Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-333/2020 02.11.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi ilə, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində bir az yaşlı uşağı olan, hazırda heç bir yerdə işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 mənzxil 58 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq Massivi ünvansız evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə saat 20:00 radələrində Bakı şəhəri Xətai rayonu, Zığ şossesindəki yolda «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin və həmin Qanununun 1 saylı Əlavəsinin 3-cü hissəsinin 3-cü bəndinin tələblərini pozub, yol vərəqəsi və “D” kateqoriyalı, yəni sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə, 8-dən artıq olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan avtomobilləri idarə etmək hüququ olmadan “xxxxxxxxxxxx” MMC-yə məxsus 57 nömrəli marşrut xətti üzrə istismara buraxılmış “İSUZU ECOBUS“ avtobus markalı, Vaqon 22+1 yer tipli, **-RA-*** dövlət qeydiyyat nişanlı avtobusu idarə edib, avtobusun xarici işıq cihazlarının müəyyənləşdirilmiş rejimdə işləmədiyini müəyyən etməsinə baxmayaraq, nasazlığı aradan qaldırmadan sutkanın qaranlıq vaxtı avtobusla hərəkətini davam etdirib Bakı şəhəri Xətai rayonu, Zığ şossesi ilə “Nargilə” dairəsi istiqamətdən “C.Naxçıvanski adına Hərbi lisey” istiqamətdə 40-50 km/saat sürətlə hərəkətdə olduğu zaman, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-cı maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkəti üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görüb hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməmiş, mövcud şəraitdə Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi 32 saylı ünvanda, «Zərifə» şadlıq sarayının qarşısında yolun hərəkət istiqamətinin sağ tərəfindən adi yerişlə sol tərəfə keçən piyada Zərərçəkmiş şəxs avtobusun qabaq sağ yan hissəsi ilə vurub, ehtiyyatsızlıqdan onun baş beyinin yüngül dərəcəli əzilməsi ilə müşayiət olunan başın sol alın cibinin sol göz yuvası damına, yəni alın sümüyünə irradiasiya edən-uzanan xətti sınığı və sol qaş qövsü nahiyəsinin əzilmiş yarası, sol gicgah nahiyəsinin əzilmiş yarası ilə müşayiət olunan, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri almasına səbəb olmuş yol nəqliyyat hadisəsi törətmiş və hadisədən sonra "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə əsasən yol-nəqliyyat hadisəsi baş verdikdə nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıbsönən qırmızı işıq fənərini qoymalı, zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, "Təcili tibbi yardım" maşını çağırmalı, zərərçəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli və hadisə yerinə Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının əməkdaşının gəlməsini gözləməli olduğu halda bu tələbləri pozaraq, yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs oğlu ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, işsiz olduğu üçün, 2020-ci ilin mart ayının əvvəllərində marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti göstərən Bakı şəhəri, Xətai rayonu, Zığ şossesində yerləşən “xxxxxxxxxxxx” şirkətinə müraciət etmişdir. O, sürücülük təcrübəsinə və «BC» kateqoriyalı sürücülük vəsiqəsinə sahib olduğu üçün şirkətdə münasib olan iş olacağını fikirləşmiş, şirkətə gəldiyi zaman onu dəstə başçısı Şahid2 qəbul etmiş və o, Sürücülük peşəsi üzrə iş təcrübəsi, habelə «BC» kateqoriyalı sürücülük vəsiqəsinə sahib olduğu barədə bildirib, ondan münasib işə götürülməsində köməklik etməsini xahiş etmişdir. Şahin şirkətdə yalnız avtobus sürücüsü işi üzrə vakant yer olduğunu bildirməklə, onu avtobus sürücüsü kimi işə götürməyi təklif etmiş, o, avtobus idarə etmək üçün “D” kateqoriyalı sürücülük vəsiqəsinin tələb olunduğunu, lakin bu kateqoriyalı sürücülük vəsiqəsinə sahib olmadığını dedikdə, Şahin bunun problem olmadığını, yalnız avtobusu idarə edərkən ehtiyyatlı olmasını tapşırmışdır. O da, etiraz bildirməyib, avtobus sürücüsü kimi işləməyə razılıq vermiş, təxminən bir neçə gün müddət ərzində tibbi müayinədən keçdikdən sonra o, işə götürülmüş, lakin işə götürməyi ilə əlaqədar şirkətlə aralarında əmək müqaviləsi və ya hər hansı digər rəsmi sənəd imzalanmamışdır. Bundan sonra o, 57 nömrəli marşurut xətti üzrə sərnişin daşımanı həyata keçirəcəyi barədə bildirilməklə, marşrut xətti izah edilmiş, habelə idarə etməsi üçün ona “İsuzu” markalı 90RA859 nömrəli avtobus təhkim edilmiş, təxminən mart ayının ortalarından başlayaraq 57 nömrəli marşrut xətti üzrə idarə etdiyi “İsuzu” markalı 90RA859 nömrəli avtobusla sərnişindaşıma fəaliyyətini həyata keçirməyə başlamış, lakin avtobus idarə etmək üçün, müvafiq kateqoriyalı sürücülük vəsiqəsinə sahib olmadığı üçün, avtobus idarə etmək üçün yol vərəqəsi verilməmişdir. Bununla belə o, hər gün səhər saat 06:00 radələrində Zığ şossesindəki qarajdan avtobusu çıxarmaqla fəaliyyətə başlamış, saat 00-01 radələrində isə iş fəaliyyətini başa çatdırıb, qaraja gəlib, avtobusu təhvil vermişdir. Hər gün xəttə çıxmazdan əvvəl avtobusun texniki vəziyyəti şirkət əməkdaşları tərəfindən yoxlanılmış, saz vəziyyətdə ona təhvil verilmişdir. Həmişə olduğu kimi, xx xxxxx 2020-ci il tarixdə səhər saat 06:00 radələrində ona təhkim edilmiş “İsuzu” markalı 90RA859 nömrəli avtobusu o, saz vəziyyətdə qarajdan təhvil alıb fəaliyyətə başlamış və gün ərzində normal şəkildə sərnişindaşımanı həyata keçirmişdir. Həmin günü saat təxminən 20:00 radələrində Bakı şəhəri, Xətai rayonu, Nargilə dairəsi yaxınlığındakı dayanacaqda sərnişinləri düşürdüyü zaman o, avtobusun qabaq ön işıqlarında qısa qapanma baş verdiyinin şahidi olmuş, həmin zaman avtobusun işıqları zəiflədiyindən, fəaliyyətini dayandırıb qaraja getmək barədə qərarlaşmış, lakin üzərində mobil telefon olmadığı üçün, bu barədə dəstə başçısı və ya qeyri məsul şəxsə məlumat verə bilməmiş və bu minvalla avtobusu hərəkətə gətirib, Xətai rayonu, Zığ şossesi ilə C.Naxçıvanski adına Hərbi Lisey istiqamətində saatda 40-50 km sürətlə yolun sağdan sola 3-cü zolağı ilə hərəkətə başlamış, Bakı şəhəri, Xətai rayonu, Zığ Şossesində yerləşən «Zərifə» şadlıq sarayının qarşısına çatdığı zaman, avtobusun işıqları tam zəiflədiyi üçün təxminən 3-4 metr məsafədən yolun hərəkət istiqamətinin sağ tərəfindən yol ayrıcısına doğru sonradan adını öyrəndiyi Zərərçəkmiş şəxs adi yerişlə keçdiyini görmüş və bu zaman piyadanı vurmasının qarşısını almaqdan ötrü o, cəld şəkildə avtomaşını sola doğru istiqamətləndirmiş, lakin buna baxmayaraq, avtomobilin sağ yan tərəfi ilə Zərərçəkmiş şəxs vurmuşdur. O, baş vermiş hadisədən qorxduğu üçün, avtobusu saxlamadan hadisə yerindən qaçaraq yaşadığı evə yollanmış, hadisədən təxminən bir neçə saat sonra, polis əməkdaşları yaşadığı evə gəlib, yol nəqliyyat hadisəsi ilə əlaqədar onu Polis İdarəsinə dəvət etmişlər. O, polis idarəsinə gəldikdə, həmin gün saat 22:00 radələrində Zığ şossesində qadın piyadanı vurmaqla, hadisə yerindən qaçaraq tərk etdiyini etiraf etmişdir. Hazırda o, Zərərçəkmiş şəxs dəymiş ziyanı tam olaraq ödəmişdir və onunla barışmışdır. Əməlindən peşman olduğunu, zərərçəkmiş şəxs ilə barışıq əldə etdiyini, ona qarşı iddia və şikayətinin olmadığını, ilk dəfə məhkum olunduğunu, ailəli olduğunu, himayəsində bir azyaşlı uşağının olduğunuı nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün səmimi etirafı ilə yanaşı zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, o, xx xxxxx 2020-ci il tarixdə saat 20:00 radələrində qohumunun yaşadığı Zığ şossesində yerləşən evdən çıxıb, yaşadığı ev istiqamətdə gəlmiş, evə getməkdən ötrü “Zərifə” şadlıq sarayının qarşısındakı yolu keçmək məcburiyyətində qalmış, bu səbəbdən yolun hərəkət hissəsinə daxil olub, adi yerişlə hərəkət hissəsini sağdan sola keçməyə başlamış, adi yerişlə yolu yol ayrıcı istiqamətdə 11-12 metr məsafə qətt etmişdir ki, qəflətən həmin küçə ilə “C.Naxçıvanski” adına hərbi lisey istiqamətdə qabaq ön işıqları zəif yanan dövlət qeydiyyat nişanına və markasına diqqət etmədiyi ağ rəngli marşurut avtobusunun hərəkət etdiyini görmüşdür. Avtobus ona yaxınlaşdığı zaman surətini azaltdığı üçün onun yol vermək üçün saxlayacağını güman etdiyindən o, adi yerişlə hərəkətini davam etdirmişdir. Bu zaman sürücü idarə etdiyi avtobusun qabaq sağ yan tərəfi ilə onu vurmuş və o, aldığı zərbədən yerə yıxılmış, avtobus sürücüsü isə avtobusu saxlamadan hadisə yerindən uzaqlaşmışdır. Həmin zaman ətrafda olan tanımadığı bir nəfər şəxs yaxınlaşaraq onu yoldan qaldırıb, səkiyə doğru aparmış, artıq bundan sonra baş verənlər barədə məlumatı olmamışdır. O, ağrıdan huşunu itirmiş və ayılarkən 3 saylı X1 görmüşdür. Bir neçə gün xəstəxanada qalıb, tibbi yardım aldıqdan sonra o, evə buraxılmış, hadisədən sonra ona məlum olmuşdur ki, hadisəni törətmiş şəxs 57 nömrəli marşrut xətti üzrə hərəkət edən “İsuzu Ecobus” markalı 90RA859 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxsdur. Hazırda qəza zamanı ona dəymiş zərər tam şəkildə ödənilmişdir və o, Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət, tələbi yoxdur. Məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, xx xxxx 2019-cu il tarixdə “xxxxxxxxxxxx” MMC ilə aralarında bağlanmış əmək müqaviləsinə əsasən dispetçer kimi işə qəbul edilmiş, xx.xx.2019-cu il tarixdə həmin şikrətdə dəstə rəisi vəzifəsinə keçirilmiş, işə qəbul edildiyi zaman şirkətlə aralarında öhdəlik müqaviləsi bağlanmış, habelə dəstə başçısının vəzifə təlimatı ona izah edilmişdir. Öhdəlik müqaviləsinə əsasən o, şirkətə məxsus 57 nömrəli marşrut xətti üzrə sərnişindaşımanı həyata keçirən 18 ədəd ‘İsuzu Ecobus” markalı avtobusların fəaliyyəti zamanı bütün məsuliyəti ilə cavabdehlik daşımış, avtobusların düzgün istismarı, etibarlı işədilməsi, yerləşdirilməsi, vaxtında təmirini təmin etmək və.s bu kimi vəzifələri icra etmiş, dəstə başçısının vəzifə təlimatına əsasən isə ümumi istifadə olunan avtobusların saxlanmasına nəzarət etmək, buna, birbaşa cavabdehlik daşımaq, plan daşımalarına, texniki-istismar xərclərinin yerinə yetirilməsinə, avtobusların texniki cəhətdən düzgün istismar edilməsinə, texniki vəziyyətlərinə nəzarət etmək, olnların təsdiq edilmiş qrafikə ciddi riayət etməklə xətlərə çıxarılmasını təmin etmək və.s vəzifələri daşımışdır. Bu minvalla o, öhdəlik və vəzifə təlimatına imza etməklə, fəaliyyətə başlamışdır. O, hər gün səhər saat 09:00 radələrində işə gəlirmiş, gün ərzində təlimatından irəli gələn vəzifələri icra etməklə, saat 21:00 radələrində isə iş yerini tərk edirmiş. Şirkətdə işlədiyi müddətdə onun tabeçiliyində 40 nəfər sürücü olmuş, gündəlik olaraq onların iş fəaliyyətinə, yəni əmək intizamına, yol hərəkəti, əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına nəzarət etmişdir. 2020-ci ilin mart ayının əvvəllərində Təqsirləndirilən şəxs onun işlədiyi “xxxxxxxxxxxx” MMC-yə gələrək, “BC” kateqoriyalı sürücülük vəsiqəsinə malik olmaqla, avtomobil sürücüsü qismində təxminən 4 ilə yaxın iş təcrübəsi olduğunu deyib, onu işlə təmin etməsini xahiş etmişdir. Emin ona işsiz olduğu üçün, ailəsini dolandırmaqda çətinlik çəkdiyini deyib, ona köməklik etməsini xahiş etmiş, o da, öz növbəsində onun maddi sıxıntı keçirdiyini görüb, köməklik məqsədi ilə hazırda şirkətdə yalnız avtobus sürücüsü işi üzrə vakant yer olduğunu bildirməklə, onu avtobus sürücüsü kimi işə götürə biləcəyini bildirmişdir. O, şirkətdə işə qəbulla bağlı hər hansı səlahiyyətə malik olmasa da, fikirləşmişdir ki, Eminə köməklik məqsədi ilə onu müvəqqəti olaraq avtobus sürücüsü kimi işə götürər, o, da, bir müddət şirkətdə işləməklə çörək pulu qazanıb, ailəsini dolandırar. Bunu isə o, şirkət rəhbərliyindən gizli saxlamışdır. Təqsirləndirilən şəxs təklifi ilə razılaşdıqdan sonra, onu tibbi müayinədən keçirməklə, 57 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda sürücü kimi işə götürmüşdür. Emini işə götürdükdən sonra sərnişindaşımanı həyata keçirmək üçün ona “İsuzu” markalı 90RA859 nömrəli avtobus təhkim etmiş, 2020-ci il mart ayının ortalarından başlayaraq Emin şirkətdə fəaliyyətə başlamış, hər gün saat 06:00 radələrində Zığ şossesindəki qaraja gəlməklə avtobusu təhvil alıb, fəaliyyətə başlamış, saat 00-01 radələrində isə iş fəaliyyətini başa çatdırıb, avtobusu təkrarən qaraja təhvil vermişdir. Emin “D” kateqoriyalı sürücülük vəsiqəsinə sahib olmadığı üçün, avtobusun idarə etməsi ilə bağlı ona yol vərqəsi verilmirmiş. Emin avtobus sürücüsü qismində işə başladığı zaman, avtobusu yol hərəkəti qaydalarına uyğun olaraq idarə edir, gündəlik müəyyən edilmiş planı ona təhvil vermişdir. xx xxxxx 2020-ci il tarixdə saat təxminən 20:00 radələrində işdə olduğu zaman, polis əməkdaşları işlədiyi Xətai rayonu, Zığ şossesində yerləşən qaraja gələrək, şirkətə məxsus 57 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobus sürücüsünün piyadını vurma növündə yol nəqliyyat hadisəsi törətməklə, hadisə yerindən qaçması barədə məlumat vermiş, o dərhal daxili araşdırma aparıb, hadisənin tərəfindən qeyri-qanuni əsaslarla işə götürülmüş Təqsirləndirilən şəxs tərəfindən idarə etdiyi “İsuzu” markalı 90RA859 nömrəli avtobusla törətməsini müəyyən etdiyindən, bu barədə, habelə Eminin anket məlumatları barədə polis əməkdaşlarına məlumat vermişdir. Bundan sonra, polis əməkdaşları ilə birgə Eminin yaşadığı hazırda yadında qalmayan ünvana gəlmiş, həmin ünvana gəldikdə, avtobusu evin həyətində aşkar etmişlər. Bundan sonra isə polis əməkdaşları araşdırma zərurəti ilə əlaqədar X12 dəvət etmiş, avtobus isə duracağa yerləşdirilmiş, səhəri gün o, duracağa gəlib, avtobusun xarici zədələrinə nəzər saldığı zaman, avtobusda hər hansı zədə izi aşkar etməmişdir. Hadisə barədə şirkət rəhbərliyi məlumat aldıqdan sonra onu işdən xaric etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, xx xxxx 2020-ci il tarixdən “xxxxxxxxxxxx” MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir və həmin vaxtdan bu vəzifəni icra edir. Direktoru olduğu Cəmiyyətin əsas məqsədləri Bakı şəhərində sərnişinlərə avtobus nəqliyyatı sahəsində beynəlxalq standartlara uyğun xidmətin təşkili, bu sahənin müasir tipli nəqliyyat vasitələri ilə təchiz edilməsi, sərnişindaşımanın yerinə yetirilməsi zamanı texniki və ekoloji baxımdan təhlükəsizliyin təmin olunmasıdır. Hazırda şirkət tərəfindən 86 ədəd “Daewoo” və “İsuzu” markalı avtobuslar 57, 49, 35 və 198 nömrəli marşrut xətti üzrə istismara verilmişdir. Şahid2 xx xxxxxx 2019-cu il tarixdən şirkətə dəstə baçısı vəzifəsinə işə götürülmüş, sonuncu şirkətlə bağlanmış müqaviləyə əsasən şirkətə məxsus 57 nömrəli marşrut xətti üzrə sərnişindaşımanı həyata keçirən 18 ədəd “İsuzu Ecobus” markalı avtobusların fəaliyyəti zamanı bütün prosseslərə tam məsuliyyət daşımışdır. Onun tabeçiliyində 40 nəfər sürücü olmuş, həmin sürücülərin iş fəaliyyətinə, yəni əmək intizamına, yol hərəkəti, əməyin mühafizəli və təhlükəsizlik qaydalarına nəzarəti bilavasitə onun özü həyata keçirmişdir. Bununla belə Şahin şirkətdə çalışdığı müddətdə barəsində hər hansı şikayət daxil olmamışdır. xx xxxxx 2020-ci il tarixdə səhər saatlarında şirkətə gəldiyi zaman ona məlum olmuşdur ki, Şahid2 o və ya şirkət rəhbərliyinə heç bir məlumat vermədən 2020-ci il mart ayında avtobus idarə etmək üçün müvafiq kateqoriyalı sürücülük vəsiqəsinə malik olmamış Təqsirləndirilən şəxs 57 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda sürücü kimi işə qəbul edərək, ona şirkətə məxsus “İsuzu” markalı 90RA859 qeydiyyat nişanlı avtobusu təhkim etmişdir. Təqsirləndirilən şəxs təxminən 1 ay müddət ərzində həmin marşrut xətti üzrə hərəkət edən avtobusla sərnişindaşımanı həyata keçirmiş, xx xxxxx 2020-ci il tarixdə isə şirkətə məxsus “İsuzu” markalı 90RA859 qyediyyat nişanlı avtobusla Xətai rayonu, Zığ şossesində hərəktdə olduğu zaman yolu keçən qadın piyadını vurub, hadisə yerindən qaçmışdır. Bu barədə məlumat aldıqdan sonra onlar dərhal daxili yoxlama aparmış, yoxlama nəticəsində Şahid2 yol verdiyi nöqsanla bağlı işdən xaric edilmişdir. Cinayət işinin 45-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən xx xxxxxx 2017-ci il tarixdə verilmiş AC seriyalı 861453 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, buraxılış ili 2012, şassi nömrəsi NNAM0B5LL020116939, ağ rəngli, “İsuzu Ecobus” markalı, Vaqon 22+1 Yer tipli, ** RA *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X2r. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN BDYP Qİİ/2 saylı ASAN xidmət mərkəzi tərəfindən xx xxxxxx 2019-cu il tarixində verilmiş AC seriyalı 374909 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs oğlunun “BC” dərəcəli sürücülük hüququ vardır. xx xxxxxx 2029-cu il tarixədək etibarlıdır. Cinayət işinin 8-ci vərəqəsində olan xx xxxxx 2020-ci il tarixli, 2/4351 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixində sidiyində sərxoşluq əlamətləri aşkar edilməmişdir. Ayıqdır. Cinayət işinin 20-23-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9-Təcrübi və Tədris Birliyi tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli, 455 nömrəli canlı şəxsin məhkəmə-tibbi ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət – baş beyinin yüngül dərəcəli əzilməsi ilə müşayiət olunan başın sol alın cibinin sol göz yuvası damına, yəni alın sümüyünə irradiasiya edən-uzanan xətti sınığı və sol qaş qövsü nahiyəsinin əzilmiş yarası, sol gicgah nahiyəsinin əzilmiş yarası bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilmiş xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi şəraitində piyada qismində avtobusun vurması nəticəsində törənə bilər, dərəcəsinə görə, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Cinayət işinin 73-80-ci vərəqələrində olan Azərbaycan Respublikası “Müstəqil Məhkəmə Ekspertizası”-nın xx xxxxxxxx 2020-ci il tarixli, 371 saylı məhkəmə yol-nəqliyyat hadisələrinin ekspertizası rəyindən görünür ki, “İsuzu Ecobus” markalı ** RA *** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməklə piyadanın vurulması hadisəsinin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində həmin maddənin tələblərinə uyğunsuzluq olmuşdur. “İsuzu Ecobus” markalı avtobusun işıq sistemində nasazlıq yarandıqdan sonra sürücü Təqsirləndirilən şəxs həmin nasazlığı aradan qaldırmadan sutkanın qaranlıq vaxtı hərəkətini davam etdirdiyindən, onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 1 saylı Əlavəsinin 3-cü hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Təqsirləndirilən şəxs yol vərəqəsi və müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmadan İsuzu Ecobus markalı avtobusu idarə etdiyindən, onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Təqsirləndirilən şəxs piyadanı vurduqdan sonra hadisə haqqında Azərbaycan Respublikasmm müvafiq icra hakimiyyəti orqanına xəbər vermədən və hadisə yerinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşının gəlməsini gözləmədən hadisə yerindən qaçdığına görə onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Əgər hadisə sürücü Təqsirləndirilən şəxsın ifadəsində göstərdiyi vəziyyətdə baş vermişsə, b'u halda sürücü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 1 saylı Əlavəsinin 3-cü hissəsinin 3-cti bəndinin, 55-ci maddəsinin 1-ci hissəsinin və 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə, riayət etməklə piyadanın vurulma hadisəsinin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 61-ci vərəqəsində olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan 750 manat tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur. Cinayət işinin 106-114-cü vərəqələrində olan xx xxxxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işindən Şahid2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 265-1.1-1-ci maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmış və cinayət işindən bəzi istintaq sənədlərinin əsli və kserosurəti çıxarılaraq ayrılacaq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 71-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X4 tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 99-cu vərəqəsində olan Sabirabad rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxx 2019-cu il tarixində verilmiş AZ-İİ seriyalı 826555 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X7 xx xxxxx 2019-cu il tarixdə nikah bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə “18” nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra soyadları ərin Məstiyev, arvadın Məstiyeva qeyd edilmişdir. Cinayət işinin 99-cu vərəqəsində olan Sabirabad regional “ASAN xidmət” mərkəzi tərəfindən xx xxxxxx 2019-cu il tarixində verilmiş AZ-İV seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx xxxxxxx 2019-cu il tarixində Sabirabad rayonunda doğulmuşdur. Atası Təqsirləndirilən şəxs, anası X3r. Cinayət işinin 100-cü vərəqəsində olan Bakı Qarnizonu Mənzil İstismar hissəsinin 10 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 mənzxil 58 ünvanında qeydiyyatda yaşayır. O, yaşadığı müddət ərzində yaşayış qaydalarına hörmət etmişdir və bu müddət ərzində qonşular və ərazidə yaşayan sakinlər tərəfindən 10 saylı Mənzil İstismar Sahəsinə heç bir şikayət daxil olmamışdır. Məhkəməyə təqdim edilmiş və cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs qızının ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Ona qarşı heç bir şikayəti, iddiası, tələbi yoxdur və Təqsirləndirilən şəxs həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxx 2012-ci il tarixli qərarında göstərilmişdir. Bu şərt nəqliyyat vasitəsini idarə edərək yol nəqliyyat hadisəsi törətmiş şəxsin hadisə yerində şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər şəkildə çatdırmaq öhdəliyini yerinə yetirməsidir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarda rəsmən belə təfsir vermişdir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin mənasına görə yol nəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq öhdəliyi daşıyır. Bu öhdəliyə riayət etməklə nəqliyyat vasitəsini idarə edən şəxsin yol nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsi, o cümlədən zərərçəkmiş şəxsi tibb müəssisəsinə aparması hadisə yerindən qaçma kimi qiymətləndirilə bilməz”. Göründüyü kimi, yol nəqliyyat hadisəsinin iştirakçısı olan nəqliyyat vasitəsinin sürücüsü hər hansı məqsədlə hadisə yerini tərk etməzdən əvvəl öz şəxsiyyətini bəlli etməlidir. Bundan başqa, istər Konstitusiya Məhkəməsi Plenumunun qərarında, istərsə də CM-nin 264-cü maddəsinin “Qeyd” hissəsində cinayət məsuliyyətini aradan qaldıran hal kimi istənilən şəxsə deyil, məhz yol nəqliyyat hadiəsindən zərər çəkmiş şəxsə köməklik göstərilməsindən, bu məqsədlə hadisə yerinin tərk edilməsindən bəhs olunur. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli qərarına əsasən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işləri üzrə şəxsin təqsirlilik məsələlərini həll edərkən məhkəmələr işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərini pozduğunu və bu pozuntunun konkret nədə ifadə olunduğunu göstərməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğunu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmadığını müəyyənləşdirməlidir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1ci hissəsinin 1-ci bəndinə əsasən, mexaniki nəqliyyat vasitəsinin sürücüsü sürücülük vəsiqəsini (fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, sürücünün icarə və ya digər əşya hüquqlarına dair müqaviləsini, nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsini), sürücülük vəsiqəsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən alınmış olduqda isə onu əvəz edən xüsusi arayışı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, bu Qanunun 6-1-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş daşımaları həyata keçirən nəqliyyat vasitələrinə münasibətdə taxoqrafın yoxlanması haqqında şəhadətnaməni (taxoqrafın yoxlanmasına dair möhür vurulmadığı halda), avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası müqaviləsinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanmasını təsdiq edən icbari sığorta şəhadətnaməsini, nəqliyyat vasitələrindən kommersiya məqsədləri üçün istifadə edildikdə xüsusi razılıq və ya yol (marşrut) vərəqəsini və daşınan yüklərə dair sənədləri özündə saxlamalıdır. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1ci hissəsinin 3-cü bəndinə əsasən, yol hərəkətinin iştirakçıları, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4cü hissəsinə əsasən, mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti şəraitini, nəqliyyat vasitəsinin və yükün xüsusiyyətlərini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən edilmiş məhdudiyyətdən artıq olmayan sürətlə idarə etməlidir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1ci hissəsinə əsasən, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 55-ci maddəsinin 1ci hissəsinə əsasən, Nəqliyyat vasitəsi sıradan çıxdıqda, sürücü onu yolun hərəkət hissəsindən kənara çəkməli, bu mümkün olmadıqda səkinin bordürünün (hərəkət hissəsilə bir səviyyədə və ya ondan hündür olan yol örtüyünün konstruktiv yan məhdudiyyəti) yanına, yaxud yolun çiyininə çəkməli və bu zaman onu hərəkət hissəsinin kənarına paralel qoymalı, texniki yardım xidmətinə məlumat verməlidir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayətləri törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, həmçinin iş üzrə keçirilmiş ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinnin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin olmadığını, ailəli olduğunu, ailəsinin yeganə dolnadıranı olduğunu, himayəsində bir azyaşlı uşağının olduğunu, ilk dəfə məhkum olunduğunu cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Məcəlləsinin 264-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü azadlıqdan məhrum etmə cəzasının 01 (bir) gününə bərabər tutulmaqla azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməli, Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən ona təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsinin növünün müəyyən edilməsi məsələsini müzakirə edib belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs isə cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş – başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri isə hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinnin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 200 (iki yüz) manat ekspertiza tədqiqatının dəyəri alınaraq dövlət büdcəsinin xeyrinə tutulmalıdır. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü azadlıqdan məhrum etmə cəzasının 01 (bir) gününə bərabər tutulmaqla 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən ona təyin olunmuş əsas və əlavə cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin xeyrinə tutulsun. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №1(011)-333/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-333/2020
02.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver