Məhkəmə qərarları › İş №1(011)-342/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-342/2020

04.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-342/2020 04.11.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Əliyev Nailə Namiq qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 Məhyəddin oğlunun, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində üç az yaşlı uşağı olan, İİ qrup əlil, hal-hazırda heç bir yerdə işləməyən, məhkumluğu olmayan, ünvan 1 mənzil 90 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq təkrarən talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə xx xxxxx 2020-ci il tarixdə saat 02:00 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 2 saylı ünvanda yerləşən “Şişa” adlanan çay evinin arxa hissəsinin divarına quraşdırılmış plastik materialdan hazırlanmış saxlanc yerinin qapısını açıb oradan sonuncuya məxsus 01 (bir) ədəd istifadə olunmuş “MAKTEK” markalı Epsilon modeli 32-lik kombi istilik sistemini gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 500 (beş yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən xx xxxxx 2020-ci il tarixdə saat 01:00 radələrində Zərərçəkmiş şəxs3 Məhyəddin oğluna məxsus ünvan 3 saylı ünvanda yerləşən “Tavema Pub” adlanan kafenin ikinci mərtəbəsində olan plastikdən hazırlanmış saxlanc yerinin qapısının klidini qanunsuz olaraq sındıraraq açıb oradan sonuncuya məxsus 01 (bir) ədəd istifadə olunmuş “İmmergas” markalı Mini Eolo model 32-lik kombi istilik sistemini gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 Məhyəddin oğluna 650 (alt yüz əlli) manat maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını talama məqsədilə xx xxxxx 2020-ci il tarixdə saat 03:00 radələrində X6 icarədarı olduğu ünvan 4 saylı ünvanda yerləşən “Baku Loung” adlanan çay evinin qapısını açaraq qanunsuz olaraq içəri daxil olub hasardan aşaraq çay evində olan otaqdan sonuncuya məxsus 01 (bir) ədəd istifadə olunmuş 2015-ci ilin yanvar ayında Polşada istehsal olunmuş “Philips” markalı 32PHH4309/88 model televizoru pultu ilə birlikdə gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 200 (iki yüz) manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsiri bilərək ifadəsində göstərmişdir ki, o, fərdi əmək fəaliyyəti ilə məşğul olaraq tikinti işlərində fəhləlik edir. Ölkə ərazisində yayılmış pandemiya ilə əlaqədar məhdudiyyətlər tətbiq olunduğundan işlədiyi tikinti işləri dayandırılmışdır. Əvvəlcədən maddi vəziyyətinin pis olması həm də işsiz qaldığı üçün o, oğurluq etmək qərarına gələrək düşünmüşdür ki, oğurluq edərək əldə etdiyi pulu öz ehtiyacına üçün xərcləyər. Ona görə də xx xxxxx 2020-ci il tarixdə o, Bakı şəhəri Xətai rayonu ərazisində yəni yaşadığı ünvanın ətrafında oğurluq etmək üçün münasib yer axtarmış və Xətai rayonu, Rüstəmov küçəsindən keçən zaman həmin küçədə yerləşən “ Şişa ” çay evi onun diqqətini çəkmişdir. Elə həmin çay evinin əsas girişindən əlavə bina tərəfə açılan ikinci qapısıda vardır. O, həmin qapıya yaxınlaşanda qapının yanında plastik boru görmüş və plastik boruya yaxınlaşın zaman həmin plastik borunun haradan gəldiyinə baxanda həmin kafenin divarına bərkidilmiş saxlanc yerini və borunun başlığının saxlanc yerinə keçdiyini görmüşdür. O, həmin saxlanc yerinin qapısını açan zaman orada kombi aparatının olduğunu görmüşdür. O, saxlanc yerinin qapısının rahat açılıb bağlandığını gördükdən sonra həmin kombi aparatını oğurlamaq qərarına gəlmişdir. O, qərara gəlmişdir ki, əgər gündüz vaxtı kombini oğurlasa onu görən olar və tutula bilər, ona görə də həmin kombi aparatını axşam saatlarında oğurlamaq qərarına gəldiyindən evinə gedərək havanın qaralmasını gözləmişdir. xx xxxxx 2020-ci il tarixdə saat təxminən 02:00 radələrində o, yaşadığı evdən çıxaraq Xətai rayonu, Rüstəmov küçəsində yerləşən “ Şişa ” çay evinə gəlmişdir. Ətrafda adam olmadığına və sakitçiliyin olduğuna əmin olandan sonra kafenin arxa qapısına tərəf gedərək orada plastikdən düzəldilmiş saxlanc yerinin qapısını rahatlıqla açıb və əvvəlcədən yaşadığı evdən özüylə gətirdiyi vintaçanla həmin kombi aparatını söksün. Bundan sonra o, kombi aparatını da götürüb oradan uzaqlaşaraq yaşadığı ünvana gəlmişdir. Ölkə ərazisində xüsusi karantin rejimi ilə əlaqədar bütün bazarlar bağlı olduğu üçün o, kombi aparatını sata bilməyib və karantin rejimi qurtardıqdan sonra kombi aparatını satmağı planlaşdırmışdır. Bundan başqa o, yenə də oğurluq etmək qərarına gələrək, xx xxxxx 2020-ci il tarixdə yaşadığı evdən çıxaraq yenə də həyətdə gəzməyə başlamışdır. Artıq saat təxminən 01:00 radələrində o, Telnov küçəsi 3 saylı ünvanda yerləşən “Tavema” adlanan kafenin qarşısından keçən zaman oradan oğurluq etmək qərarına gəlmişdir. Belə ki, kafe bağlı olmuşdur və içərisində işıqlar yanmamışdır. Respublikanın ərazisində son zamanlar karantin rejimi olması ilə əlaqədar kafelər fəaliyyət göstərməmişdir. Həmin kafe iki mərtəbəlidir. O, kafenin yan tərəfində olan pilləkən ilə ikinci mərtəbəyə qalxmaq istədikdə orada dəmir qapı olmuş və o, plastikdən təmir olunmuş yerin kilidini üzərində olan vintaçanla açaraq sındırmışdır. O, qapını açdıqda görmüşdür ki, orada kombi aparatı vardır. O, həmin kombini sökərək yerindən çıxarmış və kombi aparatını götürüb yaşadığı mənzilə gətirmişdir. Bundan sonra o, xx xxxxx 2020-ci il tarixdə yenidən oğurluq etmək qərarına gəlmiş və həmin gün saat 23:00 radələrində yaşadığı ünvandan çıxaraq oğurluq etmək üçün münasib yer axtarmağa başlamışdır. Bir neçə saat gəzdikdən sonra xx xxxxx 2020-ci il tarixdə saat 03:00 radələrində o, Bakı şəhəri Xətai rayonu, Sarayev küçəsi ilə piyada gəzən zaman orada yerləşən “ Baku Lounge ” çay evi diqqətini çəkmişdir. Həmin çay evi zirzəmidə yerləşir. O, çay evinin qapısına yaxınlaşaraq qapının açıq və ya bağlı olmağına baxan zaman qapının açıq olduğunu görmüş və qapını açaraq oradan da hasardan tullanıb çay evinə daxil olmuşdur. Çay evinə daxil olduqdan sonra o, ordan qiymətli bir əşya oğurlamaq üçün içəridə gəzən zaman otaqlardan birində olan televizor diqqətini çəkmiş və o, televizoru rahat sata biləcəyini fikirləşərək televizoru olduğu yerdən rahatlıqla çıxardıb oradan uzaqlaşmışdır. Oğurladığı televizoru o, yaşadığı mənzilə aparmışdır. Öz mənzilində olan televizor köhnə olduğu üçün o, oğurladığı televizoru evində olan televizor ilə əvəz etmişdir. Ona oğurluq edərkən heç kim köməklik etməmişdir. O, qeyd olunan cinayət hadisəsini tək törətmişdir. O, qeyd olunan oğurluq cinayətindən başqa heç bir cinayət hadisəsi törətməmişdir. Əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərə dəymiş ziyanın tam ödənildiyini, zərərçəkmiş şəxslə barışdığını, İİ qrup əlil olduğunu, ailəli olduğunu, himayəsində üç uşağı olduğunu nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələr və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verərək göstərmişdir ki, o, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 25 saylı evin 19 nömrəli mənzilində ailəsi ilə birlikdə yaşayır. O, təxminən 5 il müddətdir ki, Xətai rayonu, M.Rüstəmov küçəsi 31 saylı ünvanda yerləşən binanın birinci mərtəbəsini almışdır. Həmin yeri aldığı gündən oranı çay evi kimi işlətmişdir. Belə ki, həmin yer “Şişa” adlanan çay evi kimi fəaliyyət göstərmişdir. O, çay evini dostu Şahid2 müqavilə əsasında icarəyə vermişdir. Həmin yeri aldıqdan sonra oranın fəaliyyət göstərməsi üçün avadanlıqlar və məişət əşyalarını o, almışdır. Həmçinin çay evinə istilik sistemi də çəkdirmişdir. Çay evinə istilik “Termoqaz” markalı kombi vasitəsi ilə yayılmışdır. Həmin istilik sistemini iki il əvvəl 3.000 manata almışdır. Aparat çay evinin arxa tərəfində olan plastikdən düzəldilmiş saxlanc yerində olmuşdur. Oranın qapısı olmuş və daima qapı bağlı qalmışdır. Respublikanın ərazisində karantin rejimi olması ilə əlaqədar çay evinin fəaliyyəti dayandırmış, lakin mütəmadi olaraq oraya nəzarət etmişdir. xx xxxxx 2020-ci il tarixdə çay evinin yerləşdiyi ərazinin sahə inspektoru mobil telefonuna zəng edərək oğurluq olmasını bildirmişdir. Həmin vaxt karantin rejimi olması ilə əlaqədar o, Gəncə şəhərində olmuş və sahə inspektoruna 10 gündən sonra Bakı şəhərinə gələcəyini bildirmişdir. Ona görə də çay evini icarə əsasında işlədən Şahid2 oğurluq barədə ərizə ilə müraciət etmişdir. Oğurlanmış istilik sisteminin bütün avadanlıqları ilə birlikdə o, 3.000 manata almış və quraşdırmışdır. Lakin tək oğurlanmış kombinin qiyməti 1.500 manat olmuşdur. Çay evindən yalnız bir ədəd kombi oğurlanmış, başqa heç bir əşya oğurlanmamışdır. Baş vermiş hadisə nəticəsində ona 1.500 manat maddi ziyan dəymişdir. Hazırda ona dəyən ziyan tam ödənilmişdir. O, Təqsirləndirilən şəxs bağışlayır. Ona qarşı heç bir şikayəti, tələbi yoxdur və məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 Məhyəddin oğlu ifadə verərək göstərmişdir ki, o, 2017-ci il tarixdə ünvan 6 saylı ünvanda yerləşən obyekti almış və həmin obyekt ona məxsusdur. Obyekti aldıqdan sonra o, həmin obyketi təmir etdirib, təmir zamanı obyektə kombi sistemi quraşdırmışdır. Belə ki, o, obyekti təmir etdirdikdən sonra pilləkənlərlə obyektin ikinci mərtəbəsinə qalxdıqda ikinci mərtəbənin giriş qapısının yanında kombi sistemi üçün xüsusi yer hazırlatmışdır və həmin yerdə kombi aparatını yerləşdirmişdir. xx xxxx 2020-ci il tarixdə ona məxsus ünvan 6 saylı ünvanda yerləşən “Taverna Pub” adlanan kafeni Şahid1 icarəyə vermişdir. Həmin kafedə spirtli içki və çay verilir. İbrahimin onunla müqaviləsi vardır və VÖEN-i olmaqla dövlətə vergisi də ödəyir. İbrahim həmin kafeni hər gün saat 10-11 radələrində açıb və axşam saat 23-24 radələrində bağlamışdır. Lakin kafə bir neçə aydır ki, işləməyib, belə ki, Respublikanın ərazisində karantin rejimi olması ilə əlaqədar kafenin fəaliyyəti dayandırılmışdır. Buna baxmayaraq həm o, həm də İbrahim mütəmadi olaraq kafeyə gedib nəzarət etmişlər. xx xxxxx 2020-ci il tarixdə səhər saatlarında o, evdə olan zaman İbrahim onun istifadəsində olan mobil nömrəsinə zəng edib və kafenin çöl hissəsində olan kombi aparatının oğurlandığını bildirmişdir. O, dərhal kafeyə gedib və kafenin yan tərəfində olan pilləkənlə ikinci mərtəbəsinə qalxdıqda dəmir qapının yanında olan ağ rəngli plastik materialdan hazırlanmış yerin qapısının kilidinin sındırılmasını və qapının açıq olmasını görmüşdür. İçərisinə baxdıqda orada olan “İmerqaz” markalı kombi istilik cihazının oğurlanmasını görmüşdür. Ona məlum olmuşdur ki, kafe işləmədiyi müddətdə kombi aparatı naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Bundan dərhal sonra, İbrahim Azərbaycan Respublikası DİN-nin 102 -xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bir neçə dəqiqə keçdikdən sonra kafenin qarşısına polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları kafeyə baxış keçirib fotoşəkillərini çəkmişlər. Hazırda ona dəyən ziyan tam ödənilmişdir. O, Təqsirləndirilən şəxs bağışlayır. Ona qarşı heç bir şikayəti, tələbi yoxdur və məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs1 məhkəməyə teleqram vuraraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini və ona dəymiş ziyanın ödənilməsini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş və o, ünvan 7 mənzil 27 ünvanında ailəsi ilə birlikdə yaşayır. Təxminən bir il müddətdir ki, Xətai rayonu, Sarayev küçəsi 12 ünvanında yerləşən 4 mərtəbəli binanın 3 və 4-cü mərtəbələrini icarəyə götürmüşdür. Həmin tikili Polad adlı şəxsə məxsusdur. Polad adlı şəxsdən binanın 3 və 4cü mərtəbələrini icarəyə götürmüş və oranın fəaliyyət göstərməsi üçün divan, stol, stul, televizor və başqa əşyalar alıb gətirmişdir. Həmin yeri “Baku Lounge” adlanan çay evi kimi işlətməyə başalmışdır. Çay evini o, səhər saat 11-12 radələrində açmış, axşam saat 00:00 radələrində bağlamışdır. Respublikanın ərazisində son zamanlar karantin rejimi elan olunması ilə əlaqədar çay evinin fəaliyyəti dayanmışdır. Sonuncu dəfə o, çay evində xx xxxx 2020-ci tarixdə olmuşdur. Çay evinin fəaliyyəti dayandırılsa da orada əşyaları olduğu üçün mütəmadi olaraq o, gedib nəzarət etmişdir. xx xxxxx 2020-ci il tarixdə çay evinə gəlmiş və əşyalarını yoxlamışdır. Həmin vaxt o, çay evinin içərisində olan bir ədəd “Philips” markalı televizorun yerində olmadığını görmüşdür. Məlum olmuşdur ki, çay evində olmadığı müddətdə naməlum şəxs və ya şəxslər çay evinə daxil olaraq televizoru oğurlamışdır. Bundan soma Xətai RPİ-nin 34-cü PŞ-nə ərizə ilə müraciət etmiş və izahatı alınmışdır. Həmin hadisə nəticəsində ona ümumilikdə 600 manat maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid2 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, təxminən 3 ildən artıqdır ki, ünvan 2 saylı ünvanda yerləşən “Şişa” adlanan çay evini icarəyə götürmüş və oranı işlədir. Həmin ünvanın sahibi Zərərçəkmiş şəxs2dur. Onun Nofəl ilə müqaviləsi vardır və VÖEN-i olmaqla dövlətə vergidə ödəmişdir. Həmin çay evini o, hər gün saat 10-11 radələrində açmış və axşam saat 22-23 radələrində bağlamışdır. Lakin, kafə uzun müddətdir ki, işləmir. Belə ki, Respublikanın ərazisində karantin rejimi olması ilə əlaqədar çay evinin fəaliyyəti dayandırılmışdır. Buna baxmayaraq mütamadi olaraq o, kafeyə gedib nəzarət edirmiş. xx xxxxx 2020-ci il tarixdə səhər saatlarında çay evinə getmişdir. Ora çatdıqda əşyalara baxdıqda görmüşdür ki, çay evinin tikilisinin qarşı tərəfində olan kombi cihazı yerindən sökülmüşdür. Məlum olmuşdur ki, kombini oğurlamışlar. Bundan sonra Xətai RPİ-nin 34cü polis şöbəsinə gedərək bu barədə ərizə ilə müraciət etmiş və izahatı alınmışdır. Həmin çay evindən oğurlanmış kombi cihazı özünə məxsus olmamış, belə ki, kombini özü almamışdır. Çay evi Nofələ məxsusdur, kombini də Nofəlin almasını güman edir. Polis bölməsində təxminən kombi cihazının dəyərini 3.000 manat qeyd etmiş və həmin hadisə ilə əlaqədar ona heç bir maddi ziyan dəyməmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid1 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, təxminən 3 ildən artıqdır ki, ünvan 8 saylı ünvanda yerləşən “Tavema pub” adlanan kafeni icarəyə götürmüş və oranı işlədir. Həmin ünvanın sahibi Zərərçəkmiş şəxs3 Məhyəddin oğludur. Əliyar ilə müqaviləsi vardır və VÖEN-i olmaqla dövlətə vergidə ödəmişdir. Həmin çay evini o, hər gün saat 10-11 radələrində açmış və axşam saat 22-23 radələrində bağlamışdır. Lakin, kafə uzun müddətdir ki, işləmir. Belə ki, Respublikanın ərazisində karantin rejimi olması ilə əlaqədar kafenin fəaliyyəti dayandırılmışdır. Buna baxmayaraq mütəmadi olaraq o, kafeyə gedib nəzarət edirmiş. xx xxxxx 2020-ci il tarixdə o, səhər saatlarında çay evinə getmişdir. Ora çatdıqda əşyalara baxdıqda görmüşdür ki, kafenin tikilisinin qarşı tərəfində olan kombi cihazı yerindən sökülmüşdür. Məlum olmuşdur ki, kombini oğurlamışlar. Bundan sonra o, Xətai RPİ-nin 34-cü polis şöbəsinə gedərək bu barədə ərizə ilə müraciət etmiş və izahatı alınmışdır. Həmin çay evindən oğurlanmış kombi cihazı özünə məxsus olmamış, belə ki, kombini özü almamışdır. Kafe Əliyara məxsusdur, kombini də Əliyarın almasını güman edir. Polis bölməsində təxminən kombi cihazının dəyərini 3.000 manat qeyd etmiş və həmin hadisə ilə əlaqədar ona heç bir maddi ziyan dəyməmişdir. Cinayət işinin 35-ci vərəqəsində olan xx xxxxx 2020-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixində şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 84-91-ci vərəqələrində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, 4(011)-265/2020 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatət və təqdimat təmin edilməmişdir. Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Ev dustaqlığında saxlama müddəti 03 (üç) ay həddində müəyyən edilmişdir. Ev dustaqlığında saxlama müddətinin əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işinin 158-159-cu vərəqələrində olan xx xxxxxxxx 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərarıdan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədniri seçilmişdir. Cinayət işinin 108-109-cu vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X2 tərəfindən xx xxx 2020-ci il tarixində tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs X15 İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxxxx 2004-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək, 03 (üç) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 02 (iki) il şərti sınqa müddəti verilmişdir. Cinayət işinin 148-149-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 9/1363 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatlna təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1.350 manat müəyyən edilir : 01 (bir) ədəd “Maktek” markalı Epsilon moddelli 32-lik kombi istilik sistemi – 500 manat ; 01 (bir) ədəd “İmmergas” markalı mini Eolo modelli 32-lik kombi istilik sistemi – 650 manat ; 01 (bir) ədəd 2015-ci il tarixli Polşa istehsalı «Philips» markalı, 32PHH4309/88 modelli televizor -200 manat. Cinayət işinin 172-183-cü vərəqələrində olan xx xxxxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət yolu ilə ələ keçirdiyi 01 (bir) ədəd “Maktek” markalı Epsilon moddelli 32-lik kombi istilik sistemi, 01 (bir) ədəd “İmmergas” markalı mini Eolo modelli 32-lik kombi istilik sistemi və 01 (bir) ədəd 2015-ci il tarixli Polşa istehsalı «Philips» markalı, 32PHH4309/88 modelli televizor iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün zərərçəkmiş şəxslərə təhvil verilmişdir. Cinayət işinin 203, 205 və 207-ci vərəqələrində olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 Məhyəddin oğlunun və Zərərçəkmiş şəxs1 qəbzlərindən görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 özünə məxsus 01 (bir) ədəd “Maktek” markalı Epsilon moddelli 32-lik kombi istilik sistemini, Zərərçəkmiş şəxs3 Məhyəddin oğlu özünə məxsus 01 (bir) ədəd “İmmergas” markalı mini Eolo modelli 32-lik kombi istilik sistemini və Zərərçəkmiş şəxs1 özünə məxsus 01 (bir) ədəd istifadə olunmuş 2015-ci ilin yanvar ayında Polşada istehsal olunmuş “Philips” markalı 32PHH4309/88 model televizoru təhvil almışlar. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai rayon VVADQ şöbəsi tərəfindən xx xxxxxx 2007-ci il tarixində verilmiş AZ-İ seriyalı 341225 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X7 xx xxxxxx 2007-ci il tarixdə nikah bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə “1090” nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra soyadları ərin Zülfüqarov, arvadın Zülfüqarova qeyd edilmişdir. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxx 2010-cu il tarixində verilmiş AZ-İİ seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx xxxx 2009-cu il tarixində Bakı şəhərində doğulmuşdur. Atası Təqsirləndirilən şəxs, anası X1r. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2012-ci il tarixində verilmiş AZ-İİİ seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx xxxxxx 2012-ci il tarixində Bakı şəhərində doğulmuşdur. Atası Təqsirləndirilən şəxs, anası X1r. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxx 2017-ci il tarixində verilmiş AZ-İİİ seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx xxxxxx 2017-ci il tarixində Bakı şəhərində doğulmuşdur. Atası Təqsirləndirilən şəxs, anası X1r. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və X9 Nazirliyinin Bakı şəhəri Xətai rayon X17 Ekspert Komissiyası tərəfindən xx xxxx 2009-cu il tarixdə verilmiş SER TSE-01 seriyalı 753202 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs İİ qrup əlildir. (Müddətsizdir). Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 Məhyəddin oğlunun ərizələrindən görünür ki, onlara Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan tam şəkildə ödənilmişdir. Onlar Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayətləri, tələbləri yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs tamah niyyəti ilə saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq təkrarən talamaqla oğurluq cinayətlərinin törətməsi, onun özünün istintaq zamanı verdyi ifadəsi, zərərçəkmiş şəxslərin, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödədiyini, zərərçəkmiş şəxslərlə barışdığını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayətinin, tələbinin olmadığını, məhkumluğunun olmadığını, ailəli olduğunu, ailəsinin yeganə dolandıranı olduğunu, himayəsində üç az yaşlı uşağı olduğunu, İİ qrup əlil olduğunu cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixində şübhəli şəxs qismində tutulmuş, xx xxxxx 2020-ci il tarixində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatət və təqdimat təmin edilməmişdir. Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Ev dustaqlığında saxlama müddəti 03 (üç) ay həddində müəyyən edilmişdir. Ev dustaqlığında saxlama müddətinin əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablanmışdır. Daha sonra, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığının müddəti bitdiyindən onun barəsində xx xxxxxxxx 2020-ci il tarixli qərarla polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixindən xx xxxxxxxx 2020-ci il tarixinədək ev dustaqlığında olduğu 05 (beş) ay, 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində, qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəzalar cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibləri Zərərçəkmiş şəxs2 təhvil verilmiş 01 (bir) ədəd “Maktek” markalı Epsilon moddelli 32-lik kombi istilik sistemi, Zərərçəkmiş şəxs3 Məhyəddin oğluna təhvil verilmiş 01 (bir) ədəd “İmmergas” markalı mini Eolo modelli 32-lik kombi istilik sistemi və Zərərçəkmiş şəxs1 təhvil verilmiş 01 (bir) ədəd istifadə olunmuş 2015-ci ilin yanvar ayında Polşada istehsal olunmuş “Philips” markalı 32PHH4309/88 model televizoru pultu ilə birlikdə hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 Məhyəddin oğlunun və Zərərçəkmiş şəxs1 istifadələrinə verilmiş hesab edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 50 AZN (əlli manat) Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 354, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixindən xx xxxxxxxx 2020-ci il tarixinədək ev dustaqlığında olduğu 05 (beş) ay müddət, yəni 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində, qəti olaraq, 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılmaları üçün sahibləri Zərərçəkmiş şəxs2 təhvil verilmiş 01 (bir) ədəd “Maktek” markalı Epsilon moddelli 32-lik kombi istilik sistemi, Zərərçəkmiş şəxs3 Məhyəddin oğluna təhvil verilmiş 01 (bir) ədəd “İmmergas” markalı mini Eolo modelli 32-lik kombi istilik sistemi və Zərərçəkmiş şəxs1 təhvil verilmiş 01 (bir) ədəd istifadə olunmuş 2015-ci ilin yanvar ayında Polşada istehsal olunmuş “Philips” markalı 32PHH4309/88 model televizoru pultu ilə birlikdə hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 Məhyəddin oğlunun və Zərərçəkmiş şəxs1 istifadələrinə verilmiş hesab edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 50 AZN (əlli manat) Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddiavə xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən şikayət və ya protest verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar