Məhkəmə qərarları › İş №1(011)-332/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-332/2020

21.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-332/2020 21.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Əliyev Şahlar Əliağa oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, orta təhsilli, fərdi işlə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 22:00 radələrində Bakı şəhəri, Xətai rayonu, 9-cu Əhmədli küçəsində yerləşən “Təbrik” şadlıq sarayında qonşusu Şahid2 toy məclisində iştirak edərkən onunla eyni masada oturan Zərərçəkmiş şəxs oynamaq məqsədi ilə ayağa qalxarkən qızılı rəngli üzərində “LONDON” sözləri yazılmış əl çantasının stulun üzərində qalmasını görüb özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib bu məqsədlə, əl çantasının içərisində olan açıq yaşıl rəngli pul kisəsini götürərək şadlıq sarayının sanitar qovşağına getmiş, orada pul kisəsindən 660 manat, 255 manata bərabər 150 ABŞ dolları və 22.70 qəpiyə bərabər 1.000 Rus rubl pulunu gizli olaraq talayıb yenidən masaya qayıdaraq pul kisəsinə əl çantasının içərisinə qoymuş və bununla da zərərçəkmiş şəxsə ümumilikdə 937.70 (doqquz yüz otuz yeddi manat yetmiş qəpik) maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsiri bilərək ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Şahid2 özünə toy məclisi etdiyi üçün onun anası X1 Bakı şəhəri Xətai rayonu, 9-cu Əhmədli küçəsində yerləşən, “Təbrik” şadlıq sarayına toya dəvət etmişdir. Həmin toyda iştirak etmək məqsədi ilə o, saat 19:00 radələrində toya getmişdir. Toya daxil olduqda Şahid2 qardaşı Pərviz ona 3-cü masanı göstərərək əyləşməyini bildirmişdir. Əyləşdiyi masada o, yalnız qonşuluğunda yaşayan Şahid1 tanımışdır. Onlardan başqa həmin masada kənar şəxslərdə var idi ki, lakin onları şəxsən tanımamışdır. Təxminən saat 22:00 radələrindən onun əyləşdiyi masaya sonradan adını bildiyi Aynurə adlı şəxs gələrək əyləşmişdir. Zaur onun sol tərəfində əyləşmiş, Zaurun da sol tərəfində Aynurə əyləşmişdir. Birlikdə toyda yeyib içdikdən sonra onlar ayağa qalxaraq oynamışlar. O, yenidən masaya tək qayıdarkən Aynurənin əl çantasının içərisində pul kisəsinin olmasını gördükdə həmin pul kisəsində pul olacağını düşünüb oğurluq etmək qərarına gəlmişdir. Məclisin gedişatında masada əyləşən şəxslər oynayarkən Zərərçəkmiş şəxs mikrafonu əlinə götürüb oxumağa başlamışdır. O, masada heç kimin olmadığından və Zərərçəkmiş şəxs oxumasından istifadə edərək sonuncunun əl çantasında olan pul kisəsini gizli yolla götürərək zaldan çıxaraq sanitar qovşağa gedib pul kisəsinin iç ciblərinə baxıb pulları götürüb cibinə qoymuşdur. Bundan sonra o, əyləşdiyi masaya qayıdaraq pul kisəsini əl çantasına qoymuşdur. Bundan sonra hamı kimi o, toyda iştirak etməyə davam etmişdir. Məclis iştirakçıları ilə o, birlikdə deyib gülərək oynayırmış, toyun sonuna yaxın o, şadlıq sarayını tərk etmişdir. O, çölə çıxdıqdan sonra Zərərçəkmiş şəxs pul kisəsindən oğurladığı pullarla 1 günlük kirayə ev tutaraq orada qalarkən pulları saydıqda həmin pulların 1 ədədinin 20 dollar, 1 ədədi 10 dollar, 1 ədədi 5 dollar, 2 ədədi 1 dollar, 2 ədədi 500 rubul Rus pulu, 1 ədədi 50 manat, 2 ədədi 20 manat, 5 ədədi 5 manat, 2 ədədi 10 manat, 5 ədədi 1 manatlıq pul əskinaslar olduğunu aşkarlamışdır. Bundan sonra o, Bakı şəhərində müxtəlif yerlərdə gündəlik kirayə verilən evlərdə qalmışdır. Həmin pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Ona tanışları sonradan bildirmişdilər ki, Zərərçəkmiş şəxs pulunun oğurlanması ilə bağlı şikayət ərizəsi ilə polisə müraciət edib. Lakin pulu qaytarmaq imkanı olmadığı üçün o, qaçıb gizlənmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə ona küçələrində yaşayan şəxslərdən biri polis əməkdaşlarının onu axtardığını bildirdikdə o, özü könüllü olaraq polis şöbəsinə gedərkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı bir həftəyə qaytaracağına söz verdiyini, ilk dəfə məhkum olunduğunu nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, o, Şahid2 ilə rəfiqədir. xx xxxxxx 2020-ci il tarixdə Şahid2 onu Bakı şəhəri Xətai rayonu, 9-cu Əhmədli küçəsində yerləşən “Təbrik” şadlıq sarayına toyuna dəvət etmişdir. O, həmin günü saat 21:30-da “Təbrik” şadlıq sarayının “Zümrüd” zalına daxil olarkən ev sahibi onu qarşılayaraq girişdən sağ tərəfdə olan 3-cü masada əyləşməyini məsləhət görmüşdür. O, həmin masaya yaxınlaşıb əyləşərkən sağ tərəfində tanıdığı Şahid1 onun sağ tərəfində isə tanımadığı sonradan adını bildiyi Təqsirləndirilən şəxs əyləşmişdir. Təxminən yarım saat masada əyləşdikdən sonra Şahid1 oynamaq məqsədi ilə ayağa qalxmış, onun arxasınca o, ayağa durub oynamağa gedərkən qızılı rəngli üzərinə “London” sözü yazılmış əl çantasını əyləşdiyi stula qoymuşdur. Təxminən 2 saata yaxın oxuyub oynamış, vağzalı musiqisi ifa olunduqdan sonra o, masaya qayıtdıqda, əl çantasının yerində olduğunu görmüşdür. Toy zamanı şəkil çəkdirdiyi üçün şəkil çəkən şəxs ona yaxınlaşıb şəkili təqdim edərək pulunu istədikdə o, xırda pulu olmadığını və toyun sonunda verəcəyini bildirmişdir. Bundan sonra yadına düşmüşdür ki, pul kisəsində 100 manat xırda pullar olmalıdır. O, əl çantasından açıq-yaşıl rəngli pul kisəsini götürüb xırda pul çıxartmaq istədikdə pul kisəsinə toxunulduğunu hiss etmişdir. Pul kisəsinin zamok olan hissəsinə baxdıqda orada 100 manatlıq pul əskinaz ilə qeyd etdiyi 100 manat xırda pulların olmadığını aşkar etmişdir. Bundan sonra pul kisəsinin digər ciblərinə baxdıqda bütün pullarının oğurlandığını aşkar etmişdir. O, pul kisəsinin içərisindən ümumilikdə 1000 manata yaxın pul olduğunu bildirmişdir, lakin sonradan oturub düşünərkən əl çantasında olan açıq yaşıl röngli pul kisəsindən 5 ədəd 100 manat, 1 ədəd 50 dollar, 2 ədəd 500 Rus rubulu, 2 ədəd 50 manat, 3 ədədi 10 manat, 1 ədəd 100 dollar, 5 ədəd 5 manat, 5 ədəd 1 manatlıq pul əskinasları oğurlandığını xatırlamışdır. Daha sonra o, bilmişdir ki, həmin oğurluq hadissini Təqsirləndirilən şəxs törətmişdir. Hazırda ona dəymiş ziyan ödənilməmişdir. O, Təqsirləndirilən şəxs həbs olunmasını istəmir lakin ona dəymiş ziyanın ona qaytarımasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, o, xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası DİN-in 102 zəng mərkəzi xidmətinə məlumat verən şəxs Şahid2 20 ilə yaxındır ki, tanıyır. Onunla eyni məktəbdə oxumuşdur. xx xxxxxx 2020-ci il tarixdə Şahid2 özünə toy məclisi etdiyi üçün onu Bakı şəhəri Xətai rayonu, 9-cu Əhmədli küçəsində yerləşən, “Təbrik” şadlıq sarayına toya dəvət etmişdir. O, həmin toya saat 21:00 radələrində gəlmişdir. O, toya daxil olduqda 3-cü masanı ona göstərərək əyləşməyini bildirmişlər. Həmin masaya sonradan tanıdığı Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs da gələrək birlikdə əyləşmişlər. O, toyda oynayanların yanında ayaqüstə olarkən Zərərçəkmiş şəxs masadan qalxaraq mikrafonu əlinə götürüb oxumağa başlamışdır. Bu zaman Aynurə öz mobil telefonunu ona uzadaraq onu videoya çəkməyini xahiş etmişdir. Onu videoya çəkdikdən sonra telefonu özünə qaytarmışdır. Təxminən saat 23:00 radələrində vağzalı çalındıqdan sonra bəy gəlin şadlıq sarayını tərk etməyə az qalmış Aynurə çantasına baxdıqdan sonra pul kissəsindən ümumilikdə 700 dollar pulunun oğurlandığını bildirmişdir. Bundan sonra birlikdə şadlıq sarayının kamera görüntülərinə baxmaq istədikdə, restoran sahibi kameraların işləmədiyini bildirmişdir. Ətrafa baxdıqdan sonra pulları aşkar etmədikdə gəlin olan Şahid2 Azərbaycan Respublikası DİN-in 102 zəng mərkəzi xidmətinə məlumat vermişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid2 istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, 9-cu Əhmədli küçəsində yerləşən “Təbrik” şadlıq sarayında toy məclisi olmuşdur. Həmin toy məclisinə təxminən 150 nəfər qonaq çağırmışdır. Həmin məclisə 5 il əvvəl tanıdığı Zərərçəkmiş şəxs də qonaq qismində çağırmışdır. Toy məclisi saat 18:00 radələrində başlamışdır. O, zala saat 19:00 radələrində daxil olmuşdur. Zərərçəkmiş şəxs onun toyuna saat 21:30-da daxil olarkən onunla təsadüfən foyedə rastlaşmışdır. O, toyunda iştirak edənlərdən bir nəfər şəxsə bildirmişdir ki, Aynurəni 1-ci masada əyləşdirsinlər. Zərərçəkmiş şəxs isə 3-cü masada əyləşmiş Zaur adlı tanışının yanına keçərək onunla birlikdə əyləşmişdir. Onların masasında onun tələbə və iş yoldaşları, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs əyləşmişdir. Toy zamanı Zərərçəkmiş şəxs onun atası əyləşdiyi masaya yaxınlaşaraq muğam oxuyarkən o və yaxınları onların masası ətrafına yığılmışdır. Lakin həmin vaxtı Təqsirləndirilən şəxs Aynurənin əyləşdiyi masada tək oturmuşdur. Aynurə muğam oxuyub qurtardıqdan -sonra hamı rəqsə başlamışdır. Rövşən də onlarla birlikdə rəqs- etmişdir. Həmin günü təxminən saat 23:30da toyun sonunda vağzalı musiqisi çalınaraq o, bəylə şadlıq sarayını tərk edərkən foyedə olarkən Zərərçəkmiş şəxsnm pulunun oğurlandığını eşitmişdir. O, dərhal geri qaydaraq Aynurəyə yaxınlaşmışdır. Aynurənin 1-ci masada əyləşərək ağladığını görmüşdür. Ondan nə baş verdiyini soruşduqda Aynurə ona bildirmişdir ki, əl çantasında olan pul kisəsindən 700-800 manat civarında pulu oğurlanıb. Onu sakitləşdirməyə çalışmışdır. Bundan sonra birlikdə həmin şadlıq sarayının kamera görüntülərinin yerləşdiyi otağa getdikdə məlum olmuşdur ki, Zərərçəkmiş şəxsnm əyləşdiyi 3-cü masanı göstərən kamera işləmir. Bundan sonra o, Aynurənin razılığını aldıqdan sonra Azərbaycan Respublikası DİN-in 102 zəng mərkəzi xidmətinə məlumat vermişdir. Polis əməkdaşları hadisə yerinə gəldikdən sonra onlar bölməyə dəvət ediliblər. Bölmədə Zərərçəkmiş şəxs ərizə ilə müraciət etmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid3 istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, 10 ilə yaxındır ki, ailəsini dolandırmaq məqsədi ilə toy və nişan məclislərində şəkil çəkməklə məşğuldur. Bakı şəhəri Xətai rayonu, 9-cu Əhmədli küçəsində yerləşən “Təbrik” şadlıq sarayında 2013-cü ildən şəkil çəkir. xx xxxxxx 2020-ci il tarixdə müdiriyyət işə gecikdiyi üçün onu digər zala bir günlük əvəz etməyi bildirmişdir. Toy iştirakçılarından şəkilini çəkməsini xahiş edənlərini şəkilini çəkirdi. Ona polis idarəsində video görüntüsü və adı Aynurə kimi təqdim olunan şəxsi göstərdikdə o, həmin şəxsin də şəkillərini çəkdiyini xatırladığını bildirmişdir. Toyun sonuna yaxın həmin şəxsə yaxınlaşaraq şəkillərini vermək istədikdə o, sonra götürəcəyini bildirmişdir. Cinayət işinin 91-ci vərəqəsində olan xx xxxxxxxx 2020-ci il tarixli axtarışda olunanın tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020ci il tarixində Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkilləri tərəfindən tutulmuşdur. Cinayət işinin 134-cü vərəqəsində olan xx xxxxxxxx 2020-ci il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 32-ci vərəqəsində olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və X2 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq cinayətinin törətməsi, onun özünün istintaq zamanı verdyi ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışmağa cəhd etdiyini, ilk dəfə məhkum olunduğunu cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixində axtarış olduğunu üçün tutulmuş və xx xxxxxxxx 2020-ci il tarixdə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək o, həbsdən azad edilmişdir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixindən xx xxxxxxxx 2020-ci il tarixinədək həbsdə saxlanıldığı 01 (bir) gün, 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində, qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəzalar cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, mülki iddia, məhəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 354, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixindən xx xxxxxxxx 2020-ci il tarixinədək həbsdə saxlanıldığı 01 (bir) gün, 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində, qəti olaraq, 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, mülki iddia, məhəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən şikayət və ya protest verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar