Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-346/2023 07.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 02 fevral 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 09 il müddətinə azadlıdan məhrumetmə cəzasına məhkum edilmiş, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan barəsində Xətai rayon məhkəməsi tərəfindən 10 may 2023-cü il tarixədək “həbs” qətimkan tədbiri seçilmiş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə olan metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə 0,159 qram kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 10 fevral 2023-cü il tarixdə saat 22:10da Xətai RPİ-nin 36-cı PB-nin və Xətai RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 3 ünvanın qarşısında saxlanılaraq ünvan 4İ-nin 36-cı PBnə gətirilib orada müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə keçirilmiş şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd selofan bükümdə təmiz çəkisi 0,159 qram olan ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadələri ilə yanaşı şahid ifadələri, şəxsi axtarış və götürmə, diskə baxış, ekspertiza rəyləri və iş üzrə toplanmış digər sənədlərlə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən bir il olar ki, psixotrop maddələrdən yandıraraq tüstüsün buruna çəkmək yolu ilə istifadə edir. Artıq bir il demək olar ki, hər gün psixotrop maddə olan metamfetamin qəbul etdiyinə görə onun alüdəçisi olmuş və həmin psixotrop maddə metamfetamini qəbul etmədikdə bədənində müxtəlif ağırlar olur, ona görə də o hər gün tanımadığı şəxslərdən psixotrop maddə sayılan metamfetamin alaraq qəbul edir. Əvvəllər Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə məhkum olunub. 10 fevral 2022-ci il tarixdə günorta saat 14:30 radələrində əvvəllər narkotik vasitə və psixotrop maddə satışı ilə məşqul olan şəxs kimi tanıdığı Zakir adlı şəxslə Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsində görüşmüş və Zakir ilə danışaraq ona bildirmişdir ki, onda narkotik vasitə olan “Marixuana” var və ona təklif etmişdir ki, həmin “Marixuana” əvəvzinə ona “Metamfetamin” versin. Zakir onunla razılaşmış və dərhal ona bir bükümdə psixotrop maddə olan “Metamfetamin” vermişdi. O həmin “Metamfetamini” götürərək əynində olan qara rəngli şalvarın ağ yan cibinə qoymuş və oradan yaşadığı evə getmişdi. Həmin gün axşam radələrində saat təxminən 21:50 olardı, o yaşadığı evdən çoxdan, hal-hazırda kimdən əldə etdiyini yadında saxlamadığı bir bükümdə olan narkotik vasitə olan “Marixuananı” əynində olan qara rəngli şalvarın sağ yan cibinə qoymüşd və Zakirə vermək üçün ünvan 6 ünvanına gəlmişdi. Orada dayanıb Zakiri gözləyən zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşmış və ondan anket məlumatları ilə maraqlanmışlar, o öz adı, soyadı və digər anket məlumatlarını bildirdikdən sonra onlar narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu 36-cı PB-nin inziabti binasına dəvət etdilər. Onlara öz razılığını bildirmiş və onlar onu əllərini ciblərinə salmağa imkan verməyərək 36-cı PB-nin inzibati binasına apardılar. Orada xidməti otaqların birində ona dəvət edilmiş vəkiln iştirakı ilə ona hüquq və vəzifələri izah edildi, daha sonra ona üzərinə şəxsi axtarış aparılacağı barədə məlumat verildi. Sonra videoçəkilişlə, ona dəvət edilmiş vəkilin və polis əməkdaşların iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirildi. Başlamazdan əvvəl təhqiqatçı ona üzərində olan dövriyyəsi qadağan edilmiş hər-hansı bir əşya və ya maddənin olması barədə maraqlandı və olduğu halda həmin maddə və əşyanı təqdim etməsini xahiş etdi. O əynində olan qara rəngli şalvarın sağ yan cibindən iki ədəd selofan büküm çıxararaq təqdim etdi və bildirdi ki, həmin bükümün birində psixotrop maddə olan metamfetamindir, digər bükümdə isə narkotik vasitə olan marixuanadır. Həmin bükümlə təhqiqatçı tərəfindən açıldı və bükümün birində ağ rəngli, kristal şəkilli kütlə, digərinin içşində isə ot şəkilli, spesifik iyə malik yaşıl rəngli kütlə idi. Həmin bükümlər elektron tərəzi vasitəsi ilə çəkildi içərisində metamfetaminə bənzər maddə olan bükümün çəkisi 0,20 qram, digər bükümünü isə çəkisi 4,55 qram olması müəyyən olundu. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 10 fevral 2023-cü il tarixdə xidmətdə olarkən ona Təqsirləndirilən şəxs Xətai rayon inzibati ərazisində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşqul olması barədə məlumat daxil olmuş. O aidiyyəti üzrə raportla RPİ-nin rəhbərliyinə müraciət etmiş və Təqsirləndirilən şəxs qanunsuz əməllərin ifşa edilməsi məqsədi ilə o və Xətai RPİ-nin 36-cı PB-nin sahə inspektoru, polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Qrupun rəhbəri o təyin olunmuşdur. Bundan sonra o Şahid2 ilə birlikdə ünvan 3 ünvanın qarşısına getmiş və orada müşahidə aparırmış. Saat 22:10 radələrində bir nəfər zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar olan şəxsi görüb ona yaxınlaşaraq özlərinin polis əməkdaşı olduğunu bildirmişlər və ondan anket məlumatları barədə maraqlanmışlar. Həmin şəxs anket məlumatların bildirdikdən sonra onlar tam əmin olmuşlar ki, həmin şəxs Təqsirləndirilən şəxsdur və ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşqul olmadqda şübhəli olduğunu bildirirək olarla birlikdə polis bölməsinə keçməyi xahiş etmişlər. Təqsirləndirilən şəxs onlara öz razılığını bildirmiş və onu əllərini ciblərinə salmağa imkan verməyərək Xətai RPİ-nin 36-cı PB-nin inzibati binasına gətirmişlər və bu barədə raportla müraciət etmişlər. Daha sonra həmin bölmənin təhqiqatçısı, polis kapitanı Faiq Şahverdiyev xidməti otağında Təqsirləndirilən şəxs təyin edilmiş vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış və götürmə hərəkətinin aparılacağı bildirildi və ona hüquq və vəzifələri izah edildi. Daha sonra Təqsirləndirilən şəxs üzərində hər hansı qeyriqanuni əşya maddə və predmetin olması barədə sual verildi, olduğu halda könüllü olaraq təqdim edilməsi xahiş olundu. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümdə ağ rəngli, kristal şəkilli kütlə çıxarıb təqdim edərək onun “metamfetamin” və 1 ədəd şəffaf sellofan bükümdə ot şəkilli, yaşıl rəngli kütlə çıxarıb təqdim edərək onun “marixuana” adlanan maddə olduğunu bildirmişdir. O, “metamfetamin”-i xx.xx.2023-cü il tarixdə günorta vaxtı Xətai rayonu, Əbilov küçəsi 18 ünvanında Zakir adlı tanıdığı şəxsdən şəxsi istifadəsi üçün görüşüb aldığını, lakin müqabilində ödəyəcək pulu olmadığı üçün onunla pul əvəzinə özündə çoxdan qalmış “marixuana”-nı verəcəyinə razılaşmış, bu səbəbdən həmin gün axşam vaxtı əldə etdiyi “metamfetamin”-i və sözügedən “marixuana”-nı cibinə qoyub həmin Əbilov küçəsi 18 ünvanına Zakirlə görüşüb sonuncu maddəni ona çatdırmaq məqsədi ilə getmiş, lakin həmin ünvana çatdıqda polis əməkdaşları tərəfindən saxlanılaraq PB-nə gətirilmiş, bu səbəbdən də danışdıqları kimi Zakirlə görüşə və “marixuana”-nı ona verə bilməmişdir. Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi bir bükümdəki “metamfetamin”ə bənzər maddə bükümlə birlikdə elektron tərəzidə çəkilərək onun 0,20 qram, digər bir bükümdəki “marixuana”ya bənzər maddə isə bükümlə birlikdə çəkilərək onun 4,55 qram olduğu tərəzidə göründü. Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi 2 ədəd bükümdəki maddələr ağ rəngli zərfdə qablaşdırılaraq, möhürlənmişdir. Bununla bağlı protokol tərtib olunmuş, ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə digər Şahid1 məhkəmə iclasının vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə həmin şahidin məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə istintaq dövründə vermiş olduğu ifadə elan olunmuşdur. Həmin ifadəsində o, iş üzrə digər Şahid2 ilə oxşar məzmunlu ifadələr verərək onun qeyd etdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 11 fevral 2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanılması və icraata qəbul edilməsi qərara alınmışdır. (i.v 1) şübhəli şəxsin tutulması haqqında 10 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 10 fevral 2023-cü il tarixdə, saat 22:50-də Xətai RPİ 36-ci PB-də tutulmuş, tutulmanın əvvəli, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni həmin tarixdən saat 22:10-dan hesablanmışdır ( i.v. 21); şəxsi axtarış və götürmə aparılması haqqında 10 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Xətai RPİ-nin 36-ci PB-nin əməliyyat müvəkkili Şahid1, Bakı şəhəri Xətai RPİ-nin 36-ci PB-nin sahə inspektoru Şahid2, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi 13 saylı vəkil bürosunun vəkili X3 iştirakları ilə şəxsi axtarış və götürülmə aparılmış, bu barədə müvafiq protokol tərtib olunmuşdur. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı “Xiaomi” markalı mobil telefondan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümdə ağ rəngli, kristal şəkilli kütlə çıxarıb təqdim edərək onun “metamfetamin” və 1 ədəd şəffaf sellofan bükümdə ot şəkilli, yaşıl rəngli kütlə çıxarıb təqdim edərək onun “marixuana” adlanan maddə olduğunu bildirdi. O, “metamfetamin”-i xx.xx.2023-cü il tarixdə günorta vaxtı Xətai rayonu, Əbilov küçəsi 18 ünvanında Zakir adlı tanıdığı şəxsdən şəxsi istifadəsi üçün görüşüb aldığını, lakin müqabilində ödəyəcək pulu olmadığı üçün onunla pul əvəzinə özündə çoxdan qalmış “marixuana”-nı verəcəyinə razılaşmış, bu səbəbdən həmin gün axşam vaxtı əldə etdiyi “metamfetamin”-i və sözügedən “marixuana”-nı cibinə qoyub həmin Əbilov küçəsi 18 ünvanına Zakirlə görüşüb sonuncu maddəni ona çatdırmaq məqsədi ilə getmiş, lakin həmin ünvana çatdıqda polis əməkdaşları tərəfindən saxlanılaraq PB-nə gətirilmiş, bu səbəbdən də danışdıqları kimi Zakirlə görüşə və “marixuana”-nı ona verə bilməmişdir. Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi bir bükümdəki “metamfetamin”ə bənzər maddə bükümlə birlikdə elektron tərəzidə çəkilərək onun 0,20 qram, digər bir bükümdəki “marixuana”ya bənzər maddə isə bükümlə birlikdə çəkilərək onun 4,55 qram olduğu tərəzidə görünmüş. Daha sonra həmin büküm ağ rəngli zərfə qoyulmuş, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır (i.v. 30-31); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 fevral 2023-cü il tarixli, 6/852 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №151”-li dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs (imza)” yazısı olan sərfdəki 1 (bir) bükümdə təmiz çəkisi 0,159 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin İ siyahısına daxildir. (ekspertiza xərci 114 manat) (i.v.38-42) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəməbioloji ekspertizasının 11 fevral 2023-cü il tarixli 7/210 nömrəli rəyində göstərilmişdirtədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs...” yazıları və imzalar olan kağız paketdəki 01(bir) ədəd sellofan bükümdə təmiz çəkisi-4,328 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (ekspertiza xərci 78 manat)(i.v. 43-46.) təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 11 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 56-57); Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 12 fevral 2023-cü il tarixli 4(011)-104/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 10 fevral 2023-cü il tarixdən hesablanması qərara alınmışdır.(i.v.82-85) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 02 fevral 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixində cəzasının sonu ilə azad edilmişdir (i.v.91-92) Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 02 fevral 2010-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 04 iyun 2009-cu il tarixindən hesablanması və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. (i.v 93-103) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 xx.xx.2023-ci il tarixli, 1094 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi mülaicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. (i.v. 113-114) Sübutların qiymətləndirilməsi haqqında 18 aprel 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxs X5 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən öz qüvvəsində saxalnılması və barəsində Xətai rayon məhkəməsi tərəfindən seçilmiş "hǝbs" növündə qətimkan tədbiri seçilməsi nəzərə alınması, iş üzrə Təqsirləndirilən şəxs ifadələri toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən, şahid ifadələri, "şəxsi axtarış və götürmə haqqında" protokol, şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntüləri əks etdirən 01 ədəd "DVD-R" formatlı disk, "videogörüntülərə baxış keçirilməsi haqqında", protokol, məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 11 fevral 2023-cü il il tarixli №6/852 nömrəli, məhkəmə-bioloji ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 11 fevral 2023-cü il il tarixli №7/210 nömrəli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 şəxsin verdiyi 24 fevral 2023-cü il tarixli 1094 nömrəli rəylər toplanmış sübutlarla uzlaşdığından və işin obyektiv hallarına uygun gəldiyindən iş üzrə mötəbər sübut növü kimi qiymətləndirilməsi, iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aşkar edilərək götürülmüş 01 adǝd bükümdə 0,159 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı qeydə alınmış videogörüntüləri əks etdirən 01 ǝdǝd "DVD- R" formatlı disk maddi sübut kimi tanınsın, tədqiqat zamanı sərf olunduqdan sonra qalıq çəkisi 0,109 qram psixotrop maddə metamfetamin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə maddi sübutun talehi həll edilənədək müvafiq olaraq Azərbaycan Respublikası DİN-in Xətai RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilnəsi,01 ədəd disk isə cinayət işi materiallarına əlavə edilməsi, iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 fevral 2023-cü il tarixli 6/852 nömrəli və 11 fevral 2023-cü il tarixli 7/210nömrəli rəyində göstərilən rəqəmlər əsas götürülməklə, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdə psixotrop maddə metamfetaminin ümumi təmiz çəkisi 0,159 qram, 01 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuannanın təmiz çəkisii 4, 328 qram hesab edilməsi, iş üzrə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, daşıma və satma cinayətinin tərkib əlamətləri olmadığından barəsində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə cinayət təqibi üzrə icraata xitam verilməsi, Təqsirləndirilən şəxs 10 fevral 2022-ci il tarixdə ünvan 3 ünvanın qarşısında psixotrtop maddə olan metamfetamini satmış Zakir" adlı şəxs barəsində cinayət işindən material ayrılması və araşdırma aparılmasından ötrü Xətai RPİ-nin 36-cı PB-nə göndərilməsi, X4 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananın tanışı "Zakir" adlı şəxsə vermək üçün daşımasını göstərməsi xüsusati iş materialları ilə təsdiq edilmədiyindən özünü müdafiə xarakterli kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürüldüyü 1 ədəd bükümdə təmiz çəkisi 4,328 qram narkotik vasitə qurudulmuş marixuananın cinayət tərkibi yaratmadığı üçün bu hissədə cinayət təqibina xitam verilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın başlanılması rədd edilməsi, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə zamanı götürülmüş və ekspertiza tədqiqinə məruz qaldıqdan sonra qalıq qalmış 4,278 qram narkotik vasitə qurudulmuş marixuana məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə maddi sübutun talehi həll edilənədək müvafiq olaraq Azərbaycan Respublikası DİN-in Xətai RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilməsi, cinayətin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınması qərara alınmışdır..(i.v 121-130) Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntü tədqiq edilmiş, videogörüntüdə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış aparıldığı, hüquq və vəzifələri izah edildiyi, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edildiyi, Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümdə ağ rəngli, kristal şəkilli kütlə çıxarıb təqdim edərək onun “metamfetamin” və 1 ədəd şəffaf sellofan bükümdə ot şəkilli, yaşıl rəngli kütlə çıxarıb təqdim edərək onun “marixuana” adlanan maddə olduğunu bildirməsi, həmin maddələrin zərfə qoyularaq möhürlənməsi müəyyən olunmuşur. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. 15.4-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 30 may 2014-cü il tarixli 975-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 19 may 2014-cü il, № 128, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 622) ilə 120.1-ci maddədə “yeddi ildən on iki” sözləri “doqquz ildən on dörd” sözləri ilə əvəz edilmişdir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən təmiz çəkisi 0,159 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Nakotik vasitələr» adlı İ siyahının 12-ci qrafasına əsasən təmiz çəkisi 4,278 qram olan qurudulmuş mariuxana şəxsi istehlak miqdarından artıq miqdar hesab olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmanlıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 02 fevral 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə(əməlin törədildiyi vaxt ağır cinayət hesab olunmuşdur) məhkum olunduğu 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasını çəkib qurtardığı xx.xx.2018-ci il tarixdən 06 il müddət keçmədən yenidən cinayət törətdiyindən təqsirləndirilən şəxsin əməlində cinayətin residivi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal cinayətin residivi(CM61.1.1) müəyyən edilmişdir. Təqsirləndirilən şəxs digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halın və əməlində cəzanı ağırlaşdıran halın olması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixindən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə metamfetamin və marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut - 01 (bir) ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01(bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 10 fevral 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalan Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan ümumi təmiz çəkisi 0,159 qram olmaqla qalıq qalan 0,109 qram psixotrop maddə metamfetamin və 4,278 qram qalıq qalan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 192 (yüz doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (yüz səksən)manat pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-346/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-346/2023
07.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver