Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-336/2025 02.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Rəşidov Xəzər Araz oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək, vəkillik fəaliyyətinin dondurulmasına baxmayaraq özünü ona vəkil kimi təqdim edib sonuncunun qeyri-rəsmi ər-arvad kimi yaşadığı X2 Abşeron RPİ-nin İstintaq Şöbəsində Azərbaycan Respublikası CM-in 234.4.3cü maddəsi ilə istintaq edilən cinayət işi üzrə Nicat Aslanovun əməlinə xitam verdirəcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 11 iyul 2024-cü il tarixdə ünvan 2 ünvanının qarşısındakı qəbristanlığın yaxınlığında Zərərçəkmiş şəxs ümumilikdə 42.000 manat məbləğində pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs oğluna ümumilikdə 42.000 (qırx iki min) manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2019-cu ildən vəkillik fəaliyyəti ilə məşğul olmuşdur. 2024-cü ilin iyun ayında Zərərçəkmiş şəxs ona zəng edərək əri X2 Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək tutulduğunu bildirmiş və bu işdə vəkil kimi hüquqi yardım göstərməsini xahiş etmişdir. Telefon danışığı zamanı o, Günayı Bayıl qəsəbəsində yerləşən ofisinə dəvət etmiş və sonuncu ofisə gəldikdən sonra işin mahiyyəti barədə ona danışmışdır. Həmin vaxt o, Günaya əri Nicata hüquqi yardım göstərilməsində köməklik edəcəyini bildirmiş və müqavilə bağlanması üçün 2.000 manat, Nicatın işinin həll edilib azadlığa buraxılması üçün isə 40.000 manat məbləğində pul lazım olduğunu demişdir. Günay onunla razılaşmış və 11 iyul 2024-cü il tarixdə onunla ünvan 2 ünvanının qarşısındakı qəbristanlığın yaxınlığında görüşmüşlər. Həmin görüş zamanı Günay ona razılaşdıqları ümumilikdə 42.000 manat pulu təqdim etmişdir. Lakin həmin vaxt onun vəkillik fəaliyyəti dondurulduğu üçün hər hansı iş görə bilməmiş və bu səbəbdən düşünmüşdür ki, iş müddətində vəkillik fəaliyyəti bərpa olunar və işin xitam olunmasına məhkəmədə nail ola bilər. Bu səbəbdən Abşeron RPİ-nin İstintaq Şöbəsində işlə bağlı fəaliyyətə başlaya bilməmişdir. Buna baxmayaraq onun vəkillik fəaliyyəti bərpa olunmadığı üçün o, həmin işlə bağlı heç bir iş görə bilməmişdir. Təxminən 20 gündən sonra Günay ona zəng edərək vəkillik fəaliyətinin dondurulması barədə məlumatlı olduğunu və bu səbəbdən verdiyi pulu geri tələb etdiyini demişdir. Lakin o, həmin pul məbləğini şəxsi ehtiyaclarına xərclədiyi üçün qaytara bilməmişdir. Buna baxmayaraq 10 yanvar 2025-ci il tarixdə o, Günaya zəng edərək pulu qaytarmaq niyyətində olduğunu demiş və onlar həmin gün «Memar Əcəmi» metrostasiyasının yaxınlığında yerləşən notariat ofisinin qarşısında görüşmüşlər. Həmin görüş zamanı o, Günaydan aldığı 42.000 manatı tam şəkildə sonuncuya geri qaytarmış və həmin notariat ofisində onunla Günay arasında barışıq sazişi bağlanmışdır. Həmçinin o, məhkəməyə ərizə təqdim edərək Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanı tam olaraq ödədiyini, himayəsində azyaşlı övladının olmasını qeyd edərək barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2023-cü ildən X4 ilə rəsmi nikahları olmasa da, qeyri-rəsmi ərarvad münasibətlərində yaşayır. 24 iyun 2024-cü il tarixdə Nicat Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək tutulmuşdur. Həmin vaxt o, Nicatın hüquqlarının müdafiə olunmasından ötrü vəkil tutmaq istəmiş və yaxın ətrafı ilə məsləhətləşdikdən sonra ona vəkil kimi Təqsirləndirilən şəxs məsləhət görüldüyü üçün o, bu məqsədlə Bayıl qəsəbəsində yerləşən ofisə gedərək Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs ilə tanış olduqdan sonra Nicatla bağlı məsələni danışmış və Nicatın hüquqlarını qoruması və azadlığa buraxılmasında köməklik göstərməsi üçün vəkil kimi istintaqda iştirak etməsini xahiş etmişdir. Söhbət zamanı Əhməd ona özünü vəkil kimi təqdim edərək bildirmişdir ki, işə başlaması üçün müqavilə bağlanmalı və daha sonra istintaqda iştirak edərək Nicatın hüquqlarını müdafiə edə bilər. O, Əhmədlə razılaşdıqdan sonra Əhməd bildirmişdir ki, müqavilə bağlanması üçün 2.000 manat, Nicatın işinin həll edilib azadlığa buraxılması üçün isə 40.000 manat məbləğində pul lazımdır. O, Əhmədlə razılaşmış və ofisi tərk edərək getmişdir. Təxminən 15 gündən sonra yəni, 11 iyul 2024-cü il tarixdə Əhmədlə valideynlərinin yaşadığı ünvan 2 ünvanının qarşısındakı qəbristanlığın yaxınlığında görüşmüş və müqavilə bağlaması, habelə Nicatın işinin həll edilərək onun azadlığa buraxılması məsələsinin həll edilməsi ilə bağlı Əhmədə ümumilikdə 42.000 manat pul vermişdir. Təxminən 20 gündən sonra o, sosial şəbəkəyə baxan zaman təsadüfən Təqsirləndirilən şəxs vəkillik fəaliyyətinin sonlandırıldığını görmüş və bununla bağlı zəng edərək soruşduqda Əhməd də bunu təsdiqləmişdir. Həmin vaxt o, Əhmədə verdiyi 42.000 manatı geri tələb etməyə başlamış, lakin Əhməd müxtəlif bəhanələr gətirməklə pulu qaytarmaqdan boyun qaçırmağa başlamışdır. Bu səbəbdən o, 27 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə bununla bağlı məlumat verib, ərizə ilə Xətai RPİ-nin 36-cı PŞ-nə müraciət etmişdir. Bundan sonra 10 yanvar 2025-ci il tarixdə Əhməd ona zəng edərək pulunu qaytarmağa hazır olduğunu bildirmiş və onlar həmin gün «Memar Əcəmi» metrostasiyasının yaxınlığında yerləşən notariat ofisinin qarşısında görüşmüşlər. Həmin görüş zamanı Əhməd ondan aldığı 42.000 manatı tam şəkildə ona geri qaytarmış və həmin notariat ofisində Əhmədlə onun arasında barışıq sazişi bağlanmışdır. Həmçinin o, məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 07 yanvar 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və ibtidai istintaqın aparılması üçün RPİnin İstintaq Şöbəsinə göndərilmişdir (i.v. 1); cinayət işinin icraata qəbul edilməsi haqqında 10 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 21); zərərçəkmiş şəxs qismində tanınma haqqında 27 fevral 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 43-44); Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin surətindən görünür ki, Zərərçəkmiş şəxs notariusun depozit hesabına Təqsirləndirilən şəxs tərəfindən qoyulmuş 40000 manat məbləğində pulu qəbul etmiş və sonuncuya qarşı şikayət və tələbinin olmadığını, ona dəymiş maddi ziyanın ödənildiyini qeyd etmişdir (i.v. 53a); axtarışda olan şəxsin tutulması haqqında 27 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 17:00-da Xətai RPİ-nin 36-cı PŞ-nin əməkdaşları tərəfindən tutulmuşdur (i.v. 55); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 01 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 80-81); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 01 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilərək saxlandığı Xətai RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır (i.v. 97-98); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 01 mart 2025ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 100-103); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 104); cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında 07 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4cü maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.3, 179.2.3, 312 və 29, 312-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmiş, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin ifadələri iş üzrə sübut növü kimi qiymətləndirilmişlər (i.v. 115-119); Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində qeyd etmişdir ki, Zərərçəkmiş şəxs ilə barışmışdır, ona dəymiş ziyanı tam olaraq ödəmişdir, onun ona qarşı heç bir şikayət və tələbi yoxdur, barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilməsini xahiş edir; Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam olaraq ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur xahiş edir; “Elektron Məhkəmə İnformasiya Sistemin”dən əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-cı il təvəllüdlü X1 vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının: 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 1.16-cı bəndində öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər nəzərdə tutulmuşdur. Bundan əlavə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 6 və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməli az ağır cinayətdir və himayəsində 01 (bir) yetkinlik yaşına çatmayan uşağı olduğundan yuxarıda qeyd edilən amnistiya qərarının 1.16ci bəndi onun barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir və həmin qərarın 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər Təqsirləndirilən şəxs əməlinə şamil olunmur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 1.16-cı bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43, 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-336/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-336/2025
02.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver