Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-34/2025 21.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi – 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.2001-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 1, mənzil 3-də qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sonuncunun təhsil aldığı Bakı Avrasiya Universitetinin “Biznesin idarəedilməsi” fakültəsində 28 fənn üzrə yaranmış kəsr məsələsinin həll edilməsində köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanda yerləşən “Bolmart” supermarketində quraşdırılmış eManat elektron ödəmə terminalı vasitəsilə cinayətkar niyyətindən xəbərsiz olan tanışı Şahid1 adına olan, “Leobank”a aid olan ******58798699 nömrəli bank kartına bağlı olan bank hesabına köçürdüyü 350 manat, xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanda yerləşən «Araz» supermarketində quraşdırılmış eManat elektron ödəmə terminalı vasitəsilə cinayətkar niyyətindən xəbərsiz olan tanışı Şahid4 adına olan, "xxxx" ASC-yə aid olan 416973******9701 nömrəli bank kartına bağlı olan bank hesabına köçürdüyü 3150 manat, Zərərçəkmiş şəxs imtahanlara buraxılması üçün 2022-ci ilin təhsil ödənişindən qalıq qalmış 400 manat pul vəsaitini Universitetə ödəmək lazım olduğunu bildirib bu məqsədlə Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanda yerləşən «Araz» supermarketində quraşdırılmış MilliÖn və eManat elektron ödəmə terminalları vasitəsilə cinayətkar niyyətindən xəbərsiz olan tanışı Şahid2 adına olan, "xxxx" ASC-yə aid olan 5213******7596 nömrəli bank kartına bağlı olan bank hesabına iki dəfəyə köçürdüyü 400 manat, Zərərçəkmiş şəxs imtahanlara buraxılması üçün növbəti tədris ilinin təhsil ödənişi olan 1600 manat pul vəsaitini Universitetə ödəmək lazım olduğunu bildirib bu məqsədlə Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə yaşadığı ünvan 3 ünvanda mobil telefonuna yüklənmiş «Leobank» mobil tətbiqi vasitəsilə adına olan «Leobank» kartına bağlı olan bank hesabına köçürdüyü 400 manat, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə həmin ünvanda mobil telefonuna yüklənmiş «Leobank» mobil tətbiqi vasitəsilə adına olan «Leobank» kartına bağlı olan bank hesabına köçürdüyü 400 manat və Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə yaşadığı ünvan 5 ünvanda mobil telefonuna yüklənmiş «Leobank» mobil tətbiqi vasitəsilə adına olan «Leobank» kartına bağlı olan bank hesabına köçürdüyü 800 manat pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirib Zərərçəkmiş şəxs ümumilikdə 5500 (beş min beş yüz) manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ilkin olaraq Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş zərəri tam olaraq ödədiyini, zərərçəkmiş şəxslə barışmasını, həmçinin dövlət hesabına vurulmuş zərərin 25% yəni, 1375 manat ödəməsinin nəzərə alaraq onun işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini, hal-hazırda ona dəymiş zərərin tam olaraq ödənilməsini, təqsirləndirilən şəxslə barışmasını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2022-ci ilin sentyabr ayının əvvəlində həmin vaxt işlədiyi 9-cu mkrda yerləşən «Bolmart» supermarketində tanış olmuşdur. Belə ki, orada elektron qəlyan satırdı. Fuad isə müştərisi olmuşdur. Aralarında ünsiyyət yaranmış və əlaqə saxlamaq üçün bir-birinə mobil nömrələrini vermişlər. 10 sentyabr 2022-ci il tarixdə günorta saatlarında Fuad zəng edərək bir nəfər şəxsin ona pul borclu olduğunu, öz bank kartının bloklandığını bildirmiş və xahiş etmişdir ki, ona bank kartının fotoşəkilini atsın ki, ona pul borclu olan şəxs pulu onun bank kartına köçürtsün, o da sonradan həmin pulu nağdlaşdırıb versin. Etiraz etməmişdir. Həmin gün saat 17:22-də «Leobank»a aid olan, özünə məxsus bank kartına bağlı olan bank hesabına 350 manat pul köçürülmüşdür. Bu haqda Fuada demiş, Fuad isə bankla danışıb bank kartını blokdan çıxartdığını, 350 manat puldan 20 manatı özünə saxlamağı demiş, qalan 330 manatı isə onun bank kartına bağlı olan bank hesabına köçürtməyi xahiş etmişdir. Fuadın dediyi kimi etmiş – 20 manatı özünə saxlayıb, 330 manatı Fuadın bank kartına bağlı olan bank hesabına köçürtmüşdür. 350 manat pulun kim tərəfdən və hansı məqsədlə göndərildiyini bilmir. Fuad da bu haqda ona heç nə deməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış şahidlər Şahid2, Şahid3 və Şahid4 məhkəmə iclasına gəlməmiş, Şahid4 məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini, səhhəti ilə əlaqədar məhkəməyə gələ bilməyəcəyini bildirmişdir. Məhkəmə iştirak etməyən şahidlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması barədə 19 mart 2024-cü il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs müraciəti əsasında Xətai RPİ-nin İŞ-də toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (i.v. 1); Zərərçəkmiş şəxs tərəfindən Azərbaycan Respublikasının Baş Prokuroruna ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Fuad adlı şəxs ona 5500 (beş min beş yüz) manat məbləğində dəyərində maddi zərər vurmuşdur, qanuni tədbir görülməsini xahiş etmişdir.(i.v.10-11) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 07 ay 28 gün müddətinə azadlıqdan məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (i.v 51-52); Xətai Rayon Məhkəməsinin 1(011)-500/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və qəti olaraq 02 il 07 ay 28 gün müddətinə azadlıqdan məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.(i.v.53-79) xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, həmin tarixdə Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində fəaliyyət göstərən «Bolmart» supermarketində quraşdırılmış eManat elektron ödəmə terminalı vasitəsilə Şahid1 adına olan ******58798699 nömrəli bank kartına bağlı olan bank hesabına 350 manat pul köçürülmüşdür.(i.v82) zərərçəkmiş şəxs qismində tanınma haqqında 02 aprel 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v.88) xx.xx.2022-ci il tarixli qəbzin surətinə əsasən həmin tarixdə Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində fəaliyyət göstərən «Bolmart» supermarketində quraşdırılmış eManat elektron ödəmə terminalı vasitəsilə Şahid1 adına olan ******58798699 nömrəli bank kartına bağlı olan bank hesabına 350 manat pul köçürülmüşdür. (i.v96) xx.xx.2022-ci il tarixli qəbzin surətinə əsasən həmin tarixdə ünvan 2 ünvanda fəaliyyət göstərən «Araz» supermarketində quraşdırılmış eManat elektron ödəmə terminalı vasitəsilə 416973******9701 nömrəli bank kartına bağlı olan bank hesabına 3150 manat pul köçürülmüşdür. (i.v97) xx.xx.2022-ci il tarixli qəbzin surətinə əsasən həmin tarixdə ünvan 2 ünvanda fəaliyyət göstərən «Araz» supermarketində quraşdırılmış MilliÖn elektron ödəmə terminalı vasitəsilə 5213 6751 8388 7596 nömrəli bank kartına bağlı olan bank hesabına 300 manat pul köçürülmüş, xx.xx.2022-ci il tarixli qəbzin surətinə əsasən həmin tarixdə ünvan 2 ünvanda fəaliyyət göstərən «Araz» supermarketində quraşdırılmış eManat elektron ödəmə terminalı vasitəsilə 5213********7596 nömrəli bank kartına bağlı olan bank hesabına 100 manat pul köçürülmüşdür. (i.v99) Cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən tərtib edilmiş hesabdan çıxarışa əsasən Zərərçəkmiş şəxs adına olan, «Leobank»a aid olan 4098**** **** 2937 nömrəli bank kartına bağlı olan bank hesabından Təqsirləndirilən şəxs adına olan bank hesabına xx.xx.2023-cü il tarixdə 400 manat, xx.xx.2023-cü il tarixdə 400 manat və xx.xx.2023-cü il tarixdə 800 manat pul köçürülmüşdür. (i.v107-108) 15 fevral 2024-cü il tarixli cinayət işi üzrə icraata xitam verilməsi barədə qərardan görünür ki,X2 şikayət ərizəsi əsasında toplanmış materiallar üzrə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsilə başlanmış ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respubliksı CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verilmiş, Təqsirləndirilən şəxs X3 vurmuş olduğu 3739 manat maddi ziyanın ödənilməsi nəzərə alınmışdır.(129-131) Kapital Bank ASC-nin 25 iyun 2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə terminal vasitəsilə 3150 (üç min yüz əlli) manat vəsaitin köçürüldüyü plastik kartın bağlı olduğu hesab Şahid4 adına müəyyənləşdirilmişdir. (i.v138-139) 26 iyun 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid4 və Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmədə dindirmə istintaq hərəkəti zamanı Şahid4 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı təsdiq etmiş, Təqsirləndirilən şəxs Şahid4 dediklərini təsdiq edərək göstərmişdir ki, ifadəsində qeyd etdiyi Azər adlı şəxs başqa şəxsdir, yəni qarşısında əyləşən Şahid4 deyil. (i.v147-148) 27 iyun 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir.(i.v158-160) 27 iyun 2024-cü il tarixli başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v170-172) 01 iyul 2024-cü il tarixli Sumqayıt Şəhər Probasiya Şöbəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində hökm xx.xx.2024-cü il tarixdə Sumqayıt Şəhər Probasiya Şöbəsinə daxil olmuş, elektron nəzarət vasitəsi tətbiq edilməmişdir.(i.v 175) 01 iyul 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsilə elan edilmiş ittihamın dəyişdirilmədən öz qüvvəsində saxlanması, xx.xx.2024cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbirinin seçilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsinin tərkibi olmadığından bu xüsusat üzrə barəsində cinayət təqibi üzrə icraata xitam verilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsinin tərkibi olmadığından bu xüsusat üzrə barəsində cinayət təqibi üzrə icraata xitam verilməsi, Şahid1 əməlində Azərbaycan Respublikası CM-nin 32,5, 178.2.4-cü maddəsinin tərkibi olmadığından bu xüsusat üzrə barəsində cinayət təqibi üzrə icraata xitam verilməsi,Şahid2 əməlində Azərbaycan Respublikası CM-nin 32,5,178.2.4-cü maddəsinin tərkibi olmadığından bu xüsusat üzrə barəsində cinayət təqibi üzrə icraata xitam verilməsi, Şahid4 əməlində Azərbaycan Respublikası CM-nin 32,5, 178.2.4-cü maddəsinin tərkibi olmadığından bu xüsusat üzrə barəsində cinayət təqibi üzrə icraata xitam verilməsi , X1 əməlində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrinin tərkibi olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən, Zərərçəkmiş şəxs, şahidlər Şahid1, Şahid3, Şahid2 və Şahid4 ifadələri, üzləşdirmədə dindirmə istintaq hərəkəti haqqında protokol, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs WhatsApp ani mesajlaşma proqramı vasitəsilə Təqsirləndirilən şəxs ilə apardığı yazışmalar və Təqsirləndirilən şəxs əməlinin ifşa edilməsi istiqamətində toplanmış digər materiallar sübut növü kimi qiymətləndirilməsi, X4 əməlində Azərbaycan Respubikası CM-nin 29, 312.1-ci maiddəsinin tərkibi olmadığından buxüsusat üzrə barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi, cinayət işinin materiallarında olan elektron ödəmə terminalları vasitəsilə edilmiş pul köçürmələrini təsdiq edən 4 ədəd qəbzin surətləri və “Leobank” mobil tətbiqivasitəsilə edilmiş pul köçürmələrini təsdiq edən 3 ədəd hesabdan çıxarış maddi sübut kimi tanınması qərara alınmışdır. (i.v 176-185) Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizənin surətindən görünür ki, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, ona vurulmuş zərər ödənilmişdir, təqsirlədndirilən şəxs ilə barışmışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə, iş üzrə icraatın dayandırılması və təqsirləndirilən şəxsin axtarışının elan edilməsi qərara alınmışdır. Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixində Xətai RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixində Bakı İstintaq Təcridxanasına gətirilmişdir. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, 3654 saylı ödəniş qəbzinə əsasən Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın 25% miqdarında - 1375 manat məbləğində dövlət büdcəsinə ödəniş edilmişdir. Beləliklə, məhkəmə toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıb ona dəymiş zərəri ödədiyindən və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli plenum qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş şəxsin məsuliyyətdən azad edilənədək törətmiş olduğu digər cinayət əməlinə görə cinayət məsuliyyətindən azad olunmasının mümkünlüyünü istisna etmir. Cinayət işi materiallarına əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə törətdiyi əməl 15 fevral 2023-cü il tarixdə, yəni cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunmasından əvvəl baş verdiyindən yenidən cinayət məsuliyyətindən azad edilməsi mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunan Məcəllənin 43.1-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175-ci maddəsinə müvafiq olaraq ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 4 ədəd qəbzin surətləri və “Leobank” mobil tədbiqi vasitəsilə edilmiş pul köçürmələrini təsdiq edən 3 ədəd hesabdan çıxarış cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 30 saat üçün nəzərdə tutulan 180 manat pul ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv olunsun və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Cinayət işi üzrə maddi sübut qismində tanınmış 4 ədəd qəbzin surətləri və “Leobank” mobil tədbiqi vasitəsilə edilmiş pul köçürmələrini təsdiq edən 3 ədəd hesabdan çıxarış cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-34/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-34/2025
21.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver