Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-348/2023 19.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarasinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 Təvəkkül oğlunun, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Alyans Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək qərarına gəlib xx.xx.2021-ci ildə Bakı şəhəri 53 saylı notariat ofisində təsdiq edilmiş “Nəqliyyat vasitəsinin ilkin alqı-satqı müqaviləsi”nə əsasən qiyməti 23000 AZN olan “Toyota” markalı “Prius” modelində olan **- TM-*** dövlət qeydiyyat nişanlı avtomobili X8 xx.xx.2024-cü il tərixədək gündəlik ödəniş ən azı 25 manat olmaq şərti ilə təhvil alıb 2022-ci ilin yanvar ayında həmin avtomobilin satılması ilə bağlı “tap.az” internet saytında elan yerləşdirmiş, elan əsasında avtomobillə maraqlanan Zərərçəkmiş şəxs1 özünü mövcud olmayan «Premium Cars by Rahmanov» şirkətinin icraçı direktoru və avtomobilin sahibi kimi təqdim edib sonda həmin avtomobilə dair mülkiyyət hüququ əldə etmək şərti ilə ilkin ödəniş 6700 AZN, aylıq ödəniş 300 AZN olmaqla 20 ay müddətinə Zərərçəkmiş şəxs1 oğuna icarəyə verəcəyinə dair yalan vəd verib aldadaraq bu məqsədlə Zərərçəkmiş şəxs1 etibarını qazanmaq üçün mövcud olmayan “Premium Cars by Rahmanov” şirkəti adından onunla avtomobilə dair formal olaraq ilkin alqı-satqı müqaviləsi bağlayıb, xx.xx.2022-ci ildə ünvan 2 ünvanda yerləşən ofisində Zərərçəkmiş şəxs1 ilkin ödəniş kimi verdiyi 6700 AZN pul vəsaitini alıb ələ keçirmiş, “Toyota” markalı “Prius” modelində olan **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobili Zərərçəkmiş şəxs1 təhvil verib həmin avtomobilin idarə olunması üçün sonuncunun adına xx.xx.2022-ci ildə “Mobil notariat” tətbiqi vasitəsilə 1 il 1 gün müddətinə etibarnamə yazdırsa da, “Toyota” markalı “Prius” modelində olan **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi qarşısında icarə ödənişləri ilə bağlı üzərinə götürdüyü öhdəlikləri qəsdən yerinə yetirməyib sözügedən avtomobilə dair Zərərçəkmiş şəxs1 adına verilmiş etibarnamənin ləğv edilməsinə və ondan avtomobilin geri alınmasına şərait yaratmaqla verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs1 xeyli miqdar hesab edilən 6700 AZN məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək qərarına gəlib etibarnamə əsasında idarə etdiyi, X2 mülkiyyətində olan “Toyota” markalı “Prius” modelində olan **- CS-*** dövlət qeydiyyat nişanlı avtomobilin satılması ilə bağlı “turbo.az” internet saytında elan yerləşdirmiş, elan əsasında avtomobillə maraqlanan Zərərçəkmiş şəxs2 özünü mövcud olmayan «Premium Cars by Rahmanov» şirkətinin icraçı direktoru və avtomobilin sahibi kimi təqdim edib, sonda həmin avtomobilə dair mülkiyyət hüququ əldə etmək şərti ilə ilkin ödəniş 4000 AZN, aylıq ödəniş 375 AZN olmaqla 24 ay müddətinə Zərərçəkmiş şəxs2 oğuna icarəyə verəcəyinə dair yalan vəd verib aldadaraq xx.xx.2022-ci ildə ünvan 2 ünvanda yerləşən ofisində Zərərçəkmiş şəxs2 ilkin ödəniş kimi verdiyi 4000 AZN pul vəsaitini alıb ələ keçirmiş, “Toyota” markalı “Prius” modelində olan **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobili Zərərçəkmiş şəxs2 təhvil verib həmin avtomobilin idarə olunması üçün sonuncunun adına xx.xx.2022-ci ildə 6 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisində 2 il 6 ay 24 gün müddətinə etibarnamə yazdırsa da, “Toyota” markalı “Prius” modelində olan **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi qarşısında icarə ödənişləri ilə bağlı üzərinə götürdüyü öhdəlikləri qəsdən yerinə yetirməyib sözügedən avtomobilə dair Zərərçəkmiş şəxs2 adına verilmiş etibarnamənin ləğv edilməsinə və ondan avtomobilin geri alınmasına şərait yaratmaqla verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs2 4000 AZN məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək qərarına gəlib 2022-ci ilin iyul ayında Şahid1 məxsus olan “Toyota” markalı “Prius” modelində olan **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili aylıq icarə haqqı 500 AZN olmaqla iki il müddətinə nəqliyyat vasitəsini idarə etmək üçün verilmiş etibarnamə əsasında icarəyə götürdükdən sonra həmin marka və modeldə olan avtomobilin satışı ilə bağlı “turbo.az” internet saytında elan yerləşdirmiş, elan əsasında avtomobillə maraqlanan Zərərçəkmiş şəxs3 Təvəkkül oğluna özünü mövcud olmayan «Premium Cars by Rahmanov» şirkətinin icraçı direktoru və avtomobilin sahibi kimi təqdim edib həmin avtomobili nağd şəkildə alacağı halda qiymətinin 13000 AZN, kreditlə alacağı halda isə sonda həmin avtomobilə dair mülkiyyət hüququ əldə etmək şərti ilə ilkin ödəniş 3500 AZN, aylıq ödəniş 500 AZN olmaqla 22 ay müddətinə icarəyə verəcəyinə dair yalan vəd verib aldadaraq bu məqsədlə Zərərçəkmiş şəxs3 etibarını qazanmaq üçün mövcud olmayan “Premium Cars by Rahmanov” şirkəti adından onunla avtomobilə dair formal olaraq ilkin alqı-satqı müqaviləsi bağlayıb, xx.xx.2022-ci ildə ünvan 3 ünvanda yerləşən ofisində avtomobilə dair etibarnamə yazdırmaq və beh adı ilə 100 AZN aldıqdan sonra Zərərçəkmiş şəxs3 qohumu X4 adına həmin avtomobilin idarə olunması üçün xx.xx.2022-ci ildə Bakı şəhəri 40 saylı notariat ofisində 1 il 11 ay 19 gün müddətinə etibarnamə yazdırıb, həmin gün Xətai rayonu, Ramiz Quliyev küçəsi, 67 ünvanda yerləşən ofisində ilkin ödəniş kimi 3400 AZN pul vəsaitini vahid niyyətlə alıb ələ keçirdikdən sonra “Toyota” markalı “Prius” modelində olan **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili Zərərçəkmiş şəxs3 təhvil versə də, “Toyota” markalı “Prius” modelində olan **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi qarşısında icarə ödənişləri ilə bağlı üzərinə götürdüyü öhdəlikləri qəsdən yerinə yetirməyib sözügedən avtomobilə dair Bəhruz Tağıyevin adına verilmiş etibarnamənin ləğv edilməsinə və ondan avtomobilin geri alınmasına şərait yaratmaqla verdiyi vədə əməl etməyərək həmin pul vəsaitindən 2022-ci ilin oktyabr ayında 600 AZN qaytararaq Zərərçəkmiş şəxs3 Təvəkkül oğluna 2900 AZN məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək qərarına gəlib 2021-ci ilin sentyabr ayında faktiki olaraq Şahid2 məxsus olan “Toyota” markalı “Prius” modelində olan **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili, sonda həmin avtomobilə dair mülkiyyət hüququ əldə etmək şərti ilə aylıq ödənişi 750 AZN olmaqla 30 ay müddətinə nəqliyyat vasitəsini idarə etmək üçün verilmiş etibarnamə əsasında icarəyə götürdükdən sonra həmin avtomobilin satılması ilə bağlı “turbo.az” internet saytında elan yerləşdirmiş, elan əsasında avtomobillə maraqlanan Zərərçəkmiş şəxs4 özünü mövcud olmayan «Premium Cars by Rahmanov» şirkətinin icraçı direktoru və avtomobilin sahibi kimi təqdim edib həmin avtomobilin yığılmış cərimələrin ödənilməməsi səbəbindən cərimə meydançasında olduğunu, avtomobilin qiymətinin 13000 AZN olduğunu və avtomobilin qardaşı arvadına məxsus olduğunu yalandan bildirib, sonda həmin avtomobilə dair mülkiyyət hüququ əldə etmək şərti ilə ilkin ödəniş 3500 AZN, aylıq ödəniş 450 AZN olmaqla 20 ay müddətinə Zərərçəkmiş şəxs4 oğuna icarəyə verəcəyinə dair yalan vəd verib aldadaraq bu məqsədlə Zərərçəkmiş şəxs4 etibarını qazanmaq üçün mövcud olmayan “Premium Cars by Rahmanov” şirkəti adından onunla avtomobilə dair formal olaraq ilkin alqı-satqı müqaviləsi bağlayıb, xx.xx.2022-ci ildə Xətai rayonu, Ramiz Quliyev küçəsi, 67 ünvanda yerləşən ofisində avtomobilə dair etibarnamə yazdırmaq və beh adı ilə 70 AZN və xx.xx.2022-ci ildə ünvan 4 ünvanda fəaliyyət göstərən "xxxx" MMC-nin 3 saylı poçt filialının 123 saylı poçt şöbəsində Zərərçəkmiş şəxs4 ilkin ödəniş kimi adına köçürtdüyü 3450 AZN pul vəsaitini vahid niyyətlə alıb ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs4 ümumilikdə 3520 AZN məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək qərarına gəlib yaşadığı ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin 29000 manata satışa çıxarılması ilə bağlı “lalafo.az” internet saytında elan yerləşdirmiş, elan əsasında sözügedən fərdi yaşayış evi ilə maraqlanan Zərərçəkmiş şəxs5 həmin fərdi yaşayış evini bir həftə müddətində 28000 manata satacağına dair yalan verib aldadaraq bu məqsədlə Zərərçəkmiş şəxs5 xx.xx.2022-ci ildə kirayə yaşadığı Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, 4A, 86 nömrəli mənzildə beh kimi verdiyi 1000 AZN pul vəsaitini alıb ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs5 1000 AZN məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək qərarına gəlib 2021-ci ilin sentyabr ayında faktiki olaraq Şahid2 məxsus olan “Toyota” markalı “Prius” modelində olan **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili, sonda həmin avtomobilə dair mülkiyyət hüququ əldə etmək şərti ilə aylıq ödənişi 750 AZN olmaqla 30 ay müddətinə nəqliyyat vasitəsini idarə etmək üçün verilmiş etibarnamə əsasında icarəyə götürdükdən sonra, 2022-ci ilin avqust ayının sonlarında həmin avtomobillə maraqlanan Zərərçəkmiş şəxs6 özünü mövcud olmayan «Premium Cars by Rahmanov» şirkətinin icraçı direktoru və avtomobilin sahibi kimi təqdim edib, sonda həmin avtomobilə dair mülkiyyət hüququ əldə etmək şərti ilə ilkin ödəniş 6000 AZN, aylıq ödəniş 300 AZN olmaqla 10 ay müddətinə icarəyə verəcəyinə dair yalan vəd verib aldadaraq bu məqsədlə Zərərçəkmiş şəxs6 etibarını qazanmaq üçün mövcud olmayan “Premium Cars by Rahmanov” şirkəti adından onunla avtomobilə dair formal olaraq ilkin alqı-satqı müqaviləsi bağlayıb, xx.xx.2022-ci ildə ünvan 3 ünvanda yerləşən ofisində Zərərçəkmiş şəxs6 ilkin ödəniş kimi verdiyi 3000 AZN pul vəsaitini alıb ələ keçirmiş, “Toyota” markalı “Prius” modelində olan **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili Zərərçəkmiş şəxs6 təhvil verib həmin avtomobilin idarə olunması üçün sonuncunun adına xx.xx.2022-ci ildə “Mobil notariat” tətbiqi vasitəsilə 10 ay 8 gün müddətinə etibarnamə yazdırsa da, “Toyota” markalı “Prius” modelində olan **-BC- *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi qarşısında icarə ödənişləri ilə bağlı üzərinə götürdüyü öhdəlikləri qəsdən yerinə yetirməyib sözügedən avtomobilə dair Zərərçəkmiş şəxs6 adına verilmiş etibarnamənin ləğv edilməsinə və ondan avtomobilin geri alınmasına şərait yaratmaqla verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs6 3000 AZN məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək qərarına gəlib 2022-ci ilin sentyabr ayında Şahid3 məxsus olan “Toyota” markalı “Prius” modelində olan **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobili, sonda həmin avtomobilə dair mülkiyyət hüququ əldə etmək şərti ilə ilkin ödəniş 900 AZN, gündəlik ödəniş 25 AZN olmaqla 36 ay müddətinə nəqliyyat vasitəsinin icarə müqaviləsi və nəqliyyat vasitəsini idarə etmək üçün verilmiş etibarnamə əsasında icarəyə götürdükdən sonra, 2022-ci ilin sentyabr ayının ortalarında həmin avtomobillə maraqlanan Zərərçəkmiş şəxs7 özünü mövcud olmayan «Premium Cars by Rahmanov» şirkətinin icraçı direktoru və avtomobilin sahibi kimi təqdim edib, sonda həmin avtomobilə dair mülkiyyət hüququ əldə etmək şərti ilə ilkin ödəniş 4700 AZN, aylıq ödəniş 400 AZN olmaqla 24 ay müddətinə icarəyə verəcəyinə dair yalan vəd verib aldadaraq bu məqsədlə Zərərçəkmiş şəxs7 etibarını qazanmaq üçün mövcud olmayan “Premium Cars by Rahmanov” şirkəti adından onunla avtomobilə dair formal olaraq ilkin alqı-satqı müqaviləsi bağlayıb, xx.xx.2022-ci ildə ünvan 6 ünvanda fəaliyyət göstərən 18 saylı notariat ofisində Zərərçəkmiş şəxs7 ilkin ödəniş kimi verdiyi 4700 AZN pul vəsaitini alıb ələ keçirmiş, “Toyota” markalı “Prius” modelində olan **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobili Zərərçəkmiş şəxs7 təhvil verib həmin avtomobilin idarə olunması üçün sonuncunun adına xx.xx.2022-ci ildə Bakı şəhəri 18 saylı notariat ofisində 2 il müddətinə etibarnamə yazdırsa da, “Toyota” markalı “Prius” modelində olan **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi qarşısında icarə ödənişləri ilə bağlı üzərinə götürdüyü öhdəlikləri qəsdən yerinə yetirməyib sözügedən avtomobilə dair Zərərçəkmiş şəxs7 adına verilmiş etibarnamənin ləğv edilməsinə və ondan avtomobilin geri alınmasına şərait yaratmaqla verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs7 4700 AZN məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək qərarına gəlib tanışı Zərərçəkmiş şəxs8 məxsus Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsində yerləşən, yeni inşa edilmiş fərdi yaşayış evinə 1000 AZN müqabilində mətbəx mebelini xx.xx.2022-ci il tarixədək yığdırmağı yalandan təklif edərək bu məqsədlə Zərərçəkmiş şəxs8 kirayə yaşadığı ünvan 7 ünvanda xx.xx.2022-ci ildə ilkin ödəniş kimi verdiyi 380 AZN pul vəsaitini, daha sonra həmin fərdi yaşayış evinin həyətyanı sahəsi üçün 500 AZN müqabilində dəmir darvazanı xx.xx.2022-ci il tarixədək düzəltdirməyi yalandan təklif edərək bu məqsədlə Zərərçəkmiş şəxs8 kirayə yaşadığı ünvan 7 ünvanda 2022-ci ilin noyabr ayının əvvəlində ilkin ödəniş kimi verdiyi 270 AZN və Zərərçəkmiş şəxs8 həmin fərdi yaşayış evi üçün sifariş etdiyi paltar dolabını 1000 AZN müqabilində xx.xx.2022-ci il tarixədək hazırlayacağını yalandan bildirərək bu məqsədlə Zərərçəkmiş şəxs8 ilkin ödəniş kimi kirayə yaşadığı evin yaxınlığında fəaliyyət götərən «Al» marketdə quraşdırılmış «Milli Ön» ödəmə terminalı vasitəsilə ona fotoşəkilini WhatsApp ani mesajlaşma proqramı vasitəsilə gödərdiyi bank kartına bağlı olan bank hesabına köçürtdüyü 150 AZN, ümumilikdə 800 AZN pul vəsaitini vahid niyyətlə alıb ələ keçirərək verdiyi vədlərə əməl etməmiş və Zərərçəkmiş şəxs8 800 AZN məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilmiş və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, il yarım bundan əvvəl avtomobillərin icarəsi ilə məşğul olmağa başlamış və bu məqsədlə ünvan 8 ünvanda yerləşən binanın altında icarəyə ofis götürmüşdür. Bu ilk ofisi olmuşdur. Həmin vaxt ayrı-ayrı şəxslərdən icarəyə ucuz qiymətə «Toyota» markalı «Prius» modelində olan avtomobillər götürüb onları nisbətən baha qiymətə icarəyə vermişdir. Məsələn bir nəfərdən gündəlik icarə haqqı 25 manat olan avtomobili götürüb həmin avtomobili başqa bir şəxsə gündəlik 35 manat olmaqla icarəyə verirdi. Avtomobilləri sonda özünə qalmaq şərti ilə icarəyə götürmüş, özü isə avtomobilləri sadəcə icarəyə vermişdir. İcarəyə vermək istədiyi avtomobillərin fotoşəkillərini çəkib onların icarəyə verilməsi ilə bağlı elanları turbo.az və tap.az saytlarında yerləşdirmişdir. Müştərilər də həmin elanlar əsasında ofisinə gəlmişlər. İcarəyə götürdüyü avtomobilləri də həmin saytlarda axtarıb tapmışdır. Avtomobilləri ilk vaxtlarda müştərilərə icarəyə versə də, sonradan avtomobilləri sonda qalmaq şərti ilə müştərilərə icarəyə verməyə başlamışdır. 8 ay «Uber» şirkəti ilə də əməkdaşlıq etmiş, yəni icarəyə götürdüyü avtomobilləri taksi kimi fəaliyyət göstərmişdir. İcarəyə götürdüyü avtomobillərin sahibləri ilə icarə müqavilələri bağlamamış, lakin avtomobilləri icarəyə verdiyi müştərilərlə «Premium Cars by Rahmanov» loqosundan istifadə edərək ilkin alqı-satqı müqaviləsi bağlamış, müqavilədə müştərinin ilkin ödəniş kimi ödədiyi məbləğ, aylıq ödəniş məbləği, icarə müddəti və sair şərtlər göstərilmişdir. Samballı görsənmək üçün özünü müştərilərə «Premium Cars by Rahmanov» şirkətinin icraçı direktoru kimi təqdim etmiş və icraçı direktor kimi onlarla formal müqavilə bağlamışdır. Müştəriyə verdiyi avtomobilə dair etibarnaməni avtomobilin sahibi, özündə etibarnamə olduğu halda isə özü etibarnamə vermişdiri .Bir müddət normal işləsə də, sonradan icarəyə götürdüyü avtomobillərin bir hissəsi müxtəlif səbəblərə görə nasaz vəziyyətə düşmüş, onları icarəyə verə bilməmiş, onların icarə ödənişlərinin vaxtı çatanda isə məcbur olub icarəyə verdiyi avtomobillərə görə müştərilərdən ilkin ödəniş kimi götürdüyü pul vəsaitinin bir hissəsini nasaz vəziyyətə düşmüş avtomobillərin sahiblərinə vermişdir. Zərərçəkmiş şəxs1 ilə aralarında danışılan məbləğ 3500 manat idi, bir müddət sonra isə Bəhruz ofisdə 3200 AZN pul vermişdir ki, aylıq ödəniş aşağı düşsün. Aylıq ödənişi 550 AZN-dən 350 AZN-ə endirmişdir. Bəhruz cəmi 6700 manat pul vermişdir. Bəhruzun «Toyota» markalı «Prius» modelində olan **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən vaxtı həmin avtomobilin təmirinə pul xərcləməsinə heç bir aidiyyəti yoxdur. Bəhruzun icarə ödənişlərinin və avtomobilin təmirinə xərclədiyi pul vəsaitlərini geri tələb etməsi əsassızdır. Belə ki, o, avtomobili 5 ay idarə etmişdir. Həmin avtomobilin sahibinin adını hazırda xatırlamır. Həmin şəxsə də avtomobillərə görə borcu olduğu üçün, həmin şəxs Bəhruzun adına verdiyi etibarnaməni ləğv etdirmişdir. Bəhruzdan aldığı 6700 manat pul vəsaiti ilə həmin vaxt üç ədəd «Toyota» markalı «Prius» modelində olan avtomobili sonda özünə qalmaq şərti ilə icarəyə götürüb taksi kimi xəttə buraxmışdır. Zərərçəkmiş şəxs2 verdiyi avtomobilin sahibi olan Zaura sonrakı icarə ödənişlərini edə bilmədiyi üçün Zaur adına verdiyi etibarnaməni ləğv etdirmişdir. Avtomatik olaraq Afiqə verdiyi etibarnamə də qüvvədən düşmüş və Afiq narazılıq edərək ilkin ödəniş kimi verdiyi 4000 manat pulu geri tələb etməyə başlamışdır. Belə ki, o, avtomobili təxminən 7 ay idarə etdiyi üçün verdiyi icarə haqlarını istəməmiş, adına verdiyi etibarnamə qüvvədən düşdükdən sonra Afiq üç ay avtomobili özündə saxlamışdır. Afiqin pul köçürtdüyü bank kartı isə tanışı X5 məxsusdur. İlqar Zülfüqarov küçəsində işlədiyi ofisi Ülviyyə Səfərovadan icarəyə götürmüşdür. Ülviyyə Səfərovanın işlərinə heç bir aidiyyəti yoxdur. Yanında Hacıbaba adlı şəxs sürücü kimi işləmiş, həmçinin, o, avtomobillərin təmirinə də nəzarət etmişdir. Hacıbabanın da işlərinə heç bir aidiyyəti yoxdur. Zərərçəkmiş şəxs3 Təvəkkül oğluna Şahid1 avtomobilini müvəqqəti vermiş və bildirmişdir ki, həmin avtomobili bir ay sonra dəyişəcək. Lakin sonradan Tural avtomobildən imtina etmiş və avtomobili özündə saxlayaraq pulunu geri tələb etməyə başlamışdır. Turaldan aldığı pul vəsaitini digər avtomobillərin ödənişlərinə yönəltdiyi üçün geri qaytara bilməmişdir. Zərərçəkmiş şəxs4 icarəyə vermək istədiyi «Toyota» markalı «Prius» modelində olan **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə Rəşad ilkin ödəniş kimi 4000 manat ödəməli olduğu halda, poçtda cəmi 3450 manat pul vermiş, bunda öncə isə 70 manat vermişdir. Bu ümumilikdə 3520 manat pul edir. Rəşaddan aldığı pul vəsaitlərini digər avtomobillərin ödənişlərinə yönəltmişdir. Rəşad verdiyi pul vəsaitlərini geri tələb etməyə başlamışdır, özü isə həmin pul vəsaitlərini xərclədiyi üçün Rəşadın pulunu qaytara bilməmişdir. Zərərçəkmiş şəxs5 aldığı 1000 manat pulu avtomobillərin ödənişlərinə yönəltmişdir. Sonradan yaşadığı evi satmaq fikrindən daşınsa da, imkansızlıqdan Orxana 1000 manat pulu qaytara bilməmişdir. Zərərçəkmiş şəxs6 polisə şikayət edəndən sonra iki dəfəyə ona 550 manat pul qaytarmış, həmçinin Səxavətə 600 manat qiymətində olan 80 ədəd 19 litrlik su qabı vermişdir. Samir adlı şəxsdən sonda özünə qalmaq şərti ilə icarəyə 4 ədəd «Toyota» markalı «Prius» modelində olan avtomobil götürmüş, həmin avtomobillərdən biri də Səxavətə verdiyi nasaz vəziyyətdə olan avtomobil olmuşdur. Samirə avtomobillərə görə olan borcunu bağlaya bilmədiyi üçün Samir Səxavətə verdiyi avtomobilə dair etibarnaməni, sonradan isə digər avtomobillərə dair etibarnamələri ləğv etdirmişdir. Zərərçəkmiş şəxs7 Qəhrəman adlı şəxsdən icarəyə götürdüyü «Toyota» markalı «Prius» modelində olan **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə vermiş, növbəti icarə haqqını ödəyə bilmədiyi üçün Qəhrəman adına verdiyi etibarnaməni ləğv etdirmişdir. Məmməddən aldığı pul vəsaitini digər avtomobillərin ödənişlərinə yönəltmişdir. Zərərçəkmiş şəxs8 Polad Həşimov küçəsindəki yeni inşa edilmiş evinə mətbəx mebeli, evin həyətyanı sahəsi üçün dəmir darvaza və yataq otağı üçün paltar dolabı sifariş etmişdir, həmin əşyalara görə ondan ilkin ödəniş kimi ümumilikdə 800 AZN pul almışdır. Lakin sifarişi vaxtında edə bilməmiş, 800 AZN pul vəsaitini isə şəxsi ehtiyacları üçün xərcləmişdir, sonradan isə həmin pulu Tünzaləyə qaytarmağa maddi imkanı olmamışdır. Son sözündə əməlindən peşman olduğunu, himayəsində 3 azyaşlı uşağını olmasını, zərərçəkmiş şəxslərə qismən ödənişlər etməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmaqdan ötrü 2022-ci ilin yanvar ayında almaq üçün özünə «Toyota» markalı «Prius» modelində olan avtomobil axtarmışdır. 2022-ci ilin yanvar ayında «tap.az» saytında «Toyota» markalı «Prius» modelində olan **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobilin satılması ilə bağlı elana rast gəlmişdir. Saytda avtomobilin fotoşəkillərinə baxıb onu bəyənmiş və elanda əlaqə saxlamaq üçün qeyd edilmiş mobil nömrəyə zəng etmişdir. Zənginə cavab verən şəxs adının Valeh olduğunu və avtomobilin sahibi olduğunu bildirmiş və avtomobillə bağlı söhbət etmək üçün Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, 107 ünvanda yerləşən, icraçı direktoru olduğu «Premium Cars by Rahmanov» şirkətinin ofisinə dəvət etmişdir. «Toyota» markalı «Prius» modelində olan **- TM-*** dövlət qeydiyyat nişanlı avtomobil ofisin qarşısında idi və nasaz vəziyyətdə idi. Avtomobilə əyani şəkildə baxmışdır. Valeh həmin avtomobilin dostuna məxsus olduğunu və ilkin ödənişdən sonra vaxtında icarə haqqını ödəyib qurtaracağı təqdirdə həmin avtomobilin mülkiyyətinə keçəcəyini bildirmişdir. Valehlə aralarında olan razılaşmaya əsasən həmin avtomobilə görə ona ilkin olaraq 6700 AZN ödəyir və 20 ay müddətində hər ay ona 300 AZN ödəyir, bu müddət ərzində isə həmin avtomobili idarə etmək üçün etibarnamə verilir. Valehin şərtlərini qəbul edib xx.xx.2022-ci ildə onun ofisinə gəlmiş və orada ona avtomobilə görə ilkin ödəniş kimi 6700 AZN pul vermişdir. Pulu Valehə verəndən sonra «Toyota» markalı «Prius» modelində olan **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobili Valehdən təhvil almışdır.2022-ci ilin may ayının əvvəlində X19 İdarəsinin əməkdaşları avtomobili saxlatdırıb bildirmişlər ki, avtomobil barədə şikayət var, avtomobil DYPİ-nin cərimə meydançasına aparılmalıdır. Polis əməkdaşları avtomobili əlindən alıb DYPİ-nin cərimə meydançasına aparmışlar. Valeh onu aldatmış və pulunu qaytarmamışdır. Valehdən bir neçə dəfə pulunu geri tələb etsə də, Valeh müxtəlif bəhanələr gətirərək vaxtı uzatmağa başlamış və pulu qaytarmamışdır. Ona vurulmuş ziyan ödənilmədiyindən Valehə ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmaqdan ötrü 2022-ci ilin aprel ayında kreditə almaq üçün özünə «Toyota» markalı «Prius» modelində olan avtomobil axtarmışdır. 03 aprel 2022-ci il tarixdə «turbo.az» saytında «Toyota» markalı «Prius» modelində olan **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilin satılması ilə bağlı elana rast gəlmişdir. Saytda avtomobilin fotoşəkillərinə baxıb onu bəyənmiş və elanda əlaqə saxlamaq üçün qeyd edilmiş mobil nömrəyə zəng etmişdir. Zənginə cavab verən şəxs adının Valeh olduğunu və avtomobilin sahibi olduğunu bildirmiş və avtomobillə bağlı söhbət etmək üçün Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, 107 ünvanda yerləşən, icraçı direktoru olduğu «Premium Cars by Rahmanov» şirkətinin ofisinə dəvət etmişdir. Həmin ofisə gələndə binanın üzərində «Uber taxi» yazısının olduğunu görmüşdür. Ofisin qarşısında bir neçə «Toyota» markalı «Prius» modelində olan avtomobil olmuşdur. Valeh həmin marka və modeldə olan bir neçə avtomobilə sahib olduğunu və həmin avtomobilləri müxtəlif şərtlərlə satışa çıxartdığını bildirmişdir. Valeh ofisin qarşısında olan avtomobilləri göstərmiş, daha sonra kiməsə zəng etmiş və iki ədəd «Toyota» markalı «Prius» modelində olan avtomobil gətirmişlər, həmin avtomobillərə də baxmışdır. Lakin avtomobillərdən «turbo.az» saytında gördüyü tünd göy rəngdə olan **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobili bəyənmişdir. Valehlə aralarında olan razılaşmaya əsasən ona ilkin ödəniş kimi 4000 manat pul ödəyir, o, avtomobili 24 ay müddətinə icarəyə verir, hər ay Valehə 375 manat icarə haqqı ödəyir və avtomobil sonda özünə qalır. xx.xx.2022-ci ildə Valehə işlədiyi ofisdə ilkin ödəniş kimi 4000 manat pul vermiş, Valeh isə avtomobili təhvil vermişdir. 14 aprel 2022-ci ildə Valeh «Ukrayna» dairəsi yaxınlığında fəaliyyət göstərən ASAN Xidmət mərkəzində avtomobil sahibinin adından adına avtomobili idarə etmək üçün 30 ay müddətinə etibarnamə vermişdir. 7 ay ərzində hər ay Valehə 375 manat icarə haqqı ödəmişdir. Həmin ödənişləri Valehin fotoşəkilini göndərdiyi Ülviyyə Səfərova adlı qadının bank kartına bağlı olan bank hesabına elektron ödəmə terminalları vasitəsilə və mobil telefonunda olan «Birbank» mobil tətbiqi vasitəsilə köçürtmüşdür. 2022-ci ilin oktyabr ayının sonunda məlum olmuşdur ki, idarə etdiyi avtomobilə dair Təqsirləndirilən şəxs adına verilmiş etibarnamə avtomobilin sahibi tərəfindən leğv edilib, belə olan halda Valeh tərəfindən adına verilmiş etibarnamə də avtomatik olaraq qüvvədən düşmüşdür. Valehə zəng edib bu haqda deyəndə o, narahat olmamağı və yenidən etibarnamə verəcəyini demişdir. Lakin Valehə inanmamış və idarə etdiyi avtomobilin sahibi olan Zaur adlı şəxsi tapıb onunla görüşmüşdür. Zaur «Toyota» markalı «Prius» modelində olan **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobili digər eyni marka və modeldə olan 5 avtomobillə birlikdə Valehə taksi fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə verdiyini bildirmişdir.Aldadıldığını anlamışdır. Valehə ondan polisə şikayət edəcəyini deyəndə o, şikayət etməməyi xahiş edərək pulunu qaytaracağını bildirmişdir. İki ay Valehi gözləmiş, lakin o, pulu qaytarmamışdır. Ondan polisə şikayət etmək qərarına gəlmişdir. Ona vurulmuş ziyan ödənilmədiyindən Valehə ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs3 Təvəkkül oğlu ifadəsində göstərmişdir ki, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmaqdan ötrü 2022-ci ilin iyul ayında almaq üçün özünə «Toyota» markalı «Prius» modelində olan avtomobil axtarmışdır. Həmin vaxt «Turbo.az» saytında qara rəngdə «Toyota» markalı «Prius» modelində olan avtomobilin satılması ilə bağlı elana rast gəlmişdir. Saytda avtomobilin fotoşəkillərinə baxıb onu bəyənmiş və elanda əlaqə saxlamaq üçün qeyd edilmiş mobil nömrəyə zəng etmişdir. Zənginə cavab verən şəxs adının Valeh olduğunu, avtomobilin sahibi olduğunu bildirmiş və avtomobillə bağlı söhbət etmək üçün ünvan 9 ünvanda yerləşən «Premium Cars» adlı ofisinə dəvət etmişdir. X9 həmin ofisə getmişdir. Orada Valehlə görüşüb söhbət etmişlər. Valehin ofisinin qarşısında bir neçə «Toyota» markalı «Prius» modelində avtomobil olmuşdur. Valeh elanda qeyd edilmiş «Toyota» markalı «Prius» modelində olan avtomobilin Yasamal rayonu ərazisində, «Qələbə dairəsi»nin yaxınlığında yerləşən cərimə meydançasında olduğunu, 4-5 günə həmin avtomobili cərimə meydançasından çıxardacağını və gəlib həmin avtomobilə baxa biləcəyini demişdir. Valehə gözləyəcəyini demişdir. Təxminən 3-4 gün sonra Valeh zəng edərək göy rəngdə «Toyota» markalı «Prius» modelində yaxşı bir avtomobilin olduğunu və həmin avtomobilə gəlib baxmağı demişdir. Valehin ofisinə gəlmişdir. Valeh göy rəngli «Toyota» markalı «Prius» modelində olan **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil göstərmişdir. Valeh avtomobili nağd şəkildə alacağı halda qiymətinin 13000 manat, kreditə alacağı halda isə ilkin ödənişin 3500 manat olacağını və 22 ay müddətində hər ay 500 manat ödəməli olacağını bildirmişdir. Avtomobili bəyəndiyi üçün Valehin təklifini qəbul etmişdir. Valehə öz şəxsiyyət vəsiqəsini və bacanağı Bəhruz Tağıyevin şəxsiyyət vəsiqəsini vermişdir ki, həmin avtomobilə dair adına və bacanağının adlarına etibarnamələr yazdırsın. İki gündən sonra – xx.xx.2022-ci ildə özü və bacanağı Valehin ofisinə gəlmişlər. Orada Valeh avtomobilin sahibinin adından bacanağının adına yazılmış etibarnaməni və şəxsiyyət vəsiqələrini vermiş və adına etibarnaməni 10 gün sonra verəcəyini demişdir. Ofisdə Valehə ilkin ödəniş kimi 3400 manat pul vermiş avtomobili Valehdən təhvil alıb getmişdir. Avtomobilin ikinci ayın ödənişi etmək üçün Valehin ofisinə gəlmiş, lakin ofisi bağlı olmuşdur. Ətrafda işləyənlərdən soraqlaşmış, bildirmişlər ki, Valeh bir çox adamı aldadaraq pullarını ələ keçirib və ofisini bağlayaraq qaçıb. Avtomobili Valehdən alanda təkid edib ondan həmin avtomobilin qeydiyyat şəhadətnaməsini də almışdır. Ofisi bağlı görüb Valehə zəng etmiş, lakin ona zəng çatmamışdır. Sonra avtomobilin sahibi olan Şahid1 mobil nömrəsini tapıb ona zəng etmiş və ondan avtomobili Valehə satıb-satmamasını soruşmuş, Zahir isə həmin avtomobili Valehə icarəyə verdiyini bildirmişdir. Valehin yalan danışdığını görüb ondan pulunu geri tələb etmişdir. Valeh tez bir zamanda pulu düzəldib qaytaracağını və avtomobili geri götürəcəyini bildirmişdir. xx.xx.2022-ci ildə Valeh zəng edərək 1000 manat pulu köçürtmək üçün bank kartı istəmiş, ona «WhatsApp» vasitəsilə bank kartının fotoşəkilini göndərmişdir. Növbəti gün Valeh bank kartına 600 manat pul köçürtmüş, baxmayaraq ki, 1000 manat köçürəcəyini demişdir. Valeh qalan pulu da hissə-hissə verəcəyini bildirmişdir. Lakin Valehə inanmamış və xx.xx.2022-ci ildə Valehdən 36-cı PB-yə şikayət etmişdir. Hadisə nəticəsində Valeh 2900 manat pulunu ələ keçirərək dələduzluq etmişdir. xx.xx.2022-ci ildə «Toyota» markalı «Prius» modelində olan **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili sahibi Şahid1 qaytarmışdır. Ona vurulmuş ziyan ödənilmədiyindən Valehə ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmaqdan ötrü 2022-ci ilin iyul ayında almaq üçün özünə «Toyota» markalı «Prius» modelində olan avtomobil axtarmışdır. xx.xx.2022-ci ildə «Turbo.az» saytında «Toyota» markalı «Prius» modelində olan **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin satılması ilə bağlı elana rast gəlmişdir. Saytda avtomobilin fotoşəkillərinə baxıb onu bəyənmiş və elanda əlaqə saxlamaq üçün qeyd edilmiş mobil nömrəyə zəng etmişdir. Zənginə cavab verən şəxs adının Valeh olduğunu və avtomobilin sahibi olduğunu bildirmiş və avtomobillə bağlı söhbət etmək üçün Xətai rayonu, Ramiz Quliyev küçəsi, 67 ünvanda yerləşən «Premium Cars» adlı ofisinə dəvət etmişdir. X1 ilə həmin ofisə getmişdir. Orada Valehlə görüşüb söhbət etmişlər. Valeh **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili 13000 manata satdığını, avtomobilin çərimə meydançasında olduğunu, avtomobilin 600 manat cəriməsinin olduğunu, avtomobilə görə ona ilkin ödəniş kimi 3500 manat ödəyəcəyini, sonra avtomobili cərimə meydançasından götürüb verəcəyini bildirmişdir. Valehdən avtomobilin sahibi ilə maraqlanmış, Valeh avtomobilin qardaşı arvadının adına olduğunu bildirmişdir. Valehlə aralarında olan razılaşmaya əsasən ona ilkin ödəniş kimi 3500 manat pulu ödəyəndən sonra, yerdə qalan pulu ayda 450 manat olmaqla 20 ay müddətində ödəməliydi, 20 ayın sonunda isə avtomobil özünə qalmalıydı. xx.xx.2022-ci ildə Valehin ofisinə gəlmişdir. Orada Valeh işlətdiyi şirkətin adından bir müqavilə bağlamışdır. Həmin müqavilənin birinci səhifəsində tarix «xx.xx.2022» kimi, 4000 AZN depozit ödəməyi kimi göstərilmişdir. Bu haqda Valehə demiş, Valeh həmin müqaviləni formal olaraq bağladığını və orada yazılanlara böyük əhəmiyyət verməməyi bildirmişdir. Müqaviləyə əsasən zamin X1 durmuşdur. Valeh bir açar verərək sözügedən avtomobilin açarı olduğunu bildirmişdir. Müqaviləni bağladıqdan sonra Valehə ona ödəyəcəyi məbləği nağd şəkildə deyil, poçt vasitəsilə göndərəcəyini bildirmişdir. Valeh etiraz etməmişdir. Həmin gün dostu Bəxtiyar və Valehlə birlikdə Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən nömrəsini hazırda xatırlamadığı poçt məntəqəsinə getmişdir. Orada Valeh şəxsiyyət vəsiqəsini təqdim etmiş və onun adına 3450 manat pul köçürtmüşdür, 24 manat isə dövlət rüsumu ödəmişdir. Valeh yanında poçtdan pulu götürəndən sonra növbəti gün ofisə gəlib avtomobili təhvil götürməyi demişdir. Növbəti gün Valehin ofisinə gəlsə də, onu orada tapa bilməmişdir. Valehə zəng etmiş, Valeh növbəti gün ofisə gəlib avtomobili götürməyi təkrar olaraq demişdir. Növbəti gün də onun ofisinə gəlsə də, onu orada tapa bilməmişdir. xx.xx.2022-ci ildə mobil telefonuna «online» etibarnamə göndərilmişdir. Həmin etibarnamə ilə «Toyota» markalı «Prius» modelində olan **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin 3 ay müddətində idarə edilməsi üçün səlahiyyət verilmişdir. Avtomobili idarə etmək üçün etibarnamə verilsə də, avtomobili götürə bilməmişdir. Bir neçə dəfə Valehə zəng etsə də, Valeh müxtəlif bəhanələr gətirərək vaxtı uzatmağa başlamışdır. Ondan pulunu tələb edəndə, Valeh pulu qaytarmayacağını bildirmişdir. Bir müddət sonra öyrənmişdir ki, sözügedən avtomobilin sahibi cərimələri ödəyəndən sonra avtomobili cərimə meydançasından götürüb. Ona vurulmuş ziyan ödənilmədiyindən Valehə ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 2022-ci ilin avqust ayında özünə fərdi yaşayış evi almaq istəmişdir. xx.xx.2022-ci il tarixdə «Lalafo.az» saytında Xətai rayonu, Qvardiya küçəsində fərdi yaşayış evinin satışa çıxarılması ilə bağlı elana rast gəlmişdir. Evin qiyməti 29000 manat olmuşdur. Evin fotoşəkillərinə baxıb bəyənmiş və elanda qeyd edilmiş 070 *** ** ** mobil nömrəsinə zəng etmişdir. Zənginə cavab verən şəxs adının Valeh olduğunu bildirmiş və axşam saatlarında gəlib evə baxa biləcəyini demişdir. Valehin dediyi vaxtda özü, anası və bacısı həmin evə getmişlər. Valeh evin özünə məxsus olduğunu, evin yalnız bələdiyyə sənədinin olduğunu və evi alacağı təqdirdə evin qazını, suyunu və işığını adına keçirəcəyini bildirmişdir. Həmin vaxt Valehin arvadı və üç azyaşlı uşağı da evdə olmuşlar. Evə baxıb bəyənmişlər. Valeh evin qiymətində endirim edərək evi 28000 manata ala biləcəyini demişdir. Valehin təklifi ilə razılaşmışdır. Valeh 2000 manat beh istəmiş, ona yalnız 1000 manat beh verə biləcəyini demişdir. Valeh etiraz etməmişdir. Valeh behi götürmək üçün həmin vaxt kirayə yaşadıqları Xətai rayonu, Sadıqcan küçəsi, 4A, 86 nömrəli mənzilə gəlmişdir. Orada Valehə 1000 manat beh vermiş və ondan pulun alınması ilə bağlı qəbz istəmişdir. Valeh behin alınması ilə bağlı kağızda «beh müqaviləsi» yazaraq vermişdir. Daha sonra Valeh evi ona satmamış və behidə aldadaraq ələ keçirmişdir. Bu məsələ təxminən bir ay uzanmışdır. Bundan sonra Valehdən pulunu tələb etmişdir. Valeh «bu gün-sabah» deyərək vaxtı uzatmağa başlamış, sonra isə ümumiyyətlə zənglərinə cavab verməmişdir. Valeh tərəfindən aldanıldığını görüb ondan polisə şikayət etmişdir. Valeh tərəfindən məhkəmə gedişi zamanı dəymiş ziyan ödənilmiş, buna görə onunla barışmışdır. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, 2022-ci ilin avqust ayında fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmaq üçün özünə kreditə «Toyota» markalı «Prius» modelində avtomobil axtarmışdır. Bir tanışının vasitəsilə öyrənmişdir ki, Təqsirləndirilən şəxs adlı şəxs «Toyota» markalı «Prius» modelində avtomobillər satır. Valehin mobil nömrəsini götürüb onunla əlaqə saxlamışdır. Valeh satmaq istədiyi yaşılımtıl rəngli «Toyota» markalı «Prius» modelində olan avtomobilin nasaz vəziyyətdə olduğunu, bu səbəbə görə həmin avtomobili nisbətən ucuz qiymətə satacağını bildirmiş və avtomobilə baxmaq üçün «Həzi Aslanov» metrostansiyasının yaxınlığında olan ofisinə dəvət etmişdir. Ofis hündürmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşirdi. 2022-ci ilin avqust ayının sonlarında Valehin ofisinə gəlmişdir. Valehin satmaq istədiyi «Toyota» markalı «Prius» modelində olan **-BC- *** dövlət qeydiyyat nişanlı avtomobil ofisin qarşısında olmuşdur. Avtomobil 2007-ci il buraxılışlı idi. Valehlə aralarında olan razılaşmaya əsasən həmin avtomobilə görə ona ilkin ödəniş kimi 6000 manat və 10 ay müddətində hər ay 300 manat ödəyir. xx.xx.2022-ci ildə Valehin ofisinə gəlmişdir. Valeh 6000 manat pulu istəmiş, ona 3000 manat verəcəyini, sentyabr ayının sonuna kimi avtomobilə dair baş etibarnamə verəcəyi təqdirdə 9000 manatdan qalan 6000 manatı da həmin vaxtadək verəcəyini demişdir. Valeh razılaşmışdır. Həmin gün Valehə ofisində 3000 manat pul vermişdir. Valeh həmin avtomobilin özünə məxsus olduğunu, lakin sənədlə başqa şəxsin adına olduğunu, il ərzində Gürcüstandan ikidən çox avtomobil gətirə bilmədiyini, məcbur olub ölkəyə gətirdiyi avtomobilləri başqa şəxslərin adlarına sənədləşdirdiyini, sifariş etdiyi bir neçə avtomobilin də yolda olduğunu bildirmişdir. Pulu Valehə verəndən sonra «Toyota» markalı «Prius» modelində olan **-BC- *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi «online» şəkildə adına sözügedən avtomobili idarə etmək üçün etibarnamə vermişdir. Həmçinin, Valeh rəhbəri olduğu şirkətin adından avtomobilə dair icarə müqaviləsi bağlamışdır. Təxminən iki gün sonra 055 *** ** ** mobil nömrəsindən bir nəfər şəxs zəng edərək adının Samir olduğunu, «Toyota» markalı «Prius» modelində olan **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi olduğunu, həmin avtomobili Valehə aylıq icarəyə verdiyini, lakin Valehin qanunsuz olaraq həmin avtomobili satdığını bildirmiş və avtomobili geri istəmiş, Samirə avtomobilin «qeydiyyat şəhadətnaməsi» ilə olan sahibini görmək istədiyini demişdir. Samir avtomobilin faktiki olaraq özünə məxsus olduğunu bildirmişdir. Samir həmin gün axşam saatlarında söhbət etmək üçün görüşə çağırmışdır. Həmin gün axşam saatlarında Bakıxanov qəsəbəsində fəaliyyət göstərən «Nilufər» restoranında Samirlə görüşüb söhbət edəndə, 13-cü PB-nin əməkdaşları saxlayıb13-cü PB-ə aparmışlar. Bölmədə polis əməkdaşları avtomobili geri istəmişlər. Məcbur olub «Toyota» markalı «Prius» modelində olan **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili gətirib 13-cü PB-nin əməkdaşlarına təhvil vermişdir. Samir adlı şəxs isə avtomobili polis əməkdaşlarından təhvil almışdır. Valehdən ona ilkin ödəniş kimi verdiyi 3000 manat pulu və avtomobilin təmir olunmasına xərclədiyi 600 manat pulu geri tələb etsə də, Valeh müxtəlif bəhanələr gətirərək vaxtı uzatmağa başlamışdır. Valeh tərəfindən aldanıldığını başa düşüb ondan DİN-in 102 ZMX-ə şikayət etmişdir. Ona vurulmuş ziyan ödənilmədiyindən Valehə ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, təxminən 2022-ci ilin sentyabr ayında özünə «Toyota» markalı «Prius» modelində olan avtomobil almaq istəmişdir. Dost-tanışlarından soraqlaşıb həmin marka və modeldə avtomobil axtarmağa başlamışdır. Qonşusu Valehdən öyrənmişdir ki, Təqsirləndirilən şəxs adlı şəxs «Toyota» markalı «Prius» modelində olan avtomobilləri kreditə satır. X15 Rəhmanovla danışandan sonra xx.xx.2022-ci ildə günorta saatlarında Xətai rayonu, «Ukrayna» dairəsi yaxınlığında yerləşən «Həydər Parkı»nın qarşısında onunla görüşmüşlər. X16 «Toyota» markalı «Prius» modelində olan **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobili göstərmişdir. Valeh həmin avtomobilin faktiki olaraq özünə məxsus olduğunu, sənədlə isə dostunun adına olduğunu bildirmişdir. Valehlə aralarında olan razılaşmaya əsasən ona ilkin ödəniş kimi 4700 AZN, 24 ay müddətində isə hər ay 400 AZN ödəyir, 24 ayının sonunda isə Valeh avtomobili adına keçirir. Avtomobilə baxıb bəyənmiş və Valehin təklifi ilə razılaşmışdır. Notariat ofisində Valehə 4700 manat ödəniş edib avtomobili ondan təhvil almışdır. Həmin gün Valeh sözügedən avtomobilə dair onunla icarə müqaviləsi bağlamış və müqavilənin bir nüsxəsini vermiş, sonradan görmüşdür ki, müqavilənin tarixi «xx.xx.2022» kimi göstərilib, lakin buna əhəmiyyət verməmişdir. Təxminən 2022-ci ilin noyabr ayının oratalarında avtomobilin sahibi olan Qəhrəman adlı şəxs qardaşı İntiqama zəng edib avtomobilin sahibi olduğunu, Valehin onu aldatdığını bildirmiş və avtomobili geri istəmişdir. Valeh tərəfindən aldanıldığını başa düşüb xx.xx.2022-ci ildə ondan DİN-in 102 zəng mərkəzi xidmətinə şikayət etmişdir. Sonradan isə «Toyota» markalı «Prius» modelində olan **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobili sahibi Şahid3 qaytarmışdır. Ona vurulmuş ziyan ödənilmədiyindən Valehə ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən bir ildir ki, tanıyır. Valehlə bir qohumunun vasitəsilə tanış olmuşdur. Valeh özünü iş adamı, həmçinin mebel ustası kimi tanıtmışdır. Hazırda övladları ilə birlikdə Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, ev 2942, mənzil 107 ünvanda kirayə yaşayır. Belə ki, keçən il ünvan 10 inşa etdirmişdir. Valeh bu haqda bilirdi və həmin evə 1000 manat müqabilində mətbəx mebeli yığdırmağı təklif edərək mətbəx mebelinə görə ilkin ödəniş kimi 380 manat pul istəmişdir. Etiraz etməmiş və xx.xx.2022-ci ildə kirayə yaşadığı İlqar Zülfüqarov küçəsi, ev 2942, mənzil 107 ünvanda Valehə ailə üzvlərinin yanında 380 manat pul vermişdir. Valeh mətbəx mebelini xx.xx.2022-ci il tarixə qədər hazır olacağını bildirmiş və birlikdə yeni inşa edilmiş evə gedərək orada zəruri ölçü işlərini aparmışdır. Bundan təxminən 2-3 gün sonra Valeh onlara gəlmiş və yeni inşa edilmiş evi üçün giriş darvazasının lazım olduğunu, atasının bu işlə məşğul olduğunu və 500 manat müqabilində ev üçün dəmir darvazanı atasına düzəltdirə biləcəyini demiş və ilkin ödəniş kimi 270 manat pul istəmişdir. Etiraz etməmiş və həmin məbləği 2022-ci ilin noyabr ayının əvvəlində Valehə kirayə yaşadığı mənzildə ailə üzvlərinin yanında vermişdir. Pulu Valehə verəndə ona yeni inşa edilmiş evdə yataq otağı üçün paltar dolabının da lazım olduğunu bildirmişdir. Sonra Valeh onunla birlikdə yeni inşa edilmiş evə gədərək darvazanın yerini, həmçinin yataq otağında paltar dolabına görə zəruri ölçü işlərini aparmışdır. Təxminən iki gün sonra Valeh zəng edərək paltar dolabını 1000 manat müqabilində hazırlayacağını bildirmiş və ilkin ödəniş kimi 150 manat pul istəmişdir. Valehə pulu növbəti gün görüşüb verəcəyini desə də, Valeh pulu dərhal bank kartına göndərməyi demiş və WhatsApp ani mesajlaşma proqramı vasitəsilə «Leobank» bank kartının fotoşəkilini göndərmişdir. Məcbur olub həmin gün axşam kirayə yaşadığı evin yaxınlığında olan «Al» marketdə quraşdırılmış «Milli Ön» ödəmə terminalı vasitəsilə Valehin bank kartına 150 manat pul köçürtmüşdür. Valeh darvazanı və paltar dolabını da xx.xx.2022-ci il tarixədək hazır edəcəyini bildirmişdir. Belə ki, həmin tarixdə yeni inşa edilmiş evə köçməliydilər. Təxminən noyabr ayının sonlarında Valehə zəng edib mətbəx mebeli, darvaza və paltar dolabı ilə maraqlanmış, Valeh isə narahat olmamağı və işləri vaxtında yekunlaşdıracağını bildirmişdir. xx.xx.2022-ci ildə Valehə növbəti dəfə zəng edəndə ona zəng çatmamış, bundan bir neçə gün sonra Valehə zəng etsə də Valeh müxtəlif bəhanələr gətirərək vaxtı uzatmağa başlamışdır. Artıq başa düşmüşdür ki, Valeh aldadaraq 800 manat pulunu ələ keçirib. xx.xx.2022-ci ildə isə DİN-in 102 zəng mərkəzinə zəng edərək Valehdən şikayət etmişdir. Valeh tərəfindən məhkəmə gedişi zamanı dəymiş ziyan ödənilmiş, buna görə onunla barışmışlar. Məhkəmə iclasında dindirilmiş şahidlər Şahid1 və Şahid2 təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadəsinə oxşar ifadə vermişlər. Heç bir ziddiyət olmamışdır. Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Onun ifadəsi Zərərçəkmiş şəxs7 ifadəsinə oxşar olmuşdur. İş materiallarında olan Baş X19 İdarəsinin 05 aprel 2023-cü il tarixli 3-13-16/2- 41122/2023 nömrəli məktubundan görünür ki, «Toyota» markalı «Prius» modelində olan **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Zərərçəkmiş şəxs2 adına xx.xx.2022-ci ildə (xx.xx.2024-cü ilədək) etibarnamə verilmişdir; «Toyota» markalı «Prius» modelində olan **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Zərərçəkmiş şəxs7 və X6 adına xx.xx.2022-ci ildə (xx.xx.2024-cü ilədək) etibarnamə verilmişdir; «Toyota» markalı «Prius» modelində olan **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Zərərçəkmiş şəxs4 adına xx.xx.2022-ci ildə (xx.xx.2022-ci ilədək) etibarnamə verilmişdir; «Toyota» markalı «Prius» modelində olan **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Zərərçəkmiş şəxs6 adına xx.xx.2022-ci ildə (xx.xx.2023-cü ilədək) etibarnamə verilmişdir; «Toyota» markalı «Prius» modelində olan **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair X4 (Zərərçəkmiş şəxs3 Təvəkkül oğlunun qohumu) adına xx.xx.2022-ci ildə (xx.xx.2024-cü ilədək) etibarnamə verilmişdir; Toyota» markalı «Prius» modelində olan **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Zərərçəkmiş şəxs1 adına xx.xx.2022-ci ildə (xx.xx.2023-cü ilədək) və xx.xx.2022-ci ildə (xx.xx.2024-cü ilədək) etibarnamələr verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 29 noyabr 2022-ci il tarixli tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan axtarışda olan şəxsin tutulması barədə protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs 18 mat 2023-cü il tarixdə axtarışla tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 mart 2023-cü il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında vəsatət və təqdimat təmin edilməmiş, həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş və dərhal həbsdən azad edilmişdir. İş materiallarında olan 20 mart 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altında vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs5 ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan ödənilmiş, buna görə onunla barışmışlar. İş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il təvəllüdlü Mikayıl Rəhmanzadə və xx.xx.2022-ci il təvəllüdlü Nicat Rəhmanzadə və Nihat Rəhmanzadə adlı 3 azyaşlı uşağı var. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarında qeyd edilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və digər iş materialları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tamamilə sübuta yetirilmiş, onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi əməlindən peşman olmasını, 2 zərərçəkmiş şəxslə barışmasını, onlara ziyanın ödənilməsini və himayəsində 3 azyaşlı uşağının olmasını müəyyən etmiş, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, Təqsirləndirilən şəxs şəxsiyyətini, məhkəmə iclasında ona CM-nin 73- 1.2-ci maddəsində nəzərdə tutulmuş hüququnun izah edilməsinə və vaxt verilməsinə baxmayaraq 6 zərərçəkmiş şəxsə vurduğu ziyandan ödəniş etməməsini, zərərçəkmiş şəxslərin şikayətçi olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkün deyildir, ona görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində minimum müddətdə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli, o, dərhal məhkəmə iclas zalında həbsə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə məsrəfləri və xüsusi müsdairə edilməli əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 19 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin, o, dərhal məhkəmə iclas zalında həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-348/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-348/2023
19.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver