Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-339/2021 11.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, hal-hazırda işləməyən, Laçın rayonu, Lolabağırlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 09.06.2021-ci il tarixdə saat 20:30 radələrində ünvan 2 ünvanın qarşısında etibarnamə əsasında idarə etdiyi **-VD-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobili ilə piyada keçidindən keçən Zərərçəkmiş şəxs yol vermədiyinə görə aralarında yaranmış mübahisə zamanı Ülvi İlham oğlunun sifət və sinə nahiyələrinə qəsdən əli ilə vurmaqla döyərək sonuncuya burun tənəffüsünün pozulması ilə müşayiət olunan burunun yumşaq toxumasının hematoması və burun nahiyəsinin sıyrıqları, döş qəfəsinin qançırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş, sağlamlığa yüngül zərərvurmaya aid edilən bədən xəsarətləri yetirmişdir. Məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu özünü ona CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, 09.06.2021-ci il tarixdə saat təxminən 20:30 radələrində o, etibarnamə ilə idarə etdiyi dövlət qeydiyyat nişanı **- VD-*** olan “Toyota Prius” markalı avtomobili ilə ünvan 3 ünvanın qarşısından keçərkən piyada keçidindən keçən tanımadığı şəxsin onu küçə söyüşləri söyüb təhqir etdiyini eşitmiş və idarə etdiyi avtomobili çəkib kənarda saxlayıb həmin şəxsə yaxınlaşıb onu söyməyinin səbəbini soruşduqda həmin şəxs onu yenidən təhqir etmiş və bu zaman o, əsəbiləşərək əli ilə onu sinəsindən itələyərək sifət nahiyəsindən vurmuşdur, sonra avtomobilinə əyləşib çıxıb getmişdir. Onların arasında olan mübahisə bir dəqiqədən də az müddətdə baş vermişdir. Hazırda Zərərçəkmiş şəxs ilə barışmış, Zərərçəkmiş şəxs ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınaraq barəsində olan məhkəməyədək sadələşdirilmiş işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 09.06.2021-ci il tarixdə saat təxminən 20:30 radələrində ünvan 3 ünvanda yerləşən piyada keçidindən keçən zaman “Toyota Prius” markalı **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobil piyada keçidində yol verməməyinə görə ona iradını bildirmişdir. Həmin avtomobilin sürücüsü avtomobilini saxlayaraq ona yaxınlaşmış, aralarında sözlü mübahisə yaranmışdır, mübahisə vaxtı ona “korsan” ifadəsini işlətdiyindən o, əli ilə sifət və sinə nahiyəsindən vuraraq onu döymüşdür. Sonra həmin yerdən avtomobili ilə çıxıb getmişdir. Onların arasında olan mübahisə bir dəqiqədən də az müddətdə baş vermişdir. Hazırda cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayətinin və tələbinin olmadığını, ona dəymiş ziyanın tam ödənildiyini nəzərə alaraq sadələşdirilmiş işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: hadisə yerinə baxış keçirilməsi haqqında 10.06.2021-ci il tarixli protokoldan və foto cədvəldən görünür ki, ünvan 2 ünvana baxış keçirilmiş, baxış zamanı Zərərçəkmiş şəxs cinayətin təfərrüatlarını hadisə yerində göstərmişdir (i.v. 11-12); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X1 11.06.2021-ci il tarixli, 491 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs burun tənəffüsünün pozulması ilə müşayiət olunan burunun yumşaq toxumasının hematoması və burun nahiyəsinin sıyrıqları, döş qəfəsinin qançırı müəyyən edilmiş, xəsarətlər bərk-küt əşyanın (əşyaların) təsirindən törənmiş, müddəti qərarda göstərilmiş 09.06.2021-ci il tarixə uyğun gəlmiş və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilmişdir (i.v. 23- 24); zərərçəkmiş qismində tanınma haqqında 11.06.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs şəxs qismində tanınmışdır (i.v. 25); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı Şəhər Narkoloji Mərkəzi” X1 12.06.2021-ci il tarixli məktubundan görünür ki, 1992-ci il təvəllüdlü, ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs BŞNM-də qeydiyyatda olmamışdır (i.v. 35); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X1 12.06.2021-ci il tarixli, 4983 saylı məktubundan görünür ki, 1992-ci il təvəllüdlü, Laçın rayonu, Lolabağırlı kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır (i.v. 36); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 16.06.2021-ci il tarixli tələbnaməsindən görünür ki, DİN BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v. 49); 21.06.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında üzləşdirmə keçirilmiş və onlar ibtidai istintaq zamanı verdikləri ifadələrini bir daha təsdiqləmişlər (i.v. 51- 52); sübutların qiymətləndirilməsi və cinayət işinin başlanmasının rədd edilməsi haqqında 27.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkib əlamətlərinin yaranmadığını nəzərə alaraq material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vuraraq ona yüngül bədən xəsarəti yetirməsi faktı iş materialları ilə tam sübuta yetirildiyindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair açılmış məhkəməyədək sadələşdirilmiş icraat materialının araşdırılmasının davam etdirilməsi, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ifadələri, MTE və PA X2 Şəxsi Xətai rayon Şöbəsinin canlı şəxsin 11.06.2021-ci il tarixli 491 saylı ekspert rəyi, 10.06.2021-ci il tarixli hadisə yerinə baxış protokolu və digər təhqiqat sənədlərinin sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır (i.v. 53-54); Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, o, özünü təqsirli bilir, Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş ziyanı ödəmiş, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir; Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmasını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın tam ödənildiyini qeyd etmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən yekun protokolda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar işə xitam verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan işə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair iş üzrə cinayət təqibinə xitam verilməsi məqsədə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir iş üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37.4, 43.3, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-339/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-339/2021
11.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver