Məhkəmə qərarları › İş №1(011)-339/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-339/2022

19.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-339/2022 19.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Kürdəmir rayonunun Axtaçı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi işlə məşğul olan, Kürdəmir rayonu, Mehdili ərazi dairəsi, Dayıkazımlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, xx.xx.2022-ci il tarixdə saat 14 radələrində dayısı Zərərçəkmiş şəxs dönər ustası kimi işlədiyi Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi 13 ünvanında yerləşən “X3” adı altında fəaliyyət göstərən kafedə şəxsi narazılıqların gərginləşməsi zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən yumruqla sonuncunun baş nahiyəsindən vurmaqla döyərək ona başın sol təpə-ənsə nahiyəsinin dərialtı hematoması kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş, sağlamlığa yüngül zərərvurmaya aid edilən bədən xəsarətləri yetirmişdir. Məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində yerləşən dönər evində 5 ildən artıqdır ki, dönərçi işləyir. xx.xx.2022-ci il tarixdə təxminən saat 14 radələrində işdən çıxıb Kürdəmir rayonuna toya gedən zaman yolda dayısı Elşən ona telefon ilə zəng vuraraq nalayiq ifadələrlə onu söyüb təhqir etmiş və o da onun söyüşlərinə görə geri qayıtmışdır. Dönər evinə çatan zaman ona nə üçün söyüş söydüyünü bildirərək, əli ilə onun baş nahiyəsindən vurmuşdur. Həmin vaxt dayısı Elşəndə onun əynində olan köynəyi dartaraq, ona əl-qol atmağa başlamışdır. Həmçinin, yenə də onun ünvanına nalayiq ifadələr işlətmişdir. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini, hazırda Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanı tam olaraq ödədiyini, Zərərçəkmiş şəxs ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək barəsində olan məhkəməyədək sadələşdirilmiş işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, ünvan 2 ünvanında yerləşən dönər evində təxminən 5 ildən artıq müddətdir ki, dönərçi işləyir. Əvvəllər bacısının oğlu Təqsirləndirilən şəxs işsiz olduğu üçün yanına gətirmiş və çörək pulu qazanması üçün ona gündəlik maaş vermişdir. Lakin sonradan Salehin oğurluq etdiyini bilib, onu uzaqlaşdırmışdır. Lakin mütəmadi olaraq Təqsirləndirilən şəxs işlədiyi yerə dəfələrlə gələrək, onunla mübahisələr etmiş və onu ölümlə hədələmişdir. Həmçinin həmin dönər evindən çıxmağını tələb etmişdir. xx.xx.2022ci il tarixdə saat 14 radələrində dönər evində olan pulda əksiklik olduğunu bilmiş və bacısının oğlu Təqsirləndirilən şəxs zəng vuraraq geri çağırmışdır. O isə dönər evinə gəlmiş və aralarında şəxsi münasibətlərin gərginləşməsi zəminində yaranan mübahisə zamanı qəsdən yumruqla baş və bədən nahiyəsinə vurmuşdur. O, dərhal DİN-nin 102 xidmətinə zəng vuraraq bu barədə məlumat vermişdir. Odur ki o, hazırda cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanı tam olaraq ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək sadələşdirilmiş işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, o, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi 13 ünvanında yerləşən dönər evində dönərçi işləyir. xx.xx.2022-ci il tarixdə təxminən saat 14 radələrində işdə olan zaman onlarla birlikdə dönərçi işləyən Təqsirləndirilən şəxs qəfildən içəri daxil olaraq dayısı Zərərçəkmiş şəxs ilə mübahisə edərək, bir-birilərinə əl-qol atmağa başlamışlar. O isə nə baş verdiyini anlamaq üçün onları ayırmışdır. Daha sonra Saleh çıxıb getmişdir. O, Elşəndən nə baş verdiyini soruşduqda o, ona kassadan pul çatmadığı üçün bacısının oğlu Salehi geri çağırmışdır. əlavə olaraq o, bildirmişdir ki, hadisə baş verən zaman dönər evində müştərilər onu gözlədiyini üçün onlara xidmət göstərmək üçün geri qayıtmışdır, ona görə də Təqsirləndirilən şəxs Elşəni vurmasını görməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X1 xx.xx.2022-ci il tarixli, 618 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs başın sol təpə-ənsə nahiyəsinin dərialtı hematoması müəyyən edilmişdir. Xəsarətlər bərkküt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərildiyi kimi xx.xx.2022-ci il tarixdə kənar şəxs tərəfindən törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilmişdir (i.v. 12-13); zərərçəkmiş qismində tanınma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs şəxs qismində tanınmışdır (i.v. 15); hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və foto cədvəldən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Q.Nəbi küçəsi ilə Sarayevo küçəsinin kəsişməsində yerləşən “X4” evinə baş vermiş hadisə ilə əlaqədar olaraq baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. 29-32); maddi sübut kimi tanınma haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 13:53-də Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi 13 ünvanında yerləşən “X4” evində baş vermiş hadisənin əks olunduğu videogörüntü olan 1 ədəd “CD-R” disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuşdur (i.v. 33- 34); videogörüntüyə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, 1 ədəd “CD-R” diskdə olan görüntüyə baxış keçirilmiş və xx.xx.2022-ci il tarixdə saat 13:53-də Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi 13 ünvanında yerləşən dönər evinə daxil olaraq dayısı Zərərçəkmiş şəxs əli ilə döyərək bədən xəsarətləri yetirməsi əks olunmuşdur (i.v. 36); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 60); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X1 xx.xx.2022-ci il tarixli xx/xx-8328 saylı məktubundan görünür ki, xx.xx.1992-ci il təvəllüdlü, Kürdəmir rayonu, Mehdili ərazi dairəsi, Dayıkazımlı kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs qeyd olunan mərkəzdə qeydiyyatda və müalicədə olmamışdır (i.v. 63); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X1 xx.xx.2022-ci il tarixli, 5155 saylı məktubundan görünür ki, xx.xx.1992-ci il təvəllüdlü, Kürdəmir rayonu, Mehdili ərazi dairəsi, Dayıkazımlı kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır (i.v. 64); sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin tərkib əlamətləri təsdiq olunmadığından, həmin xüsusat üzrə barəsində cinayət işinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair açılmış məhkəməyədək sadələşdirilmiş icraat materialının araşdırılmasının davam etdirilməsi, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ifadələri, xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış protokolunun, MTE və PA X2 Şəxsi Xətai rayon Şöbəsinin canlı şəxsin xx.xx.2022-ci il tarixli, 618 saylı ekspert rəyinin sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır (i.v. 67-71); Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, o, özünü təqsirli bilir, Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş ziyanı ödəmiş, sonuncunun ona qarşı heç bir şikayət və tələbi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir; Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmasını, ona dəymiş ziyanın ödənilməsini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı 1 ədəd “CD-R” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdə xx.xx.2022-ci il tarixdə saat 13:53-də Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi 13 ünvanında yerləşən dönər evinə daxil olaraq dayısı Zərərçəkmiş şəxs əli ilə döyərək bədən xəsarətləri yetirməsi əks olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən yekun protokolda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma— min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar işə xitam verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və Şahid ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziaynı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan işə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair iş üzrə cinayət təqibinə xitam verilməsi məqsədə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir iş üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37.4, 40.3, 43.1, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar