Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-345/2024 09.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - "Alyans" Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 1997-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sonuncunun ləğv edilmiş əlillik dərəcəsinin və pensiyasının bərpa etdirilməsinə köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 23 dekabr 2022-ci il tarixdə saat 11:40-da Bakı şəhəri, Yasamal rayonu ünvan 1 ünvanın qarşısında Zərərçəkmiş şəxs 2.500 manat, 28 dekabr 2022-ci İİ tarixdə saat 19:41-də ünvan 2 ünvanda quraşdırılmış “Milliön” terminalı vasitəsi ilə onun adına olan son 8 rəqəmi: 71554087 nömrəli “Leobank” kart hesabına köçürülmüş 500 manat, cəmi 3.000 manat pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs ümumilikdə 3.000 (üç min) manat miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində özünü tam təqsirli bilərək göstərmişdir ki, hazırda digər iş üzrə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinə əsasən barəsində Bakı Ağır Cinayətlər məhkəməsində baxılır. 2022-ci ilin dekabr ayında Şahid onunla danışan zaman demişdir ki, yaxın dostu Zərərçəkmiş şəxs xəstəliklə bağlı pensiya düzəltmək lazımdır. Həmin ərəfədə pula ehtiyacı olduğuna görə Şahid bildirmişdir ki, Zərərçəkmiş şəxslə görüşdürsün, özü sonuncu ilə danışıb pul alar. 2022-ci ilin dekabr ayının yadında qalmayan tarixində Şahid zəng edib Zərərçəkmiş şəxslə Xırdalan şəhərində olduğunu bildirib görüşə dəvət etmişdir. O da Şahid dediyi ünvana, yəni Abşeron rayonu Xırdalan şəhərində dəqiq yeri yadında qalmayan ünvanda yerləşən yeməkxanaya gedib Zərərçəkmiş şəxslə danışaraq 5.000 manat pul müqabilində ləğv edilmiş əlillik dərəcəsini və pensiyasını bərpa etdirə biləcək. Zərərçəkmiş şəxs də bir neçə günə 5.000 manat pulu düzəldib məlumat verəcəyini bildirmişdir. Danışıqlarından az müddət keçmiş Şahid zəng edib Zərərçəkmiş şəxs pulu düzəltdiyini bildirmişdir. O da 2022-ci ilin dekabr ayının 23-də saat 11:40 radələrində Bakı şəhəri, Yasamal rayonu, Zərdabi prospektində görüşə dəvət etmişdir. Göstərilən vaxtda və yerdə Zərərçəkmiş şəxs və Şahidla görüşüb idarə etdiyi “Hyundai Sonata" minik markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda Zərərçəkmiş şəxs 2.500 (iki min beş yüz) manat pulu götürüb sayaraq cibinə qoymuşdur. Onlardan ayrılandan 3-4 gün sonra Zərərçəkmiş şəxs zəng edib əliliyinin bərpa olunması üçün həkimə təcili 500 (beş yüz) manat pul çatdırmalı olduğunu demişdir. Zərərçəkmiş şəxs də uzaqda olduğunu, 500 manat pulu onlayn göndərə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs da "Leobank'’ bankı tərəfindən öz adına verilmiş son 8 rəqəmi 71554087 olan plastik kartının şəklini “WhatsApp” proqramı üzərindən Zərərçəkmiş şəxs göndərmiş, sonuncu da həmin kart hesabına 500 (beş yüz) manat pul köçürmüş və Zərərçəkmiş şəxs aldığı 3000 manat pulu öz maddi ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxs zəng edib əlilliyinin nə vaxt bərpa olunacağını xəbər alanda isə hər dəfə müxtəlif bəhanələr gətirərək vaxtı uzatmışdır. Zərərçəkmiş şəxs əvvəl pullarını alaraq ələ keçirdiyi şəxslərin şikayətləri əsasında 2023-cü ilin may ayının 22-də Səbail RPİ-nin müstəntiqi tərəfindən həbs edilmişdir. Hal-hazırda zərər çəkmiş şəxsə vurulmuş zərəri tam ödəmiş, onunla barışıq əldə etmişdir. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Eyni zamanda, iş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində qeyd olunmuşdur ki, törətmiş olduğu cinayət əməlində özünü təqsirli bilir, zərərçəkmiş şəxslə barışıq əldə etmiş, ona vurulmuş zərəri tam şəkildə ödəmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin dekabr ayının əvvəlində Şahid vasitəsi ilə tanımışdır. Şahid isə 2022-ci ilin dekabr ayının əvvəlində Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospektində yerləşən “Reno” avtomobil servisində avtomobilini təmir etdirən zaman tanımışdır. Şahid avtomobilini təmir edən zaman təqaüd düzəldilməsindən söz düşmüş və sonuncu demişdir ki, yaxından tanıdığı Təqsirləndirilən şəxs ləğv edilmiş əlilliyi və əlillik üçün ödənilən pensiyanı bərpa etdirə bilir. 2016-cı ildə 2-ci qrup əliliyi ləğv edildiyinə görə düşünmüşdür ki, Afiqin vasitəsi ilə əlilliyini bərpa etdirə bilər. Ona görə də bu barədə Afiqə demiş, sonuncu da Təqsirləndirilən şəxs zəng edib ləğv edilmiş əlilliyini bərpa etdirməsi barədə bildirmişdir. Təqsirləndirilən şəxs səhəri günü görüşə dəvət etmişdir. Səhəri günü təxminən saat 20:30 radələrində Şahid və Təqsirləndirilən şəxsla Abşeron rayonu, Xırdalan şəhəri Gənclər şəhərciyinin həyətində yerləşən kafedə görüşmüşlər. Təqsirləndirilən şəxsla Şahid demişlər ki, 5.000 (beş min) manat pul müqabilində 2-ci qrup əlilliyini bərpa etdirə bilərlər. O da inanıb razılaşmışdır. Əvvəlcədən razılaşmalarına əsasən 2022-ci ilin dekabr ayının 23-də saat 11:40 radələrində Şahid iş yerinə gedib əvvəlcə Afiqlə görüşüb demişdir ki, birdən Elcan aldadar. Afiq də Təqsirləndirilən şəxs düzgün adam olduğunu, əgər əlilliyini bərpa etdirməsə aldığı pulları özü qaytaracağını demişdir. O da Şahidla birlikdə Yasamal rayonu, ünvan 1 ünvanın yaxınlığında Təqsirləndirilən şəxsla görüşüb sonuncunun idarə etdiyi “Hyundai Azera” minik markalı, dövlət qeydiyyat nişanına baxmadığı avtomobilin sağ tərəf ön oturacağında, Elcan sükan arxasında Afiq isə sağ tərəf arxa oturacağında əyləşmişdir. Danışıqları zaman Elcana və Afiqə demişdir ki, hazırda 2.500 manat, əlilliyi bərpa olunandan sonra isə 2.500 manat pul verə bilər. Afiqlə Elcan da təklifi ilə razılaşmış və avtomobilin salonunda hamısı 100 nominalh olmaqla 2.500 (iki min beş yüz) manat pulu sayıb Elcana vermişdir. Elcan da 2.500 (iki min beş yüz) manat pulu sayıb cibinə qoyub əmin etmişdir ki, ləğv edilmiş 2-ci qrup əlilliyini və aldığı pensiyanı bir ay müddətində bərpa olunmasına köməklik edəcək. Bu hadisədən 3-4 gün keçəndən sonra Elcan zəng edib əlilliyin bərpa olunması üçün həkimə təcili 500 (beş yüz) manat pul çatdırmaq lazım olduğunu bildirmişdir. Həmin vaxt evdə olduğuna görə Elcan demişdir ki, 500 manat pulu köçürmək üçün bank kartının nömrəsini göndərsin. Elçan da “Leobank" bankı tərəfindən öz adma verilmiş son 8 rəqəmi 71554087 olan plastik kartın şəklini "WhatsApp” proqramı üzərindən istifadəsində olan telefona göndərmiş, o da 2022-ci ilin dekabr ayının 28-də saat 19:41-də ünvan 5 ünvanında yerləşən “Rövşən” marketdə quraşdırılmış “Milliön” elektron ödəmə sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs kart hesabına 500 (beş yüz) manat pul köçürmüşdür. Bu hadisədən bir neçə gün sonra Elcana zəng edib əlilliyini nə vaxt bərpa etdirəcəyini xəbər almış, sonuncu da yaxın günlərdə həll edəcəyini bildirsə də sonda zənglərinə cavab verməmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə Səbail RPİ-də həbs olunduğunu bilmişdir. Bu barədə Afiqə deyəndən sonra sonuncu hissə-hissə olmaqla 150 (yüz əlli) manat pul qaytarmışdır. Daha sonra yazılı şəkildə məhkəməyə bildirmişdir ki, halhazırda ona vurulmuş zərər tam olaraq ödənilmiş, təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Eyni zamanda, iş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi notarial təsdiq edilmiş ərizəsində qeyd olunmuşdur ki, hazırki cinayət işi üzrə ona dəymiş ziyan ödənilmişdir, Təqsirləndirilən şəxs heç bir şikayəti, tələbi yoxdur. Ona görə də, cinayət işi üzrə icraata xitam verilməsinə etiraz etmir. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid ifadəsində göstərmişdir ki, 5 ildir Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospektində yerləşən “Reno” avtomobil servisində elektrik ustası işləyir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs avtoservisə gələn müştəri kimi tanımışdır. Təqsirləndirilən şəxs müştəri kimi yanına gələndə özünü Xətai RPİ-nin əməkdaşı kimi təqdim etmiş, həmçinin yüksək vəzifəli yaxın qohumları olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs tez-tez işlədiyi avtoservisə müxtəlif markalı avtomobilləri gətərib təmir etdirmişdir. Ona görə də aralarında səmimi münasibətlər yaranmışdır. Bir dəfə Zərərçəkmiş şəxs avtomobilini təmir etdirən zaman Təqsirləndirilən şəxsla telefonda danışanda sonuncu demişdir ki, sənəd işləri ilə məşğuldur. Zərərçəkmiş şəxs də danışdığı şəxsin kim olduğunu xəbər alanda Təqsirləndirilən şəxs adlı şəxs olduğunu və sonuncunun öz deməsinə görə polis əməkdaşı olduğunu, eyniz zamanda yüksək vəzifəli qohumları olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs də demişdir ki, Təqsirləndirilən şəxs ləğv edilmiş əlilliyi və pensiyanı bərpa etdirə bilib- bilməyəcəyini xəbər alsın. O da Zərərçəkmiş şəxs yanında Təqsirləndirilən şəxs zəng edib ləğv edilmiş əlillik dərəcəsini və pensiyanı bərpa etdirə bilib-bilməyəcəyini xəbər almış, sonuncu da demişdir ki, həll edə bilər. O da bu barədə Zərərçəkmiş şəxs demişdir. Bu məzmunda danışdıqdan sonra Zərərçəkmiş şəxs demişdir ki, Elcanla onu görüşdürsün sonuncu ilə özü danışsın. O da Təqsirləndirilən şəxsla danışmış və səhəri günü yaşadğı evin yaxınlığında, yəni Abşeron rayonu, Gənclər şəhərciyində görüşmüşlər. Söhbət zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dinlədikdən sonra 5.000 (beş min) manat pul müqabilində ləğv edilmiş əlillik dərəcəsini və pensiyasını bərpa etdirə biləcəyini demişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, 5.000 manat pulun 2.500 manat hissəsini əvvəlcə verəcək, qalan 2.500 manat hissəsini isə iş düzələndən sonra verəcək. Təqsirləndirilən şəxs razılaşmışdır. Onların razılaşmağından sonra Ramilə demişdir ki, əvvəlcə Təqsirləndirilən şəxs polis əməkdaşı olub- olmadığını dəqiqləşdirsin pulunu sonra versin. 2022-ci ilin dekabr ayının sonunda axşam vaxtı Zərərçəkmiş şəxs zəng edib demişdir ki, Təqsirləndirilən şəxs verəcəyi 2.500 manat pulu hazır edib. O da Zərərçəkmiş şəxs demişdir ki, Təqsirləndirilən şəxs pulu verəndə videoya çəksin, ola bilər sonra lazım olar. Zərərçəkmiş şəxs demişdir ki, pulu yanında verər, o da Təqsirləndirilən şəxs pulu aldığını videoya çəkər. Səhəri günü işə gələndə Zərərçəkmiş şəxs zəng edib iş yerinin yaxınlığında, yəni Zərdabi prospektində yerləşən “Tiflis” restoranının yanında gözlədiyini bildirmiş və sonuncunun dediyi ünvana getmişdir. Ora çatanda Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs sonuncunun həmin yerə gəldiyi “Hyundai" minik markalı, dövlət qeydiyyat nişanına baxmadığı avtomobildə əyləşib danlışdıqlarını görmüşdür. Həmin vaxt avtomobilin sağ tərəf arxa oturacağında əyləşib Zərərçəkmiş şəxs 2.500 manat pulu sayıb Təqsirləndirilən şəxs verdiyi anı telefonu ilə videoya çəkməyə başlamışdır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 2.500 manat pulu verdiyi və sonuncunun da 2.500 manat pulu sayıb Zərərçəkmiş şəxs götürdüyü anı videoya çəkməsini onların ikisinində razılığı ilə çəkmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs avtomobilin salonunda hamısı 100 nominallı olmaqla 2.500 (iki min beş yüz) manat pulu sayıb Elcana vermiş, sonuncu da 2.500 (iki min beş yüz) manat pulu sayıb götürmüşdür. Bundan sonra onlardan ayrılıb işə getmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 2.500 manat pulu alanda demişdir ki, bir ay müddətində sonuncunun ləğv edilmiş əlilliyini və pensiyasını bərpa edilməsinə köməklik edəcək. Lakin sonradan Zərərçəkmiş şəxs zəng edib demişdir ki, Elcan işi uzadır. O da Zərərçəkmiş şəxs demişdir ki, polisə şikayət etsin. Zərərçəkmiş şəxs də Təqsirləndirilən şəxs şikayət etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 27 mart 2024-cü il tarixli cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, fakta görə CM-nin 178.1-ci maddəsilə ********* saylı cinayət işi başlanılmışdır; (i.v.1) - 15 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddə də nəzərdə tutulan ittiham ona elan edilmişdir; (i.v.84) - 09 aprel 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır; (i.v.18) - 16 may 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd CD disk iş üzrə əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir; (i.v.106) - 15 may 2024-cü il tarixli təqdim edilmiş CD diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, diskin yaddaşında olan görüntü “Hyundai” markalı avtomobilin salonunda təbii işıqlanma şəraitində qeydə alınmışdır. Videogörüntüdən görünür ki, Zərərçəkmiş şəxs adlı şəxs hamısı 100 manatlıq əskinazlar olan pulları sqayıb Təqsirləndirilən şəxs verir, sonuncu da pulları sayıb götürür. Təqsirləndirilən şəxs videodakı şəxsin özü olduğunu və videonun Şahid tərəfindən çəkildiyini bildirmişdir; (i.v.100) - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən alınmış 02 may 2024-cü il tarixli tələbnamədən görünür ki, hazırda Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM- nin 178.3.2-ci maddəsi ilə olan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə baxışı mərhələsindədir; (i.v.36-37) - Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi notarial təsdiq edilmiş ərizəsindən müəyyən olunur ki, hazırki cinayət işi üzrə ona dəymiş ziyan ödənilmişdir, Təqsirləndirilən şəxs heç bir şikayəti, tələbi yoxdur. Ona görə də, cinayət işi üzrə icraata xitam verilməsinə etiraz etmir. - Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən müəyyən olunur ki, törətmiş olduğu cinayət əməlində özünü təqsirli bilir, zərərçəkmiş şəxslə barışıq əldə etmiş, ona vurulmuş zərəri tam şəkildə ödəmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilənlərlə yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığından və ona dəymiş ziyanı tam şəkildə ödədiyindən, o, cinayət məsuliyyətindən azad olunmalı və onun barəsində cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələbinə müvafiq olaraq bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində digər cinayət işi üzrə seçilmiş “həbs” qətimkan tədbirinin seçilməsi nəzərər alınmalıdır. İş üzrə maddi sübut olan - bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırkı cinayət işində saxlanılmalıdır. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri "Alyans" Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 (əlli) saat iş saatına görə 300 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D I: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində digər cinayət işi üzrə seçilmiş həbs qətimkan tədbirinin olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınan - bir ədəd disk və dövlət nəfinə ödəniş qəbzi cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri "Alyans" Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 50 (əlli) saat üçün nəzərdə tutulan 300 (üç yüz) manat pul ödənilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-345/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-345/2024
09.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver