Məhkəmə qərarları › İş №1(011)-335/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-335/2020

22.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-335/2020 22.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs və Nümayəndə, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1966-cı ildə Masallı rayonu Təklə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Masallı rayonu Xoşçobanlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs və Nümayəndə sağlamlığına az ağır xəsarət yetirmişdir. Belə ki, o, xx xxxx 2020-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri Xətai rayonu Babək prospekti 49/50 ünvanında yerləşən “İstikbal” mebel mağazasının qarşısında texniki cəhətdən saz vəziyyətdə olan “xxxxxxx” QSC-nə məxsus “Hyundai Accent ” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edərkən «Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 50-ci maddəsinin 1 -ci hissəsinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməyib yolu sağdan-sola iti addımlarla keçmək istəyən piyadalar Zərərçəkmiş şəxs və Nümayəndə avtomobilin qabaq ön hissəsi ilə vuraraq Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan sol saidin yuxarı 1/3-də dirsək sümüyünün qapalı, qəlpəli yerdəyişən sınığı və sol mil sümüyünün başının çıxığı, sol çiyinüstü nahiyədə əzilmiş yara, sol çiyinüstü sağ kürəküstü və kürəkarası nahiyələrdə sıyrıqlar xəsarətləri yetirməklə dərəcələrinə görə sağlamlığın uzun müddətddə pozulmasına səbəb olan az ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, Nümayəndə isə ağrı simtomu və hərəkət məhdudluğu ilə qeyd olunan sol qasıq və oturaq sümüklərinin yerdəyişməyən qapalı sınığı ilə müşayiət olunan dərəcələrinə görə sağlamlığın uzun müddətddə pozulmasına səbəb olan az ağır zərər vurmaya aid xəsarətlər yetirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələri, ekspertiza rəyi, habelə cinayət işinin materiallarında olan işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, idarə etdiyi “Hyundai Aksent” markalı, Az **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobil “xxxxxx” QSC-nə məxsusdur və həmin QSC tərəfindən ona xx xxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək avtomobili idarə etmək üçün etibarnamə verilmişdir. O, ailəsini dolandırmaq məqsədilə “Salam taksi (Ulduz 9933)” MMC-ti ilə müqavilə bağlayaraq taksi şirkətində sürücü işləməyə başlamış və həmin avtomobil özünə məxsus BC kateqoriyalı AC seriyalı 727871 nömrəli sürücülük vəsiqəsi əsasında yol vərəqəsi ilə idarəetməyə başlamışdır. Babək prospekti ilə saatda 50-60 km sürətlə hərəkətdə olan zaman “İstikbal” mebel mağazasının qarşısından olan yol ayrıcından geriyə dönmək məqsədilə yolun sol tərəfi ilə hərəkətdə olduğu zaman, “İstikbal” mebel mağazasının əks tərəfində qəfildən aftomobilinin qarşısına bir nəfər oğlanın və bir nəfər qadının çıxdığını görüb, əyləcdən istifadə edə bilmədiyindən həmin piyadaları avtomobilin ön hissəsi ilə vurmuşdur. Dərhal avtomobili saxlamış adlarını sonradan öyrəndiyi Nümayəndə və Zərərçəkmiş şəxs yaxınlaşaraq onların xəsarət aldıqlarını görüb dərhal TTYS-na və DİN-nin 102 xidmətinə bu barədə məlumat verib hadisə yerinə çağırmışdır. Hadisə vaxtı avtomobili saatda 50-60 km sürətlə hərkət etdirmiş, baş vermiş həmin hadisə zamanı idarə etdiyi “Hyundai Aksent” markalı. Az **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobildə özündən başqa arxa oturacaqda bir nəfər müştəri olmuş, avtomobilin yük yerində isə hər hansı bir yükü olmamışdır. Əməlindən səmimi peşimandır. Hazırda zərərçəkmiş şəxslərlə barışdığını, onlara dəymiş zərəri tam ödədiyini nəzərə alıb, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, bacısı Nümayəndə ilə birlikdə yaşadığı ünvandan çıxaraq piyada Babək prospektində yerləşən avtosalon və mebel salonlarına yaxınlaşaraq xadimə işi axtarmağa başlamışlar. Həmin günü saat 18 radələrində Babək prospektində keçən avtomobil yolundan iti addımlarla yolun digər tərəfində yerləşən “İstikbal” mebel mağazasına tərəf keçmək istəyərkən ağ rəngli avtomobilin onu və bacısı Günayı vurmuş elə həmin an Günayın huşunun itirdiyini və özünün xəsarət aldığını bildirmişdir. Hadisə yerinə gələn təcili yardım əməkdaşlarının köməyi ilə onları xəstəxanaya aparmışlar. Sonradan ona məlum olmuşdur ki, avtomobili ilə vuran şəxs ’’Hyundai Aksent” markalı **-PZ-*** dövlət nömrə nişanlı avtomobili idarə edən sürücü Təqsirləndirilən şəxs Mirqədi oğludur. Hazırda Mirheydərlə barışdığını, ona dəymiş zərərin tam ödənildiyini, Mirheydə qarşı şikayətinin və tələbinin olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Nümayəndə digər Zərərçəkmiş şəxs ilə oxşar ifadə vermiş, hazırda Mirheydərlə barışdığını, ona dəymiş zərərin tam ödənildiyini, Mirheydə qarşı şikayətinin və tələbinin olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işinin başlanılması qərara alınmışdır. (i.v. 1); yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış keçirilmiş, bu barədə müvafiq protokol, fotocədvəl və hadisənin sxemi tərtib edilərək protokola əlavə edilmişdir (i.v. 6-16); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Sərxoşluq vəziyyətin tibbi müayinəsinin xx xxxx 2020-ci il tarixli aktına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. (i.v. 18); xx xxxxxx 2017-ci il tarixli AC seriyalı 727871 nömrəli sürücülük vəsiqəsindən görünür ki, xx xxxxxx 1966-cı ildə anadan olmuş Təqsirləndirilən şəxs «BC» kateqoriyalı sürücülük hüququ verilmişdir (i.v. 25); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Nümayəndə zərərçəkmiş şəxs qismində tanınmışdır (i. v. 45). zərərçəkmiş şəxs qismində tanınma haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, X2 zərərçəkmiş şəxs qismində tanınmışdır (i. v. 53). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 ünvanlanmış tələbnaməyə xx xxxx 2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərarı ilə cəzası 06 ay azaldılmış, xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir (i.v.64-65); baxış keçirilməsi barədə xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, “Hundai Accent” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, bu barədə fotocədvəl tərtib edilərək cinayət işinin materiallarına əlavə edilmişdir (i.v. 79-81); məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx xxxxxx 2020-ci il tarixli 8/1156 nömrəli rəydən görünür ki, “Hyundai Acceııt ” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs Vlirqədir oğlunun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun ıəmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdıır. (i.v.86-89); xx.xx.2020-ci il tarixli 940 saylı rəyindən məlum olur ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər: - sol saidiıı yuxarı 3/1-də dirsək sümüyünün qapalı, qəlpəli yerdəyişən sınığı və sol mil sümüyünün başının çıxığı, sol çiyinüstü nahiyədə əzilmiş yara, sol çiyinüstü sağ kürəküstü və kürəkarası nahiyələrdə sıyrıqlar küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə və şəraitdə, yəni piyada qismində hərəkətdə olan avtomobilin qabarıq hissələrinin təsirindən əmələ gələ bilərdilər və ümumilikdə dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər.Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlərin sayma, xarakterinə və lokalizasiyasına görə həmin xəsarətlərin şəxsin özü-özünə yetirilməsi, eləcə də öz boyu hündürlüyündən yıxılmasına xarakterik deyildir (i. v. 90-92). məhkəmə tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 941 saylı rəyindən məlum olur ki, Nümayəndə bədənində müəyyən edilmiş xəsarətlər: - ağrı simtomu və hərəkət məhtudluğu ilə qeyd olunan sol qasıq və oturaq sümüklərinin yerdəyişməyən qapalı sınığı küt əşyanın (əşyaların) qüvvətli təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə və şəraitdə, yəni piyada qismində hərəkətdə olan avtomobilin qabarıq hissələrinin təsirindən əmələ gələ bilərdilər, dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər.Nümayəndə bədənində müəyyən edilmiş xəsarətlərin xarakterinə və lokalizasiyasına görə həmin xəsarətlərin şəxsin özü-özünə yetirilməsi, eləcə də öz boyu hündürlüyündən yıxılmasına xarakterik deyildir (i. v. 93-94). təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul olunmuş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş (i.v.107-108); qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 118); xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i.v. 124); sübutların qiymətləndirilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir (i.v.138-145); zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs və Nümayəndə məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışlar, onlara dəymiş ziyanı tamamilə ödənilmiş, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri olmadığından cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişlər. təqsirləndirilən şəxsin məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə özünü təqsirli bilmiş, zərərçəkmiş şəxslərə barışaraq onlara dəymiş ziyanı tamamilə ödədiyini nəzərə alaraq cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi zərərçəkmiş şəxslərin, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirdi. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ; 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda—iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən, bu Məcələnin 263.1 və ya 263.1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmasını, onlara dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə cinayət təqibinə icraata xitam verilməsi məqsədə uyğundur. Eyni zamanda, Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olması məsələsinin araşdırılması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xətai rayon prokurorluğuna göndərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri - 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut - “Dong Feng A 30” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37.4, 43.3, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə barışdığına və onlara dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri - 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut - “Hyundai Accent” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin “xxxxxxx” QSC-yə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olması məsələsinin araşdırılması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xətai rayon prokurorluğuna göndərilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar