Məhkəmə qərarları › İş №1(011)-333/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-333/2025

17.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-333/2025 17.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1973-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazidiyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,558 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış və 23 aprel 2025-ci il tarixdə saat 15:47-də Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 2 ünvanın qarşısında saxlanılıb videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə zamanı əynindəki göy rəngli cins şalvarın sol arxa cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0.558 qram açıq qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 10 ildir Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda "kakos" kimi tanıdığı narkotik vasitə heroin alıb istifadə etmişdir. Azərbaycan Respublikasının CM-nin müxtəlif maddələri ilə bir neçə dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 23 aprel 2025-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu, «Papanin» adlanan ərazidə üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün bir ədəd şəffaf sellofan bükümdə 20 manat nağd ödənişlə «kakos» kimi tanıdığı narkotik vasitə heroini alıb üzərində saxlamış, həmin günü saat 15:47-də ünvan 2 ünvanın qarşısında piyada hərəkətdə olarkən üç nəfər şəxs telefonla videoçəkiliş edərək ona yaxınlaşmış və qanunsuz olaraq narkotik vasitələrin dövriyəsində şübhəli olduğunu bildirmiş, polis əməkdaşları üzərində qanunla qadağan olunmuş əşya vardırsa könüllü olaraq çıxarıb təqdim etməsini təklif etdikdə əynindəki göy rəngli cins şalvarın sol arxa cibində saxladığı bir ədəd şəffaf sellofan bükümü təqdim edərək içərisində «kakos» kimi tanıdığı narkotik vasitə heroin olmasını, həmin bükümü «Papanin» adlanan ərazidə üzdən tanıdığı şəxsdən ağrıları olduqda istifadə etməsi üçün aldığını bildirmiş, sonra üzərində şəxsi axtarış keçirilmiş, lakin başqa bir qanunsuz əşya aşkar edilməmişdir. Daha sorra təqdim etdiyi içərisində «kakos» kimi tandığı narkotik vasitə heroin olan bir ədəd şəffaf sellofan büküm elektron tərəzidə çəkilmiş və çəkisinin 0.66 qram olması müəyyən edilmiş, sonra bir ədəd kağız zərfdə qablaşdırılaraq möhürlənib üzəri imzalarla təsdiq edilmiş, videoçəkilişin davamı olaraq aşkar edilərək qablaşdırılmış bükümlə birlikdə Xətai RPİ-nin 37-ci PŞ-nə aparılıb şöbənin təhqiqatçısına təqdim edilmiş, təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış və götürmə keçirilməsinin videogötürüntüsünü özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilmiş, verilmiş suallara cavab olaraq polis əməkdaşları tərəfindən Xətai rayonu, Rəşid Bağırov küçəsi 36 ünvanın qarşısında saxlanıldığını bildirmiş, sonra təhqiqatçı tərəfindən üzərindən aşkar edilərək qablaşdılmış büküm zərfdən çıxarılıb elektron tərəzidə çəkilmiş və yenidən kağız zərfdə qablaşdılıb möhürlənərək üzəri imzalarla təsdiq edilmiş, videoçəkiliş yekunlaşdıqdan sonra təhqiqatçı tərəfindən hüquqlarının müdafiə olunması üçün dəvət olunmuş vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulması barədə protokol tərtib olunaraq Xətai RPİ-nin X9 təhvil verilmişdir. Narkotik vasitə istifadəçisi olsa da heç vaxt satışı ilə məşğul olmamış, kimlərəsə hədiyyə və ya pay olaraq verməmiş, polis əməkdaşları tərəfindən saxlanılarkən və polis şöbəsində olan zaman hər hansı bir fiziki zor tətbiq edilməmiş, saxlanılan zaman üzərində mobil telefon olmamış, üzərində ***-***-**-** saylı sim kart nömrə olan «Nokia» markalı mobil telefonu olsa da xarab olduğu üçün tullayaraq istifadə etməmiş, bundan başqa əvvəllər adına ***-***-**-** saylı nömrə olsa da uzun müddətdir istifadə etməmiş, hazırda həmin nömrənin aqibətindən xəbəri yoxdur. Əməlindən peşmandır, bir daha belə hallara yol verməyəcək. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 23 aprel 2025-ci il tarixdə xidmət etdiyi şöbəyə etimad doğuran, məlum, qərəzsiz mənbədən xx xxxxxxxx 1973-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri satış məqsədi olmadan əldə edib Bakı şəhəri, Xətai rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması, cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədilə əməliyyat qrupunun yaradılmasına və təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və ya gizli üsullarla müvafiq əməliyyat tədbirinin keçirilməsi məqsədilə şöbənin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən şöbə rəisinə məruzə olunmuş, sonra Şahid1 rəhbərliyi ilə onun və əməliyyat müvəkkili, polis leytenantı X1 iştirakları ilə əməliyyat qrupu yaradılmış, bundan sonra Təqsirləndirilən şəxs ifşa olunması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyyat qrupu ilə Təqsirləndirilən şəxs ifşa olunması üçün əməliyyat-axtarış tədbirlərinin icrasına başlanılmışdır. 23 aprel 2025-ci il tarixdə saat 15:47-də keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs olduğu yer müəyyən olunaraq ünvan 2 ünvanının qarşısında saxlanılmış, həmin vaxt özlərini Təqsirləndirilən şəxs təqdim edib Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli olması, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar olunduğunu və üzərində şəxsi axtarış keçirilməsi zərurəti yarandığını bildirmiş, axtarış aparılmasına başlamazdan əvvəl Təqsirləndirilən şəxs müdafiəçinin köməyindən istifadə etmək hüququnu izah edərək ona üzərində narkotik vasitə, əldə edilib saxlanılması və daşınması qadağan olunmuş hər hansı bir qanunsuz əşya, vasitə və ya predmet vardırsa çıxarıb könüllü olaraq təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının arxa sol cibindən 01 ədəd şəffaf sellofan bükümdə açıq qəhvəyi rəngli narkotik maddəyə bənzər kütləni könüllü olaraq çıxarıb təqdim etmiş, daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf selofan bükümdə olan kütlə elektron tərəzidə çəkilərək çəkisinin 0,66 qram olması müəyyən edilmiş, sonra həmin kütlə zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa bir qanunsuz əşya aşkar edilməmiş, sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi kütlənin narkotik vasitə olan heroin olmasını və şəxsi istifadəsi üçün Bakı şəhəri, Nəsimi rayonu, «Papanin» adlanan yerdə üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi şəxsdən 20 manata aldığını bildirmiş, daha sonra bu barədə protokol tərtib olunmuş, möhürlənmiş zərfin üzəri və protokol imzalarla təsdiq olunmuş, Təqsirləndirilən şəxs saxlanılması, üzərində şəxsi axtarış keçirilməsi və narkotik vasitə olan heroinə bənzər kütlənin aşkar edilib götürülməsi əməliyyat müvəkkili, polis leytenantı X7 tərəfindən «İphone» markalı mobil telefon vasitəsi ilə videoçəkiliş aparılmış və bir ədəd DVD diskə köçürülərək araşdırma materiallarına əlavə olunmuş, bütün bunlardan sonra Təqsirləndirilən şəxs Xətai RPİ-nin 37-ci PŞ-nin inzibati binasına gətirilərək təhqiqat şöbəsinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən, üzərində şəxsi axtarış aparılarkən və Xətai RPİ-nin 37ci PŞ-nə gətirilən zaman ona heç bir psixi və ya fiziki zor tətbiq edilməmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, 23 aprel 2025-ci il tarixdə xidmət etdiyi şöbəyə etimad doğuran, məlum, qərəzsiz mənbədən xx xxxxxxxx 1973-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri satış məqsədi olmadan əldə edib Bakı şəhəri, Xətai rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması, cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədilə əməliyyat qrupunun yaradılmasına və təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və ya gizli üsullarla müvafiq əməliyyat tədbirinin keçirilməsi məqsədilə tərəfindən şöbə rəisinə məruzə olunmuş, sonra rəhbərliyi ilə şöbənin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və əməliyyat müvəkkili, polis leytenantı X1 iştirakları ilə əməliyyat qrupu yaradılmış, bundan sonra Təqsirləndirilən şəxs ifşa olunması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyyat qrupu ilə Təqsirləndirilən şəxs ifşa olunması üçün əməliyyat-axtarış tədbirlərinin icrasına başlanılmışdır. 23 aprel 2025-ci il tarixdə saat 15:47-də keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs olduğu yer müəyyən olunaraq ünvan 2 ünvanının qarşısında saxlanılmış, həmin vaxt özlərini Təqsirləndirilən şəxs təqdim edib Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli olması, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar olunduğunu və üzərində şəxsi axtarış keçirilməsi zərurəti yarandığını bildirmiş, axtarış aparılmasına başlamazdan əvvəl Təqsirləndirilən şəxs müdafiəçinin köməyindən istifadə etmək hüququnu izah edərək ona üzərində narkotik vasitə, əldə edilib saxlanılması və daşınması qadağan olunmuş hər hansı bir qanunsuz əşya, vasitə və ya predmet vardırsa çıxarıb könüllü olaraq təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının arxa sol cibindən 01 ədəd şəffaf sellofan bükümdə açıq qəhvəyi rəngli narkotik maddəyə bənzər kütləni könüllü olaraq çıxarıb təqdim etmiş, daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf selofan bükümdə olan kütlə elektron tərəzidə çəkilərək çəkisinin 0,66 qram olması müəyyən edilmiş, sonra həmin kütlə zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa bir qanunsuz əşya aşkar edilməmiş, sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi kütlənin narkotik vasitə olan heroin olmasını və şəxsi istifadəsi üçün Bakı şəhəri, Nəsimi rayonu, «Papanin» adlanan yerdə üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi şəxsdən 20 manata aldığını bildirmiş, daha sonra bu barədə protokol tərtib olunmuş, möhürlənmiş zərfin üzəri və protokol imzalarla təsdiq olunmuş, Təqsirləndirilən şəxs saxlanılması, üzərində şəxsi axtarış keçirilməsi və narkotik vasitə olan heroinə bənzər kütlənin aşkar edilib götürülməsi əməliyyat müvəkkili, polis leytenantı X7 tərəfindən «İphone» markalı mobil telefon vasitəsi ilə videoçəkiliş aparılmış və bir ədəd DVD diskə köçürülərək araşdırma materiallarına əlavə olunmuş, bütün bunlardan sonra Təqsirləndirilən şəxs Xətai RPİ-nin 37-ci PŞ-nin inzibati binasına gətirilərək təhqiqat şöbəsinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən, üzərində şəxsi axtarış aparılarkən və Xətai RPİ-nin 37-ci PŞ-nə gətirilən zaman ona heç bir psixi və ya fiziki zor tətbiq edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 24 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v.1); əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və baxış keçirilməsinə dair 23 aprel 2025-ci il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində olan göy rəngli cins şalvarın sol cibindən 1 (bir) ədəd şəffaf sellofan bükümdə açıq qəhvəyi rəngli narkotik maddəyə bənzər kütləni təqdim etmişdir. Narkotik maddəyə bənzər kütlə Çin istehsallı üzərində heç bir yazı olmayan elektron tərəzidə çəkilmiş, çəkisinin 0.66 qram olması müəyyən edilmişdir. Sonra həmin kütlə qablaşdırılmaqla tədbir iştirakçıları və saxlanılan şəxs tərəfindən imzalanmış və götürülmüşdür. Daha sonra şəxsin üzəri yoxlanılmış, sonuncunun üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya predmetə rast gəlinməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd şəffaf sellofan bükümdə açıq qəhvəyi rəngli narkotik maddəyə bənzər kütlə götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş narkotik vasitənin heroin olmasını və saxlanılan zaman polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini bildirmişdir. Üstünü yoxlama və baxış Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov 36-nın qarşısında keçirilmişdir (i.v. 13-15); təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında 23 aprel 2025-ci il tarixli protokoldan görünür ki, təqdim olunan zərfdə qablaşdırılmış 1 ədəd ağ rəngli şəffaf sellofana bükülmüş qəhvəyi rəngli narkotik maddəyə bənzər kütlə aşkar olunmuş və elektron tərəzidə çəkilərək çəkisinin qablaşdırma ilə birlikdə 0.69 qram olduğu müəyyən edilmiş, sonra həmin maddə yenidən qablaşdırılıb möhürlənmiş, daha sonra 1 ədəd DVDyə Lenovo markalı kompüterdə baxış keçirilmişdir. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan həmin maddənin aşkar olunmasını bildirməsi əksini tapmışdır (i.v. 17-19); şübhəli şəxsin tutulması haqqında 23 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 15:47 dəqiqədə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 37); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 aprel 2025-ci il tarixli, 3-16-16/2-6/1529/2025 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №153” möhür əksi, “...2) Təqsirləndirilən şəxs...” və s. adlar, soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0.558 qram açıq qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (i.v. 46-49); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 25 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (i.v. 64-65); diskdə olan videoyazıya baxış keçirilməsi haqqında 25 aprel 2025-ci il tarixli protokollardan görünür ki, disklərdə olan həmin görüntülər, əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və baxış keçirilməsi, həmçinin təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında 23 aprel 2025-ci il tarixli protokollara uyğun olmuşdur (i.v. 78-80); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(011)-214/2025 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır (i.v. 92-95); 66 saylı MKİS tərəfindən verilmiş 02 may 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i.v. 107); Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ACDİÜ AR Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə AR CM-nin 207.3 və 102.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 38-ci maddəsi tətbiq edilməklə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2004-cü ildə cəza sonu ilə azad edilmişdir; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə AR CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2010-cu ildə cəza sonu ilə azad edilmişdir; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 05 ay 15 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmişdir; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə AR CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 04 ay 20 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş, xx.xx.2016-cı ildə cəzasını çəkib qurtarmışdır; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsi tətbiq edilməklə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 01 ay 10 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş, xx.xx.2020-ci ildə cəza müddəti başa çatmışdır; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş, xx.xx.2023-cü ildə cəza müddəti başa çatmışdır (i.v. 118-121); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X12 xx.xx.2025-ci il tarixli, 2746 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən RNM-da (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır (i.v. 139-140); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 xx.xx.2025-ci il tarixli, 1438 saylı kompleks ambulator məhkəmə-psxiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu F60.3 aşkar olunur. Təqsirləndirilən şəxs aşkar edilən şəxsiyyət pozuntusu onun törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırki psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur (i.v. 141-143); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 20 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış və barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.558 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.508 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş, təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və baxış keçirilməsinə dair protokol, təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında protokol, diskə baxış protokolu iş üzrə sübut növü kimi qiymətləndirilmişlər, 02 ədəd “DVD-R” formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir (i.v. 157-166); Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş arayışdan görünür ki, X5 gözdən əlil olmasından ötrü İ dərəcəli əlillik təyin edilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi tərəfindən verilmiş tibbi müayinəyə dair çıxarışdan görünür ki, X8 onkoloji xəstəlikdən əziyyət çəkir. elektron sistemdən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il doğum tarixli, X6 ad soyadlı bir yetkinlik yaşına çatmaya uşağı var. Məhkəmə istintaqı zamanı birinci diskdə olan görüntüyə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində olan göy rəngli cins şalvarın sol cibindən 1 (bir) ədəd şəffaf sellofan bükümdə açıq qəhvəyi rəngli narkotik maddəyə bənzər kütləni təqdim edir. Narkotik maddəyə bənzər kütlə elektron tərəzidə çəkilir və çəkisinin 0.66 qram olması müəyyən edilir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd şəffaf sellofan bükümdə açıq qəhvəyi rəngli narkotik maddəyə bənzər kütlə götürülür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş narkotik vasitənin heroin olmasını və saxlanılan zaman polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini bildirir. Məhkəmə istintaqı zamanı ikinci diskdə olan görüntüyə baxış keçirilmiş, təqdim olunan zərfdə qablaşdırılmış 1 ədəd ağ rəngli şəffaf sellofana bükülmüş qəhvəyi rəngli narkotik maddəyə bənzər kütlə aşkar olunur və elektron tərəzidə çəkilərək çəkisinin qablaşdırma ilə birlikdə 0.69 qram olduğu müəyyən edilir, sonra həmin maddə yenidən qablaşdırılıb möhürlənir, daha sonra 1 ədəd DVD-yə Lenovo markalı kompüterdə baxış keçirilir. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan qəhvəyi rəngli narkotik maddəyə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan həmin maddənin aşkar olunmasını bildirməsi əksini tapır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 83-cü qrafasına əsasən təmiz çəkisi 0.558 qram olan narkotik vasitə heroin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanı çəkmələri nəzərdə tutulmuşdur; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, yetkinlik yaşına çatmayan uşağının olmasını, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, övladı X3 1-ci qrup əlil olmasını və yoldaşı X2 onkoloji xəstəlikdən əziyyət çəkməsini (CM-nin-59.2) cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs ACDİÜ AR Məhkəməsinin xx.xx.2000-ci il tarixli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmləri üzrə olan məhkumluqları bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada ödənildiyindən Azərbaycan Respublikası CM-nin 18.4.3-cü maddəsinə əsasən cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş, lakin azad edildiyi vaxtdan 02 il keçmədən, yəni 23 aprel 2025-ci il tarixdə hazırki cinayət əməlini törətmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən ona CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınmalı (CM-65.2.), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), cəzasının əvvəli 23 aprel 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2), xx.xx.2022-ci il tarixdən Respublikası Narkoloji Mərkəzdə qeydiyyatda olması nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınan Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.558 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.508 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd “DVD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), 110 (yüz on) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 23 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və xx.xx.2022-ci il tarixdən Respublikası Narkoloji Mərkəzdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.558 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.508 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd “DVD-R” formatlı disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar