Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-337/2023 14.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən beş ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,481 qram, 0,531 qram, 0,112 qram, 0,385 qram və 0,312 qram olmaqla, ümumi təmiz çəkisi 1,821 qram narkotik vasitə heroin əldə edib, üzərində saxlamaqla daşımış və 01 fevral 2023-cü il tarixdə əldə etdiyi narkotik vasitə heroinin 0,481 qramını Şahid2, 0,531 qramını Şahid3, 0,112 qramını isə Şahid1 ayrı-ayrılıqda 10 manat pul müqabilində satmış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Xətai RPİ-nin 36-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, 01 fevral 2023-cü il tarixdə saat 18:30 dəqiqədə ünvan 2 ünvanın qarşısında saxlanılıb ünvan 36-cı PB-nin inzibati binasına gətirilərək orada videoçəkilişdən istifadə edilməklə polis əməkdaşları və müdafiəçisinin iştirakı ilə aparılan şəxsi axtarış və götürmə zamanı göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd sellofan bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 0,385 qram, 0,312 qram, ümumi təmiz çəkisi 0,697 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 01 fevral 2023-cü il tarixdə Xəzərli qəsəbəsində yerləşən “Baytarlıq” klinikasında dostu Şahid1 ilə birlikdə oturduqları zaman polis əməkdaşları həmin yerə gələrək onları Bakı Xətai RPİ-nin 36-cı Polis Bölməsinə aparmışlar. Polis əməkdaşları gəlməzdən əvvəl o, dostu ilə birlikdə çoxdan aldığı narkotik vasitədən istifadə etmişlər və polis əməkdaşları içəri daxil olanda masanın üzərində narkotik vasitə olmuşdur. Polis Bölməsində olan zaman o, 01 fevral 2023-cü il tarixdə fiziki və psixi təzyiqlərə məruz qaldığından ona təqdim olunmuş sənədləri imzalamış və narkotik vasitələrin satışı ilə məşğul olması barədə ifadə vemişdir. Döyülməsi nəticəsindəqolu çıxmış, bundan əlavə bədənin müxtəlif yerlərində müxtəlif xəsarətləri olmuşdur. 36-cı Polis Bölməsində üzərində şəxsi axtarış və götürmə keçirilən zaman aşkar olunmuş narkotik vasitə özünə məxsus olmuşdur, lakin həmin maddənin satışı ilə heç vaxt məşğul olmamışdır, buna baxmayaraq ona əsassız yerə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ittiham elan olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, bir ay narkotik vasitənin “kakos” kimi tanıdığı heroin növündən istifadə etmişdir. Narkotik vasitəni mütəmadi olaraq tanımadığı şəxslərdən Bakı şəhərinin müxtəlif yerlərindən pulla alaraq müxtəlif yollar ilə qəbul etmişdir. Narkotik vasitə asılılığında olmuş, buna görə də əziyyət çəkmiş və bədənində ağrılar olduğuna görə qarşısını almaq üçün narkotik vasitədən istifadə etmişdir. Narkotik vasitəni doldurma yolu ilə qəbul etmişdir. Eyni zamanda narkotik vasitənin satışı ilə məşğul olmuşdur. Belə ki, narkotik vasitəni əldə etdikdə miqdarı çox olduqda satmışdır ki, qazanc əldə etsin. 01 fevral 2023-cü il tarixdə səhər saatlarında evdən çıxıb Bakı Metropolitenin “Həzi Aslanov” stansiyası yaxınlığına getmişdir. Metronun yaxınlığında tanımadığı şəxs ilə rastlaşmışdır. Həmin şəxsi yalnız üzdən ötəri olaraq tanımışdır. Həmin şəxsdə narkotik vasitələr olmasını şifahi olaraq bildiyi üçün sonuncuya yaxınlaşmışdır. Həmin şəxsdən satmaq üçün narkotik vasitə istəmişdir. Həmin şəxs beş ədəd sellofan büküm vermişdir. Bükümlərdə qəhvəyi rəngli narkotik vasitənin “kakos” kimi tanıdığı heroin növündən olmuşdur. Bükümləri cibinə qoymuş və həmin şəxsə 50 manat vermişdir. Belə ki, bir bükümü 10 manatdan almışdır. Həmin şəxs getdikdən sonra həmin günü metronun yaxınlığında tanıdığı Urfan, Elşad və Samir adlı şəxslərə ayrı-ayrılıqda 10 manatdan narkotik vasitə heroin satmışdır. Qalan iki bükümü isə özündə saxlamışdır. Həmin günü saat 18:30 dəqiqədə M.Hadi küçəsində dayanıb evinə getmək üçün avtobus gözləmişdir. Həmin vaxt iki nəfər mülki geyimli şəxslər yaxınlaşaraq xidməti vəsiqələrini göstərib Xətai RPİ-nin 36-cı PB-nin əməkdaşları olmasını bildirmişlər. Polis əməkdaşlarına özünü təqdim etdikdən sonra onlar narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmağını bildirib 36-cı PB-nə dəvət etmişlər. Heç bir etiraz etməmiş və polis bölməsinə gətirmişlər. Polis bölməsində xidməti otaqların birinə vəkil dəvət edilmiş, hüquq və vəzifələri izah olunmuşdur. Sonra vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış aparılmışdır. Üzərində qanunsuz əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda təqdim etməsi təklif olunmuşdur. Bundan sonra əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən iki ədəd sellofan bükümləri çıxarıb təqdim etmişdir. Həmin bükümlərdə nə olması və haradan əldə etməsi barədə sual verilmişdir. Həmin bükümlərdə narkotik vasitənin “kakos” kimi tanıdığı heroin növündən olmasını, narkotik vasitəni həmin günü Bakı Metropolitenin “Həzi Aslanov” stansiyası yaxınlığında tanımadığı şəxsdən 50 manata 05 ədəd bükümdə almağını, həmin günü üç ədəd bükümü tanıdığı Urfan, Elşad və Samir adlı şəxslərə satmağını, iki ədəd bükümü isə özü üçün saxladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş narkotik vasitə elektron tərəzi ilə çəkilmiş və ayrı-ayrılıqda çəkiləri 0.47 qram, 0.62 qram müəyyən edilmişdir. Bundan başqa üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitələr polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, doğruluğunu o və axtarışda iştirak edən şəxslər imza edərək təsdiq etmişlər. Bundan sonra təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitə heroini satmaq üçün əldə etmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitədən başqa heç bir yerdə hər hansı bir növ narkotik maddə saxlamamışdır. Narkotik maddələrin istifadəsi, satışı, saxlanılması, əldə edilməsinin və əkilib-becərilməsinin qadağan olunması barədə məlumatı vardır. Üzərində narkotik maddələr olması və gəzdirməsi barədə heç kimin məlumatı olmamışdır. Heç vaxt Urfan, Elşad və Samir ilə narkotik vasitə istifadə etməmiş, onlarla narkotik vasitə əldə etməmiş, onların kimlərdənsə narkorik vasitə əldə etməsini bilməmişdir. Yalnız onların şifahi olaraq narkotik vasitə istifadə etməsini bilmişdir. Urfan, Elşad və Samir adlı şəxslərə ilk dəfədir ki, narkotik vasitə satmış, onlara əvvəllər narkotik vasitə satmamışdır. Eyni zamanda başqa şəxslərə də narkotik vasitə satmamışdır. Narkotik maddələri aldığı şəxsin kimliyi barədə heç bir məlumata sahib deyil. Həmin şəxsi yalnız üzdən tanımışdır. Həmin şəxs haqqında başqa heç bir məlumata sahib deyil. Narkotik vasitələri 05 ədəd bükümdə almışdır. Bükümlərin üç ədədini satmış, qalan bükümləri isə üzərində saxlamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə etmişdir.. 01 fevral 2023-cü il tarixdə Xətai RPİ-nin 36-cı PB-nin əməkdaşları tərəfindən saxlanılmış və üzərindən narkotik vasitə aşkar edilmişdir. Narkotik vasitələri 01 fevral 2023-cü il tarixdə “Həzi Aslanov” metro stansiyası yaxınlığında Təqsirləndirilən şəxs almışdır. Rasimə narkotik üçün 10 manat pul vermişdir. Rasimin başqa şəxslərə narkotik vasitə satıb-satmamasını bilmir. Eşitmişdir ki, Rasim narkotik vasitə satır. Narkotiki aldıqdan sonra tutulmuş və bölməyə aparılmışdır. X3 aşkar edilmiş narkotik vasitə Təqsirləndirilən şəxs aldığı narkotik vasitə olmuşdur. Rasimdə başqa narkotik vasitə olub-olmamasını bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, uzun müddətdir narkotik vasitənin “kakos” kimi tanıdığı heroin növündən istifadə etmişdir. Narkotik vasitə əldə edərək inyeksiya yolu ilə qəbul edib ağrılarının qarşısını almışdır. 01 fevral 2023-cü il tarixdə Xətai RPİ-nin 36-cı PB-nin əməkdaşları tərəfindən saxlanılmış və üzərindən narkotik vasitə aşkar edilmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitəni Təqsirləndirilən şəxs almışdır. 01 fevral 2023-cü il tarixdə səhər saatlarında “Həzi Aslanov” metro stansiyası yaxınlığında olan zaman tanıdığı Təqsirləndirilən şəxs görmüşdür. Rasim ilə söhbət zamanı sonuncudan narkotik vasitəni 10 manat müqabilində almışdır. Polis Bölməsində üzərindən həmin narkotik vasitə aşkar edilmişdir. Bölmədə həmin narkotik vasitəni Təqsirləndirilən şəxs 10 manata almağını bildirmişdir. Rasimin narkotik vasitəni haradan və hansı yolla əldə etməsini bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Bölməsinin Cinayət Axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 01 fevral 2023-cü il tarixdə Şahid1 qanunsuz olaraq narkotik vasitə əldə edərək istifadə etməsi barədə polis bölməsinə məlumat daxil olmuşdur. Polis bölməsinin rəisinə raportla məruzə etmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmış həmin qrupun rəhbəri o, üzvü isə bölmənin əməliyyat müvəkkili Şahid5 olmuşdur. Bundan sonra Şahid1 ətrafında tədbirlər keçirilməyə başlanılmışdır. 01 fevral 2023-cü il tarixdə Şahid5 ilə birlikdə ünvan 5 ünvanının qarşısına gəlmişlər. Saat 17:00 dəqiqədə orada Şahid1 əlamətlərinə görə oxşadıb sonuncuya yaxınlaşmışlar. Həmin şəxsə xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və sonuncuya özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü Şahid1 kimi təqdim etmişdir. Onlar Şahid1 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib sonuncunu Xətai RPİ-nin 36-cı PB-nə dəvət etmişlər. Urfan etiraz etməmişdir. Bundan sonra onlar Urfanı polis bölməsinə gətirmişlər. Polis bölməsinə vəkil dəvət edilmişdir. Bundan sonra xidməti otaqların birində Şahid1 hüquq və vəzifələri izah edilməklə vəkilin iştirakı ilə videoçəkiliş etməklə üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Axtarış zamanı Şahid1 əynində olan şalvarın sol cibindən bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoyub bükümdə heroin olmasını, heroini həmin günü “Həzi Aslanov” metro stansiyasının qarşısında tanıdığı Rasim adlı şəxsdən şəxsi istifadəsi üçün almasını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Bölməsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid5 Şahid4 ifadəsi ilə oxşar məzmunda ifadə verərək sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 01 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş Şahid1 üzərində şəxsi axtarış aparılan zaman bir ədəd bükümdə təmiz çəkisi 0,112 qram narkotik vasitə heroin aşkar edilmişdir. Şahid1 həmin narkotik vasitəni “Rasim adlı şəxsdən almasını bildirmişdir. Eyni zamanda şübhəli şəxs kimi saxlanılmış Şahid2 və Şahid3 Oqtay oğlunun da üzərindən narkotik vasitə aşkar edilərək götürülmüşdür. Həmin şəxslər də narkotik vasitələri Rasim adlı şəxsdən almalarını bildirmişlər. Həmin günü Rasim adlı şəxsin şəxsiyyətinin müəyyən edilib saxlanılması üçün əməliyyat tapşırığı verilmişdir. Bundan sonra Rasim adlı şəxsin müəyyən olunması istiqamətində əməliyyat tədbirləri həyata keçirilmiş və müəyyən edilmişdir ki, sonuncu xx xxxx 1981-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 6 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxsdur. Əldə edilmiş məlumata əsasən 36-cı PB-nin sahə inspektoru, polis mayoru Şahid7 ilə M.Hadi küçəsi 65 ünvanın qarşısına gəlmişlər. Saat 18:30 dəqiqədə həmin ünvanın qarşısında Təqsirləndirilən şəxs əlamətlərinə görə oxşadıb sonuncuya yaxınlaşmışlar. Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra onu bölməyə dəvət etmişlər, o da etiraz etməmişdir. Bölmədə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə vəkilin iştirakı ilə videoçəkiliş etməklə onun üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmiş və içində heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin maddəni Bakı Metropolitenin “Həzi Aslanov” stansiyasının qarşısında tanımadığı şəxsdən 01 fevral 2023-cü il tarixdə səhər saatlarında 50 manata beş büküm almış, həmin günü Urfan, Elşad və Samir adlı şəxslərin hər birinə bir büküm satmış, qalan iki bükümü isə şəxsi istifadəsi üçün saxlamışdır. Aşkar edilmiş iki ədəd sellofan büküm elektron tərəzi ilə çəkilmiş, zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhür ilə möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Bölməsinin sahə inspektoru, polis mayoru Şahid7 şahid X2 ifadəsi ilə oxşar məzmunda ifadə verərək sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq Şahid1 məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Həmçinin onun barəsində məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə məcburi gətirilmə qərarı qəbul edilərək icrası Bakı şəhəri Xətai rayon Polis İdarəsinə həvalə edilmişdir. Lakin Bakı şəhəri Səbail RPİ-nin 8-ci Polis Bölməsi tərəfindən məhkəməyə ünvanlanmış məktubda Şahid1 yerinin müəyyən edilməsinin mümkün olmaması qeyd edilmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, bir il olar ki, narkotik vasitənin “kakos” kimi tanıdığı heroin növündən istifadə etmiş, belə ki, bədənində ağrılar olmuş və buna dözə bilməmiş, ağrıların qarşısını almaq üçün də narkotik vasitəni əldə etdikdən sonra inyeksiya yolu ilə qəbul etmişdir ki, əhval-ruhiyyəsi yaxşı olsun. Narkotik vasitəni tanımadığı şəxslərdən pulla almışdır. Təqsirləndirilən şəxs 2-3 ay olar ki, tanımış, sonuncunun narkotik vasitə aludəçisi olmasını şifahi olaraq bilmişdir. 01 fevral 2023-cü il tarixdə səhər saatlarında narkotik vasitə əldə etmək üçün Bakı Metropolitenin “Həzi Aslanov” stansiyası yaxınlığına getmişdir. Metronun yaxınlığında Təqsirləndirilən şəxs görmüşdür. Rasim ilə kənara çəkilib sonuncudan narkotik vasitə olub-olmamasını soruşmuşdur. Rasim də narkotik vasitə olmasını bildirmişdir. Rasimə 10 manat pul vermiş və bir ədəd sellofanda narkotik vasitə heroin almışdır. Bundan sonra isə Rasimdən ayrılıb getmişdir. Həmin günü saat 17:00 dəqiqə Xətai rayonu, V.Tau küçəsi ilə piyada gedən zaman iki nəfər mülki geyimli şəxslər yaxınlaşaraq xidməti vəsiqələrini göstərib Xətai RPİ-nin 36-cı PB-nin əməkdaşları olmasını bildirmişlər. Polis əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmağını bildirib şəxsiyyəti barədə sorğu sual edib 36-cı PB-nə dəvət etmişlər. Heç bir etiraz etməmiş və polis bölməsinə gətirmişlər. Polis bölməsində xidməti otaqların birinə vəkil dəvət edilmiş, hüquq və vəzifələri izah olunmuşdur. Sonra vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış aparılmışdır. Üzərində qanunsuz əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda təqdim etməyi təklif olunmuşdur. Bundan sonra əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə olan narkotik vasitə heroini çıxarıb təqdim etmişdir. Həmin büküm açılaraq içərisinə baxış keçirilmişdir. Həmin maddənin nə olması və haradan əldə etməsi barədə sual verilmiş, bu zaman bildirmişdir ki, həmin maddə narkotik vasitənin “kakos" kimi tanıdığı heroin növüdür, narkotik vasitəni həmin günü səhər saatlarında Bakı Metropolitenin “Həzi Aslanov” stansiyası yaxınlığında Rasim adlı şəxsdən şəxsi istifadəsi üçün almışdır. Aşkar edilmiş narkotik vasitə elektron tərəzi ilə çəkilmiş və çəkisi 0,23 qram müəyyən edilmişdir. Bundan başqa üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir, üzərindən aşkar edilmiş narkotik vasitə polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, doğruluğunu o və axtarışda iştirak edən şəxslər imza edərək təsdiq etmişlər. İş üzrə dindirilmiş Şahid1 ifadəsində daha sonra göstərmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitə heroini şəxsi istifadəsi üçün əldə etmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitədən başqa heç bir yerdə hər hansı bir növ narkotik maddə saxlamır. Heç vaxt Təqsirləndirilən şəxs ilə narkotik vasitə istifadə etməmiş, sonuncu ilə narkotik vasitə əldə etməmiş, Rasimin narkotik vasitəni haradan və hansı yolla əldə etməsini bilməmişdir, Rasimin başqa şəxslərə narkotik vasitə satıb-satmamasını da bilməmiş və görməmişdir. Yalnız şifahi olaraq Rasimin narkotik vasitə istifadə etməsini və satmasını bilmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitəni Təqsirləndirilən şəxs cibindən çıxarıb vermişdir. Rasimdə başqa narkotik vasitə olub-olmamasını bilməmişdir. Üzərində şəxsi axtarış aparılan zaman həyəcanlı olmuş və qorxmuş, eyni zamanda Rasimə kömək etmək üçün narkotik vasitəni pulsuz aldığını demişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata götürülməsi haqqında 02 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir (i.v. 1); şəxsi axtarış və götürmə aparılması haqqında 01 fevral 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Şahid1 üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Şahid1 üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Şahid1 əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən bir ədəd sellofan bükülünü çıxararaq masanın üzərinə qoyub həmin bükülünün içərisindəkinin narkotik vasitə “kakos” olduğunu, bu narkotik vasitəni xx.xx.2023-cü il tarixdə “Həzi Aslanov” metrosu yaxınlığında tanışı Rasim adlı şəxsdən alaraq üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Həmin bükülü “Çin” istehsalı olan elektron tərəzi ilə çəkilmiş və həmin maddənin ümumi çəkisinin 0.23 qram olması müəyyən edilmişdir. Şahid1 təqdim etdiyi narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 151 nömrəli möhürü ilə möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır (i.v. 32-34); şübhəli şəxsin tutulması haqqında 01 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:30-da Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 60); şəxsi axtarış və götürmə aparılması haqqında 01 fevral 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 2 ədəd sellofan torbacıqdakı bükülünü çıxararaq masanın üzərinə qoyub həmin bükülünün içərisindəkinin narkotik vasitə “kakos” olduğunu, bu narkotik vasitəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında Xətai rayonu, “Həzi Aslanov” metrosunun qarşısında tanımadığı şəxsdən 50 manat müqabilində alaraq üzərində saxlayıb gəzdirdiyini, xx.xx.2023-cü il tarixdə tanışları Urfana, Elşada və Samirə hərəsinə bir büküm verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülülər “Çin” istehsalı olan elektron tərəzi ilə çəkilmiş, birinin 0.47 qram, digərinin isə 0.62 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 151 nömrəli möhürü ilə möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır (i.v. 71- 73); axtarış aparılması haqqında 01 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən evinə baxış keçirilmiş, lakin evindən heç bir qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir (i.v. 82-84); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 fevral 2023-cü il tarixli, 6/632 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №151” möhür əksi, “...Təqsirləndirilən şəxs...” və s. yazılar, imzalar olan zərfdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,385 qram; 0,312 qram; ümumi təmiz çəkiləri 0,697 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddələrlə Şahid2, Şahid3 və Şahid1 aşkar edilərək götürülmüş heroin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı 1) daxildir (i.v. 85-88); şübhəli şəxsin dindirilməsi haqqında 02 fevral 2023-cü il tarixli protokoldan görünür ki, o, narkotik vasitənin “kakos” kimi tanıdığı heroin növündən istifadə etdiyini, üzərindən aşkar edilmiş narkotik vasitəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında Xətai rayonu, “Həzi Aslanov” metrosunun qarşısında tanımadığı şəxsdən 50 manat müqabilində alaraq üzərində saxlayıb gəzdirdiyini, Urfana, Elşada və Samirə hərəsinə 10 manat müqabilində bir büküm olmaqla ilk dəfədir ki, narkotik vasitə satdığını, başqa şəxslərə narkotik maddə satmadığını etiraf etmiş və “ifadəmi oxudum, mənim sözlərimlə düz yazılıb, əlavəm yoxdur, doğruluğunu imzamla təsdiq edirəm” qeyd edərək öz imzası ilə təsdiq etmişdir (i.v. 98- 100); 02 fevral 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid1 və Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər, həmçinin Təqsirləndirilən şəxs 01 fevral 2023-cü il tarixdə Bakı metropolitenin “Həzi Aslanov” stansiyası yaxınlığında Şahid1 01 ədəd bükümdə 10 manat müqabilində narkotik vasitə olan heroin satdığını etiraf etmiş, sonuncu isə həmin maddəni aldığını təsdiqləmişdir (i.v. 101-102); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 fevral 2023-cü il tarixli, 6/631 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 151” möhür əksi, “...Şahid2...” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0.481 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı 1) daxildir (i.v. 103-104); 02 fevral 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid2 və Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər, həmçinin Təqsirləndirilən şəxs 01 fevral 2023-cü il tarixdə Bakı metropolitenin “Həzi Aslanov” stansiyası yaxınlığında Şahid2 01 ədəd bükümdə 10 manat müqabilində narkotik vasitə olan heroin satdığını etiraf etmiş, sonuncu isə həmin maddəni aldığını təsdiqləmişdir (i.v. 113-114); 02 fevral 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid3 və Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər, həmçinin Təqsirləndirilən şəxs 01 fevral 2023-cü il tarixdə Bakı metropolitenin “Həzi Aslanov” stansiyası yaxınlığında Şahid3 01 ədəd bükümdə 10 manat müqabilində narkotik vasitə olan heroin satdığını etiraf etmiş, sonuncu isə həmin maddəni aldığını təsdiqləmişdir (i.v. 115-116); diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, bir ədəd “DVD-R” diskdə olan görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 01 fevral 2023-cü il tarixli protokola uyğun olmuşdur (i.v. 117-118); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 03 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (i.v. 124-125); təqsirləndirilən şəxsin dindirilməsi haqqında 03 fevral 2023-cü il tarixli protokoldan görünür ki, o, narkotik vasitənin “kakos” kimi tanıdığı heroin növündən istifadə etdiyini, üzərindən aşkar edilmiş narkotik vasitəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında Xətai rayonu, “Həzi Aslanov” metrosunun qarşısında tanımadığı şəxsdən 50 manat müqabilində alaraq üzərində saxlayıb gəzdirdiyini, Urfana, Elşada və Samirə hərəsinə 10 manat müqabilində bir büküm olmaqla ilk dəfədir ki, narkotik vasitə satdığını, başqa şəxslərə narkotik maddə satmadığını etiraf etmiş və “ifadəmi oxudum, mənim sözlərimlə düz yazılıb, əlavəm yoxdur, doğruluğunu imzamla təsdiq edirəm” qeyd edərək öz imzası ilə təsdiq etmişdir (i.v. 133-135); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(011)-69/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır (i.v. 143-147); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 şəxsinin xx.xx.2023-cü il tarixli 920 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 172-173); Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 174); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 05 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, təqsirləndirilən şəxslərin, şahidlərin ifadələri, məhkəmə kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 6/630, 6/631, 6/632 saylı rəyləri, məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 920 saylı rəyi, şəxsi axtarış və götürmə, disklərə baxış və üzləşdirmə protokolları sübut növü kimi qiymətləndirilmişlər, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.597 qram narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış, 02 ədəd “DVD-R” formatlı disklər sübut növü kimi tanınmışlar, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.1 və 234.4.2-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir (i.v. 179-192); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(011)-287/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 20 gün olmaqla, yəni 21 may 2023-cü il tarixə kimi uzadılmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananın Tibb sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. Müayinə zamanı bədəninə baxış keçirilərkən sol bazu nahiyəsində 2 sm ölçüdə bənövşəyi rəngli qançır müşahidə olunmuşdur. Xəsarəti həbs olunan zaman aldığını bildirmişdir; tutulmuş və ya həbs edilmiş şəxslərin tam axtarışı haqqında 02 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs MSY-nə qəbul edilərkən bədənində heç bir xəsarət izinin və şikayətinin olmadığını qeyd edərək, dediklərini öz imzası ilə təsdiq etmişdir; Bakı şəhəri Xətai rayon prokurorluğunun 25 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs bədən səthi üzərində xəsarətlər aşkar edilməsi faktı əsasında aparılan araşdırma zamanı cinayət hadisəsinin olması müəyyən edilmədiyindən, toplanmış 80-C-23 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə istintaqı zamanı birinci “DVD-R” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Şahid1 üzərində olan qanunla qadağan edilmiş əşya və ya predmetləri təqdim etməsi təklif edilir, həmin vaxt Şahid1 əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən bir ədəd sellofan bükülünü çıxararaq masanın üzərinə qoyub həmin bükülünün içərisindəkinin narkotik vasitə “kakos” olduğunu, bu narkotik vasitəni xx.xx.2023-cü il tarixdə “Həzi Aslanov” metrosu yaxınlığında tanışı Rasim adlı şəxsdən pulsuz alaraq üzərində saxlayıb gəzdirdiyini bildirir. Məhkəmə istintaqı zamanı ikinci “DVD-R” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan qanunla qadağan edilmiş əşya və ya predmetləri təqdim etməsi təklif edilir, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 2 ədəd sellofan torbacıqdakı bükülünü çıxararaq masanın üzərinə qoyub həmin bükülünün içərisindəkinin narkotik vasitə “kakos” olduğunu, bu narkotik vasitəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında Xətai rayonu, “Həzi Aslanov” metrosunun qarşısında tanımadığı şəxsdən 50 manat müqabilində alaraq üzərində saxlayıb gəzdirdiyini, xx.xx.2023-cü il tarixdə tanışları Urfana, Elşada və Samirə hərəsinə bir büküm verdiyini bildirir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirini etiraf etməməsinə, narkotik vasitəni heç kimə satmaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, 01 ədəd “DVD-R” formatlı diskdə olan videogörüntüdən də məlum olur ki, şəxsi axtarış və götürmə aparılan zaman Təqsirləndirilən şəxs müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə üzərindən aşkar olunmuş narkotik vasitəni tanımadığı şəxsdən aldığını və xx.xx.2023-cü il tarixdə tanışları Urfana, Elşada və Samirə hərəsinə bir büküm verdiyini bildirmiş, şəxsi axtarış və götürmə barədə protokol onun və müdafiəçisinin imzaları ilə təsdiq edilmişdir. Bundan başqa, 01 fevral 2023-cü il tarixdə üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılan zaman Şahid1 üzərindən aşkar edilmiş narkotik vasitəni xx.xx.2023-cü il tarixdə “Həzi Aslanov” metrosu yaxınlığında tanışı Rasim adlı şəxsdən pulsuz alaraq üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Lakin sonradan o, şübhəli şəxs qismində dindirilən zaman verdiyi ifadəsində bildirmişdir ki, Rasimin narkotik vasitə istifadə etməsini və satmasını bilmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitəni Təqsirləndirilən şəxs cibindən çıxarıb vermişdir. Üzərində şəxsi axtarış aparılan zaman həyəcanlı olmuş və qorxmuş, eyni zamanda Rasimə kömək etmək üçün narkotik vasitəni pulsuz aldığını demişdir. Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılarkən iştirak etmiş şahid X4 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, şəxsi axtarışdan öncə təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü olaraq təqdim etməyi təklif etmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmiş və içində heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin maddəni Bakı Metropolitenin “Həzi Aslanov” stansiyasının qarşısında tanımadığı şəxsdən 01 fevral 2023-cü il tarixdə səhər saatlarında 50 manata beş büküm aldığını, həmin günü Urfan, Elşad və Samir adlı şəxslərin hər birinə bir büküm satdığını, qalan iki bükümü isə şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılarkən iştirak etmiş şahid X5 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, şəxsi axtarışdan öncə təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü olaraq təqdim etməyi təklif etmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmiş və içində heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin maddəni Bakı Metropolitenin “Həzi Aslanov” stansiyasının qarşısında tanımadığı şəxsdən 01 fevral 2023-cü il tarixdə səhər saatlarında 50 manata beş büküm aldığını, həmin günü Urfan, Elşad və Samir adlı şəxslərin hər birinə bir büküm satdığını, qalan iki bükümü isə şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Həmçinin məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 hər biri ayrı-ayrılıqda verdikləri ifadələrində bildirmişlər ki, 01 fevral 2023-cü il tarixdə səhər saatlarında Bakı Metropolitenin “Həzi Aslanov” stansiyası yaxınlığında Təqsirləndirilən şəxs 10 manat pul verərək bir ədəd sellofanda narkotik vasitənin “kakos” kimi tanıdıqları heroin növündən aldıqlarını bildirmişlər. İbtidai istintaq zamanı şahidlər Şahid1, Şahid2, Şahid3 və Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, onlar ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər, həmçinin Təqsirləndirilən şəxs 01 fevral 2023-cü il tarixdə Bakı metropolitenin “Həzi Aslanov” stansiyası yaxınlığında Şahid1, Şahid2 və Şahid3 ayrı-ayrılıqda hər birinə 01 ədəd bükümdə 10 manat müqabilində narkotik vasitə olan heroin satdığını etiraf etmiş, sonuncular isə həmin maddəni aldıqlarını təsdiqləmişlər. Məhkəmə şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə şahidlərin ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Bundan əlavə, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadələri alınmış, həmin ifadələrdə Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş və imzası ilə təsdiq etmiş, həmçinin həmin ifadələri təsir altında verməsi ilə bağlı ibtidai araşdırma zamanı hər hansı müraciəti olmamışdır. Həmçinin, barəsində həbs qətimkan tədbiri seçilən zaman belə, ona hər hansı bir təzyiqin göstərilməsi barədə məlumat verməmişdir. Məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs bildirmişdir ki, Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Bölməsində olan zaman o, fiziki və psixi təzyiqlərə məruz qaldığından ona təqdim olunmuş sənədləri imzalamış və narkotik vasitələrin satışı ilə məşğul olması barədə yifadə vemişdir. Lakin məhkəmə bu faktla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs Xətai RPİ-nin 36-cı PB-nin əməkdaşları tərəfindən işgəncəyə məruz qalması barədə Xətai rayon prokurorluğunda araşdırma aparılmış və 25 fevral 2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs 02 fevral 2023-cü il tarixdə MSY-nə qəbul edilərkən bədənində heç bir xəsarət izinin və şikayətinin olmadığını qeyd edərək, dediklərini öz imzası ilə təsdiq etmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində 01 fevral 2023-cü il tarixdə döyüldüyünü bildirmişdir, lakin bundan 1 gün sonra yəni 02 fevral 2023-cü il tarixdə MSY-nə qəbul edilərkən heç bir döyülmənin olmamasını bildirməsi, həmçinin üzərində heç bir xəsarətin olmadığını qeyd etməsi, onun məhkəmə iclasında verdiyi ifadəsinin özünü müdafiə xarakterli olmasına dəlalət edir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən fiziki zora məruz qalaraq ifadə verməsi faktı öz təsdiqini tapmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma—üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini qismən etiraf etməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzasının əvvəli 01 fevral 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilərək ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut Bakı şəhəri Xətai rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş 02 ədəd bükümdə təmiz çəkisi 0.697 qram, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.597 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd “DVD-R” formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı (CPM-132), 110 (yüz on) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 01 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Xətai rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 02 ədəd bükümdə təmiz çəkisi 0.697 qram, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.597 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 02 ədəd “DVD-R” formatlı disklər cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-337/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-337/2023
14.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver