Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-342/2021 28.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Dövlət ittihamçısı- Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X2, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Xətai rayonu, Corat küçəsi 5/8-də qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs o, 11 may 2021-ci il tarixdə saat 22:30 radələrində etibarnamə əsasında idarə etdiyi "xxxx" MMC-yə məxsus “Chevrolet Cruze” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobili İlə Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti istiqamətində 50-60 km/saat sürətlə hərəkətdə olduğu zaman Xəzər TV-nin qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin İ-ci hissəsinə əsasən sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir kimi tələbinə riayət etməklə baş verə biləcək hadisənin qarşısım almağa texniki imkanı olduğu halda bu qaydalara riayət etməyərək, yolu soldan sağa keçmək üçün yolun hərəkət hissəsinə daxil olaraq iti addımla hərəkət edən piyada X4 avtomobilin ön sol hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan sonuncuya başın sol təpə ənsə-gicgah nahiyəsində hematoma, baş beynin və beyin kötüyünün əzilməsi ilə müşayiət olunan sol təpə-ənsə-gicgah sümüklərinin kəllə əsasına keçən xətti sınıqları, baş beyinə qansızma, hər iki baldır sümüklərinin qapalı sınıqları ilə nəticələnən, ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya malik xəsarətlər yetirərək, 11.05.2021-ci il tarixdə saat 23 radələrində aidığı bədən xəsarətlərindən xəstəxanada başın küt travması nəticəsində yaranmış kəllə sümüklərinin sınığı, baş beyin toxumasının əzilməsi, yumşaq qişaya, beyin toxumasına və beyin mədəciklərinə qansızmalar İlə bağlı ölümünə səbəb olaraq yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 11 may 2021-ci il tarixdə saat təxminən 22:30 radələrində o, idarə etdiyi həmin avtomobil ilə Bakı şəhəri, Xətai rayonu Nobel prospekti istiqamətində saat 50/60 km saat sürətlə hərəkət etmişdir. Həmin vaxt Nobel prospekti Xəzər TV-nin qarşısında yolun sağ sol kənarında başqa avtomobillər parklandığından, küçə çox darısqal olmuş, bu zaman yolun əks istiqamətində hərəkət edən avtomobilin arxasından qəflətən yolu soldan sağa keçmək istəyən piyadanı görməmiş və idarə etdiyi Chevrolet Cruise markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sol qabaq hissəsi ılə piyadanı vurmuşdur. Dərhal əyləcə basmış və avtomobili saxlamışdır. Avtomobildən düşərək piyadaya yaxınlaşmış, qardaşı Zamirə zəng vurmuş, ətrafda olan bir nəfərdən təcili tibbi yardıma zəng vurmasını xahiş etmişdir. Daha sonra isə hadisə yerinə qardaşı Zamir, təcili tibbı yardım avtomobili və polis əməkdaşları gəlmiş, hadisə ilə bağlı polis əməkdaşları şifahi olaraq söhbət edərək sənədlərini götürmüşlər. Xəsarət alan qadını isə oradan dostu Asif qardaşı Zamir ilə birlikdə özünə məxsus Land Cruıser markalı **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Semaşko adlı xəstəxanaya, daha sonra Respublika Mərkəzi Xəstəxanasının Təcili Tibbi yardımına aparıb müayinə etdikdən sonra, mili tibbi yardım avtomobili ilə Travmatologiya xəstəxanasına ordanda Sabunçu 3 saylı şəhər xəstəxanasına aparmışlar. Daha sonra o, özü də, xəstəxanaya gedərək, həmin xəstənin vəziyyəti ilə maraqlanmış, xəstənin xəstəxana xərclərini tam olaraq ödəmişdir. Sonradan isə həmin qadının X5 olması ona məlum olmuşdur, 12 may 2020-ci il tarixdə isə Kifayət Vəliyeva 3 saylı şəhər klinik xəstəxanasında vəfat etmişdir. Hadisə zamanı o, avtomobildə tək olmuş, hadisə zamanı o, özü heç bir xəsarət almamışdır. Avtomobildə hadisə zamanı hər hansı bir yük olmamış, hadisə yerində olarkən ətrafda olan tanımadığı şəxslər piyadanın məhz onun idarə etdiyi avtomobilin qabaq sol hissəsinin dəydiyini bildirmişlər. Həmçinin o bildirdi ki, əməlindən peşmandır, zərərçəkmiş şəxsin hüququ varisi ilə barışmış, ona dəymiş ziyanı tam olaraq ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadəsində göstərdi ki, mərhum X5 onun anasıdır. Hadisə baş verən günə qədər onlar bir yerdə yaşamışlar. Mərhum anası X5 hadisə baş verən ünvanın yaxınlığında aşbaz fəaliyyəti ilə məşğul olmuşdur. 11 may 2021-ci il tarixdə saat təxminən 23:20 radələrində yaşadığı evdə olduğu zaman bir nəfər tanımadığı şəxs zəng vuraraq, anası Kifayət Vəliyevanın yol-nəqliyyat hadisəsi zamanı xəsarət aldığını və bununla bağlı hazırda Bakı şəhəri, Sabunçu rayonu 3 saylı şəhər klinik xəstəxanasında olduğunu bildirmişdi. O da, dərhal qeyd olunan xəstəxanaya getmiş və orada həqiqətən anası Kifayət Vəliyevanın müayinə olunmasını və ona ilkin tibbi yardım göstərilməsini görmüşdür. Həmin vaxt xəstəxanada olarkən ona məlum olmuşdur ki, mərhum anası K.Vəliyeva Nobel prospekti Xəzər Tv-nin qarşısında işdən çıxıb evə gəlmək istəyərkən yolu keçdikdə, həmin vaxt adı sonradan onlara məlum olan sürücü Təqsirləndirilən şəxs Rentecar şirkətinə məxsus yol vərəqəsi ilə idarə etdiyi “Chevrolet Cruis” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə vurulmuş və xəsarətlər alaraq xəstəxanaya gətirilmişdir. Belə ki, xəstəxanada olduğu zaman ona həmçinin Təqsirləndirilən şəxs dostu kimi özünü təqdim edən cavan oğlan Kifayətin müayinə və müalicəsi ilə bağlı xərcləri ödədiyini və nə lazım olsa da, edəcəklərini bildirmişdir. Lakin, 12 may 2021-ci il tarixdə anası Kifayət artıq aldığı bədən xəsarətlərindən xəstəxanada vəfat etmişdir. Bundan sonra, Kifayətin nəşi məhkəmə-tibbi ekspertizası müayinəsindən keçirilərək, onlara təhvil verilmiş və Kifayət tərəflərindən Sumqayıt şəhərində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Hadisə nəticəsində anası Kifayətin müalicə olunması ilə bağlı, həmçinin vəfat etdikdən sonra dəfn edilməsi və digər xərcləri sürücü Təqsirləndirilən şəxs və onun yaxın qohumları tərəfindən qarşılanmışdır. Hazırda Təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şаhid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 11 may 2021-ci il tarixdə saat 22:30 radələrində qardaşı Zaur ona zəng vurmuş, Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində yerləşən «Xəzər TV»nin qarşısında rentecar şirkətindən götürdüyü və yol vərəqəsi əsasında idarə etdiyi «Chevrolet Cruze» markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən bir nəfər yolu keçən qadın piyadanı vurduğunu və təcili olaraq onun hadisə yerinə gəlməyini xahiş etmişdri. Hadisə yeri yaşadığı evin yaxınlığında olduğundan o dərhal idarə etdiyi «X11» markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə, bir neçə dəqiqə ərzində hadisə yerinə gəlib çatmışdır. Hadisə yerinə gəldikdə o, Zaurun idarə etdiyi avtomobilin yolun kənarında olduğunu, Zaurun vurduğu qadının isə yolun orta hissəsində uzanmış vəziyyətdə olduğunu, Zaurun və ətrafda olan tanımadığı şəxslərin isə ona köməklik göstərməsini görmüşdür. Dərhal yaxınlaşıb həmin qadını yerdən qaldıraraq xəstəxanaya aparılması üçün qaldırmaq istəsə də, lakin həmin qadın, yəni adı sonradan onlara məlum olan X5 bədənin ağrıdığını və ona toxunmamaqlarını demişdi. Bundan sonra, o, nə edəcəyini bilməmiş və kömək üçün yaxınlıqda olan dostu Asifə zəng vuraraq, hadisə yerinə çağırmışdır. Asif gəldikdən sonra isə onun da köməkliyi ilə həmin qadını yerdən qaldıraraq idarə etdiyi avtomobilə əyləşdirərək xəstəni Asif ilə birlikdə X10 aparmışlar. Həmin qadını yolda xəstəxanaya apararkən isə o, hadisə ilə bağlı DİN-nin 102 xidmətinə özü zəng vuraraq məlumat vermiş, qardaşı Zaurun hadisə yerində durduğunu bildirmişdir. Lakin, KTM-də isə «Koronavirus» xətələrinin müalicə olunduğunu və qəbul olmadığını bildirdiklərindən, onlar xəstəni oradan «Respublikanski xəstəxanası»na aparmışlar. Həmin xəstəxanada isə Kifayət Vəliyeva rentgen müayinəsindən keçdikdə, onun hər iki qolu, hər iki ayağı və omba sümüyünün sınması bildirilmişdir. Həmin xəstəxanaya həmçinin, X1 da gəldikdən sonra onlar Kifayət Vəliyevanı daha yaxşı xəstəxanaya aparmağı, yəni Travmatologiya xəstəxanasına aparmağı təklif etmiş və Anarın da razılığı ilə Kifayət Vəliyevanı oradan Travmotologiya xəstəxanasına aparmışlar. Həmin xəstəxanada isə Kifayət Vəliyevanın baş nahiyəsində hər hansı bir problemi olacağını bildirərək, həmin qadını Sabunçu rayonu ərazisində yerləşən «Sabunçu Xəstəxanası»na aparmaqlarını bildirmişlər, buna görə də, onlar oradan Kifayət Vəliyevanı 3 saylı ŞKX-na aparmışlar. Həmin xəstəxanada isə xəstəni qəbul etmiş və dərhal müayinə üçün aparmışlar. Lakin, təxminən 5-10 dəqiqə sonra isə Kifayət Vəliyevanın vəfat etməsi barədə onlara məlumat verilmişdir. Həmin vaxt qardaşı Təqsirləndirilən şəxs hadisə yerini tərk etməmiş, özü də, polisə hadisə barədə məlumat verərək, Zaurun hadisə yerində dayandığını bildirmişdir. Həmçinin, Kifayət Vəliyevaya tibbi yardım göstərilməsi üçün öz avtomobili ilə onu hadisə yerindən xəstəxanaya aparıb çatdırsa da, lakin onun aldığı bədən xəsarətləri nəticəsində həyatını xilas etmək mümkün olmamışdır. Buna baxmayaraq, X1 və digər ailə üzvləri ilə görüşərək, baş vermiş hadisə ilə bağlı peşmançılıqlarını bildirməklə yanaşı, onun dəfni ilə əlaqədar, həmçinin digər zəruri xərclərini və dəymiş maddi ziyanı tərəflərindən tam olaraq onlara ödəmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 11 may 2021-ci il tarixdə saat 22:40 radələrində dostu Zamir ona zəng vuraraq, Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində yerləşən «Xəzər TV»nin qarşısında qardaşı Zaurun rentacar şirkətindən götürdüyü və yol vərəqəsi əsasında idarə etdiyi «Chevrolet Cruze» markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən bir nəfər yolu keçən qadın piyadanı vurduğunu və təcili olaraq onun hadisə yerinə gəlməyini xahiş etmişdir. O, da yaxınlıqda olduğundan dərhal hadisə yerinə gəlmiş və Zaurun, Zamirin orada olduqlarını, həmçinin Zaurun vurduğu qadının isə yolun orta hissəsində uzanmış vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra, o, da kömək edərək həmin qadını yəni adı sonradan ona məlum olan X4 yerdən qaldırıb xəstəxanaya aparılması üçün Zamirin idarə etdiyi avtomobilə əyləşdirmiş və onu Zamirlə birlikdə X10 aparmışlar. Həmin qadını yolda xəstəxanaya apararkən Zamir qardaşı Zaurun törətdiyi hadisə ilə bağlı DİN-nin 102 xidmətinə zəng edərək qardaşı Zaurun hadisə yerində durduğunu bildirmişdir. KTM-də onlara «Koronavirus» xətələrinin müalicə olunduğunu və qəbul olmadığını bildirdiklərindən, onlar həmin qadını oradan «Respublikanski xəstəxanası»na aparmışlar. Həmin xəstəxanada isə Kifayət Vəliyeva rentgen müayinəsindən keçdikdə, onun hər iki qolu, hər iki ayağı və omba sümüyünün sınması bildirilmişdir. Həmin xəstəxanaya həmçinin, X1 da gəldikdən sonra onlar Kifayət Vəliyevanı daha yaxşı xəstəxanaya aparmağı, yəni Travmatologiya xəstəxanasına aparmağı təklif etmiş və Anarın da razılığı ilə Kifayət Vəliyevanı oradan Travmotologiya xəstəxanasına aparmışlar. Həmin xəstəxanada isə Kifayət Vəliyevanın baş nahiyəsində hər hansı bir problemi olacağını bildirərək, həmin qadını Sabunçu rayonu ərazisində yerləşən «Sabunçu Xəstəxanası»na aparmaqlarını bildirmişlər, buna görə də, onlar oradan Kifayət Vəliyevanı 3 saylı ŞKX-na aparmışlar. Həmin xəstəxanada isə xəstəni qəbul edərək dərhal müayinə üçün aparmışlar. Lakin, təxminən 5-10 dəqiqə sonra isə Kifayət Vəliyevanın vəfat etməsi barədə onlara məlumat verilmişdir. Kifayət Vəliyevaya tibbi yardım göstərilməsi üçün Zamir özü avtomobili ilə onun da iştirakı ilə hadisə yerindən xəstəxanaya aparıb çatdırsalar da, lakin onun aldığı bədən xəsarətləri nəticəsində həyatını xilas etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata götürülməsi haqqında 12 may 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işinin başlanılmış, iş icraata qəbul edilməklə istintaqı aparılmışdır(i.v. 1); yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 11 may 2021-ci il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, Xəzər TV-nin qarşısında hadisə yerinə baxış keçirilmiş, sxem və fotoşəkillər çəkilərək cinayət işinə əlavə olunmuşdur (i.v. 05-17); «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»na əlavə 2/13042 №-li 11 may 2021-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinə aktından müəyyən olunur ki, hadisə baş verən zaman sürücü Təqsirləndirilən şəxs ayıq olmuşdur (i.v. 18); sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN BDYPİ Qİİ 2 saylı Asan xidmət tərəfindən 08.10.2020-ci il tarixdə 10 il müddətinə «BC» kateqoriyalı AC 388067 nömrəli sürücülük vəsiqəsi verilmişdir (i.v. 20); "xxxx" MMC tərəfindən verilmiş etibarnamədən görünür ki, İsayev X7 Cruze markalı ** OK *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmək hüququna malikdir(i.v.21); Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınması haqqında qərardan görünür ki, X6 17.05.2021-ci il tarixdə 21011151 saylı cinayət işi üzrə ölmüş anası X3 hüquqi varisi qismində tanınmışdır(i.v.45); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 16 may 2021-ci il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumuğu barədə DİN BƏSİİ Əməliyyat-sorğu kortatekasında heç bir məlumat yoxdur (i.v. 54); məhkəmə-tibbi ekspertizasının 12 may 2021-ci il tarixli, 47 saylı rəyindən görünür ki, mərhum X3 meyitində aşkar olunmuş xəsarətlər –başın sol təp-ənsə-gicgah nahiyəsində hematoma, baş beynin və beyin kötüyünün əzilməsi ilə müşayiət olunan sol təpə-ənsə-gicgah sümüklərinin kəllə əsasında keçən xətti sınıqları, baş beyinə qansızma, hər iki baldır sümüklərinin qapalı sınıqları bərk küt əşyanın(əşyaların) qüvvətli təsirindən, 12.05.2021-ci il tarixdə saat 00:30 onun tibbi yardım üçün Sabunçu 3 saylı şəhər xəstəxanasına gətirilməsindən az əvvəl baş vermiş yol-nəqliyyatı hadisəsi şəraitində avtomaşın vurması nəticəsində əmələ gəlmişdirlər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər(i.v.66-68); məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının 11 iyun 2021-ci il tarixli, 8/1134 saylı rəyindən görünür ki, istintaq tərəfindən verilmiş məlumatlara əsasən Chevrolet Cruze markalı, ** OK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-cü maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində həmin maddənin tələblərinə uyğunsuzluq olmuşdur(i.v.71-74); sübutların qiymətləndirilməsi haqqında 21 iyun 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi, ifadələr, yol-nəqliyyat hadisəsi yerinə baxış protokolu, nəqliyyat vasitələrinə baxış protokolu və ekspert rəyləri iş üzrə sübut hüsab olunması, Təqsirləndirilən şəxs idarə etdiyi Chevrolet Cruze markalı, ** OK *** dövlət qeydiyyat nişanlı avtomobilin maddi sübut kimi tanınaraq sahibinə qaytarılması qərara alınmışdır(i.v. 75-82); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 22.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir(i.v.92); təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, 22.06.2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir(i.v.106); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisi və şahidin səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2), cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə yardım göstərməsini (CM-59.1.11), zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələblərinin olmamasını (CM-59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödənilməsini (CM-59.1.13) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), CM-nin 60-cı maddəsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, maddi sübut olan Təqsirləndirilən şəxs idarə etdiyi Chevrolet Cruze markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır (CPM-132). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Maddi sübut olan Chevrolet Cruze markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu və ya alındığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-342/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-342/2021
28.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver