Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-346/2022 11.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, Güləliyev Rahil Oqtay oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı Şəhər Şöbəsinin prokuroru X3, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs1, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxx 1967-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, tanışı X15 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə, Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yeni yaşayış massivində olan torpaq sahəsinin ona məxsus olduğuna inandırıb etibarından sui istifadə edib aldadaraq, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində, 31 saylı notariat ofisində sonuncu Təqsirləndirilən şəxs kart hesabına 10.500 (on min beş yüz) manat pulu köçürmüş və həmin tarixdə Zərərçəkmiş şəxs1 hüquqverən rəsmi sənədləri, yəni Sabunçu rayonu, Maştağa qəsəbə nümayəndəliyi adından 14 nömrəli qərardan çıxarışın və yerləşmə sxeminin saxta surətlərini təqdim etməklə, aldadıb ələ keçirərək, Zərərçəkmiş şəxs1 ümumilikdə 10.500 (on min beş yüz) manat məbləğində pulu vahid niyyətlə ələ keçirərək, xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tanışı X15 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə, Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yeni yaşayış massivində 0,02 ha torpaq sahəsinin ona məxsus olduğuna inandırıb, etibarından sui-istifadə edib aldadaraq, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində 31 saylı notariat ofisinin qarşısında, sonuncudan 3500 (üç min beş yüz) manat pulu almış və həmin tarixdə Zərərçəkmiş şəxs2 hüquqverən rəsmi sənədi, yəni Sabunçu rayonu, Maştağa qəsəbə nümayəndəliyi adından xx.xx.1997-ci il tarixli 11 nömrəli çıxarışın və həmin torpaq sahəsinə dair yerləşmə sxeminin saxta surətlərini təqdim etmiş, daha sonra xx.xx.2021-ci il tarixdə 300 manat məbləğində pulu "xxxx" ASC-nə aid, nömrəsi 4203 82** **** 6597 olan 3801000GB9274414A76 kart hesab nömrəsinə köçürmək yolu ilə aldadıb ələ keçirərək, Zərərçəkmiş şəxs2 ümumilikdə 3800 (üç min səkkiz yüz) manat məbləğində pulu vahid niyyətlə ələ keçirərək, maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tanışı X15 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə, Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yeni yaşayış massivində 0,017 ha torpaq sahəsinin ona məxsus olduğuna inandırıb, etibarından sui istifadə edib aldadaraq, xx.xx.2021-ci il tarixdə Xəzər rayonu, Binə qəsəbəsi ərazisində 31 saylı notariat ofisinin qarşısında sonuncudan 3000 (üç min) manat pulu almış və həmin tarixdə Zərərçəkmiş şəxs3 hüquqverən rəsmi sənədi, yəni Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbə nümayəndəliyi adından xx.xx.1997-ci il tarixli 11 nömrəli çıxarışın saxta surətini təqdim etməklə, aldadıb ələ keçirərək, Zərərçəkmiş şəxs3 3000 (üç min) manat məbləğində pulu vahid niyyətlə ələ keçirərək, maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tanışı X15 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə, Zərərçəkmiş şəxs4 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Atçılıq yeni yaşayış massivində olan torpaq sahəsinin ona məxsus olduğuna inandırıb, etibarından sui-istifadə edib aldadaraq, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Atçılıq yeni yaşayış massivində beh kimi 200 manat pulunu, xx.xx.2022-ci il tarixdə Xəzər rayonu, Binə qəsəbəsi ərazisində 31 saylı notariat ofisində sonuncu Təqsirləndirilən şəxs kart hesabına 6400 (altı min dörd yüz) manat pulu köçürmüş və həmin tarixdə Zərərçəkmiş şəxs4 hüquqverən rəsmi sənədləri, yəni Abşeron rayon İcra Hakimiyyəti adından xx.xx.1999-cu il tarixli 096 nömrəli sərəncamdan çıxarışın və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin xx.xx.2003-cü il tarixli 28 nömrəli əmrdən çıxarışın saxta surətlərini təqdim etməklə, aldadıb ələ keçirərək, Zərərçəkmiş şəxs4 ümumilikdə 6600 (altı min altı yüz) manat məbləğində pulu vahid niyyətə ələ keçirərək, xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tanışı X15 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə, Zərərçəkmiş şəxs5 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə Sovxozu ərazisində torpaq sahəsinin ona məxsus olduğuna inandırıb, etibarından sui-istifadə edib aldadaraq, xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanda yerləşən 18 saylı notariat ofisində sonuncudan 12.000 (on iki min) manat pulu almış və həmin tarixdə Zərərçəkmiş şəxs5 hüquqverən rəsmi sənədi, yəni X4 adından xx.xx.1990-ci il tarixli 428 nömrəli əmrdən çıxarışın saxta surətini təqdim etməklə, aldadıb ələ keçirərək, Zərərçəkmiş şəxs5 ümumilikdə 12.000 (on iki min) manat məbləğində pulunu vahid niyyətlə ələ keçirərək, xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən yaşayış sahəsində ailəsi ilə birlikdə yaşayır. 2015-ci ildə tanışı Nazim adlı şəxsin ona 3000 ABŞ dolları borcu olmuşdur. Nazim ona olan borcunu qaytara bilmədiyi üçün, Sabunçu rayonu, Savalan yaşayış massivində müxtəlif yerlərdə torpaq sahələrini göstərmiş və bildirmişdir ki, həmin torpaq sahələri ona məxsusdur və pul əvəzi ona vermişdir. Həmin vaxtlar ona verdiyi torpaq sahələri boş sahələr olmuş, heç bir tikinti və ya hasarlama işləri olmamışdır. Nazim torpaq sahələrinə dair onun adına sənədləşdirilən Sabunçu Rayon İcra Hakimiyyətinin Maştağa qəsəbə nümayəndəliyi aparatının qərarından çıxarışı əsasında 1200 kv.metr torpaq sahəsinin ayrılması haqqında sənədi vermişdir. Bundan başqa, bir nəfər tanışı da ona X6 adına Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş sərəncamdan çıxarışa əsasən, 0,10 ha torpaq sahəsinin ayrılması haqqında sənədləri vermişdir. Son vaxtlar maddi vəziyyəti yaxşı olmadığına görə, Emin və Arif adlı makler kimi tanıdığı şəxslərə həmin torpaq sahələrini satmaqda ona köməklik etməyi xahiş etmişdir. Bunun müqabilində onlara xidmət haqqı olaraq pul ödəməli idi. Belə ki, Emin həmin torpaq sahələrini sosial şəbəkələrdə elan verərək yerləşdirmişdir. Müştərilər Emin adlı maklerlə əlaqə saxlamış və o, da həmin müştəriləri ona yönəltmişdir. O, müştərilərlə görüşüb razılaşmış və sənədləşdirdikdən sonra, maklerlərinin də xidmət haqqını ödəmişdir. Lakin, Emin və Arif adlı maklerlər onun müştəriləri aldadıb, torpaq sahələri satmağını bilməmişdirlər. Belə ki, həmin şəxslər torpaq sahələrinin ona məxsus olmadığını bilməmişdirlər. Emin adlı makler heç bir müştəridən pul almamışdır. Digər makler Arif adlı şəxs isə ona köməklik etmişdir. Belə ki, Arif Novruzov müştərilərlə birlikdə Binə qəsəbəsində yerləşən 31 saylı notariat ofisinə getmiş və alqı-satqı olduqdan sonra, Arifin də pulunu verib yola salmışdır. Həmçinin, 2021-ci ilin oktyabr ayında Emin ona zəng vurub bildirmişdir ki, “müştəri tapıb, gedib Maştağa qəsəbəsində yerləşən Savalan yaşayış massivindəki yerini göstərmiş, müştəriyə 4500 manat pul demiş, lakin müştərinin pulu az olduğuna görə, mümkündürsə qiyməti münasib etsin ki, alsınlar, razıdırsa Binə qəsəbəsində yerləşən 31 saylı notariat ofisinə gedib, orada sənədləşdirsinlər”. O, da bildirmişdir ki, gəlsinlər, orada 4000 manata razılaşarlar. Həmin gün o, Binə qəsəbəsində yerləşən 31 saylı notariat ofisinin qarşısında Arif, Emin və həmin müştəri ilə birlikdə görüşmüşlər. Xanım adlı müştəri 3500 manat Arifə vermiş və 500 manatı çatmadığına görə 10 gün müddətinə verəcəyini bildirmişdir. Beləliklə, etibarnaməni təsdiq etdirmiş və etibarnamədən əlavə Sabunçu Rayon İcra Hakimiyyətinin Maştağa qəsəbə nümayəndəliyi aparatının qərarından çıxarışı, ərizə və torpaq sahəsinin yerləşdiyi yerin sxeminin surətlərini notariat ofisindən çıxdıqdan sonra, Xanıma təqdim etmişdir. Ondan sonra müştəri getmiş, Eminin və Arifin xidmət haqqını verib yola salmışdır. Bundan başqa, Elmin adlı şəxs onun mobil nömrəsini sosial şəbəkədə elanda görüb, zəng vuraraq, torpaq sahəsi almaq istədiyini bildirmiş və ona Savalan yaşayış massivi ərazisində 1,7 sot torpaq sahəsi olduğunu bildirmişdir. Onlar 2021-ci ilin oktyabr ayının əvvəlində Savalan yaşayış massivində görüşmüşlər. Arifə zəng vurmuşdur ki, o, da həmin yerə gəlsin. Görüşüb birlikdə həmin torpaq sahəsinə baxmış və orada torpaq sahəsini 3000 manata alqı-satqısını, sənədləşmə işlərinə görə isə 200 manata razılaşmışlar. Razılaşmadan sonra birlikdə Binə qəsəbəsində yerləşən 31 saylı notariat ofisinə getmiş və orada Elmin ümumilikdə 3200 manat ona vermişdir. Notariat ofisində ilkin müqavilə təsdiq olunmuş və ondan əlavə öz adına olan Sabunçu Rayon İcra Hakimiyyətinin Maştağa qəsəbə nümayəndəliyi aparatının qərarından çıxarışı, ilkin müqaviləni və torpaq sahəsinin yerləşdiyi yerin sxeminin surətlərini təqdim etmişdir. Bundan başqa, Asif adlı şəxs onun mobil nömrəsini sosial şəbəkədə olan elandan götürərək, ona zəng vurub torpaq sahəsi almaq istədiyini bildirmiş və o, həmin şəxsə Binə Atçılıq yeni yaşayış massivində, hava limanının arxa tərəfində yerləşən 10 sot torpaq sahəsi olduğunu və orada neçə sot istəsə, verə biləcəyini bildirmişdir. Onlar Buzovna qəsəbəsində görüşüb, həmin torpaq sahəsi olan yerə getmişlər. Orada torpaq sahəsini Asifə göstərmiş və sonuncu 5,5 sot torpaq sahəsini ala biləcəyini bildirmişdir. Bir sotunu 1200 manata və sənədləşmə işləri üçün isə 400 manata razılaşmışlar. Zərərçəkmiş şəxs4 adlı şəxs ona torpaq sahəsinə görə 6400 manat, sənədləşmə işlərinə görə isə 400 manat, ümumilikdə 6800 manat pul verməli idi. Həmin vaxt beh vermək üçün Asif pulu olmamış, ona görə də həyat yoldaşına zəng vurmuş və həyat yoldaşı 200 manat pul gətirib ona vermişdir. Bundan sonra, onlar Binə qəsəbəsində yerləşən 31 saylı notariat ofisinə getmişlər. Orada Asif ona 6400 manat və əlavə 200 manat da pul vermişdir. Notariat ofisində ilkin müqavilə təsdiq olunmuş və bundan əlavə Abşeron rayon İcra Hakimiyyəti tərəfindən verilmiş sərəncamdan çıxarış əsasında, 0,10 ha torpaq sahəsinin ayrılması haqqında sənədlərin surətini vermişdir. Bundan başqa, Zaman adlı şəxs sosial şəbəkədə Emin adlı maklerlə əlaqə saxlamış və Emin də həmin müştərini ona yönəltmişdir. O, Zaman adlı şəxslə görüşüb, X9 adına Sabunçu rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının qərarından çıxarışa əsasən, Maştağa qəsəbəsi ərazisində ayrılmış 0,12 ha torpaq sahəsindən 0,06 ha torpaq sahəsini ona göstərmişdir. Aralarındakı razılaşma əsasında, Binə qəsəbəsində yerləşən 31 saylı notariat ofisinə getmiş və orada ondan 10.500 manat torpaq sahəsinə görə, 21 manat ödəniş rüsumu və qalan 550 manatı isə sənədləşmə üçün almışdır. Həmin müştərini də ona Emin tapmış və buna görə də Eminə zəng vurmuşdur ki, 31 saylı notariat ofisinə gəlsin. Emin də ora gəlmiş və torpaq sahəsini satdıqdan sonra müştəridən pulunu almış və əvvəlcədən müştəriləri aldatmaq niyyəti ilə özündə saxladığı X9 adına olan sənədə əsasən ilkin müqaviləni təsdiq etdirmiş və Zərərçəkmiş şəxs1 təqdim etmişdir. Sonra da, makler Eminə xidmət haqqı ödəmişdir. Həmçinin, Zərərçəkmiş şəxs5 adlı şəxsi də eyni üsulla aldatmışdır. Belə ki, öz adına olan Abşeron Rayon X18 üzrə əmrdən çıxarışın surətini təqdim etmiş və aldadaraq, həmin şəxsin 12.000 manat pulunu ələ keçirmişdir. 2022-ci ilin fevral ayının axırlarında Anar adlı şəxs sosial şəbəkədə yerləşdirilən elanda makler Eminin mobil nömrəsinə zəng vurmuş, Emin də Arifin nömrəsini vermişdir ki, onunla əlaqə saxlaya bilsin. Beləliklə torpaq sahəsi almaq istəyən Anar adlı şəxs onunla əlaqə saxlamış və o, həmin şəxsə Binə qəsəbəsi Donuzkökəltmə Sovxozunda 0,03 ha torpaq sahəsi olduğunu bildirmışdır. Sonra Anar adlı müştəri ilə Ariflə birlikdə “Əhmədli” metrostansiyasının yaxınlığında görüşmüş və həmin torpaq sahəsinə gedib baxmışdır. Həmin torpaq sahəsinin hasarı tikilmiş və içərisində tikilmiş ev də olmuşdur. Anar torpaq sahəsini və tikilini bəyəndikdən sonra, qiymətini 12.000 manata razılaşmışlar və bundan sonra birlikdə Xətai rayonunda yerləşən 18 saylı notariat ofisinə gedib, orada ona 12.000 manat pul vermişdir. Sonra da Arifin makler kimi xidmət haqqını ödəmişdir. Beləliklə, maddi cəhətdən sıxıntı keçirdiyindən, saxta sənədlərdən istifadə edərək, özünə məxsus olmayan torpaq sahələrini müxtəlif şəxslərə satmışdır. Emin və Arif adlı şəxslər onun dələduzluq yolu ilə müştərilərə torpaq sahəsi satmağını bilməmişlər. Belə ki, Emin onun üçün torpaq sahələrini sosial şəbəkələrdə elan vermək üçün köməklik etmiş, Arifi isə makler kimi tanımış, maşını olduğuna görə onunla hərəkət etmiş və aldığı puldan Arifə də vermişdir. Eyni zamanda, Zərərçəkmiş şəxs5 satdığı torpaq sahəsi sənəddə onun adına göstərilmiş, lakin həmin torpaq sahəsi sənəddə qeyd olunan yerdə olmadığını, Anarı aldadıb həmin torpaq sahəsini tikili ilə birlikdə satdığını, orada olan hasar və tikilini nə özü, nə də Ariflə birlikdə tikmədiyini göstərmişdir. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 göstərdi ki, o, ailəsi ilə birlikdə Xətai rayonu, N.Tusi küçəsində yerləşən mənzildə kirayədə yaşayır. 2021-ci ilin sentyabr ayında internet saytında torpaq alqı-satqısı ilə məşğul olan Emin adlı şəxslə tanış olmuşdur. O, həmin şəxsə torpaq sahəsi almaq istədiyini bildirmiş və Emin bu işdə ona köməklik edəcəyini bildirmişdir. Emin buna görə Azər adlı şəxsin mobil nömrəsini ona vermişdir. Sonra o, Azərlə əlaqə saxlamış və onlar Savalan yeni yaşayış massivində görüşmüşdürlər. Azərin yanında bir nəfər də tanımadığı şəxs olmuşdur. Azər ona Savalan qəsəbəsində yerləşən məktəbin yaxınlığında 0,06 ha torpaq torpaq sahəsini göstərmiş, o, həmin torpaq sahəsini bəyənmiş və qiymətini 10.500 manata razılaşmışlar. Ondan sonra birlikdə Binə qəsəbəsində yerləşən 31 saylı notariat ofisinə getmişlər və orada əvvəlcə ödəmə aparatı vasitəsi ilə 10.500 manat pulu Azərin hesabına, 21 manatı bank fazi, 400 manat da əlavə sənədləşmə aparılması üçün Azərin özünə vermişdir. Sonra isə Azər ona 31 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş X9 adına olan Sabunçu rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə nümayəndəliyi apartının qərarından çıxarışa əsasən, Maştağa qəsəbəsi ərazisində 0,12 ha torpaq sahəsindən 0,055 ha torpaq sahəsinin ayrılmasına dair ilkin müqaviləni vermişdir. Müqavilədən əlavə Azər ona həmin torpaq sahəsinə görə də Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən torpaq sahəsinin yerləşmə sxeminin surətini də vermişdir. Bundan əlavə, Azər sənədləşmə üçün ondan 100 manat, onda olan sənədləri yoxlamaq üçün yanındakı şəxsə də 50 manat verməyini bildirmişdir. Beləliklə də, Azərə ümumilikdə 11.071 manat pul vermişdir. Həmin gündən təxminən 3 gün sonra, təsadüfən internet saytında görmüşdür ki, həmin torpaq sahəsinin fotoşəkli elanda yerləşdirilib və bir sotu 1500 manata satışa qoyulubdur. Səhəri gün həmin torpaq sahəsinə getmiş, maraqlandıqda ətrafda olan şəxslər ona bildirmişər ki, bu torpaq sahəsi başqa bir şəxsə məxsusdur. Bunu eşidən kimi Azərlə əlaqə saxlamış və sonuncu ona bildirmişdir ki, Bakıdan kənardadır, bir neçə gündən sonra qayıdaraq, görüşüb aydınlaşdırar. Lakin, Azər ona zəng vurmamış, məcbur olub özü ona zəng etmiş və həmin nömrəyə zəng çatmamışdır. Ondan sonra dəfələrlə Azərin istifadəsində olan nömrəyə zəng etsə də, nömrə bağlı olmuşdur. Sonra başa düşmüşdür ki, Azər onun etibarından sui-istifadə edərək, torpaq satmaq adı ilə dələduzluq edib, pulunu ələ keçirmişdir. Hal-hazıradək ona dəymiş ziyan ödənilməmişdir. Odur ki, iş üzrə Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs3 göstərmişdir ki, o, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən mənzildə qardaşı ilə birlikdə yaşayır. Öz evi olmadığına görə, torpaq sahəsi alıb, ev tikmək istəmişdir. Bunun üçün sosial şəbəkədə satışda olan torpaq sahələrini axtarmış və orada Azər adlı şəxsin Savalan yaşayış massivində yerləşən məktəbin yaxınlığında 1,7 sot torpaq sahəsinin satışını elanda görmüşdür. O, Azər adlı şəxslə elanda yerləşdirdiyi mobil nömrəsi ilə əlaqə saxlamış və bildirmişdir ki, torpaq sahəsi almaq istəyir. 2021-ci ilin oktyabr ayında Azər adlı şəxslə Savalan yaşayış massivində görüşmüşdür. Həmin vaxt Azərlə birlikdə bir nəfər şəxs də gəlmiş və sonradan bilmişdir ki, həmin şəxsin adı Arifdir. Torpaq sahəsini bəyəndikdən sonra, həmin torpaq sahəsini sənədləşmə ilə birlikdə 3200 manata razılaşmış və birlikdə Binə qəsəbəsində yerləşən 31 saylı notariat ofisinə getmişlər. Orada alacağı torpaq sahəsinə görə Təqsirləndirilən şəxs ilə müqavilə bağlamışdır. Ondan sonra Azərə 3000 manat torpaq sahəsinə görə, 200 manat da sənədləşməyə görə pul vermişdir. Azər müqavilədən əlavə Sabunçu Rayon İcra Hakimiyyətinin Maştağa qəsəbə nümayəndəliyi aparatının qərarından çıxarışı, ərizə və torpaq sahəsinin yerləşdiyi yerin sxeminin surətlərini də vermişdir. Sonradan həmin sənədlərin dəqiqliyi ilə maraqlanmış və aldığı torpaq sahəsi olan yerə getmişdir. Orada maraqlanan zaman, bir nəfər avtomobillə gəlmiş və o, həmin şəxsdən hasarı kim tərəfindən uçurulduğunu soruşmuşdur. Həmin şəxs bildirmişdir ki, həmin torpaq sahəsi özünə məxsusdur və bu barədə sənədi də var. O, həmin gün Azərin mobil nömrəsinə zəng vurmuş, lakin nömrəyə zəng çatmamışdır. Sonra Arif adlı şəxsə zəng vurmuş və olanları ona danışmışdır. Arif ona bir saata görüşə biləcəyini bildirsə də, sonradan onun zənginə cavab verməmişdir. Həmin zaman başa düşmüşdür ki, Azər və Arif adlı şəxslər onun etibarından sui-istifadə edərək, saxta sənədlərlə ona torpaq sahəsi satmış və 3200 manat pulunu ələ keçirmişdirlər. Daha sonra, baş vermiş hadisə barədə DİN-nin 102 xidmətinə zəng edərək, məlumat vermişdir. Ona dəymiş ziyan hal-hazıradək ödənilməmişdir. Göstərilənlərə əsasən, iş üzrə Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, o, ailəsi ilə birlikdə Binə qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayır. Özünün evi olmadığı üçün, torpaq sahəsi alıb ev tikmək istəmişdir. Bunun üçün sosial şəbəkədə torpaq sahəsi axtararkən, alqı-satqı ilə məşğul olan Emin adlı şəxslə tanış olmuş, onunla telefon vasitəsilə danışmış və sonuncu da Arif adlı şəxsin mobil telefon nömrəsini vermişdir ki, onun adından Ariflə danışsın və satışda olan torpaq sahəsinə baxsın. Bundan sonra, Arif adlı şəxslə danışmış və onlar görüşüb, torpaq sahəsinə baxmaq qərarına gəlmişlər. O da, nənəsi Şahid5 bu barədə məlumat vermiş və onlar birlikdə “Koroğlu” metrostansiyasının yaxınlığında Ariflə görüşmüşlər. Arifin yanında Azər adlı şəxs də olmuşdur. Onlar Maştağa qəsəbəsində, Savalan yeni yaşayış massivində yerləşən orta məktəbin yaxınlığına gedib, orada torpaq sahəsinə baxmışlar. Məlum olmuşdur ki, həmin torpaq sahəsi Azərə məxsusdur və Azər həmin yeri 4500 manata satır. O, torpaq sahəsini bəyənmiş, lakin qiymətini bir qədər münasib etməsini xahiş etmiş və bundan sonra, onlar 4.000 manata razılaşmışdırlar. 2021-ci ilin oktyabr ayının əvvəlində Binə qəsəbəsində yerləşən 31 saylı Notariat ofisinin qarşısında görüşmüşlər və həmin vaxt pulu tam olmadığı üçün, Arifə demişdir ki, 3.500 manat pulu toplayıb, pulun qalan hissəsini isə on gün müddətinə verəcəkdir. Arif razılaşmış və o, nənəsi və Azərin iştirakı ilə 1.000 ABŞ dolları və 1.800 manatı Arifə vermişdir. Arif isə notariat ofisindən çıxıb, Təqsirləndirilən şəxs adından etibarnaməni ona vermişdir. Etibarnamədən əlavə, Arif ona Sabunçu rayon İcra Hakimiyyətinin Maştağa qəsəbə nümayəndəliyi aparatının qərarından çıxarışı, ərizə və torpaq sahəsinin yerləşdiyi yerin sxeminin surətlərini də vermişdir. Ondan bu sənədlərin əslini istədikdə, sonuncu bildirmişdir ki, etibarnamə əslidir, qalan sənədlərdə isə heç bir problem yoxdur. Təxminən iki həftə keçdikdən sonra, Arif ona zəng vurub bildirmişdir ki, torpaq sahəsinin ölçülərini dəqiqləşdirmək üçün nümayəndələri çağırmış, həmin şəxslər pul istəyir və onlarla danışıb 300 manata razılaşmışdır. Bundan sonra, o, ödəniş terminalı vasitəsilə Arifin verdiyi kart hesabına 300 manat pul köçürmüşdür. Sonradan Arif ona heç bir sənəd təqdim etməmiş və o, maraqlandıqda məlum olmuşdur ki, həmin torpaq sahəsinin nə Arifə, nə də Azərə heç bir aidiyyəti yoxdur. O, Arifdən pulunu geri qaytarmağı tələb etmiş, lakin Arif müxtəlif bəhanələr gətirərək, bu günədək pulunu qaytarmamışdır. Ümumilikdə Arifə 3.800 manat pul vermişdir. Torpaq sahəsində heç bir tikinti işləri aparmamış və ümumiyyətlə torpaq sahəsini aldığı gündən sonra, orada olmamışdır. Ona dəymiş ziyan hal-hazıradək ödənilməmişdir. Qeyd olunanlara əsasən, iş üzrə Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs5 göstərmişdir ki, o, ailəsi ilə birlikdə Xətai rayonu, 8 Noyabr prospektində yerləşən fərdi yaşayış evində kirayədə yaşayır. Öz evi olmadığından, fəhləliklə özünə topladığı pulla torpaq sahəsi alıb ev tikmək istəmişdir. Bunun üçün “tap.az” sosial şəbəkəsində elanlarda olan bir ünvan diqqətini çəkmiş və həmin elanda olan telefon nömrəsinə zəng vurmuşdur. Özünü Emin kimi təqdim edən şəxsə torpaq sahəsi almaq istədiyini bildirmiş və sonuncu Arif adlı şəxsin mobil nömrəsini vermişdir ki, həmin nömrə ilə əlaqə saxlayıb danışsın. 2022-ci ilin fevral ayının sonlarında Arif adlı şəxsə zəng vurub, torpaq sahəsinə baxmaq istəyini bildirmişdir. Bunun səhərisi gün “Əhmədli” metrostansiyasının yaxınlığında Ariflə görüşmüş, onun yanında sonradan adını bildiyi Azər adlı şəxs də gəlmişdir. Arif bildirmişdir ki, həmin torpaq sahəsi Azərə məxsusdur, həmin sahəni Azər satır və orada tikilmiş hasar və evi Azərlə birlikdə tikmişdir. Sonra onlarla birlikdə Binə qəsəbəsi, Donuzkökəltmə Sovxozuna getmiş və həmin evi görəndən sonra bəyənmişdir. Orada torpaq sahəsini tikililərlə birlikdə 12.000 manata razılaşmışlar. Ondan sonra birlikdə Xətai rayonu ərazisində yerləşən 18 saylı notariat ofisinə getmişlər. Orada 12.000 manatı sayıb Arifə vermiş, sonuncu da pulu yenidən sayıb Azərə vermiş, sonra onlarla birlikdə notariat ofisinə girmiş və orada Azərin adından onun həyat yoldaşı X5 adına etibarnamə təsdiq etdirərək, ona təqdim etmişdir. Orada Təqsirləndirilən şəxs ona etibarnamədən başqa Abşeron Rayon X18 üzrə əmrdən çıxarışın surətini də təqdim etmişdir. Bundan təxminən 2 aydan sonra aldığı evin elektrik sayğacını çəkdirmiş, ondan da 3 gün sonra həyətinin darvazası olmadığına görə alıb yerinə qoymuşdur. Bir neçə gündən sonra aldığı evin əvvəlki sahibi onu axtarıb tapmış və o, özünü Şahid4 kimi təqdim edən şəxslə görüşmüşdür. Həmin şəxs ona torpaq sahəsinin sənədini göstərmiş və məlum olmuşdur ki, həqiqətən də həmin torpaq sahəsi Şahid4 məxsusdur. Onda başa düşmüşdür ki, Azər və Arif adlı şəxslər onu aldadaraq, 12.000 manat pulunu ələ keçirmişlər. Hal-hazıradək ona dəymiş ziyan ödənilməmişdir. Odur ki, iş üzrə Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs4 bildirmişdir ki, o, ailəsi ilə birlikdə Binə qəsəbəsi, Atçılıq yeni yaşayış massivində yerləşən fərdi yaşayış evində kirayədə yaşayır. Özü fəhlə işləyir, qazandığı pulla ailəsini dolanırır və öz evi olmadığından, torpaq sahəsi alıb ev tikmək istəmişdir. Bunun üçün sosial şəbəkədə satışda olan torpaq sahələrini axtarmış və Azər adlı şəxsin Atçılıq yeni yaşayış massivi ərazisində olan torpaq sahəsini elanda yerləşdirdiyini görmüşdür. Onun elanda yerləşdirdiyi mobil nömrəsi ilə əlaqə saxlamış və 2022-ci ilin yanvar ayının əvvəllərində Azər adlı şəxslə Buzovna qəsəbəsində görüşüb, maraqlandığı həmin torpaq sahəsinə birlikdə baxmağa getmişlər. Onlar torpaq sahəsinin bir sotunu 1200 manata razılaşmış, lakin o, 10 sot torpaq sahəsindən 5,5 sotunu istəmişdir. Razılaşdıqdan sonra, həyat yoldaşına zəng vurmuşdur ki, 200 manat beh vermək üçün evdən pul gətirsin. Həyat yoldaşı 200 manat pul gətirmiş və o, həmin pulu Azərə vermişdir. Bundan səhərisi gün Azərlə Binə qəsəbəsində yerləşən 31 saylı notariat ofisinin qarşısında görüşmüşdür. Orada alacağı torpaq sahəsinə görə ona Təqsirləndirilən şəxs tərəfindən etibarnamə verilmiş, müqavilə bağlamış və bundan sonra Azərə 6400 manat pul vermişdir. Bundan əlavə həmin torpaq sahəsinin sənədləşdirilməsi üçün Azərə 200 manat da vermiş və Azər ona aldığı torpaq sahəsinə dair etibarnamə və müqavilədən əlavə X6 adına Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş sərəncamdan çıxarışın surətini vermişdir. Bir neçə gündən sonra, həmin sənədlərin həqiqiliyi ilə maraqlanmış və məlum olmuşdur ki, Azər ona torpaq sahəsini saxta sənədlərlə satmışdır. O, bu barədə Azərlə danışmış, ona verdiyi pulu geri qaytarmağını və ya düzgün sənəd verməyini tələb etmiş, Azər isə Bakıda olmadığını, 10 gündən sonra qayıdacağını, gəldikdən sonra ya pulunu, ya da düzgün sənəd verəcəyinə vəd versə də, sonradan Azər zənglərinə cavab verməmişdir. Bundan sonra, o, başa düşmüşdür ki, Azər etibarından sui-istifadə edərək onu aldatmış, saxta sənədlərlə ona torpaq sahəsi satmış və 6800 manat pulunu ələ keçirmişdir. O, baş vermiş hadisə barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Ona dəymiş ziyan hal-hazıradək ödənilməmişdir. Göstərilənlərə əsasən, iş üzrə Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Binə qəsəbəsi, Atçılıq yeni yaşayış massivində yerləşən fərdi yaşayış evində kirayədə yaşayır. Onlar torpaq sahəsi alıb, ev tikmək istəmişlər. Bunun üçün həyat yoldaşı Asif sosial şəbəkədə satışda olan torpaq sahələrini axtararkən, Azər adlı şəxsin Atçılıq yeni yaşayış massivi ərazisində olan torpaq sahəsini elanda yerləşdirdiyini görmüş və elanda yerləşdirilən telefon nömrəsi ilə əlaqə saxlamışdır. 2022-ci ilin yanvar ayında həyat yoldaşı Azərlə görüşüb, torpaq sahəsinə baxmağa getmişdirlər. Həmin torpaq sahəsi 10 sotdan ibarət olsa da, onları yalnız 5,5 sotu maraqlandırmış. Həmin torpaq sahəsinin bir sotunu 1200 manata razılaşmışdırlar. Razılaşandan sonra, Asif ona zəng vurmuşdur ki, beh vermək üçün evdən 200 manat pul gətirsin. O, evdən 200 manat pul götürüb, onların olduğu yerə getmiş və Asif ondan 200 manatı alıb Azərə vermişdir. Səhərisi gün Binə qəsəbəsində yerləşən 31 saylı notariat ofisinin qarşısında həyat yoldaşı Azərlə görüşüb, 6400 manat torpaq sahəsinə və 200 manat da sənədləşmə işlərinə görə pul vermişdir. Sonradan məlum olmuşdur ki, Azər onların etibarından sui-istifadə edərək, aldatmış və saxta sənədlərlə onlara torpaq sahəsi satmaqla, 6800 manat pulu ələ keçirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun nəvəsidir və onlar birlikdə yaşayırlar. Nəvəsi Xanım əvvəllər paltar mağazasında satıcı işləyib özünə pul toplamışdır ki, torpaq sahəsi alsın. Bu məqsədlə nəvəsi 2021-ci ilin sentyabr ayının axırlarında sosial şəbəkə vasitəsi ilə torpaq sahəsi axtaran zaman, torpaq aqı-satqısı ilə məşğul olan şəxs kimi özünü təqdim edən Elmin adlı şəxslə tanış olmuş və torpaq sahəsi ilə maraqlandığını bildirmiş və həmin şəxs onun nəvəsinə Arif adlı şəxsin mobil nömrəsini vermişdir ki, onun adından Ariflə danışsın və satışda olan torpaq sahəsinə gedib birlikdə baxsınlar. Nəvəsi Xanım da Ariflə danışdıqdan sonra Arif ona «Koroğlu» metrostansiyasının yaxınlığında görüşüb satışda olan torpaq sahəsinə baxmağı bildirmişdir. Nəvəsi Arif adlı şəxslə danışmış və sonuncu onun nəvəsini torpaq sahəsinə baxmaq üçün görüşə çağırmışdır. O, nəvəsini tək buraxmayıb, birlikdə «Koroğlu» metrostansiyasının yaxınlığına gedərək, Arif adlı şəxslə görüşmüşlər. Həmin vaxt Arifin yanında bir nəfər Azər adlı şəxs də olmuşdur. Arif və Azər onları öz avtomobilləri ilə Maştağa qəsəbəsində Savalan yeni yaşayış massivində yerləşən orta məktəbin yaxınlığına aparıb, orada 0,02 ha torpaq sahəsini göstərib bildirmişlər ki, həmin torpaq sahəsi Azərə məxsusdur və 4500 manata satır. Onlar torpaq sahəsinə baxıb bəyənmişlər, lakin qiyməti bir qədər yüksək olduğundan, Elmin adlı şəxsdən torpaq sahəsinin qiymətinin münasib etməsini xahiş etmişlər. Elmin danışdıqdan sonra, 4000 manata razılaşmışdırlar. 2021-ci ilin oktyabr ayında Binə qəsəbəsində yerləşən 31 saylı Notariat ofisinin qarşısında görüşmüşlər. Həmin vaxt Xanımın pulu tam olmadığı üçün, Arifə demişdir ki, 3500 manat pulu düzəldib, pulun qalan hissəsini isə bir həftə və ya on gün müddətinə verəcəkdir. Arif bununla razılaşmış və Xanım Arifin avtomobilində ona 1000 ABŞ dolları və 1800 manat pul vermişdir. Həmin vaxt Azər adlı şəxs də yanlarında olmuşdur. Arif pulu nəvəsindən alandan sonra, notariat ofisinə daxil olmuş, onlar isə bayırda gözləmişlər. Bir qədər keçdikdən sonra, Arif çıxıb nəvəsinə Təqsirləndirilən şəxs adından etibarnamə vermiş, həmçinin, etibarnamədən əlavə Sabunçu Rayon İcra Hakimiyyətinin Maştağa qəsəbə nümayəndəliyi aparatının qərarından çıxarışı, ərizə və torpaq sahəsinin yerləşdiyi yerin sxeminin surətlərini də vermişdir. Xanım ondan bu sənədlərin əslini istədikdə, Arif bildirmişdir ki, “etibarnamə əslidir, lakin qalan sənədlərin surətini verir, bu sənədlərin heç birində problem yoxdur, əgər gələcəkdə hər hansı bir problem yaranarsa, özü köməklik edəcəkdir”. Təxminən iki həftə keçmiş Arif nəvəsinə zəng edib bildirmişdir ki, torpaq sahəsinin ölçülərini dəqiqləşdirmək üçün, nümayəndələri çağırıb və onlar 500 manat pul istəyirlər. Lakin onlarla danışıb, 300 manata razılaşmışdır. Danışdıqdan sonra Arif onun nəvəsinə kartın hesab nömrəsini göndərmiş və Xanım da ödəniş terminalı vasitəsi ilə 300 manat pulu köçürtmüşdür. Bundan sonra Arif nəvəsi Xanıma heç bir sənəd təqdim etməmiş və daha sonra nəvəsi maraqlananda məlum olmuşdur ki, həmin torpaq sahəsinin nə Arifə, nə də Azərə heç bir aidiyyəti yoxdur və sənədlər saxtadır. Bunu bildikdən sonra nəvəsi Arifdən pulunu geri qaytarmağı tələb etmiş, Arif isə müxtəlif bəhanələr gətirərək, nəvəsinin pulunu verməkdən yayınmışdır. Nəticədə Arif və Azər onun nəvəsinin etibarından sui-istifadə etməklə, 3800 manat pulunu ələ keçirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2012ci ildə Binə qəsəbəsi, X18 ərazisində özünə 0,03 ha torpaq sahəsini tanışı Asəf adlı şəxsdən 3000 ABŞ dolları pul verərək almışdır. Asəf həmin torpaq sahəsinə dair ona sənəd vermişdir. 2013-cü ildə həmin torpaq sahəsində özünə 9x12 metr ölçüdə ev tikmiş, lakin sonradan maddi imkanı olmadığından təmir işlərini görə bilməmişdir. O, ara-sıra gedib həmin evə baş çəkmişdir. Qonşular da onun xahişinə görə evə nəzarət etmişlər. 2022-ci ilin aprel ayında qonşuluqda yaşayan Baloğlan adlı şəxs zəng edərək bildirmişdir ki, onun evinə işıq sayğacı quraşdırırlar. O, da bundan xəbərsiz olduğunu demişdir. Baloğlandan həmin sayğacı kim quraşdırdığını soruşmuş, sonuncu demişdir ki, işıq idarəsinin əməkdaşlarıdır və həmin şəxslər Zərərçəkmiş şəxs5 adlı şəxsin olduğunu demişdirlər. Bundan başqa, Baloğlan bildirmişdir ki, hətta hasarın dəmir darvazası da kiminsə tərəfindən qoyulmuşdur. Onun isə bunların heç birindən xəbəri olmamışdır. İş üzrə digər şahidlər Şahid1, Şahid3, Şahid6 və Şahid7 məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, qeyd olunan şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda, ibtidai istintaqda şahid qismində ifadə vermiş Bakı şəhəri 31 saylı notariat ofisinin xüsusi notariusu Şahid6 məhkəməyə təqdim etdiyi yazılı ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə notarius kimi fəaliyyət göstərdiyi Bakı şəhəri 31 saylı notariat ofisinə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 gələrək, Təqsirləndirilən şəxs Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə X12 adından Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində, Sabunçu rayonu, Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının xx.xx.1991- ci il tarixli 14 saylı qərarından çıxarışa əsasən, ona məxsus 107 saylı sahədə yerləşən 1200 kv.m torpaq sahəsinə dair etibarnamə verilərək, 7E-9211 reyestrlə təsdiq olunmuş etibarnaməni, eyni zamanda, həmin notariat ofisi tərəfindən qeyd olunan qərarın əslinin surəti ilə düzgünlüyü 1S-9108 reyestrlə təsdiq olunmuş, sənədləri təqdim edərək, 550 kv.m torpaq sahəsini Masallı rayon sakini Zərərçəkmiş şəxs1 ilkin alqı-satqı yolu ilə 10830,00 manata satmaq niyyəti ilə müraciət etmişdir. O, təqdim olunan sənədləri, eyni zamanda, “Elektron notariat “ X1 qeyd olunan notariat ofisi tərəfindən verilmiş etibarnamənin qüvvədə olub-olmamasını və təsdiqini, eyni zamanda onların şəxsiyyət vəsiqələri əsasında şəxsiyyətləri müəyyən edərək, fəaliyyət qabiliyyətləri yoxlanıldıqdan sonra, ilkin alqı-satqı müqaviləsinin hazırlanmasına göstəriş vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402-ci maddəsinə əsasən, ilkin müqavilə hazırlandı, notariat ofisinin bankda olan depozit hesabına, alıcı kimi çıxış edən Zərərçəkmiş şəxs1, satıcı kimi çıxış edən Təqsirləndirilən şəxs adına 10830,00 manata razılaşdıqları vəsaitdən, gələcəkdə verginin tutulması nəzər alınmaqla, 10500,00 manata banka qoymuşdur. Məktubları əsasında müqavilə və reyestr kitabı yuxarıda qeyd olunan şəxslər tərəfindən şəxsən imzalandıqdan sonra, 3M/313 reyestr kitabına qeydə alınaraq, təsdiq olunmuşdur. Depozit hesaba qoyulmuş 10500,00 manat təsdiq olunmuş bank çeki əsasında Təqsirləndirilən şəxs tərəfindən götürülmüşdür. 01 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs notariat ofisinə yenə gələrək, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, onun bütün əmlakını idarə etmək və onun üzərində sərəncam vermək hüququ ilə 70 il müddətinə vətəndaş Zərərçəkmiş şəxs2 baş etibarnamə vermək niyyəti ilə müraciət etmişdir. Onun şəxsiyyət vəsiqəsi əsasında şəxsiyyət müəyyən edildikdən sonra, etibarnamə hazırlanaraq, 7E-8088 reyestr kitabına qeydə alınaraq, Təqsirləndirilən şəxs tərəfindən şəxsən imzalandıqdan sonra, təsdiq olunmuşdur. Eyni vaxtda Təqsirləndirilən şəxs həmin gün ona məxsus olan Maştağa qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsindən 0,02 ha torpaq sahəsini Zərərçəkmiş şəxs2 istifadəsinə verilməsinə və həmin torpağa qarşı heç bir tələbi olmayacağı barədə ərizəsində imzasının həqiqiliyi hazırlanaraq, 8İ-5325 reyestr Azərbaycan Respublikası “Notariat haqqında” Qanunun 67-ci maddəsinə əsasən, notariusa sənəddə imzanın həqiqiliyini təsdiq edərkən, sənəddə şərh olunmuş faktları deyil, yalnız müəyyən şəxsin etdiyi imzanın həqiqliyini təsdiq edir. 04 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının xx.xx.1927-ci il tarixli 11 nömrəli çıxarışa əsasən Maştağa qəsəbəsində ona məxsus 0,12 ha torpaq sahəsindən 0,017 ha torpaq sahəsini vətəndaş Zərərçəkmiş şəxs3 3000,00 manata satdığına görə ilkin alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi ilə əlaqədar müraciət etmişdir. O, torpağa aid sənədləri nəzərdən keçirib, şəxsiyyət vəsiqələri əsasında onların şəxsiyyətini müəyyən edilərək, Mülki Məcəllənin 402ci maddəsinə əsasən, ilkin alqı-satqı müqaviləsinin hazırlanmasına göstəriş vermişdir. Müqavilə hazırlanaraq, 3M-333 reyestrlə qeydə alınmış, tərəflər şəxsən imzaladıqdan sonra təsdiq olunmuşdur. 3000,00 manat Təqsirləndirilən şəxs nağd şəkildə Zərərçəkmiş şəxs3 tərəfindən ödənilmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs yenidən notariat ofisinə gələrək, X6 adından, ona Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə 7E-38 reyestrlə təsdiq olunmuş etibarnamə əsasında, Elşən Hətəmova məxsus Buzovna qəsəbəsi tərəvəzçilik-südçülük sovxozu ərazisində yerləşən 0,1 ha torpaq sahəsini 7200,00 manata Zərərçəkmiş şəxs4 ilə razılığa gələrək, ilkin alqısatqı müqaviləsinin təsdiqi ilə əlaqədar müraciət etmişdirlər. O, tərəflərin şəxsiyyətini müəyyən edib, fəaliyyət qabiliyyətini və torpağa aid sənədi yoxladıqdan sonra, tərəflərin razılığına əsasən notariusun bankda olan, depozit hesabına satıcı qismində çıxış edən Təqsirləndirilən şəxs adına məktubları əsasında 6400,00 manat alıcı qismində çıxış edən Zərərçəkmiş şəxs4 tərəfindən banka qoyulmuşdur. Müqavilə hazırlanaraq, 3M-01 reyestr kitabına qeydə alınmış, tərəflər şəxsən imzaladıqdan sonra, təsdiq olunmuşdur. Bankda depozitdə alıcı Zərərçəkmiş şəxs4 tərəfindən qoyulmuş 6400,00 manat təsdiq etdiyi bank çeki əsasında Təqsirləndirilən şəxs tərəfindən götürülmüşdür. Bir qayda olaraq ilkin alqısatqı müqavilələrin təsdiqi zamanı torpaq və digər daşınmaz əmlaka dair sənədlərinin əsli və ya notarial qaydada təsdiq olunmuş kresosurəti notariat hərəkətlərin aparılması təlimatına uyğun olaraq, nəzərdən keçirildikdən sonra kresosurəti müqaviləyə əlavə olunur. Əsli isə torpaq və ya əmlak sahibə qaytarılır. Həmçinin, Şahid3 məhkəməyə müraciət edərək, ibtidai istintaqda verdiyi ifadəni təsdiq etdiyini, üzrlü səbəbdən məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini göstərərək, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid3 göstərmişdir ki, o, Ramanı qəsəbəsi, yeni yaşayış massivində yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. O, makler kimi fəaliyyət göstərir. Ev, torpaq sahəsi, obyektlər və bəzən də tikinti işləri sifarişlə götürüb sonra da müştəriyə təhvil verir. Bir neçə maklerlərlə əlaqəli formada işləyir. Təxminən 10 ildən çoxdur ki, Azər adlı şəxsi də makler kimi tanıyır və bilirdir ki, o, da torpaq alqı-satqısı ilə məşğul olur. Azər torpaq sahələrinin satışında köməklik etməyini ondan xahiş etmişdir. Belə ki, sosial şəbəkədən sərbəst istifadə edə bilmədiyinə görə ona demişdir ki, onun torpaq sahələrini sosial şəbəkədə elan kimi yerləşdirib, əlaqə nömrələrini qeyd etsin, müştəri düşəndə ona yönəltsin və torpaq sahəsini satandan sonra onun da hörmətini etsin. O, da Azərin dediyi yerləri “tap-az” elan saytında yerləşdirmiş və onun dediyi kimi öz nömrəsini və Azərin də nömrəsini yerləşdirmişdir. Beləliklə, müştərilər çox vaxt onunla əlaqə saxlamışlar və o, da həmin müştəriləri Azərə yönəltmişdir. Azərə zəng çatmayanda onunla yaxın münasibəti olan Arif adlı şəxsin nömrəsini verirmişdir ki, onun vasitəsi ilə Azərlə danışıb görüşsünlər. Azərin torpaq sahələrini satdığı müştəriləri tanımadığını, onlarla yalnız telefon vasitəsi ilə əlaqə saxlamış, sonra da görüşüb öz xidmət haqqını almışdır. Həmin müştərilərdən Təqsirləndirilən şəxs satdığı torpaq sahələrinə görə hər hansı bir məbləğdə pul almadığını, müştərilərdən Azər özü pulu almışdır. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid1 göstərmişdir ki, o, ünvan 3 ünvanında ailəsi ilə birlikdə kirayədə yaşayır. O, “Qarabağ” futbol klubunda anbardar işləyir. Zərərçəkmiş şəxs3 onun birlkdə işləyir. xx.xx.2021-ci il tarixdə Elmin özünə Sabunçu rayonu, Savalan yeni yaşayış massivində aldığı 1,7 sot torpaq sahəsini sənədləşdirmək üçün Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 31 saylı notariat ofisinin qarşısında torpaq sahəsini aldığı Azər adlı şəxslə görüşməli olmuşdur. Elminin avtomobili olmadığına görə ondan xahiş etmişdir ki, onunla Binə qəsəbəsinə getsinlər. Onunla getmiş və orada iki nəfər şəxs Elmini gözləmişdir. Sonradan da bir nəfər gəlmiş və özünü makler kimi təqdim etmiş, lakin adını bilməmişdir. Sonuncu gələn şəxs bildirmişdir ki, sənədləşmə işləri ilə məşğul olur. Elmin əvvəlcədən razılaşdığı Azər adlı şəxsə onun iştirakı ilə 3000 manat torpaq sahəsinə görə, 200 manat da əlavə sənədləşmə işlərinə görə pul vermişdir. Sonra notariat qaydada sənədləşdirmə işləri aparıldıqdan sonra, Azər sənədləri Elminə təqdim etmişdir. Təxminən 10 gündən sonra Elmin işdə ona bildirmişdir ki, Azər onu aldadaraq, saxta sənədlə ona torpaq sahəsi satmış və 3200 manat pulunu ələ keçirmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid7 göstərmişdir ki, 2009-cu ildən o, Xətai rayonu, Sarayevo küçəsi 11 ünvanında yerləşən ünvan 4 28 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs adlı şəxs notariat ofisinə müraciət edərək, Abşeron rayonu, Donuzkökəltmə sovxozu tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli, 135 nömrəli əmrdən çıxarışa əsasən adına olan Abşeron rayonu, Donüzkökəltmə sovxozu ərazisində yerləşən 0,03 ha torpaq sahəsini ünvan 5i ünvanında qeydiyyatda olan X7 70 il müddətinə baş etibarnamə verərək, adına olan 0,03 ha torpaq sahəsini özəlləşdirməyi, sərəncam verməyi, tikməyi, müvafiq idarə və təşkilatların razılığını almağı, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən kadastr planı almağı, 1 saylı forma arayışı almağı, torpağa və tikililərə sərəncam verməyi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almağı, kommunal xətləri (su, qaz, işıq, telefon) çəkdirməyi, plastik kartları almağı, ödənilməsi daxil olmaqla tikilini və torpağı satmağı, bağışlamağı, dəyişməyi, ipotekaya qoymağı, Bank əməliyyatlarını aparmağı, müqavilə imzalamağı, pulunu almağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olaraq bütün hərəkətləri etməyi etibar etmiş, tərəfindən həmin etibarnamə rəsmiləşdirilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 320.2-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmiş və onun təqsiri etirafı ilə yanaşı, məhkəmə istintaqında tədqiq olunmuş digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan “Elektron notariat” X1 çıxarışdan görünür ki, etibar edən – X14 Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti üzrə xx.xx.1999-cu il tarixli, 096 nömrəli sərəncamından çıxarışa və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin xx.xx.2003-cü il tarixli, 28 nömrəli əmrdən çıxarışa əsasən, istifadəsində olan Buzovna qəsəbəsi, tərəvəzçilik-südçülük sovxozu ərazisində yerləşən, ümumi sahəsi 0,10 ha olan torpaq sahəsinə dair sənədləri toplamağı, təyinatına görə istifadə etməyi, sənədləşdirməyi, özəlləşdirməyi, tikinti işləri aparmağı, tikili ilə birlikdə torpağı özəlləşdirməyi, sənədləri təqdim etməyi, hazırlanmış sənədləri qəbul etməyi, bütün idarə və təşkilatlarda, Dövlət arxivində, həmçinin İH-də, FHN-də, bələdiyyələrdə, ƏMX-də, notariat ofisində, banklarda, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarəsində və ya “ASAN” Xidmət Mərkəzində nümayəndəsi olmağı, lazımi sənədləri təqdim edib qəbul etməyi, DT və XK-dən kadastr planı və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətindən çıxarış, texniki pasport, forma 1 və forma 2 arayışını və digər arayışları almağı, arxiv çıxarışını almağı, torpaq sahəsinə və torpaq sahəsi üzərində olan tikiliyə sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pul almağı, icarə və kirayə verməyi, buna dair müqavilə imzalamağı, müqaviləni ləğv etməyi, ləğvinə dair saziş imzalamağı, notariusun depozit hesabından pulu qəbul etməyi, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar ərizə verməyi, imza etməyi və digər hərəkətləri Təqsirləndirilən şəxs etibar etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli İlkin müqavilədən görünür ki, tərəflər Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının xx.xx.1997-ci il tarixli, 11 nömrəli çıxarışa əsasən, Maştağa qəsəbəsi ünvanında yerləşən 1200 kv.m. torpaq sahəsindən yalnız 170 kv.m. torpaq sahəsinin alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi ilə bağlı razılaşmışlar. Tərəflər göstərilən daşınmaz əmlakın satış qiymətini 3102,00 manat məbləğində müəyyən etmişlər. Həmin məbləğ müqavilənin bağlanması anında Zərərçəkmiş şəxs3 tərəfindən 3000,00 manat nağd şəklində Təqsirləndirilən şəxs ödənilir və gələcəkdə alqı-satqı müqaviləsi bağlanarkən nəzərə alınacaqdır. Təqsirləndirilən şəxs istifadəsində olan daşınmaz əmlakın özəlləşdirilməsini həyata keçirərək, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına, yüklülüyünə dair dövlət reyestrindən arayışın onun özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən alınaraq, daşınmaz əmlakın Zərərçəkmiş şəxs3 satılmasını, alqı-satqı müqaviləsinin bağlanmasını, qalıq qalan 102,00 manatı həmin vaxtda ona ödənilməsini və Zərərçəkmiş şəxs3 mülkiyyətinə verilməsini öhdəsinə götürür. İş materiallarında olan “Elektron notariat” X1 çıxarışdan görünür ki, etibar edən – X16 Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə nümayəndəliyi Aparatının 14 nömrəli qərarından çıxarışa əsasən, istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində 107 nömrəli sahədə yerləşən 1200 kv.m. torpaq sahəsinə dair sənədləri toplamağı, təyinatına görə istifadə etməyi, müvafiq icra orqanının sənədi və icazəsi olduqdan sonra sənədləşdirməyi, özəlləşdirməyi, tikinti işləri aparmağı, tikili ilə birlikdə torpağı özəlləşdirməyi, sənədləri təqdim etməyi, hazırlanmış sənədləri qəbul etməyi, bütün idarə və təşkilatlarda, Dövlət arxivində, həmçinin İH-də, FHN-də, bələdiyyələrdə, ƏMX-də, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində nümayəndəsi olmağı, lazımi sənədləri təqdim edib qəbul etməyi, ilkin alqı-satqı müqaviləsi bağlamağı, kadastr planı, çıxarış, texniki pasport, forma 1 və forma 2 arayışını almağı, arxiv çıxarışını almağı, torpaq sahəsinə və torpaq sahəsi üzərində olan tikiliyə sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pul almağı, buna dair ilkin alqı-satqı müqaviləsi, daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlamağı, müqavilə imzalamağı, icarə və kirayə verməyi, notariusun depozit hesabından pulu qəbul etməyi, lazım olduqda müqaviləni ləğv etməyi, müqavilənin ləğvinə dair saziş bağlamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar ərizə verməyi, imza etməyi və digər hərəkətləri Təqsirləndirilən şəxs etibar etmişdir. İş materiallarında olan “Elektron notariat” X1 çıxarışdan görünür ki, notarial qaydada təsdiq edilmiş ərizədə Təqsirləndirilən şəxs göstərmişdir ki, Maştağa qəsəbəsi ərazisində yerləşən istifadəsində olan 0,12 ha torpaq sahəsindən 0,02 ha torpaq sahəsinin müvafiq qanunvericiliyə uyğun olaraq təyinatı üzrə istifadə edilməsi ilə Zərərçəkmiş şəxs2 istifadəsinə vermişdir. Həmin torpaq sahəsinə və üzərindəki tikiliyə dair heç bir iddiası və tələbi olmayacaq, adından müxtəlif orqanlarda onu təmsil etmək məqsədi ilə verdiyi baş etibarnaməni onu xəbərdar etmədən ləğv etməyəcəyini öhdəsinə götürür. Eyni zamanda, o, həmin etibarnamə ilə yalnız ona verdiyi bu torpaq sahəsini özəlləşdirib, öz adına keçirə bilər. Başqa bir əmlaka iddia və tələbi olmayacaqdır. Hər hansı bir mübahisə yaranarsa, şəxsən özü cavabdehlik daşıyacağını öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli etibarnamədən görünür ki, Təqsirləndirilən şəxs harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri bağlamağı və digər hərəkətləri etməyi Zərərçəkmiş şəxs2 etibar etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli İlkin müqavilədən görünür ki, tərəflər Bakı şəhəri, Buzovna qəsəbəsi, tərəvəzçilik-südçülük sovxozu sahədə 0,10 ha torpaq sahəsinin alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi ilə bağlı razılaşmışlar. Tərəflər göstərilən daşınmaz əmlakın satış qiymətini 7200,00 manat məbləğində müəyyən etmişlər. Həmin məbləğ müqavilənin bağlanması anında Zərərçəkmiş şəxs4 tərəfindən 6400,00 manat notariusun bankda açılan depozit hesabı vasitəsi ilə X10 ödənilir və gələcəkdə alqı-satqı müqaviləsi bağlanarkən nəzərə alınacaqdır. X14 istifadəsində olan daşınmaz əmlakın özəlləşdirilməsini həyata keçirərək, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına, yüklülüyünə dair dövlət reyestrindən arayışın onun özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən alınaraq, daşınmaz əmlakın Zərərçəkmiş şəxs4 satılmasını, alqı-satqı müqaviləsinin bağlanmasını, qalıq qalan 800,00 manatı həmin vaxtda ona ödənilməsini və Zərərçəkmiş şəxs4 mülkiyyətinə verilməsini öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, X14 istifadəsində olan Buzovna qəsəbəsi, tərəvəzçilik-südçülük sovxozu ərazisində yerləşən ümumi sahəsi 0,10 ha torpaq sahəsinə dair sənədləri toplamağı, təyinatına görə istifadə etməyi, sənədləşdirməyi, özəlləşdirməyi, tikinti işləri aparmağı, tikili ilə birlikdə torpağı özəlləşdirməyi və digər hərəkətləri etməyi Təqsirləndirilən şəxs etibar etmişdir. İş materillarında olan qəbzdən görünür ki, notariusun bankda açılan depozit hesabı vasitəsi ilə Zərərçəkmiş şəxs4 tərəfindən 6400 manat məbləğində pul Təqsirləndirilən şəxs verilməsi üçün ödənilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli İlkin müqavilədən görünür ki, tərəflər Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində 0,12 ha torpaq sahəsindən yalnız 0,055 ha torpaq sahəsinin alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi ilə bağlı razılaşmışlar. Tərəflər göstərilən daşınmaz əmlakın satış qiymətini 10830,00 manat məbləğində müəyyən etmişlər. Həmin məbləğ müqavilənin bağlanması anında Zərərçəkmiş şəxs1 tərəfindən 10830,00 manat notariusun bankda açılan depozit hesabı vasitəsi ilə X13 ödənilir və gələcəkdə alqı-satqı müqaviləsi bağlanarkən nəzərə alınacaqdır. X16 istifadəsində olan daşınmaz əmlakın özəlləşdirilməsini həyata keçirərək, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına, yüklülüyünə dair dövlət reyestrindən arayışın onun özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən alınaraq, daşınmaz əmlakın Zərərçəkmiş şəxs1 satılmasını, alqı-satqı müqaviləsinin bağlanmasını, qalıq qalan 330,00 manatı həmin vaxtda ona ödənilməsini və Zərərçəkmiş şəxs1 mülkiyyətinə verilməsini öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli etibarnamədən görünür ki, X16 istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində 107 nömrəli sahədə yerləşən 1200 kv.m. torpaq sahəsinə dair sənədləri toplamağı, təyinatına görə istifadə etməyi, sənədləşdirməyi, özəlləşdirməyi, tikinti işləri aparmağı, tikili ilə birlikdə torpağı özəlləşdirməyi və digər hərəkətləri etməyi Təqsirləndirilən şəxs etibar etmişdir. İş materillarında olan qəbzdən görünür ki, notariusun bankda açılan depozit hesabı vasitəsi ilə Zərərçəkmiş şəxs1 tərəfindən 10500 manat məbləğində pul Təqsirləndirilən şəxs verilməsi üçün ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu, Donuzkökəltmə sovxozu ərazisində yerləşən 0,03 ha torpaq sahəsini özəlləşdirməyi, sərəncam verməyi, tikməyi, müvafiq idarə və təşkilatların razılığını almağı və digər hərəkətləri etməyi X7 etibar etmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin məlumatına əsasən, Təqsirləndirilən şəxs adına Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 1200 kv.m. torpaq sahəsinin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məlumatına əsasən, Maştağa qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200 kv.m. torpaq sahəsinin kimin adına və hansı tarixdə verilməsinə aid qeydiyyat qəsəbə nümayəndəliyində tapılmamış və həmçinin, bu səpkidə olan hər hansı bir sənəd, torpaq sahəsinin yerləşmə sxemi arxivləşdirilməmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin Maştağa qəsəbə nümayəndəliyi aparatının qərarından xx.xx.1997-ci il tarixli, 11 nömrəli çıxarışın surəti, Abşeron rayon İcra Hakimiyyəti üzrə sərəncamından xx.xx.1999-cu il tarixli “Vətəndaşlara torpaq sahəsi ayrılması haqqında” 096 nömrəli çıxarışın surəti, Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd təsərrüfatı Müəssisəsinin xx.xx.2003-cü il tarixli “Vətəndaşlara torpaq sahəsi verilməsi haqqında” 28 nömrəli əmrindən çıxarışın surəti, Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi Respublikası İstehsalat-Elm Damazlıq-Heyvandarlıq Birliyi RİEB “Azərdamazlıq Birliyi” X4 üzrə 135 nömrəli əmrdən xx.xx.1990-cı il tarixli, 428 nömrəli çıxarışın surəti cinayət işi üzrə maddi sübut kimi tanınaraq, iş materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, X11 barəsində ********* nömrəli cinayət işinin materiallarından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 320.2-ci maddələri ilə ********* nömrəli cinayət işinin ayrılması qərara alınmışdır. Eyni zamanda, iş materiallarından görünür ki, Bakı şəhəri 31 saylı notariat ofisinin xüsusi notariusu Şahid6 və Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu Şahid7 Təqsirləndirilən şəxs təqdim etdiyi sənədlərin əsliləri olmadığı halda, notariat hərəkətləri aparmaları faktına görə cinayət işinin materiallarından ayrıca materialın ayrılması qərara alınmışdır. İş materiallarından görünür ki, olduğu yer müəyyən edilmədiyindən, 04 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarından görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs 12 aprel 2022-ci il tarixdə tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 12 aprel 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 320.2-ci maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərində əməllərin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2 və 15.3-cü maddələrinə əsasən, həmin cinayətlərin böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməlləri etiraf etməsini və əməllərindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddələrin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli onun tutulduğu tarixdən, yəni 12 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan - Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin Maştağa qəsəbə nümayəndəliyi aparatının qərarından xx.xx.1997-ci il tarixli, 11 nömrəli çıxarışın surəti, Abşeron rayon İcra Hakimiyyəti üzrə sərəncamından xx.xx.1999-cu il tarixli “Vətəndaşlara torpaq sahəsi ayrılması haqqında” 096 nömrəli çıxarışın surəti, Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd təsərrüfatı Müəssisəsinin xx.xx.2003-cü il tarixli “Vətəndaşlara torpaq sahəsi verilməsi haqqında” 28 nömrəli əmrindən çıxarışın surəti, Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi Respublikası İstehsalat-Elm Damazlıq-Heyvandarlıq Birliyi RİEB “Azərdamazlıq Birliyi” X4 üzrə 135 nömrəli əmrdən xx.xx.1990-cı il tarixli, 428 nömrəli çıxarışın surəti cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 5 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 12 aprel 2022-ci il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan - Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin Maştağa qəsəbə nümayəndəliyi aparatının qərarından xx.xx.1997-ci il tarixli, 11 nömrəli çıxarışın surəti, Abşeron rayon İcra Hakimiyyəti üzrə sərəncamından xx.xx.1999-cu il tarixli “Vətəndaşlara torpaq sahəsi ayrılması haqqında” 096 nömrəli çıxarışın surəti, Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd təsərrüfatı Müəssisəsinin xx.xx.2003-cü il tarixli “Vətəndaşlara torpaq sahəsi verilməsi haqqında” 28 nömrəli əmrindən çıxarışın surəti, Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi Respublikası İstehsalat-Elm Damazlıq-Heyvandarlıq Birliyi RİEB “Azərdamazlıq Birliyi” X4 üzrə 135 nömrəli əmrdən xx.xx.1990-cı il tarixli, 428 nömrəli çıxarışın surəti cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(011)-346/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-346/2022
11.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver