Məhkəmə qərarları › İş №1(011)-330/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-330/2024

04.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-330/2024 04.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, təkrarən etibardan suiistifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgəsinin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs1 zabit qismində FHN-nə işə düzəltmək adı ilə yalandan vəd verib aldadaraq 20 yanvar 2023-cü il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən «Baku Electronics» mağazasının qarşısında Zərərçəkmiş şəxs1 28.000 manat məbləğində pulu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgəsinin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə talama, yəni ələ keçirmə məqsədi ilə X7 qohumu X8 FHN-nə işə düzəltmək adı ilə yalandan vəd verib aldadaraq 07 fevral 2023-cü il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 66 saylı yaşayış binasının qarşısında Zülfi Həsənova məxsus 8.000 manat məbləğində pulunu Zərərçəkmiş şəxs1 alıb ələ keçirməklə zərərçəkmiş şəxs Zülfi Həsənova xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgəsinin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə talama, yəni ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs4 oğlu X3 zabit qismində FHN-nə işə düzəltmək adı ilə yalandan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq Zərərçəkmiş şəxs4 12 yanvar 2023-cü il tarixdə ona məxsus sonu 64152683 nömrəsi ilə bitən «Leo Bank» pul kartına 4.000 manat pul köçürməsinə nail olub cinayət əməlini davam etdirərək, 30 yanvar 2023-cü il tarixdə Ağstafa rayonunun, Körxəlfəli kəndində Zərərçəkmiş şəxs4 Zərərçəkmiş şəxs1 verərək göndərdiyi 9.000 manat pulu ələ keçirərək cinayət əməlini davam etdirib, 07 fevral 2023-cü il tarixdə ona məxsus sonu 64152683 nömrəsi ilə bitən «Leo Bank» pul kartına 1.500 manat pul köçürməsinə nail olub cinayət əməlini davam etdirərək, 12 fevral 2023-cü il tarixdə Təbriz küçəsində 102 saylı ünvanda yerləşən Bakı şəhəri, Nərimanov rayonu, «Nərimanov» adına parkda Zərərçəkmiş şəxs4 5.000 manat pulunu alıb zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə vahid niyətlə əhatə olunan qəsdlə 19.500 manat məbləğində pulunu ələ keçirərək sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgəsinin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə talama, yəni ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 qohumu X4 FHN-nə işə düzəltmək adı ilə yalandan vəd verib aldadaraq 2023-cü ilin fevral ayının ortalarında, saat 14 radələrində Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən metronun «Həzi Aslanov» stansiyasının yaxınlığında Zərərçəkmiş şəxs3 4.700 manat məbləğində pulunu Zərərçəkmiş şəxs1 alıb ələ keçirməklə Zərərçəkmiş şəxs3 qarşı dələduzluq etmişdir. Bununlada o, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı X2 yazılı vəsatət verərək məhkəməyədək icraat zamanı kobud pozuntulara yol verildiyindən cinayət işinin baxılmasına xitam verilməsini və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını, həmçinin ibtidai istintaqı aparan müstəntiq barəsində xüsusi qərar qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, həmin cinayət işi Nərimanov rаyоn Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X5 tərəfindən 27 noyabr 2023-cü il tаriхdə Təqsirləndirilən şəxs barəsində Аzərbаycаn Rеspublikаsı CM-nin 178.2.4-cü mаddəsi ilə bаşlаnılmış, ibtidai istintaqı həmin müstəntiq tərəfindən tamamlanmış və ittiham aktı 28 mart 2024-cü il tarixdə tərtib edilməklə, 01 aprel 2024-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nərimanov rayon prokuroru ədliyyə müşaviri Hidayət Nurəlibəyov tərəfindən təsdiq edilib, baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Xətai Rayon Məhkəməsində iş üzrə keçirilmiş hazırlıq iclasında müəyyən edilmişdir ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən məhkəmə tərəfindən cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən elan olunmuş ittihama əsasən o, tamah niyyəti ilə özgəsinin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs1 zabit qismində FHN-nə işə düzəltmək adı ilə yalandan vəd verib aldadaraq 20 yanvar 2023-cü il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən «Baku Electronics» mağazasının qarşısında Zərərçəkmiş şəxs1 28.000 manat məbləğində pulu alıb ələ keçirməklə, Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgəsinin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə talama, yəni ələ keçirmə məqsədi ilə X7 qohumu X8 FHN-nə işə düzəltmək adı ilə yalandan vəd verib aldadaraq 07 fevral 2023-cü il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 66 saylı yaşayış binasının qarşısında Zülfi Həsənova məxsus 8.000 manat məbləğində pulunu Zərərçəkmiş şəxs1 alıb ələ keçirməklə, zərərçəkmiş şəxs Zülfi Həsənova xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgəsinin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə talama, yəni ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs4 oğlu X3 zabit qismində FHNnə işə düzəltmək adı ilə yalandan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq Zərərçəkmiş şəxs4 12 yanvar 2023-cü il tarixdə ona məxsus sonu 64152683 nömrəsi ilə bitən «Leo-Bank» pul kartına 4.000 manat pul köçürməsinə nail olub cinayət əməlini davam etdirərək, 30 yanvar 2023-cü il tarixdə Ağstafa rayonunun, Körxəlfəli kəndində Zərərçəkmiş şəxs4 Zərərçəkmiş şəxs1 verərək göndərdiyi 9.000 manat pulu ələ keçirərək cinayət əməlini davam etdirib, 07 fevral 2023-cü il tarixdə ona məxsus sonu 64152683 nömrəsi ilə bitən «Leo-Bank» pul kartına 1.500 manat pul köçürməsinə nail olub cinayət əməlini davam etdirərək, 12 fevral 2023-cü il tarixdə Təbriz küçəsində 102 saylı ünvanda yerləşən Bakı şəhəri, Nərimanov rayonu, «Nərimanov» adına parkda Zərərçəkmiş şəxs4 5.000 manat pulunu alıb zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 19.500 manat məbləğində pulunu ələ keçirərək sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgəsinin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə talama, yəni ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 qohumu X4 FHN-nə işə düzəltmək adı ilə yalandan vəd verib aldadaraq 2023-cü ilin fevral ayının ortalarında, saat 14 radələrində Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən metronun «Həzi Aslanov» stansiyasının yaxınlığında Zərərçəkmiş şəxs3 4.700 manat məbləğində pulunu Zərərçəkmiş şəxs1 alıb ələ keçirməklə, Zərərçəkmiş şəxs3 qarşı dələduzluq etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs davam edən dələduzluq əməllərinin sonuncu epizodunu Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən metronun «Həzi Aslanov» stansiyasının yaxınlığında törətmişdir. Təqsirləndirilən şəxs CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına ibtidai araşdırmanın Nərimanov RPİ-də aparılmasına dair müvafiq qərar əlavə edilməmişdir. Təqsirləndirilən şəxs davam edən dələduzluq əməllərinin sonuncu epizodunu Nərimanov RPİ-nin fəaliyyət dairəsinin hüdudlarından kənar ərazidə, yəni Bakı şəhəri, Xətai rayonu ərazisində törətdiyindən, eləcə də ibtidai araşdırmanın cinayətin aşkar olunduğu yerdə aparılmasına dair Azərbaycan Respublikası Baş prokurorunun müvafiq qərarı olmadığından Nərimanov RPİ-nin müstəntiqi Ceyhun Hüseynov ibtidai araşdırmanı aparmaq üçün lazımi səlahiyyətlərə malik olmamışdır. Göründüyü kimi, qeyd olunan cinayət işi üzrə ibtidai istintaq aidiyyəti üzrə Bakı şəhəri Xətai rayon Polis İdarəsinin istintaq şöbəsində olmaqla, həmin şöbədə müvafiq səlahiyyətli müstəntiq tərəfindən aparılmalı idi. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməli, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X5 barəsində xüsusi qərar çıxarılaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilməlidir. Məhkəmə hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 məhkəməyə yazılı vəsatətlə müraciət edərək cinayət işinin baxılmasına xitam verilməsini və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, cinayət işinin istintaqı hadisənin baş verdiyi sonuncu yer üzrə aparılmalı olduğu halda ibtidai istintaq şəxsin konstitusion hüquqları pozularaq aidiyyəti olmayan yerdə aparılmaqla müdafiə etdiyi şəxsin hüquqları kobud şəkildə pozulmuşdur. Bundan başqa, şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillər dəyişdirilmiş, saxtalaşdırılaraq, yoxlanılmadan və obyektiv araşdırma aparılmadan ititiham aktı formal tərtib olunmuş, şəxsin müdafiə imkanları, öz müdafiəsi üçün gətirməli, gətirə biləcəyi hallar qeyd edilmədən və araşdırılmadan məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi, konstitusion hüquqları olan, istintaq aidiyyəti, şəxsin müdafiə hüquqları, müdafiəsi üçün gətirdiyi dəlillər, sübutlar araşdırılmadan, obyektiv aparılmadığından cinayət işi üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verildiyindən cinayət işinin materiallarına baxılmasına xitam verilməli, onun ibtidai araşdırmaya rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Məhkəmə hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs dövlət ittihamçısı və müdafiəçisi tərəfindən verilmiş vəsatətlərlə razılaşaraq cinayət işinin baxılmasına xitam verilməsini və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclası zamanı Zərərçəkmiş şəxs1 dövlət ittihamçısı və müdafiəçisi tərəfindən verilmiş vəsatətlərlə razılaşmayaraq cinayət işinin məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Cinayət işinin materiallarında olan cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 27 noyabr 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmış və istintaq aparılması üçün Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Ceyhun Hüseynov tərəfindən icraata qəbul edilmişdir (i.v. 1-2); cinayət işinin birləşdirilməsi haqqında 28 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə başlanmış ********* saylı cinayət işi CM-nin 178.2.4-cü maddəsi ilə başlanmış ********* saylı cinayət işinə birləşdirilmiş və istintaq ********* sayı altında aparılmışdır (i.v. 29-30); cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 02 iyun 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və istintaq aparılması üçün Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Ceyhun Hüseynov tərəfindən icraata qəbul edilmişdir (i.v. 35); zərərçəkmiş şəxs qismində tanınma haqqında 02 iyun 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 47); şübhəli şəxsin tutulması haqqında 03 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:00 radələrində tutularaq Nərimanov RPİ-nin İşnə gətirilmişdir (i.v. 66-67); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 05 iyun 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 82-83); Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-848/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq müddətinin sonunadək həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 03 iyun 2023-cü il tarixdən hesablanmışdır (i.v. 99-103); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin xx.xx.2023-cü il tarixli, 2635 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (i.v. 147-148); Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1402/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 ay, yəni 02 dekabr 2023-cü il tarixədək uzadılmışdır (i.v. 162-166); Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-189/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 27 sentyabr 2023-cü il tarixdən hesablanması hökm edilmişdir (i.v. 169-177); qətimkan tədbirinin seçilməsindən imtina edilməsi haqqında 02 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin uzadılmasından imtina edilmiş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hökmü nəzərə alınmışdır (i.v. 206); əməlin tövsif edilməsi haqqında 23 fevral 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi üzrə cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir və həmin maddələrlə ibtidai istintaq davam etdirilmişdir (i.v. 226-227); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 26 fevral 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs yeni məzmunda CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmiş və o, məhkəmə məsuliyyətinə verilmişdir (i.v. 229-240); Bakı şəhəri Nərimanov rayon prokurorluğunun xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi ittiham aktı ilə birlikdə Azərbaycan Respublikası CPM-nin 292.1-ci maddəsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmiş və 16 aprel 2024-cü il tarixdə icraata daxil olmuşdur (i.v. 285); Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-259/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir (i.v. 320-323). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. 74.4-cü maddəsinə əsasən cinayətin törədildiyi yeri müəyyən etmək mümkün olmadıqda, cinayət işi həmin işin məhkəməyədək icraatının başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəməyə aiddir. 213.4-cü maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatı istintaq aidiyyəti qaydasında almış təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror öz səlahiyyətləri daxilində bu Məcəllənin 207, 209 və 210-cu maddələrində nəzərdə tutulmuş tədbirlər görməlidir. 216.1-ci maddəsinə əsasən ibtidai araşdırma cinayətin törədildiyi yer üzrə (inzibati ərazi vahidi üzrə) aparılır. 216.2-ci maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraatın hərtərəfli, tam, obyektiv və vaxtında aparılmasını təmin etmək məqsədi ilə ibtidai araşdırma Azərbaycan Respublikası Baş prokurorunun, Naxçıvan Muxtar Respublikasının ərazisində həmçinin Naxçıvan Muxtar Respublikası prokurorunun qərarı əsasında cinayətin aşkar olunduğu, şübhəli və ya təqsirləndirilən şəxsin, habelə şahidlərin əksəriyyətinin olduğu yer üzrə də aparıla bilər. Məhkəmə ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsindən daxil olmuş ********* saylı cinayət işinin materialları araşdırılarkən müəyyən olmuşdur ki, Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X5 tərəfindən başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmış ********* saylı cinayət işinin məhkəməyədək icraatı zamanı cinayət prosessual qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulmasına yol verilmişdir. Belə ki, Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X5 tərəfindən 28 mart 2024-cü il tarixdə tərtib edilmiş və Bakı şəhəri Nərimanov rayon prokuroru, ədliyyə müşaviri Hidayət Nurəlibəyov tərəfindən 01 aprel 2024-cü il tarixdə təsdiq edilmiş ittiham aktına əsasən Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, tamah niyyəti ilə özgəsinin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs1 zabit qismində FHN-nə işə düzəltmək adı ilə yalandan vəd verib aldadaraq 20 yanvar 2023-cü il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən «Baku Electronics» mağazasının qarşısında Zərərçəkmiş şəxs1 28.000 manat məbləğində pulu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgəsinin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə talama, yəni ələ keçirmə məqsədi ilə X7 qohumu X8 FHN-nə işə düzəltmək adı ilə yalandan vəd verib aldadaraq 07 fevral 2023-cü il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 66 saylı yaşayış binasının qarşısında Zülfi Həsənova məxsus 8.000 manat məbləğində pulunu Zərərçəkmiş şəxs1 alıb ələ keçirməklə zərərçəkmiş şəxs Zülfi Həsənova xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgəsinin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə talama, yəni ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs4 oğlu X3 zabit qismində FHN-nə işə düzəltmək adı ilə yalandan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq Zərərçəkmiş şəxs4 12 yanvar 2023-cü il tarixdə ona məxsus sonu 64152683 nömrəsi ilə bitən «Leo Bank» pul kartına 4.000 manat pul köçürməsinə nail olub cinayət əməlini davam etdirərək, 30 yanvar 2023-cü il tarixdə Ağstafa rayonunun, Körxəlfəli kəndində Zərərçəkmiş şəxs4 Zərərçəkmiş şəxs1 verərək göndərdiyi 9.000 manat pulu ələ keçirərək cinayət əməlini davam etdirib, 07 fevral 2023-cü il tarixdə ona məxsus sonu 64152683 nömrəsi ilə bitən «Leo Bank» pul kartına 1.500 manat pul köçürməsinə nail olub cinayət əməlini davam etdirərək, 12 fevral 2023-cü il tarixdə Təbriz küçəsində 102 saylı ünvanda yerləşən Bakı şəhəri, Nərimanov rayonu, «Nərimanov» adına parkda Zərərçəkmiş şəxs4 5.000 manat pulunu alıb zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə vahid niyətlə əhatə olunan qəsdlə 19.500 manat məbləğində pulunu ələ keçirərək sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgəsinin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə talama, yəni ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 qohumu X4 FHN-nə işə düzəltmək adı ilə yalandan vəd verib aldadaraq 2023-cü ilin fevral ayının ortalarında, saat 14 radələrində Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən metronun «Həzi Aslanov» stansiyasının yaxınlığında Zərərçəkmiş şəxs3 4.700 manat məbləğində pulunu Zərərçəkmiş şəxs1 alıb ələ keçirməklə Zərərçəkmiş şəxs3 qarşı dələduzluq etmişdir. Yuxarıda qeyd olunan ittiham aktının məzmunundan və cinayət işinin materiallarından məlum olduğu kimi Təqsirləndirilən şəxs tərəfindən sonuncu cinayət əməlinin Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən metronun «Həzi Aslanov» stansiyasının yaxınlığında törədilməsinə baxmayaraq ibtidai araşdırma cinayətin törədildiyi yer üzrə aparılmamış, müstəntiq tərəfindən cinayət işi ibtidai istintaqın aparılması üçün istintaq aidiyyəti üzrə Bakı şəhəri Xətai RPİ-nin İstintaq Şöbəsinə göndərilməmiş və cinayət prosessual qanunvericiliyinin müddəaları pozulmaqla aparılmış məhkəməyədək icraatın nəticəsində tərtib edilmiş ittiham aktı ilə birlikdə cinayət işi məhkəməyə göndərilmişdir. Həmçinin, məhkəmə nəzərə çatdırmalıdır ki, ibtidai araşdırma Azərbaycan Respublikası Baş prokurorunun qərarı əsasında cinayətin aşkar olunduğu, şübhəli və ya təqsirləndirilən şəxsin, habelə şahidlərin əksəriyyətinin olduğu yer üzrə də aparıla bilərdi, lakin cinayət işinin materiallarında ibtidai araşdırmanın məhz Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən aparılmasına dair Azərbaycan Respublikası Baş prokurorunun qərarına rast gəlinməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin hazırlıq iclası məhkəmə baxışının yüksək səviyyədə hazırlanmasında və keçirilməsində əhəmiyyətli rol oynamaqla məhkəmə baxışında aradan qaldırılması mümkün olmayan qüsur və çatışmamazlıqları olan cinayət işlərinin və cinayət təqibi ilə bağlı digər materialların məhkəmə baxışına keçməsinin qarşısını alır. CPM-in 303.3-cü maddəsində sadalanmış kobud pozuntular mahiyyət etibarilə cinayət mühakimə icraatının, xüsusən də məhkəməyədək icraatın ən mühüm və prinsipial xarakterli tələblərin pozulmasından ibarətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 303.1-ci maddəsinə əsasən Məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir. 303.3-cü maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar aşağıdakı kobud pozuntulara yol verildikdə çıxarılır: 303.3.3-cü maddəsinə əsasən məhkəməyədək icraatın etiraz edilməli və ya özüözünə etiraz etməli olan şəxs tərəfindən aparılması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün); 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Beləliklə, məhkəmə verilmiş vəsatətləri, proses iştirakçılarını dinləyərək və cinayət işinin materiallarını tədqiq edərək hesab edir ki, məhkəməyədək icraat zamanı CPM-nin 303.3.3-cü maddəsində nəzərdə tutulan kobud pozuntulara yol verildiyindən dövlət ittihamçısının və təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatətləri təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nərimanov rayon prokuroruna qaytarılmalı, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-189/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi və hal-hazırda cəzasını çəkməsi nəzərə alınmalıdır. Bundan başqa məhkəməyədək icraat zamanı CPM-nin yuxarıda qeyd olunan tələblərin kobud surətdə pozulmasına yol vermiş müstəntiq barəsində ayrıca xüsusi qərar çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 300, 303-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Dövlət ittihamçısının və müdafiəçinin vəsatətləri təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nərimanov rayon prokuroruna qaytarılsın. Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-189/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi və hal-hazırda cəzasını çəkməsi nəzərə alınsın. Qərarın surəti 3 (üç) gün müddətində cinayət prosesinin iştirakçılarına göndərilsin. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilməz. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar