Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-343/2020 17.11.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və onların müdafiəçiləri Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1, Müdafiəçi3 iştirakları ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, orta təhsilli, Füzuli şəhəri, Xanlar küçəsi, ev 102-də qeydiyyatda olan və ünvan 1 43, mənzil 102 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri, xx xxxxx 1999-cu ildə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmuş, Laçın rayonu, Aşağı Fərəcan kəndində qeydiyyatda olan, ünvan 7, yataqxana 2-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri və xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, orta təhsilli, Laçın rayonu, Ağcayazı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 2 saylı peşə liseyi yataqxanası, mənzil 89-da yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs2 özgənin əmlakını talama məqsədilə xx xxxx 2020-ci il tarixdə saat 23:40 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 5 V ünvanmda yerləşən 12 mərtəbəli binanın 1-ci mərtəbəsindəki saxlanc yerinin qapısını açaraq qanunsuz olaraq içəri daxil olub oradan sonuncuya məxsus bir ədədinin qiyməti 25 manat olan 2 ədəd bağlamada təzə vəziyyətdə “Asaş” markalı, 6 metr, eni 20 mm, hündürlüyü 20 mm, olmaqla üç künc formalı 32 ədəd 800 manat qoymətində aliminum profili gizli olaraq talayıb zərərçəkmiş şəxs A Zərərçəkmiş şəxs ümumilikdə 800 (səkkiz yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir.Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə xx xxxx 2020-ci il tarixdə saat 22:10 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 5 V ünvanında yerləşən 12 mərtəbəli binanın 1-ci mərtəbəsindəki saxlanc yerinin qapısını açaraq qanunsuz olaraq içəri daxil olub oradan sonuncuya məxsus bir ədədinin qiyməti 25 manat olan 3 ədəd bağlamada təzə vəziyyətdə “Asaş” markalı, 6 metr, eni 20 mm, hündürlüyü 20 mm, olmaqla üç künc formalı 48 ədəd 1536 manat qoymətində aliminum profili gizli olaraq talayıb zərərçəkmiş işəxs Zərərçəkmiş şəxs ümumilikdə 1536 (min beş yüz otuz altı) manat maddi ziyan vurmaqla oğurluq etmişdir, Bundan başqa o, təkrarən özgənin əmlakım talama məqsədilə xx xxxx 2020-ci il tarixdə saat 23:50 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 5 V ünvanında yerləşən 12 mərtəbəli binanın 1-ci mərtəbəsindəki saxlanc yerinin qapısını açaraq qanunsuz olaraq içəri daxil olub oradan sonuncuya məxsus bir ədədinin qiyməti 25 manat olan 3 ədəd bağlamada təzə vəziyyətdə “Asaş” markalı, 6 metr, eni 20 mm, hündürlüyü 20 mm, olmaqla üç künc formalı 48 ədəd 1536 manat qoymətində aliminum profili gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1536 (min beş yüz otuz altı) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakım talama məqsədilə tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında razılaşmaya əsasən xx xxxx 2020-ci il tarixdə saat 23:10 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 5 V ünvanında yerləşən 12 mərtəbəli binanın 1-ci mərtəbəsindəki saxlanc yerinin qapısım açaraq qanunsuz olaraq birlikdə içəri daxil olub oradan sonuncuya məxsus bir ədədinin qiyməti 120 manat olan olan 10 ədəd bağlamada təzə vəziyyətdə “Asaş” markalı 6 metr uzunluğunda, eni 50 mm, hündürlüyü 120 mm, dörd künc formalı 20 ədəd 2400 manat qoymətində aliminum profili, bir ədəd böyük ölçülü 70 manat qiymətində laqonda aparatını və bir ədəd 1700 manat qiymətində “BOSH” markalı prefaratoru gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 4170 (dörd min yüz yetmiş) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında razılaşmaya əsasən xx xxxx 2020-ci il tarixdə saat 22:20 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 5 V ünvanında yerləşən 12 mərtəbəli binanın 1-ci mərtəbəsindəki saxlanc yerinin qapısını açaraq qanunsuz olaraq birlikdə içəri daxil olub oradan sonuncuya məxsus bir ədədinin qiyməti 25 manat olan 6 ədəd bağlamada təzə vəziyyətdə “Asaş” markalı, 6 metr, eni 20 mm, hündürlüyü 20 mm, olmaqla üç künc formalı 96 ədəd 2400 manat qoymətində aliminum profili gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 2400 (iki min dörd yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə xx xxxx 2020-ci il tarixdə saat 23:10 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 5 V ünvanında yerləşən 12 mərtəbəli binanın 1-ci mərtəbəsindəki saxlanc yerinin qapısını açaraq qanunsuz olaraq içəri daxil olub oradan sonuncuya məxsus bir ədədinin qiyməti 120 manat olan 6 ədəd bağlamada təzə vəziyyətdə “Asaş” markalı 6 metr uzunluğunda, eni 50 mm, hündürlüyü 120 mm, olmaqla dörd künc formalı 12 ədəd 1440 manat qiymətində aliminum profili gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1440 (min dörd yüz qırx) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə xx xxxx 2020-ci il tarixdə saat 22:20 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 5 V ünvanında yerləşən 12 mərtəbəli binanın 1-ci mərtəbəsindəki saxlanc yerinin qapısını açaraq qanunsuz olaraq içəri daxil olub oradan sonuncuya məxsus bir ədədinin qiyməti 45 manat olan 4 ədəd bağlamada təzə vəziyyətdə “Asaş” markalı, A-90 model, 6 metr, eni 50 mm, hündürlüyü 50 mm, olmaqla üç künc formah 24 ədəd 1080 manat qiymətində aliminum profili gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1080 (min səksən) manat maddi ziyan vurmaqla oğurluq elmişdir. Təqsirləndirilən şəxs1 özgənin əmlakını talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs balında razılaşmaya əsasən xx xxxx 2020-ci il taıixdə saat 22:20 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 5 V ünvanında yerləşən 12 mərtəbəli binanın 1-cı mərtəbəsindəki saxlanc yerinin qapısını Təqsirləndirilən şəxs2 açaraq qanunsuz olaraq birlikdə içəri daxil olub oradan sonuncuya məxsus bir ədədinin qiyməti 25 manat olan 6 ədəd bağlamada təzə vəziyyətdə “Asaş” markalı, 6 metr, eni 20 mm, hündürlüyü 20 mm, olmaqla üç künc formalı 96 ədəd 2400 manat qoymətində aliminum profili gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 2400 (iki min dörd yüz) manat maddi ziyan vurmaqla oğurluq elmişdir. Təqsirləndirilən şəxs3 özgənin əmlakını talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında razılaşmaya əsasən xx xxxx 2020-ci il tarixdə saat 23:10 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 2 V ünvanında yerləşən 12 mərtəbəli binanın 1-ci mərtəbəsindəki saxlanc yerinin qapısını açaraq qanunsuz olaraq birlikdə içəri daxil olub oradan sonuncuya məxsus bir ədədinin qiyməti 120 manat olan 10 ədəd bağlamada təzə vəziyyətdə “Asaş” markalı 6 metr uzunluğunda, eni 50 mm, hündürlüyü 120 mm, dörd künc formalı 20 ədəd 2400 manat qoymətində aliminium profili, bir ədəd böyük ölçülü 70 manat qiymətində laqonda aparatını və bir ədəd 1700 manat qiymətində “BOSH” markalı prefaratoru gizli olaraiq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 4170 (dörd min yüz yetmiş) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs3 təkrarən özgənin əmlakını talama məqsədilə xx xxxx 2020-ci il tarixdə saat 03:50-də Zərərçəkmiş şəxs məxsus ünvan 3 V ünvanında yerləşən 12 mərtəbəli binanın 1-ci mərtəbəsindəki saxlanc yeriııin qapısını açaraq qanunsuz olaraq içəri daxil olub oradan sonuncuya məxsus bir ədəd 150 manat qiymətində kompressor aparatını prefaratoru gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1920 (min qoqquz yüz iyirmi) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs3 təkrarən özgənin əmlakını talama məqsədilə xx xxxx 2020-ci il tarixdə saat 02:42-də Zərərçəkmiş şəxs məxsus ünvan 5 V ünvanında yerləşən 12 mərtəbəli binanın l-ci mərtəbəsindəki saxlanc yerinin qapısını açaraq qanunsuz olaraq içəri daxil olub oradan sonuncuya məxsus bir ədədinin qiyməti 120 manat olan iki ədəd bağlamada təzə vəziyyətdə “Asaş” markalı, 6 metr uzunluğunda, eni 50 mm, hündürlüyü 120 mm, olmaqla dörd künc formalı 04 ədəd 480 manat qiymətində aliminium profili gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 480 (dörd yüz səksən) manat maddi ziyan vurmuqla oğurluq elmişdir, Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin səmimi etirafı, zərərçəkmiş şəxsin ifadələri, iş materiallarına əlavə edilmiş hadisə yerini əks etdirən CD disk, baxış və götümə protokolları, ekspert rəyləri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 bir qonşu kimi tanımış və həmin şəxslərlə normal münasibəti olmuşdur. xx xxxx 2020-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi ilə gəzişərkən, orada olan binanın birinci mərtəbəsində olan tikilinin aliminium qapsı olduğunu görmüş və qapının şüşəsindən baxıb içəridə çoxlu sayda tikinti materiallarının olmasını görmüşdür. Oradan uzaqlaşıb yaşadığı evə gəlmiş və nə vaxtsa oradan oğurluq etməyi fikirləşmişdir, xx xxxx 2020-ci il tarixdə saat 19 radələrində yaşadığı evdən çıxaraq küçəyə düşmüş və küçədə qonşusu Təqsirləndirilən şəxs3 görüb söhbet etməyə başlamışdır. Söhbət zamanı Nicata çoxlu sayda tikinti mateialları olan anbar barədə və anbarın qapısı rahat açmaq mümkün olduğunu, yəni qapının alimimium olmasını demişdir. Hər ikisi də oradan oğurluq etmək qərarına gəlmişlər. Belə ki, pulları olmadığı üçün oradan oğurluq edərək bir qədər pul əldə etməyi planlaşdırmışlar. Bundan sonra onlar piyada oraya, yəni Xətai rayonu, Köhnə Günəşli qəsəbəsində olan təzə tikilinin 1-ci mərtəbəsinin qarşısına gəlmişlər. Orada heç kəsin olmadığını görüb girişə yaxınlaşmışlar. Həmin vaxt saat 23:10 radələri olmuşdur. Qapının şüşəsi tozlu olmuş və şüşənin üzərində olan tozu təmizləyib içəriyə baxarkən, çoxlu sayda tikinti materialları olmasını görmüşlər. Sonra çiyin nahiyəsi ilə aliminum giriş qapısını itələmiş və qapım açmışdır. Nicat ilə birlikdə içəriyə daxil olmuş və içəridə çoxlu sayda tikinti materialları, əsas isə tikinti materiallarından çoxlu sayada pəncərə və qapı üçün aliminium profillər olmuşdur. Onlar təxminən bir metr uzunluğunda olan 20 ədəd profili orada olan kisəyə yığıb, həmin yeri tərk etmişdir. Oğurladığı iki kisə aliminium profilləri yaşadığı evin həyətində ailə üzvlərinin xəbəri olmadan gizlətmiş. Nicat isə demişdir ki, həmin profilləri birlikdə satsınlar. Bundan sonra Nicat ilə ayrılıb getmişdir. Səhər tezdən yuxudan oyanıb evdə yemək yemiş və aşağı küçəyə düşmüşdür. Bir qədər küçədə gəzişdikdən sonra tanımadığı və dövlət qeydiyyat nişanı yadında qalmayan əlvan materialları yığan 'Qazel' markalı avtomobil görmüşdür. Həmin avtomobil həftə ərzində yaşadığı küçəyə gələrək əlvan materiallar almışdır. Nicatla oğurladığı iki ədəd gizlətdiyi kisəni götürüb həmin avtomobilə yaxınlaşmış və kisəni həmin şəxsə göstərib, özünə məxsus olduğunu, həmçinin oğuluq olmadığını deyərək satmasını demişdir. Həmin şəxs kisəri özündə olan tərəzi ilə çəkmiş və 66 kiloqram olmuşdur: Aliminium materialı alan şəxs 104 manat pul vermiş, pulu götürüb oradan uzaqlaşmış və Nicatı çağıraraq həmin puldan 52 manatı sonuncuya vermişdir. xx xxxx 2020-ci il tarixdə saat 22 iradələrində yenidən həmin yerdən, yəni Xətai rayonu Göhnə Günəşli qəsəbəsində olan təzə tikilinin alt mərtəbəsindən oğurluq etmək qərarına gəlmiş, oraya çatanda saat 23:10 radələri olmuş və içəriyə baxarkən, heç kəsin olmadığını görmüşdür. Sonra çiyini ilə həmin tikili materialları saxlanılan yerin aliminium qapısını itələmiş və qapıya güc etdikdən sonra qapını açaraq içəri daxil olmuşdur. Təxminən bir metr uzunluqda olan 10 ədəd profilli orada olan kisəyə yığıb, həmin yeri tərk etmiş və həmin kisəni yaşadığı küçədə gizlətmişdir. Səhər tezdən yuxudan oyanıb oğurladığı materialı tanımadığı küçələrdə dəmir alan şəxsə satmışdır. Bundan sonra xx xxxx 2020-ci il tarixdə saat 19 radələrində küçədə olarkən qonşusu Məhərrəmi görmüş və söhbət etməyə başlamışdır. Söhbət zamanı Məhərrəm pulu olmadığını deyib yaşayışından narazılıq etmişdir. Məhərrəmə demişdir ki, Bakı şəhəri, Köhnə Günəşli qəsəbəsində yeni tikilmiş binanın 1-ci mərtəbəsində çoxlu sayda aliminium profillər var və oranın gözətçisi yoxdur. Həmin vaxt Məhərrəmə oradan oğurluq etməyi təklif etmiş, sonuncu da razılaşmışdır. Bundan sonra Məhərrəm ilə birlikdə əvvəl oğurluq eldiyi yerə, yəni Bakı şəhəri, Xətai rayonu, Köhnə Günəşli qəsəbəsində yeni tikilmiş binanın 1-ci mərtəbəsinin qarşısına gəlmişlər. Həmin yerə çatanda saat 22:20 radələri olmuşdur. Təkrar olaraq eyni üsulla çiyini ilə qapıya güc edib qapını açmış, sonra Məhərrəm ilə bilikdə içəriyə daxil olmuş və oradan 2 ədəd 6 metr uzunluqda olan aliminium profilləri çiyinlərinə qoyaraq çölə çıxarmışlar. Onlar birlikdə həmin aliminium profilləri piyada yaşadığı evə yaxın əraziyə gətirib, həmin profilləri hər birini kəsərək 5 yerə bölmüşlər. Səhər tezdən yuxudan oyanıb evdə yemək yemiş və küçəyə düşmüşdür. Bir qədər küçədə gəzişdikdən sonra küçədə tanımadığı və dövlət qeydiyyat nişanı yadında qalmayan əlvan materialları yığan “Qazel” markalı avtomobil gəlmişdir. Profilləri götürüb həmin “Qazel” markalı avtyomobilə yaxınlaşmış, avtomobilin sürücüsü əlvan materialları özündə olan tərəzi ilə çəkmiş və 33 kiloqram olmasını müəyyən etmişdir. Həmin materiallar təmiz çəkidə aliminium olduğu üçün 44 manat pul vermişdir. Pulu götürüb oradan uzaqlaşmış və Məhərrəmi evdən çağıraraq sonuncuya həmin 44 manat pulun 22 manatını vermişdir. Bundan sonra xx xxxx 2020-ci il tarixdə saat 19 radələrində yaşadığı evdən çıxaraq küçəyə düşmüşdür. Həmin vaxt cibində pul olmadığı üçün təkrar qərara gəlmişdir ki, oğurluq edərək bir qədər pul əldə etsin. Bu fikirdə oğurluq etdiyi yerə, yəni Xətai rayonu Köhnə Günəşli qəsəbəsində olan təzə tikilinin alt mərtəbəsinin qarşısına gəlmişdir. Ora çatdıqda həmişə olduğu kimi çiyini ilə həmin tikili materialları saxlanılan yerin aliminium qapısını itələmişdir. Qapıya güc edərək qapını açmış və içəriyə daxil olmuşdur. İçəri daxil olan an işıq avtomatik olaraq yanmış, lakin içəridə heç kəs olmamışdır. Həmin vaxt oğurluq etməkdən vaz keçərək, heç bir əşya götürmədən oradan uzaqlaşmışdır. Həmin vaxt oğurluq etməməyinin səbəbi işığın avtomatik olaraq yanması yox, özünün könüllü olaraq oğurluq etməkdən imtina etməyi olmuşdur. Bu barədə gəlib Məhərrəmə və Nicata demiş, belə ki oğurluq eldikləri yerə işıq və kamera quraşdırılması barədə məlumat vermişdir. Bundan sonra Məhərrəm söyüş söymüşdür ki, həmin yerə heç kim girməsin. Lakin buna baxmayaraq Nicat oraya xəbəri olmadan getmiş, oradan kompressor və aliminium profilləri oğurlamışdır. Həmçinin Nicat özü oraya tərk gedərkən işığın yanmasını görüb oğurluq etməyərək qaçıb getmişdir. Qonşusu Nicatın özünün deməsinə əsasən, sonuncu tək olaraq oğurluq etdiyi yerə gedərək oradan bir ədəd prefarator, bir ədəd laqonda, bir ədəd kompressor və aliminium profilləri oğurlamışdır. ünvan 5 V ünvanında yerləşən 12 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən saxlanc yerindən ilk dəfə oğurluğu tək olaraq etmişdir. Belə ki, xx xxxx 2020-ci il tarixdə saat 23:40 radələrində həmin yerdən 2 ədəd bağlamada böyük ölçülü 32 ədəd aliminum profili, növbəti dəfə xx xxxx 2020-ci il tarixdə saat 22:10 radələrində həmin yerdən ümumilikdə 3 bağlamada 48 ədəd böyük ölçülü profil, növbəli dəfə xx xxxx 2020-ci il tarixdə saat 23:50 radələrində həmin yerdən yenə də özü tək olaraq eyni üsulla 3 bağlamada 48 ədəd profil oğurlamışdır. Növbəti dəfə oradan oğurluğu tanışı Nicat ilə birlikdə etmiş, belə ki, Nicatla xx xxxx 2020-ci il tarixdə saat 23:10 radələrində həmin yerindən 10 bağlama ümumilikdə 20 ədəd 6 metr uzunluğunda dörd künc formalı aliminium profilləri, bir ədəd laqondanı və bir ədəd prefaratoru oğurlamışdır. Növbəti dəfə tanışı Məhərrəm ilə həmin yerdən xx xxxx 2020-ci il tarixdə saat 22:20 radələrində 6 metr enində böyük ölçülü profildən 6 bağlamada 96 ədəd oğurlamışlar. Nöbəti dəfə xx xxxx 2020-ci il tarixdə saat saat 23:10 radələrində həmin yerdən tək olaraq özüm eyni ilə həmin profildən 6 bağlamada 12 ədədini oğurlamışdır. Növbəti dəfə oradan xx xxxx 2020-ci il tarixdə saat 22.20 radələrində tək 4 bağlama ümumilikdə 24 ədəd 6 metr uzunluğunda üç künc formalı aliminium profil oğurlamışlar. Həmin profilləri yolda tanımadığı dəmir, mis və aliminium məmulatları alan şəxslərə salmışdır. Daha sonra əməlindən peşman olduğunu,bu profillərin lazımsız olduğu düşündüyünü, bir daha belə hallara yol verməyəcəyini, zərərçəkmiş şəxslə barışmasını, vurulmuş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələb və şikayətinin olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs2 qonşu kimi tanıyır və sonuncu ilə normal münasibəti vardır, xx xxxx 2020-ci il tarixdə saat 19 radələrində küçədə olarkən qonşusu Cahidi görüb söhbət etməyə başlamışdır. Söhbət zamanı Cahidə pulu olmadığını deyib yaşayışından narazılıq etmişdir, Cahid Bakı şəhəri, Xətai rayonu, Köhnə Günəşli qəsəbəsində yeni tikilmiş binanın 1-ci mərtəbəsində çoxlu sayda aliminium profillər olmasını və oranın gözətçisi olmadığı barədə məlumat verib pul əldə etmək istəyəcəyi halda onunla birlikdə oradan oğurluq etməyi təklif etmişdir. Cahidlə razılaşmış və həmin günü sonuncu birlikdə, Bakı şəhəri. Xətai rayonu, Köhnə Günəşli qəsəbəsində yeni tikilmiş binanın 1-ci mərtəbəsinin qarşısına gəlmişdir. Orada tikinti materialları saxlanılan yerin qapısını Cahid çiyini ilə vuraraq açmışdır. Sonra Cahid ilə birlikdə içəriyə daxil olmuş və oradan 6 metr uzunluqda olan aliminium profilləri çiyin nahiyələrinə qoyaraq çölə çıxarmışlar. Onlar birlikdə həmin aliminium profilləri piyada yaşadıqları evin yaxınlığına gətirib orada profilləri hər birini 5 yerə bölmüşlər və gecə olduğu üçün ayrılıb evlərinə getmişlər. Səhər tezdən yaşadığı evdə olan zaman Cahid onlara gəlmiş və profilləri bir qədər əvvəl 44 manata satmasını bildirmişdir. Həmin vaxt Cahid əldə etdiyi puldan 22 manatını ona vermişdir. Həmin pulu götürüb gün ərzində özü üçün xərcləmişdir. Bundan başqa bir daha oradan oğurluq etməmişdir. Qonşusu Nicatın deməsinə əsasən, sonuncu tək olaraq oğurluq etdiyi yerə gedərək oradan bir ədəd prefarator, bir ədəd laqonda, bir ədəd kompressor və aliminium profilləri oğurlamışdır. Oraya qonşusu Cahidlə birlkidə getmiş və onlar iki ədəd 6 metr uzunluqda profilləri oğurlamışdır. Bundan başqa Cahid və Nicatın deməsinə görə onlar birlikdə həmin yerə daxil olub 102 manat dəyərində aliminium profillər oğurlamışlar. Həmçinin Cahid və Nicat ayrı-ayrı vaxtlarda özləri də ayrıca olaraq tək oraya daxil olub oradan oğurluq etmişlər. Onlar küçədə olarkən Cahid gəlib ona və Nicata oraya işıq və kamera quraşdırılmasını bildirmişdir. Daha sonra əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışmasını, vurulmuş ziyanın tam ödənildiyini, ona qarşı tələb və şikayətin olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, 2020-ci ilin iyun ayının ortalarında yaşadığı Bakı şəhəri, Xətai rayonu, 2 saylı peşə litseyinin yataqxanasının qarşısında olan zaman həmin yataqxanada yaşayan Cahid adlı qonşusu ilə söhbət edərkən sonuncuya maddi imkanının zəif olmasını və özünü dolandıra bilmədiyini demişdir. Cahid həmin vaxt Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində 81 saylı avtobus xəttinin yolu ilə gedərkən solda yerləşən hündürmərtəbəli binanın 1-ci mərtəbəsində alüminium profillər olmasını demişdir. Bundan sonra bir daha Cahid ilə bu barədə hər hansı bir söbəti olmamış və sonuncunu görməmişdir. xx xxxx 2020-ci il tarixdə pula ehtiyacı olduğundan və özünü dolandıra bilmədiyi üçün Cahidin dediyi söz yadına düşmüş və həmin profilləri götürmək üçün xx xxxx 2020-ci il tarixdə saat təxminən 03 radərində həmin ünvana, yəni Bakı şəhəri, Xətai rayonu, Genaral Şıxlinski küçəsinə getmişdir. İlk öncə binanın alt hissəsində yerləşən həmin saxlanc yerinin açıq olduğunu güman etsə də, lakin həmin ünvana çatdıqda oranın qapı və pəncərələrin bağlı olmasını görmüşdür. Həmin saxlanc yerinin pəncərəsinin şüşəsindən içərisinə baxmış və orada həqiqətən də dəmir profillərin olduğunu görmüşdür. Bundan sonra oğurluq niyyətini həyata keçirmək üçün giriş qapısını açmaq qərarına gəlmiş və qapını açmaq üçün həmin ünvanın yaxınlığında yerdən nazik dəmir parçası tapmışdır. Yerdən tapdığı həmin dəmir parçasını ilk öncə qapının kilidi olan yerə, yəni giriş qapısı ilə qapı çərçivəsinin arasına salıb çiyni ilə qapıya güc etmiş və qapını açmışdır. Saxlanc yerinin içərisinə daxil olduğu zaman saxlanc yerinin içərisində solda inşaat materiallarının sağda isə aliminum profillərin və həmin profillərin yanında kompressor aparatının olduğunu görmüşdür. Bu zaman aliminum profillərinə nisbətdə kompressor aparatını daha yüksək məbləğə sata biləcəyini düşünmüş və kompressor aparatını əli ilə götürərək həmin saxlanc yerindən çıxarıb oradan uzaqlaşmışdır. Saxlanc yerindən çıxdıqda oranın giriş qapısını bağlamış və həmin kompressor aparatını qucağında tutaraq yaşadığı mənzilə aparmışdır. Həmin kompressor aparatının fotoşəkilini mobil telefon ilə çəkmiş və “Tap.az” internet sosial şəbəkəsində komressorun satılması barədə elan yerləşdirmişdir. Elanda istifadəsimndə olan nömrəsini də qeyd etmişdir. Həmin günün səhəri gün tanımadığı və hal-hazırda xatırlamadığı mobil nömrədən istifadəsində olan ***-***-**-** saylı nömrəsinə zəng gələrək elanda olan kompressor aparatını almaq istədiyini bildirmişdir. Həmin şəxslə iki saat sonra Neapol dairəsi adlanan yerdə görüşməyi qərarlaşdırmışlar. Həmin gün təxminən saat 17 radələrində Neapol dairəsi deyilən yerdə əvvvəllər tanımadığı və adını bilmədiyi, arıq bədən quruluşlu və qısa boylu bir nəfər şəxs ilə görüşmüşdür. Həmin şəxs ilə görüşdükdə həmin şəxs söhbət əsnasında adının Rüstəm olduğunu və görüşdükləri ünvanın yaxınlığında yaşadığını bildirmişdir. Sonra kompressor aparatını həmin şəxsə 50 manat müqabilində satmış və həmin pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa xx xxxx 2020-ci il tarixdə saat 03 radələrində aliminum profilləri oğurlamaq üçün yenidən həmin ünvana, yəni ünvan 5V ünvanında yerləşən hündürmərtəbəli binanın alt hissəsində yerləşən saxlanc yerinə gəlmişdir. Orada yenidən eyni üsul ilə, yəni özü ilə gətirdiyi dəmir parçasının saxlanc yerinin giriş qapısı ilə qapının çərçivəsinin arasına salaraq saxlanc yerinin qapısını açmışdır. Bundan sonra içəri daxil olmuş və içəridən iki ədəd birinin uzunluğu 6 metr olan aliminum profil dəstini çiyini üzərinə götürərək həmin binanın arxa hissəsinə aparmışdır. Həmin profilləri yerə qoyaraq yenidən saxlanc yerinə gəlmişdir. Bundan sonra orada olan digər aliminum pofil dəstini götürərək həmin saxlanc yerini tərk eləmiş və saxlanc yerindən təxminən yüz metr uzaqlıqda yerləşən doqquz mərtəbəli binanın qarşısında ağaclıq olan yerə aparmışdır. İlk öncə apardığı aliminum dəstinin qoyduğu yerə gəlmiş və həmin aliminum dəstini də götürərək oğurladığı digər aliminum dəstlərini qoyduğu yerə gətirmişdir. Həmin aliminum dəstini də digər aliminum dəstinin yanına qoymuşdur. Həmin aliminum dəstlərini ağaclıq olan yerə qoymaqda məqsədi dəstlərin ağır olduğu üçün daşıya bilməməsi və oradan satmağı olmuşdur. Bundan sonra xx xxxx 2020-ci il tarixdə saat 18 radələrində Xətai rayonu, Neapol dairəsi yaxınlığında olduğu zaman polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etmiş və kimliyi barədə sorğu sual etdikdən sonra Xətai rayonu ərazisində baş vermiş oğurluq cinayətində şübhəli olduğu üçün 35-ci Polis Bölməsinə dəvət etmişlər. Polis əməkdaşlarına etiraz etmədən onlarla birlikdə 35-ci Polis Bölməsinə gəlmişdir. Həmin oğurluqdan başqa oğurluq cinayəti etməmiş, oğlur etdiyi barədə heç kimə heç bir söz deməmiş və Xətai rayonu, General Şıxlinski küçəsi 29/42V ünvanında oğurluq cinayətini törətdiyi zaman orada özündən başqa heç kim iştirak etməmişdir. Daha sonra əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini, zərərçəkmiş şəxslə barışmasını, vurulmuş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələb və şikayətinin olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, fərdi qaydada bir sahibkar kimi Bakı şəhərinin müxtəlif yerlərində tikinti və restavrasiya işləri aparır və buna görədə tikinti işləri aparmaq üçün, tikinti materiallarını özünə məxsus ünvan 5 saylı ünvanda yerləşən binanın birinci mərtəbisini saxlanc yeri kimi isifadə edir. Həmin saxlanc yerində özünə və Cənnət MTK-ya məxsus avandanlıqlar vardır. 2019-ci il tarixdə təmir işləri apardığı üçün müxtəlif vaxtlarda və müxtəlif həcmlərdə aliminum profillərini saxlamaq üçün özünə məxsus Bakı şəhəri Xətai rayonu General Şıxlinski küçəsi 29/42 saylı binanın birinci mərtəbisinində olan saxlanc yerinə yığmışdır. Təmir işləri apardığı üçün həmin profillərdən bir qismini istifadə etmiş və istifadə etdiyi profillərin yerinə başqa profillər gətirib qoymuşdur. Sonuncu dəfə xx xxxx 2020-ci il tarixdə saat 17:15 radələrində saxlanc yeri olan yerinin, yəni anbarın qaplarını bağlayıb çıxmışdır. Həmin ərəfəyə qədər anbarından heç-bir oğurluq olmamışdır. xx xxxx 2020-ci il tarixdə saat 05 radələrində binanın komendantı Sahib zəng edərək bildirmişdir ki, anbarın qapısı açıq vəziyyətdədir. Həmin günü saat 08 radələrində Bakı şəhəri Xətai rayonu General Şıxlinski küçəsi 29/42 saylı binanın birinci mərtəbisinində olan anbarına gəlmişdir. Gələndə qapının həqiqətəndə açıq vəziyyətdə və güc tətbiq olunaraq açılmasını görmüşdür. İçəri daxil olan kimi görmüşdür ki, saxlanc yerində olan 500 kq çəkidə, hər birinin 1 kq 12 manat olan, müxtəlif formalı və ölçülərdə olan kəsilmiş halda aliminium profilləri oğurlanmış və 6000 manat dəyərində əmlakı ələ keçirilmişdir. İlk öncə həmin oğurluğu ətrafda, yəni qonşular tərəfindən törədilməsini güman etmiş, lakin binanın qarşısında olan kameraya baxsada, kameran optik şüşəsi tozlu olduğu üçün heç-bir görüntü əldə edə bilməmişdir. Bunda sonra kameraların optik şüşələrini silib heç yerə, yəni polisə məlumat verməyib yaşadığı evinə gəlmiş və güman etmişdir ki, oğurluq edən şəxs orada çoxlu sayda avadanlıqların olmasını görüb yenidən oğurluq etmək üçün gələcəkdir və kameraya düşəcəkdir. Bu səbəbdən də digər işləri olduğu üçün qeyd etdiyi anbarına gələ bilməmişdir. xx xxxx 2020-ci il tarixdə saat 04:45 radələrində binanın komendantı Sahib zəng edərək bildirmişdir ki, anabarının qapısı açıq vəziyyətdədir. Həmin günü saat 07 radələrində Bakı şəhəri Xətai rayonu General Şıxlinski küçəsi 29/42 saylı binanın birinci mərtəbisinində olan anbarıns gəlmişdir. Bu dəfədə gələndə görmüşdür ki, qapı həqiqətəndə açıq vəziyyətdədir, qapıya güc tətbiq olunaraq açılıb. İçəriyə daxil olduqdan sonra saxlanc yerində olan 10 paçka içərisində 12 ədəd 6 metrlik, metrəsinin qiyməti 10 manat olan xüsusi formalı aliminum profillərin, həmçinin 1700 manat qiymətində Almaniya istehsal olan bir ədəd “BOSH” markalı perferatorun və bir ədəd 450 manat qiymətində Almaniya istehsal olan “BOSH” markalı laqondanın oğurlanmasını aşkar etmişdir. İkinci oğurluq hadisəsinə görə 9350 manat ziyan dəymişdir. Bu dəfə həmin gün saat 11 radələrində DİN-nin 102 məlumat xidmətinə zəng etmiş və hadisə barədə məlumat vermişdir. Sonra isə oraya polis əməkdaşları gəlmiş, hadisə yerini müayinə etmiş və binanın qarşısında olan kameraya baxsalar da, yenədə heç bir görüntü əldə edə bilməmişlər. Belə ki, kameranın optik şüşəsini düzgün istiqamətdə qoyulmamışdır. xx xxxx 2020-ci il tarixdə anabarın içərisində kameralşmasını və işıqlanmasını tam düzəltmiş və öz evinə gəlmişdir. xx xxxx 2020-ci il tarixdə saat 04:48 radələrində binanın digər komendantı Fərman zəng edərək bildirmişdir ki, anabarının qapısı açıq vəziyyətdədir. Həmin günü saat 05 radələrində ünvan 5 saylı binanın birinci mərtəbisinində olan anbarına gəlmişdir. Bu dəfə anbara gələndə görmüşdür ki, qapı həqiqətəndə açıq vəziyyətdədir, lakin içəridən heç-bir əşya aparılmamışdır. Kameraya baxsada yenədə yaddaşında heç bir görüntü tapa bilməmişdir. İlkin ərizə və izahat yazarkən əsəbi olduğudan. həmçinin əşyalarını tam təftiş etmədiyi üçün həmin əşyaların Cənnət MTK ya məxsus olduğunu və 12000 manat ziyan göstərmiş, lakin oğurlanmış həmin əşyalar özünə məxsusdur və ona 13650 manat ziyan dəymişdir. Anbarında olan Cənnət MTK məxsus heç-bir avadanlıq oğurlanmamışdır. xx xxxx 2020-ci il tarixdə saat 05 radələrində həmin binanın komendantı Şahid3 zəng edərək General Şıxlinski küçəsi 29/42 V ünvanında yerləşən istifadəsində olan qanbarın giriş qapısının açıq olmasını bildirmişdir. xx xxxx 2020-ci il tarixdə saat 08 radələrində həmin yerə çatmış və anbara daxil olmuşdur. Saxlanc yerinin daxilinə nəzərə saldıqda orada olan tikinti materiallarının yerində olduğunu görüb hər hansı tikinti materiallarının oğurlanmadığını güman etmişdir. Bundan sonra saxlanc yerində olan hər hansı tikinti materiallarının oğurlanıb oğurlanmamasını dəqiqləşdirmək niyyəti ilə saxlanc yerinin daxilində quraşdırılmış müşahidə kameralarına baxmaq qərarına gəlmişdir. Saxlanc yerinin daxilində quraşdırılmış müşahidə kameralarına baxdığı zaman əvvəllər tanımadığı bir nəfər şəxsin saxlanc yerindən 300 manat dəyərində olan bir ədəd kompressor aparatını oğurladığını aşkar etmişdir. Bundan sonra dərhal DİN-nin 102 xidmətinə zəng edərək baş vermiş oğurluq cinayəti barədə məlumat vermiş və bundan sonra hadisə yerinə polis əməkdaşları gələrək öz araşdırmalarını aparmışlar. xx xxxx 2020-ci il tarixdə saat 05 radələrində həmin binanın komendantı Şahid3 zəng edərək General Şıxlinski küçəsi 29/42 V ünvanında yerləşən istifadəsində olan saxlanc yerinin yenidən giriş qapısının açıq olmasını bildirmişdir. xx xxxx 2020-ci il tarixdə saat 06 radələrində həmin ünvana çatmış və saxlanc yerinin daxilində quraşdırılmış müşahidə kameralarına baxmağa başlamışdır. Saxlanc yerinin daxilində quraşdırılmış müşahidə kameralarına baxış keçirtdiyi zaman əvvəllər tanımadığım bir nəfər şəxsin saxlanc yerindən özünə məxsus hər paçkasının içərisində iki ədəd aliminum profil olan və hər birinin uzunluğu 6 metr olmaqla 02 ədəd aliminum profil dəstinin oğurlanmasını aşkar etmişdir. Bundan sonra DİN-nin 102 xidmətinə zəng edərək ünvan 5 V ünvanında yerləşən istifadəsində olan saxlanc yerində baş vermiş oğurluq cinayəti barədə mıəlumat vermişdir. Polis əməkdaşları ilə birlikdə saxlanc yerinə daxil olmuş və saxlanc yerinin daxilinə nəzər saldıqda oradan içərisində 02 ədəd aliminum profil olan 02 ədəd aliminum profil dəstinin oğurlandığını görmüşdür. Özünə məxsus olan aliminum profillərin oğurlanması nəticəsində 720 manat maddi ziyan dəymişdir. ünvan 5 V ünvanında yerləşən saxlanc yerində baş vermiş oğurluq cinayətləri nəticəsində ümumilikdə 10020 manat maddi ziyan dəymişdir. İş üzrə təyin edilmiş məhəmə əmtəəşünaslıq ekspertizasının rəyi ilə razıdır və ekspert rəyinə etiraz etmir. Daha sonra təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı tələb və şikayətinin olmamasını, vurulmuş ziyanın təqsirləndirilən şəxslər tərəfindən müştərək qaydada tam ödənildiyini nəzərə alaraq onlara yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3 qardaşıdır və onlar birlikdə yaşamışlar. Qardaşı Nicat heç bir yerdə işləməmişdir. Qardaşının hər hansı bir cinayət etməsini görməmiş və bu barədə əvvəlcədən məlumatı olmamışdır. Ümumyyətlə Nicat cinayət edəcəyi barədə heç nə deməmişdir. 2020-ci ilin iyul ayının əvvəllərin yaxın yaşadığı evdə olmuş, həmin günü günorta saatlarında polis bölməsindən yaşadığı mənzilə zəng gəlmiş və qardaşı Nicatın cinayət törətməsinə görə saxlanılması bildirilmişdir. Sonradan isə onlara məlum olmuşdur ki, qardaşı Nicat Xətai rayonu ərazisində binanın 1-ci mərtəbəsində olan obyektdən oğurluq etmişdir. xx xxxx 2020-ci il tarixdə qardaşı yaşadığı mənzilə gəlmiş və onun deməsi əsasında onlara məlum olmuşdur ki, onu polisin nəzarəti altına vermişlər. xx xxxxxx 2020-ci il tarixdə yaşadığı evdə bir ədəd laqonda olmasını görmüşdür. Həmin laqondanı yaşadığı evə hansı şəraitdə gəlməsini fikirləşmiş, lakin heç bir səbəb tapa bilməmişdir. Belə ki, ailə üzvülərindən heç kəs tikinti və digər işlərlə məşğul olmur. Həmin laqondanı qardaşı Nicat tərəfindən evə gətirilməsini və sonuncunu laqondanı oğurladığını fikirləşmişdir. Buna görədə laqondanı götürüb polis idarəsinə aparmaq qərarına gəlmişdir. Həmin günü laqondanı götürüb Xətai Rayon Polis İdarəsinin İnzibati binasına gətirmişdir. Orada məlum olmuşdur ki, qardaşı Nicat laqondanı oğurlamışdır. Qardaşı Nicatın oğurluğu nə vaxt, kimlə və hansı şəraitdə etməsini görməmiş və bilməmişdir. Həmçinin kompressoru yaşadığı mənzilə də necə gətirməsini görməmiş və bilməmişdir. Həmin günü polis idarəsinə iki nəfər şəxs dəvət edilmiş, həmin şəxsləri tanımamış, həmin şəxslərin iştirakı ilə laqondanı polis əməkdaşına təhvil vermiş və bu barədə protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ünvan 5 saylı ünvanda yerləşən 12 mərtəbəli binanın komendantı işləyir. Həmin bina Cənnət MTK-ya məxsusdur. Həmin binanın birinci mərtəbəsi Zərərçəkmiş şəxs məxsusdur. Zərərçəkmiş şəxs həmin yerdə müxtəlif növ tikinti materialları saxlayır. İş fəaliyyəti binada olan nasazlıqları aradan qaldırmaq və oradan yaşayan şəxslərə xidmət göstərməkdir. Binanın Sahib adlı komendantıda vardır. xx xxxx 2020-ci il tarixdə saat 04:48 radələrində binanın ətrafında gəzişərkən binanın 1-ci mərtəbəsinin qapısının açıq olmasını görmüşdür. Bundan şübhələnərək oranın sahibi Zərərçəkmiş şəxs zəng edərək bu barədə məlumat vermişdir. Həmin günü saat 05 radələrində Anar oraya gəlmiş və içəri baxdıqda oradan oğurluq etməsini aşkar etmişdir. Lakin içəridən hansı əşyaların ğurlanmasını bilməmişdir. Belə ki, bu barədə Anar özü dəqiq bilər. Anar əvvəldə oradan oğurluq olunmasını bildirmiş və bundan başqa heç bir məlumata sahib olmamışdır. Məhkəmə istintaqı zamanı şahidlər Şahid1 və Şahid2 ifadələri elan edilərək tədqiq edilmişdir. Onların ifadəsi təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin ifadəsinə oxşar olmuşdur. Bununla da cinayət işinin yuxarıda təhlil edilən xüsusatları bir daha öz təsdiqini tapmışdır. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli videogörüntülərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, disklər “CD-R” formatlı olmaqla, üzərində istehsal yerinə və markalanmasına dair hər hansı məlumat mövcud deyildir. Disklərə daxil olduqda, hər bir diskdə 03 ədəd videogörüntünün saxlanıldığı aşkar edildi. xx xxxx 2020-ci il tarixdə saat 03:49:02-də ünvan 5 ünvanında yerləşən saxlanc yerinin qarşısından bir nəfər keçir və 03:49:25-də əynində qara rəngli ayaqqabı, boz rəngli cins şalvar və qara rəgli uzun qol köynək olan həmin şəxs saxlanc yerinin giriş qapısından içəri daxil olur. Xarici görünüşü və zahiri əlamətlərinə görə əynində qara rəngli ayaqqabı, boz rəngli cins şalvar və qara rəgli uzun qol köynək olan Təqsirləndirilən şəxs3 oxşar şəxs saxlanc yerinin içərisinə daxil olduqdan sonra bir qədər içəriyə nəzər salır və 03:49:42-də saxlanc yerinin içərisinə oğru hərəkət edir. Həmin şəxs 03:50:10-da saxlanc yerinin içərisində olan kompessor aparatını əlində götürür və saxlanc yerinin qapısına doğru hərəkət edir. 03:50:21-də saxlanc yerinin qapısından çıxaraq saxlanc yerini tərk edir. 03:50:25-də saxlanc yerinin qapışandan çıxan həmin şəxs kompressor aparatının kabelinin saxlanc yerinin qapısına ilişdiyi üçün kabeli dartmağa başlayır. 03:50:31-də kabeli saxlnac yerinin qapısından ayıran şəxs kompressor aparatını əlində tutaraq hadisə yerini tərk edir. Digər “CD-R” formatlı diskdə xx xxxx 2020ci il tarixdə saat 02:39:32-də Bak'r şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi 29/42 ünvanında yerləşən saxlanc yerinin qarşısından bir nəfər keçir və 02:39:48-də həmin şəxs saxlanc yerinin giriş qapısından içəri daxil olur. 02:40:11-də saxlanc yerinin içərisinə oğru hərəkət edir və orada olan alüminium profillərə yaxınlaşır. 02:40:42-də əynində qara rəngli ayaqqabı, boz rəngli cins şalvar, ağ rəgli uzun qol köynək, əlində əlcək və üzündə maska olan xarici görünüşü və zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs3 oxşar şəxs alüminum profilləri çiyninə götürərək saxlanc yerinin qapısına doğru hərəkət edir. 02:40:58-də saxlanc yerinin qapısından çıxaraq saxlanc yerini tərk edir. 02:40:56-da saxlanc yerinin qapışandan çıxaraq oradan uzaqlaşır, həmin şəxs 02:42:02-də qaçaraq yenidən saxlanc yerinə yaxılaşır və 02:42:07-də saxlanc erindin qapısından içəriyə daxil olur. Saxlanc yerinə daxil olan həmin şəxs qaçaraq alüminium profillərə yaxınlaşır və 02:42:25-də yenidn alüminum profilləri çiyninə götürərək saxlanc yerinin qapısına doğru hərəkət edir. 02:42:33-də saxlanc yerinin qapısından çıxaraq saxlanc yerini tərk edir. Həmin şəxs 02:42:37-də saxlanc yerinin qapışandan çıxaraq oradan uzaqlaşır və hadisə yerini tərk edir. İş materiallarında olan məhkəmə əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 9/2847 saylı rəyindən görünür ki, 2020-ci ilin iyun ayına müxtəlif ölçülü aliminium profillərin və laqondanın orta bazar qiyməti təxminən 10590.00 manat müəyyən edilir. İş materiallarında olan məhkəmə əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 9/2690 saylı rəyindən görünür ki, 2020-ci ilin iyul ayına bir ədəd qara-qırmızı rəngli, üzərində “AİR COMPRESSOR 8kq/cm2 yazıları olan kompressor aparatının istifadə olunması nəzərə alınmaqla orta bazar qiyməti 150 manat müəyyən edilir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli tutma protokolundan məlum olur ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi xx xxxx 2020-ci il tarixdə tutulmuşdur. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarından məlum olur ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli tutma protokolundan məlum olur ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi xx xxxx 2020-ci il tarixdə tutulmuşdur. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarından məlum olur ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli tutma protokolundan məlum olur ki, Təqsirləndirilən şəxs3 şübhəli şəxs kimi xx xxxx 2020-ci il tarixdə tutulmuşdur. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs3 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilmişdir. İş materiallarında olan DİN Baş Əməliyyat və X1 tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan DİN Baş Əməliyyat və X1 tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxx 2018-ci il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan 11 ay 22 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş materiallarında olan DİN Baş Əməliyyat və X1 tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət X2 arayışından görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 7 ünvanında yerləşən Bakı Dövlət X2 yataqxanasında məskunlaşmışdır. İş materiallarında olan 2 saylı Bakı Peşə Liseyinin arayışından görünür ki, Təqsirləndirilən şəxs3 ünvan 7 ünvanında yerləşən 2 saylı Bakı Peşə Liseyinin yataqxanasında məskunlaşmışdır. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, bir ədəd laqonda, bir ədəd kompressor aparatı maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə qaytarılmışdır. Oğurluq hadisəsini əks etdirən 2 ədəd CD disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan(iş vərəqi 143 ikinci tom) Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirləndirilən şəxslərlə barışmış, onlara qarşı heç bir tələb və şikayəti yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. İş materiallarında olan Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət X3 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan 2 saylı Bakı Peşə Liseyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 barəsində heç bir şikayət daxil olmamışdır. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxslərin səmimi etirafları, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər iş materialları ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə, Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən zərərçəkmiş şəxslə barışdığını, vurulmuş ziyanın tam ödənilməsini, ona qarşı şikayət və tələbin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cinayət əməlini etiraf edib səmimi peşman olmasını, zərərin tam ödənilməsini, zərərçəkmiş şəxslə razılıq əldə etməsini, ona qarşı heç bir şikayət və tələbinin olmamasını, eləcə də törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Məhkəmə, bu səbəbdən Təqsirləndirilən şəxs2 barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs2 həbsdə saxlandığı 03 (üç) ay 29 (iyirmi doqquz) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə, Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun əməlindən peşman olduğunu, səmimi etirafını, zərərçəkmiş şəxslə barışdığını, ona qarşı şikayət və tələbin olmamasını, vurulmuş ziyanın ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, cinayətin resedivini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə uyğun olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır və belə hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkün deyildir, ona görə də ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində residiv nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarına əsasən təyin edilmiş çəkilməmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə 11 (on bir) ay 22 (iyirm iki) gün şərti olaraq vaxtından əvvəl azad edildiyi azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi xx xxxx 2020-ci il tarixdən saxlanılmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli həmin vaxtdan hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə, Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs3 cəza təyin edərkən əməlindən peşman olduğunu, səmimi etirafını, zərərçəkmiş şəxslə barışdığını, vurulmuş ziyanın tam ödənilməsini, ona qarşı şikayət və tələbin olmamasını, ilk məhkumluğunu cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 cinayət əməlini etiraf edib səmimi peşman olmasını, zərərin tam ödənilməsini, zərərçəkmiş şəxslə razılıq əldə etməsini, ona qarşı heç bir şikayət və tələbinin olmamasını, eləcə də törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs3 cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Məhkəmə, bu səbəbdən Təqsirləndirilən şəxs3 barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs3 şübhəli şəxs kimi saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılmış bir ədəd laqonda və bir ədəd kompressor aparatı hökm qanuni qüvvəsini aldıqdan sonra onun istifadəsinə verilmiş hesab edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış oğurluq hadisəsini əks etdirən 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza ilə əlaqədar məhkəmə xərci 100 manat müştərək qaydada təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 alınaraq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 həbsdə saxlandığı 03 (üç) ay 29 (iyirmi doqquz) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs2 təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 02 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və onun başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə təyin edilmiş cəzadan 11 (on bir) ay 22 (iyirmi iki) gün şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə şərti olaraq vaxtından əvvəl azad edildiyi 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə qəti olaraq 02 (iki) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs3 təyin olunmuş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə Bakı şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılmış bir ədəd laqonda və bir ədəd kompressor aparatı hökm qanuni qüvvəsini aldıqdan sonra onun istifadəsinə verilmiş hesab edilsin. İş üzrə maddi sübut kimi tanınmış oğurluq hadisəsini əks etdirən 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza ilə əlaqədar məhkəmə xərci 100 (yüz) manat müştərək qaydada təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 alınaraq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-343/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-343/2020
17.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver