Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-33/2023 06.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, məhkəmə iclasının katibi Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1987-ci ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Tumaslı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali hərbi təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, faktiki olaraq ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə Zərərçəkmiş şəxs təqaüd düzəltmək istəyinin olmasını öyrəndikdən sonra özünü işgüzar şəxs kimi təqdim edərək əlaqələrinin geniş olmasını yalandan bildirib özünə inandırdıqdan sonra sonuncuya təqaüd düzəldəcəyini vəd verib aldadaraq ilk dəfə xx.xx.2020-ci il tarixdə ünvan 3 ünvanda yerləşən H.Əliyev adına parkda 6.000 manat, sonra isə xx.xx.2021-ci il tarixdə Şahid2 vasitəsilə həmin ünvanda 2.000 manat pul vəsaitini alaraq sonra həmin pulun 950 manatını qaytarıb qalan 7.050 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs ümumilikdə 7.050 (yeddi min ǝlli) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4- cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir.. Təqsirləndirilən şəxs elan edilmiş ittihamlar üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş, təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı izahatı, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir və əvvəllər Müdafiə Nazirliyinin N saylı hərbi hissələrinin birində zabit kimi işləmişdir. 2016-cı ildə aprel döyüşlərində sol ayağından yaralandığı üçün tərxis olunmuş və qazidir. Zərərçəkmiş şəxs Şahid2 vasitəsi ilə tanımışdır. Vaqif Sadqovu isə tanışı Orxanın vasitəsi ilə tanımışdır. X3 Nazirliyinin akademiyasında təhsil aldığı vaxtda tanış olmuş və sonuncu FHN-də polkovnik-leytenant rütbəsindədir. Şahid2la tanışlığı olduğu üçün mütəmadi olaraq görüşmüşlər. 2020-ci ilin sentyabr ayında Vaqif əlaqə saxlayaraq bir nəfər Faiz adlı tanışının olduğunu və Faizin əvvəllər DiN-də işləməsini, lakin təqaüd ala bilmədiyini, təqaüd almasına kömək edilməsini xahiş etmişdir. Vaqifə bu işdə kömək edə biləcəyini bildirmişdir. İşi görmək üçün Vaqifdən 9.000 manat pul istəmişdir. Bundan sonra Vaqif təqaüd düzəldiləcək şəxs ilə məsləhətləşib görüşməyi təklif etmişdir. Razilasdiqdan sonra 03 sentyabr 2020 ci il tarixda taqaüd duzaldacayinə söz verdiyi Faiz va Vaqil ila Xatai rayonu arazisində yerlason H.Əliyev adına parkda görüşmüşlar. Orada onlar taqaüd barada söhbət etdikdən sonra yenidən onlardan 9.000 manat pul istəmişdir. Hamin vaxt Faiz orada 6.000 manat pul vermişdir. Qalan məbləği ise qisa muddata verəcəyinə soz vermişdir. Faiz ila razılaşıb 6.000 manat pulu sayaraq götürmüşdür. Bir ay sonra Vaqif zong edarok bildirmişdir ki, Ziya 2.000 manat pul düzəltmişdir. Uzaqda olduğu üçün Vaqifa bildirmişdir ki, həmin pulu Faizdən götürsün. Lakin Vaqif də işdə olduğunu və çıxa bilmədiyini bildirib Faiza pulu cvlarina vemasini devacayini bildirmişdir. 04 may 2021-ci il tarixdə Vaqif ilə Xətai rayonu arazisində yerləşən H.Əliyev adına parkda görüşmüşlar. Parkda Vaqifdən 2.000 manat pulu almış va tezliklə işi həll edəcəyinə söz vermişdir. Bununla da iş üçün ümumilikdə 8.000 manat pul almışdır Pulu aldıqdan sonra Faiz təqaüd düzəltmək üçün heç kimlə əlaqə saxlamamışdır. Lakin tanışı Xaqaninin vasitəsi ilə Travmotologiya xatxanasından epikris və digər tibbi sənədlər alıb Sabunçu xastaxanasına taqdim etmişdir. Belə ki, şəhərdən kənarda olduğu üçün Xaqanidan xahiş etmişdir ki, Faizi Travmatalogiya xəstəxanasına aparsın. Xəqani də aralarında yoldaşlıq münasibətinə görə razılaşıb təmənnasız olaraq Faizi istəyi üzrə xəstəxanaya aparıb həkim yoxlanışından keçirmişdir. Bunu Faizin inanması üçün etmişdir. Faizdən aldığı 8.000 manat pulu atasının əməliyyatına xərcləmişdir. Ümumiyyətlə Faizdən pulu almaqda məqsədi atasını əməliyyat etdirmək olmuşdur. Faizə taqaud düzəltmək istəsə də, sonuncunun adına tibbi qərar olmadığı üçün təqaüdünü düzəldə bilməmişdir. Buna göra da, Faiz vermiş olduğu pulu geri tələb etməyə başlamışdır. Bundan sonra Faizdən almış olduğu 8.000 manat puldan 600 va 400 manat olmaqla 1.000 manatını qaytarıb qalan məbləği ödəməsi üçün vaxt verməsini xahiş etmişdir. Lakin Faiz razılaşmayaraq barəsində Xətai RPİ-nin 35-ci PŞ-nə şikayət etmişdir. Bundan sonra təhqiqat araşdırması zamanı Faizə xx.xx.2022-ci il tarixdə 1.500 manat, xx.xx.2022-ci il tarixda 1.000 manat pul qaytarmışdır. xx.xx.2022-ci il tarixdə isə Faizə 900 manat pul vermişdir. Hal-hazırda vurulmuş zərəri tam olaraq ödəmişdir. Əməlindən peşmandır. Qeyd olunanları nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Şahid2 Nariman oğlunu 30 ildən çoxdur ki, tanıyır və sonuncu uzaq qohumudur. Vaqif "xxxx" ASC-də işləyir və aralarında münasibət olduğu üçün hərdən görüşüb söhbət etmişlər. Vaqif təqaüd almadığını bildiyi üçün görüşlərin birində bir nəfər hərbidə işləmiş tanışının olduğunu, həmin tanışı vasitəsi ilə təqaüd almağına kömək oluna biləcəyini bildirmişdir. Vaqifdən həmin şəxs ilə görüşdürməsini xahiş emişdir. Buna görə də, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, H.Əliyev adına parkda Vaqif onu tanımadığı Təqsirləndirilən şəxs ila görüşdürmüşdür. Ziya bu işin düzəlməsinin 9.000 manata başa gələcəyini bildirmişdir. Söhbət zamanı əvvəllər Ziya Müdafiə Nazirliyində işlədiyini va mayor rütbəsində olduğunu bildirmişdir. Ziya təqaüd düzəlməsi üçün 9.000 manat pul verməli olduğunu, həmin pulun qarşılığında ikinci qrup əlillik təqaüdü va aylıq olaraq 800 manat civarında təqaüd alacağını demişdir. Ziyanın əminliklə danışdığını görüb inanmış va təqaüd düzəltməsi üçün istəmiş olduğu 9.000 manat puldan ilkin olaraq 6.000 manat pul verə biləcəyini, qalan 3.000 manat pulu da təqaüd düzəldikdən sonra vercǝyini bildirmişdir. Həmin vaxt parkda 6.000 pulu Ziyaya vermişdir. Ziya pulu qəbul edərək 2-3 ay ərzində təqaüd hazır edəcəyini demişdir. Ziyaya inandığı üçün heç bir söz deməyib razılaşmışdır. Bundan bir müddət sonra ikinci vətən müharibəsi başladığı üçün Ziya ilə əlaqə saxlayan zaman sonuncu hərbidə olduğunu bildirib vaxt verməyini və Kəlbəcərdə olduğunu bildirmişdir. Ziyaya inandığı üçün bir müddət gözləmişdir. 2020-ci ilin dekabr ayında ***-***-**-** saylı mobil nömrədən telefonuna zəng gəlmiş, zəng edən şəxs özünü Şahid1 kimi təqdim etmiş va Ziyanın dostu olmasını bildirmişdir. Xəqani səhər onunla Travmatologiya xastaxanasına gedərək oradan həkim müayinəsindən keçmək lazım olduğunu bildirmişdir. Buna görə də, səhəri gün Xəqani ilə Bakı şəhərində görüşərək birlikdə Travmatologiya Xəstəxanasina gedərək həkim yoxlanışından keçmişdir. Xəqani ilə söhbət zamanı müəyyən olmuşdur ki, sonuncudan onu həkim müayinəsindən keçirməsini Ziya istəmişdir. Həkim yoxlanışından keçərək aldığı tibbi sənədləri Ziyanın göstərişi əsasında Sabunçu rayonu 12 saylı poliklinikaya aparıb vermiş və sənədlər elektron sistemə vurulmuşdur. Tibbi sənədlər elektron sistemə vurulsa da, bir müddət sonra təqaüd verilməsindən imtina məktubu gəlmişdir. Buna görə də, Ziya ilə əlaqə saxlayaraq təqaüd düzəlməsindən imtina edilmasi barədə məlumat vermişdir. Ziya da narahat olmamağı, yenidən sistemə vurulacağını bildirmişdir. 04 may 2021-ci il tarixdə 2.000 manat pul düzəltmiş və Vaqifə zəng edərək demişdir. Vaqif də Ziya ila danışıb sonuncunun uzaqda olmasını bildirmişdir. Vaqif özünün də işdə olmasını və pulu evlərinə verməsini demişdir. Bundan sonra Vaqifin yaşadığı evə gedərək 2.000 manatı vermişdir. Vaqif həmin günü zəng edərək pulu H.Əliyev adına parkda Ziyaya verməsini bildirmişdir. Bundan sonra adına tibbi sənədlər bir daha sistemə vurulsa da, yenidən təqaüd verilməsindən imtina olunmuşdur. Bundan sonra Ziya ilə əlaqə saxlamış və onunla görüşüb 6 dəfə Travmatologiya xəstəxanasına, üç dəfə də 3 saylı Klinika Şəhər xəstəxanasına gedərək həkim yoxlanışından keçməsini demişdir. Oradan alınmış tibbi sənədlər yenidən sistemə daxil edilsə də, təqaüd verilməsindən imtina edilmişdir. Həmçinin Xəqani ila birlikdə Hərbi həkim komissiyasına getsə də, onları qəbul etməmişlər. Artıq Ziyanın aldatdığını başa düşüb vermiş olduğu ümumilikdə 8.000 manat pulu geri qaytarmasını tələb etmişdir. Bundan sonra Ziya hər dəfə görüşüb xahiş edərək vaxt verməyini bildirib vaxtı uzatmağa başlamışdır. 2022-ci ilin yanvar ayına Ziya 600 manat pul vermişdir. 2022-ci ilin fevral ayında isə Ziya 350 manat pul ödəmişdir. Bundan sonra Ziyadan qalan pulunu tələb etsə də, sonuncu pulunu vermədiyi üçün Xətai RPİ-nin 35-ci PB-no gedərək şikayət etmişdir. Şikayət etdikdən sonra Ziya xx.xx.2022-ci il tarixdə 1.500 manat, xx.xx.2022-ci il tarixdə 1.000 manat, xx.xx.2022-ci il tarixdə 900 manat pul ödəmişdir. Ziyaya 8.000 manat pulu nağd şəkildə vermişdir. Ziya ondan 8.000 manat pulu təqaüd düzəldəcəyi adı ilə almışdır. Təqaüd düzəldilməsi üçün pulu Ziyaya vermişdir. Şahid2 ona kömək etmək niyyəti ilə Təqsirləndirilən şəxs ilə onu tanış etmişdir. Ziya əvvəllər Müdafiə Nazirliyinin hərbi hissəsində işlədiyini və mayor rütbəsində olduğunu bildirmişdir. Həmin hadisə nəticəsində 1.000 manatda əlavə xərcləmişdir. Belə ki, 1.000 manat civarında isə taksilərə və s. işlərə pul xərcləmişdir. Hal-hazırda ona vurulmuş zərər tam olaraq ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində bildirmişdir ki, o, Bir il əvvəl Faiz yaşadığı ünvana qonaq gələn zaman Faiz təqaüd almadığını və təqaüd almaqda kömək edə biləcək tanışının olub-olmadığını soruşmuşdur. Faizə tanışının olmadığını, lakin bu barədə tanışlarından maraqlanacağını bildirmişdir. Bu danışıqdan sonra bir neçə tanışlarından təqaüd alınmasında kömək edə biləcək şəxsin olubolmadığını soruşuşdur. Bir həftə sonra qonşusu Fövqəladə Hallar Nazirliyində işlədiyini bildiyi Orxan adlı şəxs ilə bu barədə söhbət etdikdə sonuncu həmin məsələdə kömək edə biləcək Müdafiə Nazirliyində işləmiş hərbiçi Ziya adlı şəxsin olduğunu və onunla tanış edə biləcəyini demişdir. Orxan Ziyanın istifadə etdiyi 055 288- 12-13 saylı mobil nömrəsini vermişdir. Ziya ilə mobil telefon vasitəsilə əlaqə saxlayıb nömrəsini Orxan verdiyini və bir nəfər qohuma təqaüd alınmasında kömək lazım olduğunu bildirmişdir. Ziya dediklərini dinlədikdən sonra kömək edə biləcəyini bildirib görüşməyi təklif etmişdirdi. 3 gün sonra Ziya ilə ilk dəfə Xətai rayonu, H.Əliyev adına olan parkda görüşmüşdür. Onlar görüşən zaman məsələni yenidən Ziyaya danışmış və sonuncu da həll edə biləcəyini bildirib iş üçün 9.000 manat pul istəmişdir. Faizlə mobil telefonla əlaqə saxlamış və Ziyanın söylədiklərini ona bildirmişdir. Faiz də birlikdə görüşüb söhbət etməyi təklif etmişdir. Faiz Ziyanın dedikləri barədə məlumat verikdə Faiz 6.000 pulunun olduğunu, qalan məbləği isə qısa müddətə düzəldə biləcəyini demişdir. 2020-ci ilin sentyabr ayında o, Faiz və Ziya H.Əliyev adma parkda kafedə görüşmüşlər. Faiz məslə ilə bağlı Ziyaya müəyyən suallar vermiş, sonuncu sualları cavablandırdıqdan sonra onlar razılaşmışlar. Həmin vaxt Faiz cibindən 6.000 manat pulu çıxardıb sayaraq Ziyaya vermişdir. Qalan məbləği isə iş qutardıqdan sonra verəcəyini bildirmişdir. X7 ilə razılaşmayıb pulun qısa müddət ərzində verməli olduğunu demişdir. Ziya həmin vaxt 6 ay ərzində Faizin təqaüd məsələsini həll edəcəyinə söz vermişdir. 4 ay sonra Ziya və Faizə zəng edərək qalan məbləğin verilməsini istəmişdir. 04 may 2022-ci il tarixdə işdə olduğu vaxt Faiz zəng edərək 2.000 manat pul düzəltdiyini və Ziyanın pulu ona verməsini deməsini bildirmişdir. Bu zaman Faizə işdə olduğunu, Ziyanın da şəhərdən kənarda olmasını və pulu yaşadığı evə gətirib verməsini bildirmişdir. Həmin günü işdən çıxaraq evə gəlmiş və 2.000 manat pulu evdən götürüb Ziya ilə danışmışdır. Həmin günü Ziya ilə Xətai rayonu, V.Tau küçəsində yerləşən H.Əliyev adına parkda görüşmüşlər. Parkda 2.000 manat pulu Ziyaya vermişdir. Həmin vaxt Ziyaya bildirmişdir ki, "pulu tam şəkildə aldın, indi təqaüdü düzəlt". Ziya da söz verib arxayın olmağı demişdir. Sonradan Ziyadan dəfələrlə Faizin təqaüdünü soruşmuş, Ziya da hər dəfə müxtəlif bəhanələr gələrək qısa müddətə həll edəcəyinə söz vermişdir. Lakin təqaüdü düzəltməmiş və pulu ələ keçirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış Şahid1 iclasa gəlməmiş, bu barədə məhkəməyə teleqram ünvanlamışdır. Məhkəmə Şahid1 məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə istintaq dövründə vermiş olduğu ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Təqsirləndirilən şəxs 5 ilə yaxındır ki, tanıyır və aralarında yoldaşlıq münasibəti vardır. Zərərçəkmiş şəxs 2021-ci ilin iyul ayından tanıyır. Belə ki, 2021-ci ilin iyul ayında Ziya əlaqə saxlayaraq Bakı şəhərindən kənarda olduğunu, bir nəfər Faiz adlı dostunun olduğunu, Faizin onunla əlaqə saxlayan zaman götürüb Travmatalogiya Xəstəxanasına aparıb yoxlanışdan keçirməyini xahiş etmişdir. Aralarında olan yoldaşlıq münasibətinə görə sonuncu ilə razılaşmışdır. Faiz əlaqə saxladıqdan sonra sonuncu ilə görüşdüb Travmatalogiya xəstəxanasına getmişlər. Orada Faiz həkim yoxlanışından keçdikdən sonra çıxıb getmişdir. Sənədlər hazır olmadığı üçün Faiz xəstəxanada gözləməli olmuşdur. Bundan bir müddət sonra Ziyanın istəyi üzrə Faizi iki dəfə də, Sabunçu rayon xəstəxanasına aparıb yoxlanışdan keçirmişdir. Sonuncu dəfə Sabunçu rayon xəstəxanasında olan zaman Faiz Ziyanın ondan 8.000 manat pul aldığını bildirmişdir. 2022-ci ilin fevral ayının ortalarında Ziya əlaqə saxlayaraq Sabunçu xəstəxanasında olduğunu və onu oradan götürməyini xahiş etmişdir. Buna görə də, Sabunçu rayon xəstəxananın yaxınlığına getmişdir. Həmin vaxt Ziya, Faiz və adının sonradan Vaqif olduğunu öyrəndiyi şəxsin olduğunu görmüşdür. Yaxınlaşaraq onlarla görüşmüşdür. Həmin vaxt Faiz Ziyadan vermiş olduğu pulu istəyərək mübahisə etmişlər. Söhbət zamanı Faiz axşama 600 manat pul verməli olduğunu və Ziyadan 600 manat pul tələb etmişdir. Ziya da pulu ödəyəcəyini demişdir. Bundan sonra oradan ayrılıb çıxıb getmiş və səhəri gün Ziyanın Faizə 600 manat pul göndərməsini öyrənmişdir. Bundan bir neçə gün sonra 2022-ci ilin fevral ayının sonlarında Bakı şəhəri, Surxanı rayonu ərazisində yerləşən stadionun yaxınlığında o, Ziya və Faiz kafedə görüşmüşlər. Həmin söhbət zamanı məlum olmuşdur ki, Ziya Faizə təqaüd düzəltməsi üçün iki dəfəyə 8.000 manat pul almışdır. Həmin puldan 1.000 manatını qaytarsa da, 7.000 manat pul verəcəyi qalmışdır. Faiz də Ziyadan qalan 7.000 manat pulu tələb edən zaman bir yoldaş kimi Faizə Ziayaya vaxt verməsini, həmin pulu Ziyanın hissə-hissə verəcəyini demişdir. Buna baxmayaraq Faiz onlarla razılaşmayaraq pulu bütöv şəkildə geri tələb etmişdir. Ziya da Faizə bir ay müddətində çalışdığı qədər ilə pulu düzəldib qaytaracağını demişdir. Bundan sonra biz Faizdən ayrılıb çıxıb getmişdir. Daha sonra məlum olmuşdur ki, Faiz Ziyanınn barəsində 35-ci PB-nə şikayət etmişdir.(i.v 47) İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi, cinayət işinin başlanması və istintaq aidiyyatı üzrə göndərilməsi haqqında 23 iyun 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış HK-1/327 №-li material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə Xətai RPİ-nin 35-ci polis bölməsinin baş təhqiqatçısı İlahi Heydərovun xx.xx.2022-ci il tarixli qərarı əsassız olduğundan ləğv edilmiş, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır.( i.v. 1-2); cinayət işi materillarına əlavə edilmiş qəbzlərdən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixində 1.500 manat, xx.xx.2022-ci il tarixdə 1.000 manat pul almışdır.(i.v 19-20) xx.xx.2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış material rədd edilmiş və ona mülki mühakimə qaydada məhkəməyə və ya yuxarı instansiyalara müraciət etmək hüququ izah olunmuşdur(i.v 24-25) 01 iyul 2022-ci il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respulikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilərək, ibtidai istintaqı aparılması qərara alınmışdır(i.v 29) 04 iyul 2022-ci il tarixli zərər çəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınmışdır(i.v.33) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Heydərov X2 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilərək cinayət işinin icraatına xiam verilmişdir( i.v. 56-57); Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(033)-23/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığı, dəymiş ziyanı tamamilə ödədiyi, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyi üçün onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir(i.v 58-65). 01 avqust 2022-ci il tarixli cinayət işinin icraatının dayandırılması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraatı dayandırılmışdır(i.v 66) 10 avqust 2022-ci il tarixli cinayət işinin icraatının təzələnməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi təzələnmişdir(i.v 69) 10 avqust 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan olunmuşdur(i.v 81- 82) 10 avqust 2022-ci il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir(i.v96-97) İş materillarına əlavə edilmiş qəbzdən görünür ki, ona dəymiş 4350 manat ziyandan 1970 manat pulu Xətai RPİ-nin inzibati binasında yerləşən 211 saylı otaqda almışdır(i.v. 101) Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, ona dəymiş zərər Ziya adlı şəxs tərəfindən tam ödənilmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur(i.v 102) 14 sentyabr 2022-ci il tarixli Sübutların qiymətləndirilməsi haqqında qərardam görünür ki, Təqsirləndirilən şəxs Azarbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittihama əlavələr edilmasi zarurəti yaranmadığı üçün həmin ittiham dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs ifadələri toplanmış sübutların məcmusi ilə təsdiq edildiyindən zərərçəkmiş şəxs qismində dindirilmiş X4, şahid qismində dindirilmiş X1 və Şahid2 ifadələri sübut növü kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilmiş şəxs hesab edilməməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 308, 309, 310 və 341-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilməsi, qəbul edilmiş qərar və toplanmış ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 312-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilsin, qəbul edilmiş qərar və toplanmış material ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçiran prokurora göndərilməsi, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası CM-nin 312-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilməsi, qəbul edilmiş qərar və toplanmış material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi, Şahid1 və Şahid2 barəsində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin bütün tərkib əlamətləri üzrə cinayət təqibinin başlanması rədd edilməsi, qəbul edilmiş qərar və toplanmış material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə deyil, vahid niyyət kimi qiymətləndirilməsi və barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilməsi, qəbul edilmiş qərar toplanmış material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 1.000 manat pul tələbinə dair mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməsi qərara alınmışdır. (i.v.107-117) Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmə əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması (CM-in 59.1.13) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 4 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 13 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə ediləcək əmlak və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı B ünvan 4 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 13 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-33/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-33/2023
06.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver