Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-331/2023 18.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Abbaslı Türkan İsmayıl qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs1, müdafiəçi – “Kiçikbəyov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli, 2(011)-1323/2020 saylı qətnaməsini qərəzəli olaraq icra etməmişdir. Belə ki, o, maddi ziyana göra 8684,00 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs2, «Toyota Hilux» markalı, **-NS-*** dövlət nömrə nişanlı avtomobili təmir etmək məqsədilə verilmiş 1900,00 manat ve 30,00 manat ödənilmiş dövlət rüsumunun Əvəzini, cəmi 1930,00 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 16 oktyabr 2020-ci il tarixli, 2(011)-1323/2020 saylı qətnaməsinin icasının təmin etməsi ilə əlaqədar icra mamurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə həmin məhkəmənin 04 oktyabr 2021-ci il tarixli, 3(011)-3709/2021 saylı qərarı əsasında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500,00 manat va 29 sentyabr 2022-ci il tarixli, 3(011)-3737/2022 saylı qərarı əsasında Azərbaycan Respublikasi İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500,00 manat məbləğində inzibati cərimə edilməsinə, məhkəmə aktının icrasının təmin edilməsi üçün ona yeni müddət təyin olunmaqla məsuliyyəti barədə 18 noyabr 2022-ci il tarixdə rəsmi xəbərdarlıq verilməsinə baxmayaraq cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilen 27 yanvar 2023-cü il tarixədək şəxsi maraq niyati ilə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri şossesində yerləşən Kulub servizdə qeyri rəsmi dəmirçi ustası işləmiş və aylıq gəliri 500,00-600,00 manat olmuşdur. Bundan başqa qeyd etmişdir ki, 2018-ci ilin payız aylarından birində Zərərçəkmiş şəxs1 özünə məxsus «Toyota Hilux» markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobilinin üç ay müddətində təmir olunması üçün ona 1900,00 manat pul vəsaiti ödəmiş, bundan sonra o, təmirə başlamış, təmir zamanı əlavə avadanlıq alınmasına zərurət yarandığını Zərərçəkmiş şəxs1 bildirmiş, o, isə ehtiyac olan əşyanı almamış, bu səbəbdən də avtomobilin təmirini başa çatdırmaq mümkün olmamış, belə olan halda sonuncu hayat yoldaşı Zərərçəkmiş şəxs2 ilə birlikdə ona qarşı Bakı şəhəri Xətai Rayon Məhkəməsində iddia qaldıraraq onlara vurulmuş maddi ziyanı və ödədikləri pul vəsaitini geri tələb etmiş, məhkəmənin 16 oktyabr 2020-ci il tarixli, 2(011)-1323/2020 saylı qətnaməsi ilə iddia təmin edilərək ondan maddi ziyana görə 8684,00 manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs2, Toyota Hilux» markalı, **-NS-*** dövlət nömrə nişanlı avtomobili təmir etmək məqsədilə verilmiş 1900.00 manat və 30,00 manat ödənilmiş dövlət rüsumunun əvəzini, cəmi 1930.00 manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməsi qət edilmişdir. Bununla əlaqədar Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmurları ona bildiriş təqdim etməklə qətnamənin icrasını tələb etmiş, o, isə maddi imkanı yüksək olmadığından məhkəmə aktını icra etməmiş, icra məmuru dəfələrlə ondan izahatlar almış, hətta həmin məhkəmənin 04 oktyabr 2021-ci il tarixli, 3(011)-3709/2021 saylı qərarı əsasında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500,00 manat və 29 sentyabr 2022-ci il tarixli, 3(011)-3737/2022 saylı qərarı əsasında Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500,00 manat məbləğində inzibati cərimə edildikdən sonra icra məmuru qətnamənin icrasını təmin etməsi ilə əlaqədar ona rəsmi xəbərdarlıq vermiş, o, isə hərəkətlərini davam etdirməklə məhkəmənin qanuni qüvvədə olan aktını icra etməmişdir. Törətdiyi əməldən səmimi peşmandır. Vurulmuş zərəri işləyib ödəyəcəkdir. Ona aşağı həddə cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2018-ci ilin ortalarında həyat yoldaşı (arvadı) Zərərçəkmiş şəxs2 məxsus “Toyota Hilux” markalı, **- NS-*** dövlət qeydiyyat nişanlı avtomobili təmir etdirmək üçün dəmirçi ustası Təqsirləndirilən şəxs Bakı şəhəri, Biləcəri qəsəbəsində fəaliyyət göstərdiyi yere aparmış, avtomobilin təmiri üçün ona 1900,00 manat məbləğində pul vəsaiti ödəmiş, Təqsirləndirilən şəxs isə avtomobili bir ay müddətində təmir edəcəyini öhdəsinə götürməsinə baxmayaraq sonradan vədinə sahib çıxmamış, bele olan halda o, sonuncunun iş yerine gedəndə həmin avtomobilin bir çox avadanlıqlarının üzərində olmadığını görmüş, bundan sonra təmir üçün ödədiyi pulu va avtomobila vurulmuş maddi ziyanı geri tələb edərək ona qarşı Bakı şəhəri Xətai Rayon Məhkəməsində Zərərçəkmiş şəxs2 ilə birlikdə iddia qaldırmış məhkəmənin 16 oktyabr 2020-ci il tarixli, 2(011)- 1323/2020 saylı qətnaməsi ilə iddia tamin edilərək ondan maddi ziyana görə 8684,00 manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs2, «Toyota Hilux» markalı, **-NS- *** dövlət nömrə nişanlı avtomobili temir etmək məqsədilə verilmiş 1900.00 manat və 30,00 manat ödənilmiş dövlət rüsumunun əvəzini, cami 1930,00 manat məbləğində pul vəsaiti tutularaq onun xeyrinə ödənilməsi qet edilmiş, məhkəmə qətnaməsinin icrası ilə Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmurları məşğul olmuş, bununla bağlı borcuya dəfələrlə bildiriş təqdim edilməsinə baxmayaraq sonuncu qətnamənin icrasını təmin etməkdən bir mənalı olaraq imtina etdiyindən həmin məhkəmənin 04 oktyabr 2021ci il tarixli, 3(011)-3709/2021 saylı qərarı əsasında Azərbaycan Respublikas: İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500,00 manat və 29 sentyabr 2022-ci il tarixli, 3(011)- 3737/2022 saylı qərarı əsasında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500,00 manat məbləğində inzibati cərimə edilmiş, bundan sonra icra məmuru qətnamənin icrası ilə əlaqədar ona rəsmi xəbərdarlıq təqdim etsə də o, məhkəmə aktını icra etmemiş. Bakı şəhəri, Binəqədi rayonu, Bilecerri şossesində yerləşən Kulub servizdə dəmirçi ustası olduğu üçün xeyli miqdarda pul qazanmasına baxmayaraq borcunu ödəməyəcəyini bildirmişdir. Ona dəymiş zərər ödənilməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçdir. Məhkəmə iclasında zərər çəkmiş Zərərçəkmiş şəxs2 səhhəti ilə bağlı iştirak edə bilmədiyi üçün onun videokonfrans vasitəsilə dindirilmişdir. Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək bildirmişdir ki, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında iştirak etmiş Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs maddi ziyana görə 8684.00 manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs2, «Toyota Hilux» markalı, **-NS-*** dövlət nömrə nişanlı avtomobili təmir etmək məqsədilə verilmiş 1900,00 manat və 30,00 manat ödənilmiş dövlət rüsumunun əvəzini, cəmi 1930,00 manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 16 oktyabr 2020-ci il tarixli, 2(011)-1323/2020 saylı qətnaməsinin icrası təmin edilməsi ilə əlaqədar Bakı şəhəri Xətai rayon icra şöbəsinə daxil olduqdan sonra icraata başlanmış, tələbin könüllü təmin edilməsi üçün Təqsirləndirilən şəxs bildiriş təqdim edilmiş. tələb könüllü icra müddətində təmin olunmadığı üçün məcburi icra tadbiri olaraq sonuncunun amlak vəziyyəti yoxlanılmış, lakin ona məxsus əmlakları aşkar etmək mümkün olmamış. dəfələrlə şöbəyə dəvət olunaraq izahatları alınmış, qanunun tələbləri və məsuliyyəti ona izah edilməsinə baxmayaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən üzrsüz səbəbdən yayınması ilə əlaqədar həmin məhkəmənin 04 oktyabr 2021-ci il tarixli, 3(011)- 3709/2021 saylı qərarı əsasında Azərbaycan Respublikası (XM-nin 528.1-ci maddəsi ilə teqsirli bilinərək 500,00 manat və 29 sentyabr 2022-ci il tarixli, 3(011)-3737/2022 saylı qərarı asasında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500,00 manat məbləğində inzibati cərimə edilmiş və məhkəmə aktının icrasının təmin edilməsi üçün ona yeni müddət təyin edilməsinə baxmayaraq hərəkətlərini davam etdirməklə qətnamənin icrasından qərəzli yayınmışdır. Məhkəmə iclasında digər Şahid1 məzuniyyətdə olduğu üçün iştirak edə bilməmişdir. Məhkəmə həmin şahidin məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə istintaq dövründə vermiş olduqları ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o, iş üzrə digər Şahid2 ilə oxşar məzmunlu ifadələr verərək onun qeyd etdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 23 fevral 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işi başlanılması, ibtidai istintaqın aparılması üçün icraata götürülməsi və cinayət işi üzrə Zərərçəkmiş şəxs2 və X2 zərər çəkmiş şəxs qismində tanınması qərara alınmışdır (i.v. 1); Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli, 2(011)- 1323/2020 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, vurulmuş maddi ziyana görə 8684 manat məbləğində pul vəsaiti cavabdeh Təqsirləndirilən şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs2 ödənilməsi, “Toyota Hilux” markalı **-NS-*** nömrənişanlı avtomobili təmir etdirmək məqsədi ilə verilmiş 1900 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğundə pul vəsaiti cavabdeh Təqsirləndirilən şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməsi qət edilmişdir.(i.v 11-15) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli, 2(011)- 1323/2020 saylı icra vərəqəsindən görünür ki, qətnamə xx.xx.2020-ci il tarixdə qüvvəyə minmişdir.(i.v 16-17) 26 yanvar 2021-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, 16 oktyabr 2020-ci il tarixli, 2(011)-1323/2020 saylı icra vərəqəsi üzrə icra işinin başlanması qərara alınmış və bu barədə Təqsirləndirilən şəxs bildiriş göndərilmişdir.(i.v 24-25) 12 mart 2021-ci il borclunun axtarışı haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır.(i.v 29-30) 20 avqust 2021-ci il borclunun axtarışı haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır.(i.v 34-35) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilməsi qərara alınmışdır.(i.v58-60) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilməsi qərara alınmışdır.(i.v95-98) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur.(i.v 137) 19 aprel 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan edilməsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, həmçinin digər sənədlər növü kimi qəbul edilərək qiymətləndirilməsi qərara alınmışdır(i.v 162-162) 20 aprel 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi qərara alınmışdır.(i.v 178-179) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi qərara alınmışdır. Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixində tutularaq xx.xx.2023-cü tarixdə Bakı İstintaq Təcrdixanasına gətirilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-cü maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 306.1. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə—iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, törətdiyi əməldən səmimi peşman olmasını (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və əməlində cəzanı ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, zərərçəkmiş şəxslərə vurulmuş zərərin ödənilməməsini, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixindən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır(CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş “Kiçikbəyov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi 25 (iyirmi beş) saat üçün nəzərdə tutulan 150 (yüz əlli) manat pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09(doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 13 iyul 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. “Kiçikbəyov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi 25 (iyirmi beş) saat üçün nəzərdə tutulan 150 (yüz əlli) manat pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-331/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-331/2023
18.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver