Məhkəmə qərarları › İş №1(011)-331/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-331/2020

19.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-331/2020 19.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Əliyev Şahlar Əliağa oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1970-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, “xxxxxxxxx” MMC-də fəhlə işləyən, məhkumluğu olmayan, ünvan 2 qeydiyyatda olan, ünvan 1 A ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerdən tapdığı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə aid olmaqla Zərərçəkmiş şəxs adına qeydiyyata alınmış elektron məlumat daşıyıcısı hesab edilən 4127-2081-2060-8731 nömrəli plastik kartdan istifadə etməklə Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti 135 yerləşən “Araz Market” və Xətai rayonu, Gəncə prospekti məhəllə 29-da yerləşən “Oba” marketdən vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissə-hissə olmaqla həmin gün ərzində saat 07:45:19-da 1 manat, saat 10:56:39-də 24 manat 40 qəpik, saat 11:01:56-da 32 manat, saat 11:11:18-də 34 manat, saat 11:12:35-də 34 manat, saat 11:15:22-də 32 manat 40 qəpik, 11:16:22-də 34 manat, saat ll:54:08-də 33 manat 69 qəpik və saat 12:45:20-də 28 manat 85 qəpik cəmi 254 manat 34 qəpik məbləğində bazarlıq edib, şəxsin pul vəsaiti hesabına nağdsız formada ödənişləri həyata keçirərək Zərərçəkmiş şəxs 254,34 AZN (iki yüz əlli dörd manat otuz dörd qəpik) maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmişTəqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsiri bilərək ifadəsində göstərmişdir ki, o, xx xxxxxx 2019-cu ildən etibarən tikinti şirkəti olan “xxxxxxxxx” MMC-də rəsmi olaraq fəhlə kimi işləyir. İşlədiyi “xxxxxxxxx” MMC tərəfindən “Xətai Park” adlı yaşayış kompleksində təmir və abadlıq işləri görülmüş və o, da orada fəhlə kimi işləmişdir. X2 işlədiyi MMC-də tanımış və Laçın onun iş yoldaşı olmuşdur. O, hər gün saat 08:00-da işdə olurmuş və həmin gün saat 18:00-da işdən çıxaraq yaşadığı evə gedirmiş. xx xxxxxx 2020-ci il tarixdə saat 08:00 radələrində o, Bakı şəhəri Xətai rayonu, X.Məmmədov küçəsi ilə keçib işlədiyi “xxxxxxxxx” MMC-yə işə gedən zaman təsadüfən yerdə “xxxxxxxxxxxxxxx”a məxsus plastik kart olduğunu görmüşdür. O, kartı götürüb baxan zaman həmin kartın üzərində Zərərçəkmiş şəxs sözləri yazılmasını görmüşdür. O, həmin kartı yoxlamaq üçün Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən' “Araz” marketə getmiş və orada 1 ədəd “Bizon” enerji içkisini alaraq 1 manat pulunu tapdığı kartla ödəmişdir. O, kartın içərisində pul olmasını bilmiş, lakin hansı məbləğdə pul olduğunu bilməmişdir. Bundan sonra o, kartı cibinə qoyaraq işə getmişdir. Həmin gün saat təxminən 11:00 radələrində o, Bakı şəhəri Xətai rayonu, Gəncə prospektində yerləşən “Oba” marketə getmiş və oradan bir neçə ərzaq məhsulu almışdır. O, kassaya yaxınlaşan zaman üzərində olan yerdən tapdığı kartdan istifadə etmək qərarına gəlmişdir. Buna görə də aldığı ərzaqları o, elə götürmüşdür ki, 50 manatı keçməsin. Çünki o, özündə maaş kartı işlətdiyi üçün bilmişdir ki, əgər məhsulların qiyməti 50 manatı keçərsə bu zaman kartın parolu tələb olunacaqdır, lakin 50 manatı keçməzsə bu vaxt wi-fı vasitəsi ilə ödəniş etmək olmuşdur. O, kassada kartı post terminala yaxınlaşdırmış və kartdan vəsait çıxılaraq, ərzaqları almışdır. Bundan sonra o, hissə-hissə olmaqla bir neçə dəfəyə ümumilikdə təxminən 190 manat dəyərində ərzaq məhsulları almışdır. Daha sonra o, Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti, “Xəzər” dairəsi adlanan yerdə yerləşən “Araz” marketə getmiş və həmin vaxt oradan ümumilikdə təxminən 29 manat dəyərində müxtəlif markalı siqaret alaraq işlədiyi iş yerinə qayıtmışdır. Həmin gün saat 11:00 radələrində iş yoldaşı Laçın ona nahar etmək üçün bəzi ərzaq məhsulları almaq lazım olduğunu bildirmişdir. Buna görə də, o, Laçına üzərində pul olmadığını bildirib alış veriş etmək üçün ona kart verə biləcəyini demişdir. Laçın da onunla razılaşdıqdan sonra yerdən tapdığı “xxxxxxxxxxxxxxx”a məxsus plastik kartı o, Laçına vermişdir. Laçın kartı ondan alaraq yaxınlıqda yerləşən “Araz” marketə gedərək təxminən 33-34 manat dəyərində 06 ədəd müxtəlif markalı siqaret, kolbasa və 01 ədəd 1 litrlik spirtli içki olan araq alıb gətirmişdir. Həmin gün saatl 08:00 radələrində o, iş yerindən çıxaraq evə gedən zaman su almaq üçün “Araz” marketə gedib orada tapdığı kartla ödəniş etmək istəmiş, lakin kartın artıb bağlandığını və həmin kartla ödəniş etməyin mümkün olmadığını öyrənmişdir. Buna görə də, o, həmin günü Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsinə gedərək yerdən tapdığı üzərində Zərərçəkmiş şəxs sözləri yazılmış “xxxxxxxxxxxxxxx” tərəfindən verilmiş plastik kartı tapdığı yerə qoyub çıxıb getmişdir. Daha sonra onun mobil telefonuna zəng edərək onu Xətai RPİ-nin 36-cı PB-nə dəvət etmişlər və o, oraya gedib, hadisəni olduğu kimi danışaraq izahat vermişdir. O, ilk öncə Zərərçəkmiş şəxs məxsus “xxxxxxxxxxxxxxx” tərəfindən verilmiş plastik kartı polis əməkdaşlarına təhvil vermək istəmişdir. Lakin, maddi vəziyyəti pis olduğu üçün o, məcbur olaraq tapdığı Zərərçəkmiş şəxs məxsus plastik kartdan istifadə edib ərzaq məhsulları almışdır. O, Zərərçəkmiş şəxs məxsus plastik kartı alış-veriş etmək üçün iş yoldaşı X3 verən zaman həmin kartı yerdən tapdığını deməmiş, Laçın həmin kartı yerdən tapdığını bilməmişdir. O, bu barədə Laçına polis bölməsində olan zaman bildirmişdir. O, ümumilikdə “Oba” marketdən 190,80 manat dəyərində ərzaq məhsullarını alaraq pulunu bir neçə dəfəyə hissə-hissə olmaqla ödəmişdir. Buna səbəb isə tapdığı “xxxxxxxxxxxxxxx”a məxsus kartdan bir dəfəyə 50 manatdan yuxarı alış veriş edildiyi halda parol tələb olunmuşdur. O, tapdığı Zərərçəkmiş şəxs aid “xxxxxxxxxxxxxxx” ASC-yə məxsus plastik kartın içərisində hansı məbləğdə pul olmasından xəbəri olmamışdır. O, yalnız kartdan istifadə etməklə ərzaq məhsulları almışdır. Həmin vaxt isə kartın içərisində olan pulun məbləği görünməmişdir. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyan tam olaraq ödəmişdir. Zərərçəkmiş şəxslə barışmşdır. Əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, ailəli olduğunu, ailəsinin yeganə dolandıranı olduğunu, yaşlı xəstə valideyinlərinin olduğunu nəzərə almağı məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadələri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirlinin xəstəxanasında tikinti təmir briqadasının tərkibində fəhlə kimi işləmişdir. 2018-ci ilin sonlarında “xxxxxxxxxxxxxxx”a məxsus, üzərində 4127-2081-2060-8731 rəqəmləri yazılmış “Master card” adlı kartı almışdır. Həmin kartın balansını müxtəlif vaxtlarda hissə-hissə artırıb təxminən 630 manat pul toplamışdır. Həmin kart maaş kartı olmamış, həmin kart şəxsi kart olmuş, yəni o, özü hissə-hissə oraya pul yığmışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 08:00 radələrində o, yaşadığı evdən çıxaraq yaxınlıqda yerləşən “xxxxxxxxxxxxxxx”a məxsus bankomatın yanına gedərək özünə məxsus plastik kartdan pul çıxartmaq istəmişdir. Lakin, o, özünə məxsus olan plastik kartın cibində olmadığını görmüş və həmin vaxt başa düşmüşdür ki, yolda gələn zaman naməlum şəraitdə kartı salıb itirmişdir. Buna görə də o, tez gəldiyi istiqamətlə geri qayıdaraq kartını axtarsa da tapa bilməyib yaşadığı evə getmişdir. O, bir müddət sonra gedib kartı bağlatdırıb, yeni kart almağı fikirləşmiş və evdə uzanıb yatmışdır. Həmin gün saat 14:00 radələrində yuxudan oyanmış və saat 11:00 radələrində istifadəsində olan 050-488-62- 56 saylı mobil nömrəsinə “xxxxxxxxxxxxxxx”dan aldığı plastik kartdan istifadə olunaraq Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən “Araz” və “Oba” marketlərdən müxtəlif saatlarda ümumilikdə 253,34 manat dəyərində pul xərclənməsi barədə mesajlar gəldiyini görmüşdür. Həmin vaxt ona məlum olmuşdur ki, naməlum şəxs və ya şəxslər ona məxsus “xxxxxxxxxxxxxxx”dan aldığı plastik kartından istifadə edərək alış-veriş etmişlər. Ona məxsus kart yeni növ olduğu üçün kartı post terminala yaxınlaşdıran zaman koda ehtiyac olunmamış və wi-fi vasitəsi ilə dərhal ödəniş həyata keçirilmişdir. Buna görə də, mobil telefonunda olan xxxxxxxxxxxxxxx tərəfindən yaradılmış “İBAM” proqramı vasitəsi ilə özünə məxsus olan itirdiyi plastik kartı bağlamış və kartının balansında 376,78 manat pul qaldığını görmüşdür. Bundan sonra o, Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vuraraq baş vermiş hadisə barədə məlumat vermiş və 36-cı PB-nə gedərək orada baş vermiş hadisə barədə ərizə yazaraq müraciət etmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə Bakı şəhəri Xətai rayonu, Gəncə prospektində yerləşən “Araz” və “Oba” marketə getmişdir. Həmin vaxt onlar marketin kamera görüntüsünə baxan zaman əvvəllər tanımadığı, adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs alış-veriş edərək pulu onun kartında ödəməsini görmüşlər. Ona məxsus plastik kartdan istifadə edilərək “Araz” və “Oba” marketlərdən alınmış ərzaq məhsullarına görə ümumilikdə 253,34 manat pul ödənilmiş və həmin hadisə nəticəsində ona ümumilikdə - 253,34 manat maddi ziyan dəymişdir. Ona məxsus olmuş plastik kartdan 50 manatdan yuxarı alış-veriş edildiyi halda parol tələb olunmuşdur. Təqsirləndirilən şəxs bunu bildiyi üçün bir neçə dəfəyə 50 manatdan aşağı olan ərzaq məhsullarını alaraq pulunu kartından istifadə edərək ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadə verərək göstərmişdir ki, o, 2018-ci ildən tikinti şirkəti olan “xxxxxxxxx” MMC-də rəsmi-olaraq fəhlə kimi işləmişlər. İşlədiyi “xxxxxxxxx” MMC tərəfindən Bakı şəhəri Xətai rayonu, Gəncə prospektində, “Xətai Park” adlı yaşayış kompleksində təmir və abadlıq işləri görülmüş və o da orada fəhlə kimi işləmişdir. Təqsirləndirilən şəxs işlədiyi MMC-də tanımış və Faiq onun iş yoldaşıdır. O, hər gün saat 08:00-da işdə olmuş və həmin gün saat 18:00-da işdən çıxaraq yaşadığı evə getmişdir. xx xxxxxx 2020-ci il tarixdə o, həmişəki kimi saat 08:00 radələrində işlədiyi “xxxxxxxxx” MMC-yə işə getmişdir. Həmin günü təxminən saat 11:00 radələrində çay fasiləsi zamanı nahar etmək üçün ərzaq almaq qərarına gəlmişlər. Həmin vaxt iş yoldaşı Faiq nahar almaq üçün üzərində nağd pulu olmadığını bildirmiş və Faiq cibindən “xxxxxxxxxxxxxxx”a məxsus olan plastik kartı çıxarıb ona vermişdir ki, gedib mağazadan özlərinə lazım olan ərzaq məhsulları alıb gətirsin. O da, Faiqin ona verdiyi plastik kartı götürüb işlədiyi iş yerindən çıxaraq yaxınlıqda yerləşən “Araz” marketə getmiş və oradan təxminən 33-34 manat dəyərində 06 ədəd müxtəlif markalı siqaret, kolbasa və 01 ədəd 1 litrlik spirtli içki olan araq alıb gətirmişdir. O, mağazadan qayıtdıqdan sonra Faiqin ona verdiyi “xxxxxxxxxxxxxxx” a məxsus plastik kartı Faiqin özünə geri qaytarmışdır. Daha sonra onlar nahar vaxtı birlikdə oturub nahar etmişlər və həmin günü saat 18:00 radələrində iş vaxtı bitdiyi üçün işdən çıxaraq yaşadığı evə getmişdir. Səhəri gün, yəni xx xxxxxx 2020-ci il tarixdə işdə olan zaman onu Xətai RPİ-nin 36-cı PB-nə dəvət etmişlər və o, orada Faiqin ona alış-veriş etmək üçün verdiyi plastik kartı yerdən tapdığı məlum olmuşdur. Tanışı"Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus plastik kartı alış-veriş etmək üçün ona verən zaman həmin kartı yerdən tapdığını demişdir. O, Faiqin həmin kartı yerdən tapdığını bilməmiş və bu barədə polis bölməsində olan zaman öyrənmişdir. Cinayət işinin 63-cü vərəqində olan “Azərbaycan xxxxxxxxxxxxxxxı”nın xx.xx.2020-ci il tarixli, 42-4704/2020 saylı məktubundan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs adına olan 4127 2081 2060 8731 nömrəli plastik kartın balansında xx.xx.2020-ci il tarixdən 631.06 (altı yüz otuz bir manat 06 qəpik) pul olmuş və həmin tarixdə Pos-terminal vasitəsi ilə 9 əməliyyat edilərək saat 07:45:19-da 1 manat,10:56:39-də 24 manat 40 qəpik, saat 11:01:56-da 32 manat, saat 11:11:18-də 34 manat, saat 11:12:35-də 34 manat, saat 11:15:22-də 32 manat 40 qəpik, 11:16:22-də 34 manat, saat 1 l:54:08-də 33 manat 69 qəpik və saat 12:45:20-də 28 manat 85 qəpik, cəmi 254.34 (iki yüz əlli dörd manat 34 qəpik) manat məbləğində ödəniş edilmişdir. Cinayət işinin 93-99-cu vərəqələrində olan xx xxxxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə baş vermiş oğurluq hadisəsinin görüntülərini əks olunmuş 01 (bir) ədəd “CD” formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 46-47-ci vərəqələrində olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və X1 tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2004-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə təqsirli bilinərək, məhkum olunmuşdur. Cinayət işinin 49-50-ci vərəqələrində olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2004-cü il tarixli, 1-247/2004 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək, 200 (iki yüz) saat ictimai işlər cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzadan onun xx xxxxxxx 2004-cü il tarixdən xx xxxxxxx 2004-cü il tarixinə kimi həbsdə saxlama müddəti 01 (bir) günə 8 (səkkiz) saat hesablanmaqla çıxılaraq qəti olaraq 64 (altmış dörd) saat ictimai işlər cəzası təyin edilmişdir. Cinayət işinin 56-cı vərəqəsində Bakı şəhəri Nizami rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 28 saylı MKİS-i tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 qeydiyyatdadır. O, həmin ünvanda qeydiyyatda olduğu müddətdə onun barəsində Bakı şəhəri Nizami rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 28 saylı MKİS-ə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin 59-cu vərəqəsində olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə elektron məlumat daşıyıcılarından istifadə etməklə zərərçəkmiş şəxsə ziyan vuraraq oğurluq cinayətinin törətməsi, onun özünün istintaq zamanı verdyi ifadəsi, zərərçəkmiş şəxsin vı şahidin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CinayətMəcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödədiyini, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin olmadığını, məhkumluğunun olmadığını, qeydiyyatda olduğu yerdən müsbət xasiyyətləndirildiyini, ailəli olduğunu, ailəsinin yeganə dolandıranı olduğunu cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3.-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, xx xxxxxx 2020-ci il tarixdə baş vermiş oğurluq hadisəsinin görüntüləri əks etdirən iş üzrə maddi sübut hesab edilən və cinayət işinin materiallarına əlavə edilmiş 01 (bir) ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, məhəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 354, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut hesab edilən və cinayət işinin materiallarına əlavə edilmiş 01 (bir) ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia, məhəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən şikayət və ya protest verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar