Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-345/2023 30.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1990-cı ildə Qubadlı rayonu, Dəmirçilər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Qubadlı rayonu, Dəmirçilər kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə sərnişin kimi taksi xidmətindən istifadə etdiyi sürücü Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək Mənzil İnşaatı Dövlət Agentliyinin Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən X2 mənzilin alınmasında köməklik göstərəcəyi barədə yalan vəd verib bunun üçün ilkin olaraq 10.000 manatın ödənilməsini bildirmiş və Zərərçəkmiş şəxs1 inandırmaq üçün 23 noyabr 2022-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mədəniyyət küçəsində yerləşən 16 saylı notariat ofisində 10.000 manat məbləğində nağd pul vəsaitini borc müqaviləsi adı altında ələ keçirməklə aldadaraq Zərərçəkmiş şəxs1 10.000 (on min) manat xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə “instagram” sosial şəbəkəsində Şahid1 səhifəsində guya güzəştli qaydada mənzil təşkil etməsi barədə heç bir əsası olmayan elan vermiş və həmin elanla bağlı müraciət etmiş Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək Mənzil İnşaatı Dövlət Agentliyinin Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən X3 mənzil alınmasında köməklik göstərəcəyi barədə yalan vəd verib bunun üçün ilkin olaraq 10.000 manatın ödənilməsini bildirmiş və Zərərçəkmiş şəxs2 inandırmaq üçün 09 yanvar 2023-cü il tarixdə saat 12 radələrində ünvan 2 ünvanında yerləşən 18 saylı notariat ofisində 10.000 manat məbləğində nağd pul vəsaitini borc müqaviləsi adı altında ələ keçirməklə aldadaraq Zərərçəkmiş şəxs2 10.000 (on min) manat xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə “instagram” sosial şəbəkəsində Şahid1 səhifəsində guya güzəştli qaydada mənzil təşkil etməsi barədə heç bir əsası olmayan elan vermiş və həmin elanla bağlı müraciət etmiş Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək Mənzil İnşaatı Dövlət Agentliyinin Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən X3 mənzil alınmasında köməklik göstərəcəyi barədə yalan vəd verib bunun üçün ilkin olaraq 10.000 manatın ödənilməsini bildirmiş və Zərərçəkmiş şəxs3 inandırmaq üçün 19 yanvar 2023-cü il tarixində saat 15 radələrində Xətai rayonu, Sarayevo küçəsi 11 ünvanında yerləşən 18 saylı notariat ofisində 10.000 manat məbləğində nağd pul vəsaitini borc müqaviləsi adı altında ələ keçirməklə aldadaraq Zərərçəkmiş şəxs3 10.000 (on min) manat xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 2022-ci ilin oktyabr ayının ortalarında Zərərçəkmiş şəxs1 idarə etdiyi taksi kimi idarə etdiyi avtomobilə müştəri kimi əyləşmişdir. Zərərçəkmiş şəxs1 ilə söhbət edərkən onun ev almaq niyyətində olduğunu öyrənmiş və onu aldadaraq pulunu ələ keçirə biləcəyini fikirləşib Mənzil İnşaatı Dövlət Agentliyinə məxsus mənzilləri güzəştli qaydada əldə etmək üçün tanışı olduğuna onu inandırmışdır. Zərərçəkmiş şəxs1 bildirmişdir ki, güzəştli qaydada Yasamal rayonu ərazisində MİDA yaşayış kompleksinə aid mənzili almaq üçün ilkin ödəniş kimi 10.000 manat məbləğində pul verməlidir. Zərərçəkmiş şəxs1 ona inanıb rayonda olan evini satdıqdan sonra pul vermək üçün onunla əlaqə saxlayacağını deyərək onun nömrəsini götürmüşdür. Bir ay sonra Zərərçəkmiş şəxs1 ona zəng edib pul ödəməyə hazır olduğunu və ona bildirdiyi qaydada mənzil sahibi olmaq istədiyini demişdir. O, Zərərçəkmiş şəxs1 kömək edə biləcəyini deyib 23 noyabr 2022-ci il tarixdə saat 12 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mədəniyyət küçəsində yerləşən 16 saylı notariat ofisində onunla görüşmüşdür. Həmin ofisdə verdiyi 10.000 manat məbləğində pulu görünüş üçün kredit müqaviləsi şəklində rəsmiləşdirmişdir. Bu vaxt yanlarında Zərərçəkmiş şəxs1 atası Şahid2 olmuşdur. Onlara 21 iş günü ərzində xəbər verəcəyini dedikdən sonra onlar ayrılmışlar. Təxminən iki həftə sonra o, Zərərçəkmiş şəxs1 ona tam inanması üçün onu Yasamal rayonu ərazisində MİDA yaşayış kompleksinə aparmış, orada Zərərçəkmiş şəxs1 bildirmədən əvvəlcədən satışa qoyulduğunu öyrəndiyi 3 otaqlı mənzili sahibinin icazəsi ilə onlara göstərmişdir. Zərərçəkmiş şəxs1 isə həmin mənzilin nümunə kimi ona göstərildiyinə inandırmışdır. Lakin sonradan Zərərçəkmiş şəxs1la əlaqəni kəsmiş və bir müddət sonra onun barəsində şikayət etdiyini öyrənmişdir. Həmin vaxtlarda onu aldatdığını etiraf edib pulunu geri qaytaracağına söz vermişdir. Bundan sonra işsiz olduğu üçün 2023-cü ilin əvvəllərində maddi durumu yaxşı olmamışdır. Buna görə də “instagram" sosial şəbəkəsində ev satışı elanları yerləşdirən və ev alqı-satqısı işləri ilə məşğul olan Ağa adı ilə tanınan Şahid1 Suraxanı rayonu, Hövsan qəsəbəsində Mənzil İnşaatı Dövlət Agentliyi yaşayış kompleksinə aid mənzillərin güzəştli qaydada satış elanı yerləşdirməsini və özünün mobil telefonunu elanda göstərməsini istəmişdir. Şahid1 bu cür reklam xarakterli elanları səhifəsində yerləşdirdiyi üçün onun istəyini yerinə yetirmişdir. 07 yanvar 2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 ona zəng edərək güzəştli qaydada mənzil almaqla bağlı maraqlanmışdır. Özü isə Zərərçəkmiş şəxs2 telefon vasitəsi ilə Mənzil İnşaatı Dövlət Agentliyinə məxsus mənzillərdən sərfəli qiymətlərlə ala biləcəyini izah etmiş və inandırıcı olması baxımından onun ailə tərkibi və sosial durumu barədə bəzi suallar vermişdir. Buna inanan Zərərçəkmiş şəxs2 mənzillərlə canlı olaraq tanış olmaq istəmiş və o, Zərərçəkmiş şəxs2 danışdıqları gün Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən MİDA yaşayış kompleksinə gedə biləcəyini demişdir. Bundan sonra Zərərçəkmiş şəxs2 oraya getmişdir. Əvvəldən müştəri gələcəyini bildirdiyi Şahid1 MİDA yaşayış kompleksində yerləşən özünə satılması həvalə olunan mənzillərdən nümunə kimi göndərdiyi şəxslərə göstərməsini xahiş etmişdir. Şahid1 onunla razılaşaraq ora gedən Zərərçəkmiş şəxs2 bir neçə mənzilin içərisini eyni proyektli nümunə kimi göstərmişdir. Bundan sonra Zərərçəkmiş şəxs2 ilə səhəri gün üçün görüş təyin etmiş, 08 yanvar 2023-cü il tarixdə günorta saatlarında ünvan 3 ünvanında yerləşən “Mado” restoranında görüşmüşdür. Həmin görüşə Zərərçəkmiş şəxs2 anası Şahid3 ilə gəlmişdir. O, həmin şəxsləri inandırmışdır ki, güzəştli qaydada Suraxanı rayonu, Hövsan qəsəbəsində MİDA yaşayış kompleksinə məxsus mənzili ala bilər və bunun üçün ilkin ödəniş olaraq 10.000 manat ödəməlidir. Onlar inanaraq səhəri gün ilkin ödənişi verə biləcəklərini demişdirlər. Beləliklə Zərərçəkmiş şəxs2 və anası Şahid3 ilə 09 yanvar 2023-cü il tarixdə saat 15 radələrində Xətai rayonu, Sarayevo küçəsi 11 ünvanında yerləşən 18 saylı notariat ofisinin qarşısına görüş təyin etmiş, qeyd olunan vaxtda Zərərçəkmiş şəxs2 Xətai rayonu, Sarayevo küçəsi 11 ünvanında yerləşən 18 saylı notariat ofisində 10.000 manat pulu borc müqaviləsi bağlamaqla ona vermişdir. Bundan sonra ona mənzilin alınması üçün müəyyən vaxtdan sonra çağırılacağını uydurmaqla, narahat olmadan gözləməsini istəmişdir. Lakin sonradan ona başqa məlumat verməmişdir və bir müddət sonra onun barəsində polisə şikayət etdiyini öyrənmişdir. Bundan başqa qeyd olunan qaydada “instagram” sosial şəbəkəsində yerləşdirilmiş elan əsasında 2023cü ilin yanvar ayının ortalarında sonradan adının Zərərçəkmiş şəxs3 olduğunu öyrəndiyi şəxs ona zəng edərək elanda göstərilən güzəştli qaydada satışa qoyulan mənzillər haqda maraqlanmışdır. O isə 19 yanvar 2023-cü il tarixdə saat 12 radələrində Xətai rayonu, Sarayevo küçəsi 11 ünvanında yerləşən 18 saylı notariat ofisinin qarşısına görüş təyin etmişdir. Həmin vaxt qeyd olunan yerdə Zərərçəkmiş şəxs3la görüşərək ona MİDA yaşayış kompleksində bir neçə mənzil almış şəxsin nümayəndəsi olduğunu və onun güzəştli qaydada mənzilləri satışa qoyduğunu uydurmuş, Zərərçəkmiş şəxs3 isə buna inanmışdır. O Zərərçəkmiş şəxs3 həmin qaydada mənzil əldə etmək istəyirsə notarial qaydada 10.000 manat məbləğində ilkin ödəniş etməli olduğunu izah etmiş, Zərərçəkmiş şəxs3 həmin gün 18 saylı notariat ofisində borc müqaviləsi bağlanması yolu ilə ona 10.000 manat məbləğində pul vermişdir. Bundan sonra ona həmin mənzillərə baxmasına şərait yarada biləcəyini demiş, beləliklə həmin gün onu Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən MİDA yaşayış kompleksinə yollamışdır. Onu həmin yerdə qarşılaması üçün həm saytlarda elan yerləşdirən, həm də ev alğı-satqısı işi ilə real məşğul olan Şahid1 xahiş etmişdir. Buna uyğun olaraq Şahid1 Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən MİDA yaşayış kompleksində olan həqiqi satışa qoyulmuş mənzilləri nümunə kim yanına göndərdiyi Zərərçəkmiş şəxs3 göstərmişdir. Daha sonra Zərərçəkmiş şəxs3 gözləməsini istəmiş və müəyyən vaxt keçdikdən sonra onun barəsində polisə şikayət etdiyini öyrənmişdir. Şahid1 onun şəxsləri aldadaraq pul aldığını, eləcə də satışa qoydurduğu elanların saxtalığı haqda məlumatı olmamışdır. Şahid1 həqiqi alqı-satqı işi ilə məşğul olduğu üçün sahibləri tərəfindən özünə satışa verilmiş eyni proyektli mənzilləri nümunə olaraq onun göndərdiyi şəxslərə istəklərinə uyğun olaraq göstərmişdir. Ələ keçirdiyi pulları şəxsi istifadəsi üçün xərcləmişdir. Beləliklə o, hal-hazırda törətdiyi cinayət əməli nəticəsində zərərçəkmiş şəxslərə vurduğu ziyanı tam olaraq ödədiyini, onların şikayət və tələblərinin olmadığını, həmçinin, vurulmuş ziyanın 25%-i həcmində dövlət büdcəsinə ödəniş etdiyini bildirərək barəsində başlanmış iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, taksi sürücüsü kimi fəaliyyət göstərmişdir. 2022-ci ilin oktyabr ayının ortalarında taksi fəaliyyəti ilə məşğul olarkən Təqsirləndirilən şəxs müştəri qismində avtomobilinə əyləşmişdir. Onunla söhbət edərkən o, özünü Mənzil İnşaatı Dövlət Agentliyinin işçisi kimi təqdim etmiş və ondan güzəştli qaydada ev almaq istəyibistəmədiyini soruşmuşdur. O, evə ehtiyyacı olduğu üçün Təqsirləndirilən şəxs ev almaq istədiyini bildirmiş, Təqsirləndirilən şəxs isə güzəştli qaydada ilkin ödəniş 10.000 manat ödəməklə Mənzil İnşaatı Dövlət Agentliyinə məxsus mənzil ala biləcəyini ona izah etmişdir. O, Təqsirləndirilən şəxs inanmaq üçün hər hansı vəsiqə göstərməsini istəmiş, bu vaxt o, vəsiqəsini göstərmiş lakin o hansı vəsiqəni ona göstərdiyini tam görə bilməmişdir. Ona inanıb mobil telefon nömrəsini götürməklə bir qədər düşündükdən sonra fikrini deyəcəyini bildirmişdir. Bundan sonra valideynləri ilə danışaraq onların da bu barədə müsbət rəyini aldıqdan sonra Ağsu rayonunda yerləşən evini satıb Təqsirləndirilən şəxs zəng etmişdir. Təqsirləndirilən şəxs əvvəl ona bildirdiklərini bir daha təsdiqləyərək Yasamal rayonu ərazisində yerləşən MİDA-ya məxsus 3 otaqlı mənzillərdən birini güzəştli qaydada ilkin ödəniş olaraq 10.000 manat ödəməklə əldə edə biləcəyinə onu inandırmışdır. Beləliklə 23 noyabr 2022-ci il tarixdə saat 12 radələrində o, Təqsirləndirilən şəxsla razılaşaraq pulu notarial qaydada vermək üçün Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mədəniyyət küçəsində yerləşən 16 saylı notariat ofisində görüşmüşdür. Orada 10.000 manat məbləğində pulu notarius tərəfindən təsdiqlənmiş kredit müqaviləsi ilə Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxt atası Şahid2 da yanlarında olmuşdur. Təqsirləndirilən şəxs 21 iş günü ərzində ona məlumat veriləcəyini bildirmişdir. Bundan təqribən 15 gün sonra Təqsirləndirilən şəxs yenidən görüşüb nümunə kimi 3 otaqlı mənzili göstərmək məqsədi ilə özünü Yasamal rayonu ərazisində yerləşən MİDA-ya aid yaşayış kompleksinə aparmışdır. Orada ona nümunə olaraq 3 otaqlı bir mənzil göstərmiş və daha sonra ondan ayrılmışdır. Lakin o, dediyi vaxtdan xeyli keçsə də, hər hansı məlumat ala bilməmiş, beləliklə bir müddət sonra aldadılaraq 10.000 manat məbləğində pulunun Təqsirləndirilən şəxs tərəfindən ələ keçirildiyini başa düşmüş və Sabunçu RPİ-nin 12-ci PB-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Hal-hazırda 23 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ona qarşı dələduzluq etməklə vurduğu 10000 manat məbləğində ziyanı ödəmişdir, buna görə də ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq aparılan icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2023-cü ilin yanvar ayının əvvələrində ev almaq istədiyi üçün “instagram” sosial şəbəkəsi vasitəsi ilə mənzil satışı elanlarına baxmış, 07 yanvar 2023-cü il tarixdə həmin elanlardan birində Mənzil İnşaat Dövlət Agentliyinə məxsus güzəştli qaydada mənzil satışa qoyulduğunu görmüşdür. Elanın yerləşdirildiyi səhifədə olan ***-***- **-** saylı mobil telefon nömrəsinə zəng edib Mənzil İnşaat Dövlət Agentliyinə məxsus güzəştli qaydada mənzil satılan elanla maraqlanmaq istədiyini bildirmişdir. Telefona cavab verən şəxs isə ona ***-***-**-** saylı mobil telefon nömrəsini verərək sözügedən elanla əlaqədar həmin nömrə ilə danışmalı olduğunu bildirmişdir. Bundan sonra o, həmin nömrəyə zəng edib sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxslə danışmışdır. Həmin şəxs isə ona qeyd olunan elanda göstərildiyi kimi güzəştli qaydada Mənzil İnşaat Dövlət Agentliyinə məxsus mənzillərin satıldığını, ilkin ödəniş etməklə mənzil sahibi ola biləcəyini izah etmişdir. Həmçinin həmin şəxs mənzillərə eyni proyektli olduğu üçün nümunə kimi baxa biləcəklərini deyib onları Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən MİDA yaşayış komplesinə göndərərək orada Ağa adlı birinin qarşılayacağını bildirmişdir. O, həmin gün gecikmədən təxminən saat 14 radələrində anası Şahid3 ilə birlikdə Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən MİDA yaşayış komplesinə getmişdir. Orada Təqsirləndirilən şəxs Ağa adlı biri kimi təqdim etdiyi, sonradan adının Şahid1 olduğunu öyrəndiyi şəxs anası və özünü qarşılamış və bir, iki, üç, dörd otaqlı mənzilləri nümunə kimi ona göstərmişdir. Bundan sonra oradan getmiş, Təqsirləndirilən şəxs isə səhəri gün görüşə biləcəklərini ona bildirmişdir. Beləliklə o və anası 08 yanvar 2023-cü il tarixdə günorta saatlarında ünvan 3 ünvanında yerləşən “Mado” adlı restoranda Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Orada Təqsirləndirilən şəxs ona telefonda danışdıqlarını bir daha izah etmiş və Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən MİDA yaşayış kompleksinə məxsus mənzillərdən birini ilkin ödəniş 10.000 manat ödəməklə ala biləcəyini bildirmişdir. O, həmçinin qeyd olunan ilkin ödənişin notarius tərəfindən borc müqaviləsi formasında alınacağını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs inanaraq səhəri gün, yəni 09 yanvar 2023-cü il tarixində saat 15:00 üçün Xətai rayonu, Sarayevo küçəsi 11 ünvanında yerləşən 18 saylı notariat ofisində anası Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxsla görüşmüşdür. Həmin notariat ofisində borc müqaviləsi bağlamaq yolu ilə 10.000 manat məbləğində pulu ona vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs tez vaxtda ASAN xidmət tərəfindən çağırılacağını, buna görə də bir müddət gözləməli olduğunu bildirmişdir. Ona inanıb bir müddət gözləsə də, bir xəbər olmamasından narahat olub Təqsirləndirilən şəxsla əlaqə saxlamışdır. O isə hər dəfə müxtəlif bəhanələr uydurmaqla işin həll olunacağına və əgər əksi olarsa pulunun geri qaytarılacağına onu inandırmışdır. Lakin artıq bir xəbər almadığını görüb aldadılaraq Təqsirləndirilən şəxs tərəfindən 10.000 manat məbləğində pulunun alındığını başa düşmüşdür. 27 fevral 2023-cü il tarixdə faktla bağlı DİN-nin “102” xidməti-zəng mərkəzi sisteminə məlumat verib Xətai RPİ-nin 34-cü PŞ-də ərizə yazmışdır. Təqsirləndirilən şəxs ilə ilk dəfə əlaqə saxlayarkən gedib baxmağını istədiyi Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən MİDA yaşayış kompleksində onu Ağa adı ilə tanıtdığı, sonradan adının Şahid1 olduğunu öyrəndiyi şəxs qarşılamış, onun özü ilə danışmasa da, mənzilləri nümunə kimi göstərməklə məhz həmin mənzillərin satıldığını deyil, buna bənzər mənzillərin Təqsirləndirilən şəxs tərəfindən satışa qoyulduğunu izah etmişdir. Şahid1 həmçinin ilk dəfə sayta yerləşdirilmiş mobil telefon nömrəsinə cavab verərək Təqsirləndirilən şəxs mobil telefon nömrəsini ona təqdim etmişdir. Hal-hazırda 09 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ona qarşı dələduzluq etməklə vurduğu 10000 manat məbləğində ziyanı ödəmişdir, buna görə də ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq aparılan icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, arvadı və üç övladı ilə birlikdə kirayəşin kimi yaşayır. Uzun müddətdir ki, fərdi qaydada avtomobil rəngsazı kimi işləyir. Özünə məxsus evi olmadığından ev almaq məqsədi ilə 2023-cü ilin yanvar ayının ortalarında sosial şəbəkə vasitəsi ilə ev satışı elanları ilə maraqlanmışdır. Həmin vaxt elanlardan birində Mənzil İnşaat Dövlət Agentliyinə məxsus güzəştli qaydada satışa qoyulmuş mənzil elanı diqqətini çəkdiyi üçün həmin elanda olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlamışdır. Həmin danışıq zamanı sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxs onun ev almaq üçün maraqlandığını bilib 19 yanvar 2023-cü il tarixdə Xətai rayonu, Sarayevo küçəsi 11 ünvanında yerləşən 18 saylı notariat ofisinin qarşısında görüş təyin etmişdir. O, Təqsirləndirilən şəxsla özünün dediyi gün saat 12 radələrində Xətai rayonu, Sarayevo küçəsi 11 ünvanında yerləşən 18 saylı notariat ofisinin qarşısında görüşmüşdür. Orada Təqsirləndirilən şəxs ona özünü Mənzil İnşaat Dövlət Agentliyinin mənzillərini almış bir nəfər şəxsin nümayəndəsi kimi təqdim etmiş və həmin mənzillərdən birinin ipoteka ilə güzəştli qaydada onun tərəfindən alınmasına kömək edə biləcəyini demişdir. Təqsirləndirilən şəxs ona izah etmişdir ki, bunun üçün əvvəlcədən 10.000 manat məbləğində ilkin ödəniş etməlidir və həmin ödənişlə bağlı notarius tərəfindən təsdiq olunmuş borc müqaviləsi bağlanacaqdır. O, Təqsirləndirilən şəxs inanaraq həmin gün qarşısında söhbət etdikləri 18 saylı notariat ofisinə daxil olub orada borc müqaviləsi bağlamaqla 10.000 manat məbləğində pulu notarial qaydada özünə vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs onu satışa qoyulduğunu bildirdiyi Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən MİDA yaşayış kompleksinə göndərmiş və orada onu bir nəfər işçinin qarşılayacağını demişdir. O, həmin gün saat 15 radələrində qeyd olunan yerə getmişdir. Həmin yaşayış kompleksində tanımadığı bir nəfər şəxs onu qarşılayaraq Təqsirləndirilən şəxs tərəfindən göndərildiyini başa düşüb ona satışa qoyulmuş biri 3 otaqlı, digəri 4 otaqlı olan iki fərqli mənzili göstərmiş və həmin mənzillərin nümunə olaraq göstərildiyini demişdir. O, mənzillərə baxdıqdan sonra oradan getmiş və Təqsirləndirilən şəxsla telefon vasitəsi ilə əlaqə saxlayıb məsələni dəqiqləşdirmək istəmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ona təxminən üç gün ərzində “ASAN Xidmət” tərəfindən sənədlərin toplanması üçün çağırılacağını bildirmişdir. O, Təqsirləndirilən şəxs inanıb gözləsə də, hər hansı dəyişiklik olmamışdır. Təqsirləndirilən şəxs isə hər dəfə müxtəlif bəhanələr gətirməklə ona müəyyən müddət gözləməli olduğunu demişdir. Lakin o, aldadıldığını başa düşüb 01 fevral 2023-cü il tarixdə DİN-nin “102” xidməti-zəng mərkəzi sisteminə, eləcə də Xətai RPİ-nin 34-cü PŞ-nə şikayət etmişdir. Təqsirləndirilən şəxs bunu öyrəndikdən sonra onu aldadaraq 10.000 manat məbləğində vurduğu ziyanın ödənilməsi məqsədi ilə müəyyən müddət sonra onun hesabına 600 və 900 manat olmaqla ümumilikdə 1.500 manat məbləğində pul köçürmüşdür. Təqsirləndirilən şəxs göndərdiyi Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən MİDA yaşayış kompleksində 19 yanvar 2023-cü il tarixdə saat 15 radələrində onu qarşılayan şəxsi tanımamış və onun haqqında hər hansı məlumatı olmamışdır. Hal-hazırda 19 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ona qarşı dələduzluq etməklə vurduğu 10000 manat məbləğində ziyanı ödəmişdir, buna görə də ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq aparılan icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun doğma oğludur və o, xeyli vaxt özünə ev almaq fikrində olmuşdur. 2022-ci ilin oktyabr ayında oğlu Zərərçəkmiş şəxs1 onunla söhbət edərkən taksi sürücüsü kimi işlədiyi zaman müştəri qismində avtomobilinə əyləşmiş Mənzil İnşaatı Dövlət Agentliyinin işçisi ilə tanış olduğunu, həmin şəxsin güzəştli qaydada ev almaq üçün kömək edə biləcəyini izah etdiyini demişdir. O, oğlunun bu barədə maraqlandıqdan sonra ev alması fikrini dəstəkləmiş, oğlu da Ağsu rayonunda yerləşən evlərini satdıqdan sonra həmin pulla ilkin ödəniş etmək fikrində olmuşdur. Bunun üçün tanış olduğu Təqsirləndirilən şəxs adlı şəxslə danışdıqdan sonra pul vermək üçün 23 noyabr 2022-ci il tarixdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mədəniyyət küçəsində yerləşən 16 saylı notariat ofisində onunla görüşmüşdür. Həmin vaxt görüşə oğlunun yanında gedib Təqsirləndirilən şəxs ev almaq barədə verdiyi izahlara qulaq asmış və onun dediklərindən başa düşmüşdür ki, ilkin ödəniş olaraq 10.000 manat məbləğində pul verəcəkləri halda Yasamal rayonu ərazisində yerləşən MİDA-ya aid 3 otaqlı mənzillərdən birini əldə edə bilərlər. Beləliklə özü və oğlu Təqsirləndirilən şəxs dediklərinə inanmış, oğlu notarius tərəfindən təsdiqlənmiş kredit müqaviləsi ilə 10.000 manat məbləğində pulu onun yanında Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs onlara 21 iş günü ərzində məlumat verəcəyini demişdir. Təxminən iki həftə sonra oğlu Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxsla birlikdə mənzil alacağı yaşayış kompleksinə gedərək nümunə kimi mənzilə baxmışdır. Lakin sənədləşmə barədə hər hansı yenilik olmadığı üçün bir müddət sonra aldadılmalarını anlamışdır. Oğlu Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs polisə şikayət etmiş və ancaq bundan sonra Təqsirləndirilən şəxs vurduğu ziyandan 2.000 manat məbləğdə hissəni geri qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun doğma qızıdır. Uzun müddət qızı özünə almaq üçün Suraxanı rayonu ərazisindən ev axtarmış, bu məqsədlə o, 2023-cü ilin yanvar ayının əvvəllərində “instagram” sosial şəbəkəsində mənzil satışı elanlarına baxmışdır. 07 yanvar 2023-cü il tarixdə həmin elanlardan birində Mənzil İnşaat Dövlət Agentliyinə məxsus güzəştli qaydada mənzil satışa qoyulduğunu görüb ona bildirmiş, elanın yerləşdirildiyi səhifədə olan mobil nömrə ilə əlaqə saxladıqdan sonra ***-***-**-** saylı mobil telefon nömrəsinin istifadəçisi olan sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxslə telefon vasitəsi ilə əlaqə saxlamışdır. Qızı Təqsirləndirilən şəxs elanda olan Mənzil İnşaatı Dövlət Agentliyinə məxsus mənzili güzəştli qaydada əldə etmək istədiyini bildirəndə həmin şəxs qızına bunun mümkünlüyünü deyib Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən yaşayış kompleksinə gedib tapşıracağı şəxsin köməyi ilə mənzillərə baxa biləcəyini izah etmişdir. O, qızı ilə birlikdə həmin gün Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən MİDA yaşayış kompleksinə getmiş, orada Təqsirləndirilən şəxs “Ağa” adı ilə təqdim etdiyi, sonradan adının Şahid1 olduğunu öyrəndiyi şəxs vasitəsilə bir neçə mənzilə nümunə olaraq əyani formada baxmışdır. Səhəri gün, 08 yanvar 2023-cü il tarixdə günorta saatlarında isə o və qızı Zərərçəkmiş şəxs2 ünvan 3 ünvanında yerləşən “Mado” adlı restoranda Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Orada Təqsirləndirilən şəxs onlara Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən MİDA yaşayış kompleksinə məxsus mənzillərdən birini ilkin ödəniş 10.000 manat ödəməklə əldə edə biləcəklərinin mümkünlüyünü bildirmişdir. Həmin şəxsə inandıqları üçün sonrakı gün, daha dəqiq 09 yanvar 2023-cü il tarixdə saat 15 radələrində Xətai rayonu, Sarayevo küçəsi 11 ünvanında yerləşən 18 saylı notariat ofisində Təqsirləndirilən şəxsla görüşərək qızı onun da iştirakı ilə Təqsirləndirilən şəxs ilkin ödəniş adı ilə istədiyi 10.000 manat məbləğində pulu həmin notariat ofisində notarius tərəfindən borc müqaviləsi bağlanması ilə özünə vermişdir. Daha sonra Təqsirləndirilən şəxs qızı və özünə bir müddət gözlədikdən sonra “ASAN Xidmət” tərəfindən çağırılaraq müvafiq sənədlər toplanacağını və mənzil sahibi olacaqlarını izah etmişdir. Buna baxmayaraq qeyd olunan vaxtdan xeyli keçsə də, hər hansı xəbər omadığı üçün Təqsirləndirilən şəxs pulun dələduzluq yolu ilə ələ keçirdiyini başa düşən qızı polisə müraciət etmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, orta məktəbi bitirdikdən bir müddət sonra atası X8 və anası X1 işlədikləri Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən ev alqı-satqı ofisində onların işlərinə kömək etməyə başlamışdır. Belə ki, ofislərinə yaxınlaşaraq ev satışı və kirayəsi ilə bağlı edilən müraciətlərə baxmışdır. Bundan başqa “instagram” sosial şəbəkəsində həmin satışa qoyulmuş elanlarla bağlı xüsusi səhifə açıb işlətmişdir. Həmin “instagram” hesabında həm valideynlərinə satışı tapşırılmış evləri, həm də kiminsə satışla bağlı elanlarını göstərmişdir. Başqa şəxslərin elanlarını onların ona 10- 15 manat arası məvacib ödəməsi ilə səhifədə göstərmişdir. Əsl adı Mövsümağa olsa da, ətrafdakı şəxslər, eləcə də “instagram” vasitəsi ilə onu tanıyanlar “Ağa” adı ilə onu bilmişdirlər. Bu qaydada 2023-cü ilin əvvəllərində ***-***-**-** saylı mobil telefon nömrəsindən zəng edən, əvvəllər tanımadığı sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxs ondan “instagram” səhifəsində Mənzil İnşaatı Dövlət Agentliyinə aid yaşayış kompleksinə məxsus mənzillərin güzəştli qaydada satışı ilə bağlı elan yerləşdirməyini istəmişdir. Elanın həcmi çox olduğu üçün o, tam oxumadan Təqsirləndirilən şəxs dediyi formada elanı “instagram” sosial şəbəkəsində olan “evlərin alqı-satqısı və kirayəsi” adlı öz səhifəsində paylaşmışdır. Bundan sonra ona həmin elanla bağlı zəng gəlsə də, o, həmin elanı yerləşdirmiş şəxsin, yəni Təqsirləndirilən şəxs mobil nömrəsini verib elanla əlaqəsi olmadığını, maraqlanmaq üçün məhz həmin mobil nömrə ilə əlaqə saxlaya biləcəklərini bildirmişdir. Bir neçə gün sonra, 07 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yenidən ona zəng edərək yerləşdirdiyi elanla əlaqədar bir nəfər müştərinin evə baxmaq istədiyini demiş və ondan xahiş etmişdir ki, özündə satış üçün tapşırılmış Hövsan qəsəbəsində yerləşən MİDA yaşayış kompleksinə aid mənzillərdən bir neçəsini nümunə olaraq yaxınlaşacaq olan qadın müştəriyə göstərsin. O, Təqsirləndirilən şəxs xahişini yerə salmamış və istədiyi kimi edib gələn müştəriyə MİDA yaşayış kompleksində yerləşən vahid proyektli bir neçə mənzili göstərmişdir. Həmin gələn müştəri adını sonradan öyrəndiyi Zərərçəkmiş şəxs2 olmuş və o, anası ilə birlikdə mənzillərə baxmışdır. O, Zərərçəkmiş şəxs2 və anasına bir, iki, üç və dörd otaqlı mənzillərin hərəsindən birini nümunə kimi nümayiş etdirərək həmin mənzillərin nağd qiymətə satışa qoyulduğunu və onlara Təqsirləndirilən şəxs tərəfindən bildirilən mənzillər olmadığını bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs2 və anası normal qaydada oradan getmişdirlər. Təxminən 10 gün sonra Təqsirləndirilən şəxs yenidən ona zəng edərək əvvəl yanına göndərdiyi müştərinin, yəni Zərərçəkmiş şəxs2 ev almaqdan imtina etdiyini, lakin başqa bir şəxsin MİDA yaşayış kompleksində yerləşən mənzillərlə maraqlandığnı demişdir. Bir daha ondan xahiş etmişdir ki, Hövsan qəsəbəsində yerləşən MİDA yaşayış kompleksinə aid mənzillərdən bir neçəsini nümunə olaraq göndərəcəyi şəxsə göstərsin. Həmin şəxs gələndən sonra MİDA yaşayış kompleksinə aid 3 və 4 otaqlı mənzillərlə maraqlandığı üçün o, nümunə olaraq məhz həmin proyektdə iki mənzili əyani olaraq göstərmişdir. Bundan sonra həmin şəxs də normal qaydada yanından getmişdir. Bir müddət sonra Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət olunaraq Təqsirləndirilən şəxs ayrı-ayrı şəxsləri aldadaraq pul aldığını öyrənmişdir. O, ümumiyyətlə Təqsirləndirilən şəxs tanımamış və onun cinayətkar fəaliyyətindən bu və ya digər formada məlumatı olmamışdır. Təqsirləndirilən şəxs ona hər hansı ödəniş etməmiş və ya bu barədə vəd verməmişdir. O, sadəcə Təqsirləndirilən şəxs xahişini yerə salmadan müştərilərə mənzilləri nümunə kimi göstərmiş və onun nə iş görməsi barədə maraqlanmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın ləğv edilərək cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 10 mart 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı Fərid Abbasov tərəfindən qəbul edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi barədə 10 fevral 2023-cü il tarixli qərarı ləğv edilmiş, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və ibtidai istintaq aparılması üçün aidiyyəti üzrə İstintaq Şöbəsinə göndərilmişdir (i.v. 1-2); Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 19 yanvar 2023-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs3 10000 manat məbləğində pulu borc olaraq Təqsirləndirilən şəxs verməyi öz öhdəsinə götürmüşdür (i.v. 10); Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı Fərid Abbasov tərəfindən qəbul edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 10 fevral 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir (i.v. 14-15); cinayət işinin icraata qəbul edilməsi haqqında 10 mart 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi icraata qəbul edilməklə ibtidai istintaqı aparılmışdır (i.v. 20); zərərçəkmiş şəxs qismində tanınma haqqında 10 mart 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 25-26); Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 09 yanvar 2023-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs2 10000 manat məbləğində pulu borc olaraq Təqsirləndirilən şəxs verməyi öz öhdəsinə götürmüşdür (i.v. 46); zərərçəkmiş şəxs qismində tanınma haqqında 10 mart 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 53-54); şübhəli şəxsin tutulması haqqında 10 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:40-da Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 85-86); 11 mart 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs3 və Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (i.v. 93-96); 11 mart 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (i.v. 97-99); cinayət işi üzrə əməlin tövsif edilməsi barədə 11 mart 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir (i.v. 100); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 11 mart 2023-cü il tarixli qərardan görünür ki, X9 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 102-103); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-188/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 10 mart 2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir (i.v. 126- 132); Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 23 noyabr 2022-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs1 10000 manat məbləğində pulu borc olaraq Təqsirləndirilən şəxs verməyi öz öhdəsinə götürmüşdür (i.v. 151); hadisə yerinə baxış keçirilməsi haqqında 02 fevral 2023-cü il tarixli protokoldan görünür ki, baş vermiş cinayət hadisəsi ilə əlaqədar olaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mədəniyyət küçəsində yerləşən 16 saylı Notariat Ofisinə baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (i.v. 152-153); Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş 06 mart 2023-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş 10000 manat maddi ziyandan 2000 manatını almışdır (i.v. 166); zərərçəkmiş şəxs qismində tanınma haqqında 22 mart 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 173-174); 24 mart 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (i.v. 190-194); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 195); Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 11467812 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.2015-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası Əfsanə Məmmədovadır (i.v. 202); Sumqayıt “ASAN Xidmət” X4 tərəfindən verilmiş AZ-İV seriyalı 596088 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X5r (i.v. 203); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 30 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə yeni məzmunda ittiham elan edilmiş və barəsində ev dustaqlığı növündə qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, üzləşdirmə protokolları, hadisə yerinə baxış protokolu iş üzrə sübut növü kimi qiymətləndirilmişlər, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli notarius tərəfindən təsdiqlənmiş sənədlərin surətləri sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişlər, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178, 178.2.1, 178.3.2, 310 və 320.1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir (i.v. 203a-215); təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 30 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir (i.v. 217-218); Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilən ərizədən görünür ki, 09 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ona qarşı dələduzluq etməklə vurduğu 10000 manat məbləğində ziyanı ödəmişdir, buna görə də ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq aparılan icraata xitam verilməsini xahiş edir; Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilən ərizədən görünür ki, 23 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ona qarşı dələduzluq etməklə vurduğu 10000 manat məbləğində ziyanı ödəmişdir, buna görə də ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq aparılan icraata xitam verilməsini xahiş edir; Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə təqdim edilən ərizədən görünür ki, 19 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ona qarşı dələduzluq etməklə vurduğu 10000 manat məbləğində ziyanı ödəmişdir, buna görə də ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq aparılan icraata xitam verilməsini xahiş edir; "xxxx" ASC-nin 22 may 2023-cü il tarixli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə onun tərəfindən zərərçəkmiş şəxslərə vurulmuş ziyanın 25%-i olaraq 7500 manat məbləğində pul vəsaitini dövlət büdcəsinə ödəmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. 72-ci maddənin Qeyd hissəsinə əsasən bu Məcəllənin 72–73-2-ci maddələrində nəzərdə tutulan cinayət əməli iştirakçılıqla törədildiyi hallarda, zərərçəkmiş şəxsə dəymiş ziyan və bu Məcəllənin 73-1.2, 73-1.3 və 73-2.2-ci maddələrində nəzərdə tutulan dövlət büdcəsinə ödəniş cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə ödənilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə iclasında müdafiə tərəfi, yəni Təqsirləndirilən şəxs məhkəməyə müraciət edərək hal-hazırda törətdiyi cinayət əməli nəticəsində zərərçəkmiş şəxslərə vurduğu ziyanı tam olaraq ödədiyini, onların şikayət və tələblərinin olmadığını, həmçinin, vurulmuş ziyanın 25%-i həcmində dövlət büdcəsinə ödəniş etdiyini bildirərək barəsində başlanmış cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın ümumi məbləği 30000 manat olmuş, həmin məbləğ təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə tam şəkildə ödənilmiş və Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarı təşkil edən 7500 (yeddi min beş yüz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinə ödənilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, ittiham tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışdığını və dəymiş ziyanı tamamilə ödədiyini, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında hissəsini dövlət büdcəsinə ödədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət təqibinə xitam verilməli və o, həmin maddələr üzrə cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri xitam olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir iş üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39-41, 43, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələrində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-345/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-345/2023
30.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver