Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-334/2020 23.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1963-cü ildə Masallı rayonu Yeddioymaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 mənzil 18 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 18 radələrində ünvan 2 saylı ünvanda qonşusu X1 olan zibilləri onun yaşadığı evin qarşısına atması səbəbindən aralarında yaranmış mübahisə zamanı sonuncu söyüş söydükdə bir dəfə başı ilə qəsdən sifət nahiyəsindən vuraraq burun sümüyünün qapalı qəlpəli yerdəyişən sınığı və burunun yumşaq toxumasının hematoması, hər iki gözyuvası ətrafı nahiyənin yumşaq toxumasının hematoması, boyunun arxa səthinin sıyrığı ilə müşayiət olunan xəsarət yetirməklə Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, sağlamlığın uzun müddətə pozulmasına səbəb qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin, şahid ifadələri, ekspert rəyləri və işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs eyni binada yaşayır və on il müddətdir ki, qonşudurlar. Yaşadığı mənzil binanın 3-cü blokunun 3-cü mərtəbəsində yerləşir. Amin yaşadığı mənzil isə həmin binanın 2-ci blokunun 1-ci mərtəbəsində yerləşir. Amin ilə əvvəllər aralarında heç bir narazılıq, ədavət və düşməçilik olmamışdır. xx xxxx 2020-ci il tarixdə saat 18 radələrində yaşadığı mənzilin eyvanında oturmuşdur. Həmin vaxt görmüşdür ki, Amin əlində kağızdan olan qutuları zibilləri yığıb onların blokunun giriş qapısının qarşısına atmışdır. Bunu görəndən sonra Aminə öz iradını bildirmişdir. Belə ki, Aminə demişdir ki, “həmin zibilləri yaxınlıqda olan zibil qablarına niyə atmırsan”. Amin isə kobud cavab vermiş və söyüş söyərək təhqir etməyə başlamışdır. Amin yaşadığı mənzilə qalxmış və onların arasında sözlə mübahisə başlamışdır. Amin yenidən söyüş söyərək təhqir etməyə başlamışdır. Onun söydüyü söyüşləri qəbul etməyib bir dəfə başı ilə üzündən zərbə ilə vurmuşdur. Hadisə yaşadığı mənzilin yerləşdiyi binada baş vermişdir. Həmin hadisə zamanı ilkin olaraq heç kim olmamış, sonradan isə hadisə yerinə Etibar, Etibarın adını bilmədiyi qardaşı, Eldar, Əzizə və Şaiq adlı şəxslər gəlmişlər. Həmin şəxslər Amini vurmasını görməmişlər. Amini yalnız bir dəfə başı ilə üzündən vurmuşdur Həmin hadisə zamanı əlində və yaxud üzərində heç bir alət olmamışdır. Daha sonra əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışmağını nəzərə alaraq onun barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə iclasında ifadə verən Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, ünvan 2 saylı ünvanda yerləşən üçmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilin qarşısında kiçik sahəsi olmuşdur. xx xxxx 2020-ci il tarixdə saat 18 radələrində həmin bağ sahəsinin ətrafında təmizlik aparmış, belə ki, orada olan zibilləri toplayıb kənarda olan ağacların altına atmışdır. Bu zaman binanın həyətində yerləşən oturacaqda qonşusu Təqsirləndirilən şəxs qaynı Etibar və onun qardaşı ilə birlikdə əyləşmişlər. Əlizadə yaxınlaşaraq ağacın altına atdığı zibillərə görə irad bildirmiş və həmin zibillərin yaşadığı bloka dağılmasını demişdir. Əlizadəyə zibilləri götürəcəyini bildirib “nəhlət şeytana” ifadələrini işlətmişdir. Əlizadə isə “nəhlət şeytana yox, sənə lənət olsun” bildirmişdir. Bu zaman aralarında sözlə mübahisə yaranmış və Əlizadə bir dəfə başı ilə üzündən, yəni burnundan zərbə ilə vurmuşdur. Zərbənin təsirindən burnundan qan gəlməyə başlamış və xəsarət almışdır. Hadisəni görən arvadı dərhal DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir.Təqsirləndirilən şəxs ilə aralarında mübahisə zibilləri ağacın altına tökməsinə görə baş vermişdir. Həmin hadisə zamanı orada Əlizadənin yeznəsi Etibar, Etibarın adını bilmədiyi qardaşı və öz arvadı olmuşdur. Həmin hadisə bir dəqiqə ərzində baş vermişdir. Təqsirləndirilən şəxs konkret olaraq onu bir dəfə başı ilə vurmuş, sonuncunun əlində və yaxud üzərində hər hansı bir alət görməmişdir. Hadisə yaşadığı binanın yerləşdiyi mənzilin blokunda baş vermişdir. Daha sonra təqsirləndirilən şəxslə barışdığını, ona qarşı tələb və şikayətinin olmamasını bilidirərək bu barədə olan ərizəsini məhkəməyə təqdim etmişdir. İşin faktiki halları təqsirləndirilən şəxsin səmimi etirafı ilə yanaşı şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid4 ifadələri ilə bir daha sübuta yetirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PA” Birliyinin xx.xx.2020-ci il tarixli 607 saylı rəyindən məlum olur ki, Zərərçəkmiş şəxs burun sümüyünün qapalı qəlpəli yerdəyişən sınığı və burunun yumşaq toxumasının hematoması, hər iki gözyuvası ətrafı nahiyənin yumşaqtoxumasının hematoması, boyunun arxa səthinin sıyrığı müəyyən edildi, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətəpozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. Xarakterinə və lokalizasiyasma görə, qeyd edilən xəsarətlərin yıxılma nəticəsində alınması, eləcə də özünün-özünə yetirməsi nəticəsində əmələ gəlməsi inkar olunur. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş xx.xx.2020ci il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı tələb və şikayəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif olunmasını nəzərə alır. Məhkəmə Cinayət Qanunvericiliyini aşağıdakı müddəalarına əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxardır. Yuxarıda sadalanan Qanunvericiliyə əsasən məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, ona qarşı tələb və şikayətinin olmamasını nəzərə alır və hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Buna görə də Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və məhkəmə xərcləri yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 39, 43, 344- 347, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsinvə cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və məhkəmə xərcləri yoxdur. Qərardan 20 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-334/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-334/2020
23.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver