Məhkəmə qərarları › İş №1(011)-339/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-339/2023

26.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-339/2023 26.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şəhər Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, müdafiəçi – Bakı şəhəri 13 Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 05 aprel 1983-cü il tarixində Sabirabad rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 01 ədəd bükümdə 1,218 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 17 fevral 2023-cü il tarixdə saat 17:30-da Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində ünvan 3 ünvanının qarşısında saxlanılıb 34-cü PŞ-nə aparılmış və orada müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofana bükülmüş halda təmiz çəkisi 1,218 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 17 fevral 2023-cü il tarixdə Əhəmdli metro stansiyasından çıxarkən polis əməkdaşları ona yaxınlaşmış və onu polis şöbəsinə aparmışlar. Şöbədə narkotik vasitəni onun cibinə qoyublar. Hazırkı iş üzrə şahid olan şəxslər – Şahid1 və Şahid2 onu əməliyyat-axtarış tədbiri nəticəsində saxlayan polis əməkdaşları deyil. Onu saxlayan digər polis əməkdaşları idi. Polis Şöbəsində ona qarşı fiziki zorakılıq göstərilməmişdir. Lakin, hazırkı iş üzrə cinayət əməlini etiraf etməyəcəyi təqdirdə ona qarşı daha da ağır ittiham irəli sürəcəklərini bildirmişlər. Qeyd edilənlərə əsasən ədalətli qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə əvvəllər vermiş olduğu (məhkəməyədək icraat zamanı) və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, o, narkotik vasitə istifadəçisidir. Əvvəllər bir neçə dəfə Azərbaycan Respublikası CM-in 177 və 234-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmuşdur. 17 fevral 2023-cü il tarixdə saat təxminən 16:20-də Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Neftçilər” metrostansiyasının çıxışının yaxınlığında üzdən tanıdığı, lakin adını və haqqında başqa məlumatlarını bilmədiyi şəxsdən öz istifadəsi üçün 10 manat müqabilində bir bükümdə narkotik vasitə heroin əldə etmişdir. Həmin günü aldığı narkotik vasitəni üzərində saxlamışdı və saat təxminən 17:30-da ünvan 4 ünvanının qarşısında piyada hərəkət edən zaman ona iki nəfər mülki geyimli şəxslər yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi məşğul olduğunda şübhəli bilindiyi üçün saxlanıldığını və Xətai RPİ-nin 34-cü polis şöbəsinə dəvət olunduğunu bildirdilər. O da heç bir etiraz etmədən onlarla birlikdə polis şöbəsinə getmişdir. Şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri ona izah edilməklə təqdim olunmuş vəkilərin siyahısı əsasında seçmiş olduğu vəkilin, polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış və götürmə aparılması ətraflı izah edilmişdi. Bununla bağlı üzərində olan qeyri-qanuni və digər əşyaları masanın üzərinə qoymağı təklif olundu. Bu təklifdən sonra o əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli toz şəkilli maddəni təqdim etmişdi. Həmin bir ədəd bükümün içərisində nə olması ondan soruşulduqda, həmin bir ədəd bükümdəki kütlənin narkotik maddə olan “heroin” olmasını bildirmişdi. Həmin bükümdə olan maddə elektron tərəzidə çəkilmiş və ona məlum olmuşdu ki, həmin kütllənin ümümi çəkisi 1.51 qramdır. Ondan həmin narkotik maddəni nə vaxt və haradan almağı soruşulduqda, bildirmişdi ki, həmin maddəni həmin gün, yəni xx.xx.2023-cü il tarixdə Nizami rayonu, “Neftçilər” metrostansiyası yaxınlığında tanımadığı şəxsdən 10 manata almış və özünün istifadə etməyi üçün üzərində saxlamışdır. Bundan sonra onun üzərindən aşkar edilmiş maddə bir ədəd kağız zərfdə qablaşdırılaraq götürüldü. Bununla bağlı protokol tərtib edilmiş və o, həmin protokola tanış olaraq iştirakçılarla birgə imza etmişdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, Xətai RPİ-nin 34-cü PŞ-nin sahə inspektorudur, özü polis mayorudur. Mahiyyəti üzrə bildirmişdir ki, 17 fevral 2023-cü il tarixdə əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs Xətai rayon inzibati ərazisində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması ilə bağlı məlumat daxil olmuşdu. Şahid1 aidiyyəti üzrə raportla PŞ-nin rəhbərliyinə müraciət etmişdi və Təqsirləndirilən şəxs qanunsuz əməllərin ifşa edilməsi məqsədi ilə o və Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdı. Qrupun rəhbəri Şahid1 o isə üzvü təyin olunmuşdu. Bundan sonra o, Şahid1 ilə birlikdə ünvan 4 ünvanın qarşısına getmişlər və orada müşahidə aparmışlar. Saat 17:30 radələrində bir nəfər zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar olan şəxsi görüb ona yaxınlaşaraq özlərinin polis əməkdaşı olduğunu bildirmişlər və ondan anket məlumatları barədə maraqlanmışlar. Həmin şəxs anket məlumatların bildirdikdən sonra onlar tam əmin olmuşdurlar ki, həmin şəxs Təqsirləndirilən şəxsdur və ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşqul olmaqda şübhəli olduğunu bildirirək onlarla birlikdə polis şöbəsinə keçməyi xahiş etmişdir. Təqsirləndirilən şəxs onlara öz razılığını bildirmişdi və onlar onu əllərini ciblərinə salmağa imkan verməyərək Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati binasına gətirmişlər və bu barədə raportla müraciət etmişlər. Daha sonra həmin bölmənin baş təhqiqatçısı, polis kapitanı Fərid Abbasov xidməti otağında Təqsirləndirilən şəxs təyin edilmiş müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış və götürmə hərəkətinin aparılacağı bildirilmiş və ona hüquq və vəzifələri izah edilmişdi. Daha sonra Təqsirləndirilən şəxs üzərində hər hansı qeyri-qanuni əşya, maddə və predmetin olması barədə sual verilmişdi, olduğu halda könüllü olaraq təqdim edilməsi xahiş olunmuşdu. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan bükümdə qəhvəyi rəngli, toz şəkilli kütlə çıxarıb təqdim edərək onun narkotik vasitə olan heroin olmasını, həmin narkotik vasitəni “Neftçilər” metrostansiyasının yanında anket məlumatlarını bilmədiyi şəxdən özünün istifadəsi üçün aldığını bildirmişdi. Həmin bükümün içində qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik kütlə aşkar edilmişdi. Təqsirləndirilən şəxs təqdim etdiyi bir bükümdə heroinə bənzər maddə bükümlə birlikdə elektron tərəzidə çəkilərək onun 1,51 qram olduğu tərəzidə göründü. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd bükümdəki maddə ağ rəngli zərfdə qablaşdırılmış, möhürlənmişdir. Bununla bağlı protokol tərtib olunmuşdu, ucadan oxunmuşdu və iştirakçılar tərəfindən imzalanmışdı. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, 18 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. əməliyyat qrupunun yaradılması barədə qərardan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 Təqsirləndirilən şəxs satış məqsədi olmadan mütəmadi olaraq üzərində narkotik vasitələrin qanunsuz saxlaması və qəbul etməsi barədə məlumat daxil olmuş, xx.xx.2023-cü il tarixdə Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin s/i, polis mayoru Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, qərar Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin ə/m polis baş leytenantı Şahid1 tərəfindən qəbul edilmiş və Polis Şöbəsinin rəisi polis polkovnik leytenantı Məhşur Hüseynov tərəfindən təsdiq edilmişdir. əməliyyat qrupunun yaradılması barədə əmrdən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 Təqsirləndirilən şəxs satış məqsədi olmadan mütəmadi olaraq üzərində narkotik vasitələrin qanunsuz saxlaması və qəbul etməsi barədə məlumat daxil olmuş, xx.xx.2023-cü il tarixdə əməliyyat qrupu yaradılmış, Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin s/i, polis mayoru Şahid2 həmin qrupun üzvü, Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin ə/m polis baş leytenantı Şahid1 isə qrup rəhbəri təyin edilmiş və həmin Polis Şöbəsinin rəisi polis polkovnik leytenantı Məhşur Hüseynov tərəfindən verilmişdir. əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 Təqsirləndirilən şəxs satış məqsədi olmadan mütəmadi olaraq üzərində narkotik vasitələrin qanunsuz saxlaması və qəbul etməsi barədə məlumat daxil olmuş və onun ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılmış, qərar Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin ə/m polis baş leytenantı Şahid1 tərəfindən qəbul edilmiş və Polis Şöbəsinin rəisi polis polkovnik leytenantı Məhşur Hüseynov tərəfindən təsdiq edilmişdir. əməliyyat qrupunun təşkil edilməsi barədə xx.xx.2023-cü protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 Təqsirləndirilən şəxs satış məqsədi olmadan mütəmadi olaraq üzərində narkotik vasitələrin qanunsuz saxlaması və qəbul etməsi barədə məlumat daxil olmuş, bununla bağlı əməliyyat qrupu təşkil edilmişdir. Protokol Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin ə/m polis baş leytenantı Şahid1 tərəfindən tərtib edilmiş və Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin s/i, polis mayoru Şahid2 da iştirak etmişdir. müdafiəçinin təyin edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan, müdafiəçinin şübhəli şəxsə təqdim edilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan və şübhəli şəxsə hüquq və vəzifələrinin izah edilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçi təyin edilmiş və ona hüquq və vəzifələri izah edilmişdir. şübhəli şəxsin tutulması barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17:30-da tutulmuşdur. şəxsi axtarış və götürmə barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, sözügedən istintaq hərəkəti aparılarkən Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin baş təhqiqatçısı polis kapitanı Fərid Abbasov, Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin ə/m polis baş leytenantı Şahid1, Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin s/i, polis mayoru Şahid2, şübhəli şəxs Təqsirləndirilən şəxs və şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X3 iştirak etmişdir. Xətai RPİ-nin 34-cü PŞ-də Şahid1 Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitə qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş məlumat əsasında Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbiri zamanı sonuncu 17 fevral 2023-cü il tarixdə saat 17:30 radəiərində ünvan 4 ünvanın qarşısında Xətai RPİnin 34-cü PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati binasına gətirilmiş, videoçəkilişdən istifadə edilməkdə üzərində şəxsi axtarış aparılan zaman, ona üzərində qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan bükümdə qəhvəyi rəngli, toz şəkilli kütlə çıxarıb təqdim edərək onun heroin olduğunu və həmin gün saat 16:20 radələrində Bakı şəhəri, Nizami rayonu, ‘'Neftçilər” metrostansiyasının yanında anket məlumatların bilmədiyi şəxsdən almasını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir bükümdəki heroinə bənzər maddə bükümlə birlikdə elektron tərəzidə çəkilərək onun 1,51 qram olduğu tərəzidə görünmüşdür. Daha sonra həmin büküm ağ rəngli zərfə qoyulmuş, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/999 nömrəli 18 fevral 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs”, imzalar və möhür olan zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 1,218 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. elektron daşıyıcıda olan videogörüntüyə baxış keçirilməsi haqqında 18 fevral 2023-cü il tarixli protokoldan görünür ki, həmin görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 17 fevral 2023-cü il tarixli protokola uyğun olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-122/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanması müəyyən edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Məmmədov X2 Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilindiyinə görə 02 il müddətinə azadlıqdan məhrum cəzasına məhkum edilmiş və xx.xx.2010-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilindiyinə görə 02 il müddətinə azadlıqdan məhrum cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2016-cı il tarixli amnistiya qərarına əsasən təyin edilmiş cəza 06 ay azaldılmış və xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilindiyinə görə 02 il 06 ay müddətinə azadlıqdan məhrum cəzasına məhkum edilmiş və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikasının CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsinin xx.xx.2023-cü il tarixli 1093 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür Məhkəmə iclasında elektron daşıyıcıda diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, həmin görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 17 fevral 2023-cü il tarixli protokola uyğundur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə, təqsirləndirilən şəxsin ona elan edilmiş ittihamda özünü təqsirli bilməməsinə dair ifadəsinə tənqidi yanaşır və hesab edir ki, özünü müdafaiə xarakterlidir, o cümlədən ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki,iş materiallarında olan əməliyyat qrupunun yaradılması, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərarlar, əməliyyat qrupunun təşkil edilməsi barədə protokol, şəxsi axtarış və götürmə aparılması barədə protokol, təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsi məqsədilə ona müdafiəçinin təyin edilməsi, aparılan istintaq hərəkətlərində xüsusilə də şəxsi axtarış və götürmə aparılması zamanı müdafiəçinin iştirakının təmin edilməsi (həmçinin müdafiəçənin iştirakı ilə aparılması), o cümlədən şəxsi axtarış və götürülmənin aparılmasının videoçəkilişinə, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə şübhəli şəxs və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrin əks olunduğu dindirmə protokollarına əsasən müəyyən edilir ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında göstərdiyi xüsusatlar hansılar ki, şöbədə narkotik vasitənin onun cibinə qoyulması faktı, hazırkı iş üzrə şahid olan şəxslər – Şahid1 və Şahid2 əməliyyat-axtarış tədbiri nəticəsində onu saxlayan polis əməkdaşları olmaması və hazırkı iş üzrə cinayət əməlini etiraf etməyəcəyi təqdirdə ona qarşı daha da ağır ittiham irəli sürəcəklərinin iddia edilməsi həqiqətə uyğun deyil. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 1,218 qram olan narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə tərəfindən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlinin xarakterini, cinayətin törədilməsi hallarını, cinayətin ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin törətdiyi əmələ münasibətini nəzərə alaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasından aşağı həddə cəzanın təyin edilməsi üçün müstəsna hallar, eləcə də cəzanın şərti tətbiq edilməsi üçün əsaslar yoxdur. Bu baxımdan məhkəmə qeyd edir ki, cəzanın əsas məqsədlərindən olan məhkumun islah olunması və qanunla qorunan ictimai münasibətlərin toxunulmazlığı və başqa şəxslərin qanunla qorunan hüquqlarına hörmət hissinin formalaşdırılması baxımından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzasının təyin edilməsi qanuni və ədalətlidir, həm də cəzanın məqsədinə uyğundur. İşin yuxarıda qeyd edilən hallarına görə həmin maddə ilə nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının məhkuma tətbiq edilməsi cəzanın məqsədlərinə nail olmaq üçün yetərli deyildir. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun 17 fevral 2023-cü il tarixdən həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 17 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 1,168 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırkı cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 17 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 1,168 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs oğlundan tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar