Məhkəmə qərarları › İş №1(011)-343/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-343/2021

09.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-343/2021 09.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Vyeçeslav oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1989-cu ildə Beyləqan rаyоnu, Yeni-Mil qəsəbəsində anadan olmuş, Аzərbаycаn Rеspublikаsı vətəndаşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Beyləqan rаyоnu, Yeni-Mil qəsəbəsində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan “Etibar” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını talama məqsədi ilə 26 mart 2021-ci il tarixdə saat 09:50 radələrində ünvan 2 ünvanın qarşısında ümumi istifadədə quraşdırılmış plastik materialdan dolabda həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs Vyeçeslav oğluna məxsus 1 ədəd qutuda bir cütü 10 manat olmaqla, ümumilikdə 300 manat dəyərində olan 30 cüt tikintidə istifadə üçün nəzərdə tutulmuş əlcəkləri, 1 ədəd qutuda 1 ədədi 35 manat olmaqla ümumilikdə 350 manat dəyərində olan 10 ədəd tikintidə istifadə edilən raspiratorları talayıb, ümumilikdə Zərərçəkmiş şəxs cəmi 650 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir Bundan başqa, Təqsirləndirilən şəxs satış məqsədi olmadan 29.04.2021-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri, Nizami rayonu ərazisində «Neftçilər» metro stansiyasının yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan «Sarı» adlı şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,312 qram, 0,269 qram olan ümumi təmiz çəkisi 0,581 qram psixotrop maddə metamfetamin və 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,417 qram və 0,194 qram olan ümumi təmiz çəkisi 0,611 qram olan narkotik vasitə heroini əldə edib, özündə saxlayaraq daşımış və 29 aprel 2021-ci il tarixdə saat 13 radələrində Xətai RPİ-nin 35-ci PB-nin əməkdaşları tərəfindən, barəsində Xətai RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə olan ********* saylı cinayət işi üzrə elan edilmiş axtarışla əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanda saxlanılaraq Xətai RPİ-nin 35-ci Polis Şöbəsinə gətirilmiş və polis şöbəsində üzərində keçirilmiş şəxsi axtarış və götürmə zamanı ümumi təmiz çəkisi 0,611 qram olan narkotik vasitə heroin və ümumi təmiz çəkisi 0,581 qram psixotrop maddə metamfetamin onun əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 04 ədəd bükümdə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 2 ilə yaxındır ki, narkotik vasitə olan «kakos»dan arasıra istifadə edir. Etibar adlı şəxslə təxminən 2 il əvvəl tanış olmuş və Etibar mənzillərdə hörgü işləri gördüyündən bir neçə dəfə o, Etibarla birlikdə bir neçə mənzildə hörgü işlərində Etibarın yanında fəhlə kimi çalışmış və həmin vaxtdan da Etibar adlı şəxslə münasibətləri olmuşdur. Belə ki, 26 mart 2021-ci il tarixdə saat təxminən 09 radələrində o, yaşadığı evin yaxınlığında yerləşən «Maklerlər bağı» adlanan parkda təsadüfən Etibarla rastlaşmış və həmin vaxt öz aralarında danışarkən, ona pul lazım olduğundan, Etibardan 5 manat borc pul istəmişdir. Etibar isə ona 5 manat pulu əgər onunla birlikdə «Xəzər dairəsi» adlanan yerə gedərək, onun dediyi binanın blokundan qutuları götürüb Etibara versə, pulu verəcəyini bildirmişdir. O, da, Etibarla razılaşmış və birlikdə həmin vaxt Etibarın idarə etdiyi boz rəngli, dövlət nömrə nişanını bilmədiyi, xetçbek «Opel» markalı avtomobil ilə «Xəzər dairəsi» adlanan yerə gəlmişlər. Bu zaman Etibar ona binanı və girəcəyi bloku göstərərək, həmin blokda 6-cı mərtəbədə liftin yanında bir ədəd ağ rəngli plastik materialdan hazırlanmış dolab olduğunu və həmin dolabda olan qutuları götürüb gətirməsini bildirmişdir. O, da həmin bloka daxil olaraq 6-cı mərtəbəyə pilləkənlərlə qalxmış və liftin yanında olan plastik materialdan olan dolabın qapısını əli ilə dartıqda açılmış və orada iki ədəd ağ rəngli qutular olduğunu görmüşdür. O, həmin qutuların məhz Etibarın dediyi qutu olduğunu başa düşüb həmin 2 ədəd qutunu götürərək bir qədər əvvəl özü ilə gətirdiyi göy rəngli sellofan torbaya qoyaraq oradan düşüb qutunu Etibara vermişdir. Etibar isə onun yanında həmin qutuları özü açmış və içərisində tikintidə istifadə edilən əlcəklər və raspiratorlar olduğunu görmüşdür. Bundan sonra, Etibar ona həmin qutuları götürüb gətirməsinə görə ona dediyi kimi 5 manat pul vermiş və bir neçə günə 10 manat pulda verəcəyini bildirmişdir. Bundan sonra onlar birlikdə bir neçə saat gəzişdikdən sonra, həmin gün saat 17 radələrində yenidən həmin əraziyə gəlmişlər. Orada Etibar ona səhər saatlarında qutuları götürdüyü binanın qonşuluğunda olan binanı göstərib, həmin binanın 8-ci mərtəbəsinə qalxmasını özünün də arxasınca qalxacağını bildirmişdir. O, isə Etibarın nəyə görə həmin binanın 8-ci mərtəbəsinə qalxmasını təklif etdiyini bilməsə də, onun dediyi kimi binaya qalxmaq üçün binanın qarşısına gedərkən orada təsadüfən yaşadığı məhəllədən tanıdığı Ələkbər adlı şəxslə rastlaşmışdır. Ələkbərlə hal-əhval edərək həmin yerdə nə etdiyini soruşmuş, Ələkbər isə öz işləri ilə əlaqədar «Xəzər dairəsrmə gəldiyini və hazırda «Neftçilər» metrostansiyası istiqamətində getdiyini bildirmişdir. O da Ələkbərə onunda qısa bir işi olduğunu və birlikdə «Neftçilər» metrostansiyası istiqamətində yaşadıqları məhəlləyə getmək üçün onu gözləməsini demişdir. Ələkbər də, onunla razılaşmışdır. Bundan sonra, o, Etibarın ona göstərdiyi binanın 8-ci mərtəbəsinə qalxmaq üçün binanın qarşısına gəldikdə isə onu orada 35-ci PB-nin əməkdaşları saxlayaraq, onun səhər saatlarında etdiyi oğurluğa görə şübhəli olduğunu bildirərək onu polis bölməsinə aparmışlar. Bir müddət sonra isə polis əməkdaşlarının Ələkbəri də, həmin həyətdə onun yanında olduğuna görə polis bölməsinə gətirmələri ona məlum olmuşdur. Lakin Ələkbərin onun Etibarın təklifi ilə binanın blokundakı dolabdan qutuları oğurlaması və oraya Etibarla birlikdə gəlməsi ilə bağlı hər hansı bir məlumatı olmamışdır. Ələkbər təsadüfən orada onunla rastlaşmış və o, Etibarla işini bitirdikdən sonra, birlikdə «Neftçilər» metrostansiyasına tərəf getmək üçün həmin həyətdə dayanıb onu gözləmişdir. Həmin vaxt həmçinin Etibar özü idarə etdiyi «Opel» markalı avtomobildə oturmuş lakin sonradan onun hara getməsi barədə hər hansı bir məlumatı olmamışdır. O, Etibarı mənzil ustası kimi tanımış, onun yanında bir neçə dəfə mənzillərdə fəhlə kimi işləmişdir, Lakin onun hazırda anket məlumatlarını, yaşayış yerini və əlaqə nömrələrini bilməmişdir. Etibar adətən «Maklerlər bağı» adlanan yerdə olmuş və onunla adətən orada təsadüfən rastlaşıb, əlaqə saxlamışdır. O başqa hər hansı bir oğurluq hadisəsi törətməmiş, yalnız Etibarın təklifi ilə qeyd etdiyi kimi 6-cı mərtəbədə dolabdan içərisində əlcəklər və raspiratorlar olan 2 ədəd qutunu götürüb Etibara vermiş və buna görə də, Etibar ona 5 manat pul vermişdir. Belə ki, o, son vaxtlar narkotik vasitələrdən daha mütəmadi olaraq istifadə etməyə başladığından, 29 aprel 2021-ci il tarixdə saat 10 radələrində özü üçün narkotik vasitə almaq qərarına gəlmiş və buna görə də, əvvəllər narkotik vasitə aldığı üzdən tanıdığı, adını «Sarı» kimi bildiyi şəxslə adətən onun gəzişdiyi «Neftçilər» metro stansiyasının yaxınlığında «Maklerlər bağı» adlanan parka gəlmişdir. Belə ki, həmin vaxt o, orada «Sarı» ilə rastlaşdıqda, ona narkotik vasitə istədiyini bildirmiş və 15 manat pulu olduğunu demişdir. «Sarı» adlı şəxs də, həmin vaxt ona 2 ədəd bükümdə narkotik vasitə heroin və 2 ədəd bükümdə psixotrop maddə metamfetamin vermişdir. O da həmin narkotik vasitələri sonradan istifadə etmək üçün əynində olan göy rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur. Bundan sonra, o bir qədər öz işləri ilə bağlı “Neftçilər” metro stansiyasının ətrafında olduqdan sonra, saat təxminən 13 radələrində kirayədə yaşadığı ünvan 5 ünvanın qarşısına gəlmişdir. Bu zaman ona 2 nəfər mülki geyimdə olan şəxslər yaxınlaşıb, özlərini təqdim edərək, Xətai RPİ-nin 35-ci PB-nin əməkdaşları olduqlarını və onun barəsində olan cinayət işi üzrə axtarışda olmağı və həmçinin, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı məlumatları olduğunu bildirdirib onu 35-ci PB-nə dəvət etmişlər. O, da artıq etiraz etməmiş və həmin polis əməkdaşları ilə 35-ci PBnə gəlmişdir. Polis bölməsində onun narkotik vasitələri qanunsuz üzərində saxlaması və daşıması ilə əlaqədar əməliyyat məlumatı olduğundan polis əməkdaşları üzərində şəxsi axtarış aparılacağını bildirərək 35-ci Polis Bölməsində ona hüquq və vəzifələri izah olunaraq, hüquqlarının müdafiəsi üçün vəkil dəvət edildikdən sonra, polis bölməsində xidməti otaqların birində videoçəkıliş vasitəsi ilə polis əməkdaşları tərəfindən vəkilin də iştirakı ilə şəxs axtarış aparılmışdır. Belə ki, şəxsi axtarış zamanı ona üzərində hər hansı narkotik vasitə və ya qeyri qanuni əşyalar varsa təqdim etməsi təklif edilmişdir. O da, həmin vaxt 29.04.2021-ci il tarixdə “Neftçilər” metrostansiyası yaxınlığında 15 manata «Sarı» adlı şəxsdən aldığı əynində olan göy rəngli cins şalvarının sağ yan cibinə qoyduğu 2 ədəd bükümdə olan psixotrop maddə metamfetamini və 2 ədəd bükümdə olan narkotik vasitə heroini çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəхs qismində dindirilmiş Zərərçəkmiş şəxs Vyeçeslav oğlu ifadəsində göstərdi ki, özü fərdi olaraq taksi fəaliyyəti ilə məşqul olmuşdur. O, yaşadığı mənzilin blokunda təxminən bir il bundan əvvəl müəyyən əşyalar yığmaq üçün bir ədəd plastik materialdan hazırlanmış dolab düzəltdirmiş və həmin dolabda həmin vaxtdan etibarən bir ədəd içərisində tikintidə istifadə edilən bir cütü 10 manat dəyərində 30 ədəd əlcəklər və bir ədəd içərisində 35 manat dəyərində 10 ədəd tikintidə istifadə edilən raspiratorlar olan qutuları həmin dolabda saxlamışdır. Dolab plastik materialdan hazırlansa da, dolabın qapısı kiçik açarla kilidlənmiş və açarda onun özündə olmuşdur. Belə ki, o, öz mənzilinin təhlükəsizliyi ilə əlaqədar olaraq yaşadığı mənzilin giriş hissəsinə müşahidə kamerası yerləşdirmişdir. 26 mart 2021-ci il tarixdə saat təxminən 10:20 radələrində o, həmin müşahidə kamerasının görüntülərinə baxarkən, bir nəfər oğlanın onların blokuna gələrək, onun blokda olan dolabının qapısının kilidini sındıraraq, oradakı əlcəklər və raspiratorlar olan qutuları oğurladığını aşkar etmişdir. O, dərhal bloka çıxıb baxdıqda həqiqətəndə dolabın qapısının kilidinin sındırıldığını və qutuların oğurlandığının özündə şahidi olmuşdur. Bundan sonra o, bununla bağlı dərhal DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermiş, daha sonra isə bununla bağlı 35-ci PB-nə gedərək şikayət ərizəsi yazmışdır. Daha sonra həmin oğurluqla bağlı 35-ci PB-nin əməkdaşları tərəfindən sənədləşmə işləri aparılmışdır. O, mənzilinin müşahidə kamerası tərəfindən qeydə alınmış görüntülərdəki, oğurluğu törədən şəxsi ilk dəfə həmin görüntülərdə görmüş, onu əvvəllər tanımamış, onun kim olmasını bilməmişdir. Həmin əlcək və raspiratorlaru o, təxminən 3 il əvvəl əlcəkləri bir cütü 10 manatdan olmaqla, 300 manata, raspiratorları isə 1 ədədi 35 manat olmaqla 350 manata almışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona cəmi 650 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında şаhid qismində dindirilmiş Хətаi RPİ-nin 35-ci PB-nin əməliyyаt müvəkkili, polis baş leytenantı X1 оğlu ifаdəsində göstərdi ki, 29.04.2021-ci il tarixdə saat təxminən 13 radələrində Xətai RPİ-nin 35-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və onun tərəfindən Xətai RPİ-nin istintaq şöbəsində istintaqı aparılan ********* saylı cinayət işi ilə əlaqədar axtarışda olan və narkotik vasitələrin istifadəsində və qanunsuz dövriyyəsində şübhəli bilinən xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs ünvan 6 ünvanın qarşısında saxlanılaraq Xətai RPİ-nin 35-ci PB-nə dəvət edilmişdir. Polis Bölməsinin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, daha sonra onun hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına müdafiəçi dəvət olunmuşdur. Bundan sonra ona üzərində olan qeyri-qanuni əşyaları könüllü təqdim etməyi təklif etmişdir. Həmin vaxt o, əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən cəmi 04 ədəd olmaqla içərisində güclü təsiredici vasitə hesab olunan metamfetaminə oxşar maddə olan 02 ədəd gümüşü rəngli kağız büküm və narkotik vasitə heroinə oxşar 02 ədəd ağ rəngli bükümləri çıxararaq masanın üzərinə qoyaraq, 02 ədəd gümüşü rəngli kağız bükümdə olan maddələrin psixotrop maddə metamfetamin və 02 ədəd ağ rəngli bükümlərdə olan maddələrin isə narkotik vasitə heroin olmalarını bildirmişdir. Təqsirləndirilən şəxs ondan aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri haradan və kimdən əldə etməsi soruşulduqda o, 29.04.2021-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri, Nizami rayonu ərazisində «Neftçilər» metrostansiyasının yaxınlığında «Sarı» adlı şəxsdən 15 manat müqabilində şəxsi istifadəsi üçün almasını, 29.04.2021-ci il tarixdə saat 13 radələrində yaşadığı Nizami rayonu, Çobanzadə küçəsi 51 saylı ünvanın qarşısında polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilməsini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddələr zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, zərf və protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə aparılarkən ona qarşı hər hansı bir zor və təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şаhid qismində dindirilmiş Хətаi RPİ-nin 35-ci PB-nin əməkdaşları Şahid2 və Şahid3 şаhid X1 оğlu ilə eyni məzmunlu ifаdələr vеrərək həmin xüsusatları bir daha tаm təsdiq еtmişlər. Şаhid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilmiş ifadəsində bildirmişdir ki, özü əvvəllər cinayət məcəlləsinin müxtəlif maddələri ilə məhkumluq həyatı yaşamış, sonuncu dəfə isə 2010-cu ildə Azərbaycan Respublikası CM-nin 234-cü maddəsi ilə məhkum olunmuş, cəzası bitdikdən sonra isə başqa hər hansı bir cinayət törətməmişdir, özü hazırda yaşadığı məhəllədə avtomobillərin parklanmasını təmin etməklə özünü dolandırmışdır. Təxminən bir ay olar ki, o, yaşadığı məhəllədən Sahib adlı şəxsi tanımış, onunla məhəllə adamı kimi ünsiyyəti olmuşdur. 26 mart 2021-cı il tarixdə saat təxminən 17 radələrində o, hazırda qardaşı Nazimlə birlikdə yaşadıqları ünvan 8 ünvanındakı mənzillərini satmaq qərarına gəldiyindən, Xətai rayonu ərazisində «Xəzər dairəsi» yaxınlığına ev alqı-satqısı ofisinə gəlmişdir. Həmin vaxt oradan çıxıb piyada olaraq yaşadığı məhəllə istiqamətində gedərkən, təsadüfən «Xəzər dairəsi» yaxınlığında binalardan birinin qarşısında Sahiblə rastlaşmışdır. O, Sahibdən orada nə etdiyini soruşduqda, Sahib bir işi olduğunu deyib, onun «Neftçilər» metrostansiyası istiqamətində getdiyini bilərək, onu gözləməsini və birlikdə getmələrini, özünün isə yaxınlıqdakı binaya qalxıb düşəcəyini bildirmişdir. O, da, etiraz etməmiş və həmin binanın həyətində dayanıb, Sahibi gözləmişdir. Lakin, təxminən 15 dəqiqə sonra ona 35-ci PB-nin əməkdaşları yaxınlaşaraq, Sahibin oğurluq etməsinə görə saxlanıldığını və onun da, binanın həyətinə onunla birlikdə gəlməsinə görə onunla oğurluq etməkdə şübhəli olduğunu bildirib, 35-ci PB-nə dəvət etmişlər. O, da, etiraz etməmiş və polis bölməsinə gəlmiş və baş verənlərlə bağlı izahat yazmışdır. Həmin vaxt ona məlum olmuşdur ki, Sahib həmin gün səhər saatlarında həmin ərazidə binanın blokundan bir ədəd qutuda tikintidə istifadə edilən əlcəkləri oğurlayaraq, Etibar adlı şəxsə verdiyindən, onu polis əməkdaşları axşam saatlarında onunla görüşdüyü binanın qarşısında saxlamışlar. Lakin, onun Sahibin oğurluq etməsindən və həmin binaya kiminlə gəlməsindən xəbəri olmamış, o, orada Sahiblə təsadüfən rastlaşdıqda, Sahib də onun «Neftçilər» metro stansiyası istiqamətində gedəcəyini bildikdə, birlikdə getməyi təklif etdiyi üçün onu orada gözləmişdir. O, Sahibin bildirdiyi Etibar adlı şəxsi ümumiyyətlə tanımamış, onların arasındakı münasibətlər barədə heç bir məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 30 aprel 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilmişdir (i.v.01); şübhəli şəxsin tutulması haqqında 29.04.2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 13:00-da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur (i.v. 13); şəxsi axtarış və götürmə aparılması haqqında 29 aprel 2021-ci il tarixli protokoldan görünür ki, polis əməkdaşları və müdafiəçinin iştirakları ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmiş, bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən cəmi 04 ədəd olmaqla içərisində güclü təsiredici vasitə hesab olunan metamfetaminə oxşar maddə olan 02 ədəd gümüşü rəngli kağız büküm və narkotik vasitə olan heroinə oxşar 02 ədəd ağ rəngli bükümləri Sarı adlı şəxsdən 15 manat pul müqabilində şəxsi istifadəsi üçün almasını, 29 aprel 2021-ci il tarixdə saat 13 radələrində yaşadığı Nizami rayonu, Çobanzadə küçəsi 51 saylı ünvanın qarşısında polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilməsini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd gümüşü rəngli kağıza bükülmüş, toz-kristal şəkilli, spesifik qoxuya malik psixotrop maddə olan metamfetaminə bənzər maddənin və 02 ədəd ağ rəngli kağıza bükülmüş bükümdəki maddələrin isə tünd qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik olan heroinə bənzər kütlə olması aşkar edilmişdir. Həmin 02 ədəd gümüşü rəngli kağıza bükülmüş, toz-kristal şəkilli, spesifik qoxuya malik psixotrop maddə olan metamfetaminə bənzər maddənin çəkisi “Pocket scale” markalı elektron tərəzi vasitəsi ilə ölçüldükdə 0.74 qram və 02 ədəd ağ rəngli kağıza bükülmüş bükümdəki maddələrin isə tünd qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik olan heroinə bənzər kütlənin çəkisi “Pocket scale” markalı elektron tərəzi vasitəsi ilə ölçüldükdə 0.80 qram olması müəyyən edilmişdir. Aşkar olunmuş 02 ədəd gümüşü rəngli kağıza bükülmüş, tozkristal şəkilli, spesifik qoxuya malik psixotrop maddə olan metamfetaminə bənzər maddə və 02 ədəd ağ rəngli kağıza bükülmüş bükümdəki maddələrin isə tünd qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik olan heroinə bənzər kütlə qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 154 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış və götürmə aparılarkən videoçəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə olunmuşdur (i.v. 24-26); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30.04.2021-ci il tаriхli, 6/1718 saylı rəyindən görünür ki, tədqiqаtа təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış zərfdəki, 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,312 qram, 0,269 qram, ümumi təmiz çəkisi 0,581 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazılanmış eyni tərkibli psixotrop maddə metamfetamindir, 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,417 qram, 0,194 qram, ümumi təmiz çəkisi 0,611 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir (i.v.39-44); cinayət işinin birləşdirilməsi haqqında 01 may 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmişdir (i.v. 54-55); cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 28 mart 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilmişdir (i.v. 58); zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, 28.03.2021-ci il tarixdə Zərərçəkmiş şəxs Vyeçeslav oğlu zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 82- 83); şübhəli şəxsin tutulması haqqında 28.03.2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 19:00-da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur (i.v. 110); təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 30 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 116-117); ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, 30.03.2021-ci ildə ünvan 10 ünvanda yerləşən binanın blokuna baxış keçirilmiş, bu barədə protokol tərtib olunaraq fotoşəkillər çəkilmişdir (i.v. 129-132); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə 30 mart 2021ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 141-142); qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndiirlən şəxsin tutulması barədə 21 aprel 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur (i.v. 151-152); cinayət işinin icraatının dayandırılması haqqında 21 aprel 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işinin icraatı Təqsirləndirilən şəxs tutulanadək dayandırılmışdır (i.v. 154-155); cinayət işinin icraatının təzələnməsi haqqında 30 aprel 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və icraata qəbul edilərək istintaqı davam etdirilmişdir (i.v. 158-159); cinayət əməlinin tövsif edilməsi haqqında 01 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 177.2.1 və 234.1-ci maddələrinə tövsif olunmuşdur (i.v. 166-167); təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi barədə 01 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 234.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir (i.v. 169-171); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01.05.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə həbs qətimkan tədbiri seçilmiş və əvvəli 29 aprel 2021-ci il tarixdən hesablanmışdır (i.v. 186-191); diskə baxış keçirilməsi haqqında 01.05.2021-ci il tarixli protokoldan görünür ki, oğurluq hadisəsinin qeydə alındığı videogörüntüyə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilən zaman Təqsirləndirilən şəxs bildirmişdir ki, görüntüdə olan şəxs onun özüdür və tanışı Etibar adlı şəxsin göstərişi ilə həmin bloka daxil olaraq, 6-cı mərtəbəyə pilləkənlərlə qalxaraq, liftin yanında olan plastik materialdan olan dolabın qapısını əli ilə dartıqda açdığını və orada iki ədəd qutu olduğunu görmüş, o, həmin qutunun məhz Etibarın dediyi qutular olduğunu başa düşmüş, həmin 2 ədəd qutunu götürmüş, sonradan ondan heç kimin şübhələnməməsi üçün özü ilə gətirdiyi göy rəngli sellofan torbaya həmin qutuları qoyduqdan sonra oradan düşüb binadan çıxmış və qutunu Etibara vermiş, Etibar isə onun yanında həmin qutunu özü açdıqda içərisində tikintidə istifadə edilən əlcəklər və raspiratorlar olduğunu görmüşdür. Bundan sonra Etibar ona həmin qutuları götürüb gətirməyinə görə ona dediyi kimi 5 manat pul vermişdir (i.v. 194-195a); Аzərbаycаn Rеspublikаsı Səhiyyə Nаzirliyinin Rеspublikа Nаrkоlоji X2 Şəхsi Аmbulаtоr Məcburi-Nаrkоlоji Tibbi Yохlаmаnın 03 iyun 2021-ci il tаriхli, 1733 nömrəli rəyindən аydın оlur ki, müayinə zamanı Təqsirləndirilən şəxs оğlundа tiryək аlkоlоidlərini tərkibində sахlаyаn mаddələrdən, ÇƏTƏNƏ bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifаdə еdilməsi nəticəsində asılılıq sindromu (nаrkоmаniyа хəstəliyi) аşkаr оlunur. Nаrkоmаniyаdаn məcburi müаlicəyə еhtiyаcı ваrdır. Ərаzi nаrkоlоji dispаnsеrində qеydiyyаtа аlınmаsı məsləhət görülür (i.v. 223-224); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 17.06.2021-ci il tarixli tələbnamədən görünür ki, DİN BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat müəyyən olunmamışdır (i.v. 225-226); maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi haqqında 10 iyun 2021-ci il tarixli qərardan görünür ki, 02 ədəd bükümdə, ümumi təmiz çəkisi 0,611 qram narkotik vasitə heroin və 02 ədəd bükümdə ümumi təmiz çəkisi 0,581 qram metamfetamin maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,511 qram və 0,481 qram psixotrop maddə olan metamfetamin Xətai RPİ-nin MSK-na təhvil verilmiş, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə 1 ədəd CD disk maddi sübut kimi tanınmışdır (i.v. 217-219); maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi haqqında 10 iyun 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Vyeçeslav oğlunun təqdim etdiyi yaşadığı mənzilin təhlükəsizliyi ilə əlaqədar olaraq mənzilin giriş hissəsində olan müşahidə kamerasında oğurluq hadisəsini özündə əks etdirən protokola əlavə 1 ədəd CD disk maddi sübut kimi tanınmışdır (i.v. 220-221); sübutların qiymətləndirilməsi haqqında 16 iyun 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvədə saxlanılmış, barəsində həbs qətimkan tədbirinin seçilməsi və üzərindən aşkar olunmuş narkotik vasitə heroinin təmiz çəkisi 0,611 qram, psixotrop maddə metamfetamin ümumi təmiz çəkisi 0,581 qram olması nəzərə alınmış, 01 ədəd CD disk maddi sübut qismində tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,511 qram çəkidə heroin və 0,481 qram çəkidə metamfetaminin Xətai RPİ-nin MSK-na təhvil verilməsi nəzərə alınmış, iş üzrə şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, məhkəmə-kimyəvi ekspertizasının 6/1718 saylı, 30 aprel 2021-ci il tarixli, məhkəmə-narkoloji ekspertizasının 1733 saylı, 03 iyun 2021-ci il tarixli ekspert rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilmişdir. (i.v.227-238). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin məhkəmədə verdiyi və iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinə əsasən oğurluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,611 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən təmiz çəkisi 0,581 qram psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlini etiraf edərək səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənləri, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilməli, ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutularaq saxlanıldığı 28.03.2021-ci il tarixdən 30.03.2021-ci il tarixədək olan müddət təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 29.04.2021-ci il tarixdən hesablanmalı (CPM-158.2.1, 158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (CM-56.1.2). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi nəzərə alınaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut Bakı şəhəri Xətai rayon Polis İdarəsinin MSK-da saxlanılan 04 ədəd bükümdə ekspertiza tədqiqatından sonra qalıq qalan 0,481 qram psixotrop maddə metamfetamin və 0,511 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 2 ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdırlar. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri – 81,82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Cinayət işi üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 mart 2021-ci il tarixdən 30 mart 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 29 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-cü maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut Bakı şəhəri Xətai rayon Polis İdarəsinin MSK-da saxlanılan 04 ədəd bükümdə ekspertiza tədqiqatından sonra qalıq qalan 0,481 qram psixotrop maddə metamfetamin və 0,511 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 2 ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının dəyəri 81,82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin nəfinə ödənilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar