Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-349/2022 23.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, məhkəmə iclasının katibi Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1990-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, o, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(011)- 542/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdeh kimi ondan övladı xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay 170,00 manat sabit pul məbləğində və Melisa Dondolovanın 3 yaşına çatanadək, yəni xx.xx.2022-ci il tarixədək ondan xx.xx.2019-cu il tarixdən hesablanmaqla hər ay 50,00 manat sabit pul məbləğində aliment tutularaq Dondolova (Ərəbova) Mədinə Təmraz qızına ödənilməsinə dair məhkəmə aktının olmasını nəzərə almayaraq, onların icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirməmiş, buna görə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat inzibati qaydada cərimə edilməsinə və həmin məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılmasına baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış, icra məmuru tərəfindən icra sənədlərindəki tələblər üzrə yığılmış borcları icra etməsi üçün ona məsuliyyəti elan olunmaqla xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixlərdə rəsmi qaydada xəbərdarlıq olunsa da, şəxsi maraq niyyətilə-təqdimat verilən 11 fevral 2022-ci il tarixədək məhkəmə aktı üzrə cəmi 3740,00 manat aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək məhkəmənin qanuni qüvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə, eləcə də sonuncuya həmin məbləğdə maddi ziyan vurmaqla ədalət mühakiməsi mənafeyinə xələl gətirmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, fərdi əmək fəaliyyəti ilə məşğul olur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(011)-542/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdeh kimi ondan övladı xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay 170 manat pul məbləğində və qızı Melisa Dondolovanın 3 yaşına çatanadək, yəni xx.xx.2022-ci il tarixədək ondan xx.xx.2019-cu il tarixdən hesablanmaqla hər ay 50 manat sabit pul məbləğində aliment tutularaq keçmiş arvadı Mədinəyə ödənilməsi qət edilmiş və icra orqanın tələblərinə baxmayaraq maliyyə çətinlikləri olduğu üçün təqdimat verilənədək alimenti ödəyə bilməmiş və həmin vaxta 3740 manat alimet borcu yaranmışdır. İcra məmuru aliment borcunun ödənilməsi ilə əlaqədar ondan izahatlar almış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qanuni qüvvəyə minmiş qərarı ilə o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat inzibati qaydada cərimə edilmiş və həmin məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. İcra dövründə Təqsirləndirilən şəxs ümumi borcdan 2200 manat pul vəsaitini ödəmişdir. Hazırda fəhləlik etməklə fərdi əmək fealiyyətilə məşğuldur və aylıq qazancı 200-250 manat təşkil edir. Əməlindən səmimi peşmandır, vaxt verildiyi halda borcundan müəyyən qədər ödəniş edəcəkdir. Qeyd olunanları nəzərə alaraq məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə ailə qurduqdan sonra birgə nikahdan övladı xx.xx.2019-cu il təvəllüdlü X2 anadan olmuşdur. Ayrıldıqdan sonra övladı onun himayəsində qalmış, aliment tələbi ilə məhkəməyə iddia qaldırmış və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qanuni qüvvəyə minmiş qərarı ilə cavabdeh kimi Təqsirləndirilən şəxs qızı Melisa Dondolovanın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay 170 manat sabit pul məbləğində və Melisa Dondolovanın 3 yaşına çatanadək, yəni xx.xx.2022-ci il tarixədək Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən hesablanmaqla hər ay 50 manat sabit pul vəsaitinin ona verilməsi qət edilmişdir. Qətnamənin icrası ilə Bakı şəhəri Xətai rayonu üzrə İcra şöbəsinin icra məmurları məşğul olmuş, bununla əlaqədar borcluya bildiriş təqdim edilmiş, Təqsirləndirilən şəxs isə alimenti tam olaraq ödəməkdən imtina edərək icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat inzibati qaydada cərimə edilməsinə və həmin məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Bundan sonra da icra məmuru alimentin ödənilməsi ilə əlaqədar ona bildiriş təqdim etməsinə baxmayaraq, o, məhkəmə aktını qərəzli şəkildə icra etməmişdir. Təqsirləndirilən şəxs dəfələrlə borcunu ödəyəcəyinə söz vermiş, lakin vədinə əməl etməyərək onu aldatmışdır. Bu səbəbdən də ona ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Şahid1 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-542/2020 saylı, xx.xx.2020-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə cavabdeh kimi ondan övladı xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay 170 manat sabit pul məbləğində və Melisa Dondolovanın 3 yaşına çatanadək, yəni xx.xx.2022-ci il tarixədək Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən hesablanmaqla hər ay 50 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair məhkəmə aktının olmasını nəzərə almayaraq, onların icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirməmiş, buna görə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat inzibati qaydada cərimə edilməsinə və həmin məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırmasına baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış, icra məmuru tərəfindən icra sənədlərindəki tələblər üzrə yığılmış borcları icra etməsi üçün ona xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıqlar olunsa da, şəxsi maraq niyyətilə təqdimat verilən 11 fevral 2022-ci il tarixədək məhkəmə aktı üzrə cəmi 3740 manat aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək məhkəmənin qanuni quvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməklə aliment borcunu ödəməkdən yayınmışdır. Buna baxmayaraq borclu Təqsirləndirilən şəxs yenidən öz hərəkətlərini davam etdirmiş və qətnamədə göstərilən tələbi yerinə yetirmədiyi üçün sonuncunun barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət təqibinin başlanması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat verilmişdir. İş üzrə digər Şahid2 məhkəmə iclasının vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Şahid2 məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə istintaq dövründə vermiş olduğu ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o, iş üzrə digər Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işi başlanılmış, Dondolova (Ərəbova) Mədinə Təmraz qızı zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 1); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-542/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ilə Dondolova (Ərəbova) Mədinə Təmraz qızı arasında xx.xx.2018-ci il tarixində 72 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2019-cu il təvəllüdlü X1 anası Dondolova (Ərəbova) Mədinə Təmraz qızının yanında saxlanması, xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən hesablanmaqla hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment alınaraq Dondolova (Ərəbova) Mədinə Təmraz qızına ödənilməsi, xx.xx.2019-cu il təvəllüdlü X1 3 yaşına çatanadək, yəni xx.xx.2022-ci il tarixədək Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən hesablanmaqla, hər ay 50 (əlli) manat məbləğində sabit pul şəklində alimentin tutularaq Dondolova (Ərəbova) Mədinə Təmraz qızına ödənilməsi qət edilmişdir ( i.v. 12-17); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-542/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, qətnamə icra olunması üçün müvafiq icra şöbəsinə göndərilmişdir ( i.v. 10-11); icra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2020-ci il tarixli «İcraata başlamaq haqqında» qərarın və müvafiq bildirişin surətindən görünür ki, borclu Təqsirləndirilən şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-542/2020-015 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi üzrə verilmiş xx.xx.2020-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir (i.v.18-20); İş materiallarında olan müvafiq bildiriş və xəbərdarlıqlarda borclu Təqsirləndirilən şəxs müvafiq qeydindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixli «İcraata başlamaq haqqında» qərarın və müvafiq bildirişin surətini almışdır (i.v. 18-20); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-2684/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir ( i.v. 30-32); xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-542/2020-015 saylı qətnaməsi üzrə verilmiş icra sənədinin icrasından yayındığına görə Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddələri çərçivəsində barəsində tədbirlər görüləcəyi barədə xəbərdar olunmuşdur (i.v.35, 36, 37, 40, 41); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-789/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, xx.xx.1990-cı ildə ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır ( i.v. 43); Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, borclu xx.xx.1990-cı il təvəllüdlü ünvan 3 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir ( i.v. 48); xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-542/2020-015 saylı qətnaməsi üzrə verilmiş icra sənədinin icrasından yayındığına görə Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddələri çərçivəsində barəsində tədbirlər görüləcəyi barədə xəbərdar olunmuşdur (i.v.50, 52); Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Məşğulluq Agentliyinin 5 saylı Ərazi Məşğulluq Filialının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində xx.xx.2020-ci il tarixdən işsiz şəxs kimi qeydiyyatdadır ( i.v. 55); Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin 118 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Xətai rayonu Neapol 3 mənzil 19-da yaşayır və qeydiyyatdadır. Qonşuların hörmətini qazanıb, MKİS-in tədbirlərində aktiv olub, rəhbərliyin hörmətini qazanıb. Onun haqqında heç bir şikayət olmayıb ( i.v. 56); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnamənin xx.xx.2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur ( i.v. 86); Zərərçəkmiş şəxs kimi tanımaq haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır ( i.v. 87-88); Sübutların qiymətləndirilməsi haqqında 17 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi, cinayət işi üzrə zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər sənədlərin sübut növü kimi qəbul edilməsi qərara alınmışdır ( i.v. 98-100); Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli, xx/xx-164207/19 nömrəli məktubundan görünür ki, borc məbləği xx.xx.2019-cu il tarixdən hesablanmaqla 2022-ci ili yanvar ayı daxil olmaqla 3740 manat göstərilmişdir. xx.xx.2019-cu il tarixdən 2022-ci ilin yanvar ayı daxil olmaqla ödənilməli olan 5940 manat aliment borcundan borclu işdə olan qəbzlərə əsasən 2200 manat ödəniş etmişdir ( i.v. 101); Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 19 may 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nzəərdə tutulan ittiham elan olunmuşdur ( i.v. 109-110); Qətimkan tədbiri seçmək haqqında 19 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir ( i.v. 119-120); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, qanuni qüvvəyə minmiş məhkəmə qərarları və onların icraya yönəldilməsini təsdiq edən sənədlər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Təqsirləndirilən şəxs həm ibtidai araşdırma dövründə, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələrdə maddi imkanı olmadığından məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borc məbləğini ödəməkdən qərəzli yayınmaması ilə bağlı ifadələrinə məhkəmə hüquqi qiymətin verilməsini zəruri hesab edir. Bununla bağlı məhkəmə qeyd edir ki, adıçəkilən qətnamə əsasında xx.xx.2020-ci il tarixdə icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, Təqsirləndirilən şəxs borcun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilərək izahatı alınmış, məhkəmə qətnaməsini icra etməməsinə görə qanuna müvafiq olaraq xx.xx.2021-ci il tarixdə inzibati məsuliyyətə cəlb olunmasına baxmayaraq, yenidən ödəniş etməkdən qərəzli olaraq yayınmış, 11 fevral 2022-ci il tarixədək 3740,00 (üç min yeddi yüz qırx) manat məbləğində borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs uzun müddət ərzində borc məbləğini ödəməyə cəhd göstərməmiş, həmin borcu ödəməkdən müxtəlif bəhanələrlə indiyə qədər yayınmışdır. Borcun ödənilməməsinin onun maddi imkanı ilə əlaqədar olması barədə qeyd olunanlara dair məhkəmə qeyd edir ki, bu hal ötən müddət ərzində borclunun icra sənədini icra etməməsinə haqq qazandıra bilməz. Məhkəmənin bu qənaəti həmçinin onunla da əsaslandırılır ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən nəinki məhkəmə qərarı ilə müəyyən edilmiş məbləğdə, hətta daha az - maddi imkanı çata biləcəyi məbləğdə belə ödəniş etməmişdir. Bu, onun məhkəmə qərarının icrasına biganə yanaşdığını və qərarı qərəzli olaraq üzrsüz səbəbdən icra etmədiyini təsdiq edir. Təqsirləndirilən şəxs dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübüt növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə — iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqi, təqsirləndirilən şəxsin rəsmi qaydada işləmədiyi və islah işləri cəzasının icrasının mümkün olmadığı, həmçinin, məhkəmə qərarı qanuni qüvvəsinə minən vaxtdan ötən müddət ərzində borcun ödənilməsini təmin etməmiş şəxsin cərimə cəzasına məhkum edilməsinin ağlabatan olmaması, həmçinin əməlin sanksiyasında nəzərdə tutulan digər cəza növlərinin cəzanın məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilmədiyi, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınaraq hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixindən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərcləri və müsadirə ediləcək əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 23 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-349/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-349/2022
23.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver