Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-33/2025 19.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2vanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib aldadaraq Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 29, 807 nömrəli bir otaqlı, tam təmirli mənzili kirayə götürmək adı ilə 03 iyul 2023-cü il tarixdə Zərərçəkmiş şəxs əri Şahid1 ilə müqavilə bağladıqdan sonra bir müddət mənzildə yaşamış və 2023-cü ilin dekabr ayından 2024-cü ilin fevral ayının 17-dək olan müddət ərzində mənzilin mətbəxindən 8.900 manat dəyərində mərmərli mətbəx mebelini, 1.250 manat dəyərində “Gorenje” markalı qaz sobasını, 2.800 manat dəyərində 01 ədəd “Bosch” markalı soyuducunu, 800 manat dəyərində 01 ədəd “Gorenje” markalı aspiratoru, 1.250 manat dəyərində 01 ədəd paltaryuyanı, 350 manat dəyərində mətbəx üçün pəncərə pərdəsini, 1.450 manat dəyərində “Mitsubishi” markalı 35 m2-lik kondisioneri, 700 manat dəyərində mətbəx masasını, ümumi dəyəri 720 manat olan 06 ədəd mətbəx stullarını, ümumi dəyəri 300 manat olan qab-qacaqları, 140 manat dəyərində bir ədəd isidici radiatoru, ümumi dəyəri 1.800 manat olan “Diana” fabrikasında istehsal olunmuş bir cüt oturacaqları, 300 manat dəyərində oturacaq üzərinə keçirilən bir dəst üzlükləri, 870 manat dəyərində “Sony” markalı 32 düymlük televizoru, 1.450 manat dəyərində bir ədəd “Mitsubishi” markalı 35 m2-lik kondisioneri, 510 manat dəyərində bir ədəd isidici radiatoru, 1.200 manat dəyərində otaq üçün pəncərə pərdəsini, 850 manat dəyərində “Unikal” markalı kombini, 1.450 manat dəyərində “Mondi” markalı oturacağı, 300 manat dəyərində bir ədəd xalçanı, hər birinin dəyəri 1.000 manat ümumi dəyəri 3.000 manat olan 3 ədəd otaq qapılarını, ümumi dəyəri 2.930 manat olan unitazı, iki ədəd duş başlıqlarını, eləcə də digər aksessuarları ələ keçirib istintaqla müəyyən edilməyən şəxslərə satıb ümumilikdə 33.320 manat dəyərində əmlakı vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirməklə Zərərçəkmiş şəxs ümumilikdə 33.320 (otuz üç min üç yüz iyirmi) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətmişdir İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, “Təranə” adlı qadının yazdığı şikayət ərizəsindən əvvəldən məlumatı vardır. 03 iyul 2023-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Xətai rayonu ünvan 3 ünvanda yerləşən mənzili Təranənin həyat yoldaşı Ariflə mənzilin kirayə verilməsinə dair aylıq 600 manat və əlavə 50 manat kommunal pulu ödəməklə kirayə götürüb həmin ünvanda tək yaşamağa başlamışdır. Həmin mənzildə uzun müddətdir kirayə yaşamış və mənzilə demək olar ki, arabir getmişdir. Mənzil mətbəx və qonaq otağı həmçinin sanitar qovşaqdan ibarət bir otaqlı mənzil olmuşdur. 2023-cü ilin dekabr ayından etibarən maddi çətinlikləri olduğundan mənzilin qonaq otağında, sanitar qovşağında və mətbəxində olan əşyaları, hissə-hissə internet vasitəsi ilə tanımadığı və hazırda anket məlumatlarını xatırlamadığı şəxslərə satmışdır. Mənzildə olan əşyaları satarkən iri həcmli əşyaları yolda görüb kirayə etdiyi yük avtomobilinə yükləyib bir dəfəyə çıxarmış və satışını həyata keçirmişdir. Mənzildə olan əşyaları ikinci əl olaraq satdığı üçün ümumilikdə 5.000 manat gəlir əldə etmişdir. Həmin pulu maddi çətinliklərinin aradan qaldırılmasına israf etmişdir. Məqsədi öz şəxsi işləri ilə bağlı maddi çətinliyini qaydasına qoyub sonradan həmin əşyaları ev sahibinin məlumatı olmadan geriyə bərpa etmək olsa da, Arif və yoldaşı Təranənin xəbərsiz gəlişləri məsələnin böyüməsinə aralarında narazılıq yaranmasına səbəb oldu. Hadisəni tək törətmişdir. Satılan əşyalardan hazırda yaşadığı ünvanda heç bir əşya yoxdur. Törətdiyi əməli bir daha təsdiq edir. Təranəyə 2.000 manatdan çox ödəniş etmişdir. Maddi ziyanı tam şəkildə ödəməyə çalışacaqdır. Təqsirləndirilən şəxs əlavə olaraq bildirmşdir ki, ittiham da, verilən məbləğlə razı deyil. Hesab edir ki, ümumi vurulmuş zərər 12-14 min məbləğ olmalı idi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, ünvan 4 ünvanda yerləşən bir otaqlı mənzil və mənzilin daxilində olan bütün əmlak ona məxsusdur. Təxminən 16 il öncə həmin mənzili alsa da, Gəncə şəhərində yaşadığı üçün evi kirayə olaraq vermək qərarına gəlmişdir. Bu məqsədlə 02 iyul 2023-cü il tarixdə həyat yoldaşı Şahid1 Bakı şəhərinə gələrək Xətai rayonu Xocalı prospektində yerləşən ev alqı-satqısı və kirayəsi ofisində mənzilin kirayə verilməsi üçün maraqlanmış və bu yolla Təqsirləndirilən şəxs tanımışdır. 03 iyul 2023-cü il tarixdə həyat yoldaşı Arif və Təqsirləndirilən şəxs, Bakı şəhəri Xətai rayonu, S.Vəzirov küçəsi 22 ünvanda yerləşən daşınmaz əmlak agentliyinə gedib kirayə müqaviləsi bağlamış və həmin mənzil Təqsirləndirilən şəxs kirayə müqaviləsi üzrə aylıq 600 manata və 50 manat kommunal pulu ödənişi şərti ilə icarəyə verilmişdir. xx.xx.2024-cü il tarixdə yoldaşı Ariflə birlikdə toy şənliyi ilə bağlı Bakı şəhərinə gəlmişlər. Həmin vaxt Ariflə birlikdə Xətai rayonunda yerləşən həmin mənzilə gedib baş çəkmək qərarına gəlmişlər. Binaya yaxınlaşanda o, mənzil binanın 3-cü mərtəbəsində yerləşdiyindən pəncərələrinə və eyvanına nəzər salmışdır. Mənzilin pəncərəsində olan pərdələrin eyni zamanda, eyvanda olan kombi və kondisioner kompressorlarının yerində olmadığını görmüşdür. Həmin vaxt yoldaşı Orxana zəng etmiş və evə baxmaq istədiyini demişdir. Orxan bir neçə saat sonra onların yanına gəlib demişdir ki, “evin açarı hazırda üzərimdə yoxdur, açarı unutmuşam. Həmin gün onlar toy şənliyinə getdiyi üçün orada çox qalmamış və bir gün sonra yəni xx.xx.2024-cü il tarixdə yenidən mənzilə baxmaq üçün getmişlər. Təqsirləndirilən şəxs gəlib mənzilin qapısını açdıqda videoçəkiliş edərək mənzilə daxil olmuş və müəyyən etmişdir ki, mənzildə kirayə qalan Təqsirləndirilən şəxs mənzilin mətbəxində olan 8.900 manat dəyərində orta hissəsi mərmər materialdan olan mətbəx mebelini, “Gorenje” markalı 1.250 manat dəyərində bir ədəd qaz sobasını, 01 ədəd 2.800 manat dəyərində “Bosch” markalı soyuducunu 01 ədəd “Gorenje” markalı 800 manat dəyərində aspiratoru, 01 ədəd 1.250 manat dəyərində paltaryuyanı, 350 manat dəyərində mətbəxdəki pəncərənin pərdəsinin, mətbəxdə olan 1.450 manat “Mitsubishi” markalı 35 m2-lik kondisioneri, 700 manat dəyərində mətbəx masasını, hər biri 120 manat olmaqla 6 ədəd ümumilikdə 720 manat dəyərində mətbəxdə olan stullar, ümumilikdə 300 manat dəyərində olan mətbəxdəki qab-qacaqları, mətbəxdəki bir ədəd 140 manat dəyərində isidici kombi radiatoru, mənzilin qonaq otağında “Diana” fabrikinə aid cüt 1.800 manat dəyərində divanları və 300 manat dəyərində divan üzərinə keçirilən üzlükləri, “Sony” markalı işlədilməmiş vəziyyətdə təzə 870 manat dəyərində televizoru, “Mitsubishi” markalı 35 m2-lik 1.450 manat dəyərində kondisioneri, bir ədəd 510 manat dəyərində isidici kombi radiatoru, qonaq otağının pəncərəsində olan 1.200 manat dəyərində pərdəni, mənzilin eyvanında olan “Unikal” markalı 850 manat dəyərində kombini, mənzilin dəhlizində olan “Mondi” markalı 1.450 manat dəyərində divanı, 300 manat dəyərində bir ədəd xalçanı, mətbəx, qonaq otağı və sanitar qovşağın 3 ədəd olmaqla hər biri 1000 manat olmaalq ümumilikdə 3.000 manat dəyərində qapılarını, sanitar qovşaqda olan 2.930 manat dəyərində avdanlıqlar yəni duş başlığı, unitaz, əl-üz yumaq üçün nəzərdə tutulan duşu sataraq, əmlakını ələ keçirmişdir. Bu barədə 102 xidmətinə zəng edib məlumat vermişdir. Həmin vaxt qonşuluqda yaşayan Fuad adlı şəxs də səsini eşidib mənzilə gəlmiş və hadisənin şahidi olmuşdur. Hadisəyə dair videogörüntüləri eyni zamanda səs yazılarını, fotoları istintaqa təqdim edə bilər. Hadisə nəticəsində ona 33.320 manat məbləğdə maddi ziyan dəymişdir. Ona vurulmuş zərər ödənilməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir, ona ağır cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs əlavə olaraq bildirmişdir ki, ona vurulmuş zərərdən heç bir məbləğ ödənilməmişdir. 2024-cü il yanvar və fevral aylarının kirayə haqqı və kommunal xərcləri olmaqla ümumilikdə 1600 manat pul verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs həyat yoldaşıdır. Bakı şəhəri, Xətai rayonu, ünvan 4 ünvan və mənzilin daxilində olan bütün əmlak yoldaşı Təranəyə məxsusdur. 2023-cü ilin iyul ayında həmin mənzili icarəyə vermək qərarına gəldikləri üçün Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən “Real Əmlak” adlı daşınmaz əmlak agentliyinin nümayəndəliyində mənzili icarəyə vermək istədiyini bildirmişdir. Mənzil bir otaqlı, tam təmirli və əşyalı olmuşdur. Agentlikdə olan zaman nümayəndə Şahid2lə tanış olmuş və İlhamla birlikdə mənzilə getmişdir. Şahid2 mənzilin şəkillərini çəkib daha sonra internet saytlarında elan yerləşdirmişdir. 03 iyul 2023-cü il tarixdə mənzili Təqsirləndirilən şəxs adlı şəxs icarəyə götürmək istədiyindən həmin gün Şahid2 ofisinə getmiş və orada müvafiq icarə müqaviləsi bağlamışdır. Müqavilə əsasında mənzili aylıq 600 manat ödənişlə Təqsirləndirilən şəxs tam əşyalı vəziyyətdə təhvil vermişdir. Müqavilədə mənzildə olan iri ölçülü bir neçə əmlakın qeydiyyatı aparılmışdır. Həmin gündən etibarən mənzildə Təqsirləndirilən şəxs yaşamışdır. Gəncə şəhərində yaşadığı üçün mənzilə baş çəkə bilməmişdir. Təxminən bir neçə aydan sonra həmin binada yaşayan “Fuad” adlı qonşu onunla əlaqə saxlayıb mənzildən əşyaların daşınmasını görməsi barədə məlumat versə də Təqsirləndirilən şəxs mənzillə bağlı əşyaların yerini dəyişdirməsini və ya hər hansı gündəlik məqsədinə uyğun olaraq bunu etdiyini düşünüb məsələnin üzərinə çox getməmişdir. xx.xx.2024-cü il tarixdə yoldaşı Təranə ilə birlikdə toy şənliyi ilə bağlı Bakı şəhərinə gəlmişdir. Həmin vaxt Təranə ilə birlikdə Xətai rayonunda yerləşən Orxana icarəyə verdiyi mənzilə gedib baş çəkmək qərarına gəlmişdir. Binaya yaxınlaşanda məznil binanın 3-cü mərtəbəsində yerləşdiyindən pəncərələrinə və eyvanına nəzər salmışlar. Yoldaşı Təranə evin pəncərəsində olan pərdələrin eyni zamanda eyvanda olan kombi və kondisioner kompressorlarının yerində olmadığını demişdir. Həmin vaxt Orxana zəng etmiş və mənzilə baxmaq istədiyini demişdir. Orxan bir neçə saat sonra onların yanına gəlib mənzilin açarının hazırda üzərində olmadığını, unutduğunu demişdir. Həmin gün toy şənliyinə getdiyi üçün orada çox qalmamış və bir gün sonra yəni xx.xx.2024-cü il tarixdə yenidən mənzilə baxmaq üçün qayıtmışlar. Təqsirləndirilən şəxs gəlib mənzilin qapısını açdıqda videoçəkiliş edərək mənzilə daxil olmuş və müəyyən etmişdir ki, mənzildə kirayə qalan Təqsirləndirilən şəxs mənzilin mətbəxində olan 8.900 manat dəyərində orta hissəsi mərmər materialdan olan mətbəx mebelini, “Gorenje” markalı 1.250 manat dəyərində bir ədəd qaz sobasını, 01 ədəd 2.800 manat dəyərində “Bosch” markalı soyuducunu 01 ədəd “Gorenje” markalı 800 manat dəyərində aspiratoru, 01 ədəd 1.250 manat dəyərində paltaryuyanı, 350 manat dəyərində mətbəxdəki pəncərənin pərdəsinin, mətbəxdə olan 1.450 manat “Mitsubishi” markalı 35 m2-lik kondisioneri, 700 manat dəyərində mətbəx masasını, hər biri 120 manat olmaqla 6 ədəd ümumilikdə 720 manat dəyərində mətbəxdə olan stullar, ümumilikdə 300 manat dəyərində olan mətbəxdəki qab-qacaqları, mətbəxdəki bir ədəd 140 manat dəyərində isidici kombi radiatoru, mənzilin qonaq otağında “Diana” fabrikinə aid cüt 1.800 manat dəyərində divanları və 300 manat dəyərində divan üzərinə keçirilən üzlükləri, “Sony” markalı işlədilməmiş vəziyyətdə təzə 870 manat dəyərində televizoru, “Mitsubishi” markalı 35 m2-lik 1.450 manat dəyərində kondisioneri, bir ədəd 510 manat dəyərində isidici kombi radiatoru, qonaq otağının pəncərəsində olan 1.200 manat dəyərində pərdəni, mənzilin eyvanında olan “Unikal” markalı 850 manat dəyərində kombini, mənzilin dəhlizində olan “Mondi” markalı 1.450 manat dəyərində divanı, 300 manat dəyərində bir ədəd xalçanı, mətbəx, qonaq otağı və sanitar qovşağın 3 ədəd olmaqla hər biri 1000 manat olmaalq ümumilikdə 3.000 manat dəyərində qapılarını, sanitar qovşaqda olan 2.930 manat dəyərində avdanlıqlar yəni duş başlığı, unitaz, əl-üz yumaq üçün nəzərdə tutulan duşu sataraq, əmlakını ələ keçirmişdir. Yoldaşı Təranə bu barədə 102 xidmətinə məlumat vermişdir. Sonradan Təqsirləndirilən şəxs mobil telefonu ilə qeydiyyata almış və həmin videogörüntüdə Təqsirləndirilən şəxs əməlini etiraf etmişdir. Həmin videogörüntülərə dair 01 ədəd diski və mənzilin Orxana icarəyə verilməsinə dair müqavilənin surətini istintaqa təqdim edəcək. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlanıdırılmış şahidlər Şahid2, Şahid3 və Şahid4 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etmiş, sadəcə olaraq vurulmuş zərərin məbləği ilə razı olmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, adları çəkilən şahidlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmiş, habelə həmin şahidlərin ibtidai istintaq zamanı verilmiş ifadələri elan edilməlidir. Azərbaycan Respublikası CPM-nin 329-cu maddəsin əsasən şahidin ifadəsinin elan edilməsinə(329.1. Şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə video və ya kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir.) göstərilən qaydada yol verilir. Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o bildirmişdir ki, “Real Əmlak” daşınmaz əmlak agentliyinin nümayəndəsi olaraq işləyir. Agentliyin Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən filialında nümayəndə olaraq fəaliyyət göstərir və həmin ərazidə yerləşən mənzillərin satışı və ya icarəyə verilməsi ilə bağlı vətəndaşların mürcaiətləri olduqda həmin müraciətlər üzrə mənzillərin icarəyə verilməsini təmin edir. 2023-cü ilin iyun ayının sonlarında Şahid1 əlaqə saxlayıb Bakı şəhəri, Xətai rayonu, ünvan 4 ünvanda bir otaqlı tam əşyalı mənzili olduğunu və həmin mənzili icarəyə verilməsində köməklik edilməsini xahiş etmişdir. Şahid1 ilə görüşüb birlikdə həmin mənzilə getmiş və mənzilin Arifin bildirdiyi kimi tam əşyalı hazır vəziyyətdə olmasını müəyyən edib, şəkillərini çəkmişdir. Daha sonra mənzillə bağlı internet ünvanında elan yerləşdirmişdir. Elandan təxminən 2-3 gün sonra “Orxan” adlı şəxs əlaqə saxlayıb həmin mənzili icarəyə götürmək istədiyini bildirmişdir. 03 iyul 2023-cü il tarixdə işlədiyi ofisdə Arif Sülyemanov və Təqsirləndirilən şəxs arasında olan razılıq üzrə müqavilə bağlanmış və həmin müqavilə üzrə Xətai rayonu, Xocalı prospekti 29, mənzil 807 ünvanda yerləşən bir otaqlı tam əşyalı mənzil Orxana bir il müddətə 600 manat aylıq ödəniş edilməklə icarəyə verilmişdir. Həmin müqavilədə mənzilin içərisində olan əşyaların sayı və hansı növ əşyalar olması qeydə alınmışdır. Belə ki, mənzildə 03 ədəd oturacaqlar, 02 ədəd masa, 06 ədəd stullar, 01 ədəd paltaryuyan, 02 ədəd kondisioner, mətbəx mebeli, 01 ədəd kombi və 01 ədəd televizor olmuşdur. Müqavilədə mənzildə olan digər xırda məişət əşayları barədə qeydiyyat aparılmasa da mənzil tam hazır vəziyyətdə Orxana təhvil verilmişdir. xx.xx.2024-cü il tarixdə Şahid1 onunla əlaqə saxlayıb mənzili icarəyə götürən Təqsirləndirilən şəxs mənzildə olan bütün əşyaları satmasını, hazırda mənzildə heç-bir əşya qalmadığını bildirmişdir. O həmin mənzilə gedib baxdıqda müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs mənzildə sadəcə divarlardakı oboylar istisna olmaqla bütün əşyaları mənzildən çıxarıb satmışdır. Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o bildirmişdir ki, Şahid1 və yoldaşı Təranə xanım yaşadığı binada üzbə-üz qonşusudur. Arif həmin mənzili icarə olaraq verdiyindən həmin mənzildə yaşayan şəxsin Orxan adlı kirayəçi olmasını bilmişdir.Orxan mənzildə kirayə yaşadığı dövrdə qonşularla ünsiyyətdən yayınan adam olduğundan Orxanı şəxsən tanımamışdır. 2023-cü ilin avqust ayının əvvələrində yaşadığı evə gəldikdə Arifin mənzilindən mətbəx mebeli, oturacaqların və digər məişət əşylarının dəhlizdə olmasını görmüşdür. Bundan sonra Arifə zəng edib demişdir ki, “ Arif sənin evinin əşyaları binanın dəhlizindədir. Sən evi satmısan?” Arif ona mənzili satmadığını, kirayəçi ilə danışdığını evdə olan əşyaları yenisi ilə əvəz edəcəyindən xəbərdar olduğunu demişdir. 17 fevral 2024-cü il tarixdə evdə olan zaman Arifin səsini eşidib dəhlizə çıxmışdır. Arif ona demişdir ki, “gəl mənim evimin vəziyyətinə bax”. O, Arifin evinə daxil olmuş və mənzildə heç bir əşya qalmadığını görmüşdür. Mənzilin dəhlizində, qonaq otağında, mətbəxində eyni zamanda sanitar qovşaqda olan əşyalardan heçnə qalmamışdır. Arif demişdir ki, evdə kirayə yaşayan Təqsirləndirilən şəxs əşyaları ələ keçirib satmışdır. Məhkəmə iclasında Şahid4 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o bildirmişdir ki, Təqsirləndirilən şəxs qohumudur. Orxanın Bakı şəhəri, Xətai rayonu, Xocalı prosoektində yerləşən yeni tikili binada kirayə yaşaması barədə məlumatı var. Belə ki, Orxan işləri ilə bağlı arabir vaxtı olmadıqda ona zəng edir və həmin evin kirayə pulunu 650 manat olmaqla Şahid1 adlı ev sahibi kimi bildiyi şəxsin kart hesabına ödəyir. Orxan qohumu olduğu üçün arabir Orxanın kirayə yaşadığı həmin mənzilə qonaq kimi getmiş lakin, evdə olan əşyalar tam şəkildə yerində olmuşdur. Orxanın hansı müddətdə mənzildə olan əşyaları çıxarması və hara satması barədə məlumatı yoxdur. Sadəcə xx.xx.2024-cü il tarixdə Orxan, ona zəng edib ev sahibi ilə aralarında narazılıq olmasını və buna görə də yanında həmin evə getməyini xahiş etmişdir. Həmin gün Orxanla birlikdə Xətaidə Orxanın kirayə yaşadığı Təranə adlı qadına məxsus evə getmiş və mənzildə olan əşyaların Orxan tərəfindən satılmasından həmin gün xəbərdar olmuşdur. Orada olan zaman Şahid1 Orxanı videoqeydiyyyata almış və Orxan, Arifə maddi ziyanı qısa zamanda ödəyəcəyini demişdir. Sonradan Arif vəsiqə istədikdə Orxan vəsiqəsi üzrində olmadığı üçün onun vəsiqəsini Arifə təqdim etmiş və Arif vəsiqəsinin şəklini çəkib ona qaytarmışdır. Orxanla heç-bir əlbirliyi olmamışdır. Arabir həmin mənzilə qonaq kimi getsə də orada yaşamamışdır. xx.xx.2024-cü il tarixdə Orxanla birlikdə gedib evdə olan əşyaları satmasının şahidi olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarən ləğv edilməsi və cinayət işinin başlanması haqqında 22 aprel 2024-cü il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs müraciəti əsasında Xətai RPİ-nin 37 PŞ-də toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* cinayət işi başlanmışdır (i.v. 1-2); Zərərçəkmiş şəxs tərəfindən Xətai Rayon Polis İdarəsinin 37-ci PŞ-ə ünvanlanmış 17 fevral 2024-cü il tarixli ərizədən görünür ki, Orxan adlı şəxs ona 24740 (iyirmi dörd min yeddi yüz qırx) manat məbləğində dəyərində maddi zərər vurmuşdur, qanuni tədbir görülməsini xahiş etmişdir.(i.v 9) 17 fevral 2024-cü il tarixli hadisə yerinə baxış protokolundan və işə əlavə edilmiş fotoşəkillərdən görünür ki, mənzil bir yataq otağı, bir mətbəx və hamam otağından ibarətdir. Qeyd olunan mənzil 16 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşir. Mənzilin mətbəx mebeli, otaqların qapıları və digər əşyaları sökülərək çıxarılmışdır.(i.v 11-14) zərərçəkmiş şəxs qismində tanınma haqqında 27 aprel 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v.24) 28 aprel 2024-cü il tarixli götürülmə aparılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Şahid1 istintaqa təqdim etdiyiiçərisinə Təqsirləndirilən şəxs, iş üzrə Zərərçəkmiş şəxs məxsus mənzildəki əmlakları etibardan sui-istifadə etməklə ələ keçirmə yolu ilə satmasını etiraf etməsinə dair videogörüntüyə dair 01 ədəd DVD diski və həmin mənzilin Təqsirləndirilən şəxs icarəyə verilməsinə dair “Real Əmlak” daşınmaz əmlak agentliyində bağlanmış 03 iyul 2023-cü il tarixli icarə müqaviləsinin 01 ədəd surəti iş üçün əhəmiyyət kəsb etdiyindən Şahid1 götürülüb. (i.v 40-41); 03 iyul 2023-cü il tarixli “Real Əmlak” daşınmaz əmlak agentliyinin daşınmaz əmlakın icarəyə verilməsi haqqında müqavilədən görünür ki, Təqsirləndirilən şəxs 01 il müddətinə sözügedən mənzili icarəyə götürmüşdür.(i.v 44); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. xx.xx.2024-cü il tarixində CPM 40.3-CM 73.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirildiyi cinayət işi xitam verilmişdir. (i.v. 51-52); 12 mart 2024-cü il tarixli sübutların qiymətləndirilməsi və cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs X1 ilə barışması nəzərə alınaraq ********* saylı cniayət işi xitam edilmişdir.(i.v 56-60) Sübutların qiymətləndirilməsi haqqında 22 iyun 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ittiham elan olunması, aparılmış istintaq əməlində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 179-cu maddələrinin tərkib əlamətlərinin olması müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində həmin maddə ilə cinayət təqibinin başlanmasının rədd edilməsi və bu barədə olan sənədlərin surəti saxlanması üçün Xətai rayon prokurorluğuna göndərilməsi, Azərbaycan Respublikası CMnin 178.2.1-ci maddəsinin tərkib əlamətlərinin olması müəyyən edilmədiyindən Şahid4 barəsində həmin maddə ilə cinayət təqibinin başlanmasının rədd edilməsi və bu barədə olan sənədlərin surəti saxlanması üçün Xətai rayon prokurorluğuna göndərilməsi,iş üzrə Şahid1 götürülmüş 01 ədəd disk maddi və mənzilin Təqsirləndirilən şəxs kirayə verilməsinə dair müqavilənin surəti maddi sübut kimi tanınması və cinayət işi materiallarına əlavə edilməsi, iş üzrə təqsirləndirilən şəxsin ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, götürmə protokolu, hadisə yerinə baxış protokolu işin faktiki hallarına uyğun olduğu üçün sübut növü kimi saxlaması qərara alınmışdır.(i.v 76-82) 28 iyun 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur.(i.v 93-94) 28 iyun 2024-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, diskin içərisində audio səs yazıları, fotolar və videogörüntülər mövcuddur. AUD-2024016 nömrəli audio yazıda Təqsirləndirilən şəxs səs yazısı mövcuddur, o, zərərçəkmiş şəxsin həyat yoldaşı Şahid1 deyirki, “ salam Arif dayı mən işlərimi dəqiqləşdirdim, bir neçə gün sonra saat 17 radələrində pul səndə olacaq, bilirəm məndən xəbər gözləyirsən, sənə söz verirəm ki, pulu çatdıracam”, Whatsapp video 14.27.19 adlı və Whatsapp video 14.41.54 adlı videogörüntülərdə zərərməkmiş şəxs Zərərçəkmiş şəxs və həyat yoldaşı Şahid1 tərəfindən 17 fevral 2024-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, ünvan 7 ünvanda yerləşən mənzilin daxilində baş vermiş hadisədən sonra mənzilin daxili vəziyyətinin görüntüləri qeydə alınmış, həmin görüntülərdən zərərçəkmiş Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəsi bir daha təsdiqini tapmış, mənzilin daxilində olan əşyaların yerində olmadığı müəyyən edilmiş, həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə mənzilin daxilində baş vermiş hadisə ilə bağlı danışıqlar aparması qeydə alınmış, Whatsapp video 14.27.44 adlı videogörüntüdən müəyyən edilir ki, “xx.xx.2024-cü il tarixdə Şahid1 marka və modeli, dövlət qeydiyyat nişanı vidoegörüntüdə əks olunmayan, sükanı arxasında Təqsirləndirilən şəxs əyləşdiyi avtomobilin içərisində Orxanı videoçəkilişlə qeydə alır. Həmin vaxt Təqsirləndirilən şəxs çəkilişin aparılmasından xəbərdardır və o kameraya doğru bildirir ki, “ mən Təqsirləndirilən şəxs Şahid1la kirayə müqaviləsi bağlayıb 03 iyul 2023-cü il tarixdə Xətai rayonunda kirayə mənzil götürmüşəm, sonradan çıxılmaz vəziyyətdə qalaraq mənzildə olan əşyaları satmışam, törətdiyim əməli etiraf edirəm və doğru əməl olmadığını başa düşürəm, yaranmış narazılığın həlli yolu maddiyyatla öz həllini tapacaqdırsa mən bu zərəri aradan qaldıracam, vurduğum maddi ziyanı aradan qaldırdıqdan sonra bu videogörüntünün silinməsini istəyirəm.” (i.v 107-108) 28 iyun 2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, ********* cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsilə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v 109-110) 10 yanvar 2025-ci il tarixli Məhkəmə Ekspertiza Mərkəzinin məktubundan görünür ki, 1(011)-412/2024 №-li cinayət işi üzrə tərəfinizdən xx.xx.2024-cü il tarixdə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılması və rəy verilməsi aşağıdakı səbəblərə görə mümkün olmamışdır: Ekspert qarşısında qoyulmuş sualın həll edilməsi üçün xx.xx.2024-cü il tarixli vəsatət (Qərarda göstərilən əşyalar ekspert baxışına təqdim edilsin) göndərilmiş. xx.xx.2025-ci il tarixində xx.xx.2025-ci il tarixli məktub daxil olaraq baxışın vaxtı xx.xx.2025-ci il tarixinə təyin edilmişdir. Baxış zamanı tərəflərin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı qərarda qeyd olunan əşyalar tədqim edilmədiyindən tədqiqat aparmaq mümkün olmadı. Göstərilənləri nəzərə alaraq "Məhkəmə ekspertizası fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və "Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında təlimat"ın 3.2.3-cü bəndinə əsasən hazırki ekspertizanın aparılmasından imtina edilir. Məhkəmə iclas zalında Təqsirləndirilən şəxs görüntüləri əks olunan diskə baxış keçirilmiş, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs bildirir ki, 10-11 min manat dəyərində divan və mənzildə olan yaşamaq üçün zəruri bütün əşyalar onun tərəfindən satılmışdır. Dəymiş zərərin mart ayının 10-a kimi ödəniləcəyi vəd verilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif olunmamışdır. Belə ki, Təqsirləndirilən şəxs, həmçinin Zərərçəkmiş şəxs ifadələrindən məlum olur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 29, 807 ünvanda aralarında mənzilin kirayə verilməsi müqaviləsi əsasında sonuncuya məxsus evdən taladığı əşyalar zərərçəkmiş şəxs tərəfindən onlara etibar edilmiş əşyalar olmuşdur. Məhkəmə qeyd edir ki, hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər və cinayət işlərini, cinayət təqibi ilə bağlı digər materialları, məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı isə mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 21-ci bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılsın ki, dələduzluq cinayəti özgə əmlakını mənimsəmə və ya israf etmə cinayətindən (CM-nin 179-cu maddəsi) əmlakın təqsirkarın sərəncamına keçməsi üsulu ilə və həmin əmlakın ələ keçirilməsi anı ilə fərqlənir. Dələduzluğun törədilməsi zamanı təqsirkarın bütün hərəkətləri onun həmin əmlakın ələ keçirilməsinə yönəlmiş niyyətinin həyata keçirilməsində ifadə olunursa, mənimsəmə və ya israf etmə zamanı əmlak təqsirkara etibar olunur və yalnız bundan sonra təqsirkarda əmlakın ələ keçirilməsi və ya israf edilməsi niyyəti yaranır, bu niyyətinə nail olmaq üçün də o, müvafiq hərəkətləri edir. Mənimsəmə və ya israf etmə cinayətinin törədilməsi zamanı da aldatma və ya etibardan sui-istifadə etmə bu cinayətin üsulları kimi çıxış edə bilər (məsələn, ərzaq məhsullarının ticarət obyektlərinə paylanması vəzifəsini yerinə yetirən ekspeditorun həmin məhsulların xarab olması (oğurlanması, naməlum şəraitdə itməsi) barədə istehsal müəssisəsinin rəhbərinə bilə-bilə yalan məlumat verərək bundan sonra ona etibar olunmuş əmlaka istədiyi kimi sərəncam verməsi). Talama – özgənin əmlakını tamah məqsədi ilə hüquqazidd və əvəzsiz olaraq, həmin əmlakın mülkiyyətçisinə və başqa sahibinə ziyan vurmaqla götürmə və özünün və ya başqa şəxslərin xeyrinə keçirməsidir. Təqsirləndirilən şəxs əməli, həmçinin Zərərçəkmiş şəxs ifadələrindən göründüyü kimi həmin əşyalar təqsirləndirilən şəxsə etibar edilmiş əşyalar olmuş, sonuncu ona etibar edilmiş özgə əmlakını talamışdır. Məhkəmə Təqsirləndirilən şəxs vurulmuş zərərin həcminin ittihamda qeyd olunduğu miqdarda yox, daha az miqdarda olması kimi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü məsuliyyətdən kənarda qoymaq kimi qiymətləndirilməlidir. Belə ki, məhkəmə iclas zalında Təqsirləndirilən şəxs məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsini, həmin ekspertiza əsasında vurulmuş zərərin dəqiqləşəcəyi təqdirdə zərəri ödəyəcəyini bildirmiş, 10 yanvar 2025-ci il tarixli Məhkəmə Ekspertiza Mərkəzinin məktubu ilə əşyalar təqdim edilmədiyindən rəy verilməsinin mümkün olmaması qeyd edilmişdir. Habelə Təqsirləndirilən şəxs həmin məbləğin çox yuxarı qeyd olunmasını bildirsə də, özü videoçəkilişdə divanın qiymətinin 10-11 min manat olmasını etiraf etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs vurulmuş zərərin miqdarı ilə razı olmasa da, özünün videogörüntülərdə kirayə götürdüyü mənzilin yaşayış üçün bütün zəruri əşyalarla dolu olmasını, sadəcə olaraq divanın qiymətinin 10-11 min manat olmasını bildirməsi nəzərə alaraq hesab edir ki, Zərərçəkmiş şəxs vurulmuş zərərin həcmi 33.320 manat olaraq hesab edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu və digər iş materialları ilə Təqsirləndirilən şəxs təqsirli olması öz təsdiqini tapmışdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və ya etibardan sui-istifadə etməklə özgənin əmlakını ələ keçirməmiş, etibar edilmiş özgə əmlakını talaması nəzarə alıb, Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə deyil, həmin Məcəllənin 179.2.4-cü maddəsi ilə tövsif olunması qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmçinin qeyd olunması zərudir ki, zərərçəkmiş şəxsə vurulmuş ümumi zərərdən 2000 manat ödəniməsi təqsirləndirilən şəxs tərəfindən qeyd olunsa da, həmin xüsusat zərərçəkmiş şəxs tərəfindən inkar edilmiş, onlara ümumilikdə 1600 manat pul ödənilməsini, həmin 1600 manat pulunda vurulmuş zərərdən yox, kirayə haqqı və qalıq kommunal xərc üçün ödənilməsi qeyd olunmuşdur. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, ümumi vurulmuş zərərdən 1600 manat pul ödənilməsi vurulmuş zərərin qismən ödənilməsi hesab edilməli(59.1.14) və Təqsirləndirilən şəxs Zakir oğlunun vəziyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə və azadlığın məhdudlaşdırılması cəzalarının Təqsirləndirilən şəxs islah təsirinin yetərli olmayacağını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmayacağını, təqsirkarın şəxsiyyətini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməməsini, onlara dəymiş ziyanıın ödənilməməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), zərərçəkmiş şəxslərlə barışıq əldə etməməsi və ona dəymiş ziyanı ödəməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəzasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, barəsində həbs qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, dərhal məhkəmə iclas zalından həbs olunmalı, maddi sübutlar- 01 ədəd disk və 01 ədəd müqavilə surəti cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Odur ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqlarının olması izah olunmalıdır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 55 (əlli beş) saat üçün nəzərdə tutulan 330 (üç yüz otuz) manat pul ödənilməlidir Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinsin və ona 02(iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübutlar- 01 ədəd disk və 01 ədəd müqavilə cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Ədliyyə Nazirliyi Penitensiar xidmətin Konvoy taborunun vasitəsilə Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 55 (əlli beş) saat üçün nəzərdə tutulan 330 (üç yüz otuz) manat pul ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə verildiyi andan) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-33/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-33/2025
19.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver