Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-34/2022 11.01.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xətai rayonu, ünvan 2nında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, özgənin əmlakını talama məqsədi ilə 07 avqust 2021-ci il tarixdə, saat 01 radələrində Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin dəmir qapısı üzərində olan qıfılı dəmir parçası vasitəsi ilə sındırıb qapını açaraq, oraya qanunsuz daxil olub oradan 02 ədəd sellofan torbalarda olan 260 manat dəyərində 13 ədəd qutuda üzərində “Skin Doctor, Keratin, Serum, 100 ml, made in Tailand” markalanma yazıları olan keratinlər; 108 manat dəyərində 06 ədəd üzərində “Trichup, 400 ml, made in İndia” markalanma yazıları olan təzə şampunlar; 75 manat dəyərində 05 ədəd üzərində “Sunscreen, 250 ml, made in Tailand” markalanma yazıları olan günə qarşı təzə losyonlar; 600 manat dəyərində 10 ədəd qutuda üzərində “Slimming 60 capsul” markalanma yazıları olan arıqladıcı dərmanlar; 1200 manat dəyərində hər birinin içində 10 ədəd olmaqla 04 ədəd qutuda üzərində “Yuoto, XXL, made in China” markalanma yazıları olan elektron siqaretlər; 1200 manat dəyərində, hər birinin içində 10 ədəd olmaqla 04 ədəd qutuda üzərində “Kingpro, 5 ml, 5 %” markalanma yazıları olan elektron siqaretlər; 150 manat dəyərində içində 50 ədəd olmaqla 01 ədəd qutuda “Kingedward” markalı siqarlar; 225 manat dəyərində 05 ədəd qutuda “Moods, 12 premium, Sunshine filter” markalı tütün məmulatları; 250 manat dəyərində 10 ədəd qutuda “Moods, 20 premium, Gold filter” markalı tütün məmulatları və 192 manat dəyərində 40 ədəd qutuda “Parlament” markalı siqaret məhsullarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 4260 (dörd min iki yüz altmış) manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, maddi cəhətdən vəziyyəti yaxşı olmadığından və ailəsinin ehtiyaclarını təmin etməkdə çətinlik çəkdiyindən, qonşuluqda yaşayan qadından borc olaraq 1000 manat pul götürmüş və borcu tezliklə qaytaracağına söz vermişdir. Lakin, bir neçə gün işləyib pulu ödəyə bilmirdi. 07 avqust 2021-ci il tarixdə, gecə saatlarında fikirli olduğu üçün, evdən çıxıb bir az gəzmək istəmişdir. Saat təxminən 01 radələrində yaşadığı evin yaxınlığında gəzərkən, Babək prospektində yerləşən “Yağmur” mebel mağazasanın arxasında olan binanın birinci mərtəbəsində qapısı bağlı vəziyyətdə olan qeyri-yaşayış sahəsini görmüşdür. Həmin yerin dəmir qapısı qıfıl ilə bağlanmışdır. Həmin vaxt o, oğurluq etmək qərarına gəlmiş və qapının üstündə olan qıfılı sındırmaq üçün ətrafda alət axtarmağa başlamışdır. Tapdığı dəmir alət vasitəsi ilə qapının üstündə olan qıfılı sındırmışdır. Qapını açıb içəri daxil olduqda, orada mətbəx otağına oxşar otağın olduğunu görmüşdür. Həmin otaqda dəyərli ola biləcək əşya görmədiyi üçün, oradan içəri keçib qonaq otağına oxşar yerdə bir ədəd divanın olduğunu görmüşdür. Həmin divanın üzərində 02 ədəd sellofan torbalar var idi. O, həmin sellofan torbalarda siqaret qutularının olduğunu görmüşdür. Həmin vaxt 02 ədəd sellofan torbaları divanın üzərindən götürüb, oraya daxil olduğu qapıdan çıxaraq getmişdir. Qıfılı sındırmaq üçün istifadə etdiyi aləti qaranlıq bir yerdə ataraq, torbalar ilə birlikdə yaşadığı evə getmişdir. Evə çatdıqda o, ailəsinin evə gətirdiyi əşyaları görməməklərindən ötrü, evə arxa hissədən gəlib torbaları anbara yerləşdirmiş, daha sonra evə getmişdir. Səhər vaxtı isə evdən çıxaraq, anbara keçib torbalara baxıb orada “Parlament” markalı siqaretlərin, elektron siqaretlərin, çox saylı müxtəlif markalı gigiyena vasitələrinin (şampun, kremlər və s.) olduğunu görmüşdür. Torbalarda olan siqaretlərin və gigiyena vasitələrinin dəqiq sayını bilmirdir. O, torbadan təxminən 04 blok hər birinin içində 10 ədəd qutu olan “Parlament” siqaretləri və markası dəqiq yadında olmayan hər qutuda 10 ədəd olmaqla 02 ədəd qutularda olan elektron siqaretləri götürüb satmaq fikrində olmuşdur. Siqaretləri götürüb bir iki yerlərə yaxınlaşıb satmağa çalışmış, lakin siqaretlərin aksizi olmadığına görə sata bilməmişdir. Buna görə də o, maşın bazarının yaxınlığında siqaret alveri ilə məşğul olan, tanımadığı şəxsə yaxınlaşıb 02 ədəd blokda olan “Parlament” markalı siqaretləri 140 manata, digər 02 ədəd blok “Parlament” markalı siqaretləri tanımadığı siqaret satıcısına 130 manata satmışdır. Həmçinin o, bundan sonra “Nərimanov” metrostansiyası tərəfə gedib, 02 ədəd qutuların içində olan elektron siqaretləri siqaret dükanın yaxınlığında olan bir neçə tanımadığı şəxslərə ümumilikdə 130 manata satmışdır. Tütün məmulatlarını satdıqdan sonra, qonşusuna olan borcunu ödəmişdir. Borcunu bağladığı üçün, torbada oğurladığı digər əşyaları satmaq fikrində deyildir. Həmin gün evə gəlib, anbarda saxladığı torbaları mətbəxdə olan şkafın altına qoyub gizlətmişdir. 11 avqust 2021-ci il tarixdə, günorta saatlarında evdə olduğu zaman, polis əməkdaşları qapını döyərək özlərini təqdim etmiş və onun oğurluq etməkdə şübhəli olduğunu bildirmişdirlər. O, həmin zaman yalan danışmağın heç bir əhəmiyyəti olmadığını başa düşüb, törətdiyi cinayəti etiraf etmişdir. Həmçinin, mətbəxdə torbalarda saxladığı əşyaları polislərə təqdim etmişdir. Polis əməkdaşlarının iştirakı ilə torbalarda olan əşyalara baxdıqda, orada 13 ədəd qutuda “Skin Doctor” markalı keratinlər, 05 ədəd “Trichup” markalı şampunlar, 03 ədəd günə qarşı losyonlar, 09 ədəd qutuda “Slimming” markalı arıqladıcı dərmanlar, içində 08 ədəd “Yuolo” markalı elektron siqaretlər olan qutu, içində 04 ədəd “Kingpro” markalı elektron siqaretlər olan qutu, içində 47 ədəd “Kingedward” markalı siqarlar olan qutu, o cümlədən 04 ədəd qutuda “Moods” markalı tütün məmulatları aşkar olunmuşdur. Polis əməkdaşlarının iştirakı ilə torbalara baxış keçirilməzdən əvvəl, orada olan əşyaların dəqiq sayını bilmirdi. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, o, Xətai rayonu, Babək prospekti 76 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin sahibidir. Həmin sahə 2 otaqlıdır, mətbəx və qonaq otağından ibarətdir. Orada çox vaxt özünə məxsus əşyaları saxlayır. O, həmin yerdə özünə məxsus “Ronald” markalı sintezatoru saxlayır. Həmçinin, Dubay şəhərindən aldığı müxtəlif markalı şəxsi gigiyena vasitələri, elektron və tütün məmulatlarını torbalara yığıb, oraya aparmışdır. 06 avqust 2021-ci il tarixdə, saat 23 radələrində həmin əşyaları orada qoyub qardaşı ilə birlikdə oradan çıxaraq, həmin yerin dəmir qapısını qıfıl ilə bağlamışdır. 07 avqust 2021-ci il tarixdə, saat 09 radələrində oraya getdikdə isə qapının açıq vəziyyətdə olduğunu və üzərində olan qıfılın ümumiyyətlə olmadığını aşkar etmişdir. İçəri keçdikdə o, ilk öncə mətbəxdən oğurluq edildiyini aşkar etməmişdir. Bir az içəri daxil olduqda, qonaq otağında masanın üzərində olan 800 manat dəyərində “Ronald” markalı sintezatorun oğurlandığını aşkar etmişdir. Həmçinin, sintezatorun yanında olan 02 ədəd təkərli yol çantaları da oğurlanmışdır. Həmin çantaların hər birinin qiyməti 50 manat idi. Daha sonra o, qonaq otağında divanın üzərində olan bir ədəd torbada qoyduğu Dubay şəhərindən gətirdiyi müxtəlif markalı gigiyena vasitələrinin oğurlandığını aşkar etmişdir. Divanın üzərində olan torbanın içində 13 ədəd “Skin Doctor” markalı keratinlər, 06 ədəd “Trichup” markalı şampunlar, 05 ədəd günə qarşı losyonlar var idi. Ümumilikdə həmin torbada olan vasitələrin qiyməti 350 manat təşkil edirdi. Daha sonra o, mətbəxə baxmış və soyuducunun yanında olan masanın üzərində 01 ədəd torbanın içində 10 ədəd qutuda “Slimming” markalı arıqladıcı dərmanlar, 04 ədəd qutuda “Kingpro” və “Yuolo” markalı elektron siqaretlər və 06 ədəd “Rolex” markalı qol saatlarının oğurlandığını aşkar etmişdir. Ümumilikdə həmin torbada olan əşyaların qiyməti 1800 manat təşkil edirdi. Daha sonra o, mətbəxdə olan divanın yanında 01 ədəd torbada saxladığı 04 ədəd blokda (hər birinin içində 10 ədəd qutu olmaqla) olan “X4” markalı siqaretlərin, 01 ədəd qutuda içində 50 ədəd siqar olan “Kingedward” markalı siqarların, 03 ədəd blokda olan “Moods” markalı tütünün oğurlandığını aşkar etmişdir. Həmin torbada olan əşyaların qiyməti ümumilikdə 960 manat təşkil edirdi. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə polis əməkdaşlarına məlumat vermiş və oraya polis əməkdaşları yaxınlaşıb, hadisə yerinə baxış keçirmişlər. Sonradan məlum olmuşdur ki, istifadəsində olan sahədən oğurluğu edən Təqsirləndirilən şəxs adlı şəxsdir. Həmin şəxs 02 ədəd torbalarda olan 13 ədəd qutuda “Skin Doctor” markalı keratinlər, 05 ədəd “Trichup” markalı şampunlar, 03 ədəd günə qarşı losyonlar, 09 ədəd qutuda “Slimming” markalı arıqladıcı dərmanlar, içində 08 ədəd “Yuolo” markalı elektron siqaretlər olan qutu, içində 04 ədəd “Kingpro” markalı elektron siqaretlər olan qutu, içində 47 ədəd “Kingedward” markalı siqarlar olan qutu, o cümlədən 04 ədəd qutuda “Moods” markalı tütünləri ona qaytarmışdır. Lakin, oğurlanmış əşyaların qalan hissəsi hal-hazıradək qaytarılmamışdır. Göstərilənləri nəzərə alaraq, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid göstərmişdir ki, o, 2004-cü ildə Təqsirləndirilən şəxs ilə rəsmi nikaha daxil olmuşdur. 2011ci ildə Natiq oğurluğa görə məhkum olunaraq, azadlıqdan məhrum edilmiş, 2017-ci ildə isə azadlığa buraxılmışdır. Əri Natiq taksi fəaliyyəti ilə məşğul olaraq ailəni dolandırırdır. Lakin buna baxmayaraq, ailə maddi cəhətdən çətinlik çəkirdi. 07 avqust 2021-ci il tarixdə, gecə saatlarında Natiq işdən sonra evə gəlmişdir. Həmin günün səhəri, günorta saatlarında Natiq evə 02 ədəd sellofan torbalar gətirmiş və onları evin mətbəxinə yerləşdirmişdir. Həmin torbalara baxdıqda, içində müxtəlif markalı tütün məmulatlarının və gigiyena vasitələrinin olduğunu görmüşdür. Həmin mallar xarici ölkədən gətirilmişdir. O, Natiqdən bu malları haradan əldə etdiyini soruşmuşdur. Natiq cavabında məhəllədə olan tanışının bu torbaları içindəki malları satmaq üçün verdiyini bildirmişdir. O, həmin şəxsin kim olması barədə sual verdikdə, Natiq onun həmin şəxsi tanımadığını söyləmişdir. Bir neçə gün ərzində həmin mallar evdə qalmışdır. 11 avqust 2021-ci il tarixdə, günorta saatlarında onlar evdə olduqları zaman, polis əməkdaşları qapını döyərək özlərini təqdim edib, Natiqin oğurluq törətməkdə şübhəli olduğunu bildirmişdirlər. Bundan sonra, Natiq oğurluq etdiyini etiraf edib, mətbəxdə iki ədəd torbalarda olan əşyaları polis əməkdaşlarına təqdim etmişdir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs 07 avqust 2021-ci il tarixdə iki ədəd sellofan torbalarda gətirdiyi malları qonşuluqda olan qeyri-yaşayış sahəsindən oğurlamışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında protokoldan görünür ki, cinayət işinin istintaqı ilə əlaqədar Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 76 ünvanında yerləşən qeyri-yaşayış sahəsində baş vermiş oğurluq hadisəsi ilə bağlı hadisə yerində quraşdırılmış videomüşahidə kamerasında qeydə alınmış görüntülər köçürülmüş 01 ədəd diskə baxış zamanı müəyyən edildi ki, görüntüdə qara rəngli papaq, qabağı açıq şəkildə olan göy və ağ rəngli köynək geyinmiş bir nəfər şəxsin məhəllədə gəzib ətrafa baxması müşahidə edilir. Görüntüdə qeydə alınan şəxsin həmin məhəllədə olan binanın birinci mərtəbəsində yerləşən qapısını açması müşahidə edilir. Təqsirləndirilən şəxs bildirmişdir ki, görüntüdə qeydə alınan şəxs onun özüdür, ilk olaraq, o, ətrafa baxıb kənar şəxslərin olmadığına əmin olub orada olan qeyri-yaşayış sahəsinin dəmir qapısını küçədə tapdığı dəmir alət vasitəsi ilə açaraq, içəri daxil olub, oradan oğurluq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 oktyabr 2021-ci il tarixli, 9/6490 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş tədqiqat obyektlərinin 2021-ci ilin sentyabr ayına respublikadaxili orta bazar pərakəndə satış qiymətləri təxminən aşağıdakı kimi müəyyən edilir: 13 ədəd üzərində “Skin Doctor, Keratin, Serum, 100ml, made in Tailand” markalanma yazıları olan qutuda təzə keratinlər 260 manat; 05 ədəd üzərində “Trichup, 400ml, made in İndia” markalanma yazıları olan təzə şampunlar 90 manat; 03 ədəd üzərində “Sunscreen, 250ml, made in Tailand” markalanma yazıları olan günə qarşı təzə losyonlar 45 manat; 09 ədəd qutuda üzərində “Slimming 60 capsul” markalanma yazıları olan arıqladıcı dərmanlar 540 manat; 08 ədəd üzərində “Yuoto, XXL, made in China” markalanma yazıları olan qutunun içində elektron siqaretlər 240 manat; 04 ədəd üzərində “Kingpro, 5 ml, 5%” markalanma yazıları olan qutunun içində elektron siqaretlər 120 manat; 47 ədəd içində “Kingedward” markalı siqarlar olan qutu 141 manat; 02 ədəd qutuda “Moods, 12 premium, Sunshine filter” markalı tütün məmulatları 90 manat; 02 ədəd qutuda “Moods, 20 premium, Gold filter” markalı tütün məmulatları 50 manat. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs məxsus 02 ədəd torbalarda olan 13 ədəd qutuda “Skin Doctor” markalı keratinlər, 05 ədəd “Trichup” markalı şampunlar, 03 ədəd günə qarşı losyonlar, 09 ədəd qutuda “Slimming” markalı arıqladıcı dərmanlar, içində 08 ədəd “Yuolo” markalı elektron siqaretlər olan qutu, içində 04 ədəd “Kingpro” markalı elektron siqaretlər olan qutu, içində 47 ədəd “Kingedward” markalı siqarlar olan qutu, o cümlədən 04 ədəd qutuda “Moods” markalı tütün cinayət işi üzrə maddi sübut kimi tanınaraq, sahibinə qaytarılmışdır. Həmçinin, iş materiallarından görünür ki, baş vermiş oğurluq cinayətini əks etdirən videomüşahidə kamerasında qeydə alınmış görüntülər olan 01 ədəd disk cinayət işi üzrə maddi sübut kimi tanınaraq, iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs 800 manat dəyərində “Ronald” markalı sintezator, 100 manat dəyərində 02 ədəd təkərli yol çantaları və 06 ədəd 600 manat dəyərində “Rolex” markalı qol saatlarını oğurlaması faktı sübuta yetirilmədiyindən, qeyd olunan əşyalar ona elan ediləcək ittihamdan çıxarılmışdır. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 11 avqust 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 23 avqust 2021-ci il tarixli tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-732/2012 nömrəli, 01 oktyabr 2012-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3 və 177.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli 21 oktyabr 2011-ci il tarixdən hesablanmışdır. Eyni zamanda, iş materiallarında olan Qobustan Rayon Məhkəməsinin 7(026)- 244/2017 nömrəli, 20 dekabr 2017-ci il tarixli qərarından görünür ki, xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2017-ci il tarixli Qanununa əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3 və 177.3.2-ci maddələrindən həmin Məcəllənin 177.2.1, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələrinə tövsif olunmuş, ona təyin edilmiş 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası 5 (beş) ilə endirilmiş, cəzasının əvvəli xx.xx.2011-ci il tarixdən hesablanmaqla, Təqsirləndirilən şəxs cəzasını çəkib qurtarmış hesab edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, hazırda Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 11 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan - Zərərçəkmiş şəxs məxsus 02 ədəd torbalarda olan 13 ədəd qutuda “Skin Doctor” markalı keratinlər, 05 ədəd “Trichup” markalı şampunlar, 03 ədəd günə qarşı losyonlar, 09 ədəd qutuda “Slimming” markalı arıqladıcı dərmanlar, içində 08 ədəd “Yuolo” markalı elektron siqaretlər olan qutu, içində 04 ədəd “Kingpro” markalı elektron siqaretlər olan qutu, içində 47 ədəd “Kingedward” markalı siqarlar olan qutu, o cümlədən 04 ədəd qutuda “Moods” markalı tütünün sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınan - baş vermiş oğurluq cinayətini əks etdirən videomüşahidə kamerasında qeydə alınmış görüntülər olan 01 ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 75 (yetmiş beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; cəzasının əvvəli 11 avqust 2021-ci il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan - Zərərçəkmiş şəxs məxsus iki ədəd torbalarda olan 13 ədəd qutuda “Skin Doctor” markalı keratinlər, 05 ədəd “Trichup” markalı şampunlar, 03 ədəd günə qarşı losyonlar, 09 ədəd qutuda “Slimming” markalı arıqladıcı dərmanlar, içində 08 ədəd “Yuolo” markalı elektron siqaretlər olan qutu, içində 04 ədəd “Kingpro” markalı elektron siqaretlər olan qutu, içində 47 ədəd “Kingedward” markalı siqarlar olan qutu, o cümlədən 04 ədəd qutuda “Moods” markalı tütünün sahibinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınan - baş vermiş oğurluq cinayətini əks etdirən videomüşahidə kamerasında qeydə alınmış görüntülər olan 01 ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 75 (yetmiş beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(011)-34/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-34/2022
11.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver