Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-349/2020 18.11.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Əliyev Nailə Namiq qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, orta təhsilli, hazırda heç yerdə işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə qanunsuz olaraq özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını açıq talama məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə saat 16:19 radələrində «Bakı Metropoliteni» Qapalı Səhmdar Cəmiyyətinin ünvan 2 ünvanında yerləşən «Həzi Aslanov» stansiyasının yeraltı keçidində Zərərçəkmiş şəxs yaxınlaşmaqla onu həmin ərazidə quraşdırılmış videonəzarət qurğularının müşahidə dairəsindən kənara, həmçinin cinayətkar niyyətini həyata keçirərkən keçiddən istifadə edən şəxslərin diqqətini cəlb etməmək üçün yeraltı keçidin künc tərəfinə dəvət etdikdən sonra sonuncudan əvəzsiz və qanunsuz olaraq pul tələb etmiş, tələbi icra edilmədiyinə görə Zərərçəkmiş şəxs sözdə ifadə olunan müqavimətini qırmaq məqsədi ilə əlini bel nahiyəsinə aparıb əvvəlcədən kəmərinə bərkidilmiş vəziyyətdə əynindəki köynəyin altında gizlətdiyi kiçik ölçülü səsgücləndirici vasitəsi ilə üzərində silah daşıması görüntüsü yaradaraq aqressiv şəkildə yenidən pul tələb edib Zərərçəkmiş şəxs qorxutmağa nail olmuş, bu üsulla zərərçəkmiş şəxsin bütün pul vəsaitini, yəni 103 (yüz üç) manat nağd pulunu açıq talayıb hadisə yerindən uzaqlaşmaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmişTəqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsiri bilərək ifadəsində göstərmişdir ki, o, xx xxxxxx 2020-ci il tarixdə özünə paltar və mobil telefon almaq istəsə də, pulu olmadığına görə bu istəyini yerinə yetirə bilməmişdir. O, pul əldə etmək məqsədi ilə qarşısına çıxan cavan oğlanlara yaxınlaşıb pul istəmək niyyəti ilə metronun «Həzi Aslanov» stansiyasının qarşısında gəzərək saat 16:18 radələrində metronun yeraltı keçidinə pilləkənlərlə düşməyə başlamışdır. O, keçid ilə gedən bir oğlana yaxınlaşıb pul istəmiş, həmin oğlan qəpik pul verə biləcəyini dedikdə ondan uzaqlaşıb pilləkənlərlə keçidə girən digər oğlana, yəni sonradan şəxsiyyəti məlum olan Zərərçəkmiş şəxs yaxınlaşmışdır. Həmin vaxtı onun əynindəki köynəyin altında bel nahiyəsinə kəmərə bərkidilmiş vəziyyətdə kiçik ölçülü plastik materialdan hazırlanmış səsgücləndirici olmuşdur. O, həmin səsgücləndiricini üzərində daşımaqda məqsədi görüntü yaratmaq olmuşdur ki, guya üzərində tapança və ya bıçaq var. O, Elgünə yaxınlaşb xahiş etmişdir ki, kənara çəkilsinlər ona sözü var. O, Elgünü metro keçidində quraşdırılmış videokamera olmayan və adamların seyrək olduğu yerə aparmışdır ki, onların danışığını kamera çəkməsin və adamlar eşitməsin. Çünki gündüz vaxtı olduğundan yeraltı keçiddə adamlar gedib-gəlirmişlər. Kənar çəkiləndən sonra o, Elgünə demişdir ki, üzərində olan pulu ona versin, maddi köməklik etsin. O, görmüşdür ki, Elgün pulu var lakin ona pul vermək istəmir. Buna görə də onunla əsəbi danışıb təcili pul lazım olduğunu, üstündəki pulu verməsini deyib, əlini kəmərə bərkitdiyi səsgücləndiriciyə köynəyin üzərindən toxunduraraq elə görüntü yaratmışdır ki, guya üzərində tapança və ya bıçaq var. Məqsədi Elgünü bu yolla qorxuzub pulunu almaq olmuşdur. Hansı ki, onun üzərində və ya əlində heç vaxt tapança və ya bıçaq olmamışdır. O, Elgünə qarşı heç bir əşya nümayiş etdirməmiş, köynəyin altından kəmərə bərkitdiyi səsgücləndiriciyə əlini aparıb yalnız görüntü yaratmışdır ki, güya üstündə silah var. Bundan əlavə o, Elgünü öldürmək və ya xəsarət yetirməklə hədələməmişdir, yalnız əsəbi danışıb görüntü yaratmışdır ki, qorxsun və şifahi şəkildə üzərində tapança olduğunu demişdir. Onun bu hərəkətlərindən sonra Elgün qorxub çiynindən asdığı pul qabını açıb 103 manat pulu çıxarıb ona vermişdir. Bundan sonra, Elgün yeraltı keçidin digər çıxışından çıxıb getmişdir. O, isə keçiddən çıxıb yaxınlıqdakı dayanacaqda 51 nömrəli avtobusa minib Əhmədli qəsəbəsinə gedərək yolun kənarında dayanmış tanımadığı şəxsdən 60 manata razılaşıb «Samsung J1» markalı mobil telefon alaraq əvvəldən istifadəsində olan ***-***-**-** nömrəsini telefona taxaraq istifadə etmişdir. Əhmədli qəsəbəsindən taksi ilə Hövsan qəsəbəsinə yollanaraq əldə etdiyi pulun qalan hissəsinə özü üçün su, dönər, siqaret alıb xərcləmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 22:30 radələrində o, yaşadığı evin yaxınlığında olarkən polis əməkdaşları ona yaxınlaşıb onu polis şöbəsinə dəvət etmişlər. O, etiraz etmədən polis əməkdaşları ilə birlikdə Bakı Şəhər BPİ-nə bilavasitə tabe olan Bakı Metropolitendə polis şöbəsinə gələrək etdiyi əməli səmimi etiraf etmişdir. O, Zərərçəkmiş şəxs əvvəldən tanımamışdır. Başqa heç kimə qarşı hədəqorxu gəlib pul tələb etməmişdir. O, sonra əldə etdiyi pulla Əhmədli qəsəbəsində tanımadığı şəxsdən 60 manata 01 (bir) ədəd «Samsung J 1» markalı mobil telefon almışdır, qalan pulu isə xərcləmişdir. Əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödədiyini, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin olmadığını, cavan olduğunu, ilk dəfə məhkum olunduğunu nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, o, atası X2 məxsus Xətai rayonu, metronun «Həzi Aslanov» stansiyasının yaxınlığında X.Məmmədov küçəsində «Yaşıl» məktəb ləvazimatları dükanında atası ilə birlikdə satıcı işləyir. O, pul qabını kəmər vasitəsi ilə çiynindən asıb önündə gəzdirmişdir. Həmin pul qabını köynəyin üstündən geyindiyinə görə ətrafdan asanlıqla görmüşlər. xx xxxxxx 2020-ci il tarixdə saat 16:00 radələrində atası dükanda qalmış, o isə evlərinə getmək üçün yola çıxmışdır. Həmin vaxt üstündən asdığı pul qabında 103 manat nağda pul, iki bank kartı, şəxsiyyət vəsiqəsi, metro kartı və sosial iş kartı olmuşdur. Şalvarının cibində isə iki ədəd «Samsung J6» və «Samsung J7» markalı mobil telefonlar olmuşdur. Binə qəsəbəsinə gedən avtobus dayanacağına keçmək üçün metronun yeraltı keçidinə düşmüşdür. O, yeraltı keçidə düşən zaman pilləkənlərdə sonradan istintaqda şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxs pilləkəndə tanımadığı bir cavan oğlanla dayanıb söhbət ediklərini görüb onların yanından keçəndə Elvindən «qaqaş başını ağrıtmıram ki» deyə oğlana müraciət etdiyini eşitmişdir. Lakin onlara fikir verməyib öz yoluna davam edib pilləkənləri düşüb 20-30 metr gedib yeraltı keçidin sonuna çatanda Təqsirləndirilən şəxs arxadan ona yaxınlaşıb onu çağırmışdır. O, dayanıb geri çevriləndə Elvin əl verib onunla görüşərək adının Elvin olduğunu deyərək, ondan kənar çəkilməklərini xahiş etmişdir. O, Elvinin təklifi ilə yeraltı keçidin künc tərəfinə çəkiləndən sonra Elvin ondan 1-2 manat pul istəmişdir. O, pulu olmadığını demişdir. Elvin ondan təkrar soruşmuşdur ki, «üstündə xırda pulu yoxdur ki ?» O, cavab vermişdir ki, «var amma öz pulu deyil, işin puludur». Bundan sonra, Təqsirləndirilən şəxs əlini şalvarının kəmər nahiyəsinin sol yan tərəfinə qoyub demişdir ki, «başqa bir nəfərdən də yardım üçün pul istədim, vermədiyinə görə silah məqsədi ilə aldım». Bundan sonra Təqsirləndirilən şəxs ondan tələb etmişdir ki, çiynindən asdığı pul qabını açıb ona pul versin. O, əvvəl fikirləşmişdir ki, Elvinə müqavimət göstərib qaçsın, lakin sonra fikirləşmiş ki, ürək əməliyyatı keçirbdir sonra xoşagəlməz hadisə ola bilər, ürəyində yeni problem yaranar, təkrar əməliyyat olunar. Bu səbəbdən o, Elvinin tələbini icra edərək pul qabının ağzını açıb içərisində olan 103 manat pulu çıxarıb ona vermişdir. Pulu iki hissədə 25 və 78 manat olmaqla ayırıb pul qabında saxlayırmış. Elvin pulu sayıb açıq göy rəngli cins şalvarının ön cibinə qoyaraq ona çıxıb getməsini demişdir. O, yoluna davam edib yeraltı keçidin qurtaracağından başlayan pilləkənlərlə yuxarı çıxmağa başlamışdır. Bu vaxt Elvin onu yenidən çağırıb demişdir ki, ürəkli adamdır üstündə olan pulunun hamsını ona vermişdir. O, isə cavab vermişdir ki, üstündə silah olduğunu deyir neyləməlidir. Bu sözdən sonra Elvin yenidən ona çıxıb getməsini demişdir. O, küçəyə çıxıb xeyli gedərək arxaya çönüb baxanda görmüşdür ki, Təqsirləndirilən şəxs yeraltı keçiddən çıxıb dayanaraq ona baxır. O, xeyli gedib təxminən 10-15 dəqiqə sonra Daxili İşlər Nazirliyinin «102 xidməti»nə zəng edib, hadisə barədə məlumat vermişdir. O, həyəcanlı olduğundan talanmış pulun məbləğini düz deməmişdir, həqiqətdə isə o, Elvinin hədəsi ilə pul tələb etdikdən sonra pul qabında olan 103 manatın hamısını çıxarıb ona vermişdir. O, Təqsirləndirilən şəxs əvvəldən tanımamışdır, onların arasında heç bir borc öhdəliyi olmamışdır. Elvin ona hədəqorxu gəlməmişdir, onun üstünə bıçaq və ya tapança çıxarıb nümayiş etdirməmiş, onu vurmamışdır və ona xəsarət yetirməmişdir. O, Elvinin üstündə hər-hansı bir silah və ya əşya görməmişdir. Elvinin əlini kəmərinin sol tərəfinə qoyub şifahi şəkildə dediyi sözdən belə başa düşmüş ki, üzərində tapança var. Lakin ona tapança ilə hər hansı hədə-qorxu gəlməmişdir. O, Elvinin üzərində doğurçu odlu silah olmasına inanmamışdır, sadəcə olaraq ürəyində olan problemlə bağlı ehtiyatlanmış ki, ona nəsə olar. Buna görə də, Elvinin göstərişini icra edib pul qabını açaraq içərisindəki 103 manatı çıxarıb ona vermişdir. Elvin ondan puldan başqa mobil telefon başqa əşya tələb etməmişdir və almamışdır. Ətrafda adamlar olsa da, o qışqırıb heç kimi köməyə çağırmamış və ya həmin yerdən qaçıb getməmişdir. Hazırda ona dəymiş ziyan ödənilmişdir. O, Təqsirləndirilən şəxs ilə barışmışdır, onu bağışlayır və ona məhkəmədən həbslə bağlı olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri BPİ-nə bilavasitə tabə olan Bakı metropolitenində PŞ-nin X3 kiçik inspektoru, polis serjantı X5 ifadə verərək göstərmişdir ki, o, 2004-cü ildən X4, 2018-ci ildən Bakı Şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinin X3 kiçik inspektoru polis baş serjantı vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə saat 16:29-da DİN-nin 102 xidmətinə Zərərçəkmiş şəxs zəng edərək metronun «Həzi Aslanov» stansiyasının piyada keçidində tanımadığı bir nəfər üzərində olan tapança ilə onu qorxuzub pulunu aldığını bildirmişdir. O, dərhal əməliyyat qrupu ilə birlikdə hadisə yerinə gedərək Zərərçəkmiş şəxs da, həmin yerə dəvət etmişlər. Polis Şöbəsinin təhqiqatçısı polis mayoru X7 Səfərovun ərizəsini alaraq, hal şahidlərinin və onların iştirakı ilə hadisə yerinə baxış keçirmişdir. Baxış zamanı məlum oldu ki, naməlum şəxs Zərərçəkmiş şəxs ünvan 2 ünvanında yerləşən metronun «Həzi Aslanov» stansiyasının keçidində hədələyərək üstündəki pulunu istəmişdir. Zərərçəkmiş şəxs isə pul kisəsində olan 103 manat pulu çıxarıb həmin naməlum şəxsə vesrmişdir. Bundan sonra keçiddə quraşdırılmış, eyni zamanda metronun çıxışının ətrafındakı ərazidə quraşdırılmış kamera görüntülərinə baxaraq Zərərçəkmiş şəxs yaxınlaşan şəxsi müəyyən etmişlər. Həmin şəxsin görüntüsünü Zərərçəkmiş şəxs göstərəndə o, pulunu məhz həmin şəxsin aldığını bildirmişdir. Bundan sonra əməliyyat yolu ilə müəyyən etmişlər ki, həmin şəxs ünvan 3 ünvanında yaşayan xx.xx.1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Əməliyyat tədbirləri ilə Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 22:30 radələrində yaşadığı ünvanın yaxınlığında tək müəyyən edib onu Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etdiyi cinayət əməlini səmimi etiraf edərək, etiraz etmədən onlarla birlikdə gəlmişdir. O, raport yazaraq Təqsirləndirilən şəxs Polis Şöbəsinə təhvil vermişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid Bakı şəhəri BPİ-nə bilavasitə tabə olan Bakı metropolitenində PŞ-nin X3 əməliyyat müvəkkili, polis leytenantı Şahid1 məhkəməyə teleqram vuraraq məhkəmə iclaslarına gələ bilməyəcəyini, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini və məhkəmə iclasının onun iştirakı olmadan aparılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid Bakı şəhəri BPİ-nə bilavasitə tabə olan Bakı metropolitenində PŞ-nin X3 əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş və o, ifadəsində göstərmişdir ki, o, 2013-cü ildən X4 işləyir. 2017-ci ildən isə Bakı şəhər Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsində işləyir. 2018-ci ildən artıq o, X3 əməliyyat müvəkkili polis baş leytenantı işləyir. Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdə saat 16:29- da DİN-nin 102 xidmətinə zəng edərək metronun «Həzi Aslanov» stansiyasının piyada keçidində tanımadığı bir nəfər üzərində olan tapança ilə onu qorxuzub 20 manat pulunu aldığını bildirmişdir. Onlar dərhal əməliyyat qrupu ilə hadisə yerinə getmişlər və Zərərçəkmiş şəxs da, həmin yerə dəvət etmişlər. Polis Şöbəsinin təhqiqatçısı polis mayoru X7 Səfərovun ərizəsini almış və şikayətçinin, hal şahidlərinin, onların iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, naməlum şəxs Zərərçəkmiş şəxs ünvan 4 ünvanında yerləşən metronun «Həzi Aslanov» stansiyasının keçidindən üstündəki əşya ilə hədələyərək üstündəki pulunu istəmişdir. Zərərçəkmiş şəxs isə sinəsindən asdığı pul kisəsində olan 103 manat pulu çıxarıb həmin naməlum şəxsə vermişdir. Bundan sonra keçiddə və həmin ərazidə quraşdırılmış kamera görüntüləri vasitəsi ilə keçirdikləri əməliyyət məlumatı ilə cinayət əməlini törətmiş şəxsin şəxsiyyətini müəyyən etmişlər və həmin şəxs ünvan 5 ünvanında yaşayan xx.xx.1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Keçirdikləri əməliyyat tədbirləri ilə Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 22:30 radələrində yaşadığı ünvanın yaxınlığında müəyyən edib onu Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etdiyi Cinayət əməlini səmimi olaraq etiraf etmişdir və onu X3 kiçik inspektoru polis baş serjantı X5 tərtib etdiyi raportla PŞ-nə təhvil vermişdir. Cinayət işinin 28-29-cu vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixində şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 75-78-ci vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi və təqsirlındirilən şəxsin MSY-dən azad edilməsi haqqında qərarların surətlərindən görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, MSY-dən həbsdən azad edilmişdir. Cinayət işinin 57-ci vərəqəsində olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs ona dəymiş ziyan 103 manat pulu Təqsirləndirilən şəxs atası Əvəz Mehdiyevdən qəbul etmişdir. Cinayət işinin 74-cü vərəqəsində olan və Zərərçəkmiş şəxsərizəsindən görünür ki, Zərərçəkmiş şəxs dəymiş ziyan ödənilmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti yoxdur. Cinayət işinin 118-124-cü vərəqələrində olan xx xxxxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs soyğunçuluq yolu ilə Zərərçəkmiş şəxs əldə etdiyi pul vəsaiti ilə aldığı “Samsung J1” markalı mobil telefon iş üzrə sübut növü kimi tanınmış və istitntaq materiallarına əlavə edilmişdir. 01 (bir) ədəd “DVD” diskdə olan görüntülər baş vermiş cinayət əməlinin görüntülərini özündə əks etdirdiyindən, sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və cinayət materiallarına əlavə edilmişdir. Cinayət işinin 89-cu vərəqəsində olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və X1 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 45-ci vərəqəsində olan Bakı şəhəri Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 104 saylı MKİS-i tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. O, yaşadığı müddət ərzində qonşular tərəfindən 104 saylı MKİS-nə heç bir şikayət daxil olmamışdır. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxsərizəsindən görünür ki, Zərərçəkmiş şəxs dəymiş ziyan ödənilmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs tamah niyyəti ilə qanunsuz olaraq özgənin əmlakını açıq talayaraq soyğunçuluq cinayətinin törətməsi, onun özünün istintaq zamanı verdyi ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CinayətMəcəlləsinin180.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin olmadığını, yaşadığı yerdən müsbət xasiyyətləndirildiyini, ilk dəfə məhkum olduğunu, cavan olduğunu cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixində şübhəli şəxs qismində tutulmuş və xx xxxxxx 2020-ci il tarixdə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək o, MSY-dən həbsdən azad edilmişdir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixindən xx xxxxxx 2020-ci il tarixinədək həbsdə saxlanıldığı 02 (iki) gün, 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində, qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəzalar cəzanın məqsədini təmin edir. Maddi sübutlarla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, baş vermiş cinayət əməlinin görüntülərini özündə əks etdirən maddi sübut hesab edilən və cinayət işinin materiallarına əlavə edilmiş 01 (bir) ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut – cinayət işinin materiallarında saxlanılan Təqsirləndirilən şəxs soyğunçuluq yolu ilə Zərərçəkmiş şəxs əldə etdiyi pul vəsaiti ilə aldığı “Samsung J1” markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan saonra dövlətnəfinəmüsadirəedilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.2.-ci maddəsinə əsasən, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 354, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən,Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixindən xx xxxxxx 2020-ci il tarixinədək həbsdə saxlanıldığı 02 (iki) gün, 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində, qəti olaraq, 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut hesab edilən və cinayət işinin materiallarına əlavə edilmiş 01 (bir) ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut – cinayət işinin materiallarında saxlanılan Təqsirləndirilən şəxs soyğunçuluq yolu ilə Zərərçəkmiş şəxs əldə etdiyi pul vəsaiti ilə aldığı “Samsung J1” markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan saonra dövlətnəfinəmüsadirəedilsin. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən şikayət və ya protest verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №1(011)-349/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-349/2020
18.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver