Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-333/2021 02.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 13 avqust 1966-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmuş və ödənilmiş, Bakı şəhəri, Xətai rayonu, İ.Həbibov küçəsi ev 46, mənzil 12-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 238.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, İ.Həbibov küçəsi 46 nömrəli evin 12 saylı mənzilinin faktiki sahibi olmaqla narkotik vasitələrin istehlakı üçün tiryəkxana təşkil edib bu məqsədlə, 24 mart 2021-ci il tarixdə narkotik vasitələrin istehlakı ilə məşğul olan Şahid1, Şahid3, Şahid2 və Şahid4 həmin mənzildə narkotik vasitələrin istehlakı üçün şərait yaratması müqabilində Şahid1 narkotik vasitə heroin alacağı barədə razılaşaraq ondan qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,381 qram və 0,390 qram olmaqla, ümumi təmiz çəkisi 0,771 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib onları qeyd edilən mənzildə saxlamış, Təqsirləndirilən şəxs qanunsuz əməlləri barədə Xətai RPİ-nin NMB-nə daxil olmuş əməliyyat məlumatı əsasında həmin bölmənin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri zamanı o, 24 mart 2021-ci il tarixdə saat 20:00-da yaşadığı ünvan 1 ünvanda tanışları Şahid1, Şahid3, Şahid2 və Şahid4 ilə birlikdə narkotik vasitələrin istehlakı ilə məşğul olan zaman saxlanılaraq, razılığı əsasında videoçəkilişdən istifadə edilməklə yaşadığı mənzilə keçirilən baxış zamanı həmin mənzildəki otaqda masanın üzərində Şahid1 əldə etdiyi 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,381 qram və 0,390 qram olmaqla, ümumi təmiz çəkisi 0,771 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 09 ədəd şprislər, 04 ədəd mobil telefonlar, 01 ədəd elektron tərəzi, 01 ədəd rulon halında falqalar, 01 ədəd boru formasında bükülmüş bir manatlıq pul əskinazı, 01 ədəd ağzı açılıb bağlanan dəmir qab, 01 ədəd təsbeh, 02 ədəd sındırılmış halda navokain şüşələri, içərisində 01 ədəd şpris və 02 ədəd sındırılmış halda navokain şüşələri olan 01 ədəd taxtadan hazırlanmış mücrüd aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2015-ci il tarixdə qanunsuz olaraq narkotik vasitə əldə edib, saxladığına görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 2016-cı ilin noyabr ayında azadlığa buraxılmışdır. Artıq uzun müddətdir ki, narkotik vasitə heroini inyeksiya yolu ilə qəbul edir. Narkotik vasitələrdən sui-istifadəsi nəticəsində narkomaniya xəstəliyinə tutulmuş, uzun müddətdir ki, bu xəstəlikdən əziyyət çəkir. Belə ki, narkotik vasitələri vaxtı-vaxtında qəbul etmədiyi tədqirdə bədənində möhkəm ağrıları olur, yuxusuzluqdan, nəfəs darlığından əziyyət çəkir. İstifadə etdiyi narkotik vasitələri əvvəllər müxtəlif yerlərdən, tanımadığı şəxslərdən alırdı. Bununla belə təxminən 6-7 ay olar ki, işsizlik səbəbindən narkotik vasitə əldə etməkdə çətinlik çəkir, narkotik vasitə əldə etməyin üsulları barədə düşünmüşdür. ünvan 2 ünvanda uzun müddət yaşadığı üçün qonşuluqda yaşayan Orxan və Elvin adlı şəxslərin onun kimi narkotik vasitə heroindən istifadə etmələrini bilirdi, arabir bir neçə dəfə onlar birgə ayrılıqda əldə etdikləri narkotik vasitə heroini birgə qəbul etmiş, həmçinin Orxan bir neçə dəfə hər hansı təmənna olmadan əldə etdiyi narkotik vasitə heroindən istifadəsi üçün ona az miqdarda verirdi. O, heç vaxt Orxandan narkotik vasitəni haradan və ya kimdən əldə etməsi barədə soruşmamış, eyni zamanda, Orxan da bu barədə ona hər hansı məlumat verməmişdir. Həmçinin onunla birlikdə Rəşid və Ramin adlı şəxslər də yaşayır. 24 mart 2021-ci il tarixdə günorta saatlarında Orxan narkotik vasitə heroin əldə etdiyini bildirməklə, saat təxminən 19 radələrində narkotik vasitələrin istehlakı üçün yaşadığı mənzilə gələcəyi barədə məlumat vermişdir. O, etiraz bildirməmiş, danışılan vaxtda mənzilində gözləyəcəyini demişdir. Həmin gün saat təxminən 19 radələrində Orxan yaşadığı mənzilə gəlmişdir. Ramin və Rəşid həmin vaxt evdə idilər. Bir müddət sonra Elvin də gəlmişdir. O, onları qarşılayıb, bir yerdə çay içməyə başlamışlar. Çay içdikdən sonra narkotik vasitə qəbul etməyi planlaşdırmışlar. Şahid1 onlara üzərində gətirdiyi narkotiki vermişdir. Bundan sonra onlar narkotik vasitələri çəkmiş, həmçinin inyeksiya yolu ilə qəbul etmişlər. Orxan tərəfindən masa üzərinə 04 ədəd bükümdə qoyulan narkotik vasitə heroin Elvin və Rəşid tərəfindən hərəsi bir ədəd bükümdə götürülmüşdür. Ramin isə üstündə özünün istifadəsi üçün narkotik vasitə heroin olduğunu bildirib, masa üzərində qalmış 02 ədəd bükümü götürməkdən imtina etmişdir. Belə olan halda, 02 ədəd bükümdə olan heroini o özü üçün götürüb, cibinə yerləşdirməklə bədənində ağrılar başladığı halda istifadə edəcəyini bildirmişdir. Orxan və digər tanışları da, buna etiraz etməmişdirlər. Bu səpkidə aralarında olan söhbət zamanı giriş qapısının döyüldüyünü eşitmişdir. Hər ehtimala görə cibinə yerləşdirdiyi bükümləri masa üzərində qoyub, qapıya yaxınlaşmaqla, qapını açmışdır. Bu zaman bir neçə mülki və polis geyim formasında olan şəxslər xidməti vəsiqələrini təqdim edib, Xətai RPİ-nin NMB-nin əməkdaşları olduqlarını bildirməklə, onun yaşadığı evdə tiryəkxana təşkil edib, saxlaması, habelə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirib, bununla bağlı qəbul edilmiş əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərarla tanış etmişlər. O da, öz növbəsində qərarla tanış olduqdan sonra, polis əməkdaşları yaşadığı evə baxış keçirməli olduqlarını demişlər. Artıq polis əməkdaşlarının törətdiyi cinayət barədə məlumatlı olduqlarını görüb, yaşadığı evə baxış keçirilməsinə etiraz bildirməmişdir. Polis əməkdaşları yaşadığı mənzilə baxış keçirməzdən əvvəl mənzildə narkotik vasitə, psixotrop maddə və bu kimi qanunla qadağan digər hər hansı bir əşyanın olub-olmaması barədə sorğu etmişdirlər. O, mənzildə masa üzərində narkotik vasitə olduğunu bildirib, onları həmin otağa dəvət etmişdir. Polis əməkdaşları həmin otağa daxil olduqda, otaqda tanışları olan Orxan, Ramin, Elvin və Rəşidi aşkar etmişlər. Bundan sonra mənzilə baxış başlanmışdır. Baxış zamanı o, otaqdakı masa üzərində olan 09 ədəd şprislər, 04 ədəd mobil telefonlar, 01 ədəd elektron tərəzi, 01 ədəd rulon halında falqaları, 01 ədəd boru formasında bükülmüş bir manatlıq pul əskinazı, 01 ədəd ağzı açılıb bağlanan dəmir qabı, 01 ədəd təsbehi, 02 ədəd sındırılmış halda navokain şüşələri və 01 ədəd taxtadan hazırlanmış mücrüdü, içərisində 01 ədəd şpris və 02 ədəd sındırılmış halda navokain olmaqla, habelə 02 ədəd bükümdə olan narkotik vasitə heroini polis əməkdaşlarına təqdim edib, 02 ədəd bükümlərin içərisində narkotik vaistə heroin olduğunu bildirməklə, təqdim etdiyi digər əşyaları isə narkotik vasitənin qəbulu zamanı istifadə etdiklərini bildirmişdir. Ardınca polis əməkdaşları tərəfindən evin digər otaqlarına baxış keçirilmiş, lakin evdən başqa qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Baxış bitdikdən sonra, polis əməkdaşları aşkar edilmiş bütün əşyaları qablaşdırıb, möhürləyərək götürmüşdürlər. Bundan sonra o, mənzildə olan digər şəxslər ilə birlikdə 37-ci Polis şöbəsinə dəvət olunmuşdur. Orada videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı üzərinə baxış keçirilmişdir. Lakin baxış zamanı üzərində hər hansı qanunla qadağan edilmiş maddə və ya predmet aşkar olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2017ci ilin dekabr ayından narkotik vasitə olan heroin istifadə edir və aludəçisidir. Samir, Rəşid, Ramin və Elvini qonşuları kimi tanıyır. 24.03.2021-ci il tarixdə o, qonşusu Samirin yaşadığı evə narkotik vasitələrdən istifadə etmək üçün getmişdir. Oraya getdikdə orada Samir, Rəşid və Ramini görmüşdür. Oraya ilk olaraq saat 14 radələrində getmiş, daha sonra narkotik vasitə almaq üçün evi tərk etmiş, narkotik vasitəni aldıqdan sonra geri qayıtmış və aldığı narkotik vasitələrdən 4 bükümü təmənnasız olaraq birgə istifadə etmələri üçün masanın üzərinə qoymuşdur. Bükümlərdən ikisini Samir, birini Rəşid birini isə Elvin götürmüşdür. Bundan sonra hamısı narkotik vasitə istifadə etməyə başladılar. Ramin özünün aldığı heroindən, digər şəxslər isə onun gətirdiyi narkotik vasitələrdən istifadə etmişlər. Samirgildə narkotik vasitələrdən istifadə etdikdən bir qədər sonra isə polis əməkdaşları oraya gələrək hamının narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları tərəfindən mənzilə baxış keçirilmişdir. Baxış zamanı mənzildə olan masanın üzərində 09 ədəd şprislər, 04 ədəd mobil telefonlar, 01 ədəd elektron tərəzi, 01 ədəd rulon halında falqaları, 01 ədəd boru formasında bükülmüş bir manatlıq pul əskinazı, 01 ədəd ağzı açılıb bağlanan dəmir qabı, 01 ədəd təsbehi, 02 ədəd sındırılmış halda navokain şüşələri və 01 ədəd taxtadan hazırlanmış mücrüdü, içərisində 01 ədəd şpris və 02 ədəd sındırılmış halda navokain olmaqla, habelə 02 ədəd bükümdə onun tərəfindən masa üzərinə qoyulmuşdur. Bundan sonra onlar polis şöbəsinə dəvət edilmişlər. Müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə şöbədə olan otaqların birində üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Polis əməkdaşları ona üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşya və yaxud predmetin olub olmaması barədə sual verdikdən sonra o əynində olan açıq mavi rəngli cins şalvarın sol yan cibindən üzərində qızılı hərflərlə “Sobranie” yazılmış, ağ rəngli siqaret qutusunun içərisindən 14 ədəd şəffaf sellofanda olan bükümləri çıxararaq narkotik vasitə olan heroin olduğunu söyləmişdir. Bundan sonra üzərində şəxsi axtarış davam etdirilmiş, lakin qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2019cu ilin avqust ayında narkotik vasitə qəbul etdiyi üçün Xətai rayon məhkəməsinin hökmü ilə bir il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və 25.01.2021-ci il tarixdə cəza müddətinin başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Həbsdən çıxdıqdan sonra ara-sıra NZS qəsəbəsində Vahid kimi adını bildiyi, başqa heç bir anket məlumatlarını bilmədiyi şəxsdən 2-3 dəfə narkotik vasitə kakos almışdır. Özü rəsmi olaraq heç bir yerdə işləmir. Samir, Orxan, Rəşid və Ramini qonşuları kimi tanıyır. Onlarında narkotik vasitə qəbul etdiklərini bilirdi. Ara bir Samir və Orxanla birlikdə narkotik vasitə qəbul edirdi. 24.03.2021-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Xətai rayonu, İ.Həbibov küçəsi, ev 46, mənzil 12 ünvanda yaşayan Təqsirləndirilən şəxs yaşadığı evə getmişdir. Həmin evə getməkdə məqsədi Orxan adlı tanışından telefonun adapterini götürmək olmuşdur. Evdə ondan başqa ev sahibi Samir, tanışları Orxan, Ramin və Rəşid də var idi. Ramin və Rəşid Samirlə birlikdə yaşayırdılar. Orxan isə oraya qonaq kimi gəlmişdir. O, onların narkotik vasitə kakos qəbul etdiklərini görmüş və yaxınlaşdıqda, Orxan ona da bir büküm kakos vermişdir. Sonra ümumi istifadə etdikləri kakosdan bir tüstü qəbul etmişdir. Bu zaman qapı döyülmüş, Samir qapını açdıqda mülki geyimdə olan şəxslər içəri daxil olub özlərini təqdim edərək Xətai RPİ-nin əməkdaşları olduqlarını bildirmişdirlər. Sonra onlardan özlərini təqdim etməyini tələb etdikdə, hərə özünü təqdim etmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən mənzilə baxış keçirilmişdir. Baxış zamanı mənzildə olan masanın üzərində 09 ədəd şprislər, 04 ədəd mobil telefonlar, 01 ədəd elektron tərəzi, 01 ədəd rulon halında falqaları, 01 ədəd boru formasında bükülmüş bir manatlıq pul əskinazı, 01 ədəd ağzı açılıb bağlanan dəmir qabı, 01 ədəd təsbehi, 02 ədəd sındırılmış halda navokain şüşələri və 01 ədəd taxtadan hazırlanmış mücrüdü, içərisində 01 ədəd şpris və 02 ədəd sındırılmış halda navokain olmaqla, habelə 02 ədəd bükümdə olan Təqsirləndirilən şəxs aid narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Polis əməkdaşları ondan burada nə etdiyini soruşanda, o səmimi olaraq narkotik vasitə qəbul etdiyini və narkotik vasitəni Orxandan pulsuz aldığını bildirmişdir. Polis əməkdaşları ondan üzərində narkotik vasitə olub-olmadığını soruşduqda o, səmimi etiraf edərək bir neçə dəfə narkotik maddə kakos istifadə etdiyini deyib, üzərində də bir büküm narkotik vasitə kakos olduğunu demişdir. Bundan sonra polis əməkdaşları onu və digər 4 nəfər şəxsləri Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət etmişlər. Polis şöbəsində hüquq və vəzifələri ona izah olunmuş, hüquqlarının müdafiəsi üçün müdafiəçi təyin olunduqdan sonra otaqların birində videoçəkiliş vasitəsilə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. İstintaq hərəkəti zamanı üzərində olan əşyaları təqdim etməyi təklif edildikdə, o əynində olan qara rəngli cins şalvarının sağ cibindən bir ədəd sallefona bükülmüş bükümü təqdim etmişdir. Polis əməkdaşları ondan həmin bükümdəki maddənin nə olması soruşduqda, o yalan danışmağın bir əhəmiyyət kəsb etməyəcəyini başa düşüb bir daha həmin bükümdə olan maddənin narkotik vasitə olan kakos yəni “heroin” olduğunu bildirmişdir. Eyni zamanda ondan həmin narkotiki haradan və kimdən aldığını soruşanda, o həmin narkotiki elə həmin günü saxlanıldığı mənzildə Orxan adlı tanışından təmənnasız özünün istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra polis əməkdaşları ondan başqa harada hər hansı qanunsuz əşya saxlayıb-saxlamamağı barədə soruşduqda o, təqdim etdiyi narkotikdən başqa heç bir yerdə qanunsuz əşya və ya narkotik maddə saxlamadığını bildirmişdir. Sonra isə polis əməkdaşları və vəkilin iştirakı ilə üzərinə axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, üzərindən aşkar edilmiş həmin iki ədəd şəffaf rəngli bağlamada olan narkotik vasitə heroin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 153 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, ailə üzvləri ilə Rusiya Federasiyasının Moskva şəhərində yaşayır. 2006-cı ildən ailəsindən ayrılmışdır. Belə ki, 2006-cı ildə narkotik vasitə aludəçisi olduğu üçün Rusiyada 2015-ci ilə qədər məhkumluq həyatı yaşamışdır. Məhkum olduğu üçün yoldaşı ondan ayrılmışdır. Ailə üzvləri ilə əlaqəsi kəsilmişdir. 2015-ci ildə həbsdən çıxdıqdan sonra bir müddət Rusiyada yaşadıqdan sonra 2017-ci il tarixdə Azərbaycana gəlmişdir. Bir müddət balıqçılıqla məşğul olduğu üçün Səngəçalda yaşamışdır. Təxminən 1 ildən artıq bir müddətdir ki, Bakı şəhəri, Xətai rayonu, İ.Həbibov küçəsi ev 46, mənzil 12 ünvanında dostu Samirlə birlikdə ona məxsus qeyd olunan ünvanda yaşayır. Bakıda heç bir ailə üzvü, yaxın qohumları yoxdur. Bir neçə müddətdir ki, Samirin yaşadığı evə gəlib gedən Orxan adlı şəxsi tanıyır. Orxan bir neçə dəfə Samirin evinə gələn zaman ondan narkotik vasitə kakos götürüb istifadə etmişdir. Buna görə Orxana pul verməmişdir. Həmçinin Elvin adlı şəxs də qonşusu kimi tanıyır və onunda narkotik vasitə qəbul etdiyini bilirdi. Onların hamısı bir neçə dəfə Samirin evində narkotik vasitə qəbul edirdilər. Samir isə buna etirazını bildirmirdi. Sonuncu dəfə 24.03.2021-ci il tarixdə saat 19 radələrində yaşadığı Bakı şəhəri, Xətai rayonu, İ.Həbibov küçəsi, ev 46, mənzil 12 ünvanda olan zaman Orxan və Elvin adlı şəxslər evə gəlmişdirlər. Ramin Samirin bibisi oğlu olduğu üçün Ramin də onlarla birlikdə yaşayırdı. Onlar hamısı birlikdə narkotik vasitədədən istifadə etməyə başladılar. Orxan otaqda olan masanın üzərinə 4 ədəd bükümdə narkotik vasitə heroin qoymuş və həmin bükümlərdən birini o özünü istifadə etməsi üçün götürmüşdür. Digər bir ədəd bükümü Elvin, 2 ədəd bükümü isə Samir götürmüşdür. Ramin isə özü ilə gətirdiyi narkotik vasitəni qəbul edirdi. Bu zaman evin qapısı döyülmüş, Samir qapını açmış və mülki geyimdə olan şəxslər içəri daxil olub özlərini təqdim edərək Xətai RPİ-nin əməkdaşları olduqlarını bildirmişdirlər. Sonra onlardan özlərini təqdim etməyini tələb etdikdə, hərə özünü təqdim etmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən mənzilə baxış keçirilmişdir. Baxış zamanı mənzildə olan masanın üzərində 09 ədəd şprislər, 04 ədəd mobil telefonlar, 01 ədəd elektron tərəzi, 01 ədəd rulon halında falqaları, 01 ədəd boru formasında bükülmüş bir manatlıq pul əskinazı, 01 ədəd ağzı açılıb bağlanan dəmir qabı, 01 ədəd təsbehi, 02 ədəd sındırılmış halda navokain şüşələri və 01 ədəd taxtadan hazırlanmış mücrüdü, içərisində 01 ədəd şpris və 02 ədəd sındırılmış halda navokain olmaqla, habelə 02 ədəd bükümdə olan Təqsirləndirilən şəxs aid narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Polis əməkdaşları ondan burada nə etdiyini soruşanda, o səmimi olaraq narkotik vasitə qəbul etdiyini və narkotik vasitəni Orxandan pulsuz aldığını bildirmişdir. Polis əməkdaşları ondan üzərində narkotik vasitə olub-olmadığını soruşduqda o, səmimi etiraf edərək bir neçə dəfə narkotik maddə kakos istifadə etdiyini deyib, üzərində də bir büküm narkotik vasitə kakos olduğunu demişdir. Bundan sonra polis əməkdaşları onu və digər 4 nəfər şəxsləri Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət etmişdirlər. Polis şöbəsində hüquq və vəzifələri ona izah olunmuş, hüquqlarının müdafiəsi üçün müdafiəçi təyin olunduqdan sonra otaqların birində videoçəkiliş vasitəsilə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. İstintaq hərəkəti zamanı üzərində olan əşyaları təqdim etməyi təklif edildikdə, o əynində olan göy rəngli şalvarının sol yan cibindən bir ədəd sallefona bükülmüş bükümü təqdim etmişdir. Polis əməkdaşları ondan həmin bükümdəki maddənin nə olması soruşduqda, o yalan danışmağın bir əhəmiyyət kəsb etməyəcəyini başa düşüb bir daha həmin bükümdə olan maddənin narkotik maddə olan kakos yəni “heroin” olmasını bildirmişdir. Eyni zamanda ondan həmin narkotiki haradan və kimdən almağı barədə soruşanda, o həmin narkotiki elə həmin günü saxlanıldıqları mənzildə Orxan adlı tanışından təmənnasız özünün istifadəsi üçün aldığını bildirmişdir. Polis əməkdaşları ondan başqa harada hər hansı, qanunsuz əşya saxlayıb-saxlamamağı barədə soruşduqda, o təqdim etdiyi narkotikdən başqa heç bir yerdə qanunsuz əşya və ya narkotik maddə saxlamadığını bildirmişdir. Sonra isə polis əməkdaşları və vəkilin iştirakı ilə üzərinə axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, üzərindən aşkar edilmiş həmin bir büküm şəffaf rəngli bağlamada olan narkotik vasitə heroin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 153 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, əvvəllər iki dəfə narkotik vasitələrdən istifadə etdiyinə görə həbs olunmuş və sonuncu dəfə 2016-cı ilin mart ayının 28-də azadlığa buraxılmışdır. Azadlığa buraxıldıqdan sonra da narkotik vasitələrdən istifadə edir. Hazırda qohumu Samirin evində Rəşid ilə birlikdə yaşayır. Samir və Rəşid də narkotik vasitə aludəçisidirlər. Orxan və Elvini qonşuları kimi tanıyır. Ara bir onların hamısı birlikdə Samirin evində narkotik vasitə qəbul edirdilər. Samir buna etiraz etmirdi. Sonuncu dəfə 24 mart 2021-ci il tarixdə onlayn sifariş vasitəsi ilə narkotik vasitə “kokosu” sifariş vermiş və tanımadığı şəxs ona Xətai rayonu, NZS qəsəbəsində yerləşən reklam lövhəsinin altından narkotik vasitəni götürə biləcəyini söyləmişdir. O, onlayn qaydada ona göndərilən bank kartına 20 manat pul ödəyərək və onunla əlaqə saxlayan şəxsin dediyi kimi bir ədəd sellofan bükümdə narkotik vasitəni söylənilən yerdən götürmüşdür. Bundan sonra yaşadığı evə getmişdir. Evə gəldikdən sonra oraya qonşuluqda yaşayan Orxan və Elvin adlı şəxslər də gəlmişdirlər. Evdə özü üçün aldığı narkotik vasitəni istifadə etməyə başlamışdır. Orxan tərəfindən otaqda olan masaya 4 ədəd bükümdə heroin qoyulmuşdur. Lakin o, özündə artıq narkotik vasitə olduğu üçün onları götürməkdən imtina etmişdir. Masada olan narkotik vasitələrdən 02 bükümü Samir, bir bükümü Rəşid və bir bükümü Elvin özləri üçün götürmüşdürlər. Bu zaman mənzilin qapısı döyülmüşdür. Samir qapını açdıqda orada bir neçə nəfər şəxs içəri daxil olub özlərini Xətai RPİ-nin əməkdaşları olduqlarını bildirmişdirlər. Həmin şəxslər onlardan özlərini təqdim etməklərini istəmişdirlər. Bundan sonra polis əməkdaşları tərəfindən mənzilə baxış keçirilmişdir. Baxış zamanı mənzildə olan masanın üzərində 09 ədəd şprislər, 04 ədəd mobil telefonlar, 01 ədəd elektron tərəzi, 01 ədəd rulon halında falqaları, 01 ədəd boru formasında bükülmüş bir manatlıq pul əskinazı, 01 ədəd ağzı açılıb bağlanan dəmir qabı, 01 ədəd təsbehi, 02 ədəd sındırılmış halda navokain şüşələri və 01 ədəd taxtadan hazırlanmış mücrüdü, içərisində 01 ədəd şpris və 02 ədəd sındırılmış halda navokain olmaqla, habelə 02 ədəd bükümdə olan Təqsirləndirilən şəxs aid narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Polis əməkdaşları üzərində narkotik vasitənin olubolmadığını soruşduqda o səmimi olaraq üzərində bir büküm narkotik vasitə “kokosun” olduğunu bildirmişdir. Bundan sonra onlar 37-ci Polis şöbəsinə dəvət edilmişdirlər. Orada ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi polis bölməsinə dəvət edilmişdir. Orada üzərinə baxış keçirilmiş və üzərində qanunla qadağan edilmiş əşya və predmet varsa onları təqdim etməyi təklif edilmişdir. O, əynində olan idman şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülmüş bükümü təqdim etmişdir. Polis əməkdaşları həmin bükümdə olan maddənin nə olduğunu soruşduqda o səmimi olaraq maddənin narkotik vasitə heroin olduğunu etiraf etmişdir. Sonra polis əməkdaşları və vəkinin işirakı ilə üzərinə axtarış keçirilməsi barədə protokol tərtib edildi, üzərindən aşkar edilmiş narkotik vasitə qablaşdırılaraq möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Daxili İşlər Nazirliyi Xətai Rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir və polis baş leytenantı rütbəsi daşıyır. Daxil olmuş əməliyyat məlumatına əsasən 13.08.1966-cı ildə ünvan 4 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan ünvanda bir neçə şəxslərlə birlikdə mütəmadi olaraq narkotik vasitə və psixotrop maddələr qəbul etməsi müəyyən edilmişdir. Bununla bağlı Xətai RPİ-nin NBMnin əməlliyat müvəkkili, polis mayoru Şahid6 rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaradılmış əməliyyat qrupunun üzvləri ilə birlikdə onlar 24.03.2021-ci il tarixdə saat 20:00-da ünvan 2 ünvana gələrək qapını döyüb özlərini təqdim etmişlər. Qapını onlara açan Təqsirləndirilən şəxs özünü mənzilin sahibi kimi təqdim edərək evdə 4 nəfər tanışlarının olduğunu və birlikdə narkotik vasitə qəbul etdiklərini bildirmişdir. Mənzildə Təqsirləndirilən şəxs başqa Şahid1, Şahid2, Şahid4 və Şahid3 olması müəyyən edilmişdir. Mənzilə baxış keçirilməsi zərurəti yarandığından oraya təhqiqatçısı dəvət olunmuşdur. Mənzil sahibi Təqsirləndirilən şəxs icazəsi ilə mənzilə baxış keçirilmişdir. Baxış başlamazdan əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs hansı səbəbə görə mənzildə yığışdıqlarını soruşmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etmək məqsədilə mənzilə gəldiklərini bildirmişdir. Daha sonra təhqiqatçı ardıcıl olaraq mənzildə olan digər şəxslərdən buraya gəlməklərinin səbəbini öyrəndikdə, Şahid1 özü ilə gətirdiyi narkotik vasitəni digər şəxslərlə birlikdə istifadə etməsi, Şahid2, Şahid4 və Şahid3 isə inyeksiya yolu ilə narkotik vasitə qəbul etmələri üçün mənzilə yığışdıqlarını bildirmişdirlər. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs masada olan özünə məxsus narkotik vasitəyə işarə etməsini istəmişdir. Samir masada olan 02 ədəd bükümdə olan kütlələrə işarə edib həmin kütlələrin narkotik vasitə heroin olduğunu və Orxan İbahimov tərəfindən mənzilə gətirildiyini bildirmişdir. Daha sonra keçirilən baxış zamanı mənzildə olan masanın üzərində 09 ədəd şpris, 04 ədəd mobil telefon, 01 ədəd elektron tərəzi, 01 ədəd rulon halında falqa, 01 ədəd boru formasında bükülmüş bir manatlıq pul əskinazı, 02 ədəd bükümdə narkotik vasitəyə bənzər kütlə, 01 ədəd ağzı açılıb bağlanan dəmir qab, 01 ədəd təsbeh, 02 ədəd sındırılmış halda navokain şüşələri və 01 ədəd taxtadan hazırlanmış mücrüd, içərisində 01 ədəd şpris və 02 ədəd sındırılmış halda navokain şüşələri olmaqla aşkar edilmişdir. Həmin əşyalar iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılmışdır. Bundan sonra mənzildə olan şəxslər Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət olunmuşdur. İlkin olaraq o, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarışda iştirak etmişdir. Təqsirləndirilən şəxs onun saxlanılmasının səbəbləri izah olunmuş və şübhəli şəxs qismində ona hüquq və vəzifələri barədə ətraflı məlumat verilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zərurəti yarandığından, şöbəyə müdafiəçi dəvət olunmuşdur. Müdafiəçinin, onun və Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid6 iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs harada, hansı şəraitdə və hansı səbəbdən polis əməkdaşları tərəfindən saxlanıldığı soruşulduqda sonuncu yaşadığı evdə narkotik vasitə istifadə etdiyi üçün saxlanıldığını bildirmişdir. Təqsirləndirilən şəxs Orxan, Ramin, Elvin və Rəşid adlı şəxslərlə birlikdə saxlanıldığını qeyd etmişdir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs yaşadığı evində digər şəxslər üçün narkotik vasitənin istifadə etməsinə şərait yaradıb-yaratmaması barədə sual vermiş, Təqsirləndirilən şəxs qeyd olunanları təsdiq edərək evində özünün və digər şəxslərin narkotik vasitələrin istifadəsi üçün şərait yaratdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet olub olmaması, əgər varsa könüllü təqdim etməsi təklif edilmişdir. O da üzərində hər hansı qeyri-qanuni əşya və ya predmetin olmadığını bildirmişdir. Bundan sonra onun üzərinə baxış keçirilmiş və üzərində hər hansı əşya və ya predmetin aşkar edilmədiyini təsdiqləyərək, sonuncunun yaşadığı evində özünün narkotik vasitə qəbul etdiyini və digər şəxslər üçün narkotik vasitə istifadə etmələrinə şərait yaratdığını qeyd etmişdir. Yekunda təhqiqatçı şəxsi axtarış və götürmə istintaq hərəkətinin başa çatdığını iştirakçılara və şübhəli şəxsə elan etmişdir. Bundan sonra o, Şahid1 üzərinə keçirilən şəxsi axtarışda iştrak etmişdir. Şəxsi axtarışda o, Xətai RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili, polis baş serjantı X2 ilə iştirak etmişdir. İlkin olaraq təhqiqatçı özünü və iştirakçıları təqdim edərək saxlanılan şəxs Şahid1 üzərinə şəxsi axtarış keçirəcəyini elan etmişdir. Şübhəli şəxs Şahid1 özünü təqdim etdikdən sonra təhqiqatçı ona şübhəli şəxs qismində Azərbaycan Respubikası CPM-də qeyd olunan hüquq və vəzifələrin ona izah olunduğunu bildirmişdir, hüquq və vəzifələrinin ona aydın olub-olmadığını öyrənmişdir. Sonuncu hüquq və vəzifələrin aydın olduğunu bildirmişdir. Daha sonra təhqiqatçı şübhəli şəxs Şahid1 üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet olub olmamasını, əgər varsa könüllü təqdim etməsini təklif etmişdir. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Şahid1 əynində olan göy rəngli cins şalvarın sol cibindən ağ rəngli “Sobranie” markalı siqaret qutusunu çıxarıb masanın üzərinə qoyaraq qutunun içində 14 bükümdə “kokos” növlü narkotik vasitənin olduğunu bildirmişdir. Təhqiqatçı tərəfindən qutuda olan bükümlər masanın üzərinə çıxarılmış və 14 ədəd şəffaf sellofan bükümlərin hər birində tünd qəhvəyi rəngli maddələrin olması müəyyən edilmişdir. Daha sonra təhqiqatçı həmin bükümlərdəki maddələrin dağılmaması üçün onları siqaretin şəffaf kağızına qoymuş və ilkin olaraq həmin kağızın öz çəkisinin 0,22 qram olduğunu müəyyən etmişdir. Kağızın içinə 14 ədəd bükümü yerləşdirdikdən sonra onun çəkisi 6,64 qram olmuş və kağızının özünün çəkisini, yəni 0,22 qram çıxıldıqdan sonra bükümlərdə olan maddələrin təxmini çəkisinin 6,42 qram olması müəyyən edilmişdir. Bundan sonra narkotik vasitə qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Yekunda təhqiqatçı şəxsi axtarış və götürmə istintaq hərəkətinin başa çatdığını iştirakçılara və şübhəli şəxsə elan etmişdir. Daha sonra isə o, Şahid4 üzərinə keçirilən şəxsi axtarışda iştirak etmişdir. Şəxsi axtarışda onun ilə birlikdə X2 iştirak etmişdir. İlkin olaraq təhqiqatçı özünü və iştirakçıları təqdim edərək saxlanılan şəxs Şahid4 üzərinə şəxsi axtarış keçirəcəyini elan etmişdir. Bundan sonra təhqiqatçı Şahid4 üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet olub olmamasını, əgər varsa könüllü təqdim etməsini təklif etmişdir. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Şahid4 əynindəki göy rəngli şalvarın sağ cibindən içərisində tünd gəhvəyi rəngdə maddə olan 01 ədəd bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Daha sonra təhqiqatçı Şahid4 təqdim etdiyi bükümdə hansı maddənin olduğunu soruşduqda sonuncu həmin maddənin narkotik vasitə “kokos” olduğunu bildirmişdir. Təqdim olunan büküm elektron tərəzidə çəkilmiş və çəkisi 0,43 qram olması müəyyən edilmişdir. Daha sonra narkotik vasitəni haradan əldə etdiyi soruşulduqda Şahid4 onlayn qaydada Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində Şahid5 ilə oxşar məzmunda ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında 08 iyun 2021ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1 və 238.1-ci maddələri ilə istintaqı aparılan ********* saylı cinayət işi ayrılaraq, icraata qəbul edilmişdir (cild 1, i.v.01-03); hadisə yerinə baxış protokolundan görünür ki, 24.03.2021-ci il tarixdə ünvan 5 ünvana baxış keçirilmiş, baxış zamanı mənzilə daxil olduqda sol tərəfdən birinci otaqda beş nəfər şəxsin olması müəyyən edilmişdir. Otaqda olan tüstüdən və masanın üzərində olan əşyalardan görünür ki, həmin şəxslər inyeksiya yolu narkotik vasitə qəbul edirdilər. Otaqda olan şəxslərin Təqsirləndirilən şəxs, Şahid1, Şahid2, Şahid3 və Şahid4 olması müəyyən edilmişdir. Həmin şəxslərin olduqları otaqda masanın üzərində 09 ədəd şprislər, 04 ədəd mobil telefonlar, 01 ədəd elektron tərəzi, 01 ədəd rulon halında falqalar, 01 ədəd boru formasında bükülmüş bir manatlıq pul əskinazı, 02 ədəd bükümdə narkotik vasitə heroin, 01 ədəd ağzı açılıb bağlanan dəmir qab, 01 ədəd təsbeh, 02 ədəd sındırılmış halda navokain şüşələri, içərisində 01 ədəd şpris və 02 ədəd sındırılmış halda navokain şüşələri olan 01 ədəd taxtadan hazırlanmış mücrüd aşkar edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs, Şahid1, Şahid2, Şahid3 və Şahid4 otaqda narkotik vasitə qəbul etdiklərini təsdiq etmişdirlər. Həmçinin Təqsirləndirilən şəxs Aif oğlu masanın üzərində 02 ədəd bükümlərdə olan maddənin narkotik vasitə heroin olduğunu və həmin narkotik vasitənin ona aid olduğunu bildirmişdir. Mənzilə baxış videoçəkilişdən istifadə edilməklə həyata keçirilmiş, videogörüntülər bir ədəd diskə köçürülərək cinayət işi materiallarına əlavə edilmişdir(cild 1, i.v.19-20); şübhəli şəxsin tutulması haqqında 24 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:50 radələrində CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v. 29); şəxsi axtarış və götürmə aparılması haqqında 24 mart 2021-ci il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin 37-ci PŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətnə malik olan biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində hər hansı qanunla qadağan olunmuş əşya olmadığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilən zaman onun üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş axtarış videokamera ilə qeydə alınmış və həmin görüntülər diskə köçürülərək cinayət işinə əlavə olunmuşdur. (cild 1, i.v. 39-40); məhkəmə-kimyəvi ekspertizasının 25 mart 2021-ci il tarixli 6/1185 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 153” möhür əksi, “Ev sahibi Təqsirləndirilən şəxs...” və s. yazılar, imzalar olan zərfdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,381 qram; 0,390 qram; ümumi təmiz çəkiləri 0,771 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 02 ədəd bükümdəki heroinlər kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər, 09 ədəd istifadə olunmuş 1 ml-lik şprislərin daxilində heroinin izləri müəyyən edildi. 09 ədəd şprisdə heroin az miqdarda olduğundan təmiz çəkilərini müəyyən etmək və eyniləşdirmə üzrə tədqiqat aparılması mümkün olmadı. (cild 1, i.v.49-53); təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərardan görünür ki, 26.03.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 238.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir(cild 2, i.v.1-2); Bakı şəhəri Xətai rayon məhkəməsinin 26.03.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 24.03.2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir(i.v.29-30); Azərbaycan Respublikası BƏSİİ-dən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Şaumyan rayon xalq məhkəməsinin 20.02.1986-cı il tarixli hökmünə əsasən CM-nin 143-cü maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək əmlakı müsadirə olunmaqla 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 04.08.1987-ci il tarixdə SSRİ X3 Heyətinin 18.06.1987-ci il tarixli fərmanının 4-cü maddəsinə əsasən 03 ay 16 gün şərti azad olunmuş,.20.11.1987-ci il cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. Bakı şəhəri Xətai rayon məhkəməsinin 02.09.2002-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 24.04.2003-cü il tarixdə Bakı şəhər Nərimanov məhkəməsinin 04.04.2003-cü il tarixli qərarı ilə CM-nin 76-cı maddəsinə əsasən 07 ay 28 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Bakı şəhəri Xətai rayon məhkəməsinin 16.07.2015-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 18.08.2016-cı il tarixdə Bakı şəhəri Qaradağ rayon məhkəməsinin qərarı ilə AR Milli Məclisinin 20.05.2016-cı il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılıb 01 il 06 ay azadlıqdan məhrumetmə cəzası saxlanılmış, 03.11.2016-cı ildə cəzasının sonu ilə azad olunmuşdur(cild 2, i.v.31-33, 34-38); 101 saylı MKİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır(cild 2, i.v.57); məhkəmə ambulator narkoloji ekspertizasının 03 may 2021-ci il tarixli 1356 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür(cild 2, i.v.73-74); diskə baxış keçirilməsi haqqında 07.06.2021-ci il tarixli protokoldan görünür ki, digər diskin içərisində 01 ədəd “mp4” formatlı video görüntü mövcuddur. Həmin videogörüntünün adı “S1070010” adı ilə qeyd olunmuşdur. “S1070010” saylı fayla baxış keçirdikdə, həmin faylın 03 dəqiqə 51 saniyədən ibarət olduğu müəyyən olunur. Belə ki, videogörüntünün birinci saniyəsindən etibarən Xətai Rayon Polis İdarəsinin 37-ci Polis şöbəsinin baş təhqiqatçısı, polis mayoru X1 özünü və iştirakçıları təqdim edərək saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirəcəyini elan edir. Bundan sonra təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs tərcüməçiyə ehtiyacı olub-olmadığı barədə soruşur. Təqsirləndirilən şəxs tərcüməçiyə ehtiyacı olmadığını bildirir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində Azərbaycan Respubikası CPM-də qeyd olunan hüquq və vəzifələrin ona izah olunduğunu bildirir, hüquq və vəzifələrinin ona aydın olub-olmadığını öyrənir. Sonuncu hüquq və vəzifələrin ona aydın olduğunu bildirir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs hüquqların müdafiəsini həyata keçirən 13 saylı Vəkillər bürosunun vəkili Sevdiyar Bayramova etirazın olub-olmadığını aydınlaşdırır. Təqsirləndirilən şəxs bununla bağlı heç bir etirazı olmadığını bildirir. Daha sonra təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs harada, hansı şəraitdə və hansı səbəbdən polis əmkdaşları tərəfindən saxlanıldığını soruşur. Sonuncu yaşadığı evdə narkotik vasitə istifadə etdiyi üçün saxlanıldığını bildirir. Təhqiqatçı kimlərlə birlikdə evində saxlanıldığını soruşduqda şübhəli şəxs Təqsirləndirilən şəxs Orxan, Ramin, Elvin və Rəşid adlı şəxslərlə birlikdə saxlanıldığını qeyd edir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs yaşadığı evində digər şəxslər üçün narkotik vasitənin istifadə etməsinə şərait yaradıb-yaratmaması barədə sual verir. Təqsirləndirilən şəxs qeyd olunanları təsdiq edərək evində özünün və digər şəxslərin narkotik vasitələrin istifadəsi üçün şərait yaratdığını bildirir. Daha sonra təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet olub olmamasını, əgər varsa könüllü təqdim etməsini təklif edir. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər hansı qeyri-qanuni əşya və ya predmetin olmadığını bildirir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə baxış keçirdir və üzərində hər hansı əşya və ya predmetin aşkar edilmədiyini təsdiqləyərək, sonuncunun yaşadığı evində özünün narkotik vasitə qəbul etdiyini və digər şəxslər üçün narkotik vasitə istifadə etmələrinə şərait yaratdığını qeyd edir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs əlavə sualın olub-olmadığını öyrənir və sonuncu heç bir əlavəsinin olmadığını bildirir. Yekunda təhqiqatçı şəxsi axtarış və götürmə istintaq hərəkətinin başa çatdığını iştirakçılara və şübhəli şəxsə elan edir(cild 2, i.v.76-77); diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskin içərisində 02 ədəd “mp4” formatlı video görüntü mövcuddur. Həmin videogörüntülərin adları “S1070002” və “S1070003” adları ilə qeyd olunmuşdur. “S1070002” saylı fayla baxış keçirdikdə, həmin faylın 04 dəqiqə 23 saniyədən ibarət olduğu müəyyən olunur. Belə ki, videogörüntünün birinci saniyəsindən etibarən Xətai Rayon Polis İdarəsinin 37-ci Polis şöbəsinin baş təhqiqatçısı, polis mayoru X1 özünü təqdim edərək ünvan 6 ünvanda mənzilin sahibi Təqsirləndirilən şəxs icazəsi ilə Xətai RPİ-nin NMB-nin əməkdaşlarının iştirakları ilə baxış keçirəcəyini elan edir. Daha sonra təhqiqatçı iştirakçılardan özlərini təqdim etməklərini istəyir. İştirakçılar bir-bir özlərini təqdim edir. Daha sonra təhqiqatçı əldə olunmuş əməliyyat məlumatı əsasında həmin şəxslərin mənzildə narkotik vasitə qəbul etmələrinin müəyyən olunması barədə qeyd edir. Bundan sonra təhqiqatçı mənzildə olan masanın üzərindəki əşyalara işarə edib Təqsirləndirilən şəxs mənzildə yığışmaqlarının səbəbini öyrənir. Sonuncu narkotik vasitə olan “kokos” istifadə etmələri üçün mənzilə yığıldığını bildirir. Daha sonra təhqiqatçı iştirakçılardan ardıcıl olaraq hansı səbəbdən mənzilə gəldiklərini soruşur. Şahid1 özü ilə gətirdiyi narkotik vasitəni mənzildə digər şəxslərlə birlikdə istifadə etmələri üçün gəldiyini bildirir. Daha sonra Şahid2, Şahid4 və Şahid3 inyeksiya yolu narkotik vasitə qəbul etmələri üçün mənzilə gəldiklərini təsdiq etdilər. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs masada özünə aid olan narkotik vasitəyə işarə etməsini təklif edir. Təqsirləndirilən şəxs masada olan 02 ədəd bükümdə narkotik vasitəyə işarə edir. Təhqiqatçı narkotik vasitəni haradan əldə etdiyini soruşduqda Təqsirləndirilən şəxs narkotik vasitənin Şahid1 tərəfindən mənzilə gətirildiyini bildirir, Şahid1 isə bu faktı təsdiq edir. Həmçinin Təqsirləndirilən şəxs ara bir mənzildə yığışıb birgə narkotik vasitə qəbul etdiklərini qeyd edir. Diskin içərisində olan “S1070003” adlı falya baxış keçirildikdə , həmin faylın 02 dəqiqə 10 saniyədən ibarət oldunduğu müəyyən olunur. “S1070002” adlı faylın davamı olaraq videogörüntünün birinci saniyəsindən etibarən Xətai Rayon Polis İdarəsinin 37-ci PŞ-nin baş təhqiqatçısı, polis mayoru, Sərraf Cəfərov mənzildə olan masanın üzərinə işarə edib orada olan 09 ədəd şprisləri, 04 ədəd mobil telefonları, 01 ədəd elektron tərəzini, 01 ədəd rulon halında falqaları, 01 ədəd boru formasında bükülmüş bir manatlıq pul əskinazını, 02 ədəd bükümdə narkotik vasitə heroini, 01 ədəd ağzı açılıb bağlanan dəmir qabı, 01 ədəd təsbehi, 02 ədəd sındırılmış halda navokain şüşələri və 01 ədəd taxtadan hazırlanmış mücrüdü, içərisində 01 ədəd şpris və 02 ədəd sındırılmış halda navokain şüşələri ilə birgə bir ədəd sellofan torbaya yığaraq qablaşdırır. Yekunda təhqiqatçı baxışın başa çatdığını iştirakçılara elan edir(cild 2, i.v.79-80); sübutların qiymətləndirilməsi haqqında 08.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-nin 238.1-ci maddəsindən həmin Məcəllənin 234.1 və 238.1-ci maddələrinə tövsif edilmiş, ona yeni məzmunda ittiham elan edilərək barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmışdır, iş üzrə Təqsirləndirilən şəxs oğlunun yaşadığı mənzildə aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,771 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut qismində tanınaraq saxlanılması üçün Xətai RPİ-nin maddi sübutlar otağına təhvil verilmiş, həmçinin iş üzrə Təqsirləndirilən şəxs yaşadığı mənzildə baxış və üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin keçirilməsinə dair içərisində videogörüntü olan 02 ədəd disklər maddi sübut növü kimi tanınaraq cinayət işinə əlavə edilmişdir(cild 3, i.v.64-103); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 238.1-ci maddəsinə əsasən narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün binalar vermə dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,771 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə – heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 238.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CMnin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində olan hökmlər üzrə məhkumluğu CM-nin 83.3.3-cü maddəsinə əsasən ödənildiyindən hazırkı cinayət işi üzrə cinayətin residivi kimi nəzərə alına bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.3-cü maddəsinə əsasən götürülmüş və ödənilmiş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1 və 238.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli (66.2), azadlıqdan məhrum etmə cəzasının başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1, 158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, narkomaniyadan məcburi müalicə təyin olunmalı (CM-93.1.2), ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut Xətai RPİ-nin maddi sübutlar otağına təhvil verilmiş Təqsirləndirilən şəxs yaşadığı mənzildə aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,771 qram, tədqiqatdan sonra qalıq çəkisi 0,721 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır (CPM-132), 109,90 (yüz doqquz manat doxsan qəpik) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 238.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1 və 238.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 238.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 24 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Xətai RPİ-nin maddi sübutlar otağına təhvil verilmiş Təqsirləndirilən şəxs oğlunun yaşadığı mənzildə aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,771 qram, tədqiqatdan sonra qalıq çəkisi 0,721 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 109,90 (yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-333/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-333/2021
02.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver