Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-334/2024 20.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçiləri Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx.xx.1980-ci il ildə Ağdam rayonu, Muğanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli,bir uşaq atası, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Ağdam rayonu, Muğanlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, ev 2C, mənzil 96 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq 65.67 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində daşımaqla Bakı şəhəri, Xətai rayonu. Xocalı küçəsi, ev 2C, mənzil 96 ünvanında saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 14 fevral 2024-cü il tarixdə saat 20:08-də yuxarıda qeyd edilən ünvanda saxlanılaraq özünün razılığı və iştirakı ilə yaşıdığı mənzilə baxış və götürmə keçirilən zaman mətbəxdə qurulmuş mətbəx dolabında olan 01 ədəd şəffaf sellofan paketin içərisindən 15 ədəd şəffaf sellofan bükümlərdə satış məqsədi və tamah ilə qanunsuz olaraq əldə edib üzərində daşımaqla yaşadığı evdə saxladığı, tərkiblərinə gorə eynilik təşkil edən ayrı-ayrılıqda çəkiləri 0,94 qram, 5,86 qram, 5,98 qram, 2,94 qram. 5.95 qram, 2.95 qram, 5.64 qram. 5,96 qram, 2.98 qram, 5,90 qram, 5,54 qram, 3,06 qram, 5,96 qram, 2.96 qram və 3.05 qram olmaqla ümumilikdə təmiz çəkisi 65,67 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə elan edilən ittiham üzrə özünü təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyərək bildirmişdir ki, təxminən 5 ildir ki, narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. 2023-cü ilin mart ayında heyvandarlıq işləri ilə məşğul olmaq üçün Beyləqan rayonu, Şahsevən kəndinə getmişdir. Orada kirayə ev tutaraq heyvandarlıqla məşğul olmuşdur. Beyləqan rayonunda olan zaman anket məlumatlarını bilmədiyi şəxsin narkotik vasitə qurudulmuş marixuana satdığını öyrənmişdir. Həmin şəxsdən 5 qram qurudulmuş marixuananı 30 manata razılaşıb almışdır. Qurudulmuş marixuananın satışından yaxşı gəlir əldə edildiyini düşünüb satışı ilə məşğul olmaq qərarına gəlmişdir. 2023-cü ilin iyul ayında həmin şəxsdən 1000 manat müqabilində 320 qram qurudulmuş marixuana almışdır. Həmin qurudulmuş marixuananın bir qismini özü istifadə etmişdir. 2023-cü ilin avqust ayının sonlarında Bakı şəhərinə gələrək Xətai rayonu, Xocalı küçəsində kirayə ev tutmuşdur. Qurudulmuş marixuanaların çəkisini ölçmək üçün bir ədəd elektron tərəzi əldə etmişdir. Özü ilə gətirdiyi marixuanadan həm özü istifadə etmiş, həm də bir neçə şəxsə 5 qramını 60 manata satmışdır. Əldə etdiyi qurudulmuş marixuananın içərisində çətənə bitkisinin toxumları da olmuşdur. Həmin toxumları ayıraraq başqa bağlamalarda saxlamışdır. 14 fevral 2024-cü il tarixdə axşam yaşadığı Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, ev 2C, mənzil 96 ünvanında olduğu zaman qapı döyülmüşdür. Qapını açdığı zaman bır neçə şəxs özünü təqdim edib DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu ona bildirmişlər. Yaşadığı ünvanda yalnız “marixuana" gizlədib saxladığını və həmin narkotik vasitəni təqdim edə biləcəyini bildirmiş və yaşadığı ünvana baxış keçirilməsinə heç bir etirazının olmadığını qeyd etmişdir. Bu barədə yazılı ərizə verdikdən sonra evdə baxış axtarış keçiriləcəyini ona bildirmişlər. Baxış keçirilməzdən əvvəl ona baxışın videoçəkiliş vasitəsi aparılacağı barədə məlumat verilmişdir. Bundan sonra üzərinə, eləcə də yaşadığı ünvana videokamera vasitəsilə çəkiliş aparılmaqla baxış keçirilməyə başlanılmışdır. Baxışın keçirilməsi özünün razılığı və iştirakı ilə aparılmışdır. Polisləri yaşadığı ünvana dəvət etmiş, iştirakçılar həmin ünvana daxil olmuşdur. İlk öncə üzərində və yaşadığı ünvanda olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri və qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları və maddələri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra mətbəxdə olan dolabın qapısını açaraq oradan 01 ədəd şəffaf sellofan paketi çıxardıb təqdim etmişdir. 01 ədəd şəffaf sellofan paketə baxış zamanı içərisində 17 ədəd şəffaf sellofan paketin və 01 ədəd elektron tərəzinin olması müşahidə edilmişdir. 15 ədədinin içərisində qurudulmuş marixuana, 02 ədəd paketin içərisində isə toxumlar aşkar edilmişdir. Aşkar edilmiş kütlələr, bitki toxumları və 01 ədəd elektron tərəzi 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar və tərəfindən imzalanmışdır. Bundan başqa qanunla qadağan olunmuş heç nə aşkarlanmamışdır. 01 ədəd "Samsung” markalı mobil telefon cihazı iş uzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün polis tərəfindən götürülmüşdür. Daha sonra əməlindən peşman olduğunu, ilk məhkumluğunu, səmimi etirafını, bir azyaşlı uşağının olmasını qeyd edərək ona nisbətən yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid ifadəsində göstərnişdir ki, 14 fevral 2024-cü il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı əməliyyat qrupu yaradılmış və əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. 14 fevral 2024-cü il tarixdə saat 20:08-də Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, ünvan 1eo çəkilişdən istifadə etməklə mənzilib qapısını döymüşlər. Qapını kişi cinsindən olan bır şəxs açmışdır. Həmin şəxsə özlərini təqdim edib, polis əməkdaşları olduqlarını bildirib, ondan ozünu təqdim etməsini xahiş etmişlər. Həmin şəxs ozünu təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bu zaman həmin şəxsə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu barəsində qəbul edilmiş qərarla tanış etmişlər. Təqsirləndirilən şəxs evində narkotik vasitə qurudulmuş marixuana gizlədib saxladığını və həmin narkotik vasitəni təqdim edə biləcəyini bildirərək yaşadığı ünvana baxış keçirilməsinə heç bir etirazının olmadığını qeyd etmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsinə etirazının olmaması ilə bağlı ərizə yazaraq təqdim etmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və bundan sonra videoçəkiliş vasitəsi ilə onun yaşadığı evə baxış keçirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə, eləcə də yaşadığı ünvana videokamera vasitəsilə çəkiliş aparılmaqla baxış keçirilməyə başlanılmışdır. Rüstəmova qanunla dövriyyəsi qadağan edilmiş əşyaları və maddələri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib mətbəx dolabının qapısını açaraq oradan 01 ədəd şəffaf sellofan paketi çıxardıb təqdim etmişdir. 01 ədəd şəffaf sellofan paketə baxış zamanı içərisində 17 ədəd şəffaf sellofan paketin və 01 ədəd elektron tərəzinin olması müşahidə edilmişdir. Daha sonra təqdim edilmiş 17 ədəd sellofan paketlərə ayrı-ayrılıqda baxış keçirilmiş və onlardan 15 ədədinin hər birinin içərisində tünd yaşıl rəngli, ot şəkilli, kəskin spesifik qoxuya malik olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlənin, 02 ədəd paketin hər birinin içərisindən isə bitki toxumları aşkar edilmişdir. Aşkar edilmiş kütlələr, bitki toxumları və 01 ədəd elektron tərəzi 01 ədəd zərfdə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Axtarış zamanı onun üzərindən və mənzildən başqa qadağan olunmuş əşya və predmetlər aşkar edilməmişdir. Masanın üzərində Təqsirləndirilən şəxs istifadəsində olan 01 ədəd "Samsung” markalı mobil telefon cihazı aşkar olunmuşdur. Həmin mobil telefon iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş 02 ədəd sellofan paketdəki toxumların çətənə bitkisinin toxumları olduğunu, 15 ədəd şəffaf sellofan paketdəki qurudulmuş ot kütlələrin narkotik vasitə marixuana olduğunu və 5 qramını 60 manata satmaq məqsədi ilə saxladığını etiraf etmişdir. Baxış keçirilməsi və əşyaların götürülməsi prosesinin nəticəsinə dair protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. İş materiallarında olan 14 fevral 2024-ci il tarixli “baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, 14 fevral 2024-cü il tarixdə saat 20:08-də Təqsirləndirilən şəxs yaşadığı ünvana, yəni Bakı şəhəri, Xətai rayonu, ünvan 1eo çəkilişdən istifadə etməklə mənzilin qapısını döymüşlər. Qapını kişi cinsindən olan bir şəxs açmışdır. Həmin şəxsə özlərini təqdim edib, polis əməkdaşları olduqlarını bildirib, ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək. Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bu zaman həmin şəxsə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu barəsində qəbul edilmiş qərarla tanış etmişlər. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə narkotik vasitələr əldə edərək yaşadığı ünvanda saxlamasını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvanda marixauana adı ilə tanıdığı narkotik vasitə gizlədib saxladığını və həmin narkotik vasitəni təqdim edə biləcəyini bildirərək yaşadığı ünvana baxış keçirilməsinə heç bir etirazının olmadığını qeyd etmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsinə etirazının olmaması ilə bağlı ərizə yazaraq təqdim etmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və bundan sonra videoçəkiliş vasitəsi ilə onun yaşadığı evə baxış keçiriləcəyi izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə eləcə də yaşadığı ünvana videokamera vasitəsilə çəkiliş aparılmaqla baxış keçirilməyə başlanılmışdır. Baxışın keçirilməsi Təqsirləndirilən şəxs özünün razılığı və iştirakı ilə aparılmışdır. Təqsirləndirilən şəxs qanunla dövriyyəsi qadağan edilmiş əşyaların və maddələrin olduğu təqdirdə könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib mətbəx dolabının qapısını açaraq oradan 01 ədəd şəffaf sellofan paketi çıxardıb təqdim etmişdir. 01 ədəd şəffaf sellofan paketə baxış zamanı içərisində 17 ədəd şəffaf sellofan paketin və 01 ədəd elektron tərəzinin olması müşahidə edilmişdir. Daha sonra təqdim edilmiş 17 ədəd sellofan paketlərə ayrı-ayrılıqda baxış keçirilmiş və onlardan 15 ədədinin hər birinin içərisində tünd yaşıl rəngli, ot şəkilli, kəskin spesifik qoxuya malik olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlənin, 02 ədəd paketin hər birinin içərisindən isə bitki toxumları aşkar edilmişdir. Aşkar edilmiş kütlələr, bitki toxumları və 01 ədəd elektron tərəzi 01 ədəd möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra baxış prosesi davam etdirilsə də Təqsirləndirilən şəxs üstündən və evindən digər əşya və predmetlər aşkar edilməmişdir. Baxışın davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı mənzilin digər otaqlarına baxış keçirilmiş və mənzilin qonaq otağında yerləşən masanın üzərində Təqsirləndirilən şəxs istifadəsində olan 01 ədəd “Samsung" markalı mobil telefon cihazı aşkar olunmuşdur. Həmin mobil telefon iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. Baxışın keçirilməsi 14 fevral 2024cü il tarixdə saat 20:43-də başa çatmışdır. Baxış keçirilməsi və əşyaların götürülməsi prosesinin nəticəsinə dair protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. İş materiallarından məlum olur ki, baxış keçirilməsi və əşyaların götürülməsi videoçəkiliş ilə həyata keçirilmiş və videogorüntünü özündə əks etdirən 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Həmin 01 ədəd DVD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan 18 fevral 2024-cü il tarixli maddi sübut kimi tanınma qərarından məlum olur ki, Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 65.37 qram narkotik vasitə qurudulmuş marixuana və 38.54 qram çətənə bitkisinin toxumları və 01 ədəd elektron tərəzinin maddi sübut qismində tanınaraq Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. İş materiallarında olan 01 aprel 2024-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş “Samsung” markalı mobil telefona baxış zamanı həmin “Whatsapp" ani mesajlaşma mübadilə sistemi bölməsində “Me" adı altında qeydə alınmış +**********12 mobil nömrə istifadəçisi ilə 30 yanvar 2024-cü il tarixdən 12 fevral 2024-cü il tarixdə olan vaxt ərzində səsli mesajların, SMS mətnlərinin mübadiləsinin həyata keçirilməsi faktlarının qeydə alındığı müəyyən edilmişdir. Whatsapp" ani mesajlaşma tətbiqində "Me" adı altında qeydə alınmış +**********12 mobil nömrə istifadəçisi ilə arasında olan səs yazıları və SMS mətnləri barədə verilmiş suala cavab olaraq. Təqsirləndirilən şəxs 06 may 2024-cü il tarixdə vermiş olduğu ifadəsində bildirmişdir ki, qeyd edilən nömrə istifadəçisinin adını və anket məlumatlarını bilmədiyini və həmin şəxsə tutulduğu günə kimi bir neçə dəfə narkotik vasitə qurudulmuş marixuana satmışdır. ”İş materialında olan xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi” haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs götürülmüş "Samsung'' markalı mobil telefonda cinayət təqibi üzrə əhəmiyyət kəsb edən hallar müəyyən edildiyindən həmin telefon maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 fevral 2024-cü il tarixli məhkəmə-bioloji ekspertizasının 3-16- 16/2-7/246 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunmuş kütlələr və tərəzi” yazılar və imzalar kağız paketdə 01 ədəd sellofan torbada 15 (on beş) ədəd ağız hissələri bağlanmış polietilen paketlərdə ayrı- ayrılıqda təmiz çəkiləri 0.94 qram; 5,86 qram; 5,98 qram; 2.94 qram; 5,95 qram; 2.95 qram: 5.64 qram; 5.96 qram 2.98 qram. 5.90 qram: 5.54 qram; 3.06 qram; 5,96 qram; 2.96 qram: 3.05 qram, bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlamış narkotik vasıtəqurudulmuş marixuanalardır. Marixuanaların ümumi çəkisi - 65.67qramdır. Həmin marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş kağız paketdə sellofan torbada 02 (iki) ədəd ağız hissələri bağlanmış polietilen paketlərdə ayrı-ayrılıqda təmiz çəkiləri-19.44 qram: 19,14 qram, ümumi çəkisi-38.58qram olan bitki toxumları əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarıdır. Həmin toxumlar eyni növ çətənə (kannabis) bitkisinin toxumlarıdır. Tədqiqata təqdim olunmuş kağız paketdə 1 (bir) ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitənin hissəcikləri yoxdur. Tədqiqatdan sonra qurudulmuş marixuananın qalığı -65.37 qram. Toxumların qalığı 38,54 qram. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 01.04 2024-cü il tarixli 2057 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan tutma haqqında protokolundan görünür ki, Təqsirləndirilən şəxs 14 fevral 2024-cü il tarixdən şübhəli şəxs kimi tutulmuşdur. 16 fevral 2024-cü il tarixli Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin qərarına əsasən barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 14 fevral 2024-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. İş materiallarına əlavə edilmiş elektron çıxarışdan məlum olur ki, Rüstəmov Təqsirləndirilən şəxs Firuzə Yolçu qızı ilə nikaha daxil olmaqla ailə qurmuş və həmin nikahdan xx.xx.2020-ci il təvəllüdlü Rauf Rüstəmov adlı bir azyaşlı oğlu vardır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs AR CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni qanunsuz olaraq satış məqəsdi ilə narkotik vasitə qurudulmuş marixuana əldə edib saxlaması özünün səmimi etirafedici ifadəsi, şahidin ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmişdir. Təqsirləndirilən şəxs AR CM-nin 234.2-ci maddəsinin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsində təyin olunacaq cəzanın şəxsin ailəsinin həyat şəraitinə təsirinin nəzərə alınması qeyd edilmişdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən onun gənc olması və məhkumluğunun olmaması nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun səmimi etirafını, əməlindən peşman olmasını, bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin səmimi etirafı, əməlindən peşman olması, ailə sahibi olması və bir azyaşlı uşağının olması nəzərə alınaraq ona sanksiya daxilində nisbətən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Cəzaçəkmə müsəssisəsiniin rejimini müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs faktiki şübhəli şəxs kimi 14 fevral 2024-cü il tarixdən saxlanılmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxslərə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsininnin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinin ruhundan görünür ki, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən suiistifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyatda alınmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış və saxlanılması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş 65.37 qram narkotik vasitə qurudulmuş marixuana və 38.54 qram çətənə bitkisinin toxumları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs götürülmüş və maddi sübut kimi tanınmış "Samsung'' markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra özünə qaytarılmalıdır. Təqsirləndirilən şəxs məxsus maddi sübut kimi tanınaraq götürülmüş bir ədəd elekton tərəzi dövlət nəfinə müsadirə edilməlidir. Şəxsi axtarış və götürmə zamanı qeydə alınmış görüntüləri əks etdirən maddi sübut kimi tanınmış 01 ədəd DVD-formatlı disk cinayət işində saxlanılmalıdır. Məhkəmə xərcinə gəldikdə isə məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 144 (yüz qırx dörd) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsi xeyrinə tutulmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197- 198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: . Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 14 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 65.37 qram narkotik vasitə qurudulmuş marixuana və 38.54 qram çətənə bitkisinin toxumları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs götürülmüş və maddi sübut kimi tanınmış "Samsung'' markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra özünə qaytarılsın. Təqsirləndirilən şəxs məxsus maddi sübut kimi tanınaraq götürülmüş bir ədəd elekton tərəzi Dövlət nəfinə müsadirə edilsin. Maddi sübut kimi tanınmış 01 ədəd DVD-formatlı disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 144 (yüz qırx dörd) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsi xeyrinə tutulsun. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-334/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-334/2024
20.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver