Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-336/2020 30.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Rəşid Şükür oğlunun sədrliyi, məhkəmə iclasının katibi Səfərov Nihad Asif oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1979-cu ildə ünvan 1ində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etmişdir. Belə ki, o, xx xxx 2020-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 29 saylı ünvanın arxa tərəfində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs ünvanına nalayiq sözlər deyib yumruqla onun sifət nahiyəsinə qəsdən vuraraq ona baş-beyin silkələnməsi və sağ gözyuvasının bayır bucağının qançırı ilə nəticələnən, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan bədən xəsarətləri yetirib Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmaqla və sonuncuya məxsus “Mercedes E 220” markalı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilə təpik zərbələri vurub zədələyərək sonuncuya 150 (bir yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki,yaşadığı mənzilə məxsus olan və binanın arxa tərəfində su çəni olmuş, həmin çənin yaxınlığında köhnə bir qaraj yerləşirmişdir. Əvvəllər bir neçə dəfə tanımadığı şəxslər həmin qarajı alıb yerində ev tikmək istəsələr də, o, qardaşı ilə birlikdə buna mane olmuşdur, çünki qarajın yerində hər hansı bir tikinti işi aparıldığı təqdirdə onların su çəninə gedən yol bağlanacaq və gediş-gəlişə maneçilik yaranacaqdı. Zərərçəkmiş şəxs onlara yaxın ünvanda yaşadığı üçün o, Arifi tanımış, lakin onunla heç bir münasibəti olmamışdır. 2020-ci ilin əvvəllərində Arif məhəllədə onun anasına yaxınlaşaraq həmin qarajı söküb yerində ev tikmək istədiyini bildirmiş, anası da ona heç bir narazalığı olmadığını söyləmişdir. Qardaşı Qəhrəman isə həmin yerdə hər hansı bir tikilinin olmasının onlara məxsus su çəninə gedən yolu bağlayacağını söyləyərək buna öz narazlığını bildirmişdir. Yaşadığı mənzilə su gəlmədiyindən su çənində nasazlıq yarandığını düşünmüş və xx xxx 2020-ci il tarixdə səhər saatlarında qardaşı Qəhrəmanla birlikdə su çəninə baxmağa getmişlər, həmin vaxt çənin yanında yerləşən qarajın yerində bir cərgədə daş hasar hörüldüyünü görmüşlər. Qəhrəman hasarın üzərindən tullanaraq çənin yanına keçmiş və çəni yoxladıqdan sonra çənin motorunda nasazlıq yarandığı üçün işləmədiyini söyləmişdir. Həmin vaxt onlar hasarın Arif tərəfindən tikildiyini bilmişlər. Qəhrəman əsəbləşib daş hasarı dağıdaraq, yaşadığı mənzildən su çənində yaranmış nasazlığı düzəltmək üçün vintaçan götürməyə getmişdir. Qəhrəman getdikdən bir neçə dəqiqə sonra Arif oraya gələrək hasarı kimin sökdüyünü soruşmuş, o da hasarı qardaşının sökdüyünü söyləmişdir. Onlar söhbət edən zaman Qəhrəman geriyə qayıtmış, bu zaman onların arasında sözlü mübahisə yaranmışdır. Bir qədər mübahisə etdikdən sonra Qəhrəman su çəninə yaxınlaşaraq onu düzəltməyə başlamışdır. Həmin vaxt əsəbləşdiyindən Ariflə onun mübahisəsi başlamış və mübahisə zamanı sol əli ilə yumruqla Arifin sağ göz nahiyəsinə zərbə vuraraq onu söyüb təhqir etmişdir. Ardınca Arif özünə məxsus “Mercedes” markalı avtomobilə əyləşərkən o, təpiklə Arifin avtomobilinin sol tərəfinə zərbələr vurmuş və onu uca səslə söyüb təhqir etmişdir. Lakin qardaşı Qəhrəman tərəfindən Arifə və onun avtomobilinə heç bir xəsarət yetirilməmişdir. Əlavə olaraq təqsirləndirilən şəxs etdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını, epilepsiya xəstəsi olduğunu, məcburi köçkün olmasını, ailəli olmasıyla yanaşı himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etiraf edici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirdi ki, əvvəllər Müdafiə Nazirliyində xidmət etmiş, hazırda isə təqaüddədir. Xəstə olan bacısının qalmağa evi olmadığı üçün o, bacısına ev almaq istəmiş, lakin buna maddi imkanı çatmamışdır. 2015-ci ildə Nəzər adlı şəxsin Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 29 saylı ünvanda yerləşən beşmərtəbəli yaşayış binasının arxa tərəfindəki özünə məxsus qarajı satışa çıxartdığını eşitmiş və həmin qarajı bacısı Mətanət üçün almışdır. Qaraj yararsız vəziyyətdə olduğu üçün 2017-ci ildə o, qarajı sökmüşüdür. 3 il ərzində həmin sahə boş qalmış və orada heç bir iş görülməmişdir. 2020-ci ilin may ayının əvvəllərində qarajın arxa tərəfində yerləşən 29 saylı binada yaşayan Sevil adlı yaşlı qadın ona yaxınlaşaraq qarajın 2 metr yaxınlığında yerləşən su bakının ona məxsus olduğunu, tez-tez bakın yanında xalça yuduğunu söyləmiş və qarajın ona mane olmaması üçün su bakının yanında pilləkən düzəltməsini xahiş etmiş, o, isə orada pilləkən düzəldəcəyini və əlavə olaraq onun üçün xalça yumağa yer də düzəltdirəcəyini söyləmişdir. Sevil onunla razılaşmış və xeyir-dua verərək çıxıb getmişdir. Bir neçə gündən sonra o həmin yerdə yeni qaraj tikməyə başlamış və ilkin olaraq kiçik ölçülü hasar düzəltmişdir. xx xxx 2020-ci il tarixdə səhər saatlarında bacısı Mətanət ona zəng vuraraq düzəltdiyi hasarın söküldüyünü söyləmişdir. Bundan sonra o, özünə məxsus “Mercedes Benz E220” markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobillə qaraja getmişdir. Saat 10 radələrində ora çataraq avtomobildən düşdükdən sonra düzəltdirdiyi hasarın yerə yıxılmış vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxt Qədirlə söhbət edərkən Qəhrəman gəlmiş, o, Qəhrəmanla sözlü mübahisə etmiş, bundan sonra Qəhrəman su çəninə tərəf getmiş, həmin vaxt Qədir qəfil onun üzərinə hücum edərək yumruqla sağ göz nahiyəsinə zərbə vurmuş və onu təhqir etməyə başlamışdır. O, qaçaraq öz avtomobilinə əyləşmiş və oradan uzaqlaşmaq istəmişdir. O, avtomobilə əyləşdikdən sonra Qədir təpiklə avtomobilə zərbələr vuraraq avtomobili əzmişdir. O, baş vermiş hadisə barədə 35-ci Polis bölməsinə gedərək bu barədə məlumat vermişdir. Hadisə vaxtı ona və avtomobilinə yalnız Qədir vurmuş, Qəhrəman tərəfindən ona və avtomobilinə heç bir zərər yetirilməmişdir. Sonradan ona dəymiş ziyan ödənildiyindən Qədirlə barışmış və sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Qədir onun qardaşıdır. Onlar Laçın rayonunun məcburi köçkünləridirlər. X5 Qədirin ailəsi ilə birlikdə ünvan 2 ünvanında yaşayır. Anasıgilin yaşadığı binanın arxa tərəfində binadakı mənzillərə məxsus su çənləri yerləşmiş, həmçinin anasıgilin mənzilinin də su çəni həmin yerdə yerləşmişdir. Əvvəllər çənin yaxınlığında köhnə bir qaraj olmuş, bir neçə dəfə alqı-satqı ilə məşğul olan şəxslər həmin qarajı alıb yerində ev tikmək istəsələr də o, buna mane olmuşdur, çünki qarajın yerində hər hansı bir tikinti işinin aparılsaydı, onların su çəninə gedən yol bağlanacaqdı və oraya gediş-gəlişə mane olacaqdı. xx xxx 2020-ci il tarixdə axşam saatlarında anası ona zəng vuraraq evə su gəlmədiyini söyləmişdir. xx xxx 2020-ci il tarixdə səhər saatlarında su çəninə baxmaq üçün qardaşı Qədir ilə birlikdə çənin yerləşdiyi yerə getmişlər, su çəninin yanına çatanda həmin qarajın yerində bir cərgədə daş hasar hörüldüyünü görmüşdür. Hasarın üzərindən tullanaraq çənin yanına keçmiş və çənin motorunda nasazlıq yarandığı üçün işləmədiyini aşkar etmişdir. Həmin vaxt onlar hasarın Arif tərəfindən tikildiyini bilmişlər. Buna görə də o, əsəbləşərək yerdən taxta parçası götürüb daş hasarı dağıtmış, bundan sonra su çəninin motorunda yaranmış nasazlığı düzəltmək üçün yaşadığı mənzilə gedərək evdən vintaçan götürüb geriyə qayıtmışdır. Geri qayıdan zaman görmüşdür ki, qardaşı Qədir və Arif də həmin yerdədirlər. Arif hasarı kimin dağıtdığını soruşduqda, o, hasarı dağıtdığını etiraf etmişdir. Bundan sonra onların arasında sözlə mübahisələri yaranmışdır. Bir neçə saniyə mübahisə etdikdən sonra o, su çəninə yaxınlaşaraq çəni düzəltməyə başlamışdır. Sonradan qardaşı Qədir Ariflə mübahisə etməyə başlamış, və Qədir Arifi vurmuş, həmin vaxt Arif özünə məxsus Mercedes markalı avtomobilə əyləşdikdən sonra Qədir təpiklə onun avtomobilinə də, zərbələr vurmuş, Arif isə avtomobili sürüb çıxıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində qeyd etdi ki, Zərərçəkmiş şəxs onunla eyni məhəllədə yaşadığı üçün onu üzdən tanımış, lakin onunla heç bir münasibəti olmamışdır. xx xxx 2020-ci il tarixdə saat 10 radələrində Xətai rayonu, Naximov küçəsi, 29 saylı ünvanın qarşısından piyada keçərkən təxminən 50 metr məsafədə 2 nəfər şəxsin Ariflə mübahisə etdiklərinin şahidi olmuşdur. Həmin 2 nəfər şəxs Arifə qarşı nalayiq ifadələr işlədərək onu təhqir etmişlər. Mübahisə zamanı həmin şəxslərdən sonradan adının Qədir olduğunu bildiyi şəxs yumruqla Arifin sifət nahiyəsinə zərbə vurmuş, həmin vaxt Arif özünə məxus “Mercedes” markalı avtomobilə əyləşmiş, Qədir sonuncunun avtomobilinə də, təpiklə zərbələr vurmuşdur. Bu zaman Arif maşını sürüb oradan çıxıb getmişdir. Eyni zamanda Qəhrəmanın Arifə vurduğunu görməmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid2 bildirdi ki, rəsmi iş yeri olmasa da, fərdi şəkildə müxtəlif mənzillərdə usta olaraq təmir işləri görür. Bir müddət əvvəl Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsində yerləşən, Səriyə adlı qadına məxsus mənzildə təmir işləri görmüşdür. xx xxx 2020-ci il tarixdə saat 10 radələrində işlədiyi mənzildə olan zaman siqaret çəkmək üçün fasilə edib çölə çıxmışdır. Çöldə olan zaman beşmərtəbəli yaşayış binasının arxa tərəfində 2 nəfər şəxsin 1 nəfər şəxslə mübahisə etdiklərinin şahidi olmuş, onları sakitləşdirmək istəsə də, həmin şəxslərin çox əsəbi olduqlarını görüb ona xəsarət yetirmələrindən qorxaraq onlara heç bir müdaxilə etməmişdir. Həmin 2 nəfər şəxs digər şəxsə qarşı nalayiq ifadələr işlədərək onu söyüb təhqir etmişdirlər. Mübahisə zamanı həmin şəxslərdən biri yumruqla digər şəxsin sifət nahiyəsinə zərbə vurmuş, bundan sonra zərbə vurulan şəxs gümüşü rəngli “Mercedes” markalı avtomobilə əyləşərək oradan uzaqlaşmaq istəmiş, lakin ona zərbə vuran şəxs təpiklə həmin avtomobilə zərbələr vurmağa başlamışdır. Bundan sonra avtomobildəki şəxs maşını sürüb oradan çıxıb getmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid3 məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, rəsmi iş yeri olmasa da, fərdi şəkildə müxtəlif mənzillərdə təmir işləri görür. xx xxx 2020-ci il tarixdə saat 10 radələrində maqazinə getmək üçün evdən çıxıb Naximov küçəsi ilə piyada hərəkət edərkən “Zəfəran” aptekin yanındakı məhəllədə xeyli sayda insan yığışdığını göörmüş, həmin kütləyə tərəf yaxınlaşdıqda tanımadığı bir nəfər şəxsin iki nəfər şəxslə mübahisə etdiyinin şahidi olmuşdur. O həmin şəxslərə heç bir müdaxilə etmədən yoluna davam etmiş, bu zaman mübahisə edənlərdən bir nəfər şəxsin gümüşü rəngli “Mercedes” markalı avtomobilə əyləşdiyini, digər şəxsin isə təpiklə avtomobilə zərbələr vurduğunu görmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işi başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında qərardan aydın olur ki, xx xxx 2020-ci il tarixdə saat 10 radələrində ünvan 4 saylı ünvanın arxa tərəfində Zərərçəkmiş şəxs təhqir olunaraq döyülməsi və xəsarət alması faktına görə CMnin 221.3-cü maddəsi ilə ********* saylı Xətai rayon prokuroru tərəfindən cinayət işi başlanılmış və ibtidai istintaq aparılması üçün Xətai RPİ-nin İŞ-nə göndərilmişdır (İ cild, i.v. 01); Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, xx xxx 2020-ci il tarixdə saat 10 radələrində ünvan 4 saylı ünvanın qarşı tərəfində Qəhrəman və Qədir adlı şəxslər tərəfindən döyülərək xəsarət almış və avtomobilinə maddi zərər vurulmuşdur(İ cild, i.v. 09); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X7n canlı şəxsin ekspertizasının xx.xx.2020-ci il tarixli 512 nömrəli rəyindən görünürki, Zərərçəkmiş şəxs baş beyin silkələnməsi və sağ göz yuvasının bayır bucağının qançırı müəyyən edilmişdir. Xəsarətlər bərk-küt əşyanın təsirindən törənmiş, müddəti xx xxx 2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərəvurmaya aid edilir. Xəsarətlərin xarakterinə və lokalizasiyasına görə qeyd edilən xəsarətlərin şəxsin özü-özünə yetirməsi inkar olunur(i.v.26-27); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 09/1234 nömrəli ekspert rəyindən məlum olur ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş “xxxxxxx” Kiçik Müəssisəsi tərəfindən tərtib edilmiş qüsur aktı məlumatlarına əsasən, 2001-ci il buraxılışlı “Mercedes Benz E220” markalı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 2020-ci ilin may ayına təxminən 330 manat müəyyən edilir. O cümlədən, dəyişilməli hissələrinin qiyməti 150 manat, təmirbərpa işlərinin qiyməti 180 manat müəyyən edilmişdir(İ cild, i.v. 28-31); zərərçəkmiş şəxs qismində tanımaq haqqında xx.xx.2020-ci il tarixli qərardan aydın olur ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır(İ cild, i.v. 38); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir(İ cild, i.v. 68-69); qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir(İ cild, i.v. 88); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2020-ci il tarixli 1410 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətini ambulator şəraitdə düzgün qiymətləndirmək bir qədər çətin olduğu üçün, həmçinin ona ittiham olunan əməl dövründə və hal-hazırda anlaqlı olub-olmamasını müəyyən etmək məqsədi ilə bir daha əsaslı və uzun müddətli müayinə məqsədi ilə onun stasionar məhkəmə-psixiatrik ekspertizasından keçməsi zəruridir(i.v. 103-105) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 Stasionar Məhkəmə Psixiatrik Ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 68 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ona ittiham edilən cinayət əməlini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında olmamışdır. Təqsirləndirilən şəxs müəyyən edilən epilepsiya mənşəli üzvi şəxsiyyət pozuntusu ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam ölçüdə dərk etmək və onları tam ölçüdə idarə etmək iqtidarından məhrum etmişdir. Buna görə də, Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin deyil, 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə edə bilmək iqtidarındadır. Təqsirləndirilən şəxs əziyyət çəkdiyi epilepsiya xəstəliyi xroniki gedişli nevroloji xəstəlikdir. Buna görə həmin xəstəlik nəticəsində yaranan üzvi şəxsiyyət pozuntusu uzunmüddətli bir psixi patologiyadır. Təqsirləndirilən şəxsla aparılan sorğu-sual zamanı onun həkim tərəfindən təyin olunmuş antiepileptik və sedativ dərman preparatlarını vaxtı-vaxtında qəbul etdiyi aydınlaşır. Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə məcburi müailəcəyə ehtiyacı yoxdur. Buna görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 95-ci maddəsində nəzərdə tutulan tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac qalmır. Təqsirləndirilən şəxs cinayət hadisəsini və iş üçün əhəmiyyət kəsb edən halları, ona qarşı, eləcə də özü tərəfindən törədilən hərəkətləri düzgün qavramaq və təsvir etmək, hərəkətlərinin məsuliyyətini dərk etmək, onlara cavab vermək və rəhbərlik etmək, öz prosessual hüquq və vəzifələrini şəxsən həyata keçirmək və onları lazımi səviyyədə yerinə yetirmək, törətdiyi hadisə barəsində istintaqa düzgün ifadə vermək və digər məhkəmə-istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Bununla yanaşı Təqsirləndirilən şəxs epilepsiya mənşəli üzvi şəxsiyyət pozuntusu kimi psixi patologiyadan əziyyət çəkməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının xx xxxx 2009-cu il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Epilepsiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol” kimi mötəbər bir sənədin tələblərinə görə Təqsirləndirilən şəxs hal-hazırda epileptik tutmaların olmamasına baxmayaraq onların yenidən baş verməməsi və təkrarlanmaması üçün istənilən şəraitdə (evdə, təcridxanada və s.) həkim nəzarəti altında antikonvulsiv preparatlarla preventiv medikamentoz terapiyanın (qıcolma əleyhinə dərman vasitələrilə qoruyucu müalicənin) fasiləsiz davam etdirilməsi məsləhət görülür(İ cild, i.v. 118-123); “sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi” haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-nin 221.3-cü maddəsindən CM-nin 221.1-ci maddəsinə tövsif edilmiş və onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Şahid1 barəsində CM-nin 221.1 və 221.3-cü maddələri ilə cinayət təqibinə xitam verilmişdir(İ cild, i.v. 125-131); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 tərəfindən xx xxxx 2020-ci il tarixində tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır(İ cild, i.v. 57); nikah haqqında və doğum haqqında şəhadətnamələrin surətindən məlum olur ki, Təqsirləndirilən şəxs və X3 rəsmi nikahdadırlar, xx.xx.2009-cu il təvəllüdlü Ləman və xx.xx.2011-ci il təvəllüdlü Sənəm onların övladlarıdır(İ cild, i.v. 84-87); Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin 10 nömrəli Mənzil-İstismar Sahəsi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 621 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Laçın rayonundan gələn məcburi köçkündür və ünvan 2 ünvanında məcburi köçkün kimi məskunlaşmışdır(İ cild, i.v. 151); Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin 10 nömrəli Mənzil-İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir(İ cild, i.v. 152); Məhkəmə iclasında Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ərizədən məlum olur ki, ona vurulmuş ziyan tam ödənilib və təqsirləndirilən şəxslə barışmış və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə, ekspertiza rəyləri, Təqsirləndirilən şəxs özünün ibtidai istintaq və məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadələri, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə, digər iş materialları ilə Təqsirləndirilən şəxs xuliqanlıq cinayətini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən, düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edilmişdir və o həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bildiyini, əməlindən səmimi peşmançılıq çəkməsini, epilepsiya xəstəsi olmasını, cinayəti anlaqlılığı istisna etməyən psixi pozuntu halında törətməsini, ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, ailəli olmasını, himayəsində azyaşlı övladlarının olmasını, vurulmuş ziyanı tam ödəməklə zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 50 AZN Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144, 197-198, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 50 AZN Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Rəşid Rzayev
Məhkəmə qərarları › İş №1(011)-336/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-336/2020
30.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver