Məhkəmə qərarları › İş №1(011)-346/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-346/2021

23.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-346/2021 23.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, 25 avqust 1997-ci ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Dəmirçi kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən sübutların məcmusuna əsasən təqsirləndirilir ondan ötrü ki, o, “tap.az” internet səhifəsində yerləşdirilmiş elanlar vasitəsi ilə iş axtaran xx.xx.2002-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Zərərçəkmiş şəxs İlə tanış olub işə düzəltmək adı ilə görüşərək kirayədə yaşadığı Bakı şəhəri, Xətai rayonu, A,Ələsgər küçəsi, 2A nömrəli evin, 6-cı mənzilinə getməklərinə əvvəlcədən razı salmış, 06.04.2021-ci il tarixdə, saat 15 radələrində ünvan 2 ünvanına gəldikdə, Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmuş, sonuncunun cinsi aktdan sonra bu barədə ailə üzvlərinə məlumat verəcəyindən şübhələnərək, özünə məxsus olan “Samsung” markalı, 070 ***-**-** nömrəli mobil telefonunun videokamerası ilə sonuncunun çılpaq vəziyyətdə videosunu çəkərək Zərərçəkmiş şəxs aid şəxsi həyatın sirri olan məlumatı əks etdirən videoçəkiliş materialını qanunsuz toplamış, həmin gün Aynur Həşirnovanın qayınanası Şahid1 ilə telefon vasitəsilə danışan zaman gəlinı Zərərçəkmiş şəxs ilə könüllü cinsi əlaqədə olduqlarını bildirərək, dəlil olaraq qeyd olunan videogörüntünü “vatsapp” tətbiqetməsi vasitəsilə Şahid1 istifadəsində olan 055 ***-**-** mobil nömrəsinə göndərməklə, Zərərçəkmiş şəxs aid şəxsi həyatın sirri olan məlumatı əks etdirən videoçəkiliş materialını yayaraq başqasına vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, Bakı şəhərində ətir mağazası işlədir. Həmin mağaza Həzi Aslanov metrostansiyasının yanında “Neptun Market”in içərisindədir. O, “Tap.az" səhifəsində öz ətir dükanı üçün satıcı axtarmağı ilə bağlı elan yerləşdirmişdir. Bununla bağlı 2021-ci ilin mart ayının sonlarında bir nəfər qız ona “whatsapp" vasitəsilə yazmış və işə düzəlmək istədiyini bildirmişdir. Qız ona danışığı zamanı bildirmişdir ki, iş elanı ilə bağlı təxminən 7-8 ay əvvəl də ona müraciət etmişdir. Lakin həmin vaxt həmin xanımın, yəni Aynurun əri işləməyinə imkan verməmişdir. Bunu dedikdə o, Aynurun şəklinə baxmış və yadına düşmüşdür ki, həqiqətən də o, Aynurla aylar əvvəl bır dəfə də danışmışdır. Söhbətləri zamanı Aynur ona bildirmişdir ki, bu dəfə fikri qətidir və mağazada satıcı işləməyə razıdır. O, Aynura bildirmişdir ki, bir gün onu dəvət edəcək gəlib işə başlayar. O, Aynura demişdir ki, əri və ya qaynanası ilə birlikdə gələr. Bundan sonra onların yazışmaları davam etmiş və bir neçə gün onlar Aynurla mütəmadi yazışmışdır. Artıq onların söhbəti işdən kənara çıxmış, onlar şəxsi münasibətlər qismində söhbət edirmişdirlər. Aynur söhbətlərində ona ailəsindən və ərindən çox narazı olduğunu, boşanmaq istədiyini, lakin valideynlərinin buna imkan vermədiyini bildirmişdir. O da Aynura ailə həyatının ürəyincə olmadığı təqdirdə boşanmalı olduğunu tövsiyyə etmişdir. Bundan sonra onların söhbətləri olduqca səmimiləşmiş və onlar artıq bir neçə gün sevgili kimi söhbət etmişdir. 06.04.2021-ci İl tarixdə o, Aynurla qərarlaşdırmışdır ki, sonuncu onun mağazasına gəlsin, orada görüşsünlər. 05.04.2021-ci il tarixdə Aynur ona bildirmişdir ki, telefonunu versin, onun qaynanası ilə də danışıb ona izah etsin ki, Aynurun işləməsinə icazə versinlər, narahat olmasınlar. O da, Aynurun qaynanası ilə telefonla danışaraq mağazanın yerini bildirmiş və Aynuru satıcı kimi işə götürmək istədiyini demişdir. Qaynanası da onunla normal danışmış, hətta ona bildirmişdir ki, iş olsa ona da xəbər edər. Bundan bir gün sonra, yəni 06.04.2021-ci il tarixdə Aynur ona yazmışdır ki, gəlir mağazaya, görüşüb işi müzakirə edərlər. Lakin ona bildirmişdir ki, tək gəlmir, baldızı ilə gəlir. Bir müddət sonra baldızını geri evə göndərəcəyini və ikisi qalıb rahat söhbət edə biləcəklərini bildirmişdir. Belə də olmuş, Aynur baldızı ilə mağazaya gəlmiş və bir müddət sonra baldızı geri qayıtmış, Aynurla o, mağazada qalmışdır. Aynur bundan sonra ona demişdir kİ, baldızını yola salıb qayıtdıqdan sonra gəlib onu oradan götürər ki, satıcılar şübhələnməsin, ona deyər ki, gedib sabah gəlib işləyər. Bundan sonra o, Aynura demişdir ki, əvvəl də danışdıqları kimi görüşüb evə getsinlər. Aynur da razılaşmışdır. O, mağazanın qarşısında Aynurla birlikdə taksiylə yaşadığı evə gəlmişdir. Aynur yolboyu da evə getməklərinə heç bir etiraz bildirməmiş, çünki evə getməyi onlar əvvəlcədən razılaşmışdırlar. Aynurla birlikdə yaşadığı ünvan 3 ünvanına qalxmışdırlar. Bundan sonra Aynura demişdir ki, soyuducuda meyvə və sərin sular var, onları gətirsin yeyib-içsinlər. Aynur da belə etmiş, su və meyvələri götürüb gətirmişdir. Bundan sonra Aynur bir qədər xalası və ailəsi haqqında, uğursuz ailəsi haqqında danışmışdır. Bundan sonra Aynur gedib əl-üzünü yumuşdur ki kosmetikası silinsin. O, həmin vaxt 1 stəkan çaxır içmiş, Aynur İsə “coca-cola” içmişdir. Bundan sonra Aynurla birlikdə yataq otağına keçmişdirlər. Aynur özü öz paltarlarını soyunub səliqəli formada paltar dolabçasının üstünə sərmişdir. O da, öz paltarlarını soyunmuşdur. Bundan sonra onlar Aynurla müxtəlif üsullarla cinsi əlaqədə olmuşdurlar. Bundan sonra onlar hər ikisi durub hamam otağında yuyunmuş və otaqda oturub bir qədər də söhbət etmişdir. Aynur söhbət zamanı demişdir kı, köçüb xalasıgildə qalmaq istəyir. Ara-sıra Aynur kiminiəsə telefonla yazışmışdır. Bundan sonra o, Aynurun kefinin pozulduğunu hiss etmişdir. Aynur bir qədər sonra ona demişdir ki, qaynanası ilə zəng edib danışsın, narahat olmasınlar. O da, öz nömrəsi ilə yığıb Aynurun qaynanası ilə danışmış və bildirmişdir kı, narahat olmasın, Aynur işdədir, bir qədər sonra evə gələcəkdir. Daha sonra o, yenidən yataq otağına keçib uzanmışdır. Bu zaman eşitmişdir ki, digər otaqdan Aynurun telefonuna zəng gəlir. Həmin vaxt o, öz telefonunu çıxarıb Aynurun otağa daxıl olmağını videoya çəkmişdir. Aynur bu zaman ona demişdir ki, təxminən ya əri ya da xalasıdır zəng edən. Aynur zəngə cavab verməmiş və telefonu kənara qoyub yanında gəlib uzanmış və onlar yenidən könüllü olaraq cinsi əlaqədə olmuşdurlar. O, yenidən gedib yuyunmuş, Aynur isə yuyunmamışdır. Əyinlərini geyinmişdirlər. Bu zaman yenə Aynur telefonla yazışırmış. O, artıq şübhələnib Aynurdan bayaqdan kiminlə yazışdığını soruşmuşdur. Bundan sonra Aynur ona demişdir ki, əri hər şeyi bildi, burada onunla cinsi əlaqədə olduğunu da. O, Aynurdan nə üçün bunu ərinə dediyini soruşmuşdur. Onlar daha sonra həyətə düşmüş, bir qədər yuxarı getdikdən sonra sağollaşmış, o, piyada oradan öz mağazasına getmişdir. Daha sonra ona Aynurun telefonundan zəng gəlmiş, telefonu açdıqda ona bir tanımadığı oğlan demişdir ki, yoldan keçən zaman telefonun sahibi xanımın ağladığını görmüş, ona görə yığıb ondan soruşur. O isə bildirmişdir ki, qızın ya atasına ya da ərinə yığsınlar, o, qızın heçnəyi deyil. Daha sonra o, mağazada olduqda ona qaynanasının nömrəsindən zəng gəlmiş və Aynurun qaynanası ona təhqirlər yağdırmışdır ki, niyə Aynuru zorlayıb. O isə Aynuru zorlamadığını sübut etmək üçün Aynurun evdə çılpaq halda çəkdiyi videogörüntüsünü Aynurun qaynanasına göndərmişdir. Videoya baxdıqdan sonra qaynanası ona zəng edib demişdir ki, gəlininin heç bir günahı yoxdur. Daha sonra o, sübut üçün Aynurla bir neçə günlük yazışmalarının şəklini də ona göndərmişdir. Bundan sonra Aynurun qaynanası onu, o da Aynurun qaynanasının nömrəsini bloka atmışdır. O, Aynurun sonradan ondan ərinə şikayət edəcəyindən şübhələndiyi üçün videonu çəkdiyini, daha sorna Aynurun qaynanası ona deyəndə ki, gəlinini zorlayıb, günahının olmadığını sübut etmək üçün qaynanasına videogörüntünü göndərdiyini bildirmişdir. Aynurdan əvvəl bir dəfə də başqa bir tanışı qızı həmin evə apardığını demişdir. O, Aynuru zorlamadığını, aralarında baş verən hər şeyin könüllü baş verdiyini, bu barədə yazışmaları da təqdim etdiyini bildirmişdir. Könüllü cinsi əlaqədə olduqlarını və bir- birlərinə xəsarət yetirmədiklərini demişdir. Hadisə barədə heç kimə heç nə demədiyini, Aynurla bu ilk görüşləri olduğunu demişdir. Psixi və ruhi heç bir xəstəliyinin olmadığını, bununla əlaqədar da heç vaxt müalicə almadığını bildirmişdir. Narkotik vasitələrdən istifadə etmədiyini, bu barədə heç vaxt müalicə almadığını, bəzən spirtli içkilər qəbul etdiyini, hadisə zamanı da sərxoş olmadığını bildirmişdir. 070 ***-**-** mobil nömrəsindən İstifadə etdiyini bildirmişdir. Törətdiyi cinayət əməlindən hazırda peşman olduğunu bildirərək və ərizə ilə məhkəməyə müraciət edərək, barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının tətbiq edilməsini və cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi ərizəni müdafiə edərək, Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının tətbiq edilməsini və cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Dövlət ittihamçısı Təqsirləndirilən şəxs barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının tətbiq edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, 2018-ci il tarixdə Şahid2 adlı şəxslə ailə qurmuş, birgə nikahlarından qız övladı vardır. Faiq ilə bir-birlərini sevdikləri üçün qoşulub qaçmış, daha sonra ailələrinin razılığı əsasında ailə qurmuşdur. Ailə qurduqdan 1-2 ay sonra əri ilə və ərinin valideynləri ilə arada narazılıqlar, yola getməməklər başlamışdır. Belə ki, onlar Aynura öz gəlinləri olaraq yaxşı qayğı göstərməmişdir. Lazım olduqda paltar almır, lazım olan digər əşyalarını qaynanası almağa qoymurmuş. Sanki özlərinə pul xərcləsələr də, ona pul xərcləməyə əlləri gəlmirmiş. Qaynanası əri, baldızı və özü birlikdə bir evdə yaşamışlar. O, təxminən 03.04.2021-ci ıl tarixdə internet vasitəsilə iş elanlarına baxmışdır. Bu zaman bir ətir dükanında işçi tələb olunduğunu görmüş və nömrəni götürüb “vatsapp” vasitəsilə yazmışdır ki, işə düzəlmək istəyir. Həmin nömrəni telefonuna qeyd edən zaman, profil şəklinə baxdıqda görmüşdür ki, həmin adam ona tanışdır, belə ki, 1 il əvvəl də o, iş axtaran zaman həmin adamın iş elanını görüb müraciət etmiş, lakin həmin vaxt qaynanasıgil razı olmadığı üçün işə düzəlməmişdir. Yəni həmin oğlanın nömrəsinə təsadüf nəticəsində yenə müraciət etmişdir. Həmin adamla söhbət edib mağazasının harada yerləşdiyini soruşduqda, ona bildirilmişdir ki, ətir mağazası Həzi Aslanov metrostansıyası yaxınlığında yerləşən “Neptun” marketin içərisindədir, O isə telefonla danışan oğlana bildirmişdir ki, Həzi Aslanov ona uzaq ərazidir, əgər Nərimanov rayonu ərazisində mağazası varsa, orada satıcı işləmək istəyər. Ayxan adlı həmin şəxs isə ona demişdir ki, hazırda Nərimanov rayonu ərazisində mağaza yoxdur, amma 1 həftəyə təxminən orada mağaza açaçaqdır. O, isə Nərimanov rayonu ərazisində mağaza açıldığı zaman gedib orada işləyəcəyini demişdir. Həmin ərəfələrdə isə əri Faiqlə evdə münasibətləri həddən artıq kəskinləşmiş, evdə mütəmadi ailədaxili münaqişələri olurmuş. Həmin günlərdə Ayxan ona bir dəfə yazmışdır ki, “bır etiraf etmək istəyirəm, səndən xoşum gəlir”. O isə bildirmişdir ki, ailəli adamdır, övladı var, onunla sevgili ola bilməz. Bundan bir neçə gün sonra onlar ara-sıra Ayxanla yazışmağa davam etmişdir. Həmin günlərdə əri ilə ailədaxili problemlərdən sıxıldığı üçün “vatsapp”da duruma qəmli şəkillər qoymuşdur. Ayxan da bunun səbəbini ondan yazıb soruşduqda, o, sanki dərdini danışmağa adam axtarmış kimi Ayxana ailə problemlərini danışmışdır. Ayxan isə ona xeyli söhbət edərək bildirmişdir ki, əgər ailəsi ürəyincə deyilsə, boşansın, o, Aynuru qəbul edər, gələcəkdə evlənər, necə istəyirsə elə də münasibətləri olar. O isə bunun mümkün olmadığını bildirmiş və ona hələ tam inanmadığını demişdir, Ayxan ona hətta boşanmaq üçün vəkil də tuta biləcəyini demişdir. O isə övladına görə boşanmaq istəmədiyini bildirmişdir. Ayxana demişdir ki, elə yaxşısı işçi-müdir münasibətində qalsınlar. Ayxanla bir neçə gün söhbət etdikdən sonra, ona bildirmişdir kİ, qaynanası yenə işləməyinə razılıq vermir. Ayxana demişdir ki, telefonunu versin qaynanası ilə danışsın, ondan razılıq alsın ki, işə düzəlməyə icazə versin. Aynur Ayxana tapşırmışdır ki, qaynanası ilə yazışsa və ya danışsa, onun adını çəkəndə işçi-müdir formasında rəsmi danışsın, bilməsinlər ki, onlar səmimi yazışırlar. Bundan sonra belə də olmuş, Ayxan qaynanası ilə danışmış və qərara almışdırlar ki, o, Həzi Aslanovdakı mağazaya bir neçə gün gedib işi öyrənsin. Qaynanası onu ora göndərəndə öz qızını və qızının rəfiqəsini də onunla birlikdə göndərmişdir. X3 mağazaya çatdıqda Ayxan onları qarşılamış və o, orada ətir dükanında oturub satış dəftərində qiymətlərə baxmışdır. Bu zaman Ayxan gəlib demişdir ki, qaynanası zəng edib deyir ki, baldızı ilə rəfiqəsini evə qaytarsın, ev işlərinə kömək etməlidirlər. O da razılaşmış, demişdir getsinlər. Lakin Ayxana tapşırmışdır ki, baldızıgili özü şəxsən aparsın ki, arxayın olsun ki, getdilər və Ayxanla rahat söhbət edə bilsin. Ayxan Aynurun baldızıgİli avtobusa mindirmiş və sonra yenidən mağazaya qayıtmışdır. Lakin mağazaya girməmiş ona zəng etmişdir kİ, çıxsın çölə getsinlər evə. O isə Ayxana demişdir ki, onunla evə gedə bilməyəcək, gəlsin içəridə danışsınlar. Lakin Ayxan demişdir kı, gedib evdə danışsınlar, onsuz da bu sırf işlə bağlı danışıqdır. O, mağazadan çölə çıxıb Ayxana bir daha bildirmişdir ki, onlar sevgili ola bilməz, ailəlidir, qorxur belə şeydən. Bundan sonra Ayxan onun telefonu ilə qaynanasına yığıb demişdir ki, Aynuru yola salır gəlsin evə. Bundan sonra Ayxan taksi çağırmış və onlar taksiyə oturmuş, o, taksidə arxada oturmuş, Ayxan isə qabaqda sürücünün yanında. Yolda olan zaman görmüşdür ki, onların evinə tərəf getmir taksi. Lakin bir söz deməmişdir. Taksidən düşdükdən sonra o, Ayxana demişdir ki, “nə üçün başqa yerə gətirdin məni”? Ayxan isə bildirmişdir ki, evdən ətirlərin yazılı siyahısını götürüb düşüb ona verəcəkdir ki, öyrənsin. Ona təklif etmişdir ki, “gəl sən də mənimlə qalx“. O, isə bildirmişdir ki, aşağıda gözləyəcəkdir. O, həyəcanlananda və gərgin olanda beyni qarışdığını, gözü qaraldığını, özünü itirdiyini bildirmişdir. Həmin vaxt da elə olmuşdur. Bir də gözünü açdıqda görmüşdür ki, Ayxanla evdə yataqda cinsi əlaqədə olurlar. Bu zaman Ayxanı itələyib özündən uzaqlaşdırmışdır. Həmin vaxt telefonuna da zəng gəlirmiş. Telefonunu götürüb gətirmiş, Ayxana da demişdir kı, anası zəng edir, ona hər şeyi danışacaqdır. Sən demə Ayxan bu zaman onu çılpaq halda mobil telefonunun kamerası ilə videoya çəkirmiş. Ayxan ona demişdir ki, anasına zəng edib desin ki, hər şey yaxşıdır, yoxsa video görüntüsü onda var. O da, anasına məcbur qalıb demişdir ki, işdədir, hər şey yaxşıdır. Ayxan isə ona demişdir ki, onun videogörüntüsü onda var, kiməsə nəsə desə videoları göstərəcəkdir ki, Aynur könüllü onunla cinsi əlaqədə olub. Bundan sonra o, telefonunu Ayxandan alıb ərinə yazmışdır ki, müdir onu evinə gətirib zorlayır. Bundan sonra Ayxan onunla həm iradəsi ziddinə təbii yolla, həm qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Daha sonra Ayxan demişdir ki, durub geyinib getsinlər. O isə demişdir ki, getməyəcək, qoy əri gəlsin hər şeyi görsün. Bundan sonra Ayxan pəncərəni göstərib demişdir ki, özünü öldürmək istəyirsə atsın pəncərədən aşağı. Daha sonra telefonunu da götürüb getmişdir. Bundan sonra o, Ayxanın arxasınca gedib telefonunu istəmişdir, Ayxan isə demişdir ki, telefonu verir, amma olanlar barədə kiməsə desə və o istədiyi zaman gəlib onunla cinsi əlaqədə olmasa bu video və şəkilləri tanışlarına göndərəcəkdir. Bundan sonra onlar evdən çıxıb həyətə düşmüş və Ayxan orada ona metro olan istiqaməti göstərib özü çıxıb getmişdir. O, atası ilə danıışıb olduğu yeri təxmini atasına demişdir. Bir müddət sonra atası və əri ora gəlmişlər. Hadisəni onlara danışmış, atası da “102” xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Daha sonra polislər gələrək məsələni araşdırmağa başlamışdır. Ayxanın ona evlənəcəkləri ilə bağlı vədlər verdiyini və onu zorladığını demişdir. Cinsi əlaqədə olan zaman qolları və sinəsi xəsarət aldığını bildirmişdir. Ayxanın onu zorladığı zaman qışqırdığını, lakin onu heç kimin eşitmədiyini, paltarsız olduğu üçün də evdən qaçıb getmədiyini demişdir. Hadisə ilə əlaqədar Ayxandan şikayətçi olduğunu bildirmişdir. Göstərilənlərə əsasən, iş üzrə ədalətli və qanuni qərar qəbul olunmasını xahiş etdi. Həmçinin, Təqsirləndirilən şəxs barəsində amnistiya aktının tətbiq edilməməsini xahiş etdi. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş və 06.04.2021-ci il tarixdə istintaqa təqdim edilən 01 ədəd qara rəngli cins şalvar, 01 ədəd qara rəngli uzunqol-papaqlı idman jaketi, 01 ədəd üzərində qara rəngli gül bəzəkləri olan ağ rəngli qolsuz mayka, 01 ədəd boz rəngli tuman, 0l ədəd boz rəngli büstqalter və Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı 01 ədəd mobil telefon iş üzrə maddi sübut qismində tanınmış və sahiblərinə qaytarılmış, həmçinin, bir ədəd DVD formatlı disk iş üzrə maddi sübut kimi tanınaraq, hazırki cinayət işində saxlanılmışdır. İş materiallarından görünür ki, 16 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 07 may 2021-ci il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barəsində heç bir məlumat yoxdur. Beləliklə, aparılmış məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi, eləcə də işin tədqiq olunmuş digər materialları ilə sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini və barəsində amnistiya aktının tətbiq edilməsinə dair ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilməli, o, cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsində şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılmasına görə cinayət məsuliyyəti nəzərdə tutulmuş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, həmin cinayət böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aiddir. Eyni zamanda, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə görə, məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 14-cü bəndinə görə, bu Qərarın 8-ci və 9-cu hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək cinayət törətmiş şəxslər barəsində tətbiq edilir. “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 23.5-ci bəndinə görə, bu Qərarın 2.5-ci, 2.12-ci, 2.13-cü və 3.2-ci bəndlərində, 4-cü, 5-ci, 6-cı və 9-cu hissələrində nəzərdə tutulan şəxslər barəsində amnistiya Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası Məcəllələrinin tələblərinə uyğun olaraq məhkəmələr tərəfindən tətbiq edilir. “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 28-ci bəndinə görə, birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.3-cü maddəsinin tələbinə görə, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinin təsiri altına düşür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən, amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının tətbiq edilməsi, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət təqibinə xitam verilməsi məqsədəuyğundur. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınan - Təqsirləndirilən şəxs istifadəsində olan bir ədəd “Samsung” markalı mobil telefonun sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınan - Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş və 06.04.2021-ci il tarixdə istintaqa təqdim edilən 01 ədəd qara rəngli cins şalvar, 01 ədəd qara rəngli uzunqol-papaqlı idman jaketi, 01 ədəd üzərində qara rəngli gül bəzəkləri olan ağ rəngli qolsuz mayka, 01 ədəd boz rəngli tuman, 01 ədəd boz rəngli büstqalterin sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınan - bir ədəd DVD formatlı disk hazırki cinayət işində saxlanılmalıdır. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 39.1.12, 43.3, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan dilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-cı il tarixli qərarı tətbiq edilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınan - Təqsirləndirilən şəxs istifadəsində olan bir ədəd “Samsung” markalı mobil telefonun sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınan - Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş və 06.04.2021-ci il tarixdə istintaqa təqdim edilən 01 ədəd qara rəngli cins şalvar, 01 ədəd qara rəngli uzunqol-papaqlı idman jaketi, 01 ədəd üzərində qara rəngli gül bəzəkləri olan ağ rəngli qolsuz mayka, 01 ədəd boz rəngli tuman, 01 ədəd boz rəngli büstqalterin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınan - bir ədəd DVD formatlı disk hazırki cinayət işində saxlanılsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar