Məhkəmə qərarları › İş №1(011)-338/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-338/2023

21.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-338/2023 21.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçilər – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkilləri X1 və Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsili, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyatda olan və ünvan 2vanında yaşayan və barəsində “həbs” növündə qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 xx.xx.1981-cı il tarixdə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsili, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində “həbs” növündə qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında binaya daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, özgənin əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında cinayətin törədilməsinə yönələn niyyətlə xx.xx.2023-cü il tarixdə saat 19:35-də ünvan 4 ünvanda yerləşən Zərərçəkmiş şəxs1 aşpaz kimi işlədiyi “Çinar Kokoreç” adlı restorana daxil olmuş, ətrafda hər hansı bir şəxsin olmamasına nəzər etmiş, Təqsirləndirilən şəxs2 isə restoranın giriş hissəsində sağ tərəfdə yerləşən masanın üzərindən Zərərçəkmiş şəxs1 məxsus 600 manat dəyərində 01 ədəd **********00438 İMEİ kodlu “İphone 11” markalı mobil telefonu gizli talayaraq Zərərçəkmiş şəxs1 600 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında cinayətin törədilməsinə yönələn niyyətlə xx.xx.2023-cü il tarixdə saat 19 radələrində ünvan 5 ünvanda yerləşən Zərərçəkmiş şəxs2 idman müəllim kimi işlədiyi “Storm Sport” idman zalına daxil olmuş, Təqsirləndirilən şəxs2 idman zalının giriş qapısı qarşısında dayanıb ətrafda hər hansı bir şəxsin olmamasına nəzər etmiş, o isə idman zalının giriş hissəsində yerləşən qeydiyyat masasının üzərindən Zərərçəkmiş şəxs2 məxsus 2.000 manat dəyərində 01 ədəd **********39705 İMEİ kodlu “Samsung Fold 1” markalı mobil telefonu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 2.000 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında cinayətin törədilməsinə yönələn niyyətlə xx.xx.2023-cü il tarixdə saat 22 radələrində ünvan 6 ünvanda yerləşən Zərərçəkmiş şəxs3 icarə əsasında işlətdiyi “Tesla” adlı məktəb ləvazimatları mağazasına daxil olmuş, uşaq üçün oyuncaqlar almaq bəhanəsi ilə Zərərçəkmiş şəxs3 diqqətini yayındırarkən Təqsirləndirilən şəxs2 isə mağazanın içərisində saxlanc yeri hesab olunan kassa aparatından 260 manat nağd pulu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs3 260 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, özgənin əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında cinayətin törədilməsinə yönələn niyyətlə xx.xx.2023-cü il tarixdə saat 19:35-də ünvan 4 ünvanda yerləşən Zərərçəkmiş şəxs1 aşpaz kimi işlədiyi “Çinar Kokoreç” adlı restorana daxil olmuş, Təqsirləndirilən şəxs1 ətrafda hər hansı bir şəxsin olmamasına nəzər etmiş və o, restoranın giriş hissəsində sağ tərəfdə yerləşən masanın üzərindən Zərərçəkmiş şəxs1 məxsus 600 manat dəyərində 01 ədəd **********00438 İMEİ kodlu “İphone 11” markalı mobil telefonu gizli talayın Zərərçəkmiş şəxs1 600 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında cinayətin törədilməsinə yönələn niyyətlə xx.xx.2023-cü il tarixdə saat 19 radələrində ünvan 5 ünvanda yerləşən Zərərçəkmiş şəxs2 idman müəllim kimi işlədiyi “Storm Sport” idman zalının giriş qapısı qarşısında dayanıb ətrafda hər hansı bir şəxsin olmamasına nəzər etmiş və İlqar Həmidov idman zalının giriş hissəsində yerləşən qeydiyyat masasının üzərində olan Zərərçəkmiş şəxs2 məxsus 2.000 manat dəyərində 01 ədəd **********39705 İMEİ kodlu “Samsung Fold 1” markalı mobil telefonu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 2.000 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında cinayətin törədilməsinə yönələn niyyətlə xx.xx.2023-cü il tarixdə saat 22 radələrində ünvan 6 ünvanda yerləşən Zərərçəkmiş şəxs3 icarə əsasında işlətdiyi “Tesla” adlı məktəb ləvazimatları mağazasına ilkin olaraq Təqsirləndirilən şəxs1 daxil olmuş, Təqsirləndirilən şəxs1 uşaq üçün oyuncaqlar almaq bəhanəsi ilə Zərərçəkmiş şəxs3 diqqətini yayındırarkən o, mağazanın içərisində saxlanc yeri hesab olunan kassa aparatından 260 manat nağd pulu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs3 260 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini özünün etirafedici ifadələri ilə yanaşı zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, hadisə yerinə baxış, təqdim etmə və götürmə, şəxsin fotoşəklinin tanınmaya təqdim edilməsi, ifadənin yerində yoxlanıması və diskə baxış protokolları, ekspertiza rəyi, maddi sübutlar və iş üzrə toplanmış sənədlərlə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2014-cü ildən etibarən Təqsirləndirilən şəxs2 tanımışdır. Həmin şəxs onun yaşadığı ünvanın yaxınlığında yaşamışdır. Həmin şəxslə xeyli müddət birlikdə dost kimi vaxt keçirmişlər. Hər ikisi işsiz olduğundan maddi sıxıntılar yaşamışlar. Bu minvalla, onlar aralarında söhbətləşən zaman oğurluq edərək pul əldə edib, həmin pul ilə maddi sıxıntılarını ödəmək qərarına gəlmişlər. xx.xx.2023-cü il tarixdə axşam radələrində o, və Rəşad Bakı şəhəri, Xətai rayonunda yerləşən “Neapol” dairəsinin yaxınlığında piyada hərəkətdə olan zaman həmin dairənin yaxınlığındakı “Çinar Kokoreç” adlı restoranı görmüşlər. Həmin zaman onlar ac olduqlarından həmin restoranda qida qəbul etmək qərarına gəlmişlər. Bu minvalla, həmin restorana daxil olmuşlar. Həmin restorana daxil olaraq yemək sifariş vermişlər. Lakin həmin restoranda işləyən şəxslərdən biri onlara bildirmişdir ki, yemək 30 dəqiqə ərzində hazır olacaqdır. Onlar da həmin şəxsə gözləyəcəklərini bildirmişlər. Bu zaman o və Rəşad restoranın giriş hissəsində sağ tərəfdə yerləşən kassanın olduğu stolun üzərində 01 ədəd mobil telefonun olduğunu görmüşlər. Bu zaman birlikdə qərara almışlar ki, həmin mobil telefonu oğurlasınlar. Bu minvalla, o, restorandan çölə çıxaraq ətrafa nəzər yetirmiş və Rəşad da ətrafda onları heç kəsin görməyəcəyini əmin olduqdan sonra həmin 01 ədəd mobil telefonu götürərək restorandan çıxmışdır. Hər ikisi birlikdə həmin restorandan uzaqlaşmışdır. Yolda olan zaman oğurluq yolu ilə əldə etdikləri 01 ədəd mobil telefonun “İphone 11” markalı olmasına əmin olmuşlar. Bundan sonra hər ikisi yaşadıqları ünvana getmişlər. Onu da qeyd etmişsdir ki, oğurluq yolu ilə əldə etdikləri 01 ədəd “İphone 11” markalı mobil telefon həmin gündə onda qalmış və onlar razılaşmışlar ki, həmin mobil telefonu sabahkı gün Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “28 May” metrostanasiyasının yaxınlığındakı telefon mağazalarının birinə satsınlar. Həmin gündən sonrakı gün, yəni xx.xx.2023-cü il tarixdə günorta radələrində Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “28 May” metrostansiyasının yaxınlığına getmiş və həmin yerdə Rəşad bildirmişdir ki, həmin yerin yaxınlığında əvvəllər kafe işlətmiş və həmin kafenin yaxınlığında olan mobil telefon mağazasına həmin telefonu sata bilərlər. O da Rəşadla razılaşmışdır. Bu minvalla, Rəşadın dediyi adını xatırlamadığı telefon mağazasına getmişlər və həmin telefon mağazasına birlikdə daxil olmuşlar. Telefon mağazasında razılaşmalarına əsasən telefon mağazasında işləyən Şamil adlı şəxsə özünə məxsus “İphone 11” markalı mobil telefonu satmaq istədiyini bildirmişdir. Şamildə həmin mobil telefonu 100 manata ala biləcəyini bildirmişdir. Onlar da həmin şəxslə razılaşmışlar. Oğurluq yolu ilə əldə etdikləri mobil telefonu sataraq əldə etdikləri 100 manatı aralarında yarı-yarı bölmüşlər. Əldə etdikləri pulu şəxsi ehtiyacları üçün istifadə etmişlər. Bundan başqa, xx.xx.2023-cü il tarixdə təxminən saat 19 radələrində Rəşadla birlikdə Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində piyada hərəkətdə olan zaman həmin küçədə “Storm Sport” adlı idman zalını görmüşlər. Həmin zalın giriş hissəsinə nəzər yetirdikdə giriş hissəsi ilə üzbəüzdə yerləşən qeydiyyat masasının üzərində 01 ədəd mobil telefonun olduğunu Rəşad və o görmüşlər. Bundan sonra onlar qərara gəlmişlər ki, həmin mobil telefonu oğurlayaraq satıb pul əldə edib birlikdə həmin pulu bölsünlər. Bundan sonra aralarında belə qərara gəlmişlər ki, o, girərək həmin 01 ədəd mobil telefonu götürsün və həmin zaman ərzində Rəşad çöldə duraraq ətrafa nəzər yetirsin. Bunun ardınca o, içəri daxil olmuş və ətrafda onu görən heç bir kəsin olmadığına əmin olduqdan sonra həmin 01 ədəd mobil telefonu oğurlayaraq çölə çıxmış və Rəşadla birlikdə həmin yerdən uzaqlaşmışlar. Yolda olan zaman həmin mobil telefonun “Samsung Fold 1” markalı mobil telefon olmasını bilmişlər. Bundan sonra hər ikisi yaşadıqları ünvana getmişlər və aralarında razılaşmışlar ki, həmin mobil telefonu həmin gündən sonrakı gün, yəni xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “28 May” metrostansiyasının yaxınlığında yerləşən mobil telefon mağazalarına sataraq pul əldə etsinlər. Ardınca Rəşad, həm də o, yaşadıqları ünvana gedərək gecələmişlər. Onu da qeyd etmişdir ki, həmin gün oğurluq yolu ilə əldə edilmiş “Samsung Fold 1” markalı mobil telefon özü ilə saxlamışdır. Sabahı gün, yəni xx.xx.2023-cü il tarixdə axşam radələrində o və Rəşad birlikdə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “28 May” metrostansiyasının yaxınlığına getmişlər. Həmin yerdə bir neçə mobil telefon mağazalarını girərək oğurluq yolu ilə əldə etdikləri 01 ədəd “Samsung Fold 1” markalı mobil telefonu satmaq istədiklərini bildirmişlər, lakin heç bir mağaza almamışdır. Bundan sonra adını xatırlamadığı bir telefon mağazasına daxil olmuş və həmin yerdə mağazada işləyən tanımadığı şəxslə danışdıqda, həmin şəxs mobil telefonu 200 manata ala biləcəyini bildirmiş və onlarda həmin şəxslə razılaşmışlar. Onu da qeyd etdmişdir ki, həmin onlardan “Samsung Fold 1” markalı mobil telefonu alan şəxsə mobil telefonun ona məxsus olmasını bildirmişdir. Bundan sonra oğurluq yolu ilə əldə etdikləri 01 ədəd “Samsung Fold 1” markalı mobil telefonu sataraq əldə etdikləri 200 manat pulu yarı-yarı aralarında paylaşmışlar. Həmin pul ilə hər ikisi şəxsi ehtiyacları olan yemək, su və siqaret alaraq istifadə etmişlər. Bundan başqa, xx.xx.2023-cü il tarixdə o və Rəşad Bakı şəhəri, Xətai rayonu, Q.Nəbi küçəsi ilə piyada hərəkətdə olan zaman həmin küçədə yerləşən “Tesla” adlı məktəb ləvazimatları mağasını görmüşlər. Həmin mağazaya nəzər yetirdikdə mağazada satıcıdan başqa heç bir kəsin olmadığını görmüşlər. Bu zaman həmin mağazadan oğurluq etmək qənaətinə gəlmişlər. Bu minvalla, onlar birlikdə həmin mağazaya daxil olmuşlar. Mağazada olan zaman Rəşadla aralarında olan razılaşmaya əsasən satıcının başını qatmalı və Rəşad da həmin mağazadakı kassa aparatından nağd pul oğurlamalı olmuşdur. Bundan sonra satıcıya uşaq üçün oyuncaqlar barədə soruşmuş və satıcıda ona uşaq oyuncaqlarını göstərmişdir. Bu zaman Rəşad satıcının əyləşdiyi stulun qarşısındakı kassa aparatını açaraq həmin kassa aparatında pul götürmüşdür. Bundan sonra satıcıda bəzi oyuncaqlar soruşmuşdur. Satıcıda həmin oyuncaqların olmadığını bildirdikdə, getmək istədiyini bildirmiş və mağazanı tərk etmişdir. Mağazadan çıxdıqdan sonra oğurluq yolu ilə əldə etdikləri pula baxdıqda həmin pulun məbləği 20 manatlıq əskinaslarla olmaqla 260 manat olmasını görmüşlər və həmin pulu aralarında yarı-yarı bölmüşlər. Bundan sonra Rəşadla sağollaşmış və yaşadığı ünvana qayıtmışdır. Oğurluq yolu ilə əldə etdiyi pulu şəxsi ehtiyacları üçün istifadə edərək xərcləyib qurtarmışdır. Onlar aralarında olan razılıqla oğurluq edərək, oğurluq yolu ilə əldə etdiyi pulu yarı-yarı bölmüşlər. Onlar oğurluq cinayətlərini törədən zaman ətrafda onları heç kəsin görməməsinə tam əmin olduqdan sonra cinayəti törətmişlər. Onlar həmin mobil telefonları satan zaman həmin mobil telefonların özlərinə məxsus olmasını bildirmişlər və həmin mobil telefonların oğurluq yolu ilə əldə olunmasını bildirməmişlər. Hal-hazırda zərərçəkmiş şəxslərə vurulmuş zərər tam olaraq ödənilmişdir. Barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2014-cü ildən etibarən Təqsirləndirilən şəxs1 tanımışdır. Çünki həmin şəxs onun yaşadığı ünvanın yaxınlığında yaşamış və onlar bu minvalla tanış olmuşlar. Həmin şəxslə uzun müddət birlikdə dost kimi vaxt keçirmişdir. Hər ikisi işsiz olduğu üçün maddi sıxıntılar yaşamışlar. Bu minvalla, onlar aralarında söhbətləşən zaman oğurluq edərək pul əldə edib, həmin pul ilə maddi sıxıntılarını ödəmək qərarına gəlmişlər. Belə ki, xx.xx.2023-cü il tarixdə axşam radələrində o və İmran Bakı şəhəri, Xətai rayonunda yerləşən “Neapol” dairəsinin yaxınlığında piyada hərəkətdə olan zaman həmin dairənin yaxınlığındakı “Çinar Kokoreç” adlı restoranı görmüşlər. Həmin zaman onlar ac olduqlarından həmin restoranda qida qəbul etmək qərarına gəlmişlər. Bunun ardınca onlar həmin restorana daxil olmuşlar. Həmin restorana daxil olaraq yemək sifariş vermişlər. Lakin həmin restoranda işləyən şəxslər onlara söyləmişdir ki, yemək 30 dəqiqə ərzində hazır olacaqdır. Onlar da həmin şəxsə gözləyəcəyini bildirmişlər. Bu zaman o və İmran restoranın giriş hissəsində sağ tərəfdə yerləşən kassanın olduğu stolun üzərində 01 ədəd mobil telefonun olduğunu görmüşlər. Bu zaman onlar qərara almışlar ki, həmin mobil telefonu oğurlasınlar. Bu minvalla İmran restorandan çölə çıxaraq ətrafa nəzər yetirmiş və o, ətrafda onları heç kəsin görməyəcəyinə əmin olduqdan sonra həmin 01 ədəd mobil telefonu götürərək restorandan çıxmışdır. Və hər ikisi birlikdə həmin restorandan uzaqlaşmışlar. Yolda olan zaman oğurluq yolu ilə əldə etdikləri 01 ədəd mobil telefonun “İphone 11” markalı olmasına bilmişlər. Bundan sonra hər ikisi yaşadıqları ünvana getmişlər. Onu da qeyd etmişdir ki, oğurluq yolu ilə əldə etdikləri 01 ədəd “İphone 11” markalı mobil telefon həmin gündə İmranda qalmış və onlar razılaşmışlar ki, həmin mobil telefonu sabahkı gün Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “28 May” metrostanasiyasının yaxınlığındakı telefon mağazalarının birinə satsınlar. Həmin gündən sonrakı gün, yəni xx.xx.2023-cü il tarixdə günorta radələrində Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “28 May” metrostansiyasının yaxınlığına getmişlər və həmin yerdə o, bildirmişdir ki, həmin yerin yaxınlığında əvvəllər kafe işlətmiş və həmin kafenin yaxınlığında olan mobil telefon mağazasına həmin telefonu sata bilərlər. İmran da onunla razılaşmışdır. Bu minvalla, onun dediyi adını xatırlamadığı telefon mağazasına getmişlər və həmin telefon mağazasına birlikdə daxil olmuşlar. Telefon mağazasında İmran razılaşmalarına əsasən telefon mağazasında işləyən Şamil adlı şəxsə özünə məxsus “İphone 11” markalı mobil telefonu satmaq istədiyini bildirmişdir. Şamildə həmin mobil telefonu 100 manata ala biləcəyini bildirmişdir. Onlar da həmin şəxslə razılaşmışlar. Oğurluq yolu ilə əldə etdikləri mobil telefonu sataraq əldə etdikləri 100 manatı aralarında yarı-yarı bölmüşlər. Əldə etdikləri pulu şəxsi ehtiyacları üçün istifadə etmişlər. Bundan başqa, xx.xx.2023-cü il tarixdə təxminən saat 19 radələrində İmranla birlikdə Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində piyada hərəkətdə olan zaman həmin küçədə “Storm Sport” adlı idman zalını görmülər. Həmin zalın giriş hissəsinə nəzər yetirdikdə giriş hissəsi ilə üzbəüz yerləşən qeydiyyat masasının üzərində 01 ədəd mobil telefonun olduğunu İmran və o görmüşlər. Bundan sonra onlar qərara almışlar ki, həmin mobil telefonu oğurlayaraq satıb pul əldə edib birlikdə həmin pulu bölsünlər. Bundan sonra aralarında belə qərara gəlmişlər ki, İmran girərək həmin 01 ədəd mobil telefonu götürsün və həmin zaman ərzində o, çöldə duraraq ətrafa nəzər yetirsin. Daha sonra İmran zalın içərisinə daxil olmuş və ətrafda onu görən heç bir kəsin olmadığına əmin olduqdan sonra həmin 01 ədəd mobil telefonu oğurlayaraq çölə çıxmış və onunla birlikdə həmin yerdən uzaqlaşmışdır. İmran içəri daxil olub mobil telefonu oğurlayan zaman o, çöldə ətrafda heç kəsin olmadığına əmim olmuşdur. Yolda olan zaman həmin mobil telefonun “Samsung Fold 1” markalı mobil telefon olmasını bilmişlər. Bundan sonra hər ikisi yaşadıqları ünvana getmişlər və aralarında razılaşmışlar ki, həmin mobil telefonu həmin gündən sonrakı gün, yəni xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “28 May” metrostansiyasının yaxınlığında yerləşən mobil telefon mağazalarına sataraq pul əldə etsinlər. Bundan sonra İmran, həm də o, yaşadıqları ünvana gedərək gecələmişlər.Onu da qeyd etmişdir ki, həmin gün oğurluq yolu ilə əldə edilmiş “Samsung Fold 1” markalı mobil telefon İmran özündə saxlamışdır. Sabahı gün, yəni xx.xx.2023-cü il tarixdə axşam radələrində o və İmran birlikdə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “28 May” metrostansiyasının yaxınlığına getmişlər. Həmin yerdə bir neçə mobil telefon mağazalarını girərək oğurluq yolu ilə əldə etdikləri 01 ədəd “Samsung Fold 1” markalı mobil telefonu satmaq istədiklərini bildirmişlər, lakin heç bir mağaza almamışdır. Bunun ardınca adını xatırlamadığı bir telefon mağazasına daxil olmuşlar və həmin yerdə mağazada işləyən tanımadığı şəxslə danışdıqda, həmin şəxs mobil telefonu 200 manata ala biləcəyini bildirmiş və onlarda həmin şəxslə razılaşmışlar. Onu da qeyd etmişdir ki, həmin onlardan “Samsung Fold 1” markalı mobil telefonu alan şəxsə İmran mobil telefonun İmrana məxsus olmasını bildirmişdir. Bundan sonra oğurluq yolu ilə əldə etdikləri 01 ədəd “Samsung Fold 1” markalı mobil telefonun sataraq əldə etdikləri 200 manat pulu yarı-yarı aralarında paylaşmışlar. Həmin pul ilə hər ikisi şəxsi ehtiyacları olan yemək, su və siqaret alaraq istifadə etmişlər. Bundan başqa, xx.xx.2023-cü il tarixdə mən və İmran Bakı şəhəri, Xətai rayonu, Q.Nəbi küçəsi ilə piyada hərəkətdə olan zaman həmin küçədə yerləşən “Tesla” adlı məktəb ləvazimatları mağasını görmüşlər. Həmin mağazaya nəzər yetirdikdə mağazada satıcıdan başqa heç bir kəsin olmadığını görmülər. Bu zaman onlar həmin mağazadan oğurluq etmək qənaətinə gəlmişlər. Bu minvalla, onlar birlikdə həmin mağazaya daxil olmuşlar. Mağazada olan zaman İmranla aralarında olan razılaşmaya əsasən İmran satıcının başını qatmalı və o da həmin mağazadakı kassa aparatından nağd pul oğurlamalı olmuşdur. Bundan sonra İmran satıcıya uşaq üçün oyuncaqlar barədə soruşmuş və satıcıda İmrana uşaq oyuncaqlarını göstərmişdir. Bunu gördükdə o, satıcının əyləşdiyi stulun qarşısındakı kassa aparatını açaraq həmin kassa aparatından pul götürmüşdür. Belə ki, həmin kassa aparatını açdıqda o, 5, 10 və 20 manatlıq əskinasların ayrı-ayrı sıralarda səliqəli formada düzüldüyünü görmüş və həmin sıraıardan 20 manatlıq əskinasların olduğu sıranın tamamını götürmüşdür. Kassa aparatını açıq vəziyyətdə qoymuşdur. Bundan sonra o və İmran mağazanı tərk etmişdir. Mağazadan çıxdıqdan sonra oğurluq yolu ilə əldə etdikləri pula baxdıqda həmin pulun məbləği 20 manatlıq əskinaslarla olmaqla 260 manat olmasını görmüşlər və həmin pulu aralarında yarı-yarı bölmüşlər. Bundan sonra İmranla sağollaşmış və yaşadığı ünvana qayıtmışdır. Oğurluq yolu ilə əldə etdiyi pulu şəxsi ehtiyacları üçün istifadə edərək xərcləyib qurtarmışdır. Onlar aralarında olan razılıqla oğurluq edərək, oğurluq yolu ilə əldə etdikləri pulu yarı-yarı bölmüşlər. Onlar oğurluq cinayətlərini törədən zaman ətrafda onları heç kəsin görməməsinə tam əmin olduqdan sonra cinayəti törətmişlər. Onlar həmin mobil telefonları satan zaman həmin mobil telefonların özlərinə məxsus olmasını bildirmişlər və həmin mobil telefonların oğurluq yolu ilə əldə olunmasını bildirməmişlər. Hal-hazırda törətdiyi əməllərdən peşmandır. Zərərçəkmiş şəxslərə vurulmuş zərəri ödəmişdir. Barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclas zalında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə axşam radələrində aşpaz kimi işlədiyi ünvan 4 ünvanda yerləşən “Çınar Kokoreç” adlı restoranda olarkən, əvvəllər tanımadığı 2 nəfər kişi cinsindən olan şəxslər işlədiyi restorana daxil olmuşlar. Onu qeyd etmişdir ki, həmin şəxslərdən biri cavan yaşlarda, digəri isə biraz yaşlı olmuşdur. Qeyd olunan 2 şəxs içəri daxil olan zaman o, rerstoranın mətbəx hissəsində olmuşdur. Onu da bildirmişdir ki, işlədiyi restoranda mətbəx hissəsi ilə restoranın yemək yemək üçün nəzərdə tutulan yeri ilə arasında arakəsmə yalnız mətbəx və zal ilə arasında olan uzun stoldur, ancaq onlar zalda olan şəxsləri, həmçinin zalda olan şəxslər mətbəxi rahatlıqla görə bilmişdir. Bundan sonra həmin şəxslər ona yemək sifariş vermişdirlər. O isə cavabında yeməyin hazır olması üçün 30 dəqiqə vaxtın lazım olacağını bildirmişdir. Bunun ardınca həmin şəxslər ona yeməyin hazır olacağı vaxtadək gözləyəcəklərini bildirmişlər. Bundan sonra həmin şəxslər restoranın zal hissəsində yerləşən ayrı-ayrı stullarda əyləşmişlər. Həmin şəxslərdən cavan olanı çölə çıxaraq siqaret çəkməyə başlamışdır. Onlardan qoca olan şəxs isə içəridə oturaraq əyləşmişdir. Bundan sonra cavan olan müştəri qismində gələn şəxs yenidən çölə çıxaraq siqaret çəkməyə başlamışdır. Həmin zaman o, özünə məxsus “İphone 11” markalı mobil telefonu mətbəx ilə zalın arasında olan stolun üzərinə qoymuşdur. Həmin zaman onun başı yemək sifarişlərini hazırlamağa qarışmışdır. Bir qədər həmin zalda əyləşən bir qədər qoca olan müştəri qismində gələn şəxs çölə çıxaraq siqaret çəkmək istədiyini bildirmişdir. O da bunları normal qəbul etmiş və hər iki şəxs çölə çıxaraq siqaret çəkdiklərini görmüşdür. Bir qədər sonra artıq həmin şəxslərin restoranın qarşısında olmadığına əmin olmuşdur. Bundan sonra o, mobil telefonunu stolun üzərindən götürmək istədikdə, həmin ona məxsus “İphone 11” markalı mobil telefonun yerində olmadığını və oğurlandığını müəyyən etmişdir. Ardınca DİN-in 102 Xidmətinə zəng vuraraq baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Sonradan restoranda quraşdırılmış kameralara baxdıqda müştəri qismində gələn iki nəfər şəxsin onun başının yemək sifarişlərinə qarışmasından istifadə edərək ona məxsus “İphone 11” markalı mobil telefonunu oğurladıqlarını müəyyən etmişdir. Ona məxsus “İphone 11” markalı mobil telefon oğurlanaraq ona 1400 manat dəyərində maddi ziyan dəymişdir. O, həmin zaman yemək sifarişlərini hazırladığı üçün başı qarışıq olduğunda ona məxsus mobil telefonu oğurlayan şəxsi görməmişdir. Sonradan kameralara baxdıqda isə restorana müştəri qismində girən 2 nəfər şəxsin ona məxsus mobil telefonu oğurlamasından əmin olmuşdur. Həmin zaman restoranda ondan və müştəri qismində gələrək mobil telefonunu oğrulayan şəxslərdən başqa heç kəs olmamışdır. Hal-hazırda təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Ona vurulmuş maddi ziyan tam olaraq ödənilmişdir. Məhkəmə iclas zalında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə axşax radələrində işlədiyi Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi 41 ünvanında yerləşən “Storm Sport” adlı idman zalında olan zaman bir nəfər əvvəllər tanımadığı kişi cinsindən cavan yaşlarda olan şəxs idman zalına daxil olmuşdur. Həmin vaxt o, zalın giriş hissəsindəki qeydiyyat masasənın yanında durmuşdur. Onu da qeyd etmişdir ki, həmin zaman o, özünə məxsus “Smasung Fold 1” markalı mobil telefonunu idman zalının giriş hissəsindəki qeydiyyat masasının üzərində şarf alətinə taxılı vəziyyətdə qoymuşdur. Bundan sonra həmin şəxs ona oğlunu idman müəllimi kimi işlədiyi idman zalına məşqə yazdırmaq istədiyini bildirmişdir. O da həmin şəxsə bunun mümkün olduğunu söyləmişdir. Ardınca həmin şəxs ona idmanla bağlı bir neçə sual vermişdir. Və o da həmin suallara cavab vermişdir. Bundan sonra həmin şəxsin suallarının sona çatmasna əmin olduqdan sonra zalın idman üçün nəzərdə tutulan otağına getmişdir. Geri qayıtdıqda həmin şəxsin artıq zalın giriş hissəsini tərk edərək getdiyinə əmin olmuşdur. Bundan sonra ona məxsus mobil telefonunu götürmək istədikdə artıq həmin telefonun əvvəlcədən qoyduğu giriş hissədəki qeydiyyat masasının üzərində olmadığını və oğurlandığını görmüşdür. Bu barədə DİN-in 102 Xidmətinə məlumat vermişdir. Ona məxsus “Samsung Fold 1” markalı mobil telefon oğurlanaraq ona 2000 manat dəyərində maddi ziyan dəymişdir. O, oğurluğun kim tərəfindən nə zaman edilməsini görməmişdir. Lakin onu qeyd etmişdir ki, müştəri qismində bir nəfər şəxs idman zalına yaxınlaşmış və o da həmin şəxsi qəbul edib bir qədər söhbətləşdikdən sonra idman zalının məşq edilməsi üçün nəzərdə tutulan otağına getmiş və geri gəldikdə həmin şəxsin artıq getdiyini və sonradan ona məxsus mobil telefonun oğurlandığını müəyyən etmişdir. O, güman etmişdir ki, həmin müştəri qismində idman zalına gələn şəxs ona məxsus mobil telefonu oğurlanmışdır. İdman zalının idman edilməsi üçün nəzərdə tutulan otağında tələbələr məşq etmişdirlər. Lakin zalın giriş hissəsindəki qeydiyyat masasının olduğu yerdə, yəni mobil telefonun oğurlandığını yerdə heç kəs olmamışdır. Hal-hazırda təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Ona vurulmuş maddi ziyan tam olaraq ödənilmişdir. Məhkəmə iclas zalında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə axşam radələrində ünvan 6 ünvanda yerləşən icarə əsasında işlətdiyi “Tesla” adlı məktəb ləvazimatları mağazasında olmuşdur. Həmin zaman mağazada ondan başqa heç bir kəs olmamışdır. Bu zaman bir nəfər kişi cinsindən olan cavan yaşlarda bir şəxs mağazaya daxil olmuşdur. Həmin şəxs ona uşaq üçün şəkil albomu almaq istədiyini söyləmişdir. O da cavabında vitrindən həmin şəxsə lazım olan albomu götürərək kassa yaxınlaşmasını və odənişi etməsini istəmişdir. Bundan sonra həmin şəxs vaxtının olmadığını və onun gələrək həmin şəxsə albomları göstərməyini istəmişdir. O da cavabında ona köməklik edəcəyini bildirmişdir. Ardınca həmin şəxsə yaxınlaşaraq albomları görsətməyə başlamışdır. Bundan sonra mağazada bir səs eşitmişdir. Həmin səsin kassa aparatının açılmasının səsinə oşsatsa da, fikirləşmişdir ki, mağazada ondan və bir müştəridən başqa heç kəsin olmayacağı qənətinə gələrək həmin səsin mağazanın qapısının səsinin olacağını düşünmüşdür. Bu minvalla, mağazanın qapısına yaxınlaşmış və görmüşdür ki, qapı açıq vəziyyətdədir. Bundan sonra mağazada olan müştəri ona yaxınlaşmış və daha sonra mağazaya gələrək istədiyi albomu alacağını bildirirərək mağazadan getmişdir. Daha sonra o, mağazanın kassasına yaxınlaşmış və kassa aparatının açıq vəziyyətdə olmasını görmüdür. Onu da qeyd etmişdir ki, kassa aparatında pullar əskinaslara uyğun olaraq sıralanmışdır və həmin sıralar 5, 10 və 20 manatlıq əskinaslarla olmaqla ayrı-ayrı sıralarda olmuşdur. Kassaya baxdıqda isə kassanın 20 manatlıq əsnikaslarının olduğu sıranın boş olduğunu yəni, oğurluq olmasını bilmişdir. Bundan sonra o, oğurluq olması barədə DİN-in 102 Xidmətinə məlumat vermişdir. Daha sonra mağazada quraşdırılmış kameralara baxdıqda onun ilkin gələn cavan yaşlarda olan müştərinin ona albom almaq adı ilə başını qatması və həmin əsnada onun xəbəri olmadan digər biraz yaşlı kişi cinsindən olan şəxsin mağazaya daxil olaraq ona məxsus kassa aparatındakı 20 manatlıq əsnikasların olduğu sıradakı 260 manatlıq əskinasları oğurlamasını görmüşdür. O, oğurluq hadisəsindən sonra kassa aparatına baxdıqda müəyyən etmişdir ki, ona məxsus 20 manatlıq əskinaslarla olmaqla 260 manat pulunun oğurlanmasını müəyyən etmişdir. Bildirmişdir ki, ilkin olaraq DİN-in 102 Xidmətinə məlumat verən zaman ona məxsus pulun hansı miqdarda oğurlanmasını dəqiq hesablamamışdır. Lakin sonradan həmin pulu hesabladıqda ona məxsus kassa aparatındakı 20 manatlıq əskinaslarla 260 manat pulun əskik olmasını və oğurlanmasını müəyyən etdim. Odur ki, mənə məxsus 260 manat məbləğində pul vəsaitim tanımadığım şəxslər tərəfindən oğrulanmışdır. , ilkin müştəri qismində gələn şəxs mənim başımı qatan zaman digər bir şəxsin gəlməsini görmədim. Buna görə də, həmin şəxsin mənə məxsus kassa aparatından pulumun oğurlamasını görmədim. Lakin kameralara baxdıqda mənə məlum oldu ki, ilkin müştəri mənim başımı qatan zaman digər bir şəxs girərək mənə məxsus pulumu kassa aparatında oğurlamışdır. Hal-hazırda təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Ona vurulmuş maddi ziyan tam olaraq ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə günorta radələrində işlədiyi “Mobilux” mobil telefon mağazasında olarkən, bir nəfər adını sonradan İmran bildiyi şəxs ona yaxınlaşaraq özünə məxsus “İphone 11” markalı mobil telefonun icloud-a, yəni parola düşməsini bildirərək, mobil telefonun paroldan çıxarılması üçün köməklik istəmişdir. Mağazada onunla birlikdə işləyən digər usta həmin mobil telefona baxdıqdan sonra mobil telefonun icloud paroluna düşdüyünə görə açılmayacağını bildirmişdir. Bundan sonra İmran adlı şəxs həmin mobil telefonun açılmadığı qənaətinə gələrək, həmin mobil telefonu onlara satmaq istədiyini bildirmişdir. Bundan sonra mağazada işləyən digər usta onlara bildirmişdir ki, həmin mobil telefonu ehtiyyat hissəsi kimi qəbul etmək istəyən varsa bildirsin. O da həmin mobil telefonu ehtiyyat hissəsi kimi istifadə etmək istədiyini bildirmişdir. Bundan sonra həmin mobil telefonu satmaq istəyən İmran adlı şəxs ona həmin telefonun özünə məxsus olmasını bildirərək, ehtiyat hissəsi kimi satmaq istədiyini bildirmişdir. O da almaq istədiyini bildirmişdir. Bundan sonra İmran ona mobil telefonu 120 manata satmaq istədiyini bildirmişdir. O da öz növbəsində həmin mobil telefonu 100 manata ala biləcəyini bildirmişdir. İmran da onunla razılaşmış və həmin “İphone 11” markalı mobil telefonu 100 manata ona satmışdır. Sonradan polis əməkdaşları ona yaxınlaşaraq aldığı mobil telefonun oğurluq yolu ilə əldə edilməsini ona bildirib, onu polis orqanına dəvət etmişlər. İmran ona həmin mobil telefonu satan zaman özünə məxsus olmasını bildirmiş və o da həmin mobil telefonun oğurluq yolu ilə əldə edilməsini bilməmiş və İmrana məxsus olmasını bildikdən sonra almışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış Şahid1 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Proses tərəfləri qeyd olunan şahidin iştirakı olmadan iclasın keçirilməsinə etiraz etməmişlər. Məhkəmə iş üzrə Şahid1 iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir ( i.v. 01); xx.xx.2023-cü il tarixli Zərərçəkmiş şəxs2 tərəfindən 36-cı PB-nə yazılmış ərizədən görünür ki, Stormsport idman zalında ona məxsus mobil telefon oğurlanmışdır. Bu barədə qanuni ölçü götürlüməsini xahiş etmişdir.(i.v 8) 10 fevral 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan və protokola əalvə edilmiş fotoşəkillərdən görünür ki, cinayət hadisəsi Zərərçəkmiş şəxs2 işlədiyi ünvan 5 ünvanda yerləşən “Storm Sport” idman zalında baş vermişdir. (i.v. 10-11); Zərərçəkmiş şəxs1 tərəfindən 34-cü PŞ-yə ünvanlanmış ərizədən görünür ki, xx.xx.2023-cü il tarixində iki nəfər tanımadığı şəxs müşətri qismində işlədiyi “Çinar Kokoreç” restoranına gələrk piştaxtanın üzərində olan ona məxsus iphone 11 markalı telefonu oğurlamışdır. Telefonunun tapılmasında ona kıməklik göstərilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli Zərərçəkmiş şəxs3 tərəfindən 34-cü PŞ-nə ünvanlanmış ərizədən görünür ki, işlədiyi ünvan 7 yerləşən məktəb ləvazimatları mağazasında kassadan 260 manat pulun naməlum şəxs tərəfindən oğurlanmasını aşkar etmişdir. Bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir.(i.v 25) 14 fevral 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, cinayət hadisəsi Zərərçəkmiş şəxs3 icarə əsasında işlətdiyi ünvan 6 ünvanda yerləşən məktəb ləvazimatları mağazasında baş vermişdir.(i.v 28-30) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır.(i.v 44) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır.(i.v 56) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır.(i.v 69) xx.xx.2023-cü il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixində saat 20:05-də tutulmuş, tutulmanın əvvəli həmin tarixdən saat 17:00-dan hesablanmışdır(i.v 89-90) xx.xx.2023-cü il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixində saat 21:05-də tutulmuş, tutulmanın əvvəli həmin tarixdən saat 17:00-dan hesablanmışdır(i.v 112-113) 17 fevral 2023-cü il tarixli şəxsin fotoşəklinin tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, Şahid1 Cəlil oğlu ona “Samsung Fold 1” markalı mobil telefonu satmış Təqsirləndirilən şəxs1 tanımışdır.(i.v133-134) 17 fevral 2023-cü il tarixli şəxsin fotoşəklinin tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, Şahid1 Cəlil oğlu ona “Samsung Fold 1” markalı mobil telefonu satmış Təqsirləndirilən şəxs2 tanımışdır.(i.v 135-136) 18 fevral 2023-cü il tarixli təqdim etmə və götürmə protokolundan görünür ki, Şahid2 ona satılmış cinayət yolu ilə əldə edilmiş 01 ədəd “İphone 11” markalı mobil telefonu istintaq orqanına təqdim etmiş və tərəfimdən həmin mobil telefon götürülmüşdür.(i.v 140) 18 fevral 2023-cü il tarixli şəxsin fotoşəklinin tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, Şahid2 ona “İphone 11” markalı mobil telefonu satmış Təqsirləndirilən şəxs1 tanımışdır.(i.v 143-144) xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir.(i.v 146-147) Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2018-ci il təvəllüdlü X10 adlı övladı var(i.v 162) xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir.(i.v 164-165) Şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X2 adlı övladları var(i.v 180-181) xx.xx.2023-cü il tarixli Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması protokolundan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2023-ci il tarixdə ünvan 4 ünvanda yerləşən “Çınar Kokoreç” adlı restoranda, xx.xx.2023-cü il tarixdə ünvan 5 ünvanda yerləşən “Storm Sport” idman zalında və xx.xx.2023-cü il tarixdə ünvan 6 ünvanda yerəşən “Tesla” adlı məktəb ləvazimatları mağazasında oğurluq etmişdir.(i.v182-183) xx.xx.2023-cü il tarixli Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılması protokolundan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2023-ci il tarixdə ünvan 4 ünvanda yerləşən “Çınar Kokoreç” adlı restoranda, xx.xx.2023-cü il tarixdə ünvan 5 ünvanda yerləşən “Storm Sport” idman zalında və xx.xx.2023-cü il tarixdə ünvan 6 ünvanda yerəşən “Tesla” adlı məktəb ləvazimatları mağazasında oğurluq etmişdir.(i.v186-187) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır.(i.v205-208) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, X7 barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır.(i.v209-212) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 117.1, 69.3-cü maddələrinə əsasən 01 il 05 ay 04 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə Azərbacan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnsitiya qərarının 2.5-ci bəndinə əsasən azadlığın məhdudlaşdırılması cəzasından azad edilmiş və üzərindən məhkumluq götürülmüşdür. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək həmin məcəllənin 70-ci maddəsi tədbiq edilməklə 02 il 04 ay müddətinə sınaq müddəti müəyyən edilməklə, 02 il 04 ay 07 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.(i.v 222-224) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək həmin məcəllənin 70-ci maddəsi tədbiq edilməklə 02 il 04 ay müddətinə sınaq müddəti müəyyən edilməklə, 02 il 04 ay 07 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.(i.v 225-226) Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 22 yanvar 2022-ci il tarixdən 14 sentyabr 2022-ci il tarixədək, yəni 07 (yeddi) ay 23 (iyirmi üç) gün həbsdə olduğu müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq, 07 (yeddi) ay 23 (iyirmi üç) gün təyin olunmuş cəzadan çıxılmaqla, ona qəti olaraq 02 (iki) il 04 (dörd) ay 07 (yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs1 təyin edilmiş 02 (iki) il 04 (dörd) ay 07 (yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 02 (iki) il 04 (dörd) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməsi, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən sınaq müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulması, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməsi, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməsi və onun dərhal məhkəmə iclas zalından həbsdən azad edilməsi, Təqsirləndirilən şəxs1 barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X3 25 yanvar 2022-ci il tarixdən 14 sentyabr 2022-ci il tarixədək, yəni 07 (yeddi) ay 20 (iyirmi) gün həbsdə olduğu müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq, 07 (yeddi) ay 20 (iyirmi ) gün təyin olunmuş cəzadan çıxılmaqla, ona qəti olaraq 02 (iki) il 04 (dörd) ay 07 (yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, X4 təyin edilmiş 02 (iki) il 04 (dörd) ay 10 (on) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 02 (iki) il 04 (dörd) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməsi, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən sınaq müddəti ərzində X3 üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulması, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməsi, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməsi və onun dərhal məhkəmə iclas zalından həbsdən azad edilməsi, X3 barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi hökm olunmuşdur. (i.v 228-237) Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, ona dəymiş zərər tam olaraq ödənilmişdir, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur.(i.v 239) Zərərçəkmiş şəxs3 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, ona dəymiş zərər tam olaraq ödənilmişdir, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur.(i.v 240) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinın xx.xx.2023-cü il tarixli 9/1452-5/323 saylı rəydən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “İphone 11” markalı “A2221” modelli mobil telefon aparatının zədələnməmişdən əvvəl, istifadə edilmiş normal vəziyyətdə satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmamasını nəzərə alaraq, orta bazar qiyməti təxminən 600,00 manat, həmin mobil telefon hal-hazırda hansı səbəbdən işlək vəziyyətdə olması məlum olmadığından hal-hazırki qiymətini müəyyən etmək mümkün olmamışdır.(i.v 241-244) Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihama əlavələr edilərək yenidən ittiham elan edilməsi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş "həbs" növündə qətimkan tədbiri nəzərə alınması, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələri toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən zərərçəkmiş şəxslərin ifadələri, şahidlərin ifadələri, hadisə yerinə baxış, təqdim etmə və götürmə, ifadələrin yerində yoxlanılması, şəxsin fotoşəklinin tanınmaya təqdim edilməsi, diskə baxış keçirilməsi protokolları və məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/1452-5/323 saylı rəyi iş üzrə sübut kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət yolu ilə ələ keçirdiyi 01 ədəd "İphone 11" markalı mobil telefon maddi sübut kimi tanınsın və tərəflər cinayət işinin materialları ilə tanış olduqdan sonra saxlanılması üçün Zərərçəkmiş şəxs1 qaytarılması, cinayət işində olan 02 ədəd DVD-R formatlı dikslər maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmiş hesab edilməsi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-in 180-ci maddəsi ilə cinayət təqibini başlanılması rədd edilməsi, Şahid1 və Şahid2 Kazım oğlunun barəsində Azərbaycan Respublikası CM-nin 177 və 194-cü maddələri ilə cinayət təqibinə xitam verilməsi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd olunan oğuruq cinayətlərini törətmə zamanı videogörüntülər və təqsirləndirilən şəxslərin ifadlərində dəqiq göstərilmədiyi üçün Zərərçəkmiş şəxs1 məxsus mobil telefonu xx.xx.2023-cü il tarixdə saat 19:35-də, Zərərçəkmiş şəxs2 eyyub oğluna məxsus mobil telefonu saat 19 radələrində və Zərərçəkmiş şəxs3 məxsus nağd pulu xx.xx.2023-cü il tarixdə saat 22 radələrində talaması nəzərə alınması qərara alınmışdır. (i.v 259-271) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ittiham elan edilməsi qərara alınmışdır(i.v 273-274) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ittiham elan edilməsi qərara alınmışdır(i.v 292-293) xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1 ona məxsus 01 ədəd “İphone 11” markalı mobil telefonu təhvil almışdır(i.v 321) Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan ödənilmişdir. Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş zərər tam olaraq ödənilmişdir, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş zərər tam olaraq ödənilmişdir, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidin ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməl Cinayət Məcəlləsinin ona elan edilmiş müvafiq maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzaçəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsində göstərilən hallar istisna olmaqla həmin məcəllənin 18.1-ci maddəsinə müvafiq olaraq həmin məcəllənin 70 və 79-cu maddələrinə əsasən azadlıqdan məhrumetmə cəzasına şərti məhkum edilmiş və ya azadlıqdan məhrumetmə cəzasının çəkilməsi təxirə salınmış şəxsin yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşağının olmasını(CM59.1.4), zərərçəkmiş şəxsə dəymiş zərərin tamamilə ödənilməsi(CM59.1.13) əməlindən səmimi peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs1 Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə qəsdən az ağır cinayət törətməsinə görə azadlıqdan məhrumetmə cəzasına şərti məhkum edilməsi və sınaq müddəti ərzində yenidən az ağır cinayət törətməsi onun əməlində cinayətin residivini yaratdığından cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağının olmasını(CM59.1.4), zərərçəkmiş şəxsə dəymiş zərərin tamamilə ödənilməsi(CM59.1.13) əməlindən səmimi peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs2 Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə qəsdən az ağır cinayət törətməsinə görə azadlıqdan məhrumetmə cəzasına şərti məhkum edilməsi və sınaq müddəti ərzində yenidən az ağır cinayət törətməsi onun əməlində cinayətin residivini yaratdığından cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onların şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halların olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını çəkdiyi müddət ərzində yenidən cinayət törətməsini, onun əməlində cinayətin residivinin olmasını, ona təyin olunacaq cəzanın digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, dəymiş ziyanı ödənilməsini, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını çəkdiyi müddət ərzində yenidən cinayət törətməsini, onun əməlində cinayətin residivinin olmasını, ona təyin olunacaq cəzanın digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, dəymiş ziyanı ödənilməsini, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, ağırllaşdıran halların müəyyən edilməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən ona təyin edilmiş şərti məhkum etmə ləğv edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən ona qəti cəza təyin edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, ağırllaşdıran halların müəyyən edilməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən ona təyin edilmiş şərti məhkum etmə ləğv edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən ona qəti cəza təyin edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), iş üzrə maddi sübut – 01 ədəd “iphone 11” markalı mobil telefon Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalı və hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmişin istifadəsinə verilmiş hesab olunmalı, cinayətin görüntülərini əks etdirən 02 (iki) ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza xərci 80 manat pul təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulmalıdır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili X5 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilməlidir. Bununla bağlı Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilməlidir. İş üzrə mülki iddia və müsadirə ediləcək əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin olunmuş şərti məhkum etmə ləğv olunsun. Təqsirləndirilən şəxs1 Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin olunmuş 02(iki) il 04(dörd) ay 07(yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası, birgünə bir gün hesabı ilə hesablanmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən ona hazırki hökmlə təyin edilmiş 02 il 06 ay müddətinə azadlıqdan məhrumetə cəzası ilə qismən birləşdirilsin və onun üzərində qəti olaraq 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 17 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin olunmuş şərti məhkum etmə ləğv olunsun. Təqsirləndirilən şəxs2 Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin olunmuş 02(iki) il 04(dörd) ay 10(on) gün müddətinə azadlıqdan məhrumetmə cəzası, birgünə bir gün hesabı ilə hesablanmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən ona hazırki hökmlə təyin edilmiş 02 il 06 ay müddətinə azadlıqdan məhrumetə cəzası ilə qismən birləşdirilsin və onun üzərində qəti olaraq 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 17 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – 02 ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut “iphone 11” markalı mobil telefon zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın və hökm qanuni qüvvəyə mindikdən sonra onun istifadəsinə verilmiş hesab olunsun. Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili X5 və həmin büronun vəkili Müdafiəçi təqsirləndirilən şəxslərə göstərilən hüquqi yardıma görə ayrı-ayrılıqda hər birinə 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilsin. Ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar