonradan vədinə əməl etməyib Zərərçəkmiş şəxs2 26000 manat - xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Həmçinin, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs3 verilmiş ittihama əsasən, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, faktiki olaraq heç bir səlahiyyətləri olmadığı halda, Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondunun xətti ilə Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən fərdi yaşayış evinin alınması üçün ipoteka krediti düzəldəcəklərinə dair yalan vəd verib aldadaraq, iki dəfəyə 2020-ci ilin iyul ayının sonlarında 6000 manat, 2020-ci ilin avqust ayının əvvəllərində isə 2000 manat olmaqla, ümumilikdə 8000 manat pulunu ünvan 4 ünvanında vahid niyyəti əhatə edən qəsdlə ələ keçirərək, sonradan vədinə əməl etməyib, Zərərçəkmiş şəxs3 8000 manat - xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, Şahid4 2015-ci ilin aprel ayından Qala qəsəbəsinə köçən vaxtlardan tanıyır. Rüfət icarəyə götürdüyü “Ravon Nexia” markalı avtomobillə taksi fəaliyyəti göstərmiş və evinə taksi lazım olan zaman, həmişə ona müraciət edirmiş. Təqsirləndirilən şəxs1 isə 2020-ci ilin mart ayından tanıyır. Həmin vaxtlarda ortaq tanışları olan Ruslan Hüseynov, Ruslanın xalası oğlu kimi tanıdığı Ceyhunla təsadüfən “Neftçilər” metrostansiyasının yaxınlığında çay evində görüşən zaman, Fəqanda onların yanında olmuş və tanışlıqları yaranmışdır. Ruslan onu Fəqanla tanış edən zaman, ev alqı-satqısı ilə məşğul olan bir adam kimi təqdim etmişdir. Söhbət zamanı da, onu da bank işçisi kimi Fəqana təqdim etmişlər. Fəqan ona demişdir ki, ipoteka və ya qalmaq şərtilə kirayə mənzillərin verilməsinə köməklik edilməsi üçün müraciət edən şəxslər olur, bu işdə köməklik edə bilib-bilməyəcəyini ondan soruşmuşdur. O da, Fəqana demişdir ki, bir nəfər Elnarə adlı tanışı var və həmin şəxs mənzillərin qiymətləndirilməsi şirkətində işləyir, o, ipoteka və ya kirayə evləri həll edə bilər. Bundan təxminən bir müddət sonra, Təqsirləndirilən şəxs1 onun mobil telefonuna zəng edərək demişdir ki, çoxlu sayda müştəri var, qalmaq şərtilə kirayə verilən mənzil istəyir və ondan xahiş etmişdir ki, bu işdə ona köməklik etsin. Fəqan xahiş etmişdir ki, onu Elnarə ilə tanış etsin və hər ikisi bu işlə bağlı qazanc götürsünlər. O, razılaşıb Fəqanla “Neftçilər” metrostansiyasının yaxınlığında görüşmüşdür. Bundan sonra, Elnarənin mobil telefonuna zəng etmiş, ilk əvvəl özü danışıb izah etmişdir ki, yanında bir nəfər var, ev alqı-satqısı ilə məşğul olur, çoxlu müştəriləri var, telefonu versin, qalmaq şərtilə verilən kirayə mənzillər barədə məlumat versin. Elnarə razılıq verəndən sonra, telefonu Fəqana uzatmışdır. Fəqan Elnarə ilə danışmağa başlamış və danışa-danışa kənara çəkilmiş və konkret olaraq hansı məzmunda danışıq aparmasından xəbərsiz olmuş, sonra onun yanına gəlib telefonu qaytarmış və ayrılıb çıxıb getmişdir. Elə həmin gün Elnarə ona zəng vurub məlumat vermişdir ki, bəs Fəqan ona telefonda mesaj yazır, lakin narahatçılıq üçün heç bir əsas yoxdur, əgər müştəri gətirsə, onun yanına göndərəcəkdir. Həmin ərəfələrdə tez-tez həkimə gedib-gəldiyi üçün, taksi kimi Rüfətin xidmətindən istifadə etmişdir. Bir dəfə də xəstəxanadan çıxandan sonra, Fəqanla görüşəcəyi üçün Rüfətə də demişdir ki, bəs onu Fəqanla görüşmək üçün aparsın. Rüfətə demişdir ki, əgər Fəqan qalmaq şərtilə kirayə mənzillərin verilməsini düzəltsə, ona da hörmət edəcək və o da, öz növbəsində Rüfətə hörmət edəcəkdir. Bundan başqa, Fəqan ondan satılacaq mənzillərin harada yerləşməsini soruşduqda, o, Elnarədən soruşmuş və Elnarə ona bir internet linki göndərmişdir. Həmin linkə daxil olduqda, mənzillərin “Həzi Aslanov” və “Qara Qarayev” metrostansiyalarının yaxınlığında, Nizami rayonunda Samir Balakişiyev küçəsində, Yasamal rayonunda Qanlı göl adlanan ərazidə, Abşeron rayonunda Xırdalan şəhəri, həmçinin Sumqayıt şəhərində yerləşdiyi məlum olmuşdur. O da, həmin linki Fəqana göndərmişdir. Bundan sonra bir neçə dəfə onlar Fəqanla görüşüb mənzillərə baxmış, lakin heç bir zaman Fəqan ona hər hansı bir mənzilin alınması üçün sənəd verməmiş, nə də ki, o, Fəqana sənəd verməmişdir. Bundan başqa, onun Fəqanla olan münasibəti zamanı kimlərdən qalmaq şərtilə hansı məbləğdə pul almasından xəbəri olmamış, nə də ki, heç bir məbləğdə pul verməmişdir. Sonradan ona məlum olmuşdur ki, Fəqan bir çox adamlardan pul almışdır. Bundan başqa, tanışı Şahid3 Sabunçu rayonu, Ramana qəsəbəsində evi olmuş və həmin evi satışa qoymuşdur. Evi almaq istəyən Zərərçəkmiş şəxs3 adlı şəxs evin dəyərini ödəməyə pulu çatmamış və bu səbəbdən Ayxan ondan xahiş etmişdir ki, ipoteka düzəltməsinə köməklik etsin. O, Elnarə ilə danışmış və Elnarə ipoteka kreditinin düzəlməsində köməklik edə biləcəyini bildirmiş və bunun üçün 8000 manat pul lazım olduğunu demişdir. O, İlkindən iki dəfəyə olmaqla, ümumilikdə 8000 manat pulu alıb Elnarəyə vermişdir. Sonradan isə işin həlli uzandığı üçün, İlkin ondan pulu geri tələb etmişdir. Hazırda isə onlar iş üzrə Zərərçəkmiş şəxs3 dəymiş ziyanı tam olaraq ödəmişlər, onunla barışmışlar və eyni zamanda, dəymiş ziyanın müvafiq faizini dövlət büdcəsinə ödəmişlər. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, barəsində ədalətli qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, 2020-ci ilin yanvar ayında istifadəsində olan mobil telefona özünü «Vüqar» kimi təqdim edən şəxs ona zəng vurmuş və onun evlərin alqı-satqı sahəsində çoxlu tanışlarının olduğunu bildiyini demiş və ona təklif etmişdir ki, əgər kimsə İpoteka və Kredit Zəmanəti fondunun yolu ilə kirayə evlər istəsə, təşkil edə bilər və ona da bu işin müqabilində hörmət edəcəkdir. Həmçinin Vüqar ona demişdir ki, özü “NBC Bank”ın Babək prospektində yerləşən filialında işləyir, lakin bu işin banka heç bir aidiyyəti yoxdur, onun İpoteka fondunda tanışı var və onun əli ilə işləri həll edir, heç bir problem yaranmır, əgər şəxsin əmək haqqısı onun üçün kredit verilməsinə imkan vermədikdə, özlərinin tanış şirkətləri var, həmin şəxsin adını yüksək əmək haqqı ilə şirkətə işə yazdırır və bundan sonra kredit verilməsində heç bir problem yaranmır. Hətta Vüqar demişdir ki, evin dəyərinin 10 faizi qədərində onlara pul verilməlidir, həmin pulun müqabilində onlar bütün şərtləri yerinə yetirərək, mənzili təhvil verəcəklər. Həmin 10 faiz pulun içərisində mənzilin əvvəlcədən ödənilən bir illik kirayə pulu da olacaqdır, qalan pul da onların qazancıdır, həmçinin həmin puldan ona da hörmət edəcəkdir. Danışıqları zaman, Vüqar həmçinin demişdir ki, kredit düzəltməsi üçün iş yeri lazım olduqda, onu da 3000 manata həll edirlər. Vüqarın şərtləri onu qane etdiyi üçün razılaşmışdır ki, bu işlə onlarla birlikdə məşğul olsun. Vüqar ona demişdir ki, təşkil edə biləcəyi evlər “Neftçilər” və “Əhmədli” metrostansiyalarının yaxınlığında, Sumqayıt və Xırdalan şəhərlərində və Binəqədi rayonu ərazisində yerləşən “Qızıl Gül” restoranının yaxınlığındakı binada yerləşir. O da, Vüqarın dediklərinə əsasən ev alqı-satqısı ilə məşğul olan şəxslərə bu barədə məlumat vermişdir ki, onlar elan versinlər. Həmin şəxslərdən biri də «Qətibə» adlı qadın idi, onun «Yeniemlak.az» saytında elanları vardır və orada Vüqarın ona təklif etdiyi qaydada elanı yerləşdirmiş, hətta Qətibəyə demişdir ki, onunda hörməti olunacaqdır, bir evdə təxminən ***-**** manat arası qazancı olacaqdır. Bundan sonra Qətibə də onunla razılaşaraq, öz elan səhifəsində Vüqarın dediyi şərtlərlə elan vermişdir. Bundan sonra, bir neçə dəfə Vüqarla danışaraq, dəqiqləşdirmələr aparmış, hətta ona evlərin yerləşdiyi ərazi üzrə hər kvadrat metrə görə qiymətinin də qeyd olunduğu adi cədvəl formasında kompüter vasitəsilə yazılmış yazını da göndərmiş, lakin Vüqara demişdir ki, rəsmi sənəd olsun ki, sənədi göstərə bilsin. Bundan sonra, görüşlərindən birində Vüqar ona Mənzil İnşaatı Dövlət Agentliyinin təsdiq olunmuş rəsmi cədvəlini də göstərmişdir. Vüqar onunla hər dəfə görüşəndə bir ağ rəngli “Ravon Nexia” markalı avtomobillə gəlirmiş. Avtomobilin sürücüsü də onunla görüşəndə Vüqarın dediklərini təsdiq etmiş və demişdir ki, İpoteka fondunda işləyən Çingiz adlı şəxs tanışıdır və Çingiz vasitəsilə evi düzəldirlər. Vüqardan MİDA tərəfindən təsdiq olunmuş cədvəli tələb edən zaman, demişdir ki, bunu əldən ələ vermək olmaz, bunu yalnız göstərmək üçün gətirmişdir. Vüqara demişdir ki, sənədi versin, kserosurətini çıxardıb qaytarsın. Vüqar cədvəli ona görə istəmişdir ki, birdən nəsə problem olsa onunda əlində sənəd olsun, bundan sonra Vüqar onunla razılaşıb kserosurətini çıxardıb əslini ona qaytarmaq şərtilə cədvəli versə də, həmin cədvəli sonradan ona qaytarmamışdır. Bundan başqa o Vüqara demişdir ki, müştərilər evin konkret harada yerləşməsini bilmək istəyirlər, bu səbəbdən ona mənzilləri göstərmələrini tələb etmişdir. Vüqar ona etiraz etməmiş və bir dəfə onu X13 küçəsində yerləşən “Asan” Xidmətin yanına çağırmışlar. Orada onu bir nəfərlə tanış etmişdir. Həmin şəxs “Asan” Xidmət mərkəzindən çıxmış, həmin şəxsi ona Çingiz kimi təqdim etmişlər və İpoteka fondunun əməkdaşı olduğunu bildirmişlər. Çingizdə onların dediklərini bir daha təsdiq etmişdir. Bundan sonra Çingizin idarə etdiyi avtomobilə əyləşmişlər. O da, öz avtomobili ilə onların arxası ilə getmişdir. “Neftçilər” metrostansiyasının yaxınlığında «Ailə» marketin yanında yeni inşa olunmuş binada mənzili göstərib, Çingiz demişdir ki, həmin binada mənzillər var və onları düzəldə bilərlər. Vüqarla danışıqları, o cümlədən Çingizlə olan danışıqlarının təsdiqi üçün səs yazıları var, həmçinin Çingizlə görüşən zaman onun avtomobilinin görüntülərini də videoçəkilişlə çəkmişdir. Həmin gün yalnız “Neftçilər”də yerləşən evlərə baxa bilmişlər. Sonradan Vüqar ona bir neçə başqa ünvanlara da aparıb göstərmişdir. Bundan sonra, 2020-ci ilin aprel ayında Qətibə vasitəsilə ona bir nəfər Fərhad adlı şəxs zəng vuraraq, elanla bağlı zəng vurduğunu və Qətibədən nömrəni götürdüyünü, özünün fondun saytında qeydiyyatdan keçdiyini, lakin onların elanda göstərdiyi şərtlər daha əlverişli olduğu üçün müraciət etdiyini bildirmişdir. Bundan sonra, Fərhadla görüşüb ondan sənədlərinin surətini almış, həmin sənədləri Vüqarla görüşüb vermiş, Vüqar da sənədləri sonradan yoxlayandan sonra, Fərhadın sənədlərinin artıq qeydiyyatdan keçdiyini, bu səbəbdən heç bir problem olmadan işi həll edə biləcəklərini bildirmişdir. O da, Vüqarın dediklərini Fərhada bildirmişdir. Vüqar ona demişdir ki, pulu götürdüyü adamlarla özü notariat qaydasında borc müqaviləsi bağlasın, daha sonra iş həll olunandan sonra müqaviləni ləğv edərlər. O da, etiraz etməyərək razılaşmış və bundan sonra Vüqar ona demişdir ki, “Fərhadın sənədlərində heç bir problem yoxdur, sən Fərhaddan pulu al, pulun bir hissəsini Fərhadın alacağı evin bir illik kirayə pulunu ödəsinlər, qalan pulla da Elçin adlı tanışının vasitəsilə Bakıxanov qəsəbəsindən üstünü düzəltmək şərtilə mənzil alıb satsınlar, qazanc götürüb ona da pul versin”. O da, Fərhaddan nə qədər pul almaq lazım olduğunu soruşduqda, Vüqar demişdir ki, 17000 manat pul alınsın. O bunu Fərhada deyəndə, sonuncu cəmi 14000 manat verə biləcəyini demişdir. Vüqardan razılıq alandan sonra, 2020-ci ilin may ayında Nərimanov rayonu, Heydər Əliyev prospektində yerləşən notariat ofisində 14000 manat pulu Fərhaddan götürmüş və Fərhadla formal olaraq borc müqaviləsi bağlamışdır. Pulu götürəndə Vüqar ona demişdir ki, “sən müqaviləni bir ay müddətində bağla, ancaq ola bilər ki, iş bir az uzana bilər, ancaq bunun heç bir dəxli yoxdur, iş düzələcəkdir. O da, Fərhadla iki aylıq müqavilə bağlamışdır. Həmin pulun hamısını aparıb Vüqara vermiş, ancaq həmin puldan ona heç bir məbləğdə pul verməmişdir. Fərhadın hələ işi alınmamış, ona bir nəfər də Şahid1 adlı qadında zəng vurmuş və o da, Qətibə vasitəsilə onu tapdığını və qalmaq şərtilə kirayə mənzil almağa köməklik etməyi xahiş etmişdir. Ancaq Aytən heç bir yerdən qeydiyyatdan keçməmiş, Aytənlə görüşüb sənədlərini götürüb Vüqara vermiş, sonradan Vüqar ona demişdir ki, Aytənin əmək haqqısına görə ona kredit verilmir, bu səbəbdən onun işini də düzəltmək lazımdır və bunun üçün 3000 manat da pul verilməli olduğunu demişdir. O da, Vüqarın dediklərini Aytənə demiş, Aytən də razılaşandan sonra, Vüqar onun adını özünün tanış şirkəti olan "xxxx" şirkətinə işə yazdırmış və ona demişdir ki, siz rəsmi qaydada “Asan” Xidmətin istənilən filialına yaxınlaşıb, Aytənin işləməsi barədə rəsmi sənədi götürün, sonra 3000 manat pulu ona çatdırın. O da, Aytən və onun qardaşı ilə “Koroğlu” metrostansiyasının yaxınlığında yerləşən “Asan” Xidmətə getmiş və oradan Aytənin vəsiqəsi ilə rəsmi müraciət edərək, "xxxx" MMC-də işləməsini təsdiq edən sənədi götürmüşlər və elə oradaca 3000 manat pulu Aytəndən götürüb Vüqarla görüşüb pulu verəndə, həmin puldan 200 manatını da Vüqar ona vermişdir. Bundan sonra Aytənin istədiyi, lakin baxmadan Vüqarın ona göndərdiyi şəkil vasitəsilə göstərdiyi “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən 150 kvadrat metr ölçüdə mənzilin alınması üçün 22000 manat pul lazım olduğunu demiş, lakin sonradan bir illik kirayə pulu ilə birlikdə 17000 manat lazım olduğunu demiş və həmin puldan 1000 manatını ona, 1000 manatını da Qətibəyə verəcəyini bildirmişdir. Bundan sonra, 13 avqust 2020-ci il tarixdə notariat ofisində onunla Aytən arasında borc müqaviləsi formal olaraq bağlanmış və Aytəndən 17000 manat pulu götürüb səhəri gün Vüqarla görüşərək, pulu vermişdir. Vüqar həmin puldan 1000 manatını ona verərək, Qətibənin pulunu verməyə ehtiyac olmadığını, daha sonrakı işləri başqa dəllal vasitəsilə görəcəklərini və Qətibəyə çatan 1000 manat pulu sonradan öz aralarında böləcəyini bildirmişdir. O da, Vüqara etiraz etməmiş, bundan sonra Aytənin asan imzasını Vüqarın deməsinə görə götürmüşdür. Sonradan Vüqar ona demişdir ki, Aytənin səhifəsinə girib yoxla və təsdiq vur, o da təsdiq vurduqda Aytənin kredit gecikmələri olduğu üçün razılıq verilmədiyini bildirmişlər, bundan sonra Vüqar demişdir ki, bəs bunun həll olunması üçün ilk əvvəl 2000 manat pul istəmiş, sonradan 1000 manat pul verilməli olduğunu bildirmiş, o da Aytənə Vüqarın dediklərini demiş və 1000 manat pulu ondan götürmüşdür. Vüqarla əlaqə saxlayıb vermək istədikdə, Vüqar ona demişdir ki, “qoy qalsın götürəcəkdir”. Bundan təxminən 5-10 gün keçmiş Vüqar zəng vuraraq, hazırda ev olduğunu və gözləmə olmadan 10000 manat ödəmək şərtilə Aytən üçün həll edə biləcəyini demişdir. O da, Vüqarın dediklərini Aytənə deyəndə maksimum 5000 manat verə biləcəyini bildirmişdir. Bundan sonra, Vüqarla danışmış və Vüqarın razılığı əsasında Aytənlə işlədiyi uşaq inkişaf mərkəzində görüşərək, 5000 manat pulu götürüb həmin gün axşam Vüqarla görüşərək, ümumilikdə onda olan 6000 manat pulu Vüqara vermiş, Vüqar ona da hörmət edəcəyini desə də, sonradan pul verməmişdir. Təxminən bir neçə gün keçəndən sonra, Vüqar onunla əlaqə saxlayaraq, 5000 manatı da vermək lazım olduğunu bildirmişdir. Vüqarın dediklərini Aytənə demiş, Aytəndə ona demişdir ki, artıq istəmir pulu geri qaytarsın, o da Vüqarla danışıb pulu geri qaytarmalı olduğunu dedikdə, Vüqarın telefonuna zəng çatmamış, sonradan isə ona məlum olmuşdur ki, Aytən və əri bu barədə polisə şikayət etmişlər. Vüqarın deməsinə görə Təqsirləndirilən şəxs3 İpoteka fondunda işləyir və onun vasitəsilə Fərhad və Aytənin mənzil məsələləri həll olunmalı idi. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, əvvəllər təxminən bir il müddətində «Tikinti Layihələrinin Qiymətləndirilməsi» şirkətində mühasib vəzifəsində işləmiş və təxminən 2018-ci ildə işdən çıxmışdır. Təqsirləndirilən şəxs2 bir neçə il olar ki, tanımışdır. Belə ki, vaxtilə xalası qızı “NBC Bank”dan kredit götürmüş, bankın Bakıxanov qəsəbəsində yerləşən filialına müraciət etmişlər və orada kredit götürülməsi üçün xidmət edən mütəxəssis Təqsirləndirilən şəxs2 olmuşdur. Vüqar onlara çox yüksək səviyyədə xidmət göstərmiş və sonradan özünün vizit kartını onlara təqdim etmişdir ki, nə vaxt lazım olsa, onlar müraciət edə bilər. Bundan sonra, bir neçə nəfər tanışlara kredit lazım olan vaxt Vüqara müraciət etmiş və Vüqar da köməklik etmişdir. Beləliklə aralarında münasibətlər yaranmış, sonradan isə ailəvi bir-birinin evinə gediş-gəliş də olmuş, ailəsini də tanıyır. Şahid4 isə tanımamış, heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış, heç bir tanışlığı və şəxsi ədavəti olmamışdır. 2020-ci ilin yay aylarında Vüqar ona zəng vuraraq, onunla hal-əhval edəndən sonra demişdir ki, “Neftçilər” metrostansiyasının yanındadır və orada sosial evlərin harada yerləşməsini soruşmuş, o isə Vüqara demişdir ki, “Neftçilər”də hazır sosial ev olmamalıdır, orada yalnız tikiləcək binanın bünövrəsi inşa olunmuş, ümumiyyətlə sosial evlərin harada tikilməsini bilmək istəyirsə, «Youtube» kanalında bir link var, oraya girib baxmaq olar. Həmin zaman Vüqar ona demişdir ki, onun yanında bir nəfər Fəqan adlı şəxs vardır, həmin şəxs onunla danışmaq istəyir. O da, etiraz etməyəndən sonra, Vüqar telefonu Fəqana vermiş, Fəqan onunla danışan kimi görüşmək istədiyini bildirmiş, nə səbəbə görüşməli olduğunu soruşduqda, Fəqan demişdir ki, bəs onun müştəriləri var, sosial evlərdən mənzil almaq istəyir, bu işlə bağlı köməklik göstərilməsi üçün görüşmək istədiyini bildirmişdir. Bundan başqa, onun Fəqanla heç bir danışığı və əlaqəsi olmamışdır. Zərərçəkmiş şəxs3 adlı şəxslə bağlı isə bildirmişdir ki, Vüqar onunla əlaqə saxlayaraq, İlkin adlı tanışının olduğunu və ipoteka götürməsi üçün qeydiyyatdan keçirməyə köməklik etməyini xahiş etmiş, o da, İlkinin “Asan” imzasını və özünün şəxsiyyət vəsiqəsinin surətini götürmüş, daha sonra Nara adlı əvvəllər İpoteka və Kredit Zəmanəti Fondunda işləmiş tanışı ilə əlaqə saxlayaraq, ondan xahiş etmişdir ki, həmin İlkini elektron qaydada qeydiyyatdan keçirsin, Nara da ona etiraz etməyərək, razılaşmış və onu elektron qaydada qeydiyatdan keçirmişdir. Həqiqətən də, Zərərçəkmiş şəxs3 ipoteka krediti düzəlməsi üçün Təqsirləndirilən şəxs2 ona gətirib 6000 manat pul vermişdir. 2019-cu ilin sonlarında Almaz adlı tanışından aylıq 10 faiz ödəniş etmək şərtilə, 5500 manat borca pul götürüb, Oktay Quliyev adlı şəxsə vermiş, lakin sonradan Oktay həmin pulu ödəməmiş, o pulu qaytarmaq üçün Zərərçəkmiş şəxs3 aldığı puldan 5500 manatını Oktay Quliyevin əvəzindən həmin borc aldığı şəxsə ödəmişdir. Qalan 500 manatı isə özü götürmüşdür. Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs3 əlavə olaraq 2000 manat pul götürməsindən xəbəri olmamışdır. Hazırda isə onlar iş üzrə Zərərçəkmiş şəxs3 dəymiş ziyanı tam olaraq ödəmişlər, onunla barışmışlar və eyni zamanda, dəymiş ziyanın 25 faizini dövlət büdcəsinə ödəmişlər. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, onun cinayət məsuliyyətindən azad edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 göstərdi ki, o, Nizami rayonu, B.Nuriyev küçəsində yerləşən mənzildə arvadı Şahid2 ilə birlikdə kirayədə yaşayır. Kirayə yaşadığı üçün ona məlum olmuşdur ki, İpoteka və Kredit Zəmanəti Fondu tərəfindən sonradan qalmaq şərtilə, kirayə mənzillər verilir. O, rəsmi qaydada əmək haqqı aldığı üçün, müəyyən məbləğdə əvvəlcədən pul ödəyib, özünə ev almaq fikrinə gəlmişdir. 2020ci ilin fevral ayında özü İpoteka və Kredit Zəmanəti fondundan qeydiyyatdan keçmiş və orada seçdiyi Nizami rayonu, Qara Qarayev prospektində yerləşən mənzilə görə ondan əvvəlcədən təxminən 30.000 və ya 40.000 manat ödəniş etməli olduğunu, bundan başqa hər ay üçün isə 400 və ya 500 manat ödəniş etməli olduğunu bilmişdir. Həmin məbləğdə ödəniş etməyə isə onun maddi imkanı çatmamışdır. Bundan sonra internet saytlarında verilən mənzil satışları ilə maraqlanan zaman, 2020-ci ilin may ayında «Yeni Emlak.az» saytında bir elan onun diqqətini çəkmişdir. Həmin elanda qeyd edilmişdir ki, İpoteka və Kredit Zəmanəti Fondunun vasitəsilə ucuz qiymətə Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhərində mənzillər təklif edilir, həmçinin ətraflı məlumat almaq üçün Qətibə adlı qadının adı və istifadəsində olan mobil telefon nömrəsi qeyd olunmuşdur. Həmin mənzillər ucuz qiymətə təklif edildiyi üçün, həmin qadınla telefonla danışmışdır. Qətibə adlı qadın bir daha elanda yazılanları ona təkrar edərək, təsdiq etmiş və demişdir ki, Qara Qarayev metrostansiyasının yaxınlığında yerləşən mənzilin təxminən 90-100 kvadrat metr ölçüdə olanı üçün ilkin ödəniş olaraq 15000 manat ödəniş edilməlidir, həmçinin ona digər bir telefon nömrəsini verərək, həmin şəxslə danışmalı olduğunu və birlikdə işlədiklərini demişdir. Həmin nömrənin sahibinin Fəqan adlı şəxs olduğunu bildirmişdir. O, həmin Fəqan adlı şəxslə telefonla danışanda, Fəqan bir daha ona Qətibənin dediklərini təsdiq etmiş və Qara Qarayev metrostansiyasının yaxınlığında yerləşən mənzilin təxminən 90- 100 kvadrat metr ölçüdə olanı üçün ilkin ödəniş olaraq, 15000 manat ödəniş edilməli olduğunu, həmçinin aylıq ödənişinin 400 və ya 500 manat arası olacağını bildirmişdir. Bundan sonra, görüşmək qərarına gəlmişlər və Fəqan ona görüş yeri olaraq “Neftçilər” metrostansiyasının yaxınlığında olan idman kompleksinin qarşısını təklif etmişdir. Onlar həmin yerdə görüşmüşlər və görüş zamanı, o, Fəqanın xarici görünüşündən iş düzəldənə oxşamadığı üçün, ehtiyyat etmiş və razılaşmamışdır. Həmin vaxt bir daha Fəqan telefonda dediklərini ona təkrar etmiş və o, Fəqandan ilkin ödənişi hansı qaydada ödəyəcəyini soruşduqda Fəqan demişdir ki, əlbə-əl pulu ona verəcəkdir. O da, Fəqandan işi kimin vasitəsilə düzəldəcəyini soruşduqda Fəqan demişdir ki, onun İpoteka və Kredit Zəmanəti Fondunda işləyən tanışları var, onların vasitəsilə işi düzəldir, pul əlbə-əl Fəqana veriləcək, Fəqanda aparıb pulu həmin şəxslərə verəcək və işi həll edəcəkdir. Belə olduqda təklif etmişdir ki, onu həmin şəxslərlə tanış etsin və pulu özü aparıb versin. Fəqan isə demişdir ki, onlar heç kimlə görüşmürlər və pulu yalnız ondan götürürlər. O da, bu görüşdə Fəqana razılıq verməmişdir. Ancaq demişdir ki, pulu əlbə-əl verə bilməz. Bundan sonra, onlar ayrılmışlar və həmin gün axşam yenidən Fəqan ona zəng vuraraq təklif etmişdir ki, pulu notariat qaydasında, yəni aralarında borc müqaviləsi bağlamaqla götürsün. O da, razılaşmış və bundan sonra Fəqan ona təklif etmişdir ki, mənzil verilənə qədər lazım olan sənədləri toplasın. Həmin sənədlərdən biri Daxili İşlər Nazirliyindən məhkumluq barədə arayış, gəlir üzrə hesabdan çıxarış, o cümlədən kredit tarixçəsindən çıxarış, həmçinin nikah haqqında şəhadətnamənin surəti, arvadı Şahid2 şəxsiyyət vəsiqəsinin surətini ona təqdim etsin. O, razılaşmış və 12 may 2020-ci il tarixdə 1 saylı “Asan Xidmət” Mərkəzindən məhkumluq və kredit tarixçəsindən çıxarışı almaq üçün müraciət etmiş və oradan çıxanda Fəqana zəng vurmuşdur ki, sənədləri versin. Fəqan həmin yerə gəlmiş və bir nəfər qadın da Fəqana yaxınlaşmışdır. Fəqan demişdir ki, həmin qadın üçün də mənzil alınmasına köməklik edir. O, bütün sənədləri, gəlir haqqında çıxarış, məhkumluq barədə arayışı, kredit tarixçəsindən çıxarışı, arvadı Şahid2 və özünün şəxsiyyət vəsiqəsinin surətini, nikah haqqında şəhadətnamənin surətini Fəqana vermiş, həmçinin, həmin qadın da sənədləri Fəqana vermişdir. Bundan sonra, 14 may 2020-ci il tarixdə atası ilə birlikdə “Neftçilər” metrostansiyasının yaxınlığında Fəqanla görüşmüşlər. Həmin vaxt Fəqan tək olmuş və o, Fəqana təklif etmişdir ki, gedib notariat ofisində müqavilə bağlasınlar. Bundan sonra, 9 saylı notariat ofisinə getmişlər və orada onunla Fəqan arasında kredit müqaviləsi bağlanmışdır. Həmin notariat ofisində o, 14000 manat pulu Fəqana vermişdir. Həmin kredit müqaviləsi formal xarakter daşımış, əslində pulu Fəqana borca verməmiş, sadəcə əlində pul verməyini təsdiq edəcək sənəd olsun deyə, belə bir müqavilə bağlamışlar. Fəqan demişdir ki, təxminən 1 ay müddətində ona İpoteka Fondu tərəfindən təsdiq SMS-i gəlməli və bundan sonra 10 gün müddətində mənzil seçməli idi. Ona görə də, aralarında 2 ay müddətində kredit müqaviləsini bağlamışlar. Təxminən bir həftə sonra, Fəqanla danışan zaman, Fəqan ona binaları göstərə biləcəyini bildirmişdir. Bundan sonra ona “Qara Qarayev”, “Neftçilər”, “Xalqlar Dostluğu” metrostansiyalarının yaxınlığında binaları göstərmiş və həmin binalardan mənzil seçə biləcəyini demişdir. O, binalara baxanda görmüşdür ki, həmin binalar İpoteka Fondunun rəsmi səhifəsində yoxdur. Belə olduqda Fəqan ona demişdir ki, bu binalar hələ yeni əlavə olunur, bu səbəbdən siyahıya salınmamışdır, lakin onun adamları ona bu barədə məlumat vermişlər. Fəqan sonradan onunla danışanda, işləri həll etdiyi adamlardan birinin əvvəllər “NBC Bank”da işləmiş, hazırda isə İpoteka Fondunda işləyən Vüqar adlı şəxs olduğunu demişdir. Hər dəfə Fəqanla danışan zaman demişdir ki, gedir onlarla Sumqayıt şəhərində görüşüb danışıb gəlir. Heç bir zaman, onu həmin şəxslərə tanış etməmiş, yalnız Vüqarla olan telefon danışığının səs yazısını ona göndərmiş, bundan başqa onlarla görüşünü əks etdirən videogörüntü göndərmişdir. Bundan başqa, Mənzil İnşaatı Dövlət Agentliyinin güzəştli mənzil sistemi tərəfindən tərtib edilmiş Elektron İpoteka və Kredit adlı cədvəl və yazılar olan müqavilə formasında sənədi də ona göndərmişdir. Təxminən 2020-ci ilin iyun ayında Fəqan onunla əlaqə saxlayaraq, əmək haqqının aşağı olduğunu və əmək haqqının artırılması üçün əlavə 2000 manat da verilməli olduğunu bildirmişdir. Lakin o, həmin pulu verməmiş, çünki bir aydan çox vaxt keçmiş, heç bir iş görülməyib, bu səbəbdən pulu verməkdən imtina etmişdir. 2020-ci ilin iyul ayının 10-dan artıq müqavilənin müddətinin başa çatmasına bir neçə gün qalmış, Fəqanla əlaqə saxlayıb, işin nə yerdə qalmasını soruşmaq istəsə də, Fəqan onun telefon zənglərinə cavab verməmiş, cavab verəndə də, rayonda olduğunu, işi olduğunu bildirmişdir. Buna görə də, Qətibə ilə əlaqə saxlamış, Qətibə də onunla ümumi sözlərlə danışaraq, Fəqanla danışacağını və məlumat verəcəyini bildirsə də, sonradan ondan da xəbər çıxmamışdır. Belə olan halda, artıq aldadıldığını başa düşmüş və 21 iyul 2020-ci il tarixdə ərizə ilə hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Ona dəymiş ziyan hal-hazıradək ödənilməmişdir. Göstərilənlərə əsasən, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ağır cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 göstərdi ki, 2020-ci ilin fevral ayının axırları özləri üçün kreditlə ev almaq məqsədilə, arvadı Şahid1 elan saytlarına baxan zaman, «Yeniemlak.az» saytında bir elan onun diqqətini çəkmişdir. Həmin elanda qeyd olunmuşdur ki, İpoteka və Kredit Zəmanəti fondunun kirayə evləri satılır. Həmin evlərdən 3 otaqlı olanı bəyənmiş və orada qeyd olunan mobil telefon nömrəsi ilə əlaqə saxlamışdır. Onunla telefonda Qətibə adlı qadın danışmış və izah etmişdir ki, ilkin ödəniş kimi 10000- 15000 manat arası ödəniş etmək şərtilə mənzilin götürülməsi mümkündür və bu işlə məşğul olan Fəqan adlı şəxsin telefon nömrəsini vermişdir. Aytən həmin nömrə ilə əlaqə saxlayan zaman, Fəqan adlı şəxs onunla danışmış və ona Qətibənin dediklərini bir daha izah edərək demişdir ki, müəyyən evlər vardır ki, həmin evləri onlardan qabaq qalmaq şərtilə kirayəyə götürmüş, sonradan ödənişdə müəyyən problemlər yarandığı üçün, evlər əllərindən fond tərəfindən alınmışdır. Fondun Oktay adlı əməkdaşına 10000 manat pul veriləcəkdir, qalan 7000 manat da bir illik kirayə pulu ödəniləndən sonra, “Neftçilər” metrostansiyasının yaxınlığında 3 otaqlı mənzilə sahib ola biləcəklər. X18 demişdir ki, ödəniş olmamış, mənzilə baxmaq mümkün deyildir. Aytən də, evdə onunla məsləhətləşəndən sonra, ilkin olaraq razılıq verməmiş, sonradan razılıq verdiyi üçün, Aytən bu işə razılıq vermişdir. Bundan sonra, Fəqan Aytəndən asan imzasını istəmiş, Aytən də Fəqana asan imzanı vermiş və sonradan Fəqan demişdir ki, işlədiyi yerdə aylıq qazancına görə fond tərəfindən qalmaq şərtilə verilən kirayə ev düşmür və demişdir ki, Aytənin adını başqa bir iş yerinə yazdıracaq, həmin iş yerini fondun əməkdaşları həll edəcəkdir və ona yüksək əmək haqqı verilməsi qeyd olunacaqdır. Bunun müqabilində Aytən evi götürə biləcək, həmçinin iş yerini düzəltmək üçün 3000 manat pul istəmişdir. Səhəri gün, yəni 06 avqust 2020-ci il tarixdə Fəqan Aytənə zəng edərək, 5 saylı Asan xidmət mərkəzinə dəvət etmişdir ki, artıq işi düzəltmiş və pulu gətirmək lazımdır. Aytən də qardaşı Şahid5 ilə birlikdə 5 saylı Asan xidmətə getmişlər, orada artıq Fəqan nömrə götürüb onları gözləmişdir. Bundan sonra nömrə çatanda, Aytən yaxınlaşmış, orada Aytənin "xxxx" MMC-də mühasib işləməyi təsdiq edən sənəd vermişlər və Aytən Elvinin yanında 3000 manat pulu Asan xidmət mərkəzində Fəqana vermişdir. Həmin vaxt Fəqan demişdir ki, 17000 manat da ödəniş ediləndən sonra, bir ay müddətində ev onlara təhvil veriləcəkdir. Aytən də, razılaşmış və 13 avqust 2020-ci ildə 17000 manat pulu düzəldib və Fəqanla “Həzi Aslanov” metrostansiyasının yaxınlığında görüşmüşlər. Fəqan təklif etmişdir ki, notariusda borc müqaviləsi bağlasınlar və müqavilədə 2 ay müddət göstərsinlər. Aytən də razılaşmış və yaxınlıqda yerləşən 36 saylı notariat ofisinə getmişlər. Orada notariusda vəziyyəti izah edəndən sonra, notarius təklif etmişdir ki, razılaşma müqaviləsi bağlansın. Fəqanda razılıq verəndən sonra, onlar belə bir müqavilə imzalamış və müqavilədə 2 ay müddətində Fəqanın ona Nizami rayonu, “Neftçilər” metrostansiyasının yaxınlığında yeni inşa edilən binanın 10-16-cı mərtəbələrində təxminən 120-130 kvadrat metr, hər kvadrat metrinin dəyəri 1540 manatdan olan, ümumi dəyəri 190000 manat təşkil edən mənzili verəcəyinə dair öhdəlik götürmüş və Aytən Fəqana 17000 manat pul vermiş, hər ikisi imzaladıqdan sonra çıxıb getmişdir. Təxminən bir ay keçəndən sonra, Fəqan yenidən Aytənlə əlaqə saxlayaraq, onun kredit gecikmələri olduğu üçün, ona mənzilin verilməsindən imtina edildiyini bildirmiş və bu işin həlli üçün 10000 manat pul istəmişdir. Aytən də, o qədər pulu ödəməyə imkan olmadığını dedikdə, Fəqan danışıb aşağı qiymətə həll edəcəyini bildirmişdir. Bundan sonra Fəqan Aytənə zəng vurmuş və 6000 manata həll edəcəklərini demişdir. Aytən də razılaşmış və 6000 manat pulu işlədiyi tədris mərkəzinin həyətində Fəqana vermişdir. Fəqan bir daha əmin etmişdir ki, məsələni həll edəcəkdir. Fəqan demişdir ki, onun İpoteka və Kredit Zəmanəti Fondunda işləyən tanışları var, onların vasitəsilə işi düzəldir, o, aparıb pulu həmin şəxslərə verəcək və işi həll edəcəkdir. Fəqan işləri həll etdiyi adamlardan birinin əvvəllər “NBC Bank”da işləmiş, hazırda isə İpoteka Fondunda işləyən Təqsirləndirilən şəxs2 adlı şəxs olduğunu demişdir. Bundan sonra Fəqan yenə də, əlavə olaraq 5000 manat da pul istəmişdir ki, həmin gecikmə problemini həll etsin. Artıq onlar anlamışlar ki, bu heç bir işi həll etməyəcək, bu səbəbdən evdə danışmışlar və bu barədə polisə məlumat vermək lazım olduğunu bildirmiş və bundan sonra o, bu barədə Bakı Şəhər Baş Polis İdarəsində şikayət ərizəsi yazmışdır. Ümumilikdə Təqsirləndirilən şəxs1 verilmiş 26000 manat pul ona məxsus olmuş və bu səbəbdən maddi ziyan ona dəymişdir. Ona dəymiş ziyan hal-hazıradək ödənilməmişdir. Göstərilənlərə əsasən, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanuni və ədalətli cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs3 göstərmişdir ki, 2020-ci ilin iyul ayında özü üçün Bakı şəhərində ipotekaya yararlı həyət evi axtarırmış. Bu məqsədlə ev satışı ilə məşğul olan elan saytlarına baxan zaman, Ramana qəsəbəsində bir mərtəbəli yaşayış evi onun diqqətini çəkmişdir. Elanı verən Ayxan adlı şəxs olmuş, həmin elanda evin ipoteka ilə satılmasına köməklik göstərilməsinin mümkün olması qeyd olunmuşdur. Bu məqsədlə Ayxanın mobil telefon nömrəsi ilə əlaqə saxlayıb, evin qiyməti ilə maraqlanmış, həmin vaxt onlar evi 60000 manata razılaşmışlar. Ayxandan ipoteka yolu ilə alacağını soruşanda, Ayxan ondan tanıdığı bank olub-olmamasını soruşmuş, o da Ayxana demişdir ki, tanıdığı bank yoxdur. Həmin zaman Ayxan ona demişdir ki, onun tanıdığı şəxs var, o, bu işlə məşğul olur və bunu həll edə bilər. O da, razılaşmış və Ayxanla görüşən zaman, yanında sonradan adının Təqsirləndirilən şəxs2 olduğunu bildiyi şəxslə telefonla danışmış və Təqsirləndirilən şəxs2 bu işdə köməklik edə biləcəyini demiş və bu işi İpoteka və Kredit Zəmanəti Fondunda işləyən Elnarə adlı qadın vasitəsilə həll edəcəyini bildirmiş və bu işin həll olunması üçün 10000 manat pul lazım olduğunu demişdir. O da, Vüqara həmin məbləğdə pula imkanı çatmayacağını deyəndə, Vüqar ona demişdir ki, həmin pul xidmət haqqıdır və onu müəyyən qədər aşağı qiymətə, yəni 6000 manata həll edə bilər. O da, Vüqarla razılaşmış və Vüqarın mobil telefon nömrəsini götürmüşdür. Bu danışıqdan iki gün sonra Vüqarla Bakı şəhəri ərazisində Nəsimi heykəlinin yanındakı “Azərbaycan Beynəlxalq Bankı”nın Səbail filialının qarşısında görüşmüş və aldığı əmək haqqı ilə birlikdə hesabdan çıxarış bankdan alıb Vüqara vermiş, həmçinin özünə məxsus olan asan imzanı Vüqara təqdim etmiş və 2020-ci ilin iyul ayının sonlarında Vüqarla “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında, Bakı Dövlət Universitetinin qarşısında Vüqarla görüşərək, 6000 manat pulu vermişdir. Vüqar ondan pulu götürəndən sonra, 25 gün ərzində bütün işləri həll edəcəyini, qiymətləndirmə olacağını və bankdan ona pul ayrılandan sonra evi ala biləcəyini demişdir. O da, Vüqarla razılaşmışdır. Təxminən bir həftə keçmiş, 2020-ci ilin avqust ayının əvvəlində Vüqar ona zəng vurmuşdur ki, əmək haqqı aşağı olduğu üçün ipoteka düşməyəcək, köməklik edəcək ki, onun üçün əlavə iş yeri düzəldilsin və əmək haqqı yuxarı yazılsın ki, ipoteka krediti verilsin. Bunun müqabilində isə ondan 2000 manat pul istəmişdir. O da, evi almaq üçün onunla razılaşmış, həmin vaxt Vüqar ona demişdir ki, pulu kart hesabına göndərsin. Lakin, Vüqarın göndərdiyi karta baxanda, orada nə onun, nə də ki, Elnarənin adı olmadığını görmüşdür. Bu səbəbdən həmin karta pul göndərməkdən imtina etmiş, Vüqara izah etmişdir ki, ya kart Vüqarın adına olsun, ya da ki, Elnarənin adına, ya da ki, görüşüb pulu əlbə-əl ona versin. Vüqar da ona görüşməyi təklif etdiyi üçün, onlar Bakı Dövlət Universitetinin yanında görüşmüşlər və 2000 manat pulu Vüqara vermişdir. Bundan sonra onun söz verdiyi 25 gün müddət gəlib başa çatsa da, heç bir iş görülməmişdir. Belə olan halda, Vüqarla əlaqə saxlamış və işin hansı səbəbdən uzanmasının səbəbini soruşduqda, Vüqar müxtəlif bəhanələr gətirərək müddəti uzatmış və belə olduqda Vüqarla danışmış və ondan Elnarənin mobil telefon nömrəsini istəmişdir ki, özü onunla əlaqə saxlasın. Vüqar da ona etiraz etməyərək razılaşmış və ona Elnarənin istifadəsində olan telefon nömrəsini vermişdir. Elnarə ilə əlaqə saxlamış və İlkin olduğunu ipoteka işinin hansı yerdə olduğunu ondan soruşmuşdur. Vüqar da, ona işi ilə bağlı işlər getdiyini bildirsə də demişdir ki, Vüqara o, ipoteka işinin 25 gün müddətində həll olunacağını demədiyini və 2 ay müddətində həll olunmalı olduğunu bildirmişdir. Bundan sonra, Elnarə ilə yenə də əlaqə saxlayaraq, görüşmək istədiyini bildirmişdir. Artıq avqust ayının axırları gəlib çatmış, Elnarə də onu Babək prospektində yerləşən X3 yanına çağırmış və birinci dəfə orada Təqsirləndirilən şəxs3 ilə görüşmüş, danışıq zamanı Elnarə də Vüqarın dediklərini bir daha təsdiq edərək, onun ipoteka ilə ev alacağı ilə bağlı işlər gördüyünü, prosesin təxminən 2 ay çəkəcəyini demişdir. Lakin o, Elnarəyə 8000 manat pulu Vüqara iki dəfəyə verdiyini deyəndə Elnarə demişdir ki, 2000 manatdan xəbəri yoxdur, Vüqar gətirib ona cəmi 6000 manat pul verib, həmin puldan da, 200 manatını borc olaraq ondan geri almışdır. 2000 manat pulun alınmasından isə ümumiyyətlə xəbəri olmamışdır. Elnarə də, onun ipoteka işinin həll olunacağına bir daha arxayın etdiyi üçün inanmışdır. Bundan sonra, 2000 manat pulu dəqiqləşdirmək üçün Vüqarın yaşadığı Qala qəsəbəsinə getmiş və orada Vüqarla görüşüb, 2000 manatı hansı səbəbdən Elnarəyə vermədiyini soruşmuşdur. Vüqar da ona demişdir ki, 2000 manat əmək haqqı ilə bağlı alınmış puldur, onun Elnarəyə heç bir aidiyyəti yoxdur. Həmin işi Oktay adlı şəxs vasitəsilə həll edir, həmin şəxs elə düzəldəcəkdir ki, sistemdə onun əmək haqqısı çox görsənəcəkdir. Ancaq, Oktayın konkret kim olması, harada işləməsi haqqında bir söz deməmişdir. O da, Vüqara bir söz deməmişdir. Lakin, üstündən 2 ay keçsə də, yenə də ipoteka işi həll olunmamış, hər dəfəsində Elnarə və ya Vüqarla danışanda işinin düzələcəyini desələr də, müddət keçmiş, amma ipoteka ilə ev almaq işi düzəlməmişdir. Artıq bezmiş və Ayxanın köməkliyi ilə Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə gedərək, Vüqar və Elnarədən şikayət etmişdir. Bundan sonra, Elnarə ona 1000 manat ödəniş etmiş və qalan pulu 2021-ci ilin yanvar ayına qədər ödəcəyinə dair söz vermiş, lakin söz verdiyi müddətdə Elnarə onun pulunu qaytarmamışdır. Hazırda isə ona dəymiş ziyan tam olaraq ödənilmiş, iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə barışmış, onlara qarşı heç bir şikayəti və tələbi yoxdur. Bu səbəbdən həmin şəxslərə yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1 göstərmişdir ki, iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs2 onun əridir. Təqsirləndirilən şəxs1 2020-ci ilin fevral ayının axırları tanımışdır. Belə ki, həmin vaxtlarda özləri üçün kreditlə ev axtarmışlar, həmin vaxtlarda elan saytlarına baxan zaman, «Yeniemlak.az» saytında bir elan diqqətini çəkmişdir. Həmin elanda qeyd olunmuşdur ki, İpoteka və Kredit Zəmanəti fondunun kirayə evləri satılır, həmin evlərdən 3 otaqlı olanı bəyənmiş və orada qeyd olunan mobil telefon nömrəsi ilə əlaqə saxlamış, onunla telefonda Qətibə adlı qadın danışmış və ona izah etmişdir ki, ilkin ödəniş kimi 10000-15000 manat arası ilkin ödəniş etmək şərtilə mənzil götürməyin mümkün olduğunu bildirmiş və bu işlə məşğul olan şəxs kimi Fəqan adlı şəxsin telefon nömrəsini ona vermişdir. Həmin nömrə ilə əlaqə saxlayan zaman Fəqan adlı şəxs onunla danışmış və ona Qətibənin dediklərini bir daha izah edərək demişdir ki, müəyyən evlər vardır ki, həmin evləri qalmaq şərtilə kirayəyə götürmüşlər, sonradan ödənişdə müəyyən problemlər yarandığı üçün evlər əllərindən fond tərəfindən alınmış, fondun Oktay adlı əməkdaşına 10000 manat pul veriləcəkdir, qalan 7000 manat da bir illik kirayə pulu ödəniləndən sonra, “Neftçilər” metrostansiyasının yaxınlığında 3 otaqlı mənzilə sahib ola biləcəklər. Ancaq Fəqan ona demişdir ki, ödəniş olmamış, mənzilə baxmaq mümkün deyildir, mənzili bəyənmədikləri təqdirdə pul geri qaytarılacaqdır. O da, evdə ailə üzvləri ilə məsləhətləşəndən sonra, ona ilkin olaraq razılıq verilmədiyi üçün, bir neçə dəfə Fəqanla danışandan sonra onun dedikləri daha da inandırıcı gəldiyi üçün, evdə ailə üzvlərindən razılıq aldıqdan sonra, bu işə razılıq vermişdir. Bundan sonra, Fəqan ondan asan imzanı istəmiş, o Fəqana asan imzanı vermiş, sonradan Fəqan ona demişdir ki, onun işlədiyi yerdə aylıq qazancına görə fond tərəfindən qalmaq şərtilə verilən kirayə ev düşmür və ona demişdir ki, adını başqa bir iş yerinə yazdıracaq, həmin iş yerini fondun əməkdaşları həll edəcəkdir və ona yüksək əmək haqqı veriləcək, bunun müqabilində evi götürə biləcək, həmçinin iş yerini düzəltmək üçün 3000 manat pul istəmişdir. O da, razılaşmış və demişdir ki, həll etsin pulu verəcəkdir. Bundan səhəri gün Fəqan ona zəng edərək, 5 saylı Asan xidmət mərkəzinə dəvət etmişdir ki, artıq işi düzəltmiş və pulu gətirmək lazımdır. O da, qardaşı Şahid5 ilə birlikdə 5 saylı Asan xidmətə getmiş, orada artıq Fəqan nömrə götürüb onları gözləmişdir. Bundan sonra, nömrə çatanda yaxınlaşmış, orada onun "xxxx" MMCdə mühasib işləməyi təsdiq edən sənəd vermişlər və o, Elvinin yanında 3000 manat pulu Asan xidmət mərkəzində Fəqana vermişdir. Həmin vaxt Fəqan demişdir ki, 17000 manat da ödəniş ediləndən sonra, bir ay müddətində ev onlara təhvil veriləcəkdir. O da, razılaşmış və 13 avqust 2020-ci ildə 17000 manat pulu düzəltmiş və Fəqanla “Həzi Aslanov” metrostansiyasının yaxınlığında görüşmüş, Fəqana təklif etmişdir ki, bu qədər pul verir, heç olmasa aralarında bir sənədləşmə olsun, Fəqan da ona etiraz etməmiş və təklif etmişdir ki, notariusda borc müqaviləsi bağlasınlar və orada 2 ay müddət göstərsinlər, o da razılaşmışdır. Bundan sonra, yaxınlıqda yerləşən notariat ofisinə getmişlər və orada vəziyyəti izah edəndən sonra, notarius ona təklif etmişdir ki, aralarında razılaşma müqaviləsi bağlasınlar, Fəqanda razılıq verəndən sonra belə bir müqavilə imzalamışlar və müqavilədə 2 ay müddətində Fəqanın ona “Neftçilər” metrostansiyasının yaxınlığında yeni inşa edilən binanın 10-16-cı mərtəbələrində təxminən 120-130 kvadrat metr olmaqla, hər kvadrat metrinin dəyəri 1540 manatdan olan, ümumi dəyəri 190000 manat təşkil edən mənzili verəcəyinə dair öhdəlik götürmüş və o, Fəqana 17000 manat pul vermiş, hər ikisi imzaladıqdan sonra çıxıb getmişlər. Fəqan işləri həll edənin vaxtilə “NBC Bank”da işləmiş, hazırda isə İpoteka Fondunda işləyən Təqsirləndirilən şəxs2 adlı şəxs olduğunu demişdir. Təxminən bir ay keçəndən sonra, Fəqan yenidən onunla əlaqə saxlayaraq, kredit gecikmələri olduğu üçün mənzilin verilməsindən imtina edildiyini bildirmiş və bu işin həlli üçün 10000 manat pul istəmişdir. O da, həmin məbləğdə pulu ödəməyə imkanı olmadığını dedikdə, Fəqan danışıb aşağı qiymətə həll edəcəyini bildirmişdir. Bundan sonra, Fəqan ona zəng vurmuş və 6000 manata həll edəcəklərini demişdir. O da, razılaşmış və 6000 manat pulu işlədiyi tədris mərkəzinin həyətində Fəqana vermişdir. Fəqan bir daha əmin etmişdir ki, məsələni həll edəcəkdir. Bundan sonra, Fəqan yenə də, əlavə olaraq 5000 manat da pul istəmişdir ki, həmin gecikmə problemini həll etsin. O, artıq anlamışdır ki, bu heç bir işi həll etməyəcək, bu səbəbdən evdə ailəsi ilə danışmışlar və əri Zərərçəkmiş şəxs2 bu barədə polisə məlumat vermək lazım olduğunu bildirmişdir. Bundan sonra, Əhməd bu barədə Bakı Şəhər Baş Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Ümumilikdə Təqsirləndirilən şəxs1 verilmiş 26000 manat pulun hamısı əri Zərərçəkmiş şəxs2 məxsus olmuşdur. Məhkəmə iclasında dindirilmiş Şahid5 Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında dindirilmiş Şahid3 göstərmişdir ki, onun Ramana qəsəbəsində bir mərtəbəli, 123 kvadrat metr sahəsi olan, 4 otaqlı evi olmuşdur. Həmin evi 2019-cu ilin dekabr ayından satışa qoymuşdur. Evin bütün sənədləri qaydasında olmuş, çıxarışı da olduğu üçün ipoteka ilə almaq mümkün olmuşdur. Həmin evi elan saytlarında yerləşdirmiş, həmçinin ev alqı-satqısı ilə məşğul olan şəxslərdən də xahiş etmişdir ki, evin satılmasında köməklik etsinlər. Köməklik edən şəxsə də, 2000 manat pul verəcəyini bildirmişdir. Həmin vaxtlarda Ələkbər adlı ev alqı-satqısı ilə məşğul olan şəxs onu Təqsirləndirilən şəxs2 adlı şəxslə tanış etmiş və demişdir ki, həmin şəxs bankda işləyir, satdığı evin də çıxarışı olduğu üçün ipoteka ilə də satılmasına köməklik edə bilər. Vüqar onunla tanış olan zaman, “NBC Bank”da işlədiyini demiş və əgər evi ipoteka ilə almaq istəyən olsa, bu işdə köməklik edə bilər. Bundan sonra, Vüqar ona özünə məxsus olan telefon nömrələrini vermiş, həmçinin Vüqar demişdir ki, evin ilkin ödənişi və bank xərcləri ilə birlikdə əvvəlcədən 10000 manat pul alınacağını demişdir. O da, Vüqarın verdiyi mobil telefon nömrələri vasitəsilə əlaqə saxlamışdır. Həmin vaxtlarda onun evinə bir müştəri gəlmiş və evi ipoteka ilə almaq istəmişdir. Bundan sonra, Vüqarla danışmış və demişdir ki, evi almaq istəyən adam ipoteka ilə almaq istəyir, bu işdə köməklik edə biləcəyini soruşmuşdur. Vüqarda ona demişdir ki, evi almaq istəyən adamı da götürüb gəlsin, işi düzəldən adamı da gətirəcək, üzbə-üz danışsınlar. O da, razılaşmış və evi almaq istəyən adamlarla birlikdə Vüqarla görüşmüşlər. Həmin vaxt Vüqarın yanında sonradan adının Təqsirləndirilən şəxs3 adlı qadın olmuşdur. Vüqar həmin qadını göstərib, bu işi həll edəcəyini demişdir. Elnarə evi almaq istəyən qadının sənədlərini nəzərdən keçirib onun yaşının 45 olduğunu deyərək, onun üçün kreditin 12-13 il müddətində həll edə biləcəyini və aylıq ödənişinin çox olacağını demişdir. Belə olduqda, evi almaq istəyən adam həmin məbləğdə aylıq ödənişi ödəyə bilməyəcəklərini dedikləri üçün, iş alınmamışdır. Daha sonra, 2020-ci ilin iyul ayında onunla Zərərçəkmiş şəxs3 əlaqə saxlayaraq, evi almaq istədiyini bildirmiş və evi ipoteka ilə almaq istədiyini demişdir. O da, İlkinə demişdir ki, bir nəfər var deyib ki, ipoteka ilə evi almaq istəyən olsa, ilkin ödəniş kimi 10000 manat ödəmək şərtilə evi ipotekaya sala bilər. İlkin də həmin şəxsin telefon nömrəsini istədiyi üçün, Təqsirləndirilən şəxs2 telefon nömrələrini İlkinə vermişdir. Sonradan İlkin onunla danışan zaman demişdir ki, Vüqarla danışıb və Vüqar ona evi ilkin ödəniş 8000 manat ödəmək şərtilə, ipotekaya sala biləcəyini demişdir. Həmçinin, Vüqarla danışan zaman Vüqar demişdir ki, bir ay müddətində bu iş həllini tapacaq və ev İlkinə satılacaqdır. İlkinin Vüqara 8000 manat pul alış- verişində iştirak etməsə də, sonradan özü də Vüqarda ona demişlər ki, həqiqətən də, 8000 manat pul Vüqara verilmişdir. Lakin söz verdikləri bir ay müddət gəlib başa çatsa da, Vüqar və Elnarə işi həll edə bilməmişlər. Bir neçə ay yubanandan sonra, artıq işin alınmadığını İlkin gördüyü üçün ona demişdir ki, ona polisə şikayət etməkdə köməklik etsin. Həmin ərəfələrdə Vüqar 1000 manat pulu İlkinə qaytarmışdır. Bundan sonra, İlkin gedib Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə ərizə vermiş, orada araşdırma zamanı Təqsirləndirilən şəxs3 da, oraya dəvət olunmuş və pulu hissə-hissə ödəyəcəyinə dair söz vermişdir. Bundan sonra, polis şöbəsində cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid4 göstərmişdir ki, Təqsirləndirilən şəxs2 əvvəllər kirayədə yaşadığı Qala qəsəbəsindən tanıyır. 2018-ci ilin noyabr ayından “Ravon Nexia” markalı avtomobili lizinq şərtilə götürürək, taksi fəaliyyəti göstərməyə başlamışdır. Təqsirləndirilən şəxs2 üçün də taksi xidməti göstərmişdir. Təqsirləndirilən şəxs1 2020-ci ilin mart ayından Təqsirləndirilən şəxs2 görə tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs2la birlikdə 2020-ci ilin iyun ayında bir neçə ünvanda Təqsirləndirilən şəxs1 Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda İpoteka və Kredit Zəmanəti fondunun xətti ilə qalmaq şərtilə mənzil kirayə verilməsi üçün ünvanlar göstərilməsində Vüqarın xahişi ilə iştirak etmişdir. Təqsirləndirilən şəxs2 xahişi ilə Təqsirləndirilən şəxs1lə telefonla danışaraq, ipoteka kreditinin götürülməsi üçün lazım olan şərtləri izah etmiş, həmçinin müştərinin əmək haqqısı onun kredit götürməsinə imkan vermədiyi halda, əlavə iş yerinə yazdırmağın mümkün olduğunu Təqsirləndirilən şəxs1 izah etmişdir. Bunun müqabilində iş yerinə müştərinin adının yazdırılmasına 3000 manat pul lazım olduğunu demişdir, lakin Təqsirləndirilən şəxs1 kimdən hansı məbləğdə pul almasından xəbəri olmamış, ona heç bir məbləğdə pul verilməmişdir. İş üzrə şahid X4 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, qeyd olunan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş şahid X4 göstərmişdir ki, özü Rusiya Federasiyasının vətəndaşı olsa da, əri Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikasının vətəndaşıdır. Ona görə də, müvəqqəti yaşayış izni alaraq, Azərbaycan Respublikasında yaşayır. Müvəqqəti olaraq qaynatasına məxsus ünvan 9 ünvanında qeydiyyatdadır. Lakin, faktiki olaraq ünvan 10 ünvanında əri Fərhadla birlikdə kirayədə yaşayır. Onlayn qaydada rus və ingilis dillərindən tədris keçməklə məşğul olur. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Qətibə adlı qadını əvvəllər tanımamışdır. Fərhad kirayə yaşadıqları üçün eşitmişdir ki, İpoteka və Kredit Zəmanəti Fondu tərəfindən sonradan qalmaq şərtilə kirayə mənzillər verilir. Fərhad da, rəsmi əmək haqqı aldığı üçün, özlərinə mənzil götürmək fikrinə gəlmişlər. Bunun üçün, müəyyən məbləğdə əvvəlcədən pul ödəmək lazım idi. Onlar da, müəyyən məbləğdə pul topladıqları üçün fikirləşmişlər ki, bu üsulla özləri üçün ev alsınlar. 2020-ci ilin təxminən fevral ayında əri Fərhad özü İpoteka və Kredit Zəmanəti fondundan qeydiyyatdan keçmiş və orada seçdiyi Nizami rayonu, Qara Qarayev prospektində yerləşən mənzilə görə əvvəlcədən təxminən 30000 və ya 40000 manat ödəniş etməli olduqlarını, bundan başqa hər ay üçün isə 400 və ya 500 manat ödəniş etməli olduqlarını bilmişlər, həmin ödəniş etməyə isə maddi imkanları çatmır. Bundan sonra, internet saytlarında verilən mənzil satışları ilə maraqlanan zaman, 2020-ci ilin may ayında «Yeni Emlak.az» saytında bir elan onun diqqətini çəkmişdir. Həmin elanda qeyd edilmişdir ki, İpoteka və Kredit Zəmanəti Fondunun vasitəsilə ucuz qiymətə Bakı şəhəri, Abşeron rayonu, o cümlədən Sumqayıt şəhərində mənzillər təklif edilir, həmçinin ətraflı məlumat almaq üçün Qətibə adlı qadının adı və istifadəsində olan telefon nömrəsi qeyd olunmuşdur. Həmin mənzillər ucuz qiymətə təklif edildiyi üçün, Fərhad həmin Qətibə adlı qadınla telefonla danışmışdır. Qətibə bir daha elanda yazılanları təkrar edərək, təsdiq etmiş və demişdir ki, Qara Qarayev metrostansiyasının yaxınlığında yerləşən mənzilin təxminən 90-100 kvadrat metr ölçüdə olanı üçün, ilkin ödəniş olaraq 15000 manat ödəniş edilməlidir. Həmçinin, Fərhada başqa bir nömrə də verərək, həmin şəxslə danışmalı olduğunu və birlikdə işlədiklərini bildirmişdir. Həmin nömrənin sahibinin Fəqan adlı şəxs olduğunu bildirmişdir. Fərhad da, həmin Fəqanla telefonla danışanda o, bir daha Qətibənin dediklərini təsdiq etmiş və Qara Qarayev metrostansiyasının yaxınlığında yerləşən mənzilin təxminən 90-100 kvadrat metr ölçüdə olanı üçün ilkin ödəniş olaraq 15000 manat ödəniş edilməli olduğunu, həmçinin aylıq ödənişinin 400 və ya 500 manat arası olacağını bildirmişdir. Bundan sonra Fərhad həmin Fəqanla görüşmüş, daha sonra isə Daxili İşlər Nazirliyindən məhkumluq barədə arayış, gəlir üzrə hesabdan çıxarış, o cümlədən kredit tarixçəsindən çıxarış, həmçinin nikah haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətini ona təqdim etmişdir. 14 may 2020-ci il tarixdə isə Fərhad 14000 manat pulu notariat ofisində Fəqana vermiş, lakin sonradan Fəqan söz verdiyi kimi, mənzili təşkil etməmiş, nə də ki, pulu geri qaytarmamışdır. Ona görə də Fərhad bu barədə polisə ərizə ilə müraciət etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişlər və onların təqsiri məhkəmə istintaqında tədqiq olunmuş digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarından görünür ki, cinayət işi üzrə 01 mart 2020-ci il tarixdən 30 sentyabr 2020-ci il tarixədək olan müddətdə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***- ***-**-**, ***-***-**-**, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-**, ***-***-**-**, Şahid4 istifadəsində olan ***-***-**-**, Təqsirləndirilən şəxs3 isə istifadəsində olan ***-***- **-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** nömrələrlə aparılan əməliyyatlar daxil olan və çıxan zənglər, həmin nömrələrin kimə məxsus olması, göndərilən və qəbul edilən SMSlərin mətnləri, o cümlədən antenn məlumatlar Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarına əsasən götürülmüş, müvafiq olaraq «Azercell», «Bakcell» və "xxxx" MMC-dən göndərilmiş CD-lərə baxış keçirilən zaman məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***- ***-**-** nömrəsinə 18 mart 2020-ci il tarixdə 16:57 dəqiqədə «Mənəm fəqan vusaln dosdu aç» məzmunlu, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** nömrəsinə 11 may 2020-ci il tarixdə saat 17:44 dəqiqədə «Telfonu ac camat meni gozder bu ne oyundu sen dord gundu tel acmirsan meni niye eseblewdrsen cavab ver mene tezol» məzmunlu SMS göndərilmişdir. Şahid4 istifadəsində olan ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** nömrəsinə 03 iyun 2020-ci il tarixdə saat 17:32 dəqiqədə «Qardas sen harda qaldin bu is vadi qutarir axi» məzmunlu, həmin gün saat 17:44 dəqiqədə «Qaqas sen uje hormetsizlik edirsen men usaqam dayanim yollarda kimise gozleyem ya nece bu isin ya hesi ya yoxsu var nedi men ismi gucmu atib durmalyam burda?» məzmunlu, 04 iyun 2020-ci il tarixdə saat 22:20 dəqiqədə «Qardas sen harda qaldin axi bu adam meni gozleyir o boyda adami saxlamisiq orda bu zibile cavab verde» məzmunlu SMS-lər göndərilmişdir. Təqsirləndirilən şəxs2 ***-***-**-** nömrəsi ilə Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** nömrəsi arasında aşağıdakı məzmunda SMS-lər göndərilmişdir. 25 avqust 2020-ci il tarixdə saat 14:23 dəqiqədə Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 «Salam Necesiz? İwlerden ne xeber. Xanimin pul meselesi ne yerde qaldi. Meni yigirlar bir soz demeliyem» məzmunlu, 26 avqust 2020ci il tarixdə saat 12:35 dəqiqədə «Wtspa bax sese qulaq as.catir bunlar.Mutleq gel bu gun goruwek.Vusalin atasi cox pis direnib» məzmunlu, saat 13:18 dəqiqədə «ilkin yanimdadi ac daniwaq getsinler» məzmunlu, saat 13:19 dəqiqədə Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 «Vuqar sən özün kec bir kənara yanımda adamlar var bir görüm ki nə dimisən sən» məzmunlu, saat 13:20 dəqiqədə «Mən dedim o 2000 minnən. Xəbərim yoxdı mənə 6000 catıb» məzmunlu, saat 13:24 dəqiqədə Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 «deyersen iw ucun mellime verilib 2min.6min ipotekanin pulud mene catan» məzmunlu, saat 13:25 dəqiqədə Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 «Ay vuqar deməz ki siz fonddasız məllimə verməyini niyə dünən demədiz özün fikirləştə» məzmunlu, saat 13:26 dəqiqədə Təqsirləndirilən şəxs2 Elnarəyə Vəliyevaya «demez» məzmunlu, saat 13:27 dəqiqədə Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 «Diyəcək dünən soruştu hər tərəfli dedim xəbərim Yoxdı indi noldu» məzmunlu, saat 13:28 dəqiqədə «Yo başka məllim de o tanımır maaş başka yerdən hazırlanır» məzmunlu, saat 13:29 dəqiqədə «Burda nə var ki Niyə axı sən məni başa salmadınnnn» məzmunlu, saat 13:32 dəqiqədə Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 «yaxwi.deyerik iwi bawqa adam edir» məzmunlu, saat 13:41 dəqiqədə Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 «ilkin yigir seni.konkret dene ki 2 iw ucun vuqar ozu gelib verib.bir bawa iwi acmaq ucun» məzmunlu SMS-lər göndərilmişdir. Eyni zamanda, iş materiallarından görünür ki, iş üzrə Zərərçəkmiş şəxs1 istifadəsində olan mobil telefonuna baxış keçirilən zaman məlum olmuşdur ki, 01 iyun 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 səsli mesaj göndərir. Həmin səsli mesaj yönləndirmə proqramı vasitəsilə Zərərçəkmiş şəxs1 göndərilmişdir. Həmin səsli sms-in məzmunu belədir: “Fəqan sənədlər, verdiyin o iki dənə sənəd, ikisinin də işi görülür, verilən ödənişlərdə ödənilibdi, hamısı yerindədir”. Bundan başqa, 11 iyun 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 səsli mesaj göndərir. Həmin səsli mesaj yönləndirmə proqramı vasitəsilə Zərərçəkmiş şəxs1 göndərilmişdir. Həmin səsli sms-in məzmunu belədir: «hə Fəqan hə çatıbdır, işdə görülür, narahatçılıq yoxdur”. Bundan başqa, həmin tarixdə Təqsirləndirilən şəxs1 tərəfindən Təqsirləndirilən şəxs2 göndərilmiş səsli mesaj yönləndirmə vasitəsilə Zərərçəkmiş şəxs1 göndərilmişdir. Həmin mesajın məzmunu belədir: «ödəniş çatıbdıda düzdü, ora, yəni indii müştəri ilə danışıram, xanımın da ödənişi ödənilib, oğlanın da ödənişi, 14000-14000 ikisi 28000 sizə vermişəm ödəmisizdə, düzdü, onla bağlı səs atın, mən müştəriyə deyim, arxayın olsun, həqiqətəndə mən vermişəm, ödəmisiz ora işi gedir. 11 iyun 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 səsli mesaj göndərir. Həmin səsli mesaj yönləndirmə proqramı vasitəsilə Zərərçəkmiş şəxs1 göndərilmişdir. Həmin səsli sms-in məzmunu belədir: «Fəqan salam, Fəqan sənin verdiyin sənədlərlə iş qardaş hamısı qaydasındadır, verilən ödəniş ödənilib, sənədlərində işi prosesi başlanılıb, sənin durub belə deməyin alınmır axı qardaş sən ev almaq istəyən şəxslə danış, bildir ki, ödənişdə sənəddə çatıbdır, hər şeydə qaydasında gedir, bun günlərdədə SMS-lərə başlanılacaq, prosto ASAN xidmətin sistemində yüklənmələr var idi deyə, biraz ləngiləmər olurdu». Bundan başqa, Şahid4 ilə Təqsirləndirilən şəxs1 arasında xx.xx.2020-ci il tarixdə aparılmış telefon danışığı da yönləndirmə proqramı vasitəsilə Zərərçəkmiş şəxs1 göndərilmişdir. Həmin danışıq zamanı ipoteka kreditinin düzəlməsi ilə bağlı proseslər Fəqanla Rüfət arasında müzakirə olunur, o cümlədən əmək haqqı aşağı olduğu halda yüksək əmək haqqı ilə əlavə ödəniş edilmək şərtilə müştərinin adına yeni iş yeri yaradılacağı Rüfət tərəfindən Fəqana deyilir. Bundan başqa, 11 iyun 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 səsli mesaj göndərir. Həmin səsli mesaj yönləndirmə proqramı vasitəsilə Zərərçəkmiş şəxs1 göndərilmişdir. Həmin səsli sms-in məzmunu belədir: «Fəqan verdiyin iki dənə sənədin ödənişi ödənilibdir, işləri də görülür, ayın onuna kimi də birinci sms-ləri gələcək, hər şey qaydasındadır, narahatçılıq yoxdur, iş görülür, hər sms gəldiyində müştərilər sənə xəbər eləsinlər, skrin edib atsınlar sms-i, növbəti etaplarda onların şəxsi kabinetlərində müəyyən işlər görülməlidir, onların hamısını biz özümüz edirik, yəni işlər görülür, problem yoxdur». Bundan başqa, 11 iyun 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 səsli mesaj göndərir. Həmin səsli mesaj yönləndirmə proqramı vasitəsilə Zərərçəkmiş şəxs1 göndərilmişdir. Həmin səsli sms-in məzmunu belədir: «hə Fəqan hə çatıbdı, işdə görülür, narahatçılıq yoxdur». İş materiallarında olan “Ayrıca icraata cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, cinayət işinin hazırki mərhələsində X6, X5, X8 və X2 pulunun ələ keçirilməsi faktları ilə bağlı istintaqı tamamlamaq mümkün olmamış, həmin epizodlarla bağlı zəruri istintaq hərəkətləri keçirilərək, əmələ hüquqi qiymət verilməlidir. Həmin cinayət faktlarının hazırki iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 aidiyyəti yoxdur. Göstərilənlərə əsasən, ********* nömrəli cinayət işinin materiallarından X6, X5, X8 və X2 pulunun ələ keçirilməsi faktları ilə bağlı X9 və qeyrilərinin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmış, ayrılmış cinayət işində Şahid4 və Qətibə adlı qadının əməlinə hüquqi qiymət verilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, istintaqın çağırışlarına gəlməkdən qəsdən boyun qaçırdıqları üçün, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilmişdir. İş materiallarından görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 19 avqust 2021-ci il tarixdə, Təqsirləndirilən şəxs2 isə 31 avqust 2021-ci il tarixdə tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 19 avqust 2021-ci il tarixdən hesablanmışdır. Eyni zamanda, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. İş materiallarından görünür ki, 02 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Həmçinin, iş materiallarından görünür ki, 06 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs3 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 isə əvvəllər məhkum edilməmişdirlər. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət nəticəsində Zərərçəkmiş şəxs3 vurulmuş ziyanın iyirmi beş faizi miqdarını təşkil edən 2000 (iki min) manat pulu dövlət büdcəsinə ödəmişdirlər. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 2020 və 2021-ci il təvəllüdlü iki azyaşlı uşaqları vardır. Beləliklə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1nın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsirləri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hərəkətlərində əməlin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildikləri maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, onların şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs2 cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini qismən etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs3 ilə aralarında barışıq əldə olunmasını və himayəsində azyaşlı uşaqların olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini, törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1nın təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, onun 31 avqust 2021-ci il tarixdən 02 sentyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, onlara təyin edilən azadlıqdan məhrum etmə növündə cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs1 cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 19 avqust 2021-ci il tarixdən, Təqsirləndirilən şəxs2 cəzasının əvvəli isə 18 mart 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə dəyişdirilməli və o, məhkəmə zalında həbsə alınmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin Zərərçəkmiş şəxs3 barışıq barədə ərizəsini və dövlət büdcəsinə ödənilmiş pul vəsaitini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 72-73-2-ci maddələrində nəzərdə tutulan cinayət əməli iştirakçılıqla törədildiyi hallarda, zərərçəkmiş şəxsə dəymiş ziyan və bu Məcəllənin 73-1.2, 73-1.3 və 73-2.2-ci maddələrində nəzərdə tutulan dövlət büdcəsinə ödəniş cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə ödənilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli Qərarında qeyd edilir ki, cinayət təqibi ictimaixüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə onun Zərərçəkmiş şəxs3 əmlakını dələduzluq yolu ilə Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ələ keçirməsi hissəsində də cinayət təqibinə xitam verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia yoxdur və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 2 (iki) gün həbsdə saxlanıldığı müddət təyin edilmiş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; cəzasının əvvəli 18 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə dəyişdirilsin və o, məhkəmə zalında həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə onun Zərərçəkmiş şəxs3 əmlakını dələduzluq yolu ilə Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ələ keçirməsi hissəsində cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 19 avqust 2021-ci il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73- 1.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs3 barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Hökmdən elan olunduğu (məhkumlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar