Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-344/2022 12.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə halhazırda Azərbaycan Respublikası ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, özgənin əmlakını talamaq məqsədilə 20 aprel 2022-ci il tarixdə axşam saat 21:40 dəqiqədə Zərərçəkmiş şəxs Nazim oğlunun icarədarı olduğu ünvan 3 ünvanında yerləşən 6 nömrəli binanın birinci mərtəbəsində fəaliyyət göstərən işlədiyi çay evinə bitişik olan “Bizim Dad” adlı restoranın çay evi ilə arasında olan qapısını sındırıb qanunsuz olaraq içəri daxil olub oradan sonuncuya məxsus bır ədəd 250 manat dəyərində “Beko” markalı televizor, bir ədəd 650 manat dəyərində “Mateka” markalı ətçəkən maşın, bir ədəd 600 manat dəyərində Türkiyə istehsalı olan “New Nova” super markalı mikser və bir ədəd 300 manat dəyərində blenderi gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1.800 manat (min səkkiz yüz) manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,233 qram psixotrop maddə metamfetamin əldə edib, üzərində saxlamaqla daşımış və törətmiş olduğu oğurluq cinayəti hadisəsində şübhəli olduğuna görə Xətai RPİ-nin 36-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində 22 aprel 2022ci il tarixdə saat 21:00 dəqiqədə ünvan 4 ünvanın qarşısında saxlanılıb ünvan 5 36-cı PBnin inzibati binasına gətirilərək orada videoçəkilişdən istifadə edilməklə üzərində polis əməkdaşları və müdafiəçisinin iştirakı ilə şəxsi axtarış və götürmə aparılan zaman, əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,233 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 08 aprel 2022-ci il tarixdən 20 aprel 2022-ci il tarixədək olan müddət ərzində Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi 42 ünvanda yerləşən 6 saylı binanın birinci mərtəbəsində fəaliyyət göstərən “Bizim Dad” restoranına bitişik olan çay evində qəlyançı kimi işləmişdir. Həmin restoran ilə işlədiyi çay evinin arasında qapı olmuşdur. Həmin qapı daima bağlı olmuşdur. “Bizim Dad” restoranı son vaxtlar fəaliyyət göstərməmiş və bağlı olmuşdur. 20 aprel 2022ci il tarixdə axşam saat 21:40 dəqiqədə iş yerindən çıxıb evə getmək istəyən zaman işlədiyi çay evində heç kimin olmamasından istifadə edərək "Bizim Dad" adlı restorandan bir neçə əşyanı oğurlayaraq aparıb satmaq qərarına gəlmişdir. Pula ehtiyacı olduğuna görə həmin oğurluq cinayətini törətmişdir. Restorana daxil olduğu otağın qapısını sındırıb açmışdır. Belə ki, qapı bağlı olmuş, sındırdıqdan sonra isə arxasınında taxtalar ilə bağlı olmasını görmüşdür. Buna görə də ümumi zalda olan barın yanındakı qapını sındırıb içəri daxil olaraq orada yerə qoyulmuş bir ədəd televizor, bir ədəd ət çəkən maşın, bir ədəd mikser və bir ədəd blenderi götürərək özü ilə yaşadığı evə aparmışdır. Oğurladığı əşyaları satmaq üçün müştəri axtarmış, lakin müştəri tapa bilməmişdir. 22 aprel 2022-ci il tarixdə mobil telefonuna zəng gəlmiş, zəng edən şəxs "Bizim Dad” adlı restoranının icarədarı Səxavət olmasını və restorandan əşyaları oğurladığından xəbəri olmasını bildirmişdir. Səxavət həmin əşyaları ona geri qaytarmağını xahiş etmişdir. Lakin restorandan oğurladığı əşyaları götürüb yaşadığı binanın qarşısına çıxarmışdır ki, sataraq pul əldə etsin. Binanın qarşısında olan zaman iki nəfər şəxs yaxınlaşıb Xətai RPİ-nin 36-cı PB-nin əməkdaşları olmasını bildirmişlər. Polis əməkdaşları oğurluq hadisəsini törətməkdə şübhəli olmağını bildirib bölməyə dəvət etmişlər. Törətdiyi cinayət əməli barədə polis əməkdaşlarına qısa məlumat verib oğurladığı əşyalarını göstərmişdir. Bundan sonra isə oğurladığı əşyalar ilə birlikdə polis bölməsinə gətirilmişdir. Polis Bölməsində əşyaları təqdim etmiş və protokol tərtib edilməklə əşyalar götürülmüşdür. Hal-hazırda zərərçəkmiş şəxslə barışmışdır, ona dəymiş ziyan tam olaraq ödənilmişdir, sonuncunun ona qarşı heç bir şikayət və tələbi yoxdur. Həmçinin o, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək bildirmişdir ki, Bakı şəhəri Xətai RPİ-nin 36-cı PB-nin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən psixotrop maddə olan metamfetamin aşkar edilməmişdir. Belə ki, həmin psixotrop maddə ona aid olsa da, həmin vaxt üzərində olmamış və yaşadığı ünvana baxış keçirilən zaman aşkar edilmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham hissəsində əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, həbs edilməmişdən bir neçə vaxt əvvəldən narkotik vasitələrdən istifadə etmişdir. Oğurluq hadisəsi ilə bağlı Bakı şəhəri Xətai RPİ-nin 36-cı PB-də sorğusual zamanı üzərində narkotik maddə olduğundan həyəcanlanmışdır. Belə ki, həmin günü Bakı Metropoliteninin “Həzi Aslanov” stansiyası yaxınlığından şəxsi istifadəsi üçün 20 manata aldığı psixotrop maddə olan metamletamin cibində olduğu üçün çox narahat olmuşdur. Polis Bölməsinə vəkil dəvət edilmiş və müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış aparılan zaman üzərində qanunla daşınması qadağan olan əşya olub-olmaması barədə sual vermişlər. Bundan sonra 22 aprel 2022-ci il tarixdə səhər saatlarında “Həzi Aslanov" metrostansiyası yaxınlığından üzdən tanıdığı şəxsdən şəxsi istifadəsi üçün 20 manat pul müqabilində aldığı bir bükümdə metamfetamini əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən çıxararaq masanın üzərinə qoymuş və bundan sonra təqdim etdiyi içərisində psixotrop maddə olan bükülü kağız zərfə qoyularaq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, bir müddətdir ki, Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi 42 ünvanda yerləşən 6 saylı 17 mərtəbəli binanın birinci mərtəbəsində yerləşən “Bizim Dad” restoranını icarəyə götürmüşdür. Həmin restoranı icarə müqaviləsi əsasında icarəyə götürmüşdür. Restoranın kamerası və mühafizəçisi yoxdur. Restoranda müxtəlif növ yeməklər hazırlanır və sifarişçilərə çatdırılır. Restoranda bir nəfər aşbaz, bir nəfər isə ofisiant kimi işləmişdir. Restoran hər gün saat 08 radələrindən axşam saat 22 radələtinə qədər fəaliyyət göstərmişdir. İcarədarı olduğu restorana bitişik çay evi yerləşir və çay evi ilə restoranın arasında qapı vardır. Həmin qapı daima bağlı olmuşdur. Eyni zamanda qapının arxasını taxta materiallar ilə bağlamışdır. Təqsirləndirilən şəxs 15 aprel 2020-ci il tarixdə tanımış, sonuncu qeyd etdiyi çay evində işləmişdir. Mövsüm bir dəfə həmin restoranda olmuşdur. Belə ki, restorandan əşyalarını çıxardıqda Mövsüm fəhlə qismində əşyaları daşımışdir. 17 aprel 2022-ci il tarixdə günorta saatlarında restoranı bağlamışdır. Çünki restoranda sifarişlər bir qədər zəif olmuşdur. Restoranın qapısını bağlayıb açarını özü ilə götürmüş və Sumqayıt şəhərinə getmişdir. 22 aprel 2022-ci il tarixdə saat 17:00 dəqiqədə restorana nəzarət etmək üçün gəlmişdir. Qapını açıb içəri daxil olduqda görmüşdür ki, çay evi ilə restorana bitişik qapı açıqdır və oranı bağladığı taxtalar yerdədir. Məlum olmuşdur ki, qapını kimlərsə sındırıb açaraq restorana daxil omluşdur. Restoranda olan əşyalarını yoxladıqda bir ədəd 550 manat dəyərində “Beko” markalı televizor, bir ədəd 950 manat dəyərində “Mateka" markalı ətçəkən maşın, bir ədəd 950 manat dəyərində markasını bilmədiyi blender və bir ədəd 450 manat dəyərində mikserin oğurlanmasını aşkar etmişdir. Bundan sonra çay evində işləyən qadın ilə danışan zaman sonuncunun xəbərinin olmadığını öyrənmişdir. Lakin Mövsüm çay evində olmamışdır. Hadisənin Mövsümün törətməsindən şübhələnib sonuncuya zəng etmiş və oğurluq etməyindən xəbərinin olmasını bildirib əşyaları geri qaytarmasını xahiş etmişdir. Bundan sonra DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bir neçə dəqiqə keçdikdən sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları hadisə yerinə baxış keçirib fotoşəkillərini çəkmişlər. Həmin günü ərizə ilə müraciət etmiş və izahatı alınmışdır. Restorandan bir ədəd 550 manat dəyərində “Beko" markalı televizor, bir ədəd 950 manat dəyərində “Mateka” markalı ətçəkən maşın, bir ədəd 950 manat dəyərində markasını bilmədiyi blender və bir ədəd 450 manat dəyərində mikser oğurlanmışdır. Başqa heç bir əmlakı oğurlanmamışdır. Hadisə nəticəsində ona ümumilikdə 2.900 manat maddi ziyan dəymişdir. Həmçinin o, ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, heç bir şikayət və tələbinin olmadığını bildirərək təqsirləndirilən şəxsin barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, DİN-in Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Bölməsinin Cinayət Axtarış Üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir və polis baş leytenantı rütbəsindədir. 20 aprel 2022-ci il tarixdə axşam saatlarında naməlum şəxs ünvan 7 ünvanın birinci mərtəbəsində yerləşən “Bizim Dad" adlı restoranın qapısını sındıraraq içəri daxil olub oradan televizor, blender, ət çəkən maşın və bir ədəd mikseri oğurlamışdır. Bununla bağlı 22 aprel 2022-ci il tarixdə Zərərçəkmiş şəxs DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş və ərizə ilə Xətai RPİ-nin 36-cı PB-nə müraciət etmişdir. 22 aprel 2022-ci il tarixdə hadisəni törətmiş şəxsin müəyyən edilməsi istiqamətində əməliyyat tapşırığı verilmişdir. Həmin tapşırığın icrası ona tapşırılmışdır. Bundan sonra keçirilmiş tədbirlər nəticəsində həmin hadisənin törədilməsində Təqsirləndirilən şəxs şübhəli olması müəyyən edilmişdir. Sahə rəisi X5 ilə Təqsirləndirilən şəxs müəyyən edilməsi istiqamətində bir sıra əməliyyat tədbirləri həyata keçirilmiş və sonuncunun yaşadığı evin qarşısına gəlmişlər. 22 aprel 2022-ci il tarixdə saat 21 radələrində İlkin Əliyev ilə Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi 42 ünvanın qarşısına çatdıqda Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Həmin şəxsə xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və sonuncudan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs də Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Onlar Mövsümə oğurluq hadisəsində şübhəli olmasını bildirib sonuncunu Xətai RPİ-nin 36-cı PB-nə dəvət etmişlər. Mövsüm etiraz etməyərək razılaşmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət hadisəsi barədə qısa məlumat vermiş və oğurladığı əşyaları binanın həyətində göstərmişdir. Bundan sonra Mövsümü və cinayət yolu ilə ələ keçirdiyi əşyaları polis bölməsinə gətirmişlər. Bölmədə Təqsirləndirilən şəxs üzərində narkotik maddələrin olmasına şübhələr olduğundan raport yazıb bölmə rəisinə məruzə ətmişdir. Polis bölməsinə vəkil dəvət edilmişdir. Bundan sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə vəkilin iştirakı ilə videoçəkiliş etməklə onun üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Axtarış zamanı Mövsümə üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması barədə sual verilmiş, sonuncu da əynində olan gödəkçəsinin sağ yan cibindən bükülmüş vəziyyətdə olan bir ədəd ağ rəngli sellofanı çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs həmin bükümdə nə olması və haradan əldə etməsi barədə sual verildikdə sonuncu həmin bükümdə narkotik maddə metamfetamin olmasını, narkotik maddəni xx.xx.2022-ci il tarixdə səhər saatlarında Bakı Metropoliteninin “Həzi Aslanov" stansiyası yaxınlığında tanımadığı şəxsdən 20 manat pul müqabilində alaraq üzərində saxlamasını bildirmişdir. Həmin büküm açılaraq içərisinə baxış keçirilmiş və bükümdə ağ rəngli, kristal şəkilli maddə olması müəyyən edilmişdir. Həmin büküm elektron tərəzinin üzərinə qoyularaq çəkilmiş və çəkisi 0,28 qram müəyyən olunmuşdur. Aşkar edilmiş maddə kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri 151 saylı möhür ilə möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış və Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra protokol tərtib olunmuş, ucadan oxunmuş və doğruluğu iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin polis sahə rəisi, polis mayoru Şahid2 şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiqləmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 23 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); hadisə yerinə baxış keçirilməsi haqqında 22 aprel 2022-ci il tarixli protokoldan görünür ki, ünvan 3 ünvanında yerləşən 6 nömrəli binanın birinci mərtəbəsində fəaliyyət göstərən “Bizim Dad” adlı restorana baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v. 6-8); götürmə aparılması haqqında 22 aprel 2022-ci il tarixli protokolun surətindən görünür ki, bir ədəd televizor, bir ədəd ətçəkən maşın, bir ədəd mikser və bir ədəd blender istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs götürülmüşdür (i.v. 12); şübhəli şəxsin tutulması haqqında 22 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:00 radələrində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 24); şəxsi axtarış və götürmə aparılması haqqında 22 aprel 2022-ci il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd ağ rəngli sellofana bükülmüş bükülünü çıxardıb masanın üzərinə qoyaraq həmin bükülünün içərisində psixotrop maddə “metamfetamin” olduğunu, bu narkotik vasitəni xx.xx.2022-ci il taridə səhər saatlarında “Həzi Aslanov” metrosu yaxınlığında tanımadığı şəxsdən 20 manat müqabilində alaraq üzərində gəzdirdiyini bildirmişdir. Həmin bükülü Çin istehsalı olan elektron tərəzi vasitəsi ilə çəkilmiş və maddənin ümumi çəkisinin 0.28 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 151 saylı möhürü ilə möhürlənərək götürülmüşdür (i.v. 32-34); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 aprel 2022-ci il tarixli, 6/2346 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №151” möhür əksi, “Təqsirləndirilən şəxs götürülmüş maddə....” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,233 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir (i.v. 39-42); şübhəli şəxsin dindirilməsi haqqında 23 aprel 2022-ci il tarixli protokoldan görünür ki, o, narkotik vasitədən istifadə etdiyini, xx.xx.2022-ci il tarixdə səhər saatlarında “Həzi Aslanov” metrostansiyası yaxınlığında üzdən tanıdığı şəxsdən şəxsi istifadəsi üçün 20 manat pul müqabilində psixotrop maddə olan metamfetamin aldığını və aldığı psixotrop maddəni qara rəngli gödəkçəsinin sağ yan cibinə qoyduğunu etiraf etmiş və “ifadəmi oxudum, sözlərimlə doğru yazılıb, başqa əlavəm yoxdur, doğruluğunu imzamla təsdiq edirəm” qeyd edərək imzalamışdır (i.v. 49-52); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 24 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının CM-nin 177.1 və 234.1-ci maddələri ilə ittiham elan olunmuşdur (i.v. 54-55); təqsirləndirilən şəxsin dindirilməsi haqqında 24 aprel 2022-ci il tarixli protokoldan görünür ki, o, narkotik vasitədən istifadə etdiyini, xx.xx.2022-ci il tarixdə səhər saatlarında “Həzi Aslanov” metrostansiyası yaxınlığında üzdən tanıdığı şəxsdən şəxsi istifadəsi üçün 20 manat pul müqabilində psixotrop maddə olan metamfetamin aldığını və aldığı psixotrop maddəni qara rəngli gödəkçəsinin sağ yan cibinə qoyduğunu etiraf etmiş və “ifadəmi oxudum, sözlərimlə doğru yazılıb, başqa əlavəm yoxdur, doğruluğunu imzamla təsdiq edirəm” qeyd edərək imzalamışdır (i.v. 65-68); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(011)-203/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır (i.v. 76-78); “CD-R” diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, bir ədəd “CD-R” diskdə olan görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 22 aprel 2022-ci il tarixli protokola uyğun olmuşdur (i.v. 79-80); zərərçəkmiş şəxs qismində tanınma haqqında 10 may 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 94); 6 saylı Bakı “Asan xidmət” mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 716151 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X1r (i.v. 102); Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Füzuli Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.1 və 232.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.2 və 70-ci maddələri tətbiq olunmaqla 06 ay şərti sınaq müddəti təyin olunaraq 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 179.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi tətbiq olunmaqla 09 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə Xətai Rayon Məhkəməsinin qərarı ilə cəzadan azad olunduğu üçün qeydiyyatdan çıxarılmışdır (i.v. 104- 106); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 şəxsinin xx.xx.2022-ci il tarixli 2387 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 125-126); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 iyun 2022-ci il tarixli, 9/3910 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş əşyaların orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin aprel ayına orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1800,00 manat müəyyən edilmişdir (i.v. 127-129); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələrindən həmin Məcəllənin 177.2.3 və 234.1-ci maddələrinə tövsif edilmiş, ona Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə yenidən ittiham elan edilmiş, zərəçəkmiş şəxsin və şahidlərin ifadələri, ƏN-nin MEM-nin 23 aprel 2022-ci il tarixli 6/2346 və 01 iyun 2022-ci il tarixli 9/3910 saylı rəyləri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 şəxsinin 11 may 2022-ci il tarixli 2387 nömrəli rəyi, hadisə yerinə baxış, şəxsi axtarış və götürmə, diskə baxış protokolları sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.183 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, bir ədəd “Beko” markalı televizor, bir ədəd “Mateka” markalı ətçəkən maşın, bir ədəd Türkiyə istehsalı olan “New Nova” super markalı mikser və bir ədəd blender maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş (i.v. 137-150); təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə yenidən ittiham elan olunmuşdur (i.v. 152-154); Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, təqsirləndirilən şəxsin barəsində yüngül cəza təyin edilməsini xahiş edir; Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi tərəfindən Füzuli Hərbi Məhkəməsinə ünvanlanmış 4717 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan məhkəmə hökmünün icrası barədə göstəriş icra olunmuşdur; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(005)-248/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir; Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(103)-1686/2022 saylı sorğuya cavab məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən apellyasiya şikayəti təmin olunmayaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə məhkum edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə istintaqı zamanı video diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd ağ rəngli sellofana bükülmüş bükülünü çıxardıb masanın üzərinə qoyaraq həmin bükülünün içərisində psixotrop maddə “metamfetamin” olduğunu, bu narkotik vasitəni xx.xx.2022-ci il taridə səhər saatlarında “Həzi Aslanov” metrosu yaxınlığında tanımadığı şəxsdən 20 manat müqabilində alaraq üzərində gəzdirdiyini bildirir və qeyd olunan büküm elektron tərəzi vasitəsi ilə çəkilərək ümumi çəkisinin 0.28 qram olduğu müəyyən edilir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirini etiraf etməməsinə və narkotik vasitəni üzərində daşımaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, videogörüntüdən də məlum olur ki, şəxsi axtarış və götürmə aparılan zaman Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi psixotrop maddənin Təqsirləndirilən şəxs məxsus olmaması barədə hər hansı xüsusat bildirməmiş, şəxsi axtarış və götürmə barədə protokolu imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılarkən iştirak etmiş Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, bölmədə Təqsirləndirilən şəxs üzərində narkotik maddələrin olmasına şübhələr olduğundan raport yazıb bölmə rəisinə məruzə ətmişdir. Bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra polis bölməsinə vəkil dəvət edilmişdir. Bundan sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə vəkilin iştirakı ilə videoçəkiliş etməklə onun üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Axtarış zamanı Mövsümə üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması barədə sual verilmiş, sonuncu da əynində olan gödəkçəsinin sağ yan cibindən bükülmüş vəziyyətdə olan bir ədəd ağ rəngli sellofanı çıxarıb qarşısında olan masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs həmin bükümdə nə olması və haradan əldə etməsi barədə sual verildikdə sonuncu həmin bükümdə narkotik maddə metamfetamin olmasını, narkotik maddəni xx.xx.2022-ci il tarixdə səhər saatlarında Bakı Metropoliteninin “Həzi Aslanov" stansiyası yaxınlığında tanımadığı şəxsdən 20 manat pul müqabilində alaraq üzərində saxlamasını bildirmişdir. Həmin büküm açılaraq içərisinə baxış keçirilmiş və bükümdə ağ rəngli, kristal şəkilli maddə olması müəyyən edilmişdir. Həmin büküm elektron tərəzinin üzərinə qoyularaq çəkilmiş və çəkisi 0,28 qram müəyyən olunmuşdur. Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılarkən iştirak etmiş Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhəri Xətai RPİ-nin 36-cı PB-nin xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə vəkilin iştirakı ilə videoçəkiliş etməklə onun üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Axtarış zamanı Mövsümə üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması barədə sual verilmiş, sonuncu da əynində olan gödəkçəsinin sağ yan cibindən bükülmüş vəziyyətdə olan bir ədəd ağ rəngli sellofanı çıxarıb qarşısında olan masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs həmin bükümdə nə olması və haradan əldə etməsi barədə sual verildikdə sonuncu həmin bükümdə narkotik maddə metamfetamin olmasını, narkotik maddəni xx.xx.2022-ci il tarixdə səhər saatlarında Bakı Metropoliteninin “Həzi Aslanov" stansiyası yaxınlığında tanımadığı şəxsdən 20 manat pul müqabilində alaraq üzərində saxlamasını bildirmişdir. Həmin büküm açılaraq içərisinə baxış keçirilmiş və bükümdə ağ rəngli, kristal şəkilli maddə olması müəyyən edilmişdir. Həmin büküm elektron tərəzinin üzərinə qoyularaq çəkilmiş və çəkisi 0,28 qram müəyyən olunmuşdur. Məhkəmə, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Bundan əlavə, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadələri alınmış, həmin ifadələrdə Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş və imzası ilə təsdiq etmiş, həmçinin həmin ifadələri təsir altında verməsi ilə bağlı ibtidai araşdırma zamanı hər hansı müraciəti olmamışdır. Həmçinin, barəsində həbs qətimkan tədbiri seçilən zaman belə, ona hər hansı bir təzyiqin göstərilməsi barədə məlumat verməmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən təmiz çəkisi 0.233 qram olan psixotrop maddə – metamfetamin istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olmasını (CM-59.1.4), gənc olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM-59.1.12), cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini (CM-59.1.13), oğurluq əməlindən səmimi peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi üzrə cəza təyin edərkən CM-nin 60.1-ci maddəsinin tələblərini nəzərə almalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Füzuli Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü üzrə olan məhkumluğu Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən ödənildiyindən, həmçinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü üzrə olan məhkumluğu azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluq olduğundan cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar və CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, (CM-nin 177.2.3-cü maddəsi ilə cəza təyin edərkən CM-nin 60-cı maddəsinin tələbləri nəzərə alınmaqla), Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs hazırki hökm üzrə təyin edilmiş cəza Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəza ilə qismən toplanılmaqla, Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilərək ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.233 qram, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.183 qram psixotrop maddə olan metemfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “Beko” markalı televizor, 01 ədəd “Mateka” markalı ətçəkən maşın, 01 ədəd Türkiyə istehsalı olan “New Nova” super markalı mikser və 01 ədəd blenderin sahibinə geri qaytarılması nəzərə alınmalı, 01 ədəd “CD-R” formatlı disk iş materiallarında saxlanılmalı (CPM-132), 160 (yüz altmış) manat ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-248/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 22 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-cü maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan, 0,233 qram ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,183 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut hesab edilən 1 ədəd “DVD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılsın, 01 ədəd “Beko” markalı televizor, 01 ədəd “Mateka” markalı ətçəkən maşın, 01 ədəd Türkiyə istehsalı olan “New Nova” super markalı mikser və 01 ədəd blenderin sahibinə geri qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının dəyəri 160 (yüz altmış) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin nəfinə ödənilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-344/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-344/2022
12.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver