Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-343/2025 23.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Səfərov Nihat Asif oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi – 34 saylı Vəkil Bürosunun vəkili X8, təqsirləndirilən şəxs X9 iştirakları ilə xx.xx.1974-cü il tarixində Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu ödənilmiş, Sumqayıt şəhəri, 42ci məhəllə, 14 saylı yataqxanada qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X20 istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,500 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 13 yanvar 2025-ci il tarixdə saat 22:15-də Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində ünvan 1 ünvanının qarşısında saxlanılıb videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins gödəkçənin sağ yan cibindən kibrit qutusunda bir ədəd siqaretin qızılı kağız bükümündə təmiz çəkisi 0,500 qram olan ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 1,195 qram kustar üsulla haırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 12 may 2025-ci il tarixdə saat 09:30-da Azərbaycan Respublikası DİN-nin ƏÇPA-nın 3-cü PB-nin polis əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 64 ünvanın yaxınlığında xidmət apararkən hərəkətləri şübhə doğurduğu üçün saxlanılıb ünvan 3 ünvanında yerləşən Xətai RPİ-nin 34-cü PŞ-yə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,195 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da X20 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş X20 özünü ona elan edilmiş Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, 42-ci məhəllə, 14 saylı yataqxanada qeydiyyatda olmaqla, Bakı şəhəri Xətai rayonu, ünvan 5 ünvanında yerləşən qaynaqçı sexində tək yaşamışdır. Təxminən 6 ildir Bakı şəhəri Xətai rayonu, ünvan 5 ünvanında yerləşən qaynaqçı sexində qaynaqçı, mühafizəçi kimi çalışmış, həmçinin həmin sexdə yaşamışdır. 15 ildən çoxdur ki, narkotik vasitə və psixotrop vasitələrdən istifadə edir. Narkotik vasitə və psixotrop maddələri tanımadığı və şəxsiyyətləri haqqında məlumatı olmadığı şəxslərdən almışdır. 13 yanvar 2025-ci il tarixdə axşam radələrində Bakı şəhəri, Nizami rayonu ərazisində üzdən tanıdığı, lakin adını, ünvanını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 40 manat qarşılığında 01 ədəd bükümdə "patı" adı ilə tanıdığı psixotrop maddə olan metamfetamin alaraq üzərində saxlamışdır. Həmin tarixdə saat 22 radələrində ünvan 8 ünvanının qarşısında piyada gəzən zaman dörd nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmışlar. Şəxslərdən biri əlindəki mobil telefonun video kamerası ilə videoçəkiliş aparırmış. Həmin şəxslər özlərini təqdim edib, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis bölməsinin Əməkdaşları olduqlarını bildirərək, ondan ad soyadını soruşmuşlar. Özünü təqdim etdikdən sonra üzərində qanunsuz olaraq əldə edilmiş maddə, əşya varsa təqdim etməsi təklif olunduqdan sonra əynində olan göy rəngli gödəkçənin sağ cibində olan kibrit qutusuna qoyulmuş psixotrop maddə olan metamfetamini çıxarıb təqdim etmişdir. Daha sonra üzərinə baxış keçirilmiş və əynindəki şalvarın sağ yan cibindən dörd manat pul aşkarlansa da özünə qayarılmışdır. Təqdim etdiyi içərisində psxiotrop maddə metamfetamin olan büküm ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri onun və polis əməkdaşları tərəfindən imzalanmışdır. Bundan sonra Nizami RPİ-nin 23- cü Polis bölməsinə aparılmış orada müdafiəçi ilə təmin edilməklə, şübhəli şəxs qismində tutulmuşdur. Tutularkən və PB-də olarkən ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilməmişdir. 13 yanvar 2025-ci il tarixdə üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminlə bağlı barəsində başlanmış cinayət işi üzrə 14 yanvar 2025-ci il tarixdə Nizami RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilmiş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə saxlandığı Nizami RPİ-nin MSY-dən azad edilmişdir. 11 may 2025-ci il tarixdə günorta saaatlarında qaynaq üçün lazımi ləvazimatlar almaqdan ötrü getdiyi Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən "8-ci km" bazarının yaxınlığında anket məlumatlarını bilmədiyi və əvvəllər bir dəfə psixotrop maddə əldə etdiyi təxminən 45 yaşlarında, orta boylu, saqqalı, arıq bədən quruluşlu şəxslə təsadüfən rastlaşıb həmsöhbət olmuşdur. Söhbət asnasında ona şəxsi istifadəsi üçün psixotrop maddə metamfetamin əldə etmək istədiyini demişdir. Həmin şəxs 15 manat qarşılığında psixotrop maddə metamfetamin verə biləcəyini bildirmiş, o da razılaşaraq ona 15 manat pul vermişdir. Həmin şəxs bir qədər gözləməsin deyib getmiş və təxminən 15-20 dəqiqə sonra geri qayıdaraq cibindən bir ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetamini çıxarıb ona vermişdir. O da həmin bükümü əynindəki idman şalvarının sağ yan cibinə qoyub oradan uzaqlaşaraq işlədiyi və yaşadığı qaynaq sexinə qayıtmışdır. Həmin tarixdə sexdə müəyyən işləri olduğundan əldə etdiyi metamfetamini istifadə etməmişdir. 12 may 2025-ci il tarixdə gecə saatlarında tanışı Kamal Musayev yanında əvvəllər tanımadığı, adını sonradan öyrəndiyi Veronika adı şəxslə birgə çalışdığı və yaşadığı sexə gəlmişlər. Həmin gün Kamalın ad günü olduğundan onlar spirtli içki təsirində olmuş və Kamal sexdəki kresloda yuxuya getmişdir. Veronika isə mobil telefonu ilə nəyəsə baxırmış. Bir neçə saatdan sonra Kamal yuxudan ayılıb getmək istədiyini demişdir. 12 may 2025-ci il tarixdə saat 09:30-da Bakı şəhəri Xətai rayonu, ünvan 5 ünvanının qarşısında Kamal və Veronikanı yola salarkən polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək onları PŞ-nə dəvət etmişlər. Onlarda etiraz etmədən polis əməkdaşları ilə birlikdə 34-cü PŞ-nə getmişlər. Polis əməkdaşları saxlayan zaman və polis şöbəsinə dəvət edilərkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki güc tətbiq edilməmişdir. Törətdiyi əməldən səmimi peşmandır. Ona aşağı həddə cəza verilməsini xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş DİN-nin ƏÇPA-nın 3-cü PB-nün polis nəfəri, polis serjantı Şahid4 ifadəsində göstərmişdir ki, DİN-nin ƏÇPA-nın 3-cü patrul bölüyünün polis nəfəri vəzifəsində işləyir, polis serjantı rütbəsini daşıyır. 12 may 2025-ci il tarixdə DİN-nin ƏÇPA-nın 3-cü PB-nin polis nəfərləri Şahid5 və Şahid6 ilə birlikdə ilə birlikdə 9613 çağırışlı avtopatrulda Xətai RPİ-nin inzibati ərazisində xidmət apararkən saat 09:30-da Babək prospekti 64 ünvanın qarşısında iki nəfər kişinin və bir nəfər qadının özlərini şübhəli apardığını görüb onlara yaxınlaşaraq, özlərini təqdim etmişlər. Həmin şəxslərdən şəxsiyyətləri barədə soruşduqda kişilərdən biri özünü X20, digəri X24, qadın isə özünü X13 kimi təqdim etmişdir. Həmin şəxslərlə profilaktiki söhbətlər aparan zaman danışıqlarında qeyri-səmimilik və üzlərndə solğunluq aşkar şəkildə görünürmüş. Buna görə də onlara narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarım bildirdikdə onların üçüdə psoxotrop maddə, narkotik vasitə istifadəçiləri olduqlarını və hazırda da üzərlərində psixotrop maddə metafetanin olquğunu etiraf etmişlər. Ona görə də ərazi üzrə Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət edilmişlər. X2 və üzərində şəxsi axtarış keçirilərkən ona qarşı hər hansı bir fiziki və ya psixi zər tətbiq edilməmişdir. Məhkəmə iclas zalında şahid qismində dindirilmiş DİN-nin ƏÇPA-nın 3-cü PB-nün polis nəfəri, polis serjantı Şahid5 ifadəsində Şahid4 oğunun ifadəsində göstərdiklərinə uyğun ifadə vermişdir. Məhkəmə iclas zalında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 2019-ci ildən DİO-da, 2024-cü ildən tutduğu vəzifədə xidmət edir. X14 hadisə baş verənə kimi tanımamışdır. 13 yanvar 2025-ci il tarixdə Nizami RPİ 23- cü PB-yə Nizami rayonu ərazisində X10 mütəmadi olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Alınmış məlumat barədə raportla rəhbərliyə məruzə edildikdən sonra «Xaqani» adlı şəxsin olduğu yerin müəyyən edilib ifşa olunması istiqamətində Bakı şəhəri, Nizami rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. Nizami Rayon Polis İdarəsinin 23-cü Polis bölməsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis bölməsinin əməliyyat müvəkkili, polis mayoru X11, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis bölməsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 ilə birlikdə 13 yanvar 2025-ci il tarixdə X10 olması ehtimal edilən ünvan 9 ünvanın yaxınlığına getmişlər. Həmin gün saat 22:15-də qeyd olunan ünvanın yaxınlığında özünü şübhəli aparan, xarici görünüşcə X15 oxşar bir şəxsin piyada gəldiyini müəyyən edib, saxlanılmışdır. Həmin şəxs saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitə və ya psixotrop maddə olması ehtimal etməyə kifayət qədər əsaslar olduğundan Şahid3 tərəfindən "İphone" markalı mobil telefon vasitəsilə video çəkməyə başlanmışdır. Digər əməliyyat qrupunun üzvləri ilə birlikdə saxlanılan şəxsin üstünü yoxlamağa başlamamışdan əvvəl paltarında, əşyalarında və ya bədənində olması ehtimal olunan narkotik vasitələri, psixotrop maddələri, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra X21 əynində olan göy rəngli cins gödəkçənin cibindən bir ədəd siqaretin qızılı kağızına bükülmüş içərisində psixotrop maddə metamfetaminə bənzər maddəni çıxarıb təqdim etmişdir. X3 üstü yoxlanılmış və əynində olan şalvarın cibindən dörd ədəd bir manatlıq əskinas aşkar edilsədə daha sonra özünə qayatarılmışdır. Xağani Naqdıyevin üzərindən aşkaranmış psixotrop maddə metamfetaminə bənzər maddə zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən saxlanılan X28 Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə gətirildikdən sonra protokol tərtib olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək Şahid1 ifadəsində göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış şahidlər Bakı şəhəri Xətai Rayon Polis İdarəsi 34-cü PŞ-nin əməliyyat müvəkkiləri, DİN-nin ƏÇPA-nın 3-cü PB-nün polis nəfəri, Şahid6, Bakı şəhəri Nizami Rayonu Polis İdarəsi 23-cü PB-nin əməliyyat müvvəkili məhəmə iclasına gəlməmiş,həmin şahidlərin iştirakı olmadan məhkəmə istintaqının keçirilməsi mümkün hesab edilmiş, onların ibtidai istintaq zamanı vermiş olduğu ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 12 may 2025-ci il tarixli qərardan görünür ki, X9 barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 12 may 2025-ci il tarixli protokoldan görünür ki, X20 12 may 2025-ci il tarixdə, saat 10:40-da tutulmuş, tutulmanın əvvəli həmin tarixdən azadlığının faktiki məhdudlaşdırıldığı saat 09:30-dan hesablanmışdır (i.v. 17); 12 may 2025-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid7, Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili Şahid8, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs X9, müdafiəçi Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili X19 iştirakları ilə şəxsi axtarış və götürülmə aparılmış, bu barədə müvafiq protokol tərtib olunmuşdur. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı “Samsung” markalı mobil telefondan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs X16 bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, Bu təklifdən sonra X20 əynində olan qara rəngli cins idman şalvarının sağ yan cibində 01 ədəd ağ rəngli kağıza bükülmüş ağ rəngdə, kristal formasında olan, spesifik qoxuya malik maddənin metamfetamin olmasını və şəxsi istifadəsi üçün anket məlumatlarını dəqiq bilmədiyi şəxsdən aldığını bildirmişdir. Götürülmüş kütlələr elektron tərəzi vasitəsilə çəkilmiş və bir bükümdə olan ağ rəngli kağıza bükülmüş, qəhvəyi rəngli toz şəkilli olan maddələrin çəkisi 1.27 qram müəyyən olunmuşdur. (i.v. 29-30); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizasının 12 may 2025-ci il tarixli, 6/1772 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində "....7) Təqsirləndirilən şəxsƏ..." yazıları olan bir ədəd zərfin içərisidə 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,195 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop madda-metamfetamindir. Metamfetaminin təmiz çəkisi 1,195 qram, tədqiqata sərf elidmişdir 0,05 qram, qalıq 1,145 qram.(ekspertiza xərci 80 manat) (i.v 36-39) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, X20 barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 12 may 2025-ci il tarixdən hesablanması qərara alınmışdır.(i.v 73-76) xx.xx.2025-ci il tarixli cinayət törətməkdə olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, X20 xx.xx.2025-ci il tarixdə saat 00:30-da tutulmuş, tutulmanın əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı xx.xx.2025-ci il tarixdən, saat 22:15-dən hesablanmışdır.(i.v 123) 13 yanvar 2025-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokoldan görünür ki, X20 əynində olan göy rəngli cins kurtkanın sağ yan cibindən 01 (bir) ədəd siqaretin qızılı kağızına bükülmüş İçərisində narkotik vasitəyə bənzər, kristal şəkilli maddə olan bükülünü təqdim etdi. X4 üstü yoxlanıldı, onun üzərində olan qara rəngli cins şalvarın sağ yan cibindən dörd ədəd bir manatlıq əskinas müəyyən edildi və özünə qaytarıldı. Yoxlama zamanı sübut əhəmiyyəti kəsb edən hər hansı əşya və predmet aşkar edilmədi. Aşkar edilmiş 01 (bir) ədəd bükülü ağ rəngli zərfə qablaşdırıldı və DİN-in 163 saylı möhürü ilə möhürləndi.(i.v 101-102) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizasının 14 yanvar 2025-ci il tarixli, 6/162 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün № 163" dairəvi möhür əksləri olan, "X21" sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,500 qram olan ağ rəngli, kristalik maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Metamfetaminin təmiz çəkisi 0,500 qram, tədqiqata sərf elidmişdir 0,05 qram, qalıq 0, 450 qram.(ekspertiza xərci 65 manat) (i.v 140-142) 15 yanvar 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, X20 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir.(i.v 154-155) 15 yanvar 2025-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, X9 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimatın müdafiə edilməsindən imtina edilmiş və təqsirləndirilən şəxsin saxlandığı Nizami RPİ MSY-dən azad edilməsi qərara alınmışdır.(i.v 172-174) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tələbnamədən görünür ki, Azərbaycan Respublikası ACDİÜ məhkəməsinin 15 avqust 2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək, 09 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 17 fevral 2010-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (i.v 178-179) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X32 şəxsi Ambulator X5 xx.xx.2025-ci il tarixli 158 nömrəli rəyindən görünür ki, müayinə zamanı X1 və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür . ( i.v.184-185); 13 may 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, X20 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir.(i.v 210-211) Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməsinin 15 avqust 2001-ci il tarixli hökmündən görünür ki, X20 Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli 17 fevral 2001-ci il tarixdən hesablanması höküm olunmuşdur (i.v 222-226) 21 iyun 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, təqsirləndirilən şəxs X15 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamlara əlavə və dəyişikliklər edilməklə ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmiş və barəsində seçilmiş həbs qətimkan tədbirinin qüvvədə olduğu nəzərə alınması, iş üzrə təqsirləndirilən şəxs X10 əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilməsi, Azərbaycan Respublikası CM-in 234-cü maddəsinin qeyd hissəsinin birinci bəndində göstərilən qayda ilə təqsirlənsirilən şəxs X10 cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsasın olmaması nəzərə alınması, təqsirləndirilən şəxs X10 törətdiyi cinayət əməllərini özünün etirafı ifadələri, şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid6, Şahid7 və Şahid8 ifadələri, şəxsi axtarış keçirilməsi və diskə baxış protokolları, məhkəmə fizikikimyəvi ekspertizalarının 14 yanvar 2025-ci il tarixli, 6/162 nömrəli və 12 may 2025-ci il tarixli, 6/1772 nömrəli rəyləri, məhkəmə narkoloji ekspertizasının 14yanvar 2025-ci il tarixli 158 nömrəli rəyi üzrə sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilməsi və istintaq materiallarına əlavə edilməsi, X6 13 yanvar 2025-ci il tarixdə aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,500 qram psixotrop maddəmetamfetamin maddi sübut kimi tanınması və qalıq qalmış 0,450 qram psixotrop maddəmetamfetamin, eləcə də 12 may 2025-ci il tarixdə aşkar edilərək götürülmüş təmiz çəkisi 1,195 qram psixiotrop maddə metamfetamin maddi sübut kimi tanınması, qalıq 1,145 qram psixotrop maddə metamfetamin saxlanması üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilməsi, iş üzrə X10 üzərinə şəxsi axtarış keçirilməsinin görüntlər olan 02 ədəd DVD-R formatlı disk sübut əhəmiyyət kəsb etdiyindən, maddi sübut kimi tanınması və istintaq materiallarına əlavə edilməsi, iş üzrə təqsirləndirilən şəxs X10 cinayətləri təkrar törətməsi Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal olaraq müəyyən edilməsi, iş üzrə təqsirləndirilən şəxs X10 Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal müəyyən edilmədiyi nəzərə alınması, təqsirləndirilən şəxs X17 qanunsuz əldə etdiyi psixotrop maddə-metamfetaminin mənbəyinin müəyyən edilməsi məqsədi ilə cinayət işindən material ayrılmaqla icraata qəbul edilsin və qərarın surəti əməliyyat-axtarış tədbirlərinin gücləndiriməsindən ötrü Nizami RPİ-nin 23-cü PB-nə və Xətai RPİ-nin 34-cü PŞ-nə göndərilməsi qərara alınmışdır.(i.v 261-270) Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntülər tədqiq edilmiş, videogörüntülərdə X9 şəxsi axtarış və götürmə aparılması haqqında protokol və təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında protokollarda qeyd olunan xüsusatlar bir daha öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X20 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X9 törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün— ümumi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkirlər. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixotrop maddə metamfetaminin xeyli miqdarının aşağı həddi ) 0,15 qram təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası ACDİÜ məhkəməsinin 15 avqust 2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək, 09 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 17 fevral 2010-cu il tarixdə cəzasının sonu ilə azad edildiyindən, məhkumluğu ödənilmiş şəxs hesab edilməlidir. X9 əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs X9 törətdiyi əməldən səmimi peşman olması (CM 59.2) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. X9 digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs X20 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halın və əməlində cəzanı ağırlaşdıran halın olması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı həbs olunduğu tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narktoik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut – şəxsi axtarış və baxış keçirilməsi görüntülərini özündə əks etdirən 02 (iki) ədəd disklər iş materiallarında saxlanılmalı, X20 barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. X9 müdafiəçinin xidmətini ödəmək üçün kifayət qədər vəsaiti olmadığından məhkəmənin qərarına əsasən onun hüquqlarının məhkəmədə müdafiəsi üçün Bakı şəhəri 34 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təyin edilmişdir. X9 məhkəmə iclasında hüquqlarını müdafiə etmək üçün iş materialları ilə tanış olmaqla birlikdə müdafiəçi 20 (iyirmi) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə uyğun olaraq, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə və həmin qərara dəyişiklik edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: X20 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 13 yanvar 2025-ci il tarixdən 15 yanvar 2025-ci il tarixədək tutulduğu 02 gün müddət ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. X20 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X9 cəza çəkmə müddətinin əvvəli 12 may 2025-ci il tarixdən hesablansın. X20 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalan Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 1,145 qram psixotrop maddə metamfetamin və 0,450 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. X9 barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 145 (bir yüz qırx beş) manat X7 tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 04 ədəd “DVD” formatlı disk iş materiallarında saxlanılsın. X18 20 (iyirmi) saat ərzində hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 34 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 220 (iki yüz iyirmi) manat əmək haqqı hesablanaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №1(011)-343/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-343/2025
23.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver