Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-336/2021 26.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Nailə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – 13 saylı Vəkil bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirərək müəyyə n etdi: İbtidai araşdırma orqanının ittiham aktı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə ittiham olunmuşdur. Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq 5.45x39 mm kalibrli patron vasitəsilə atəş açmaq üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal olunmuş dizel traktorunun farsunkası və əlavə hissələri ilə birlikdə odlu silah əlamətlərini təsvir edən, texniki cəhətdən saz, atəş üçün yararlı bir ədəd odlu yivsiz silahı, 5.45x39 mm kalibrli olmaqla zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş və atəş üçün yararlı olan iki ədəd döyüş sursatı - patronları, habelə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 4,288 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 11/31 ünvanının yaxınlığına qanunsuz daşımış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin Baş İdarənin əməkdaşları tərəfindən 12 yanvar 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:30-da qeyd edilən ünvanda saxlanılaraq Baş İdarənin inzibati binasına gətirilmiş, Baş İdarədə saat 15:10-dan etibarən üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qara rəngli şalvarının arxa bel hissəsindən 5.45x39 mm kalibrli patron vasitəsilə atəş açmaq üçün nəzərdə tutulmuş, zavod üsulu İlə istehsal olunmuş dizel traktorunun farsunkası və əlavə hissələri ilə birlikdə odlu silah əlamətlərini təsvir edən, texniki cəhətdən saz, atəş üçün yararlı bir ədəd odlu yivsiz silah, əynində olan qara rəngli dəri gödəkcəsinin sağ yan cibindən 5.45x39 mm kalibrli olmaqla zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş və atəş üçün yararlı olan iki ədəd döyüş sursatı - patronlar, həmçinin, əynindəki gödəkcəsinin üst sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı bir ədəd bükümdə təmiz çəkisi şəxsi istehlak miqdarından artıq miqdarda 4,288 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Dövlət ittihamçısı məhkəmə iclasında çıxış edərək Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə tədbirlərinin Bakı şəhəri Nərimanov rayonu ərazisində aparıldığını nəzərə alaraq, işin aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs və müdafiəçisi məhkəmə iclasında çıxış edərək işin baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişlər. Məhkəmə, cinayət işinin materiallarına qanunvericiliyin aşağıda sadalanan müddəalarına münasibətdə qiymət verərək hesab edir ki, ittiham aktında Təqsirləndirilən şəxs qanunsuz olaraq bir ədəd bükümdə təmiz çəkisi 4,288 qram olan psixotrop maddə metamfetamini və 5.45x39 mm kalibrli patron vasitəsilə atəş açmaq üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal olunmuş dizel traktorunun farsunkası və əlavə hissələri ilə birlikdə odlu silah əlamətlərini təsvir edən, texniki cəhətdən saz, atəş üçün yararlı bir ədəd odlu yivsiz silahı üzərində saxlamaqla Bakı şəhəri, Xətai rayonu, ünvan ünvanın yaxınlığına daşıması göstərilsə də, Təqsirləndirilən şəxs üzərində 12 yanvar 2021-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu ərazisində şəxsi axtarış aparılmış, 01 ədəd şəffaf sellofan bükümdə psixotrop maddə-metamfetamin və 02 ədəd tamlığı pozulmamış patron aşkar edilərək götürüldüyündən, cinayət işi ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 67.4-cü maddəsinə əsasən hər bir rayon (şəhər) məhkəməsinə yalnız məhkəmənin yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər və digər materiallar aiddir. Burada yalnız ifadəsi imperativ mənada göstərilmişdir. 74.1-ci maddəsinə əsasən, cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. 74.2.2-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. 74.4-cü maddəsinin mənasından açıq görünür ki, cinayətin törədildiyi yeri müəyyən etmək mümkün olmadıqda, cinayət işi həmin işin məhkəməyədək icraatının başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəməyə aiddir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 29.1-ci maddəsinin mətnində göstərilmişdir ki, heç kəs onun işinə aidiyyəti qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququndan məhrum oluna bilməz. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. 75.1-ci maddəsinə əsasən, cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. 77.1-ci maddəsinə əsasən, məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. 299.3 və 299.3.1-ci maddələrinə əsasən, hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəmə daxil olmuş cinayət işinin ona aid olubolmaması məsələsinə baxılır. 300.1 və 300.1.4-cü maddələrinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilə bilər. Göründüyü kimi qanunvericilik növ və ərazi aidiyyətinə imperativ önəm verir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində göstərilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Qeyd olunan konstitusion müddəaya əsasən cinayət təqibi ilə bağlı məhkəmə aidiyyətinin pozulması yolverilməzdir. “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası CM-nin 27-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci madəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci tarixli qərarında formalaşmış hüquqi mövqeydən yanaşaraq hazırki cinayət işinin aidiyyəti araşdırılarkən, qeyd edilməsini zəruri hesab edirəm ki, Təqsirləndirilən şəxs tərəfindən törədilməsi güman olunan və CM-nin 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət hadisəsi uzanan cinayətdir və prosessual qanunvericiliyin tələblərinə görə “uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur”. Hazırki halda, Təqsirləndirilən şəxs tərəfindən güman olunan cinayət hadisəsi onun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində üzərində baxış keçirilərkən bir ədəd bükümdə təmiz çəkisi 4,288 qram olan psixotrop maddə metamfetamin, 01 ədəd əlavə hissələri ilə birlikdə odlu silahın əlamətlərini təsvir edən farsunka və 01 ədəd 5.45x39 mm kalibrli patron aşkar olunduğu zaman başa çatmış hesab olunur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi ərazi aidiyyəti pozulmaqla Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərildiyindən, CPM-nin yuxarıda sadalanan müddəalarına əsasən cinayət işi baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300.1.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəra ra a l d ı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatına daxil olmuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-336/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-336/2021
26.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver