Məhkəmə qərarları › İş №1(011)-349/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-349/2025

02.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-349/2025 02.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1996-cı ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Çomaxtur kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Çomaxtur Ərazi Dairəsi, Çomaxtur kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi evdə yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, xx.xx.2025-ci il tarixdə, saat 18 radələrində ünvan 1 ünvanının qarşısında şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs qəsdən əl zərbələri ilə baş nahiyyəsinə vurmaqla döyərək sonuncuya başın ənsə nahİyyəsinin dərialtı hematoması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2025-ci aprel ayının 9dan ailə həyatı qurmuş və hal-hazırda rəsmi nikahdadır. Zərərçəkmiş şəxs ilə evləndikləri vaxtdan münasibətləri qaydasında olmamışdır. Belə ki, onun ailə üzvləri onların ailə daxili məsələlərinə çox qarışmış və bu səbəbdən fikirləri arasında ziddiyyətlər olmuşdur. Bu kimi səbəblərə görə Zərərçəkmiş şəxs ilə aralarında dəfələrlə sözlə mübahisə olmuşdur. O, Zərərçəkmiş şəxs ilə birgə nikahda olsa belə Zərərçəkmiş şəxs ilə birlikdə yaşamır. Birlikdə yaşamamaqlarına səbəb Zərərçəkmiş şəxs artıq onu istəməməsidir. xx.xx.2025-ci il tarixdə, səhər saat 11 radələrində Zərərçəkmiş şəxs ismarıc yazaraq, bildirmişdir ki, görüşüb münasibətlərini yoluna qoysunlar. Zərərçəkmiş şəxs da razı olmuş və onunla “Həzi Aslanov” metrosunun yanında saat təxminən 18 radələrində görüşmüşdür. Zərərçəkmiş şəxs ondan təkidlə boşanmaq qərarını ona demişdir. Həmin vaxt onlar Bakı şəhəri, Xətai rayonu, M.Hadi 68 ünvanın qarşısında olmuşlar. Söhbət əsnasında Zərərçəkmiş şəxs ona dəfələrlə ayrılmaq fikrini demişdir. O da onu razı sala bilməyəcəyini görüb əsəbləşərək Zərərçəkmiş şəxs əli ilə baş nahiyyəsinə iki dəfə vuraraq döymüşdür. Lakin Zərərçəkmiş şəxs həmin vaxt onu vurmamışdır. O, Zərərçəkmiş şəxs əli ilə vurduqdan sonra ona heç nə deməmiş və oradan uzaqlaşmışdır. Aralarında mübahisə təxminən 1-2 dəqiqə ərzində baş vermişdir. O, arvadı Zərərçəkmiş şəxs ondan boşanmaq qərarına gəldiyinə və onunla barışmaq istədiyinə rədd cavabı verdiyinə görə döymüşdür. Təxminən saat 18 radələrində Zərərçəkmiş şəxs o, döyərkən Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi 68 ünvanın qarşısında olmuşlar və yanlarında heç kəs olmamışdır. Həmin vaxt səs-küy yaranmamış, hadisənin heç kəs şahidi olmamışdır. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini və bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə 2025-ci aprel ayının 9-dan ailə həyatı qurmuş və halhazırda rəsmi nikahdadır. Təqsirləndirilən şəxs ilə evləndikləri vaxtdan münasibətləri qaydasında olmamışdır. Belə ki, onların fikirləri arasında ziddiyyətlər olmuşdur. Bu səbəbdən Təqsirləndirilən şəxsla aralarında dəfələrlə sözlə mübahisə olmuşdur. O, onunla birgə nikahda olsa belə Təqsirləndirilən şəxs ilə birlikdə yaşamır. Birlikdə yaşamamaqlarına səbəb Təqsirləndirilən şəxs ona laqeyd münasibətidir. xx.xx.2025-ci il tarixdə, səhər saat 11 radələrində Əmrah ona ismarıc yazaraq, bildirmişdir ki, görüşüb münasibətləri yoluna qoysunlar. O da razı olmuş və Təqsirləndirilən şəxs ilə “Həzi Aslanov” metrosunun yanında saat təxminən 18 radələrində görüşmüşdür. O, Təqsirləndirilən şəxs sözlərinin üst-üstə düşmədiyini və ona qarşı pis münasibət göstərdiyi üçün ayrılmaq qərarını bildirmişdir. Təqsirləndirilən şəxs onu Bakı şəhəri, Xətai rayonu, M.Hadi 68 ünvanına, insanların olmadığı tərəfə aparmış və orada söhbət etməklərini bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs əli ilə baş nahiyyəsindən iki dəfə möhkəm əli ilə vuraraq, onu döymüşdür. O, Təqsirləndirilən şəxs ayrılıb uzaqlaşmaq istəyirdi. Bu zaman yenə Təqsirləndirilən şəxs əli ilə baş nahiyyəsinə vurmuşdur. O, Təqsirləndirilən şəxs onu vurmasına baxmayaraq, onun yanından uzaqlaşmış və ona heç bir söz deməmişdir. Aralarında mübahisə və dava-dalaş təxminən 1-2 dəqiqə ərzində baş vermişdir. Hadisə vaxtı Təqsirləndirilən şəxs və o, Bakı şəhəri, Xətai rayonu, M.Hadi 68 ünvanında olmuşlar və yanlarında heç kəs olmamışdır. Həmin vaxt səsküy yaranmamış, hadisənin şahidi heç kəs olmamışdır. Mübahisə vaxtı o, Təqsirləndirilən şəxs vurmamışdır. Təqsirləndirilən şəxs əvvəllər və hazırkı işə məhkəmədə baxılan dövürdə də, ona hədə-qorxu gəlmiş, ölümlə hədələmişdir. Beləliklə o, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışmadığını bildirərək ona ağır cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: hadisə yerinə baxış keçirilməsi haqqında 15 iyun 2025-ci il tarixli protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən hündür mərtəbəli binanın arxa tərəfinə baş vermiş hadisə ilə əlaqədar baxış keçirilmiş, Zərərçəkmiş şəxs hadisənin təfərruatlarını hadisə yerində bir daha göstərmiş və baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (i.v. 10-12); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X3 xx.xx.2025-ci il tarixli, 569 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs başın ənsə nahiyyəsinin dərialtı hematoması müəyyən edilmişdir. Xəsarət bərk-küt əşya təsirindən törənmişdir, qərarda göstərildiyi kimi xx.xx.2025-ci il tarixdə kənar şəxs (şəxslər) tərəfindən törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir (i.v. 18-19); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 24 iyun 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 170.1, 185.2.1 və 185.2.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsi tətbiq edilməklə 03 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən hökmdən CM-nin 177.2.4-cü maddəsi xarc edilmiş və ona CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsi tətbiq edilməklə 03 il 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad edilmişdir (i.v. 68/1-68/3); sadələşdirilmiş icraat materialının araşdırılması ilə əlaqədar sübutların qiymətləndirilməsi və cinayət işinin başlanmasının rədd edilməsi haqqında 19 iyun 2025ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkib əlamətlərinin yaranmadığını nəzərə alaraq material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vuraraq yüngül bədən xəsarəti yetirməsi faktı iş materialları ilə tam sübuta yetirildiyindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair açılmış məhkəməyədək sadələşdirilmiş icraat materialının araşdırılması davam etdirilmiş, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ifadələri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA birliyi X4 Xətai rayon Şöbəsinin canlı şəxsin xx.xx.2025-ci il tarixli «569» saylı ekspertizasının rəyi, 15 06.2025ci il tarixli baxış protokolu sübut növü kimi qiymətləndirilmişdir (i.v. 69-70); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-349/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasına təhvil verilməsi qərara alınmışdır; Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs tutularaq, dindirilməsi üçün xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə gətirilmişdir; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-349/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, cinayət işi üzrə icraat təzələnmiş və Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbirinə dəyişdirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təqsirinin mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertizanın rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma—min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə iclas zalında Zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ölümlə hədələnməsi, ona hədə-qorxu gəlinməsi ilə bağlı bildirdiklərinin araşdırılması və Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182-ci maddəsinin və 134-cü maddəsinin tərkib əlamətlərinin olub-olmamasının müəyyən edilməsi üçün Bakı şəhəri Xətai Rayon Prokurorluğuna məlumat verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkmələri nəzərdə tutulmuşdur; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini CM-nin 59.2-ci maddəsinə əsasən nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü üzrə olan məhkumluğu bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada ödənildiyindən CM-nin 18.4.3-cü maddəsinə əsasən cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Belə ki, AR CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunması, habelə məhkəmə istintaqı zamanı məhkəmənin çağırışlarına könüllü gəlməkdən yayınması onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirilməlidir Məhkəmə, Təqsirləndirilən şəxs digər cəza ilə cəzanın islah təsirinin yetərli olmayacağını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmayacağını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəzasının əvvəli 01 sentyabr 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 01 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalında həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Konvoy taborunun vasitəsilə Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182-ci maddəsinin və 134-cü maddəsinin tərkib əlamətlərinin olub-olmamasının müəyyən edilməsi üçün Bakı şəhəri Xətai Rayon Prokurorluğuna məlumat verilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar