Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-340/2025 15.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)- 570/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi tətbiq olunmaqla qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və məhkumluğu ödənilməmiş, barəsində həbs qətimkan tədbiri seçilməklə hal-hazırda Azərbaycan Respublikası ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,416 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və təmiz çəkisi 0,228 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üstündə saxlayaraq daşımış, 12 mart 2025-ci il tarixdə, saat 17:17-də Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları tərəfindən ünvan 3 ünvanında saxlanılıb videoçəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki göy rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,416 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,228 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,596 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üstündə saxlayaraq daşımış, 24 aprel 2025-ci il tarixdə, saat 19:37-də Xətai RPİ-nin 36-cı PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Hikmət Səfərov küçəsində saxlanılıb videoçəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki tünd mavi rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,596 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, bir il yarımdır Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda anket məlumatlarını bilmədiyi şəxslərdən müxtəlif qiymətlərə “kakos” və “patı” kimi tanıdığı narkotik vasitələri alıb istifadə etmişdir. 13 dekabr 2024-cü il tarixdə Xətai Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 08 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 24 aprel 2025-ci il tarixdə təxminən saat 18 radələrində Xətai rayonu, NZS qəsəbəsində üzdən tanıdığı anket məlumatlarını bilmədiyi şəxsdən 20 manat nağd pul müqabilində şəxsi istifadəsi üçün “patı” kimi tanıdığı narkotik vasitəni alıb üzərində saxlamışdır. 24 aprel 2025-ci il tarixdə sonradan ona məlum olan saat 19:37-də Xətai rayonu, Hikmət Səfərov küçəsində piyada hərəkətdə olduğu zaman üç nəfər mülki geyimli şəxs videoçəkilişlə yaxınlaşıb, polis əməkdaşları olduqlarını bildirib özünü təqdim etməsini tələb etmişlər. Özünü təqdim etdikdən sonra polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli olduğunu bildirib hüquqlarını izah edib, üzərində narkotik vasitə və ya psixotrop maddə olmasından şübhələndiklərini və üzərində olan əşyaları təqdim etməsini təklif etmişlər. Bu təklifən sonra əynindəki tünd mavi rəngli idman şalvarının sağ yan cibindən içərisində “patı” kimi tanıdığı narkotik vasitə olan bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Sorğu zamanı həmin bükümü tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manat nağd pul müqabilində aldığını bildirmişdir. Təqdim etdiyi büküm elektron tərəzidə çəkildikdə 0.60 qram olması müəyyən edilib bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənib üzəri imzalanmışdır. Bundan sonra üzərində şəxsi axtarış keçirildikdə qanunla qadağan edilmiş heç bir əşya aşkar edilməmişdir. Videoçəkilişin davamı olaraq polis əməkdaşları Xətai RPİ-nin 36-cı PŞ-nə dəvət edərək gətirib şöbənin növbətçi hissəsinə təhvil vermişlər. Bir qədər sonra polis şöbəsinə hüquqlarının müdafiə olunması üçün dəvət olunmuş vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmağı barədə protokol tərtib olunaraq Xətai RPİ-nin X6 təhvil verilmişdir. Bundan əlavə, 12 mart 2025-ci il tarixdə günorta saatlarında metronun “20 yanvar” stansiyasının yaxınlığında anket məlumatlarını bilmədiyi şəxsdən 30 manat nağd pul müqabilində “kakos” kimi tanıdığı narkotik vasitə heroini və “patı” kimi tanıdığı psixotrop maddəni şəxsi istifadəsi üçün əldə edərək üzərində saxlamışdır. Həmin gün saat 17:17-də Xətai rayonu, Sovxoz küçəsi 19 ünvanında olduğu zaman özünü şübhəli apardığından mülki geyimli şəxslər videoçəkilişlə yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirib özünü təqdim etməsini tələb etmişlər. Özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli olduğunu bildirərək hüquqlarını izah edib, üzərində narkotik vasitə və ya psixotrop maddə olmasından şübhələndiklərini bildirmişlər. Bundan sonra polis əməkdaşları üzərində və ya əynində olan geyim əşyalarında dövriyəsi qanunla qadağan edilmiş hər hansı bir əşya və ya maddə varsa könüllü olaraq təqdim etməsini təklif etmişlər. Bu təklifdən sonra əynindəki göy rəngli gödəkçənin sol yan cibindən bir ədəd şəffaf sellofan bükümdə “kakos” kimi tanıdığı narkotik vasitə heroini və bir ədəd şəffaf sellofan bükümdə “patı” kimi tanıdığı psixotrop maddəni təqdim etmişdir. Bundan başqa üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar olunmamışdır. Polis əməkdaşları təqdim etdiyi narkotik vasitə heroin elektron tərəzi vasitəsi ilə çəkildikdə 0,40 qram psixotrop maddə elektron tərəzi vasitəsi ilə çəkildikdə 0,30 qram olması müəyyən olunmamışdır. Üzərindən aşkar edilmiş həmin narkotik vasitə və psixotrop maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənib üzəri imzalanmışdır. Bundan sonra polis əməkdaşları Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə təhqiqatçının yanına gətirmişlər. Təhqiqatçının otağında üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini ona təqdim edərək barəsində keçirilmiş əməliyyat axtarış tədbirinin videoçəkilişinə baxış keçirmişlər. Bundan sonra hüquqlarını müdafiə etməsi üçün dəvət olunmuş vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmağı barədə protokol tərtib olunmuşdur. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, əvvəlki məhkəmə iclaslarında ona elan edilmiş ittihamla razılaşmamasının səbəbi cinayət məsuliyyətindən yayınmaq üçün olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 36-cı PŞnin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar olaraq 24 aprel 2025-ci il tarixdə saat 19:37-də Şahid2 və Şahid3 ilə birlikdə keçirilən əməliyyat tədbiri zamanı Xətai rayonu, Hikmət Səfərov küçəsində Təqsirləndirilən şəxs saxlayıb özlərini təqdim edib, üzərində qanunla qadağan olunmuş əşya olduğu halda onu təqdim etməsini bildirmişlər. Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən bir ədəd bükümü çıxarıb içərisində “patı” olmasını bildirmişdir. Təqdim etdiyi bükümü tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata almasını bildirmişdir. Təqdim etdiyi büküm elektron tərəzidə çəkildikdə içərisində metamfetaminə bənzər psixotrop maddə olan bir ədəd şəffaf sellofan bükümün qablaşma ilə birlikdə 0.60 qram olması müəyyən edilib bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənib üzəri imzalanmışdır. Daha sonra onu 36-cı polis bölməsinə aparmışlar. Təqsirləndirilən şəxsə qarşı hər hansı bir fiziki və ya psixi Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 36-cı PŞnin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 şahid qismində dindirilmiş Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 36-cı PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 bildirmişdir ki, ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar olaraq 24 aprel 2025-ci il tarixdə saat 19:37-də Xətai RPİ-nin 36-cı PŞ-nin əməliyyat müvəkkilləri, polis kapitanı Şahid2 və polis leytenantı Şahid1 ilə birlikdə keçirilən əməliyyat tədbiri zamanı Xətai rayonu, Hikmət Səfərov küçəsində Təqsirləndirilən şəxs saxlayıb özlərini təqdim edib, saxlanma səbəbini izah edib üzərində qanunla qadağan olunmuş əşya olduğu halda onu təqdim etməsini bildirmişlər. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd mavi rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb içərisində “patı” kimi tanıdığı narkotik vasitə olmasını bildirmişdir. Təqdim etdiyi bükümü tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata almasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirildikdə qeyd olunandan başqa heç bir qanunsuz əşya aşkar edilməmişdir. Təqdim etdiyi büküm elektron tərəzidə çəkildikdə içərisində metamfetaminə bənzər psixotrop maddə olan bir ədəd şəffaf sellofan bükümün qablaşma ilə birlikdə 0.60 qram olması müəyyən edilib bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənib üzəri imzalanmışdır. Videoçəkilişin davamı olaraq Təqsirləndirilən şəxs dəvət edərək ünvan 6 ünvanında yerləşən Xətai RPİ-nin 36-cı PŞ-nə üzərindən aşkar edilmiş büküm ilə birlikdə gətirib şöbənin növbətçi hissəsinə təhvil vermişlər. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək qablaşdırılmış büküm şöbənin təhqiqatçısı, polis baş leytenantı X3 təqdim edilmişdir. X5 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilməsinin görüntüsünə mobil telefonda baxış keçirilmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilib qablaşdırılmış büküm zərfdən çıxarılıb baxış keçirilməklə təkrar həmin zərfdə qablaşdırlıb möhürlənib imzalanmışdır. Təhqiqatçı tərəfindən kağız zərfdə qablaşdırılmış bükümün ekspertizaya təqdim ediləcəyi və çəkilişin yekunlaşdığı bildirmişdir. Videoçəkiliş yekunlaşdıqdan sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə etməsi üçün polis şöbəsinə dəvət olunmuş vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulması barədə protokol tərtib olunaraq Xətai RPİ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞnin əməliyyat müvəkkili, polis leytenantı Şahid4 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar olaraq 12 mart 2025-ci il tarixdə saat 17:17-də Şahid5 və Şahid6 Elşəd oğlu ilə birlikdə keçirilən əməliyyat tədbiri Sovxoz küçəsi 19 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs saxlayıb özlərini təqdim edib, saxlanma səbəbini izah edib üzərində qanunla qadağan olunmuş əşya olduğu halda onu təqdim etməsini bildirmişlər. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli gödəkçənin sol yan cibindən iki ədəd ayrı-ayrılıqda şəffaf sellofan bükümü çıxarıb içərilərində “kola” və “patı” kimi tanıdığı narkotik vasitələr olmasını bildirmişdir. Təqdim etdiyi bükümləri metronun “20 yanvar” stansiyasının yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirildikdə əynindəki gödəkçənin sağ yan cibindən bir ədəd içərisində bir ədəd üzərində etibarsızdır yazılmış 50 ABŞ dolları, sürücülük və şəxsiyyət vəsiqələri, həmin cibindən bir ədəd mobil telefon aşkar edilərək götürülmüşdür. Qeyd olunanlardan başqa Təqsirləndirilən şəxs üzərindən heç bir əşya aşkar edilməmişdir. Təqdim etdiyi bükümlər elektron tərəzidə çəkildikdə içərisində heroinə bənzər narkotik vasitə olan bir ədəd şəffaf sellofan büküm qablaşma ilə birlikdə 0.40 qram və içərisində metamfetaminə bənzər psixotrop maddə olan bir ədəd şəffaf sellofan büküm qablaşma ilə birlikdə 0.30 qram olmaları müəyyən edilib hər iki büküm bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənib üzəri imzalanmışdır. Videoçəkilişin davamı olaraq Təqsirləndirilən şəxs dəvət edərək ünvan 8 ünvanında yerləşən Xətai RPİ-nin 37-ci PŞ-nə üzərindən aşkar edilmiş büküm və əşyalarla birlikdə gətirib polis şöbəsinin təhqiqatçısı, polis mayoru X2 təqdim etmişlər. X4 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilməsinin görüntüsü olan bir ədəd DVD-R formatlı diskə baxış keçirildikdə verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlərin ona məxsus olmasını, birinin içərisində “kakos” kimi tanıdığı narkotik vasitə və digərinin içərisində “patı” kimi tanıdığı psixotrop maddə olmasını, həmin bükümləri 12 mart 2025-ci il tarixdə günorta saatlarında tanımadığı şəxsdən 30 manata şəxsi istifadəsi üçün almasını bildirmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilib qablaşdırılmış bükümlər zərfdən çıxarılıb elektron tərəzidə çəkildikdə içərisində heroinə bənzər narkotik vasitə olan bir ədəd şəffaf sellofan bükümün qablaşdırma ilə birlikdə 0.45 qram və içərisində metamfetaminə bənzər psixotrop maddə olan bir ədəd şəffaf sellofan bükümün qablaşdırma ilə birlikdə 0.35 qram olmaları müəyyən edilib təkrar zərfdə qablaşdırlıb möhürlənib imzalanmışdır. Təqsirləndirilən şəxsə qarşı hər hansı bir fiziki və ya psixi Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞnin baş əməliyyat müvəkkili, polis mayoru Şahid5 şahid qismində dindirilmiş Şahid4 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid6 bildirmişdir ki, ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar olaraq 12 mart 2025-ci il tarixdə saat 17:17-də Xətai RPİ-nin 37-ci PŞ-nin əməliyyat müvəkkilləri, polis mayoru Şahid5 və polis leytenantı Şahid4 ilə birlikdə keçirilən əməliyyat tədbiri zamanı Xətai rayonu, Sovxoz küçəsi 19 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs saxlayıb özlərini təqdim edib, saxlanma səbəbini izah edib üzərində qanunla qadağan olunmuş əşya olduğu halda onu təqdim etməsini bildirmişlər. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli gödəkçənin sol yan cibindən iki ədəd ayrıayrılıqda şəffaf sellofan bükümü çıxarıb içərilərində “kola” və “patı” kimi tanıdığı narkotik vasitələr olmasını bildirmişdir. Təqdim etdiyi bükümləri metronun “20 yanvar” stansiyasının yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirildikdə əynindəki gödəkçənin sağ yan cibindən bir ədəd içərisində bir ədəd üzərində etibarsızdır yazılmış 50 ABŞ dolları, sürücülük və şəxsiyyət vəsiqələri, həmin cibindən bir ədəd mobil telefon aşkar edilərək götürülmüşdür. Qeyd olunanlardan başqa Təqsirləndirilən şəxs üzərindən heç bir əşya aşkar edilməmişdir. Təqdim etdiyi bükümlər elektron tərəzidə çəkildikdə içərisində heroinə bənzər narkotik vasitə olan bir ədəd şəffaf sellofan büküm qablaşma ilə birlikdə 0.40 qram və içərisində metamfetaminə bənzər psixotrop maddə olan bir ədəd şəffaf sellofan büküm qablaşma ilə birlikdə 0.30 qram olmaları müəyyən edilib hər iki büküm bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənib üzəri imzalanmışdır. Videoçəkilişin davamı olaraq Təqsirləndirilən şəxs dəvət edərək ünvan 8 ünvanında yerləşən Xətai RPİ-nin 37-ci PŞ-nə üzərindən aşkar edilmiş büküm və əşyalarla birlikdə gətirib polis şöbəsinin təhqiqatçısı, polis mayoru X2 təqdim etmişlər. X4 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilməsinin görüntüsü olan bir ədəd DVD-R formatlı diskə baxış keçirildikdə verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlərin ona məxsus olmasını, birinin içərisində “kakos” kimi tanıdığı narkotik vasitə və digərinin içərisində “patı” kimi tanıdığı psixotrop maddə olmasını, həmin bükümləri 12 mart 2025-ci il tarixdə günorta saatlarında tanımadığı şəxsdən 30 manata şəxsi istifadəsi üçün almasını, ona qarşı heç bir fiziki və ya psixoloji təsir göstərilmədiyini bildirilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilib qablaşdırılmış bükümlər zərfdən çıxarılıb elektron tərəzidə çəkildikdə içərisində heroinə bənzər narkotik vasitə olan bir ədəd şəffaf sellofan bükümün qablaşdırma ilə birlikdə 0.45 qram və içərisində metamfetaminə bənzər psixotrop maddə olan bir ədəd şəffaf sellofan bükümün qablaşdırma ilə birlikdə 0.35 qram olmaları müəyyən edilib təkrar zərfdə qablaşdırlıb möhürlənib imzalanmışdır. X4 tərəfindən kağız zərfdə qablaşdırılmış bükümlərin məhkəmə-kimyəvi ekspertiza keçirilməsi üçün Məhkəmə Ekspertiza Mərkəzinə təqdim ediləcəyi bildirilmişdir. Təhqiqatçı tərəfindən tədbir iştirakçılarına verilmiş suala cavab olaraq çəkilər arasında fərq tərəzinin qoyulduğu yerin nahamar olmasına görə yaranması bildirilmişdir. Bundan sonra təhqiqatçı çəkilişin yekunlaşdığını bildirmişdir. Çəkiliş yekunlaşdıqdan sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə etməsi üçür polis şöbəsinə dəvət olunmuş vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulması barədə protokol tərtib olunaraq Xətai RPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 25 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (cild 1, i.v. 1); əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və baxış keçirilməsinə dair 24 aprel 2025-ci il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd mavi idman şalvarının sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan metamfetaminə bənzər kütləni təqdim etmişdir. Narkotik maddəyə bənzər kütlə Çin istehsallı üzərində heç bir yazı olmayan elektron tərəzidə çəkilmiş və çəkisinin 0.60 qram olması müəyyən edilmişdir. Sonra həmin kütlə qablaşdırılmaqla tədbir iştirakçıları, saxlanılan şəxs və təhqiqatçı tərəfindən imzalanmış və götürülmüşdür. Daha sonra şəxsin üzəri yoxlanılmış, sonuncunun üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya predmetə rast gəlinməmiş, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan metamfetaminə bənzər kütlə sonuncudan götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik vasitənin heroin olmasını və saxlanılan zaman polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini bildirmişdir. Üstünü yoxlama və baxış Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi Hikmət Səfərov küçəsinin yaxınlığında keçirilmişdir (cild 1, i.v. 10-12); təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında 24 aprel 2025-ci il tarixli protokoldan görünür ki, təqdim olunan bir ədəd kağız zərfə və mobil telefonda qeydə alınmış video görüntüyə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülərək qablaşdırılmış zərfdən, bir ədəd bükümdə metemfetaminə oxşar psixotrop maddə aşkar olunmuşdur. Sonra həmin maddə yenidən qablaşdırılıb möhürlənmişdir. Daha sonra videogörüntüyə “Samsung” telefonda baxış keçirilmişdir. Telefonda olan görüntülərdə təhqiqata təqdim olunan psixotrop maddəyə bənzər maddənin Təqsirləndirilən şəxs üzərindən aşkar olunması və həmin şəxsin maddələrin özünə məxsus olduğunu bildirməsi əksini tapmışdır (cild 1, i.v. 16-17); şübhəli şəxsin tutulması haqqında 24 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:37-də Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v. 26); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 aprel 2025-ci il tarixli, 3-16-16/2-6/1543/2025 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №151” dairəvi möhür əksləri olan, “1.Şahid2 “imza”; 2. Təqsirləndirilən şəxs Yusif A. “imza”; 3. Şahid1 “imza” ” yazıları qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,596 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (cild 1, i.v. 38-41); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 26 aprel 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur (cild 1, i.v. 52-53); cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında 26 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və istintaqın ********* nömrəsi altıda davam etdirilməsi qərara alınmışdır (cild 1, i.v. 69-71); cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 13 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (cild 1, i.v. 75); əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və baxış keçirilməsinə dair 12 mart 2025-ci il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçəsinin sol yan cibindən 1 (bir) ədəd ağ rəngli şəffaf sellofana bükülmüş toz şəkilli, qəhvəyi rəngdə, narkotik maddəyə bənzər maddə, 1 (bir) ədəd ağ rəngli şəffaf sellofana bükülmüş toz şəkilli, ağ kristal rəngdə, psixotrop maddəyə bənzər maddə aşkar olunmuşdur. Narkotik maddəyə bənzər bir ədəd kütlə Çin istehsallı üzərində heç bir yazı olmayan elektron tərəzidə çəkilmiş və çəkisinin 0,40 qram olması, həmçinin psixotrop maddəyə bənzər bir ədəd kütlə Çin istehsallı üzərində heç bir yazı olmayan elektron tərəzidə çəkilmiş və çəkisinin 0.30 qram olması müəyyən edilmişdir. Sonra həmin kütlələr qablaşdırılmaqla tədbir iştirakçıları, saxlanılan şəxs və təhqiqatçı tərəfindən imzalanmış və götürülmüşdür. Daha sonra şəxsin üzəri yoxlanılmış, soluncunun üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya predmetə rast gəlinməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 2 (iki) ədəd ağ rəngli şəffaf sellofan bükümdə olan maddə sonuncudan götürülmüşdür. Təqsirləndirilən şəxs suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik vasitələrin heroin və metamfetamin olmasını və saxlanılan zaman polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini bildirmişdir (cild 1, i.v. 85-87); təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında 12 mart 2025-ci il tarixli protokoldan görünür ki, təqdim olunan zərfdə qablaşdırılmış 2 ədəd şəffaf bükümdə ağ və qəhvəyi rəngli, "Narkotik"-ə bənzər maddə elektron tərəzidə çəkilərək ağ rəngli maddənin çəkisinin bükümlə birlikdə 0,35 qram, qəhvəyi rəngli maddənin çəkisinin bükümlə birlikdə 0,45 qram olduğu görünmüş, sonra həmin maddələr yenidən qablaşdırılıb möhürlənmiş, eləcə də şəxsin saxlanıldığı yerdə çəkilmiş videogörüntüyə baxış keçirilmişdir. Videogörüntüdə təhqiqata təqdim olunan narkotik vasitə “heroinə”-ə bənzər bükümün 0,40 qram, psixotrop maddəyə bənzər bükümün 0,30 qram aşkar olunması, Təqsirləndirilən şəxs ondan həmin maddələrin aşkar olunmasını bildirməsi əksini tapmışdır (cild 1, i.v. 93- 94); şübhəli şəxsin tutulması haqqında 12 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:17-də Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v. 103); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 mart 2025-ci il tarixli, 3-16-16/2-6/1086/2025 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №153” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə olan bir ədəd bükümdə təmiz çəkisi 0,416 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 0,228 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (cild 1, i.v. 115-118); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 14 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur (cild 1, i.v. 128-129); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(011)-149/2025 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş təqdimatın təmin edilməsindən imtina edilmişdir (cild 1, i.v. 154-159); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə 14 mart 2025ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir (cild 1, i.v. 160-162); Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanmış cinayət işi xx.xx.2024-cü il tarixdə məhkəməyə göndərilmişdir (cild 1, i.v. 165-166); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-570/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməklə ona 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş cəzadan çıxılmış və üzərində 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır (cild 1, i.v. 167-175); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 şəxsinin xx.xx.2025-ci il tarixli 1673 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, i.v. 218-219); diskdə olan videoyazıya baxış keçirilməsi haqqında 25 aprel 2025-ci il tarixli protokollardan görünür ki, disklərdə olan həmin görüntülər, əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və baxış keçirilməsi, həmçinin təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında 12 mart 2025-ci il tarixli protokollara uyğun olmuşdur (cild 1, i.v. 242-245); təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 26 aprel 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur (cild 2, i.v. 3-4); diskdə olan videoyazıya baxış keçirilməsi haqqında 26 aprel 2025-ci il tarixli protokollardan görünür ki, disklərdə olan həmin görüntülər, əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və baxış keçirilməsi, həmçinin təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında 24 aprel 2025-ci il tarixli protokollara uyğun olmuşdur (cild 2, i.v. 19-20); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(011)-217/2025 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 24 aprel 2025-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir (cild 2, i.v. 32-37); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 19 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 3- 16-16/2-6/1543/2025 saylı və 13 mart 2025-ci il tarixli, 3-16-16/2-6/1086/2025 saylı, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 1673 nömrəli rəyləri sübut növü kimi qiymətləndirilmişlər, 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.228 qram olan, tədqiqatdan sonra qalıq qalmış 0.178 qram çəkidə psixotrop maddə metamfetamin, ilkin təmiz çəkisi 0.416 qram olan, tədqiqatdan sonra qalıq qalmış 0.366 qram narkotik vasitə heroin və 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.596 qram olan, tədqiqatdan sonra qalıq qalmış 0.546 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və Bakı şəhəri Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmiş, şəxsi axtarış keçirilməsini əks etdirən 02 ədəd “CD-R” formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir (cild 2, i.v. 92-100); Bakı Şəhər Probasiya İdarəsinin 02 sentyabr 2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Bakı Şəhər Probasiya İdarəsində qeydiyyata alınmamış, ona təyin edilmiş 1 il 08 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası çəkilməmişdir. Məhkəmə istintaqı zamanı birinci diskdə olan görüntüyə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd mavi idman şalvarının sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan metamfetaminə bənzər kütləni çıxarıb təqdim edir. Narkotik maddəyə bənzər kütlə elektron tərəzidə çəkilir və çəkisinin 0.60 qram olması müəyyən edilir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik vasitənin heroin olmasını və saxlanılan zaman polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini bildirir. Məhkəmə istintaqı zamanı ikinci diskdə olan görüntüyə baxış keçirilmiş və müəyyən olmuşdur ki, təqdim olunan bir ədəd kağız zərfə və mobil telefonda qeydə alınmış video görüntüyə baxış keçirilir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülərək qablaşdırılmış zərfdən, bir ədəd bükümdə metemfetaminə oxşar psixotrop maddə aşkar olunur. Sonra həmin maddə yenidən qablaşdırılıb möhürlənir. Daha sonra videogörüntüyə “Samsung” telefonda baxış keçirilir. Telefonda olan görüntülərdə təhqiqata təqdim olunan psixotrop maddəyə bənzər maddənin Təqsirləndirilən şəxs üzərindən aşkar olunması və həmin şəxsin maddələrin özünə məxsus olduğunu bildirməsi əksini tapır. Məhkəmə istintaqı zamanı üçüncü diskdə olan görüntüyə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçəsinin sol yan cibindən 1 (bir) ədəd ağ rəngli şəffaf sellofana bükülmüş toz şəkilli, qəhvəyi rəngdə, narkotik maddəyə bənzər maddəni, 1 (bir) ədəd ağ rəngli şəffaf sellofana bükülmüş toz şəkilli, ağ kristal rəngdə, psixotrop maddəni təqdim edir. Narkotik maddəyə bənzər bir ədəd kütlə elektron tərəzidə çəkilir və çəkisinin 0,40 qram olması, həmçinin psixotrop maddəyə bənzər bir ədəd kütlə elektron tərəzidə çəkilir və çəkisinin 0.30 qram olması müəyyən edilir. Təqsirləndirilən şəxs suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik vasitələrin heroin və metamfetamin olmasını və saxlanılan zaman polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini bildirir. Məhkəmə istintaqı zamanı dördüncü diskdə olan görüntüyə baxış keçirilmiş və müəyyən olmuşdur ki, təqdim olunan zərfdə qablaşdırılmış 2 ədəd şəffaf bükümdə ağ və qəhvəyi rəngli, "Narkotik"-ə bənzər maddə elektron tərəzidə çəkilərək ağ rəngli maddənin çəkisinin bükümlə birlikdə 0,35 qram, qəhvəyi rəngli maddənin çəkisinin bükümlə birlikdə 0,45 qram olduğu görünür, sonra həmin maddələr yenidən qablaşdırılıb möhürlənir, eləcə də şəxsin saxlanıldığı yerdə çəkilmiş videogörüntüyə baxış keçirilir. Videogörüntüdə təhqiqata təqdim olunan narkotik vasitə “heroinə”-ə bənzər bükümün 0,40 qram, psixotrop maddəyə bənzər bükümün 0,30 qram aşkar olunması, Təqsirləndirilən şəxs ondan həmin maddələrin aşkar olunmasını bildirməsi əksini tapır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 83-cü qrafasına əsasən təmiz çəkisi 0.416 qram olan narkotik vasitə heroin, «Psixotrop maddələr» adlı İİ siyahının 118-ci qrafasına əsasən təmiz çəkisi 0.228 qram və 0.596 qram olan psixotrop maddə metamfetamin xeyli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarının 13-cü bəndində göstərilir ki, Azərbaycan Respublikasının hazırda qüvvədə olan Cinayət Məcəlləsində narkotik vasitələri və ya psixotrop maddələri satış məqsədi olmadan qanunsuz olaraq təkrar əldə etmə və ya saxlama tövsifedici əlamət kimi nəzərdə tutulmamışdır. Buna görə də satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda bir neçə dəfə əldə etmə və saxlama əməli CM-in 234.1-ci maddəsi ilə əhatə olunur və həmin maddə ilə tövsif olunmalı, satış məqsədi olmadan narkotik vasitələri və psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda təkrar əldə etmə CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Cinayətin təkrar törədilməsi Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. İş materiallarında olan sənədlərə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-570/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünün 07 yanvar 2025-ci il tarixdə qanuni qüvvəyə minməsini, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini 12 mart 2025-ci il və 24 aprel 2025-ci il tarixlərində törətməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin olunmasına baxmayaraq yenidən analoji cinayət törətməsini, azadlığın məhdudlaşdırılması cəzasının islah təsirinin ona yetərli olmamasını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini, üzərində qanunla dövriyəsi qadağan olunmuş narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin miqdarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), daha əvvəl də onun azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunması, buna baxmayaraq, yenidən qəsdən cinayət törətməsi, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-570/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla (CM 68.1.1-1), hökmlərin məcmusu üzrə cəza təyin edilməli (CM 67.1), 12 mart 2025-ci il tarixdən 14 mart 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı ümumilikdə 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM-69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəzasının əvvəli 24 aprel 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, narkomaniyadan məcburi müalicə təyin olunmalı (CM-93.1.2) və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmiş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.228 qram olan, tədqiqatdan sonra qalıq qalmış 0.178 qram çəkidə psixotrop maddə metamfetamin, ilkin təmiz çəkisi 0.416 qram olan, tədqiqatdan sonra qalıq qalmış 0.366 qram narkotik vasitə heroin və 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.596 qram olan, tədqiqatdan sonra qalıq qalmış 0.546 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 04 ədəd “CD-R” formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı (CPM-132), 154 (yüz əlli dörd) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəza Azərbaycan Respublikası CMnin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-570/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 10 (on) ay 13 (on üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 01 (bir) il 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 mart 2025-ci il tarixdən 14 mart 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı ümumilikdə 02 (iki) gün müddət ona təyin edilmiş 01 (bir) il 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 01 (bir) il 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 24 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş, 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.228 qram olan, tədqiqatdan sonra qalıq qalmış 0.178 qram çəkidə psixotrop maddə metamfetamin, ilkin təmiz çəkisi 0.416 qram olan, tədqiqatdan sonra qalıq qalmış 0.366 qram narkotik vasitə heroin və 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.596 qram olan, tədqiqatdan sonra qalıq qalmış 0.546 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 04 ədəd “CD-R” formatlı disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 154 (yüz əlli dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-340/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-340/2025
15.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver