Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-345/2021 04.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Sabirabad rayonu, Qarasu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri Nərimanov rayonu, A.Neymətulla küçəsi, ev 32, mənzil 11 qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib onu Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamentində vəzifəli şəxs kimi işə düzəldəcəyi adı ilə yalan vəd verib aldadaraq, 2019-cu ilin sentyabr ayının ortalarında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən “Qala Park” adlı restoranda Şahid vasitəsi ilə 1000 manat, 2019-cu ilin sentyabr ayının sonlarında Bakı şəhəri, Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən “Asan Xidmət”in qarşısında 3200 manat və 2019-cu ilin oktyabr ayının əvvəlində Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində yerləşən “Bank Respublika”nın qarşısında 5000 manat olmaqla, ümumilikdə 9200 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 9200 (doqquz min iki yüz) manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirdi ki, Zərərçəkmiş şəxs 10 ilə yaxındır ki tanımışdır. Anarla əvvəllər iş yoldaşı olmuşdular. Anarla birlikdə Bakı şəhər DYPİ-də çalışmış, həmin vaxtdan yaxşı münasibətləri olmuşdur. Bir müddət sonra müxtəlif vaxtlarda ikisi də orqandan xaric olunmuşlar. 2019-cu ilin sentyabr ayının ortalarında Anar ona zəng edərək görüşmək istədiyini söyləmişdir. O da Mərdəkan qəsəbəsində yerləşən, özünə məxsus bağ evində olduğunu və ora gəlməsini demişdir. Həmin günü təxminən bir neçə saat sonra Anar bağ evinə gəlmişdir. Anarla söhbət əsnasında ona işə düzəlmək istədiyini və buna görə də köməklik etməsini xahiş etmişdir. Təxminən 2 gün sonra Mərdəkan qəsəbəsində yerləşən “Qala Park” adlanan restoranda Anarla görüşmüşdür. Anar ortaq dostları olan Kamranla birlikdə gəlmişdir. Kamran da əvvəllər polis işçisi olmuş və orqandan xaric olunmuşdur. O, Anara işə düzəlməklə bağlı Vergilər Nazirliyində tanış adamların olduğunu və həmin adamlara müraciət edə biləcəyini söyləmişdir. Anar da onunla razılaşmışdır. Təxminən 3-4 gün sonra Vergilər Nazirliyində çalışan tanışı ilə əlaqə saxlamışdır. O da bu barədə Anarla danışmış, ondan razılıq almış və bəzi sənədləri tələb etmişdir. Həmin sənədlər Anarın diplomu, hərbi bileti, şəxsiyyət vəsiqəsi və əmək kitabçası olmuşdur. Bundan əlavə Anardan 10.000 manat pul istəmiş, lakin həmin pulun ora verilməyəcəyini, arada başqa vasitəçi olduğunu və həmin məbləğdə pulun həmin şəxsə çatacağını demişdir. Bu söhbətin aralarında qalmasını istəyib, bu məsələdən pul alınmasını kiminsə biləcəyi təqdirdə işin düzəlməyəciyini qeyd etmişdir. Təxminən bir neçə gün sonra 2019-cu ilin sentyabr ayının axırlarında Anarla Yasamal rayonu ərazisində yerləşən "Asan" xidmətin qarşısında görüşmüşdür. Həmin görüşə o, dayısı oğlu Fərid Ağayevlə birlikdə getmişdir. O, avtomobildən düşüb Anarın idarə etdiyi avtomobilə əyləşmişdir. Anar ona 3.200 manat pul vermiş, yerdə qalan hissəni də təxminən 1 həftə ərzində verəcəyini söyləmişdir. Təxminən 1 həftə sonra, axşam saatlarında saat 21 radələrində Əhmədli qəsəbəsi ərazisində yerləşən, dəqiq ünvanını xatırlamadığı "Bank Respublikanın" yanında Anarla yenidən görüşmüşdür. Orada Anar ona 5.000 manat pul vermişdir. Yerdə qalan hissəni də iş düzələndən sonra verəcəyini bildirmişdir. Bir neçə gün sonra Vergilər Nazirliyində çalışan adını çəkmək istəmədiyi şəxs onun bu məsələdən pul almağını eşitmiş və onunla münasibətlərini pozmuşdur. İş də bu səbəbədən alınmamışdır. Bir neçə gün sonra işin düzəlməyəcəyi barədə Anara məlumat vermişdir. Anardan aldığı 8.200 manatı artıq şəxsi maraqları üçün xərcləmiş, Anar ondan pulunu tələb etdikdə isə, sonuncudan bir az müddət istəmiş, lakin pul tapıb Anarın pulunu geri qaytara bilməmişdir. Şahid Zərərçəkmiş şəxs əvəzinə 1000 manat pul alsa da, sonradan Kamrandan aldığı 1.000 manatı sonuncuya geri qaytarmışdır. Beləliklə o, əməlindən səmimi peşman olduğunu, habelə zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəməklə onunla barışıq əldə etdiyini, bir daha belə hallara yol verməyəcəyini bildirib barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs təxminən 2010-cu ildən etibarən birlikdə Bakı şəhəri X5 İdarəsində xidmət etdiyi zamandan tanımışdır. Hər ikisi həmin idarədə inspektor vəzifəsində xidmət etmişlər. Həmin vaxtdan aralarında dostluq münasibəti yaranmışdır. Daha sonra müxtəlif vaxtlarda hər ikisi X2n xaric olunmuş, lakin buna baxmayaraq aralarında olan münasibəti saxlamışlar. 2019-cu ilin sentyabr ayında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində adını xatırlamadığı restoranların birində o, Elmir və əvvəllər onlarla birlikdə xidmət etmiş Kamran birlikdə əyləşmişlər. Söhbət zamanı Elmir işsiz olduğundan onu vergi orqanlarında xidmətə qəbul etdirə biləcəyini bildirmiş və Elmirin Vergilər Departamentində kadrlar idarəsində tanışlarının olduğunu və onu 10.000 (on min) manat pul müqabilində işə qəbul etdirə biləcəyini bildirmişdir. O, Elmirə etibar etdiyindən və sonuncu ilə aralarında dostluq münasibətləri olduğundan Elmirə inanmış və razılıq vermişdir. Həmin vaxt Kamran onun adından həmin restoranda Elmirə 1.000 (min) manat nağd pul vermiş, Elmir isə ona sənədlərini toplamağını tapşırmışdır. Belə ki, Elmir ondan Bakı-Asiya Universitetini bitirməyinə dair diplomu, X2 xidmət etməyinə dair əmək kitabçasını, hərbi biletini və şəxsiyyət vəsiqəsini istəmişdir. O, da Elmirə sənədləri və 9.000 (doqquz min) manat pulu toplayıb tezliklə verəcəyini bildirmişdir. Həmçinin söhbət zamanı Elmir həmin vaxt Vergilər naziri olmuş X3 adlı köməkçisinin olduğunu, sonuncu ilə yaxın münasibətlərinin olduğunu, onun köməkliyi ilə onu audit şöbəsində vəzifəyə təyin etdirəcəyini söyləmişdir. 2019-cu ilin sentyabr ayının sonlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Statistika dairəsi adlanan yerdə onun idarə etdiyi “Mercedec Benz" markalı **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobildə həmin sənədləri Elmirə vermişdir. Həmin görüşə Elmir dayısı oğlu olan Fəridin “Mercedes" markalı avtomobili ilə tək gəlmişdir. O, Elmirə həmin görüşdə ona tapşırdığı bütün sənədləri vermişdir. Elmir bir müddət sonra ona zəng edərək onun yerinə bankdan 10.000 manat kredit götürdüyünü, götürdüyü pulu Vergilər Nazirliyinin kadrlar idarəsinə verdiyini, hazırda isə həmin pulu banka geri qaytarmalı olduğunu söylərək ondan pulu verməsini istəmişdir. O, Elmirə tezliklə pulu verəcəyinə dair söz vermişdir. Bu məqsədlə 3.200 (üç min iki yüz) manat pulu Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Elmirin dayısı oğlu Fərid adlı şəxsin yanında onun idarə etdiyi avtomobildə Elmirə vermişdir. Pulu Elmirə versə də Elmirə bank söhbətindən sonra inanmamağa başlamışdır. Elmir guya bankdan pul götürüb onu vəzifəyə təyin etdirmək üçün kadrlara verdiyini bildirirmiş və öz pulunu ondan geri istəmişdir. O isə pulu Elmirə hissə- hissə gecikdirməklə vermişdir. Elmir onu və dostu Kamranı inandırmaq üçün sonuncu ilə bir nəfər şəxsi guya Vergilər nazirinin köməkçisi kimi işləyən Anar adlı şəxsdir deyə mobil telefon vasitəsi ilə danışdırmış, həmin şəxs Kamrana özünü nazir köməkçisi Anar adlı şəxs kimi təqdim etmiş və narahat olmamağı onun işlə təmin ediləcəyini bildirmişdir. Bununla da onu və Kamranı inandırmışdır. Beləliklə 2019-cu ilin oktyabr ayında Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində “Respublika Bankı“-dan dostu Ceyhun adlı şəxsin adına götürdüyü 5.000 (beş min) manat məbləğində kredit pulu Elmirə dayısı oğlu Fəridin yanında idarə etdiyi avtomobildə vermişdir. Elmir Fəridin avtomobili ilə sonuncu ilə birlikdə oraya gəlmişdir. O, ümumilikdə Elmirə hissəhissə olmaqla 9.200 (doqquz min iki yüz) manat məbləğində pul vermişdir. Elmir onun tezliklə əmrinin çaxacağına söz versə də bu günə kimi nə vəzifəyə təyin edilmiş, nə də ki, verdiyi pulu Elmirdən geri ala bilmişdir. 2020-ci ilin yanvar ayında Elmir onun 5.000 (beş min) manat pulunu qaytarmışdır. Hazırda Elmir ona 3.200 (üç min iki yüz) manat borclu qalmışdır. Hazırda ona dəymiş ziyan tam olaraq ödənilmiş, təqsirləndirilən şəxslə barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Şahid ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən İfadəsində göstərmişdir ki, o, 2007-2017-ci illər ərzində X2 yol-patrul xidmətində xidmət etmiş, lakin sonradan orqandan xaric edilmişdir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs təxminən 2008-ci il tarixdən etibarən tanımışdır. Birlikdə Bakı şəhəri X5 İdarəsində xidmət etmişlər və aralarında dostluq münasibətləri olmuşdur. Hazırda hər üçü xidmətdən xaric edilmişdir. 2019-cu ilin sentyabr ayında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində yerləşən adını xatırlamadığı restoranların birində o, dostları əvvəllər birlikdə xidmət etdiyi Elmir və Anar birlikdə əyləşmişlər. Söhbət zamanı Elmir Anara vergi orqanlarında xidmətə qəbul etdirə biləcəyini bildirmişdir. Elmir demişdir ki, Vergilər Nazirliyində Anar adlı tanışı var və sonuncudan xahiş edəcəkdir ki, Zərərçəkmiş şəxs vergi orqanlarında xidmətə qəbul edilməsinə köməklik etsin. Həmin Anar adlı şəxsin bu işi həll edəcəyini bildirmişdir. Orada Zərərçəkmiş şəxs konkret olaraq hansı vəzifəyə təyin edilməsi barədə söhbət olmamışdır. Elmir Zərərçəkmiş şəxs vergi orqanlarında xidmətə qəbul edilməsi üçün 10.000 (on min) manat pul lazım olduğunu bildirmişdir. Lakin Elmir həmin məbləğdə pul barədə onların yanında kimdənsə zəng edib soruşmamışdır, ona elə gəlmişdir ki, Elmir həmin məbləği özündən fikirləşib demişdir. Zərərçəkmiş şəxs Elmirlə dostluq münasibətində olduğundan ona inanmış və razılıq vermişdir. Həmin vaxt Elmir Zərərçəkmiş şəxs demişdir ki, onun hansısa ailə problemi var, buna görə də ilkin olaraq ona 1.000 (min) manat pul versin. Həmin pulu vəzifə üçün veriləcək ümumi puldan çıxacaqdır. Zərərçəkmiş şəxs isə ondan xahiş edərək Anarın əvəzinə Elmirə ilkin olaraq 1.000 (min) manat pul versin. Həmin pulu daha sonra ona qaytaracağına söz vermişdir. O, Zərərçəkmiş şəxsla razılaşmış və o, ailə üzvlərinə zəng edərək yaşadığı mənzildə saxladığı özünə məxsus puldan 1.000 (min) manat məbləğində pul götürüb tanış taksi vasitəsi ilə ona göndərmələrini söyləmişdir. Bununla da o, Zərərçəkmiş şəxs əvəzinə Elmirə 1.000 (min) manat pulu Anarın vergi orqanlarında işə qəbul edilməsi üçün vermişdir. Restoranda olarkən Anar Elmirə qalan 9.000 (doqquz min) manat məbləğində pulu ona tezliklə çatdıracağını demişdir. X4 vergi orqanlarında çalışan Anar adlı tanışı ilə bu barədə indidən danışmasını xahiş etmişdir. Bundan sonra onlar həmin restoranı tərk etmişlər. Bir müddət sonra Elmir Anarın əvəzinə verdiyi pulu ona geri qaytarmışdır. O, isə həmin məsələ ilə bağlı daha maraqlanmamışdır. Lakin uzun müddət sonra Zərərçəkmiş şəxsla bir neçə dəfə görüşüb, söhbət edərkən sonuncu ona bildirmişdir ki, Elmirə ümumilikdə 9.200 (doqquz min iki yüz) manat nağd pul, həmçinin zəruri sənədləri toplayıb vermiş, buna baxmayaraq Elmir Anarı heç bir vəzifəyə təyin etdirməmiş və verdiyi pulu istədikdə belə müxtəlif bəhanələr gətirərək qaytarmaqdan yayınmışdır. O, Elmirlə bu məsələ ilə bağlı dəfələrlə mobil telefon vasitəsi ilə danışmış və ona Zərərçəkmiş şəxs pulunu qaytarmağını söyləmişdir. Lakin onun bütün səylərinə baxmayaraq Elmir pulu qaytarmamışdır. Elmir hər dəfəsində pulu qaytarmaq üçün imkanının olmadığını söyləmişdir. Elmir onların yanında Vergilər Nazirliyində çalışan Anar adlı şəxslə danışmamış, şifahi olaraq elə bir şəxsin olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması 17 mart 2021-ci il tarixli qərardan görünür ki, fakta görə CMnin 178.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır (i.v. 1-2); cinayət işinin başlanmasının rədd edilməsi haqqında 08 yanvar 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir (i.v. 10-11); cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın ləğv edilməsi barədə 28 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsinə dair 08.01.2020-ci il tarixli qərarı ləğv olunmuşdur (i.v. 16-17); CD diskə baxış keçirilməsi haqqında 05 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrəsi ilə Zərərçəkmiş şəxs məxsus ***-***-**-** mobil nömrəsinə “WhatsApp” mobil tətbiqi vasitəsilə qısa məzmunlu səs yazıları göndərərək onu tezliklə vergi orqanlarında xidmətə qəbul etdirəcəyi ilə bağlı yalan vədlər vermişdir (i.v. 24-25); zərərçəkmiş şəxs qismində tanınma haqqında 24 mart 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 38-40); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 09.04.2021-ci il tarixli tələbnaməsindən görünür ki, əməliyyat kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v. 54); ittiham elan etmək üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında 09 may 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respulikası CM-nin 178.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilməklə istintaqı davam etdirilmişdir (i.v. 36); təqsirləndirilən şəxs qismində cəlb etmə və ittiham elan olunması haqqında 01 may 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ittiham elan etmək üçün tutulmasından ötrü barəsində axtarış elan edilmişdir (i.v. 70); cinayət işinin icraatının dayandırılması haqqında 10 may 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respulikası CM-nin 178.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işinin icraatı dayandırılmışdır (i.v. 72); axtarışda olan şəxsin tutulması haqqında 26 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:45 radələrində tutulmuşdur (i.v. 76); cinayət işinin icraatının təzələnməsi haqqında 26 may 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respulikası CM-nin 178.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işinin icraatı təzələnmişdir (i.v. 77); cinayət işi üzrə əməlin tövsif edilməsi barədə 28.05.2021-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsindən CM-nin 178.2.4-cü maddəsinə tövsif edilmişdir (i.v. 103-104); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 28 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 106-107); təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında 28 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xətai RPİ-nin MSY-dən azad olunmuş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 123-125); sübutların qiymətləndirilməsi haqqında 14 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ittiham elan olunmuş və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, iş üzrə Zərərçəkmiş şəxs təqdim etdiyi 1 ədəd “CD” formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 32.4, 312-ci və Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası CM-nin 312.1 və 32.4, 312-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir (i.v.128-136); Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, cinayət işi üzrə ona dəymiş ziyanın tam olaraq ödənildiyini, ona qarşı heç bir şikayət, tələb və mülki iddiasının olmadığını qeyd etmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2), törətmiş olduğu cinayət nəticəsində vurmuş olduğu ziyanı ödəməklə zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM-59.1.12-13) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, 26 may 2021-ci il tarixdən 28 may 2021-ci il tarixinədək həbsdə saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut – 1 ədəd disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 2 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 00:00-dan saat 06:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 may 2021-ci il tarixdən 28 may 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanını axşam saat 00:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-345/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-345/2021
04.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver