Məhkəmə qərarları › İş №1(011)-348/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-348/2022

27.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-348/2022 27.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, Güləliyev Rahil Oqtay oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı Şəhər Şöbəsinin prokuroru X3, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 1970-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, bir büküm kustar üsulla hazırlanmış, təmiz çəkisi 0,951 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, Xətai RPİnin 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 06 aprel 2022-ci il tarixdə, saat 00:30 radələrində ünvan 2 ünvanının qarşısında saxlanılıb, ünvan 3ləşən Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə gətirilərək, müdafiəçinin iştirakı və videoçəkilişdən istifadə edilməklə, üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı, əynində olan qara rəngli idman şalvarının sol yan cibindən bir ədəd ağ rəngli, sellofan bükümdə, təmiz çəkisi 0,951 qram tünd qəhvəyi rəngli maddə - kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, 17 aprel 2022-ci il tarixdə ünvan 5 ünvanının qarşısında tanışı Şahid2 30 manata qanunsuz olaraq dörd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,060 qram, 0,277 qram, 0,325 qram və 0,389 qram olmaqla, ümumi çəkisi 2,051 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, 18 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, N.Əliyarov küçəsində əldə etdiyi narkotik vasitə heroindən bir ədəd bükümdə 0,389 qram çəkidə olan hissəsini tanışı Şahid1 10 manata satmış, Xətai RPİ-ni 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 18 aprel 2022ci il tarixdə, saat 16:00-da o, Bakı şəhəri, Xətai rayonu, N.Əliyarov küçəsinin yaxınlığında saxlanılıb, ünvan 3ləşən Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə gətirilərək, üzərində müdafiəçinin iştirakı və videoçəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı, əynində olan göy rəngli idman şalvarının sol yan cibindən şəxsi istehlak miqdarından artıq miqdarda, üç ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri - 1,060 qram, 0,277 qram və 0,325 qram olmaqla, ümumi təmiz çəkisi 1,662 qram qəhvəyi rəngli maddə kütləsi - kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Əhmədli qəsəbəsi, N.Əliyarov küçəsi 10 ünvanında yaşamışdır. Narkotik vasitələrin aludəçisidir və bədənində ağrılar olduğu zaman, Bakı şəhərinin müxtəlif yerlərindən tanımadığı şəxslərdən narkotik maddəni alırmış. 05 aprel 2022-ci il tarixdə Hövsan qəsəbəsində üzdən tanıdığı şəxsdən, öz şəxsi istifadəsi üçün, bir büküm narkotik vasitə olan heroini 30 manata almışdır. 06 aprel 2022-ci il tarixdə, gecə saatlarında, yaşadığı evin qarşısında, ona iki nəfər yaxınlaşaraq, özlərini polis əməkdaşları kimi təqdim edib, onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində ona üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Bundan sonra, dəvət edilmiş vəkilin və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Ona üzərində hər hansı bir qanunsuz əşya olub-olmaması soruşulmuş və o, bundan sonra, əynində olan şalvarının cibindən selofana bükülmüş maddəni çıxardıb, masanın üzərinə qoymuşdur. Daha sonra, aşkar edilmiş narkotik maddə polis əməkdaşı tərəfindən zərfə qoyularaq, möhürlənmişdir. Həmçinin, sonuncu dəfə 17 aprel 2022-ci il tarixdə, tanımadığı şəxsdən, öz istifadəsi üçün üç ədəd bükümdə narkotik vasitə olan heroini almışdır. Aldığı maddənin müəyyən qədərini istifadə etmiş, qalan hissəsini isə üzərində saxlamışdır. 18 aprel 2022-ci il tarixdə yaşadığı evdən çıxıb, N.Əliyarov küçəsi ilə hərəkət edərkən, polis əməkdaşları ona yaxınlaşaraq, özlərini təqdim etdikdən sonra, onu narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində olarkən, vəkil dəvət edilmiş və daha sonra videoçəkilişdən istifadə edilməklə, üzərində axtarış keçirilmişdir. Həmin vaxt o, əynində olan şalvarının cibindən, üç ədəd bükümdə, selofana bükülmüş narkotik maddələri təqdim etmişdir. Aşkar edilmiş narkotik maddələr polis əməkdaşı tərəfindən zərfə qoyularaq, möhürlənmişdir. Hər iki dəfə üzərindən aşkar edilmiş narkotik maddələri o, şəxsi istifadəsi üçün əldə etmiş və o, heç vaxt narkotik maddələrin satışı ilə məşğul olmamışdır. Polis şöbəsində olarkən, ona qarşı polis əməkdaşları tərəfindən psixoloji təziq göstərilmiş və bundan sonra o, məcbur olub narkotik maddələri Ceyhun adlı tanışından aldığını və bir bükümünü Məmməd adlı tanışına 10 manata satdığını bildirmişdir. Lakin, əslində isə o, narkotik maddələri Ceyhundan almamış və Məmmədin üzərindən aşkar olunmuş narkotik maddəni həmin şəxsə o, satmamışdır. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, o, Əhmədli qəsəbəsində yaşamış və rəsmi olaraq heç bir yerdə işləməmişdir. Təxminən bir il olar ki, narkotik maddələrdən istifadə etməyə başlamışdır. Narkotik maddələri tanımadığı müxtəlif şəxslərdən əldə etmişdir. Qonşuluqda yaşayan Təqsirləndirilən şəxs isə uzun müddətdir ki, tanımış və Qurban da onun kimi narkotik maddələrin istifadəçisidir. 17 aprel 2022-ci il tarixdə, tanımadığı şəxsdən, öz istifadəsi üçün bir bükümdə narkotik vasitə olan heroini almışdır. Aldığı maddənin az bir hissəsini istifadə etmiş, qalan hissəsini isə üzərində saxlamışdır. 18 aprel 2022-ci il tarixdə yaşadığı evdən çıxıb, N.Əliyarov küçəsində olarkən, polis əməkdaşları ona yaxınlaşaraq, özlərini təqdim etdikdən sonra, onu narkotik vasitələrin istifadəsində şübhəli olduğunu bildirib, onu 34-cü Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsində polis əməkdaşlarının və vəkilin iştirakı ilə üzərində axtarış keçirilmiş və həmin vaxt o, şalvarının cibində olan narkotik maddəni könüllü olaraq təqdim etmişdir. Lakin, polis şöbəsində təziq altında məcbur olub, təqdim etdiyi narkotik maddəni tanışı Qurbandan 10 manata aldığını bildirmişdir. Əslində isə o, narkotik maddəni tutulmamışdan bir gün əvvəl tanımadığı şəxsdən əldə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 06 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs adlı şəxsin Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Buna görə də, ondan və 34-cü Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid4 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra, onlar birlikdə məlumat əsasında saat Xətai rayonu, Əhmədli qəsəbəsi, Namiq Əliyarov küçəsinə getmişlər. Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin orada olmasını və özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşaraq, özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü xx xxxxxx 1970-ci ildə Bakı şəhərində anadan olmuş, Xətai rayonu, Əhmədli qəsəbəsi, N.Əliyarov küçəsi, ev 10-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Qurbana narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, sonuncunu 34-cü Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsində onların və dəvət edilmiş vəkilin iştirakı ilə, videoçəkilişdən istifadə olunmaqla, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs həmin vaxt əynində olan şalvarının sol cibindən bir ədəd sellofan bükümü çıxardıb, masanın üzərinə qoyaraq, həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin maddəni Hövsan qəsəbəsində tanımadığı şəxsdən 30 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra Qurbanın üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı sonuncunun üzərindən başqa heç bir qanunsuz əşya aşkar olunmamışdır. Aşkar olunmuş büküm qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şahid əlavə olaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixoloji zor tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid4 Şahid3 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Xətai Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 18 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Buna görə də ondan və Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid5 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra, onlar birlikdə Xətai rayonu, N.Əliyarov küçəsinə getmişlər. Həmin vaxt onlar Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin orada olmasını və özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşıb, özlərini təqdim etmişlər. Onlar həmin şəxsə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, sonuncunu Xətai RPİ-nin 34cü Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsində həmin şəxsin xx xxxxxx 1970-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Daha sonra onların və vəkilin iştirakı ilə, videoçəkilişdən istifadə olunmaqla, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirməmişdən əvvəl Qurbana üzərində hər hansı qeyriqanuni əşya olduğu təqdirdə, təqdim etməsi təklif edilmişdir. Bundan sonra, Qurban əynində olan şalvarının sol yan cibindən üç ədəd şəffaf rəngli sellofan bükümü çıxardıb, masanın üzərinə qoymuşdur. Qurban həmin bükümlərin içərisində narkotik vasitə heroin olduğunu, həmin maddələri tanışı Ceyhun adlı şəxsdən 30 manata aldığını bildirmişdir. Sonra Qurbanın üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı sonuncunun üzərindən başqa heç bir qanunsuz əşya aşkar olunmamışdır. Daha sonra, aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Qurban tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Şahid əlavə olaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixoloji zorakılıq tətbiq edilməmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş şahid - Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid5 Şahid6 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmiş və onun təqsiri özünün qismən etirafı ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, 06 aprel 2022-ci il tarixdə polis əməkdaşlarının və vəkilin iştirakı ilə şübhəli şəxs - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sol yan cibindən bir ədəd ağ rəngli sellofan torbaya bükülmüş, qəhvəyi rəngli, tozşəkilli maddəni təqdim edərək bildirdi ki, həmin bükümdə narkotik vasitə olan heroindir, həmin maddəni 05 aprel 2022-ci il tarixdə Hövsan qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 30 manata əldə etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 aprel 2022-ci il tarixli, 6/1851 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “(imza) Salmanov” yazısı olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,951 qram tünd qəhvəyi rəngli, bərkimiş vəziyyətdə maddə - kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqatdan sonra qalıq - 0,901 qramdır. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, 07 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş və o, saxlandığı Xətai RPİ-nin MSY-dən azad olunmuşdur. Eyni zamanda, iş materiallarında olan Şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, 18 aprel 2022-ci il tarixdə polis əməkdaşlarının və vəkilin iştirakı ilə şübhəli şəxs - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli idman şalvarının sol yan cibindən üç ədəd şəffaf rəngli sellofana bükülmüş, qəhvəyi rəngli, tozşəkilli maddələri təqdim edərək bildirmişdir ki, həmin bükümlərdə narkotik vasitə olan heroindir, həmin maddələri bir gün əvvəl 9-cu Əhmədli küçəsində Ceyhun adlı şəxsdən şəxsi istifadəsi üçün və satmaq məqsədi ilə 30 manata əldə etmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, Ceyhun adlı tanışından ümumi olaraq dörd büküm narkotik maddə almış və bükümün bir ədədini tanışı Şahid1 10 manata satmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 aprel 2022-ci il tarixli, 6/2213 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №152” möhür əksi, “...Təqsirləndirilən şəxs...” və s. sözlər, imzalar olan zərfdəki üç ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 1,060 qram, 0,277 qram, 0,325 qram, ümumi təmiz çəkiləri 1,662 qram qəhvəyi rəngli maddə kütlələri - kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqatdan sonra qalıq - 1,542 qramdır. Həmçinin, iş materiallarına əlavə edilmiş ********* nömrəli cinayət işi üzrə aparılmış ekspertiza üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 may 2022-ci il tarixli, 6/2613 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, “...Şahid1..” qeydli zərfdəki bir ədəd bükümdə olan heroin kütləsi, “...Şahid2...” qeydli zərfdəki bir ədəd bükümdə olan heroin kütləsi və “...Təqsirləndirilən şəxs...” qeydli zərfdəki üç ədəd bükümdə olan heroin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Tədqiqatdan sonra qalıq - 1,422 qramdır. İş materiallarından görünür ki, 1,422 qram və 0,901 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanılması üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Həmçinin, şəxsi axtarış aparılan zaman qeydə alınmış görüntüləri əks etdirən iki ədəd disk cinayət işi üzrə maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 07 aprel 2022-ci il tarixli, 1678 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 18 aprel 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 30 aprel 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2008 və xx.xx.2010-cu il təvəllüdlü iki uşağı vardır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməllərin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsində olarkən, ona qarşı polis əməkdaşları tərəfindən psixoloji zorakılıq tətbiq olunmasını bildirsə də, bununla bağlı hər hansı bir hal məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Həmçinin, məhkəmə şahid qismində məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsinə tənqidi yanaşaraq, həmin ifadəni inandırıcı hesab etmir və tanışı olan Təqsirləndirilən şəxs müdafiə etmək xarakteri daşıdığı qənaətinə gəlməyə əsas verir. Belə ki, iş materiallarında olan Üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə üzləşdirmə zamanı, Şahid1 bir neçə dəfə pul müqabilində Təqsirləndirilən şəxs narkotik vasitələr əldə etdiyini, həmçinin, 18 aprel 2022-ci il tarixdə, saat təxminən 14 radələrində yaşadığı ünvanın yaxınlığında Qurban ilə görüşərək, 10 manat müqabilində sonuncudan bir ədəd bükümdə narkotik vasitə olan heroin aldığını bildirmişdir. Eyni zamanda, həmin vaxt Təqsirləndirilən şəxs da Şahid1 dediklərini təsdiq edərək, həqiqətən də, tanışı Ceyhundan aldığı narkotik vasitədən bir bükümünü 10 manata Məmmədə satdığını qeyd etmişdir. Həmçinin, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-381/2022 nömrəli, 09 avqust 2022-ci il tarixli hökmündən görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində ifadə vermiş Şahid1 məhkəmə iclasında göstərmişdir ki, “o, son zamanlar narkotik vasitələri tanışı Təqsirləndirilən şəxs alaraq, istifadə edir. Sonuncu dəfə 18 aprel 2022-ci il tarixdə, saat 14 radələrində tanışı Qurbana zəng edərək, ona narkotik vasitə satmasını bildirmiş, həmin tarixdə, saat 14:30-da Qurban ilə Xətai rayonu, N.Əliyarov küçəsinin yaxınlığında görüşərək, Təqsirləndirilən şəxs 10 manat pul müqabilində bir büküm narkotik vasitə heroin almışdır. O, Təqsirləndirilən şəxs aldığı narkotik vasitə heroini əynində olan qara rəngli cins şalvarın sağ yan cibinə qoyaraq, piyada N.Əliyarov küçəsi ilə hərəkət etməyə başlamışdır. Bu zaman piyada hərəkət edən iki nəfər mülki geyimli polis əməkdaşı ona yaxınlaşaraq, özlərini təqdim etdikdən sonra, onu 34-cü Polis Şöbəsinə dəvət etmiş, o, etiraz etmədən polis əməkdaşları ilə birlikdə həmin polis şöbəsinə getmişdir. Polis şöbəsində onun şəxsiyyəti dəqiqləşdirildikdən sonra, ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli şəxs qismində saxladıqları barədə məlumat vermişlər, ona sərbəst müdafiəçi seçmək hüququ izah olunduqdan sonra, o, vəkillərin siyahısı ilə tanış olmuş, özünə dövlət hesabına müdafiəçi seçmiş, həmin müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçiriləcəyi barədə hüquq və vəzifələr izah olunmuşdur. Daha sonra, videoçəkilişdən istifadə olunmaqla, vəkilin iştirakı ilə, təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya olduğu təqdirdə, təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt o, könüllü şəkildə, qara rəngli cins şalvarının sağ yan cibindən, bir ədəd şəffaf rəngli sellofana bükülmüş qəhvəyi rəngli, tozşəkilli maddəni çıxardaraq, masanın üzərinə qoymuşdur. Təhqiqatçı həmin maddənin nə olduğunu soruşduqda, o, həmin maddənin narkotik vasitə heroin olduğunu bildirmiş, həmin maddəni Xətai rayonu, N.Əliyarov küçəsi yaxınlığında tanışı Təqsirləndirilən şəxs 10 manata aldığını bildirmişdir”. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətlərin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli qismən etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və himayəsində azyaşlı uşaqların olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun 06 aprel 2022-ci il tarixdən 07 aprel 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddələrin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli onun tutulduğu tarixdən, yəni 18 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator X1 rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 1,422 qram və 0,901 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınan - şəxsi axtarış keçirilməsinin görüntüləri əks olunmuş iki ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 224 (iki yüz iyirmi dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 1 (bir) gün həbsdə saxlanıldığı müddət təyin edilmiş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 4 (dörd) il 8 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 18 aprel 2022-ci il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 1,422 qram və 0,901 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş iki ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 224 (iki yüz iyirmi dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar