Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-347/2020 30.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs 138 nömrəli orta məktəbin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Qanuni nümayəndə, müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştırakları ilə xx xxxxxx 2003-cü ildə Ağsu rayonu, Kəndoba kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Ağsu rayonu, Kəndoba kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci MKR, İ.Hacıyev küçəsi ev 6 ünvanda yaşayan, barəsində “nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmənin icraatına daxil olmuş cinayət işindən məlum olur ki, ibtidai istintaq orqanı müəyyən etmişdir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə saat 22 radələrində ünvan 2 saylı ünvanda yerləşən 138 nömrəli tam orta məktəbin qarşısına gəldikdən sonra, darvazanın açıq olmasından istifadə edərək həmin darvazadan keçməklə məktəbin həyətyanı sahəsinə daxil olub, məktəbin inzibati binasının ibtidai sinif otağına açılan plastik pəncərəni fiziki güc tətbiq etmək yolu ilə açaraq, pəncərədən keçməklə binaya qanunsuz daxil olub, sinif otağından 138 nömrəli orta məktəbə məxsus 01 ədəd 634 manat qiymətində “Epson” markalı proyektoru və 01 ədəd 461 manat qiymətində “HP” markalı noutbuku gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs 138 nömrəli orta məktəbə ümumilikdə 1095 manat ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, şahidin və zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyi ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 244 nömrəli tam orta məktəbin 10-cu sinifində təhsil alır, heç bir yerdə işləmir. Uzun müdətdir ki, özünə mobil telefon əldə etmək istəmişdir, bu səbəbdən oğurluq etmək qərarına gəlmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat təxminən saat 22 radələrində təsadüfən 138 nömrəli tam orta məktəbin yaxınlığından keçərkən, həmin məktəbdən oğurluq etməyi fikirləşmiş, belə ki, məktəbdə təhsil aldığı üçün, sinif otaqlarının proyektor və noutbuk komputerlərlə təhciz olduğunu bilmiş, bu minvalla ilk əvvəl məktəbin həyətyanı sahəsinə yaxınlaşmış, məktəbin həyətyanı sahəsinə giriş darvazasının açıq olmasından istifadə edərək, həyətə daxil olmuş, bundan sonra ətrafa nəzər salıb, gözətçi və hər hansı digər kənar şəxsin olmadığına əmin olduqdan sonra məktəbin sinif otaqlarından birinin çölə açılan plastik pəncərəsinə yaxınlaşmış, pəncərə istiqamətdə qalxıb əli ilə güc etməklə pəncərəni açmış, bundan sonra pəncərədən keçməklə məktəbin siniflərinin birinə daxil olmuş, həmin zaman sinif otağındakı müəllim partası üzərində 01 ədəd üzərində “HP” sözləri yazılmış noutbuk kompyuterinin, tavandan isə 01 ədəd proyektorun asılmasının şahidi olmuş, dərhal noutbuk və proyektoru götürərək, pəncərədən keçməklə məktəbi tərk etmiş, məktəbi tərk etdikdən sonra, qaçaraq hadisə yerindən uzaqlaşmağa başlamış, qaçarkən həyəcanlı olduğu üçün, oğurladığı proyektoru əlindən yerə salmış, ayaq saxlayıb, proyektora nəzər saldığı zaman, proyektorun sınaraq yararsız hala gəlməsinin şahidi olmuş, bu səbəbdən proektoru xatırlamadığı yerdə tullamışdır. Səhəri gün oğurladığı noutbukun satışını həyata keçirmək məqsədi ilə Azadlıq prospektinə yollanmış, prospektdə yerləşən mağazaların birinə daxil olub, orada işləyən, xarici görünüşü xatırlamadığı, 25-30 yaşlarında olan tanımadığı şəxsə müraciət etməklə, guya qardaşına məxsus olan noutbuku satmaq istədiyini bildirmiş, həmin şəxs razılıq verdikdə, o, özü ilə götürdüyü noutbuku ona təqdim etmiş, həmin şəxs noutbukun işlək vəziyyətdə olduğunu müəyyən etdikdən sonra, müqabilində 100 manat pul verə biləcəyini demiş, o razılaşıb, noutbuka görə 100 manat pul götürməklə mağazanı tərk etmiş, əldə etdiyi pulu müxtəlif vaxtlarda öz şəxsi ehtiyaclarına xərcləmişdir.Daha sonra əməlindən peşman olduğunu, noutbukun qaytarıldığını bir daha belə hallara yol verməyəcəyini, əvvəllər məhkum olunmamasını, qanmazlıqdan bu hərəkəti etdiyini nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs 138 nömrəli tam orta məktəbin nümayəndəsi qismində tanınmış Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov 13 saylı ünvanda yerləşən 138 nömrəli tam orta məktəbin direktoru vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə yaşadığı evdə olan zaman, məktəbdə gözətçi işləyən Şahid2 ona zəng edərək, məktəbin ibtidai sinif otaqlarının birindən oğurluq olması barədə məlumat vermiş, o, dərhal məktəbə gəlib, oğurluq halının baş verdiyi sinif otağına daxil olmuş, sinif otağına nəzər saldığı zaman otağın plastik pəncərəsinin açıq, müəllim partası üzərində olan Təhsil Nazirliyi tərəfindən məktəb üçün ayrılmış 461 manat dəyərində 01 ədəd ”HP” markalı noutbukun, eləcə də, tavandan asılı təhsil zamanı istifadə edilən 634 manat dəyərində 01 ədəd “Epson” markalı proyektor aparatının oğurlandığım aşkar etmişdir. Baş vermiş oğurluq nəticəsində məktəbə ümumilikdə 1095 manat ziyan dəymişdir. Hadisə zamanı oğurlanmış noutbuk istintaq tərəfindən tapılaraq ona qaytarılmışdır, lakin 01 ədəd “Epson” markalı proyektor qaytarılmamışdır. Bu səbəbdən şikayətçi olduğunu göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx xxxx 2019-cu ildən etibarən Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov 13 saylı ünvanda yerləşən 138 nömrəli tam orta məktəbdə gözətçi işləyir. Gözətçi işlədiyi məktəb iki inzibati binaya malikdir. Məktəbin inzibati binaların biri 3 mərtəbəli, digər isə 2 mərtəbəlidir. Məktəbin təxminən 1 ha həyətyanı sahə vardır. Həyətyanı sahə kənar şəxslərin daxil olmasının qarşısının alınmasından ötrü dəmir hasarla əhatəlidir. Gözətçi olaraq nəzarətində olan əmlakı mühafizə etmək məqsədi ilə keşikçəkmə fəaliyyətini həyata keçirir, iş qafiki növbəlidir, yəni işi bir gündən bir olmaqla, saat 18:00-da başlayır, növbəti gün saat saat 08:00-da isə bitir. Həmişə olduğu kimi xx xxxxxx 2020-ci il tarixdə sat 18:00da məktəbə gəlib, növbəni təhvil alıb, keçikçilik etməyə başlamış, həmin gün saat 20 radələrində məktəbin ərazisinə çıxıb, yoxlama aparmağa başlamış, bu vaxt məktəbin ibtidai sinif otaqlarından birinin həyətyanı sahəsinə açılan plastik pəncərəsinin açıq olduğunu görmüş, dərhal həmin sinfi açıb, içərisinə nəzər saldıqda, otaqdakı şkafların içərisindəki əşyaların dağıdılığının, müəllim partası üzərində olan 01 ədəd ”HP” markalı noutbukun, eləcə də, tavandan asılı 01 ədəd “Epson” markalı proyektor aparatının yerində olmadığını, oğurlandığını aşkar etmiş, bundan sonra dərhal məktəbin direktoruna, ardınca isə DİN-in 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, fərdi qaydada ünvan 4 saylı ünvanda yerləşən “Kobra Telecom” mağazasında mobil telefon aparatlarının təmiri ilə məşğul olur. xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 14 radələrində sonradan adını öyrəndiyi Təqsirləndirilən şəxs işlədiyi mağazaya yaxınlaşıb, özü ilə gətirdiyi 01 ədəd “HP” markalı noutbuku təqdim edərək, həmin noutbukun qardaşına məxsusluğunu və pula ehtiyacı olduğu üçün təcili olaraq satmaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs özünə məxsus şəxsiyyət vəsiqəsi təqdim etdikdən sonra, “HP” markalı noutbuku qəbul edib, işlək vəziyyətdə olub-olmamasını yoxlamış, noutbuku yandırıb, tam işlək vəziyyətdə olduğunu müəyyən etdikdən sonra, Təqsirləndirilən şəxs noutbuk müqabilində ümumilikdə 100 manat pul verəcə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs razılıq verdikdən sonra onun təqdim etdiyi şəxsiyyət vəsiqəsinin surətini çıxarıb, ümumilikdə 100 manat məbləğində pul verməklə həmin noutbuku almışdır. Daha sonra polislər gəlmiş və ona məlum olmuşdur ki, noutbuk Təqsirləndirilən şəxs tərəfindən oğurluq yolu ilə əldə edilmişdır. Bu səbəbdən noutbuku polislərə təhvil vermişdir. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 9/1504 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd “HP” markalı “250” modelli noutbukun 2020-ci ilin fevral ayına olan orta bazar qiyməti təxminən 250 manat müəyyən edilir. İş materiallarında olan 244 nömrəli orta məktəbin direktoru Y.Abbasov tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan məlum olur ki, təqsirləndirilən şəxsin barəsində nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmayan şəxsdir. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və digər iş materialları ilə Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talayıb oğurluq etməsi tamamilə sübuta yetirildi. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki,yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 435.4.3-cü maddəsinin müddəaları da mütləq nəzərə alınmalıdır. Belə ki, həmin maddəyə əsasən yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Məhkəmə, Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşman olduğunu, səmimi etirafını, əvvəllər məhkum olunmamasını, vurulmuş ziyandan qismən ödəniş etməsini, yetkinlik yaşına çatmayan şəxs olmasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, yetkinlik yaşına çatmamasını, ilk məhkumluğunu, səmimi etirafını nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə ekspertiza xərci 250 (iki yüz əlli manat) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün qəbzlə zərərçəkmişə verilmiş bir ədəd “HP” markalı “250” modelli noutbuk zərəçəkmişin nümayəndəsi Zərərçəkmiş şəxs istifadəsinə verilmiş hesab edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsıın. İş üzrə ekspertiza xərci 250 (iki yüz əlli manat) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün qəbzlə zərərçəkmişə verilmiş bir ədəd “HP” markalı“250” modelli noutbuk zərərçəkmişin nümayəndəsi Zərərçəkmiş şəxs istifadəsinə verilmiş hesab edilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-347/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-347/2020
30.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver