Məhkəmə qərarları › İş №1(011)-343/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-343/2024

13.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-343/2024 13.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi, xüsusi ittiham qaydasında barəsində şikayət verilən – X16 və müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyası "Kiçikbəyov və Partnyorları" Vəkil Bürosunun vəkili X9, xüsusi ittiham qaydasında barəsində şikayət verilən – X43 və müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X29, xüsusi ittiham qaydasında barəsində şikayət verilən – X40 və müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyası "Kiçikbəyov və Partnyorları" Vəkil Bürosunun vəkili X24, xüsusi ittiham qaydasında şikayət verən X20 və nümayəndəsi Femida Vəkil Bürosunun vəkili X17 iştirakı ilə, xüsusi ittiham qaydasında X10 şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: X20 xüsusi ittiham qaydasında şikayət ilə məhkəməyə müraciət edərək, xüsusi ittiham qaydasında barəsində şikayət verilən X5 və X25 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulan və X30 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməyə görə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. X20 şikayətini onunla əsaslandırmışdır ki, o, uzun müddətdir ki, Laçın rayon X7 direktoru vəzifəsində işləyir. İşlədiyi müddətdə işinə məsuliyyətli və peşəkar yanaşmışdır. Elm və Təhsil Nazirliyi tərəfindən 2018-ci ildə Qabaqcıl Təhsil İşçisi döş nişanı ilə təltif edilmişdir. Cəmiyyət və kollektiv arasında yüksək nüfuza və hörmətə malikdir. Yüzlərlə şagirdlərin əl əmək bacarıqlarının inkişaf etdirilməsi və müxtəlif əl işlərinin sərgilərdə nümayiş etdirilməsinə nail olmuşdur. Lakin, rəhbərlik etdiyi Laçın rayon X7 dərnək rəhbəri X16 və onun ailə üzvləri tərəfindən müxtəlif vaxtlarda böhtan və təhqirlərə məruz qalmışdır. Laçın rayon X7 dərnək rəhbəri X16 əmək intizamını pozduğu üçün 04 iyun 2022-ci il tarixdə X20 tərəfindən xəbərdarlıq edilmişdir. Laçın rayon X12 2022-2023-cü il dərs ilində Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti yoxladığı üçün əmək intizamını daha da gücləndirmək məqsədilə bir sıra təbdirlər həyata keçirmişdir. Bu zaman Laçın rayon X7 dərnək rəhbəri X5 əmək intizamını pozduğu bir daha aşkar edilmişdir. 17 mart 2023-cü il tarixdə keçirilən Pedaqoji İclasda qəbul edilən qərara əsasən X11 intizam tənbehi qismində töhmət verilmişdir. İntizam tənbehindən nəticə çıxarmadığı üçün 18 iyun 2023-cü il tarixdə X5 əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndi ilə xitam verilmişdir. Daha sonra Mediasiya zamanı barışıq əldə edilmiş və X16 öz işinə bərpa edilmişdir. Lakin X2 Zəravənd Dolxan oğluna və kollektivin ayrı-ayrı üzvlərinə qarşı böhtan və təhqirlərinə son qoymamışdır. Belə ki, 17 mart 2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən 20 saylı Laçın rayon tam orta məktəbin binasında fəaliyyət göstərən Laçın rayon X7 15 nəfər kollektiv üzvü və 4 nəfər online olmaqla 19 nəfərdən ibarət X47 keçirilmişdir. Şura iclası keçirilən zaman müzakirə edilən məsələlərdən biridə əmək intizamına əməl edilməsi məsələsi idi. Əmək intizamını pozduğu üçün Laçın rayon X7 dərnək rəhbəri X11 17 mart 2023-cü il tarixdə X38 İclasında töhmət elan edilmişdir. Töhmət elan edildikdən sonra X16 yerindən icazəsiz qalxaraq bütün kollektivi müxtəlif sözlərlə təhqir edərək şəxsən X10 və kollektivin digər üzvlərinin hər birinin üzünə tüpürdü. Bundan başqa Laçın rayon X7 dərnək rəhbəri X16 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə 24 may 2023-cü il tarixdə ərizə yazmışdır. Həmin ərizədə qeyd etmişdir ki, "Yazıb Sizə bildirirəm ki, Laçın rayon X8 baş verən özbaşınalıq, qanunsuzluq, rüşvətxorluq, müəllimlərə qarşı qərəzli mövqe heç bir çərçivəyə sığmır. Belə ki, əlaqəli şəkildə dərnək daxili və xarici qanunsuz idarəetmə metodu, səsli və səssiz görüntülərlə şantaj cəhdləri, aylıq müəllimlərdən pul yığmaq, vahimə ilə kollektivə təsir etmə, müəllimlik adına yaraşmayan danışıq tərzi, nəzakətsiz, psixoloji problemli, qeyri-vətənpərvər mərkəzin rəhbəri-Zəravənd Quliyev "özündən vakant ştatlar yaradaraq aylıq əmək haqqlarını mənimsəyir, bəzi işçilərlə bölür." Laçın rayon X7 dərnək rəhbəri X16 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X39 Xidmətinə yazılmış 06 iyul 2023-cü il tarixli müraciətinə cavabda qeyd edilir ki, "Müraciətinizlə əlaqədar Xidmətin Bakı şəhər İdarəsinə verdiyiniz izahatınızda Sizdən tələb edilən məbləği vermədiyinizə görə əmək müqavilənizə xitam verildiyi və son haqq-hesabınızın ödənilmədiyini qeyd etmisiniz". Yuxarıda qeyd edilən faktlarla bağlı 20 oktyabr 2023-cü il tarixdə Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə ərizə ilə müraciət edərək Laçın rayon X7 dərnək rəhbəri X5 X15 təhqir etməsi və ona müxtəlif böhtanlar atması barədə məlumat vermişdir. Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsində aparılan araşdırma zamanı X2 Zəravənd Dolxan oğluna böhtan atması faktını təsdiq edən izahat vermişdir. Belə ki, X16 izahatında qeyd etmişdir ki, onun işdən çıxarılmasına səbəb Zəravənd Quliyevin rüşvət tələb etməsi olmuşdur. X1 müəllim kollektivindən pul yığmağını, nəzakətsiz olmağını, səsli və səssiz görüntülərlə şantaj etməyini qeyd etmişdir. Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsi tərəfindən 20 oktyabr 2023-cü il tarixdə Laçın rayon X7 dərnək rəhbəri X5 X15 təhqir etməsi və ona müxtəlif böhtanlar atması barədə məlumatı araşdırılmış və müraciətdə göstərilən xüsusatların DİO-nun araşdırma predmetinə aid olmadığı üçün xüsusi ittiham qaydasında aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə edilərək 12 dekabr 2023-cü il tarixdə Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Laçın rayon X7 dərnək rəhbəri X5 oğlu X43 21 iyun 2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən 20 saylı Laçın rayon tam orta məktəbin binasında fəaliyyət göstərən Laçın rayon X13 gələrək anasının əmək kitabçasını X6 tələb etdikdə o həmin kitabçanı yalnız onun anasına verə biləcəyini dedi ki, ona böhtan ataraq bildirdi ki, “50 manatdan 100 manatdan alıb camaatı aylığa saxlayırsan. Mənim üçün kişi olub.” Bu sözləri ona deyərkən X10 yanında Laçın rayon X7 dərnək rəhbəri Şahid3 və Laçın rayon X7 şöbə müdiri Şahid6 olmuşar və onlarda X30 ona böhtan atması faktını təsdiq edə bilərlər. X30 ona böhtan atması barədə videogörüntüləri ərizəsinə əlavə etmişdir. Həmçinin Laçın rayon X7 dərnək rəhbəri X5 əri X40 29 sentyabr 2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən 20 saylı Laçın rayon tam orta məktəbin binasında fəaliyyət göstərən Laçın rayon X13 gələrək X20 ilə mübahisə yaratmış və məktəbi pozğunxana adlandıraraq onu və bütün məktəb kollektivi təhqir etmişdir. Bu sözləri ona deməklə X15 təhqir edərkən onun yanında Laçın rayon X7 Həmkarlar Təşkilatının sədri Şahid7 və mərkəzin şöbə müdiri Şahid6 olmuşlar və onlar da X25 X15 təhqir etməsi faktını təsdiq edə bilərlər. X25 onu təhqir etməsi barədə videogörüntüləri ərizəyə əlavə etmişdir. X20 tərəfindən "Femida" Vəkil Bürosunun vəkili X21 müraciət edilərək Hüquqi Yardımın göstərilməsi barədə Müqavilə bağlanılmışdır. "Femida" Vəkil Bürosunun vəkili X31 tərəfindən Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə sorğu verilərək X10 ərizəsinin, ərizəyə əlavə olunmuş sənədlərin, X5 izahatının və izahatları alınmış digər dərnək rəhbərlərinin və işçilərin izahatlarının təsdiq edilmiş surətlərinin təqdim edilməsi xahiş edilmişdir. Lakin, bu günə kimi sorğuya cavab verilmədiyi üçün sorğuda tələb edilən sübutları məhkəməyə təqdim edə bilmir. Odur ki, məhkəmə tərəfindən Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə sorğu verilərək X10 ərizəsinin, ərizəyə əlavə olunmuş sənədlərin, X5 izahatının və izahatları alınmış digər dərnək rəhbərlərinin və işçilərin izahatlarının təsdiq edilmiş surətlərinin təqdim edilməsi zərurəti vardır. Yuxarıda qeyd edilən və X16 tərəfindən X14 ünvanlanan, sənədlərdə əksini tapan bu sözlər (rüşvətxor, səsli və səssiz görüntülərlə şantaj cəhdləri, aylıq müəllimlərdən pul yığmaq, vahimə ilə kollektivə təsir etmə, müəllimlik adına yaraşmayan danışıq tərzi, nəzakətsiz, psixoloji problemli, qeyri-vətənpərvər „özündən vakant ştatlar yaradaraq aylıq əmək haqlarını mənimsəyir, bəzi işçilərlə bölür, "Zəravənd müəllim sizi qoyub cırıx yerinə. Ayıb olsun Sizə") və onun üzünə tüpürməsi faktı X10 şərəf və ləyaqətini alçaltmaq üçün planlı şəkildə icra edilən Təhqir və Böhtan cinayətinin tərkib elementləridir. Həmçinin Laçın rayon X7 dərnək rəhbəri X5 oğlu X30 X14 ünvanlanan, videoda əksini tapan bu sözlər "50 manatdan 100 manatdan alıb camaatı aylığa saxlıyırsan. Mənim üçün kişi olub." deməklə ona böhtan atmış və onu Rüşvət alma (passiv rüşvətxorluq)-da ittiham etməklə şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda səsləndirməklə AR CM-nin 147.2-ci maddəsində nəzərdə tutulan əməlləri törətmişdir. Yuxarıda qeyd edilən şəxslərlə yanaşı X40 məktəbi pozğunxana adlandıraraq X15 və bütün məktəb kollektivini təhqir etməklə AR CM-nin 148-ci maddəsində nəzərdə tutulan əməlləri törətmişdir. Belə ki, Laçın rayon X7 dərnək rəhbəri X5 və X25 təhqirləri və X30 X14 böhtan atması nəticəsində kollektivdə olan nüfuzuna ciddi xələl gəlmiş, onun psixoloji-emosional vəziyyəti gərginləşmiş, davam edən təhqirlər fondunda əsəbləri pozulmuş və ona atılan böhtanlar və şəxsinə qarşı yönəlmiş təhqirlər onun iş kollektivindəki əmək fəaliyyətinin məhsuldarlığını azaltmışdır. X5 təhqirləri nəticəsində ona 10.000 (on min) manat, X25 təhqirləri nəticəsində ona 5000 (beş min) manat və X30 ona böhtan atması nəticəsində ona 15.000 (on beş) min manat miqdarında mənəvi ziyan dəymişdir. Laçın rayon X7 dərnək rəhbəri X5 və onun əri X25 təhqirləri və X30 X14 böhtan atması nəticəsində pozulmuş hüquqlarını bərpa etmək üçün 05 mart 2024-cü il tarixdə "Femida" vəkil bürosunun vəkili X31 ilə 215 nömrəli Hüquqi yardımın göstərilməsi haqqında müqavilə bağlayaraq ********** nömrəli VÖEN ilə fəaliyyət göstərən "Femida" vəkil bürosunun hesabına 800 (səkkiz yüz) manat məbləğində pul ödəmişdir. Bununla da ona 800 (səkkiz yüz) manat miqdarında da maddi ziyan dəymişdir. Odur ki, X5 və X25 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulan və X30 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməyə görə cinayət məsuliyyətinə cəlb olunaraq barələrində hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında barəsində şikayət verilən X16 şikayəti əsassız hesab edərək, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında barəsində şikayət verilən X5 müdafiəçisi X9 şikayəti əsassız hesab edərək, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında barəsində şikayət verilən X43 şikayəti əsassız hesab edərək, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında barəsində şikayət verilən X30 müdafiəçisi X29 şikayəti əsassız hesab edərək, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında barəsində şikayət verilən X40 şikayəti əsassız hesab edərək, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında barəsində şikayət verilən X25 müdafiəçisi X24 şikayəti əsassız hesab edərək, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət verən X20 şikayəti müdafiə edərək, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət verən X10 müdafiəçisi X31 şikayəti müdafiə edərək, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Eyni zamanda, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarında qeyd olunur ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Adı çəkilən Plenum Qərarının 12-ci bəndinə əsasən kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) təhqir və böhtan xarakterli məlumatı yaymış şəxs özünü bəlli etmədikdə, belə məlumatlar anonim şəkildə yayılmış məlumatlar hesab edilir, onların yayılması ilə bağlı xüsusi ittiham qaydasında verilmiş şikayət isə - CPM-in 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olmayan şikayət kimi qiymətləndirilir. Belə hallarda məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar qəbul edir. Qeyd olunan Plenum Qərarının 11-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-in 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 299.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. 299.3.3-cü maddəsinə əsasən, cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır. 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu CPM-in 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir; CPM-in 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. CPM-in 293.3-cü maddəsi böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda göstərilməli olan məlumatların dairəsini müəyyən etmişdir ki, CPM-in 302-ci maddəsi də xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmununa dair bu tələblərin imperativ olmasını təsbit etmişdir. Məhkəmə, CPM-in sadalanan normalarını rəhbər tutaraq qeyd edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətdə, həmçinin törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilməlidir. Həmin Məcəllənin 293.3.6-cı maddəsinə əsasən, şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilir. Hazırki şikayətdə isə CPM-in tələblərinə riayət olunmamış, cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə bağlı X20 şikayətdə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin X43 tərəfindən törədilməsini qeyd etsə də, həmin şəxsin soyadı, adı, atasının adı və yaşayış yerini qeyd etməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 300.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə; xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə; xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə; müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə; cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın dayandırılması barədə; cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərarlardan biri qəbul edilir. 302.1.3 və 302.1.6-cı maddələrinə əsasən, şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək, bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X5 və X25 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulan və X30 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında X20 tərəfindən verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxs X11 göstərilmiş hüquqi xidmətə görə Azərbaycan Respublikası Vəkillər Kollegiyası "Kiçikbəyov və Partnyorları" Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxs X32 göstərilmiş hüquqi xidmətə görə Azərbaycan Respublikası Vəkillər Kollegiyası "Kiçikbəyov və Partnyorları" Vəkil Bürosunun vəkili X18 məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxs X36 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X19 məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299, 302 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X5 və X25 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulan və X30 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında X20 tərəfindən verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. X5 məhkəmədə hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyası "Kiçikbəyov və Partnyorları" Vəkil Bürosunun vəkili X4 dövlət büdcəsi vəsaiti hesabına 15 (on beş) saat üçün nəzərdə tutulan 90 (doxsan) manat pul ödənilsin. X25 məhkəmədə hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyası "Kiçikbəyov və Partnyorları" Vəkil Bürosunun vəkili X18 dövlət büdcəsi vəsaiti hesabına 15 (on beş) saat üçün nəzərdə tutulan 90 (doxsan) manat pul ödənilsin. X30 məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X22 dövlət büdcəsi vəsaiti hesabına 15 (on beş) saat üçün nəzərdə tutulan 90 (doxsan) manat pul ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar