Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-342/2022 05.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı Şəhər Şöbəsinin prokuroru X3, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, qanunsuz olaraq yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində, naməlum mənbədən əldə etdiyi çətənə bitkisinin on üç ədəd toxumlarını 2022-ci ilin aprel ayının əvvəlində həmin torpaq sahəsində əkərək, toxumlardan bitən tərkibində narkotik maddələr olan çətənə bitkilərinə aqrotexniki qaydada qulluq edib, kultivasiya etməklə xeyli miqdarda, yeddi ədəd çətənə (kannabis) bitkiləri əkib yetişdirmiş, habelə satış məqsədi ilə, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda, on ədəd bükümdə, ayı-ayırılıqda təmiz çəkiləri 0,364 qram, 1,233 qram, 0,284 qram, 0,745 qram, 0,226 qram, 0,286 qram, 0,384 qram, 0,516 qram, 0,189 qram və 0,994 qram olmaqla, ümumi çəkisi 5,221 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib, üzərində daşımaqla qanunsuz saxlamış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə daxil olmuş məlumat əsasında, həmin şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı, Təqsirləndirilən şəxs 29 aprel 2022-ci il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Xətai rayonu, Ş.Səmədov küçəsinin yaxınlığında, qanunsuz olaraq, narkotik vasitələr əldə edib, saxlamaqla və daşımaqda şühbəli şəxs qismində saxlanılıb, ünvan 3 ünvanında yerləşən Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə gətirilərək, videoçəkilişdən istifadə edilməklə, üzərində aparılan şəxsi axtarış və götürmə zamanı, əynində olan qara rəngli şalvarının sağ yan cibindən gümüş rəngli siqaret kağızı kəsiyindəki on ədəd bükümdə, ümumi təmiz çəkisi 5,221 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, əməliyyat-axtarış tədbirilərinin davamı olaraq 29 aprel 2022-ci il tarixdə, saat 19-da Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanına keçirilmiş baxış zamanı, həyətyanı sahəyə girişdən sol istiqamətdə, hasarın dib hissəsində yaş vəziyyətdə olan yeddi ədəd çətənə (kannabis) bitkiləri və yaş vəziyyətdə olan altı ədəd narkotik təbiətli çətənə (kannabis) bitkisinin ştilləri aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, o, Xətai rayonu, Əhmədli qəsəbəsi, Şahin Səmədov küçəsində yerləşən fərdi yaşayış evində valideynləri ilə birlikdə yaşayır. O, narkotik maddələrin istifadəçisidir. Adətən narkotik maddə olan qurudulmuş marixuanadan istifadə edir. Narkotik maddələri tanımadığı şəxslərdən əldə edib, istifadə etməklə məşğul olmuşdur. O, narkotik tərkibli çətənə bitkisinin toxumlarını yaşadığı həyətyanı sahədə əkib, özü üçün qurudulmuş marixuana hazırlamaq qərarına gəlmişdir. 2021-ci ilin aprel ayının əvvəllərində yaşadığı həyətyanı sahəyə çətənə bitkisinin toxumlarını səpmiş və bundan sonra həmin toxumlardan çıxan kollara qulluq etməyə başlamışdır. Beləliklə də, həyətyanı sahədə on üç ədəd çətənə kolları yetişmişdir. Həmin kollar təzə çıxdığından və hələ yetişmədiyindən, o, 28 aprel 2022-ci il tarixdə şəxsi istifadəsi üçün narkotik vasitə olan marixuana əldə etmək üçün, “Neftçilər” metrostansiyasına gedib, orada tanımadığı şəxsdən 30 manata on büküm marixuana almışdır. 29 aprel 2022-ci il tarixdə yaşadığı evin yaxınlığında olarkən, mülki geyimli iki nəfər şəxs ona yaxınlaşaraq, özlərini polis əməkdaşları kimi təqdim edib, ondan adını soruş və bundan sonra polis əməkdaşları onu Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə dəvət etmişlər. O, könüllü olaraq polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmiş və orada polis əməkdaşları ona narkotik vasitələrin saxlanmasında şübhəli olduğunu bildirmişdirlər. Polis şöbəsində təhqiqatçı dəvət edilmiş vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirmişdir. Həmin vaxt o, könüllü olaraq, əynində olan şalvarının cibində gizlətdiyi on büküm narkotik vasitə marixuananı təqdim etmişdir. Təqdim etdiyi narkotik vasitə polis əməkdaşları tərəfindən onun iştirakı ilə yerindəcə qablaşdırıb götürülmüş və narkotik vasitə qablaşdırıldığı zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra o, sorğu zamanı, polis əməkdaşlarına səmimi olaraq yaşadığı ünvanda narkotik vasitə olan çətənə kolları əkdiyini bildirmişdir. Bundan sonra, yaşadığı həyətyanı sahəyə baxış keçirilməsi üçün oraya getmişlər. Həmin vaxt atası İlham da evdə olub və atası polis əməkdaşlarının evə baxış keçirməsinə heç bir etirazı olmamasına görə ərizə vermişdir. O, yaşadığı evin həyətində, giriş hissədən solda hasarın kənarı ilə əkdiyi çətənə kollarını göstərmişdir. Daha sonra onun, dəvət olunmuş vəkil və aqranomun iştirakı ilə aşkar olunmuş narkotik vasitələr qablaşdırılıb və protokol tərtib olunaraq, iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin, üzərindən aşkar edilmiş on bükümdə olan marixuananı öz şəxsi istifadəsi üçün almış və heç vaxt narkotik maddələrin satışı ilə məşğul olmamışdır. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin sahə inspektoru vəzifəsində işləyir. Xətai rayonunun inzibati ərazisində, Ş.Səmədov küçəsində yaşayan Umud adlı şəxsin mütəmadi olaraq narkotik vasitə qəbul etməsi, saxlaması və gəzdirməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə, 29 aprel 2022-ci il tarixdə Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid3 ilə birlikdə Xətai rayonu, Ş.Səmədov küçəsinə getmişlər. Həmin gün saat 17 radələrində orada onlara məlum olmuş şəxsə yaxınlaşaraq, özlərini təqdim etdikdə, həmin şəxs qaçıb uzaqlaşmaq istəyərkən, həmin şəxsi saxlamışlar. Həmin şəxsdən şəxsiyyətini soruşduqda, özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Həmin şəxsə narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğunu deyərək, şübhəli şəxs qismində Xətai Rayon Polis İdarəsinnin 34-cü Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsində dəvət edilmiş vəkilin iştirakı ilə, videoçəkilişdən istifadə olunmaqla, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya olduğu təqdirdə, təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən on ədəd siqaretin gümüşü rəngli iç kağızına bükülmüş bükülünü masanın üzərinə qoyub, həmin bükülülərin içərisindəkinin narkotik vasitə olan marixuana olmasını, həmin marixuananı öz istifadəsi üçün “Neftçilər” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 30 manata aldığını bildirmişdir. Əlavə olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş marixuanadan başqa, yaşadığı ünvanda da narkotik vasitə olan çətənə kolları əkmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bükümlər zərfdə qablaşdırılmış və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra vəkilin, dəvət olunmuş aqranomun iştirakı ilə birlikdə Xətai rayonu, Ş.Səmədov küçəsi 9 A ünvanına gedib, orada Təqsirləndirilən şəxs atası İlham Umudovun yazılı icazəsi ilə onların yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı həyətyanı sahənin sol tərəfində yerdə və dibçəkdə on üç ədəd narkotik vasitə hesab olunan çətənə kollarının əkildiyini aşkar etmişlər. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin çətənə kollarını öz istifadəsi üçün əkmiş və həmin kollara qulluq etmişdir. Həmin on üç ədəd çətənə kolları əkildiyi yerdən çıxarılaraq, torbaya yığılmış və bundan sonra protokol tərtib olunaraq, baxışda iştirak edən şəxslər protokolu imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur və onlar birlikdə ünvan 6 ünvanında yaşayırlar. Oğlu Umud narkotik vasitələrin istifadəçisidir. 29 aprel 2022-ci il tarixdə, axşam saatlarında istifadəsində olan mobil telefon nömrəsinə özünü polis əməkdaşı kimi təqdim edən şəxs zəng edərək, onu yaşadığı ünvan 7 ünvanına dəvət etmişdir. O, yaşadığı evin qarşısına gələn zaman, bir neçə nəfər polis əməkdaşının yaşadığı evin qarşısında dayanmasını görüb, nə baş verdiyini soruşmuş və polis əməkdaşları oğlu Umudun yaşadıqları evin həyətyanı sahəsində çətənə bitkisi əkməsi ilə bağlı şübhələrinin olduğunu və buna görə də, evin həyətyanı sahəsinə baxış keçirməli olduqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirmək üçün, ondan icazə istəmiş və o, polis əməkdaşlarına baxış keçirməyə icazə verdikdən sonra, polis əməkdaşları onunla birlikdə həyətə daxil olmuşlar. Oğlu Umud həyətin girişindən sol tərəfdə olan əkilini göstərək, polis əməkdaşlarına həyətyanı sahədə çətənə bitkisinin əkdiyini bildirmişdir. Əkililərdən üç ədədi dibçək formasında, qalanı isə yerdə əkilmiş vəziyyətdə olmuşdur. Polis əməkdaşları on üç ədəd çətənə bitkisinin əkildiyini aşkar etmişlər. Bundan sonra çətənə kolları polis əməkdaşları tərəfindən əkildiyi yerdən çıxardılaraq, torbaya yığılmış və bu barədə protokol tərtib olunaraq, baxışda iştirak edən şəxslər protokola imza etmişlər. İş üzrə şahidlər Şahid3 və Şahid1 məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, qeyd olunan şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş şahid - Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid3 Şahid2 ilə oxşar məzmunlu ifadə vermişdir. Eyni zamanda, iş materiallarından görünür ki, Şahid1 məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş və ibtidai istintaqda verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid1 bildirmişdir ki, o, Abşeron təcrübə stansiyasının aqranomu vəzifəsində işləyir. 29 aprel 2022-ci il tarixdə istifadəsində olan mobil telefon nömrəsinə Xətai RPİ-nin əməkdaşı zəng edərək, onu Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə dəvət etmişdir. Polis şöbəsində ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs adlı şəxs narkotik vasitələrin daşınmasında şübhəli şəxs qismində saxlanılmış və üzərindən narkotik vasitə olan marixuana aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində də narkotik vasitə əkdiyini bildirdiyindən, onun işirakı ilə həmin evin həyətyanı sahəsinə baxış keçirmək zərurəti yaranmışdır. O, buna razılıq verdikdən sonra, polis əməkdaşları ilə birlikdə ünvan 8 ünvanın qarşısında Təqsirləndirilən şəxs atası onları qarşılamışdır. Polis əməkdaşları Umudun atası Şahid4 evə baxış keçirməyə icazə aldıqdan sonra, birlikdə həyətyanı sahəyə daxil olmuşlar. Həyətyanı sahənin sol yan tərəfində bitki əkildiyinin və həmin bitkinin çətənə kolları olmasının şahidi olmuşdur. Həmin çətənə kollarının on üç ədəd olması müəyyən olunmuşdur. Çətənə kollarına aqrotexniki qaydada qulluq edildiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin çətənə kollarını öz istifadəsi üçün əkmiş və qulluq etmişdir. Bundan sonra çətənə kolları polis əməkdaşları tərəfindən əkildiyi yerdən çıxardılaraq, torbaya yığılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 237.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmiş və onun təqsiri qismən etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Şəxsi axtarış və götürmə haqqında protokoldan və videogörüntüdən görünür ki, 29 aprel 2022-ci il tarixdə polis əməkdaşlarının və vəkilin iştirakı ilə şübhəli şəxs - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən on ədəd siqaretin gümüşü kağızına bükülmüş, yaşıl rəngli, spesifik qoxuya malik olan narkotik vasitəyə bənzər maddələri masanın üzərinə qoyaraq bildirmişdir ki, həmin maddələr narkotik vasitə olan marixuanadır, onları bir gün əvvəl “Neftçilər” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 30 manata öz istifadəsi üçün əldə etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs yaşadığı ünvan 9 ünvanında, həyətyanı sahədə çətənə kollarının əkdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan Baxış və götürmə haqqında protokoldan və videogörüntüdən görünür ki, 29 aprel 2022-ci il tarixdə polis əməkdaşlarının, şübhəli şəxsin, onun müdafiəçisinin, mütəxəssisin və şahidin iştirakı ilə ünvan 10 ünvanında baxış keçirilmişdir. Baxış zamanı, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində əkdiyi çətənə kollarını göstərərək bildirmişdir ki, həmin kolları öz şəxsi istifadəsi üçün əkib-becərmişdir. Baxış zamanı mütəxəssis Şahid1 bildirmişdir ki, həmin çətənə kollarına qulluq olunmuş, inkişaf etdirilmiş və istifadəsi qanunla qadağan olunmuşdur. Daha sonra, aşkar edilmiş on üç ədəd çətənə kolları qablaşdırılaraq, götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 aprel 2022-ci il tarixli, 7/419 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...2)Təqsirləndirilən şəxs imza...” sözləri yazılmış zərfdə 10 (on) ədəd gümüşü rəngli kağız bükülüdə, ayrı-ayrılıqda təmiz çəkiləri: 0,364 qram, 1,233 qram, 0,284 qram, 0,745 qram, 0,226 qram, 0,286 qram, 0,384 qram, 0,516 qram, 0,189 qram və 0,994 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi - 5,221 qramdır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “...Təqsirləndirilən şəxs imza...” sözləri yazılmış sintetik torbada 07 (yeddi) ədəd, yaş vəziyyətdə olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Həmin torbada 06 (altı) ədəd, yaş vəziyyətdə olan bitki ştilləri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin ştilləridir. Tədqiqata təqdim olunmuş bitkilər və ştillər inkişafının ilkin fazasında olduğu üçün təqdim olunmuş marixuanalar ilə müqayisəli tədqiqat aparılmadı. Tədqiqatdan sonra qalıq - 5,021 qramdır. Eyni zamanda, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 may 2022-ci il tarixli, 7/462 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş aqranomun rəyinə əsasən, vətəndaş Təqsirləndirilən şəxs yaşadığı həyətyanı torpaq sahəsindən aşkar edilmiş 13 (on üç) ədəd əkilib-becərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. İş materiallarından görünür ki, 5,021 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 07 (yeddi) ədəd, yaş vəziyyətdə olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri və 06 (altı) ədəd, yaş vəziyyətdə olan narkotik təbiətli çətənə (kannabis) bitkisinin ştilləri cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanılması üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Həmçinin, şəxsi axtarış aparılan zaman qeydə alınmış görüntüləri əks etdirən və həyətyanı sahəyə baxış keçirilən zaman qeydə alınmış görüntüləri əks etdirən iki ədəd disk cinayət işi üzrə maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 13 aprel 2022-ci il tarixli, 2477 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olubdur. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı, narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsi tərəfindən müstəntiqə ünvanlanmış məlumatdan görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitəni satmış şəxsin, eləcə də, onun çətənə bitkisinin toxumlarını əldə etdiyi mənbənin müəyyən olunması istiqamətində bir sıra əməliyyataxtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. Bundan əlavə, məxfi şəbəkədən alınmış əməliyyat məlumatına əsasən, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğuldur. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 29 aprel 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 avqust 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 sentyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,317-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Prezidentinin 16 mart 2017-ci il tarixli, 2744 saylı Əfv Sərəncamına əsasən, cəzanın çəkilməmiş hissəsindən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi, məhkumluğu ödənilmədən, Təqsirləndirilən şəxs hazırki cinayət əməllərini törətmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 237.1-ci maddələri ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə tövsif edilmişdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 9cu bəndində qeyd olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün, yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələrin on ədəd bükümdə olmaqla, ayrı-ayrı xırda bükümlərə ayrılmasını, yaşadığı evin həyətyanı sahəsində əlavə olaraq on üç ədəd çətənə kolunu əkməsini, onun narkotik vasitələr satması barədə əməliyyat məlumatının olmasını və müayinə zamanı, onda narkomaniya xəstəliyinin əlamətlərinin aşkar olunmamasını, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitələri satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlaması və daşıması kimi qiymətləndirməklə düzgün nəticəyə gəlmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməllərin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətlərin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməlləri qismən etiraf etməsini və əməllərindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hallar, cinayətlərin residivini isə cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən, residivə görə cəzanın təyin edilməsinə dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsinin də tələblərini nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddələrin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli onun tutulduğu tarixdən, yəni 29 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator X1 rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 5,021 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 07 (yeddi) ədəd, yaş vəziyyətdə olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri və 06 (altı) ədəd, yaş vəziyyətdə olan narkotik təbiətli çətənə (kannabis) bitkisinin ştilləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınan - şəxsi axtarış keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk və həyətyanı sahəyə baxış keçirilən zaman qeydə alınmış görüntüləri əks etdirən bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 178 (bir yüz yetmiş səkkiz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 29 aprel 2022-ci il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 5,021 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 07 (yeddi) ədəd, yaş vəziyyətdə olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri və 06 (altı) ədəd, yaş vəziyyətdə olan narkotik təbiətli çətənə (kannabis) bitkisinin ştilləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk və həyətyanı sahəyə baxış keçirilən zaman qeydə alınmış görüntüləri əks etdirən bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 178 (bir yüz yetmiş səkkiz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(011)-342/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-342/2022
05.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver