Məhkəmə qərarları › İş №1(011)-340/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-340/2023

04.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-340/2023 04.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Sadıxov Rəfail Adil oğlunun sədrliyi, məhkəmə iclas katibi Əliyeva Nailə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı Şəhər Şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X6, müqavilə üzrə müdafiəçisi 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1998-ci il tarixdə Şəmkir şəhəri, Düyərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 29,317-1.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, Təqsirləndirilən şəxs tanışı Şahid2 vasitəsi ilə sonuncunun dostu X1 məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 02 adəd bükümdə təmiz çəkisi 0,420 kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, 02 ədəd bükümdə təmiz çəkisi 0,412 qram kustar usulla hazırlanmış psixotrop maddə metamfetamini Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 120.1 və 228.4-cü maddələri ilə təqsirli bilinərək 13 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, sonradan Azərbaycan Respublikası CM-in 317-2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasmda saxlanılan tanışı Şahid1 göndərilməsini təmin etmə üçün xx.xx.2021 -ci il tarixdə əldə edərək əldə etdiyi narkotik vasitəni və psixotrop maddəni qəndə yerləşdirərək hazırladığı sovqata qoyub sovqatla birlikdə xx.xx.2021 -ci il tarixdə sovqatın içərisindən narkotik vasitə olmasından xəbəri olmayan Şahid2 vasitəsi ilə Azərbaycan Respublikası Ədliyyə Naziriiyinin Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasmda saxlanılan Şahid1 ötürməyə cəhd göstərmiş, lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs göndərdiyi sovqata baxış keçirilən zaman, sovqatın içərisində olan qəndin içərisinə yerləşdirilmiş 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,256 və 0,164 qram olmaqla ümumi təmiz çəkisi 0.420 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 02 ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 0,199 və 0.213 qram olmaqla ümumi təmiz, çəkisi 0,412 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Sabunçu RPİ-si tərəfindən əldə edilmiş məlumat əsasında xx.xx.2022-ci il tarixdə saat 17:50-də Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanındakı evin yataq otağındakı dolabın içərisində olan əl çantasının içərisndən 01 ədəd bükümdə təmiz çəkisi 0.275 qram küstar üsulla hazırlanmış heroin, 01 ədəd bükümdə təmiz çəkisi 0,315 qram psixotrop maddə metamletamin, 01 ədəd bükümdə şəxsi istehlak miqdarından az miqdarda təmiz çəkisi 0,120 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1 və 29, 317-1.1-ci maddələri ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, 2021-ci ildə bir neçə dəfə narkotik vasitədən istiladə etsə də, hazırda narkotik vasitələrdən istifadə elmir. xx.xx.2021 -ci il tarixdə günorta saatlarında Bakı İstintaq Təcridxanasında saxlanılan tanışı Canbulad adlı şəxs ona zəng vurmuş və onlar bir qədər söhbətləşmişlər. Danışığın sonunda Canbulad ondan siqaret və bir neçə lazım olan geyim əşyası göndərməyini xahiş etmişdir. Canbulada göndərəcəyi sovqatı hazırlamamışdan əvvəl o köhnə tanışı narkotik vasitə istifadə edən Türk vətəndaşı olan Şahid2 adlı şəxslə əlaqə saxlayaraq öz şəxsi istifadəsi üçün 02 ədəd narkotik vasitə heroin və 02 ədəd psixotorop maddəsi varsa ona verməyini xahiş etmişdir. Volkan onun yanına gələrək ona narkotik vasitə tapmaqda köməklik edəcəyini, dostlarından maraqlanacağını bildirmişdir. xx.xx.2021-ci il tarixdə gecə saatlarında Volkan yaşadığı ünvan 3 ünvana gələrək ona 02 ədəd bükümdə narkotik vasitə hcroin və 02 ədəd bükümdə psixotrop maddə metamfetamin vermişdir. O da həmin bükümləri Volkandan götürərək Volkana bildirmişdir ki, həmin bükümləri öz şəxsi istifadəsi üçün istəyir. Bundan başqaVolkana azyaşlı övladını tək qoyub çıxa bilmədiyi üçün Bakı İstintaq Təcridxanasında saxlanılan tanışına bir sovqat aparmaq lazımdır və Volkandan həmin sovqatı aparmasını xahiş etmişdir. Volkan da onunla razılaşaraq həmin sovqatı apara biləcəyini bildirmişdir. Bundan sonra o evdə narkotik vasitə və psixotrop maddə olan bükümləri qəndin içərisinə yerləşdirmişdir. Məqsədi sovqatın Canbulada çatmasından əmin olduqdan sonra onunla əlaqə yaradıb bu barədə və həmin maddələrdən istifadə nəticəsində problemlərindən uzaq qalacağını ona bildirmək olmuşdur. Eyni zamanda Canbuladın bu hərəkətini necə qəbul edəcəyindən əmin olmamış və ona görə də narkotikin bir hissəsini isə özü istifadə etməsi üçün saxlamışdır. Bundan başqa həmçinin öz şəxsi istifadəsi üçün evdə qurudulmuş mariuxana olmuşdur. Lakin həmin marixuananı sovqatın içərisinə yerləşdirməmişdir. Volkanın ona verdiyi narkotik vasitə heroinin, psixotrop maddə metamfetaminin bir hissəsini və əvvəlcədən onda olan qurudulmuş marixuananı yaşadığı evdə yataq otağında dolabın içərisində əl çantasının içərisində qoyaraq saxlamışdır. Qeyd edir ki. Türk vətəndaşı olan Şahid2 ondan şəxsi istifadəsi üçün aldığı narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin tanışı Canbulada göndərdiyi sovqatın içərisində yerləşdirdiyindən məlumatı olmamışdır. Belə ki, xx.xx.2021-ci il tarixdə günorta saatlarında Volkana zəng vuraraq sovqatı hazır etdiyini və gəlib götürməsini bildirmişdir. Çox keçməmişdir ki Volkan yaşadığı ünvan 4 ünvana gələrək ondan həmin sovqatı götürüb getmişdir. xx.xx.2021-ci il tarixdə saat 18:30 radələrində yaşadığı evin yaxınlığında olan zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib onu Sabunçu RPİ-nə dəvət etmişlər. O etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Sabunçu RPİ-nə gəlmişdir. Polis İdarəsinə gəldikdən sonra narkotik vasitələri qanunsuz əldə etmə, saxlama və daşımada şübhəli olduğu ona bildirilməklə müdafiəçi təqdim edilmiş və o şübhəli şəxs qismində tutulmuşdur. Tutulduqdan, hüquq və vəzifələri izah və təmin edildikdən sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Müdafiəçinin iştirakı olmadan üzərində şəxsi axtarış keçirilməsini xahiş etmiş və bu barədə ərizə vermişdir. Belə ki, müdafiəçinin iştirakı olmadan üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilən zaman ona üzərində olan əşyaları özünün təqdim etməyi təklif edilmişdir. Bu səbəbdən o əynində olan göy rəngli cins şalvarının arxa sağ cibindən 01 ədəd özünə məxsus olan istifadə etdiyi "Redmi" markalı telefonu, həmin şalvarın sağ yan cibindən isə 01 ədəd şüşədə ətiri çıxraraq təqdim etmişdir. Üzərindən aşkar edilən mobil telelon sübut əhəmiyyətinə malik olduğundan götürülmüşdür. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar. Bundan sonra həmin gün yaşadığı Bakı şəhəri. Xətai rayonu, Neapol küçəsi, ev 41, mənzil 56-da baxış keçirilməsi zərurəti yaranmış və o yaşadığı evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etiraz etməmişdir. Həmçinin müdafiəçinin iştirakı olmadan yaşadığı evə baxış keçirilməsini xahiş etmiş və bu barədə ərizə vermişdir. Yaşadığı evə baxış keçirməzdən əvvəl hüquq və vəzifələri izah edilmişdir və baxışın videoçəkilişlə. həmçinin vəkilin iştirakı olmadan keçirilməsinə etirazımın olub-olmaması soruşulmuşdur. O etirazının olmadığını bildirdikdən sonra yaşadığı evə baxış keçirilməsinə başlanılmışdır. Baxış başlamadan əvvəl evdə qanunla dövriyyəsi qadağan edilən hər hansı bir əşya olduğu təqdirdə özünün təqdim etməyim təklif edilmişdir. O da evdə yataq otağındakı dolabın içərisində olan əl çantasının içərisinə əvvəlcədən qoyduğu şəffaf sellofanı təqdim etmişdir. Həmin sellofana baxış keçirilərkən sellofanın içərisindən 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş ot kütləsi, 01 ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddə və 01 ədəd ağ rəngli sellofana bükülmüş kristal şəkilli maddə aşkar edilmişdir. Bundan sonra yaşadığı evdə polis əməkdaşları tərəfindən axtarış həyata keçirilmiş, lakin sübut əhəmiyyəti kəsb edən hər hansı bir əşya aşkar edilməmişdir. Əməlindən peşmandır. Qeyd olunanlara əsasən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ-nin CAŞ-nın əməliyyat müvəkkili Şahid5 ifadəsində göstərmişdir ki. xx.xx.2021 -ci il tarixdə Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi polis kapitanı Cavid İsayev tərəfindən əməliyyat tapşırığı verilmiş və həmin tapşırığı icrası ona və əməliyyat müvəkkili Şahid4 həvalə edilmişdir. Həmin tapşırığın icrası ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid2 Bakı şəhəri Xətai rayonunda yerləşn “Samara” avtoservisin yaxınlığında saxlanılmış və Sabunçu RPİ-nin istintaq şöbəsinə təmin edilmişdir. Şahid2 şəxsiyyətinə dair məlumatlar müəyyən edildikdən sonra onun şübhəli şəxs qismində tutulmasına dair qərar qəbul edilmişdir. Müdafiəçi dəvət edilərək ona hüquq və vəzifələri elan edilmişdir. Şahid2 hal-hazırda şahidlərin iştirakı ilə axtarış keçiriləcəyi bildirilmişdir. Axtarış aparılmazdan əvvəl Şahid2 üzərində olan əşyaları təqdim etməsi təklif edilmişdir. Bundan sonra Volkan üzərində olan göy rəngli cins şalvarm arxa sağ cibindən 01 ədəd Nokia markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Volkanın üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilib iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Sabunçu RPİ-nir İŞ-nin müstəntiqi polis kapitanı Cavid İsayev tərəfindən əməliyyat tapşırığı verilmiş və həmin tapşırığı icrası ona və əməliyyat müvəkkili Şahid4 həvalə edilmişdir. Tapşırığı icrası ilə əlaqədar olaraq Bakı şəhəri. Xətai rayonu, Neapol küçəsi, ev 41, mənzil 56-da yaşayan Təqsirləndirilən şəxs qeyd edilən ünvanın qarşısında saxlanılaraq Sabunçu RPİ-nin İstintaq şöbəsinə təmin edilmişdir. Təqsirləndirilən şəxs şəxsiyyətinə dair məlumatlar müəyyən edildikdən sonra şübhəli şəxs qismində tutulmasına dair qərar qəbul edilmişdir. Nurtac Süleymanovuya qanunla müəyyən edilmiş hüquqları izah edildikdən sonra onun üzərinə öz razılığı ilə müdafiəçinin iştirakı olmadan şəxsi axtarış keçirilmiş, ona üzərində olan əşyaları təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ arxa cibindən bir ədəd Redmi markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya şakar edilməmişdir. Hununla bağlı protokol tərib edilib iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanında axtarış keçirilməsi zərurəti yaranmışdır. Bununla bağlı müstəntiq tərəfindən qərar qəbul edilmiş, Təqsirləndirilən şəxs ərizəsi qəbul edilmiş və yaşadığı evdə axtarış keçirilməsinə dair heç bir etirazı olmadığı bildirilmişdir. Mənzilə baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs yaşadığı mənzildə qanunla qadağan edilmiş hər hansı bir əşya vardırsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağındakı dolabın içərisində olan əl çantasının içərisindən şəffaf sellofanı təqdim etmişdir. Həmin sellofana baxış keçirilən zaman içərisindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş ol kütləsi, bir ədəd ağ rəngli sellofana bükülmüş kristal şəkilli maddə və bir ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Bundan sonra evdə digər otaqlarda axtarış aparılmış lakin qanunla qadağan edilmiş əlavə hər hansı əşya aşkar edilməmişdir. Aşkar edilmiş maddələr qablaşdırılmış, keçirilmiş istintaq hərəkəti ilə bağlı protokol tərtib edilib iştirakçılar imza etmişlər. Məhkəmə iclasında şahid qismində ifadəsi elan edilmiş Sabunçu RPİ-nin CAŞ-nın əməliyyat müvəkkili Şahid4 da əməliyyat müvəkkili Şahid5la eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, xx.xx.2021 -ci il tarixdə saat 16 radələrində Bakı İstintaq Təcridxanasında saxlanılan əvvəlcədən tanımadığı Şahid1 yanına sovqat gətirmişdir. Gətirilən sovqata hal şahidlərinin və özünün iştirakı ilə baxış keçirilən zaman sovqatın içərisində olan kəllə qəndin içərisində yerləşdirilmiş iki ədəd bükümdə ağ rəngli. 02 ədəd bükümdə isə qəhvəyi rəngli xüsusi iyə malik narkotik vasitəyə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Bakı şəhəri Əhmədli qəsəbəsindəki “Samara" servisin yanında Volkan adlı şəxslə birlikdə təkər ustası işləyir və bu işə yeni başladığından Volkan adlı şəxs ona bu işi öyrənməkdə köməklik göstərmişdir. xx.xx.2021-ci il tarixdə saat 14:30 radələrində yaşadığı evdə olarkən Volkan adlı şəxs ona zəng vuraraq Bakı İstintaq Təcridxanasında saxlanılan tanışı Canbulad adlı şəxsə sovqat keçirtməsini xahiş etmişdir. Volkana sovqatı hansı səbəbə görə özünün aparmadığını soruşmuşdur. Volkan isə ona şəxsiyyətini təsdiq edən sənədinin etibarlılıq müddətinin bitdiyini bildirmişdir. Buna görə də, Volkanın təklifimə etiraz etməyərək sovqatı Bakı İstintaq Təcridxanasına keçirməyi qəbul etmiş və Volkan onu yaşadığı evdən götürərək birlikdə gedəcəklərini bildirmişdir. Təxminən saat 15:40 radələrində Volkan yaşadığı evə gələrək onu taksi avtomobili ilə götürmüş və birlikdə Bakı İstintaq Təcridxanasına getmişlər. Təcridxananın qarşısına çatdıqdan sonra Volkanla birlikdə sovqatın içərisində hansı əşyaların olduğu barədə siyahını tərtib etmişlər. Siyahını tərtib edərkən Volkan sovqatda hansı əşyanın olduğunu ona bildirmiş və özü isə deyilən əşyanı siyahıya qeyd elmişdir. Bundan sonra sovqatı şəxsiyyət vəsiqəsi ilə birlikdə təcridxananın əməkdaşına təhvil vermişdir. Təcridxananın əməkdaşları onuda içəri dəvət etmişlər və sovqata onun, həmçinin hal şahidlərinin iştirakı ilə baxış keçirilmişdir. Sovqata baxış keçirilən zaman kəllə qəndin içərisində yerləşdirilmiş 02 ədəd bükümdə ağ rəngli, 02 ədəd bükümdə isə qəhvəyi rəngli xüsusi iyə malik narkotik vasitəyə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Bundan sonra protokol tərtib edilmiş və həmin protokolu baxışda iştirak edən şəxslər imzalamışlar. Sovqatı götürərkən içərisinə baxmamışdır. Sovqatı Bakı İstintaq Təcridxanasına keçirməzdən əvvəl Volkanla birlikdə sovqatın içərisində hansı əşyaların olduğu barədə siyahını tərtib etmişlər. Siyahını tərtib edərkən Volkan sovqatda hansı əşyanın olduğunu ona bildirmiş, deyilən əşyanı siyahıya qeyd elmişdir. Sovqatın içərisində narkotik vasitə olduğunu bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, 22 noyabr 2021-ci il tarixdə təxminən saat 16:30 radələrində, Bakı istintaq təcridxanasının 04 saylı rejim korpusunun 47-ci kamerasında saxlanılan, məhkum Şahid1 yanma sovqat gətirmiş tanışı vətəndaş Şahid3 gətirdiyi sovqata təcridxananın əməkdaşlarının iştirakı ilə baxış keçirilən zaman sovqatın içərisində olan qəndin içərisinə yerləşdirilmiş 02 (iki) ədəd bükülüdə ağ rəngli kristal şəkilli maddə və 02 (iki) ədəd bükülüdə qəhvəyi rəngli xüsusi iyə malik narkotik vasitəyə oxşar maddə aşkar olunub götürülmüşdür. Sonra vətəndaş Şahid3 ilə söhbət zamanı 22 noyabr 2021-cu il tarixdə təxminən saat 14:54 radələrində tanışı "Volkan” (tel ***-***-**-**) adlı şəxsin ona zəng edərək şəxsiyyət vəsiqəsinin müddəti bitdiyinə görə Bakı istintaq təcridxanasında saxlanılan dostu məhkum Şahid1 yanına sovqat keçirməyə köməklik etməyi rica etdiyini bildirmiş o, da buna razı olduğunu qeyd etmişdir. Daha sonra Şahid3 onun sovqatın içərisində olan maddələrdən məlumatı omadığını bildirmişdir. Müvafiq akt tərtib edilərək polis əməkdaşlarına təqdim edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 22 noyabr 2021-ci il tarixdə təxminən saat 16:30 radələrində, Bakı istintaq təcridxanasının 04 saylı rejim korpusunun 47-ci kamerasında saxlanılan, məhkum Şahid1 yanına sovqat gətirmiş tanışı vətəndaş Şahid3 gətirdiyi sovqata hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman sovqatın içərisində əlan qəndin içərisinə yerləşdirilmiş 02 (iki) ədəd bükülüdə ağ rəngli kristal şəkilli maddə və 02 (iki) ədəd bükülüdə qəhvəyi rəngli xüsusi iyə malik narkotik vasitəyə oxşar maddə aşkar olunub götürülmüşdür. Sonra vətəndaş Şahid3 ilə söhbət zamanı 22 noyabr 2021-cu il tarixdə təxminən saat 14:54 radələrində onun tanışı "Volkan" (tel ***-***-**-**) adlı şəxsin ona zəng edərək şəxsiyyət vəsiqəsinin müddəti bildiyinə görə Bakı istintaq təcridxanasında saxlanılan dostu məhkum Şahid1 yanına sovqat keçirməyə köməklik etməyi rica etdiyini bildirmiş o, da buna razı olduğunu qeyd etmişdir. Daha sonra Şahid3 onun sovqatın içərisində olan maddələrdən məlumatı omadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadəsi elan edilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs azadlıqda olduğu zaman tanımışdır. Onunla heç-bir qohumluq əlaqəsi yoxdur. Sadəcə bir müddət tanışlığı olmuşdur. Nurtacla əlaqəsi olduğundan dustaq olduğu vaxtlarda Nurtac ona lazım olan siqaret və geyim əşyalarını sovqat olaraq göndərmişdir. xx.xx.2021 -ci il tarixdə o Sabunçu rayonunda yerləşən Bakı İstintaq Təcridxanasında saxlanılan zaman Nurtacla telefon əlaqəsi yaradıb bir qədər söhbət etmişdir. Danışığı bitirən zaman Nurtacdan imkanı olarsa ona siqaret, geyim əşyası kimi içəridə lazım olan ehtiyaclarını alıb ona nə zaman uyğun olarsa göndərməsini xahiş etmişdir. xx.xx.2021 -ci il tarixdə o tocridxanada olan zaman təcridxana əməkdaşları onu inzibati binaya aparmışdırlar. Bu zaman o bilmişdir ki, Kamran adlı şəxs onun yanına sovqat gətirmiş və həmin sovqatın içərisi yoxlanılan zaman sovqatın içərisindən narkotik aşkar edilib. Bununla bağlı təcridxananın əməkdaşları onu da araşdırmaya daxil edib suallar verməklə izahatını almışlar. O bildirmişdir ki, göndərilən sovqatda narkotik vasitə olmasından xəbərim olmamışdır. O Kamran adlı şəxsi tanımadığını da bildirmişdir. Lakin sonradan araşdırma zamanı alman izahatlardan ona məlum olmuşdur ki, Kamranın gətirdiyi sovqat Nurtac tərəfindən ona göndərilmişdir. Hazır ki ifadəsi ilə də bildirir ki, onun Nurtacın göndərdiyi sovqatın içərisində narkotik olmasında heç bir məlumatı olmamışdır. Bununla bağlı Nurtacdan heç bir xahişi olmamışdır. Belə ki, o narkotik vasitə istifadəçisi deyil və narkotikdən heç bir asılılığı yoxdur. İstintaq təcridxanasında da narkotik vasitə istifadəsini gizli şəkildə həyata keçirmək mümkün deyildir. Belə ki onlar mütəmadi olaraq nəzarətdə olurlar. Nurtacın nə məqsədlə bu kimi hala yol verməsini bilmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, 23 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. xx.xx.2022-ci il tarixdə Kürdəmir RPŞ-nin İB-nin müstəntiqi polis kapitanı Natiq Həsənov tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1 və 29,317-1.1 -ci maddələri ilə Təqsirləndirilən şəxs və Şahid2 barəsində ********* nömrəli cinayət işindən ayrıca icraata ayrılmışdır. 23 noyabr 2021 -ci il tarixdə Təqsirləndirilən şəxs, X7 və Türkiyə Rüspublikası vətəndaşı Şahid2 Azərbaycan Respublikası CM-in 234.1 -ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 25 noyabr 2021 -ci il tarixdə həmin şəxslərə Azərbaycan Respublikası CM-in 234.1 ci maddəsi ilə ittiham irəli sürülərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. 25 noyabr 2021 -ci il tarixdə təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə əlaqədar Sabunçu rayon prokuroru qarşısında vəsatət qaldırılmışdır. 25 noyabr 2021-cin il tarixdə Sabunçu rayon prokuroru, baş ədliyyə müşaviri İbrahim Ləmbəranski tərəfindən vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərar qəbul edilmiş və təqsirləndirilən şəxslər MSY-dən azad edilərək barələrində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 05 yanvar 2022-ci il tarixdə iş üzrə əməl Azərbaycan Respublikası CM-in 234.1 -ci maddəsindən həmin Məcəllənin 234.1 və 29,317-1.1 -ci maddələrinə tövsif olunmuşdur. 17 sentyabr 2022-ci il tarixdə Küdəmir RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Natiq Həsənov tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və Şahid2 234.1 -ci. 29, 317-1.1-ci maddələri nəzərdə tutulan cinayət əməllərini törətmələri Bak şəhəri Sabunçu rayonu ərazisində baş verdiyindən ********* nömrəli cinayət işi üzrə istintaqının davam etdirilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsi ilə ərazi aidiyyalı üzrə Sabunçu RPİ-in İstintaq Şöbəsinə göndərilmişdir. 07 dekabr 2022-ci il tarixdə ********* nömrəli cinayət işinin ibtidai istintaq müddəti Bakı şəhər prokuroru İİİ dərəcəli dövlət ədliyyə müşaviri Elşən Abbasov tərəfindən 13 fevral 2023-cü il tarixədək uzadılmışdır. 09 fevral 2023-cü il tarixdə Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs tutularaq İstintaq şöbəsinə təqdim edilmişdir. 09 fevral 2023-cü il tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 29, 317-1.1 -ci maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan yeni məzmunda ittiham elan edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 01 ədəd DVD-R formatlı diskə baxış keçirmişdir. Video görüntüdən müəyyən edilir ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanında axtarış keçirilməsi, Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış keçirilməsinə dair heç bir etirazı olmadığı bildirilmişdir. Mənzilə baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs yaşadığı mənzildə qanunla qadağan edilmiş hər hansı bir əşya vardırsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağındakı dolabın içərisində olan əl çantasının içərisindən şəffaf sellofanı təqdim etmişdir. Həmin sellofana baxış keçirilən zaman içərisindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş ot kütləsi, bir ədəd ağ rəngli sellofana bükülmüş kristal şəkilli maddə və bir ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli narkotik vasitəyə bənzər maddə aşkar edilmişdir. Bundan sonra evdə digər otaqlarda axtarış aparılmış lakin qanunla qadağan edilmiş əlavə hər hansı əşya aşkar edilməmişdir. Aşkar edilmiş maddələr qablaşdırılmış, keçirilmiş istintaq hərəkəti ilə bağlı protokol tərtib edilmişdir İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin fiziki-kimyəvi ekspertizalar şöbəsinin ekspertinin 6/5179 nömrəli 23 noyabr 2021-ci il tarixli rəyində göstərilmişdir ki, üzərində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X4 üçün dairəvi möhür əksi olan, “...vətəndaş X3 gətirdiyi sovqata baxış keçirilən zaman...” sözləri, adlar, soyadlar və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,256 qram, 0,164 qram, ümumi təmiz çəkisi 0,420 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə Heroin, digər iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çıəkisi 0,199 qram, 0,213 qram ümumi təmiz çəkisi 0,412 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin fiziki-kimyəvi ekspertizalar şöbəsinin ekspertinin 6/548 nömrəli 28 fevral 2022-ci il tarixli rəyində göstərilmişdir ki, üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 №48 dairəvi möhür əksi olan, “Vət.Təqsirləndirilən şəxs evindən...” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,275 qram olan boz rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, digər bir ədəd bükümdə təmiz çəkisi 0,315 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilmişdir. Ekspert rəyində eyni zamanda qeyd olunmuşdur ki, 6/5179 nömrəli 23 noyabr 2021-ci il tarixli rəydə göstərilən maddələrlərdən- narkotik vasitə olan heroin hazırkı tədqiqat üçün təqdim edilmiş heroinlə fərqli kimyavi komponentlərə malikdir, lakin hər iki tədqiqat üçün təqdim edilmiş psixotrop maddə olan metamfetaminlər görünüş və kimyavi komponent tərkibinə görə eynilik təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bioloji ekspertizalar şöbəsinin ekspertinin 7/96 nömrəli 04 fevral 2022-ci il tarixli rəyində göstərilmişdir ki, üzərində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X4 üçün dairəvi möhür əksi olan, “Vət.Təqsirləndirilən şəxs evindən.aşkar edilmiş narkotik vasitəyə bənzər maddələr..” yazı və imzalar olan zərfdə 1 ədəd gümüşü-ağ rəngli bükümdə təmiz çəkisi 0,120 qram bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannbis) bitkisindən kustar üsulla hazırlanmış natkotik vasitə qurudulmuş marixuanadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 700 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin hal- hazırda abstincıısiya. iııloksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olmasaı ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyac yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alnmış tələbnamədən görünür ki. Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materialında olan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2020-ci il təvəllüdlü azyaşlı övladı vardır. Təqsirləndirilən şəxs Şahid3 gətirdiyi sovqatdan aşkar edilərək götürülmüş və Təqsirləndirilən şəxs evindən aşkar edilərək götürülmüş birlikdə qalıq çəkiləri 0,505 qram olan qəhvəyi rəngdə kustar üsulla hazırlanmış narkotik vasitə Heroin, 0,537 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və “Şəxsi axtarış və götürmə” istintaq hərəkəti zamanı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD diski cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-1.1-ci maddəsinə əsasən, cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə və ya hər hansı digər üsulla verilməsi və ya ötürülməsi - min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,420 qram olan narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Lakin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,120 qram olan narkotik vasitə qurudulmuş marixuananın çəkisi şəxsi istehlak miqdarından, yəni 5.0 qramdan az olduğundan və tərkib yaratmadığından həmin bənd ittihamdan çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop vasitələr» adlı İl siyahının 67-ci qrafasına əsasən təmiz çəkisi 0,412 qram olan psixotrop vasitə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 29,317-1.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, himayəsində azyaşlı uşağının olmasını, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təmiz çəkisi 0,120 qram olan narkotik vasitə qurudulmuş marixuananın çəkisi şəxsi istehlak miqdarından az olduğundan və tərkib yaratmadığından həmin bənd ittihamdan xaric edilməli, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilinib, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halın mövcudluğu və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,317-1.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib cərimə cəzasına məhkum edilməli, ibtidai istintaq zamanı 23-25 noyabr 2021-ci il tarixdə və xx.xx.2023-cü il tarixlərdə tutulduğu toplam 3 gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalı (CPM-93.1.2), İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,505 qram narkotik vasitə Heroin və 0,537 qram psixotrop maddə - metamfetamin və 0,07 qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Məhkəmə iş üzrə keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınmalıdır, iş üzrə maddi sübut kimi tanınan - axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalı (CPM-132), İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 218 (iki yüz on səkkiz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir (CPM-198.1), Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Sara Əliyevaya Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkum Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməli, Təqsirləndirilən şəxsə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 30 saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X8 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilməlidir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 29,317- 1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs verilmiş ittihamdan 01 ədəd bükümdə təmiz çəkisi 0,120 qram olan narkotik vasitə qurudulmuş marixuananın əldə edib saxlaması ilə bağlı bənd xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 317-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 1500 manat cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 3 (üç) gün həbsdə saxlanılma müddəti 6 (altı) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində 1 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması və 1500 manat cərimə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, cərimə cəzası müstəqil icra olunsun. Azadlığın məhdudlaşdırılması cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,505 qram heroin, 0,537 qram psixotrop maddə metamfetamin və 0,07 qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan - axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 218 (iki yüz on səkkiz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X8 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar