Məhkəmə qərarları › İş №1(011)-33/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-33/2024

22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-33/2024 22.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – “Kiçikbəyov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Cəlilabad rayonunun Sarxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Qarakazımlı ərazi dairəsi, Sarxanlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış massivi nömrəsiz evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda ƏN-nin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə olan heroini və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 1,251 qram narkotik vasitə olan heroini, 0,45 qram narkotik vasitələr və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən tramadolu və 0,24 qram narkotik vasitə olan metadonu əldə edərək üzərində saxlamaqla daşımış, 02 aprel 2023cü il tarixdə, saat 21.40 radələrində Azərbaycan Respublikası DİN-in X32 Alayının əməkdaşları tərəfindən ünvan 1 ünvanında şübhəli şəxs qismində saxlanılıb ünvan 2ai RPİ-nin 36-cı PB-nin inzibati binasına gətirilərək orada videoçəkilişdən istifadə etməklə müdafiəçisinin iştirakı ilə aparılan şəxsi axtarış və götürmə zamanı sağ çiynindəki qara rəngli çantasının içərisində olan eynək qabından 6 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,226 qram, 0,270 qram, 0,223 qram, 0,239 qram, 0,263 qram, 0,03 qram olmaqla, ümumi təmiz çəkisi 1,251 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroin, 1 ədəd üzərində «Tramadol 50 mq» yazılan konvalyut kəsiyində 9 ədəd ağ-göy rəngli kapsullar güclü təsir edən maddə tramadol olub, 9 ədəd kapsulun tərkibində tramadolun təsir maddəsinin ümumi 0,45 qramı, 1 ədəd üzərində «Methadone 40 mq» yazılan konvalyut kəsiyində 6 ədəd qəhvəyi rəngli dairəvi formalı həblər sintetik narkotik vasitə-metadon olub, 6 ədəd həbdə metadonun təsir maddəsinin ümumi miqdarı 0,24 qramı və 1 ədəd üzərində narkotik vasitə olan heroinin izləri olan «Aosai» yazılan qara rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli iş üzrə toplanmış sübutlarla, özünün ibtidai istintaq zamanı vermiş olduğu ifadələri, şahid ifadələri, üzərində axtarış və götürmə zamanı aşkar edilərək götürülmüş maddi sübutlarla, məhkəmə-kimyavi və məhkəmə narkoloji ekspertiza rəyləri ilə, üzərində keçirilmiş axtarış və götürməni əks etdirən diskə baxış protokolu və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə verilmiş ittihamda təqsirli bilmədiyini, həmin məcəllənin 240.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində bildirmişdir ki, üzərindən aşkar edilən heroin bükümləri və tərəzi ona məxsus deyil. Lakin tramadol dərmanları və metadon həbləri isə ona məxsusdur. Fərqli növ psixotrop maddələrdən isə psixolojik problemlərini aradan qaldırılması məqsədi ilə istifadə etmişdir. Həmin psixotrop maddələri şəxsi istifadəsi üçün istifadə etmişdir. Adında olan nömrələrdən ***-***-**-** mobil nömrəsini xatırlamır, ***-***-**-** mobil nömrəsindən həyat yoldaşı istifadə etmiş, ***-***-**- ** mobil nömrəsi özünə məxsusdur amma tutulan zaman həmin nömrə üzərində olmamışdır. İbtidai istintaq zamanı polis əməkdaşları tərəfindən döyülmüşdür. Məhkəmənin suallarına cavab olaraq təqsirləndirilən şəxs bildirmişdir ki, Şahid4 onun dayısının əvvəlki həyat yoldaşıdır. Xəyal adlı şəxsi isə tanımadığını bildirsə də, daha sonra bildirmişdir ki, Xəyal onun qohumudur. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu ifadə ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında zidddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Belə ki, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2 və 240.1-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2019-cu ildən narkotik vasitələrdən istifadə edir. Buna görə də 2021-ci il tarixdə Sabunçu rayon məhkəməsi tərəfindən azadlıqdan məhrum edilmiş və 2022-ci ildə azadlığa buraxılmışdır. Azadlığa çıxdıqdan sonra da yenə tanımadığı şəxslərdən narkotik alıb istifadə edirmiş. 01 aprel 2023-cü ildə yaşadığı Cəlilabad rayonunda olan zaman sosial şəbəkədə adını deməyən İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuş, sonuncu ona verəcəyi hesaba pul köçürdükdə narkotik vasitələr sata biləcəyini və Bakı şəhərində deyəcəyi yerdən narkotik vasitəni götürəcəyini demişdir. Onun sözündən sonra həmin günü Bakı şəhərinə gəlmiş və hazırda fikrində qalmayan hesaba 120 manat köçürmüşdür. Sonradan axşam vaxtı Alatava qəsəbəsinə gedib onun deyilən yerdə 1 ədəd qara rəngli əl çantasını götürmüşdür. Sonradan fikrində qalmayan günlük gecələmək üçün otelə getmişdir. Oteldə çantanı açdıqda 6 ədəd bükümdə heroin, 1 listdə 9 ədəd Tramadol, 1 listdə 6 ədəd Metadon və 1 ədəd üzərində Aosai yazılan qara rəngli elektron tərəzi olmasını aşkar etmişdir. Digər tərəzi və dərmanların nə üçün olmasını başa düşməmişdir. Sonradan həmin şəxslə əlaqə saxlaya bilmədiyi üçün səbəbini də soruşa bilməmişdir. Tərəzidən başqa digərləri özündə olan eynək qabına qoyub tərəzi ilə birlikdə çantaya yerləşdirmişdir. Narkotik vasitədən ağrıları olanda istifadə edəcəyini düşünmüşdür. 02 aprel 2023-cü il tarixdə saat təxminən 21.20 radələrində Xətai rayonu H.Aslanov metrosunun yanına gedərək Bakı şəhərində yaşayıb taksi fəaliyyti ilə məşğul olan xalası oğlu Şahid3 zəng etmişdir ki, oraya gəlsin. Zəngindən bir neçə dəqiqə sonra Vahid ora gəlmiş, Vahidə bildirmişdir ki, onu Binə Ticarət mərkəzinin yanına aparsın ki, oradan rayona getsin. Avtomobilinə əyləşdikdən sonra Vahid avtomobili Cavanşir küçəsi, 21 saylı evin yaxınlığında olan köşkün yanında saxlamışdır ki, siqaret alsın. Bu vaxtı avtomobilə polislər yaxınlaşdıqda qapını açıb sağ çiynində olan çantanı yerə atmaq istəmişdir. Lakin polislər çantanı yerə atmağına imkan verməyib hər ikisini Xətai RPİ-nin 36-cı PB-nə aparmışlar. Bölmədə üzərinə axtarış aparılarkən sağ çiynində olan qara rəngli əl çantasını təqdim etmiş, çantanın içərisində olan maddə və əşyaların nə olmasını soruşduqda bildirmişdir ki, 6 bükümdə olan maddələr heoindir onu tanımadığı İİR-nın vətəndaşından özü üçün istifadə etmək məqsədi ilə almış, tərəzi və dərmanların nə üçün orada olmasını başa düşmədiyini demişdir. Üzərində axtarış davam etsə də hər hansı bir qanunla qadağan olunan əşya və ya predimet aşkar edilməmişdir. Sonra həmin maddə və əşyalar zərfə qoyulub möhürlənmiş, çanta və eynək qabı özünə qaytarılmışdır. Onda narkotik vasitənin olmasından Vahidin xəbəri olmamışdır.(i.v 89-90) Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsində olarkən post-patrul xidmətinin əməkdaşları onlara yaxınlaşmışdır. Xalası oğlu Aqşindən dərman çıxdığı üçün polislər bölməyə gedəcəklərin bildirmiş, onlarda bölməyə getmişlər. Polislər onlara yaxınlaşmamışdan 3-4 dəqiqə əvvəl Aqşin ona bildirmişdir ki, çantada narkotik maddələr var. O, ***-***-**-** saylı mobil nömrədən istifadə edir. ***-***-**-** saylı mobil nömrəni tanımır. Polis əməkdaşları tərəfindən döyülmüşdür. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə video və ya kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Məhkəmə iclasında şahid X5 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, Cəlilabad rayonu, Səttarxan küçəsi, ev 107-də qeydiyyatdadır. Bakı şəhəri, Xətai rayonu İ.İsmayılov küçəsi, ev 64-də həyat yoldaşı və 2 azyaşlı uşağı ilə kirayədə yaşayırmış. «Toyota Prius» markalı ** BO *** qeydiyyat nişanlı avtomobili icarəyə götürmüş və günlük 25 manat ödəməklə taksi fəaliyyəti ilə məşğul olurmuş. Təqsirləndirilən şəxs xalası oğludur. O təxminən 2 il əvvəl məhkum olunmuşdur və təxminən bir neçə ay əvvəl azadlığa buraxılmışdır. Lakin onun nə üstündə tutulduğunu bilməmişdir. xx.xx.2023-cü il tarixdə, saat təxminən 21.20 radələrində Aqşin ona zəng edərək Cəlilabad rayonundan Bakı şəhərinə gəldiyini və hazırda Xətai rayonu, H.Aslanov Metrosunun yanında olduğunu bildirmişdir. Təxminən 10-15 dəqiqəyə ora getmiş və Aqşin avtomobilinə əyləşmişdir. Həmin vaxtı onun sağ çiynində qara rəngli əl çantası olmuşdur. Aqşin ona bildirmişdir ki, onu Binə ticarət mərkəzinin yanına aparsın, oradan rayona gedəcək. Oradan aralanıb Cavanşir küçəsi, 21 saylı evin yaxınlığındakı köşkün qarşısında saxlamışdır ki, siqaret alsın. Avtomobili saxladıqdan sonra polislər onlara yaxınlaşmış və Aqşin çiynindəki çantanı atmaq istədikdə polislər ona imkan verməmişlər və onların hər ikisini Xətai RPİ-nin 36-cı PB-nə aparmışlar. Orada xidməti otaqlardan birində üzərinə axtarış və həyətdə olan avtomobilə baxış keçirilmiş, onun özündə və avtomobildə hər hansı bir qanunla qadağan olunmuş maddə, əşya və predimet aşkar olunmadı. Sonradan bilmişdir ki, Aqşindən narkotik vasitə və digər qanunla qadağan olunmuş əşyalar aşkar olunmuşdur. Lakin onlardan onun xəbəri olmamışdır. Özü heç vaxt narkotik vasitələrdən istifadə etməmişdir. Təhqiqatçıya verdiyi izahatında Aqşinin əlindəki çantada narkotik vasitə olduğunu və onu İİR-nın vətəndaşından özü üçün istifadə etmək məqsədi ilə aldığını nə üçün belə göstərdiyini bilmir. Həqiqətdə isə xəbəri olmamışdır.(i.v 73-74) Məhkəmə iclas zalında şahid qismində dindirilmiş DİN-in X32 Alayının 3-cü Patrul bölüyünün polis nəfəri polis serjantı Şahid2 ifadəsində göstərmişdir ki, Xətai RPİ-nin 36-cı PB-nin inzibati ərazisində xidmət edir. 02 aprel 2023-cü il tarixdə, təxminən saat 21.40 radələrində iş yoldaşları ilə birlikdə Xətai rayonu, Cavanşir küçəsi, 21-də yerləşən bazarın yaxınlığında xidmət aparan zaman Toyota Prius markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını və içərisində iki nəfərin narkotik təsiri altına olmalarına oxşayan şəxsləri görüb avtomobilə yaxınlaşmışlar. Bu vaxtı avtomobilin qabaq sağ oturacağında əyləşən şəxs qapını açıb sağ çiynindən asdığı qara rəngli çantasını atmaq istədikdə ona imkan verməyib hər ikisini avtomobilləri ilə birlikdə Xətai RPİ-nin 36-cı PB-nə aparmışlar. Bölmədə məlum olmuşdur ki, avtomobili sürən şəxs Şahid3 və sağ çiynində qara rəngli çantası olan sərnişin isə Təqsirləndirilən şəxsdur. Bölmənin xidməti otaqlarından birində Şahid3 üzərində axtarış və avtomobilinə baxış keçirilsə də qanunla qadağan olunmuş hər hansı bir maddə və ya predimet aşkar olunmamışdır. Sonradan Təqsirləndirilən şəxs üzərinə axtarış aparılmış. Axtarış zamanı ona təklif olunmuşdur ki, qanunla qadağan olunmuş maddə və əşyası varsa təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs çiynindən asılmış qara rəngli çantasının içərisindən bir ədəd eynək qutusununun içərisindən 6 büküm narkotik vasitəyə bənzər maddəni, 1 listdə 9 ədəd tramadol tabletkalarını, 1 listdə 6 ədəd metadon tabletkalarını və 1 ədəd üzərində Aosai yazısı olan qara rəngli elektron tərəzini təqdim etmişdir. Məhkəmə iclasında videokonfrans vasitəsilə dindirilmiş Şahid4 ifadsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun baldızının oğludur. ***-***-**-** saylı mobil nömrə onun adına qeydiyyatdadır. Lakin, həmin nömrəni o, Onkoloji xəstəxanaya gedərkən qış aylarında itirmişdir. Daha sonra Aqşinin qardaşı Anar ona zəng edərək bildirmişdir ki, narahat olma telefon tapılıb məndədir. Onun əri Anardan telefon və nömrəni götürməyə gedəndə müəyyən etmişdir ki, həmin nömrədən Anar müxtəlif insanlara zəng vurmuşdur. Əri də Anarı danlamış, daha sonra bildirmişdir ki, nömrə bizə lazım deyil, özümüzə yeni nömrə alacağıq. Amma həmin nömrənin Aqşinin qardaşı Anar tərəfindən istifadə edilməsini dəqiq bilir. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, onun 1 həyat yoldaşı vardır onunla da, boşanmamışdır hal-hazırda ailədirlər. Məhkəmə iclas zalında ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlanıldıqda, özünü X1 təqdim edən lakin səsindən tamamilə başqa şəxsə oxşayan şəxs bildirmişdir ki, həmin nömrə X6 istifadə edilməsi üçün verilmişdir. Daha sonra məhkəmə iclas zalında Təqsirləndirilən şəxs qardaşı Əmirov Anar ilə telefonla danışan zaman özünü İbrahim kimi təqdim edən şəxsin səsi ilə eynilik təşkil edən Əmirov Anar ifadə verməkdən imtina etmişdir. Məhkəmə iclasında videokonfrans vasitəsilə dindirilmiş şahid X8 ifadəsində göstərmişdir ki, o, X9 adında şəxs tanımır. Özü malyar işləyir. Sabunçu rayonunda ailəsi ilə birlikdə yaşayır. Himayəsində 1 azyaşlı uşağı vardır. Aqşin və Xəyal onun bibisi oğlanlarıdır. O, ***-***-**-** saylı mobil nömrədən istifadə edir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış digər şahid DİN-in X32 Alayının 3-cü Patrul bölüyünün polis nəfəri polis serjantı Şahid1 məhkəmə iclasına gəlməmiş, məhkəmə həmin şahidin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 03 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.2 və 240.1-ci maddələri ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir (cild1, i.v. 01); Bakı Şəhəri Xətai Rayon Polis İdarəsi 36-cı Polis Bölməsinin rəisinə ünvanlanmış X32 Alayının 3-cü Patrul bölüyünün əməkdaşları Abbasov Emin, Şahid2 və Şahid1 tərəfindən 02 aprel 2024-cü il tarixli raportdan görünür ki, 02 aprel 2023-cü il tarixində 21:40 radələrində Xətai rayonu, Cavanşir küçəsində yerləşən “Qaçqın Bazarı”-nın arxasında ərazidə xidmət apararkən 2 nəfər şəxsin **-BO-*** dövlət qeydiyyat nömrə nişanlı “Toyota Prius” markalı avtomobilin içərisində narkotik vasitələrin təsiri altında olduqlarını görüb onlara yaxıxnlşadıq. Bu zaman sərnişin qismində əyləşən şəxs əlindəki balaca əl çantasını atmaq istədikdə biz onların hər ikisini saxlayaraq avtomobil ilə birlikdə 36-cı PB-nə gətirdik. Bölmədə məlum oldu ki, **-BO-*** dövlət qeydiyyat nömrə nişanlı “Toyota Prius” markalı avtomobilin sahibi Şahid3, yanındakı şəxsin isə xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Həmin şəxslərin barəsində tədbir görülməsi xahiş olunmuşdur.(i.v 4) 02 aprel 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Şahid3 02 aprel 2023-cü il tarixində 22:10-da Bakı Şəhəri Xətai Rayon Polis İdarəsi 36-cı Polis Bölməsində tutulmuş, tutulmanın əvvəli həmin tarixdən azadlığının faktiki məhdudlaşdırıldığı 21:40-dan hesablanmışdır.(i.v 15) 02 aprel 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Bakı Şəhəri Xətai Rayon Polis İdarəsi 36-cı X20 X33 3-cü Patrul bölüyünün əməkdaşları Abbasov Emin, Şahid2 və Şahid1 və 13 saylı Vəkil Bürosunun vəkili X10 iştirakları ilə Şahid3 üzərinə şəxsi axtarış keçirilmiş, sonuncu üzərindən idarə etdiyi avtomobilə aid açardan başqa hər-hansı əşya və predmet aşkar olunmamışdır.(i.v 25-26) Etibarnamənin surətindən görünür ki, **-BO-*** dövlət qeydiyyat nömrə nişanlı “Toyota Prius” markalı avtomobili mülkiyyətçisi X7r və Şahid3 Mirzəhüseyin oğluna həmin avtomobili idarə etmək hüququnu 03 il müddətinə etibar etmişdir.(i.v29) 02 aprel 2023-cü il tarixli nəqliyyat vasitəsinə baxış keçiriləsi haqqında protokoldan görünür ki, Bakı Şəhəri Xətai Rayon Polis İdarəsi 36-cı Polis Bölməsinin həyətində **-BO- *** dövlət qeydiyyat nömrə nişanlı “Toyota Prius” markalı avtomobilə baxış keçirilmiş və həmin avtomobildə qanunla dövriyyəsi qadağan olunmuş hər-hansı əşya və predmet aşkar olunmamışdır.(i.v30) Şahid3 müdafiəçinin iştirakı ilə vermiş olduğu 02 aprel 2023-cü il tarixli izahatından görünür ki, “icarəyə götürdüyüm "Toyota Prius" markalı, **-BO-*** dn.n-lı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul oluram. Bildirirəm ki, bu gün, xx.xx.2023-cü il tarixdə xalam oğlu olan Təqsirləndirilən şəxs mənə zəng edərək Cəlilabad rayonundan Bakı şəhərinə gəldiyini və mənimlə görüşmək istədiyini bildirdi. O, H. Aslanov metrosunun yanına gəlmiş və mən avtomobilim ilə gedib onu oradan götürdüm. Aqşin avtomobilə əyləşəndə özü ilə bir çanta var idi. O, həmin çantada narkotik vasitə olduğunu, onu tanımadığı İran vətəndaşından "zakladka" deyilən üsul ilə hesaba pul göndərmək yolu ilə 120 manata şəxsi istifadəsi üçün əldə ediyini bildirdi. Belə ki, xalam oğlu Aqşin narkotik vasitə aludəçisidir. Biz onunla gəlib Cavanşir küçəsi ünvanında yerləşən "Cin Bazarı" və ya "Qaçqın Bazarı" deyilən yerə çatdıq və mən gizli bir yerdə avtomobili saxladım. Avtomobilin içində həmin narkotik vasitələrə baxmaq istədiyimiz zaman bizə polis əməkdaşları yaxınlaşdı. Bu zaman Aqşin həmin narkotik vasitələr olan əl çantasını atmaq istədi, lakin polis əməkdaşları buna əngəl olaraq bizim hər ikimizi saxladılar və idarə etdiyim nəqliyyat vasitəsi ilə birlikdə bizi PB-nə gətirdilər. Burada mənə müdafiəçi təyin olunaraq üzərimə və nəqliyyat vasitəmə baxış keçirildi, lakin nə mənim üzərimdə, nə də ki, avtomobilimdə hər-hansı qadağan olunmuş maddə aşkar edilməmişdir”.(i.v 32) 02 aprel 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 aprel 2023-cü il tarixində 22:55-də Bakı Şəhəri Xətai Rayon Polis İdarəsi 36-cı Polis Bölməsində tutulmuş, tutulmanın əvvəli həmin tarixdən azadlığının faktiki məhdudlaşdırıldığı 21:40-dan hesablanmışdır.(i.v 44) şəxsi axtarış və götürmə aparılması haqqında 02 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Bakı Şəhəri Xətai Rayon Polis İdarəsi 36-cı X20 X33 3-cü Patrul bölüyünün əməkdaşları Abbasov Emin, Şahid2 və Şahid1 və 13 saylı Vəkil Bürosunun vəkili X10, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs, iştirakları ilə şəxsi axtarış və götürülmə aparılmış, bu barədə müvafiq protokol tərtib olunmuşdur. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı “Samsunq” markalı mobil telefondan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs çiynindən asılmış qara rəngli çantanın içərisindən bir ədəd eynək qutusu çıxarmış və həmin eynək qutusunun içindən 6 ədəd şəffaf sellofan bükümdə qəhvəyi rəngli, toz şəkilli "heroin"-ə oxşar maddələr, 1 list 9 tabletkadan ibarət "tramadol" və 1 list 6 tabletkadan ibarət "metadon" dərman preparatları, eləcə də 1 ədəd üzərində "Rosai" yazısı olan qara rəngli elektron tərəzi çıxarıb təqdim edərək onları "İnstagram" sosial şəbəkəsində tanış olduğunu, lakin kimliyini bilmədiyi İran İslam Respublikası vətəndaşından sonuncunun verdiyi hesaba göndərdiyi 1202 manat pul müqabilində şəxsi istifadəsi üçün yerinin lokasiyası və fotoşəkili ona gödərdiyi 120 "Alatava" deyilən ərazidə gizlədilmiş yerdən götürmə üsulu ilə əldə etdiyini bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi 6 ədəd bükümdəki heroinə bənzər maddələr elektron tərəzidə ayrı- ayrılıqda çəkilərək, müvafiq olaraq, 0.31; 0.34; 0.33; 0.35; 0.33; 0.33 qram olduqları tərəzidə göründü. Vat. Təqsirləndirilən şəxs təqdim etdiyi 6 ədəd bükümdəki maddələr. 1 list 9 tablet "tramadol" və 1 list 6 tablet "metadon" adlı dərman preparatları, eləcə də 1 ədəd üzərində "Hosai" yazısı olan qara rəngli elektron tərəzi cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduqlarından bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün 151 saylı möhürü ilə möhürlənərək götürüldü. Bundan başqa onun üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet aşkar olunmadı, eləcə də çanta və eynək qutusu sübut əhəmiyyəti kəsb etmədiyindən şübhəli şəxsin özünə qaytarıldı.(i.v. 53-54); Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə vermiş olduğu 02 aprel 2023-cü il tarixli izahatından görünür ki, “özüm müəyyən müddətdir ki, narkotik vasitə aludəçisiyəm, buna görə də bədənimdə ağrılar olduğundan müxtəlif şəxslərdən və yerlərdən narkotik vasitə əldə edib qəbul edirəm. Bildirirəm ki, xx.xx.2023-cü il tarixdə "İnstagram" sosial şəbəkəsindən tanış olduğum, lakin kimliyini bilmədiyim narkotik vasitə alverçisi olan İran vətəndaşından narkotik vasitə istədim. Həmin narkotik vasitəsini əldə etmək üçün mən həmin tarixdə axşam vaxtı yaşadığım Cəlilabad rayonundan Bakı şəhərinə gəldim və xatırlamadığım bir yerdə ödəmə terminalı vasitəsilə həmin İranlı tacirin hesabına 120 manat pul göndərdim. Bundan sonra o, mənim sifarişimin gizlədildiyi yerin lokasiyası və fotoşəklini çəkib göndərdi. Mən həmin yerə axşam vaxtı gəlib oranın "Alatava" olduğunu bildim və gizlədilmiş yerdən bir ədəd qara çantanı götürüb getdim. Gecəni oteldə qaldım və həmin çantanın içini yoxlayıb gördüm ki, iranlı mənə 6 büküm "heroin", 1 list "metadon" və 1 list "tramadol", eləcə də 1 ədəd elektron tərəzi qoymuşdur. Mən onları özümə məxsus eynək qutusunun içinə yerləşdirib həmin çantanın içinə qoydum. Növbəti gün, mən Bakıda yaşayan və xalam oğlu olan Şahid3 zəng edib onunla görüş təyin etdim. Bunun üçün mən taksi ilə Həzi Aslanov metrosunun yanına gəldim və xalam oğlu Vahid taksilik etdiyi "Toyota Prius" markalı avtomobil ilə oraya gəlib məni götürdü. Mən rayona qayıtmağa yol pulum olmadığını və Bakıya narkotik vasitə almaq üçün gəldiyimi bildirib çantanın tərkibini ona göstərdim. Biz onunla həmin əraziyə yaxın olan, lakin mən dəqiq tanımadığım yerə gəldik və gizli bir yerdə avtomobili dayandıq. Mən çantanı açmaq istəyəndə bizə qəflətən polis əməkdaşları yaxınlaşdı. Mən həmin çantadan qurtulmaq istəyərək onu atmaq istədim, lakin polis əməkdaşları buna əngəl olaraq bizim hər ikimizi avtomobil ilə birlikdə PB-nə gətirdilər. Burada mənə təyin edilmiş müdafiəçisinin və polis əməkdaşlarının iştirakları ilə üzərimə şəxsi axtarış keçirildi və bu zaman mən çantanın içində olan dediyim əşyaları çıxarıb polis əməkdaşlarına təqdim etdim, onlar məndən götürülərək bir ədəd zərfə qoyulub möhürləndi və mən daxil olmaqla bütün iştirakçılar tərəfindən həmin zərf imzalandı”.(i.v 57) Məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinın Məhkəmə Ekspertiza Mərkəzinin 03 aprel 2023-cü il tarixli 6/1939 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «…imza Təqsirləndirilən şəxs…» yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə 6 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda bükümdə təmiz çəkisi 0,226 qr., 0,270 qr., 0,223 qr., 0,239 qr., 0,263 qr., 0,03 qram olmaqla, ümumi çəkisi 1,251 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 1 ədəd üzərində «Tramadol 50 mq» yazılan konvalyut kəsiyində 9 ədəd ağ-göy rəngli kapsullar güclü təsir edən maddə tramadol olub, 9 ədəd kapsulun tərkibində tramadolun təsir maddəsinin ümumi 0,45 qramdırı, 1 ədəd üzərində «Methadone 40 mq» yazılan konvalyut kəsiyində 6 ədəd qəhvəyi rəngli dairəvi formalı həblər sintetik narkotik vasitə-metadon olub, 6 ədəd həbdə metadon təsir maddəsinin ümumi miqdarı 0,24 qramdır. Həmin zərfdə olan 1 ədəd üzərində «Aosai» yazılan qara rəngli elektron tərəzinin üzərində narkotik vasitə olan heroin izləri vardır. Heroin izi şəklində olduğundan onun çəkisini müəyyən etmək mymkün deyildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təstiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ), Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təstiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr»-in siyahısına (Siyahı İİ), Tramdol Tramadol 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təstiq edilmiş «Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına» (1 nömrəli əlavə) daxildir.(i.v 62- 66)(ekspertiza xərci 88 manat) 03 aprel 2023-cü il tarixli şübhəli şəxs statusunun ləğv edilməsi, tutulmadan azad olunması və müdafiəçinin iştirakına xitam verilməsi haqqında qərardan görünür ki, X3 şübhəli şəxs statusunun ləğv edilməsi, tutulmadan azad olunması və müdafiəçinin iştirakəna xitam verilməsi qərara alınmışdır.(i.v 71) 03 aprel 2023-cü il tarixli şahidin dindirilməsi protokolundan görünür ki, Şahid3 Mirzəhüseyin oğlu şahid qismində ifadəsində bildirmişdir ki, o, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrdən istifadə edir, Aqşinin narkotik satıb-satmaması barədə məlumatı yoxdur, Aqşin mütəmadi olaraq ağrı kəsici dərmanlardan istifadə edirdi, O da başı ağrıyanda Aqşindən dərman alıb istifadə edirmiş. Aqşindən aldığı ağrı kəsici dərmanın adı yadında qalmamışdır. Lakin, deməsinə görə həmin dərmanları apteklərdən alırmış. Şahid3 müstəntiqin suallarına cavab olaraq bildirmşişdir ki, ilkin izahatında Aqşinin əlindəki çantada narkotik vasitə olduğunu və onu İİR-nin vətəndaşından özü üçün istifadə etmək məqsədi ilə almasını bildirsə də, amma həqiqətdə onu bilməmişdir. Hansı səbəbdən ilkin o cür izahat verməsinin səbəbini bilmir(i.v 73-74) 03 aprel 2023-cü il tarixli şübhəli şəxsin dindirilməsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində vermiş olduğu ifadəsində bildirmişdir ki, ilkin izahatında onun çantasında narkotik vasitənin olmasından Vahidin xəbəri olmasını qeyd etsə də, həqiqətdə Vahidin xəbəri olmamışdır. Həmçinin müstəntiqin sualına cavab olaraq bildirmişdir ki, ***-***-**-** saylı mobil nömrədən istifadə edir.(i.v 76-78) 04 aprel 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan olunmuşdur.(i.v 80-81) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay həddində həbs qətimkan tədbirinin seçilməsi və həbsetmənin əvvəlinin 02 aprel 2023-cü il tarixdən hesablanması qərara alınmışdır.(i.v102-105) Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-cı il təvəllüdlü X22 adlı övladı vardır.(i.v 108) 05 may 2023-cü il tarixli “CD” diskinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrə ilə danışıqlara dair "xxxx" MMC-dən daxil olmuş 1 ədəd “CD” diskinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəyə dəfələrlə SMS zəngləri göndərilərək ondan baş ağrısı dərmanı istəyir ki, başını düzəltsin. (i.v 111) Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən və Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildmiş, xx.xx.2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsi tərəfindən cəzası 01 ilə endirilmiş, xx.xx.2022-ci il tarixli Xəzər rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan 02 ay 16 gün müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. (i.v 112-114, 116-118) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X30 Şəxsi Ambulator X2 15 may 2023-cü il tarixli 2924 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİİODLƏRİN edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(i.v 125-126) 19 iyun 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən 04 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2 və 240.1-ci maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılması, barəsində seçilmiş həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınması, Təqsirləndirilən şəxs ifadələri toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən, habelə şahidlər Şahid3, Şahid1, Şahid2 ifadələri, məhkəmə-kimyavi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 03 aprel 2023-cü il tarixli 6/1939 saylı rəyi, məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ-in verdiyi 15 may 2023-cü il tarixli 2924 nömrəli rəyi, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması haqqında 02 aprel 2023-cü il tarixli protokol, həmin axtarışları əks etdirən 1 ədəd "DVD-R" disklər və həmin disklərə baxış keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokol, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş 6 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda bükümdə təmiz çəkisi 0,226 qr., 0,270 qr., 0,223 qr., 0,239 qr., 0,263 qr., 0,03 qram olmaqla, ümumi çəkisi 1,251 qram narkotik vasitə-heroinin, 1 ədəd üzərində “Tramadol 50 mq” yazılan konvalyut kəsiyində 9 ədəd kapsullarda olan güclü təsir edən maddə tramadolun, 1 ədəd üzərində “Methadone 40 mq” yazılan konvalyut kəsiyində 6 ədəd həblər sintetik narkotik vasitə metadonun qalıqları olan müvafiq olaraq 1,131 qram heroin, 8 ədəd kapsul tramadol və 5 ədəd həb metadon iş üzrə sübut növü kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 va 234.4.4-cü maddələri ilə cinayət işinin başlanılması rədd edilməsi, Şahid3 barəsində cinayət işi başlanması rədd edilməsi, Təqsirləndirilən şəxs aşkar edilmiş 6 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda bükümdə təmiz çəkisi 0,226 qr., 0,270 qr., 0,223 qr., 0,239 qr., 0,263 qr., 0,03 qram olmaqla, ümumi çəkisi 1,251 qram narkotik vasitə-heroinin, 1 ədəd üzərində «Tramadol 50 mq» yazılan konvalyut kəsiyində 9 ədəd ağ-göy rəngli kapsullarda olan güclü təsir edən maddə tramadolun, 1 ədəd üzərində “Methadone 40 mq” yazılan konvalyut kəsiyində 6 ədəd qəhvəyi rəngli dairəvi formalı həblər sintetik narkotik vasitə-metadonun qalıqları olan müvafiq olaraq 1,131 qram heroin, 8 ədəd kapsul tramdol və 5 ədəd həb metadon, 1 ədəd üzərində «Aosai» yazılan elektron tərəzi, üzərində şəxsi axtarış və götürmə aparılmasını əks etdirən 1 ədəd "DVD- R"xxxx"Azercell MMC"-dən daxil olmuş 1 ədəd "CD" diskləri maddi sübut kimi tanınsın, qalıqlar olan 1,131 qram heroin, 8 ədəd kapsul tramdol və 5 ədəd həb metadon, 1 ədəd üzərində «Aosai» yazılan qara rəngli elektron tərəzi Xətai RPİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilsin, 1 ədəd “DVD-R” və 1 ədəd "CD" diskləri cinayət işinin materiallarına əlavə edilməsi, ********* saylı cinayət işindən Təqsirləndirilən şəxs narkotik vasitə heroini, metadonu və güclü təsiredici maddə tramadolu əldə etdiyi mənbə barəsində material ayrılaraq Xətai RPİ-nə göndərilməsi, təqsirləndirilən şəxs X14 elan olunmuş ittihamda narkotik vasitələrin çəkilərinin məhkəmə-kimyavi ekspertizası rəyindəki kimi yəni 0,226 qr., 0,270 qr., 0,223 qr., 0,239 qr., 0,263 qr., 0,03 qram olmaqla, ümumi çəkisi 1,251 qram kimi göstərilməsi nəzərə alınması, Təqsirləndirilən şəxs məhkumluğu olan şəxs hesab edilməsi qərara alınmışdır. (i.v 131-136) “AZEMİS” elektron məhkəmə sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs adında-***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələr, X4 adında ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələr, Şahid4 adında ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələr müəyyən edilmişdir. Anten məlumatlarına əsasən müəyyən edilir ki: (xx/xx/2023,15:39:24,**********95,**********76,Vahid srocnu zeng ele xx/xx/2023,15:39:24,**********95,**********76,Vahid srocnu zeng ele ) ********** 508578195 2023-04-02 20:45:58 ********** 508578195 2023-04-02 20:54:27 ********** 508578195 2023-04-02 20:58:37 ********** 508578195 2023-04-02 21:02:56 Şahid3 tutulmamışdan əvvəl ***-***-**-** saylı mobil nömrədən istifadə etmiş və həmin nömrə ona məxsusdur. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə ***-***-**- **, ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələrin anten məlumatlarının əlaə keçirilməsi qərara alınmış və "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubu ilə 01 ədəd “CD” diskdə, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubu ilə 01 ədəd “CD” diskdə məhkəməyə təqdim edilmiş məlumatlar ilə ibtidai istintaq zamanı əldə edilmiş məlumatlar eynilik təşkil etmişdir. Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntülər tədqiq edilmiş, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs çiynindən asılmış qara rəngli çantanın içərisindən bir ədəd eynək qutusu çıxarmış və həmin eynək qutusunun içindən 6 ədəd şəffaf sellofan bükümdə qəhvəyi rəngli, toz şəkilli "heroin"-ə oxşar maddələr, 1 list 9 tabletkadan ibarət "tramadol" və 1 list 6 tabletkadan ibarət "metadon" dərman preparatları, eləcə də 1 ədəd üzərində "Rosai" yazısı olan qara rəngli elektron tərəzi çıxarıb təqdim edərək onları "İnstagram" sosial şəbəkəsində tanış olduğunu, lakin kimliyini bilmədiyi İran İslam Respublikası vətəndaşından sonuncunun verdiyi hesaba göndərdiyi 1202 manat pul müqabilində şəxsi istifadəsi üçün yerinin lokasiyası və fotoşəkili ona gödərdiyi 120 "Alatava" deyilən ərazidə gizlədilmiş yerdən götürmə üsulu ilə əldə etdiyini bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi 6 ədəd bükümdəki heroinə bənzər maddələr elektron tərəzidə ayrı- ayrılıqda çəkilərək, müvafiq olaraq, 0.31; 0.34; 0.33; 0.35; 0.33; 0.33 qram olduqları tərəzidə göründü. Vat. Təqsirləndirilən şəxs təqdim etdiyi 6 ədəd bükümdəki maddələr. 1 list 9 tablet "tramadol" və 1 list 6 tablet "metadon" adlı dərman preparatları, eləcə də 1 ədəd üzərində "Hosai" yazısı olan qara rəngli elektron tərəzi cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduqlarından tərəfimdən bir ədəd kağız zərfdə qablaşdırılmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi,ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidin ibtidai araşdırma zamanı vermiş olduğu ifadəsinə, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitə satmaması və ***-***-**-** saylı mobil nömrədən istifadə etməməsi ilə bağlı ifadəsinə tənqidi yanaşır və hesab edir ki, bu təqsirləndirilən şəxsin məsuliyyətdən yayınmaq məqsədi daşıyır. Məhkəmə təsqsirləndirilən şəxs və Şahid3 məhkəm istintaqında döyülmələri ilə bağlı vermiş olduğu ifadəsi üzrə qeyd edir ki, təqsirləndirilən şəxs və Şahid3 döyülməsini təsdiq edəcək heç bir sübut yoxdur. İbtidai istintaq zamanı vermiş olduğu ifadə və izahatlarını müdafiəçinin iştirakı ilə imzalamışlar. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə iclas zalında təqsirləndirilən şəxs döyülməsi ilə bağlı məlumat verməmişdir. Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrədən istifadə etməməsi ibtidai istintaq orqanı və məhkəmənin öz təşəbbüsü ilə əldə etdiyi anten məlumatlarına əsasən təkzib olunur. İş materialları ilə müəyyən edilir ki, təqsirləndirilən şəxs və Şahid3 X33 əməkdaşları tərəfindən tutulmamışdan əvvəl bir yerdə olmuşlar. Şahid3 həm ilkin izahatında həm də ifadəsində bildirmişdir ki, Aqşin ona zəng vuraraq görüşmək istədiyini bildirmiş və onlar görüşmüşlər. Məhkəmə istintaqı zamanı Şahid3 bildirmişdir ki, o tutulan zaman ***-***-**-** saylı mobil nömrədən istifadə etdiyini, ***-***-**-** saylı mobil nömrənin isə adında görünsədə ona məxsus olmadığını bildirsə də, anten məlumatlarına əsasən müəyyən edilmişdir ki, Aqşin ***-***-**-** saylı mobil və Vahid ***-***-**-** 02 saylı mobil nömrə ilə 01 aprel 2023-cü il tarixində 20:45-21:02 radələrində dəfələrlə bir birinə zəng etmişdir. Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrədən istifadə etməsi anten məlumatları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin məhkəmə iclas zalında Şahid4 və Xəyal adlı şəxsləri tanımamasını, daha sonra isə tanımasını bildirməsi ilə bağlı qeyri-səmimi ifadələri onun bir daha məsuliyyətdən yaxa qurtarmaq niyyətinə dəlalət edir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 Mirzəhüseyin oğlu məhkəmə iclas zalında bilə-bilə yalan ifadə verməsi anten məlumatları və onun məhkəmə istintaqı zamanı videogörüntülərdə əks olunan ifadəsi ilə tam təsdiq olunur. Göstərilən xüsusatın araşdırılması və Şahid3 əməlinə hüquqi qiymət verilməsi məqsədə müvafiq hesab edilir. İş üzrə şahid qismində dindirilmiş X23 təqsirləndirilən şəxsin qardaşı olmasına baxmayaraq onun bilə-bilə məhkəməyə yalan ifadəsi verməsi ilə əlaqədar əməlində cinayət tərkibinin olub-olması ilə bağlı prokurorluğa məlumat verilməlidir. Belə ki, məhkəmə iclas zalında şahid qismində dindirilmiş Şahid4 və onun oğlu Abdullayev İbrahimin ifadələrinə əsasən məhkəmə haqlı olaraq qənaətə gəlir ki, X29 qəsdən özünü ilkin olaraq İbrahim kimi təqdim edərək nömrəni Elsəvər adlı şəxsə bildirmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahidin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin ona elan edilmiş müvafiq maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma—üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsinə əsasən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satmaüç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsaəsn cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 azyşalı uşağının olması (CM59.1.4), onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunduğu azadlıqdan məhrumetmə cəzasını çəkib qurtardığı xx.xx.2022-ci il tarixdən 02 il keçmədən, yəni məhkumluq müddəti ödənilmədən yenidən cinayət törətdiyindən Təqsirləndirilən şəxs əməlində cinayətin residivi(CM61.1.1) onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2 və 240.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halın və ağırllaşdıran halın olmasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona qəti cəza təyin edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, iş üzrə maddi sübut olan 03 ədəd “CD” disklər və 01 ədəd “DVD-R” disk cinayət işi materiallarında saxlanılmalı, maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalan Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 1,131 qram heroin, 8 ədəd kapsul tramadol və 5 ədəd həb metadon, 1 ədəd üzərində “Aosai” yazılan qara rəngli elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə iclas zalında Şahid3 Mirzəhüseyin oğlunun və X23 bilə-bilə yalan ifadələr verməsi ilə bağlı araşdırma aparılması üçün Bakı şəhər Xətai Rayon Prokurorluğuna məlumat verilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş “Kiçikbəyov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) saat üçün nəzərdə tutulan 480 (dörd yüz səksən) manat pul ödənilməlidir. İş üzrə mülki iddia və müsadirə ediləcək əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 240.1-ci maddəsi ilə təqsirli bilinərək ona 01(bir) il 06(altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 3(üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 02 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınmış 03 ədəd “CD” disklər və 01 ədəd “DVD-R” disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalan Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 1,131 qram heroin, 8 ədəd kapsul tramadol və 5 ədəd həb metadon, 1 ədəd üzərində “Aosai” yazılan qara rəngli elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Məhkəmə iclas zalında Şahid3 Mirzəhüseyin oğlunun və X15 bilə-bilə yalan ifadə vermələri ilə bağlı araşdırma aparılması üçün Bakı şəhər Xətai Rayon Prokurorluğuna məlumat verilsin. Ekspertiza tədqiqatının dəyəri 88 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş “Kiçikbəyov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) saat üçün nəzərdə tutulan 480 (dörd yüz səksən) manat pul ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar