Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-335/2022 10.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - “Sigma” Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi - X2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 1990-cı ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, özgənin əmlakını talama məqsədi ilə 11 aprel 2022-ci il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanına hasardan keçmək yolu ilə qanunsuz daxil olub, həyətdən tapdığı mismar çıxardan çəkicin vasitəsi ilə evin ikinci mərtəbəsinin eyvanında olan plastik qapını açmaq yolu ilə, evə daxil olub, evin birinci mərtəbəsində olan dolabın üzərindən hər biri 300 manat olmaqla, 600 manat dəyərində iki ədəd qızılı rəngli metaldan olan samovarı, həmin dolabın içərisindən 120 manat dəyərində bir ədəd “HP” markalı, “G60-235DX” modelli notbuku, 60 manat dəyərində dörd ədəd nəlbəki, dörd ədəd stəkan altlığı, bir ədəd böyük ölçülü məcməyi, dörd ədəd kiçik və bir ədəd orta ölçülü qabdan ibarət çay dəstini, hər biri 200 manat olmaqla, 400 manat dəyərində iki ədəd xrustal vazı, hər biri 200 manat olmaqla, 400 manat dəyərində iki ədəd metaldan şamdanı, bir dəst farfor materialdan olan 150 manat dəyərində çay dəstini, həmin otaqda divara bərkidilmiş 1000 manat dəyərində bir ədəd “Samsung” markalı, “UE48H8000AT” modelli, 48 düyüm televizoru, evin birinci mərtəbəsində olan mətbəxdən 180 manat dəyərində qara rəngli qutuda olan suvenir (qaşıq, bıçaq, taxta, balta) mətbəx dəstini, evin hovuz hissəsində olan 100 manat dəyərində bir dəst Çin istehsalı olan “Philips” markalı, “FX25” modelli iki ədəd səsgücləndiricini, həyətdə olan mətbəxdən 300 manat dəyərində bir ədəd “TP-Link” markalı modemi gizli talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs cəmi 3310 (üç min üç yüz on) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış massivində yerləşən yaşayış sahəsində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. Hazırda rəsmi olaraq heç bir yerdə işləmir. Heç bir yerdə işləmədiyinə görə, maddi cəhətdən sıxıntı çəkmişdir. Bu səbəbdən, oğurluq etmək qərarına gəlmiş və bu məqsədlə 11 aprel 2022-ci il tarixdə, axşam saatlarında yaşadığı evdən çıxaraq, Xətai rayonu, İ.Məmmədov küçəsinə gedərək, oğurluq etmək üçün ev axtarmağa başlamışdır. Həmin gün təxminən saat 23 radələrində o, qeyd olunan ünvanda yerləşən evlərdən birinin işıqlarının yanmadığını görüb, evdə yaşayış olmadığına əmin olmuşdur. O, bir qədər ətrafa göz gəzdirmiş və heç kimin olmadığına əmin olduqdan sonra, evin arxa hissəsinə keçib, hasarın üstünə çıxıb həyətə düşmüşdür. Həyətə düşdükdən sonra, ətrafa göz gəzdirmiş və həyətdə olan mətbəxə baxmış, mətbədxə soyuducunun üzərində bir ədəd modem olduğunu görmüşdür. Həmin vaxt o, həyətdən mismar çıxardan çəkic tapmış və çəkici götürüb, evin ikinci mərtəbəsinə qalxmaq üçün divara bərkidilmiş kondisionerin mühərrikinin üzərinə, oradan da evin ikinci mərtəbəsində olan eyvana düşmüşdür. O, ikinci mərtəbədə olan eyvanın plastik qapısını çəkiclə sıxaraq açıb, evə daxil olaraq, evin ikinci mərtəbəsində axtarış aparmağa başlamışdır. O, ikinci mərtəbədə olan digər otaqlarda axtarış aparsa da, qiymətli heç bir əşya tapa bilməyib, evin içərisində olan pilləkənlə evin birinci mərtəbəsinə düşmüşdür. Həmin vaxt birinci mərtəbədə qonaq otağında olan dolabın üzərindən iki ədəd sarı rəngli samovarı, bir ədəd sarı rəngli metaldan olan çayniki, həmin dolabın içərisindən bir ədəd notbuku, həmin otaqda olan qutuda, içərisində metaldan olan çay dəstini, bir ədəd sini qabı, həmin otaqda olan iki ədəd metaldan olan şamdanı taparaq götürmüşdür. Həmçinin, qonaq otağında divara bərkidilmiş “Samsung” markalı televizor olduğunu görüb, həmin televizoru da sökərək, yerindən çıxartmışdır. Sonra o, birinci mərtəbədə, evin sol hissəsində hovuz olan hissənin plastik qapısını içəridən açmış və oğurladığı əşyaları birbir oradan həyətə çıxardıb yığaraq, yenidən evə daxil olub, axtarış aparmağa başlamışdır. Axtarış aparan zaman, qara rəngli qutunun içərisində suvenir formalı mətbəx dəstinin olduğunu görüb, həyətə çıxardaraq, oğurladığı əşyaların yanına aparıb qoymuşdur. Oğurladığı əşyaları evdən çıxaran zaman, hovuzun yanında iki ədəd səsgücləndirici olduğunu gördüyü üçün, yenidən geri qayıdaraq, həmin səsgücləndiriciləri də, götürüb həyətə çıxmışdır. Sonra o, həyətdə olan mətbəxə daxil olaraq, soyuducunun üzərində gördüyü bir ədəd modemi götürmüşdür. Daha sonra, oğurladığı əşyaların bəzi hissəsini evdən tapdığı böyük ölçülü çantanın içərisinə yığmış və həmin əşyaları hasarın üzərinə yığdıqdan sonra, özü də hasarın üzərinə çıxaraq küçəyə düşmüşdür. Həmin vaxt o, hasarın üzərinə yığdığı əşyaları görürüb daşıyaraq, evdən bir qədər kənara aparıb yığmışdır. Sonra yoldan keçən bir taksini saxladaraq, oğurladığı əşyaları həmin avtomobilə qoyub, yaşadığı ünvana getmişdir. O, həmin əşyaları yaşadığı evin qarşı hissəsində olan boş sahədə gizlədərək, yaşadığı evə getmişdir. Oğurladığı əşyaları yaşadığı məhəllədə gizlətmişdir ki, bir neçə gün keçdikdən sonra sataraq, pul əldə etsin. O, oğurladığı iki ədəd şamdanı və modemi sata bilməyəcəyini düşünüb, yaşadığı məhəllədə olan məişət tullantıları üçün nəzərdə tutulmuş qutunun içərisinə atmışdır. Bundan sonra, polis əməkdaşları gəlib, onu Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə dəvət etmişlər. O, yalan danışmağın mənası olmadığını başa düşüb, törətdiyi oğurluq cinayətini səmimi olaraq etiraf etmiş və oğurladığı əşyaları könüllü olaraq polis əməkdaşlarına təhvil vermişdir. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, o, ailəsi ilə birlikdə Xətai rayonu, İ.Məmmədov küçəsi, ev 21A ünvanında yaşayır. Yaşadığı ev iki mərtəbə və mansardan ibarətdir. Bundan başqa, onun Səbail rayonu, Əhməd Cavad küçəsində mənzili var və o, adətən qış aylarında həmin mənzildə yaşayır. Yay aylarında isə Xətai rayonu, İ.Məmmədov küçəsində yerləşən evdə yaşayırlar. Buna baxmayaraq o, hər həftə şənbə və bazar günləri Xətai rayonunda yerləşən evə gedib baş çəkirmiş. Sonuncu dəfə 11 aprel 2022-ci il tarixdə, saat 20 radələrində həmin ünvana baş çəkmək üçün getmiş və həmin gün saat 21 radələrində hər bir şeyin qaydasında olduğunu görüb, evin qapılarını bağlayaraq getmişdir. Havalar istiləşdiyi üçün Xətai rayonu, İ.Məmmədov küçəsində yerləşən evə köçmək fikri olduğu üçün, təmizlik işləri və hovuza su vurmaq məqsədi ilə 12 aprel 2022-ci il tarixdə həmin ünvana getmişdir. Həmin vaxt o, evin həyət qapısını açıb, evin giriş qapısına yaxınlaşan zaman, evin digər tərəfində, yəni hovuz tərəfdə olan plastik giriş qapısının açıq vəziyyətdə olduğunu görmüşdür. Bundan şübhələnib tez evə daxil olan zaman, evin dağınıq vəziyyətdə olduğunun şahidi olmuşdur. O, artıq evində oğurluq hadisəsi baş verdiyini başa düşmüş və tez ərazi üzrə sahə rəisi ilə əlaqə saxlayaraq, yaşadığı evdən oğurluq olması barədə məlumat vermişdir. Bundan sonra, evdən nələrin götürülməsinə baxan zaman, evin birinci mərtəbəsində olan qonaq otağındakı dolabın üzərindən hər birinin qiyməti 700 manat olan 1400 manat dəyərində iki ədəd sarı rəngli metaldan olan samovarın, həmin dolabın içərisindən 750 manata aldığı bir ədəd “HP” markalı notbukun, 100 manat dəyərində qutuda olan metaldan hazırlanmış çay dəstinin, hər birinin qiyməti 200 manat olan, 400 manat dəyərində iki ədəd xrustal vazın, hər birinin qiyməti 200 manat olan 400 manat dəyərində iki ədəd metaldan şamdanın, bir dəst farfor materialdan olan 150 manat dəyərində çay dəstinin, həmin otaqda divara bərkidilmiş bir ədəd 2500 manat dəyərində “Samsung” markalı televizorun, evin birinci mərtəbəsində olan mətbəxdən, qutuda qara rəngli, 500 manata aldığı bir ədəd mətbəx dəstinin, iki ədəd 200 manat dəyərində səs güncləndiricinin, həyətdə olan mətbəxdən bir ədəd 300 manat dəyərində modemin oğurlandığı aşkar etmişdir. Həmçinin o, evin ikinci mərtəbəsinə baxan zaman, yataq otağında paltar dolabında olan seyfin yerindən çıxarılaraq, yataq dəstinin üzərinə qoyulduğunu, ikinci mərtəbədə də, axtarış aparıldığını və plastik qapının sındırıldığının şahidi olmuşdur. Bundan sonra polis əməkdaşları yaşadığı ünvana gələrək, baxış keçirmişlər və o, həmin vaxt hadisə barədə ərizə ilə müraciət etmişdir. O, ərizə yazan zaman yaşadığı ünvandan iki ədəd televizorun, bir ədəd “Apple” markalı planşetin oğurlandığını qeyd etmişdir. Sonradan evə baxan zaman planşeti və bir ədəd televizoru yaşadığı mənzilin digər otağından aşkar etmişdir. Həmin hadisə zamanı mənzilindən bir ədəd “Samsung” markalı televizor oğurlanmışdır. Baş vermiş hadisə nəticəsində ona 6700 manat maddi ziyan dəymişdir. Sonradan ona məlum olmuşdur ki, evindən oğurluq edən Təqsirləndirilən şəxs adlı şəxsdir. Ona dəymiş ziyanın hazırda tam şəkildə ödənildiyini, Təqsirləndirilən şəxs ilə barışdığını, hazırda heç bir tələb və şikayətinin olmadığını qeyd edərək, təqsirləndirilən şəxsə yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün etirafı ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 may 2022-ci il tarixli, 9/2964 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla, 2022-ci ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2060 manat müəyyən edilir. İş materiallarından görünür ki, baş vermiş oğurluq hadisəsi zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus oğurlanmış bir ədəd “TP-Link” markalı modemi, bir ədəd xrustal vazı, iki ədəd metaldan şamdanı, bir dəst farfor materialdan olan çay dəstini aşkar etmək mümkün olmadığından, ekspertizaya təqdim edilərək, müvafiq rəy alınması mümkün olmamışdır. Eyni zamanda, iş üzrə zərərçəkmiş şəxs ifadəsində oğurlanmış iki ədəd xrustal vazı 400 manat, iki ədəd metaldan şamdanı 400 manat, bir dəst farfor materialdan olan çay dəstini 150 manat, bir ədəd modemi 300 manat dəyərində qiymətləndirmişdir. Bu səbəbdən, Zərərçəkmiş şəxs dəymiş maddi ziyanın ümumi məbləği 3310 manat hesab edilmişdir. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs məxsus iki ədəd samovar, dörd ədəd nəlbəki, dörd ədəd stəkan altlığı, bir ədəd böyük ölçülü məcməyi, dörd ədəd kiçik və bir ədəd orta ölçülü qabdan ibarət çay dəsti, bir ədəd qara rəngli qutuda olan suvenir mətbəx dəsti, bir ədəd “HP” markalı, “G60-235DX” modelli noutbuk, bir ədəd “Samsung” markalı, “UE48H8000AT” modelli televizor, iki ədəd “Philips” markalı, “FX25” modelli səsgücləndirici cinayət işi üzrə maddi sübut kimi tanınaraq, sahibinə təhvil verilmişdir. İş materiallarından görünür ki, ünvan 2 ünvanına baxış keçirilən zaman, götürülmüş bir ədəd mismar çıxardan çəkic iş üzrə maddi sübut kimi tanınaraq, saxlanılması üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, 15 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, saxlandığı MSY-dən azad olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 29 aprel 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər də talama cinayətlərinə görə bir neçə dəfə məhkum olunmuş, hazırda isə onun ödənilməmiş məhkumluğu yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və iş üzrə zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun 13 aprel 2022-ci il tarixdən 15 aprel 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan - Zərərçəkmiş şəxs məxsus iki ədəd samovar, dörd ədəd nəlbəki, dörd ədəd stəkan altlığı, bir ədəd böyük ölçülü məcməyi, dörd ədəd kiçik və bir ədəd orta ölçülü qabdan ibarət çay dəsti, bir ədəd qara rəngli qutuda olan suvenir mətbəx dəsti, bir ədəd “HP” markalı, “G60-235DX” modelli noutbuk, bir ədəd “Samsung” markalı, “UE48H8000AT” modelli televizor, iki ədəd “Philips” markalı, “FX25” modelli səsgücləndiricinin sahibinə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ünvan 2 ünvanından götürülmüş bir ədəd mismar çıxardan çəkic sahibi Zərərçəkmiş şəxs qaytarılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasənvə Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 2 (iki) gün həbsdə saxlama müddəti 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan - Zərərçəkmiş şəxs məxsus iki ədəd samovar, dörd ədəd nəlbəki, dörd ədəd stəkan altlığı, bir ədəd böyük ölçülü məcməyi, dörd ədəd kiçik və bir ədəd orta ölçülü qabdan ibarət çay dəsti, bir ədəd qara rəngli qutuda olan suvenir mətbəx dəsti, bir ədəd “HP” markalı, “G60-235DX” modelli noutbuk, bir ədəd “Samsung” markalı, “UE48H8000AT” modelli televizor, iki ədəd “Philips” markalı, “FX25” modelli səsgücləndiricinin sahibinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ünvan 2 ünvanından götürülmüş bir ədəd mismar çıxardan çəkic sahibi Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(011)-335/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-335/2022
10.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver