Məhkəmə qərarları › İş №1(011)-35/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-35/2024

19.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-35/2024 19.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı Şəhər Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs1, müdafiəçi - "Kiçikbəyov və Partnyorları" Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxxxx 1972-ci ildə Masallı rayonu, Boradigah qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Təqsirləndirilən şəxs2 MMC-nin direktoru vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1, 313 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1, 313 və 320.1-ci maddələrinə münasibətdə cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 ittiham elan olunmuşdur ondan ötrü ki, o, vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və hüquqi şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi vahid tamah niyyətilə rəsmi informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmiş, bilə-bilə hüquq verən rəsmi sənədləri istifadə etmək məqsədilə vahid tamah niyyətilə saxtalaşdırmaqla qanunsuz olaraq hazırlamışdır. Belə ki, o, 30 oktyabr 2014-cü il tarixli qərarla cinayətdən xəbərsiz olan X9 tərəfindən təsis edilərək "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli Fərmanına əsasən müvafiq dövlət xidməti statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmiş Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində qeydiyyata alınmış və hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində qeydiyyatda olan, Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən təsdiq edilmiş 4-cü redaksiya nizamnaməsinə əsasən 50% payla X3 və 50% payla özünün həmtəsisçisi olduğu, hüquqi ünvanı ünvan 3 küçəsi, ev 30, mənzil 48 olan Təqsirləndirilən şəxs2 MMC üzrə (VÖEN: **********) 09 sentyabr 2021-ci il tarixli əmrə əsasən, həmin Cəmiyyətin direktoru təyin edilməklə həmin vəzifədə işləyərkən həmin Cəmiyyətin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən təsdiq edilmiş 4-cü redaksiya nizamnaməsinə əsasən, Cəmiyyətin cari fəaliyyətinə rəhbərlik etmək və onun operativ idarə olunmasını həyata keçirmək, vəkalətnamə olmadan Cəmiyyətin adından öz səlahiyyəti daxilində çıxış etmək, onu bütün dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, kommersiya və qeyri-kommersiya təşkilatları qarşısında, o cümlədən məhkəmələrdə iddiaçı və cavabdeh qismində təmsil etmək, öz səlahiyyəti daxilində Cəmiyyətin adından mülki-hüquqi müqavilələr, vəkalətnamələr vermək, müvəkkil banklarda Cəmiyyətin istənilən növ bank hesablarını açmaq və maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı hesab üzrə sərəncam vermək, Cəmiyyətin əməkdaşlarının əmək funksiyasının dairəsini müəyyən etmək, onlarla əmək müqavilələri bağlamaq, şərtlərini dəyişdirmək və qanunvericiliklə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək, Cəmiyyətin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görmək, öz səlahiyyəti daxilində qərarlar qəbul etmək; və həmin qərarları yazılı sürətdə əmrlə rəsmiləşdirmək, Cəmiyyətin fəaliyyəti ilə əlaqədar digər zəruri sənədlərin və təkliflərin hazırlanmasını həyata keçirmək və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və direktoru olduğu “X11" MMC üçün qanunsuz üstünlük, yəni qanunsuz gəlir əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edib gələcəkdə keçiriləcək elektron satınalma müsabiqələrində Təqsirləndirilən şəxs2 MMC-nin iştirakını təmin etmək və qazanc əldə etməkdə ifadə olunan tamah niyyəti ilə 2022-ci ilin may ayında Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti 15 ünvanda yerləşən X14 binasındakı Təqsirləndirilən şəxs2 MMC-nin fəaliyyət göstərdiyi 36 nömrəli ofisdə şəxsi istifadəsində olan noutbuk tipli kompüter texnikası vasitəsilə qrafik proqram təminatından istifadə etməklə, həmin kompüterin yaddaşındakı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Azərbaycan Metrologiya İnstitutu” X18 tərəfindən verilmiş hüquqi əhəmiyyətə malik olan, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 6.2.1-ci maddəsinə əsasən mal göndərənin satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması hallarının mövcud olmamasını müəyyən etməklə satınalmada iştirakını şərtləndirən, üzərində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti «Azərbaycan Metrologiya İnstitutu» X17 rəsmi blankı, dairəvi möhürləri, rəhbər və səlahiyyətli vəzifəli şəxslərinin imzaları və adları əks olunmuş rəsmi sənəd hesab edilən VTEMF HF58B tipli elektromaqnit sahəsi ölçən cihazın yoxlanılmasına dair “Ölçmə vasitələrinin yoxlanılması haqqında" 003601 reyestr nömrəli, ÖVY seriyalı, 004974 nömrəli, 08 may 2019-cu il tarixli şəhadətnamənin rəqəmsal nüsxəsinin “R№" qrafasındakı “003601" nömrəsini “003631" nömrəsi ilə, “ÖVY№” qrafasındakı “004974" nömrəsini “079477" nömrəsi ilə, "Yoxlama tarixi:” qrafasındakı “08.05.19" rəqəmlərini “02.05.22” rəqəmləri ilə, “Yoxlanılan ölçmə cihazının təsdiqi:" qrafasındakı “052143" rəqəmlərini “052145" rəqəmləri ilə, “Növbəti yoxlama tarixi:” qrafasındakı “08.05,20" rəqəmlərini “02.05.23” rəqəmləri ilə dəyişdirməklə hüquq verən rəsmi sənədi, yəni guya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti "Azərbaycan Metrologiya İnstitutu” X18 tərəfindən verilmiş VTEMF HF58B tipli elektromaqnit sahəsi ölçən cihazın yoxlanılmasına dair “ölçmə vasitələrinin yoxlanılması haqqında” 003631 reyestr nömrəli, ÖVY seriyalı, 079477 nömrəli, 02 may 2022-ci il tarixli şəhadətnaməni istifadə etmək məqsədilə saxtalaşdırmaqla qanunsuz olaraq hazırlayıb rəqəmsal nüsxəsini istifadəsində olan kompüterin yaddaşına köçürmüş, habelə eyni niyyətlə 2022-ci ilin istintaqla dəqiq müəyyən edilməyən tarixində Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti 15 ünvanda yerləşən X14 binasındakı "X11" MMC-nin fəaliyyət göstərdiyi 36 nömrəli ofisdə şəxsi istifadəsində olan noutbuk tipli kompüter texnikası vasitəsilə qrafik proqram təminatından istifadə etməklə, həmin kompüterin yaddaşındakı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Azərbaycan Metrologiya İnstitutu" X18 tərəfindən verilmiş hüquqi əhəmiyyətə malik olan, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 6.2.1-ci maddəsinə əsasən malgöndərənin satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması hallarının mövcud olmamadını müəyyən etməklə satınalmada iştirakını şərtləndirən, üzərində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Azərbaycan Metrologiya İnstitutu" X17 rəsmi blankı, dairəv möhürləri, rəhbər və səlahiyyətli vəzifəli şəxslərinin imzaları və adları əks olunmuş rəsmi sənəd hesab edilən MKS-03CA tipli dozimetr-radiometr cihazın kalibrlənməsinə dair 003478 reyestr nömrəli, KS seriyalı, 000302 nömrəli, 03 may 2019-cu il tarixli kalibrləmə sertifikatının rəqəmsal nüsxəsinin 1-ci səhifəsindəki “Kalibrləmə tarixi" qrafasındakı “xx.xx.2019" rəqəmlərini “xx.xx.2021” rəqəmləri ilə və “Verilmə tarixi” qrafasındakı “xx.xx.2019” rəqəmlərini “xx.xx.2021” rəqəmləri ilə, habelə 2-ci səhifəsindəki “Kalibrləmə tarixi” qrafasındakı “xx.xx.2019" rəqəmlərini “xx.xx.2021” rəqəmləri ilə dəyişdirməklə hüquq verən rəsmi sənədi, yəni guya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Azərbaycan Metrologiya İnstitutu” X18 tərəfindən verilmiş MKS-03CA tipli dozimetrradiometr cihazın kalibrlənməsinə dair 003478 reyestr nömrəli, KS seriyalı, 000302 nömrəli, 30 sentyabr 2021-ci il tarixli kalibrləmə sertifikatını istifadə etmək məqsədilə vahid niyyətlə saxtalaşdırmaqla qanunsuz olaraq hazırlayıb rəqəmsal nüsxəsini istifadəsində olan kompüterin yaddaşına köçürmüş, daha sonra cinayətkar niyyətini davam etdirərək "xxxx" QSC tərəfindən elan edilmiş və satınalma predmeti istismar sahələrində iş yerlərinin (əmək şəraitinin) attestasiyasının keçirilməsi üzrə xidmətlərin satınalınması olan 055632 müsabiqə nömrəli elektron kotirovka sorğusu üsulu ilə keçirilən satınalmada Təqsirləndirilən şəxs2 MMC-nin iştirakını təmin etmək və qazanc əldə etməkdə ifadə olunan tamah niyyətilə ilə 06 mart 2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti 15 ünvanda yerləşən X14 binasındakı Təqsirləndirilən şəxs2 MMC-nin fəaliyyət göstərdiyi 36 nömrəli ofisdə internet şəbəkəsinə çıxışı olan şəxsi istifadəsindəki noutbuk tipli kompüter texnikasından istifadə edərək Təqsirləndirilən şəxs2 MMC-yə məxsus “Asan İmza” gücləndirilmiş elektron imza vasitəsilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəsmi informasiya resursu olan “www.etender.gov.az" internet saytına daxil olaraq qeyd edilən informasiya resursuna bilə-bilə yalan məlumatları, yəni saxtalaşdırmaqla qanunsuz hazırladığı, guya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti "Azərbaycan Metrologiya İnstitutu” X18 tərəfindən verilmiş VTEMF HF58B tipli elektromaqnit sahəsi ölçən cihazın yoxlanılmasına dair “Ölçmə vasitələrinin yoxlanılması haqqında" 003631 reyestr nömrəli, ÖVY seriyalı, 079477 nömrəli, 02 may 2022-ci il tarixli şəhadətnamənin və MKS-03CA tipli dozimetrradiometr cihazın kalibrlənməsinə dair 003478 reyestr nömrəli, KS seriyalı, 000302 nömrəli, 30 sentyabr 2021-ci il tarixli kalibrləmə sertifikatının həmin kompüterin yaddaşında olan rəqəmsal nüsxələrini daxil etməklə, həmin hərəkətləri ilə dövlət satınalmaları zamanı dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, dövlət satınalmalarının şəffaflıq, aşkarlıq, bərabərlik və rəqabətlilik prinsipləri əsasında həyata keçirilməsi, dövlət satınalmaları haqqında qanunvericiliyin pozulmasının qarşısının alınması üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi vahid tamah niyyətilə rəsmi informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmiş, bilə-bilə hüquq verən rəsmi sənədləri istifadə etmək məqsədilə vahid tamah niyyətilə saxtalaşdırmaqla qanunsuz olaraq hazırlamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2 MMC tanışı X9 tərəfindən 30 oktyabr 2014-cü il tarixdə təsis edilmiş, sonuncu həmin Cəmiyyətin direktoru kimi fəaliyyətinə rəhbərlik etmişdir. 18 avqust 2021-ci il tarixdə Emin Qəhrəmanov ölmüşdür. 09 sentyabr 2021-ci il tarixdə həmin Cəmiyyətin təsisçisi dəyişdirilmiş, yeni təsisçi 100% payla Emin Qəhrəmanovun arvadı X3 olmuşdur. Gülər Qəhrəmanova tərəfindən Təqsirləndirilən şəxs2 MMC üzrə verilmiş 09 sentyabr 2021-ci il tarixli əmrlə o, həmin Cəmiyyətin direktoru təyin edilmişdir. 06 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 MMC-nin nizamnaməsi dəyişdirilmiş, həmin 4-cü redaksiyada olan nizamnaməyə əsasən Cəmiyyətin təsisçisi 1 pay, 5 manat, 50% pul şəklində X3 və 1 pay, 5 manat, 50% pul şəklində özü olmuşdur. Həmin nizamnaməyə əsasən Cəmiyyətin hüquqi ünvanı ünvan 5r. Bundan başqa həmin Nizamnaməyə əsasən Cəmiyyətin fəaliyyətinə cari rəhbərlik Cəmiyyətin təkbaşına icra orqanı olan Direktor tərəfindən həyata keçirilir. Direktorun səlahiyyətlərinə Cəmiyyətin cari fəaliyyətinə rəhbərlik etmək və onun operativ idarə olunmasını həyata keçirmək, vəkalətnamə olmadan Cəmiyyətin adından öz səlahiyyəti daxilində çıxış etmək, onu bütün dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, kommersiya və qeyri-kommersiya təşkilatları qarşısında, o cümlədən məhkəmələrdə iddiaçı və cavabdeh qismində təmsil etmək, öz səlahiyyəti daxilində Cəmiyyətin adından mülki-hüquqi müqavilələr, vəkalətnamələr vermək, müvəkkil banklarda Cəmiyyətin istənilən növ bank hesablarını açmaq və maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı hesab üzrə sərəncam vermək, Cəmiyyətin əməkdaşlarının əmək funksiyasının dairəsini müəyyən etmək, onlarla əmək müqavilələri bağlamaq, şərtlərini dəyişdirmək və qanunvericiliklə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək, Cəmiyyətin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görmək, öz səlahiyyəti daxilində qərarlar qəbul etmək və həmin qərarları yazılı sürətdə əmrlə rəsmiləşdirmək, Cəmiyyətin fəaliyyəti ilə əlaqədar digər zəruri sənədlərin və təkliflərin hazırlanmasını həyata keçirmək aiddir. Nizamnaməyə əsasən Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul ola bilər. Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq xüsusi icazə alınması tələb edilən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul ola bilər. Hazırda həmin Cəmiyyət iş yerlərinin attestasiyası, mühasibatlıq xidməti, kadr uçotunun qurulması, maliyyə hesabatları və sair xidmətlər göstərir. İş yerlərinin (əmək şəraitinin) attestasiyası Azərbaycan Respublikası Əmək Məcəlləsinin 64-cü maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən işəgötürən müvafiq normativ hüquqi aktla müəyyən edilmiş qaydada iş yerlərinin attestasiyasının keçirilməsini təmin etməlidir. İşəgötürən müvafiq iş yerlərində əməyin mühafizəsi tədbirlərinin təmin olunmasını və ya istehsal sanitariyasının, gigiyenasının vəziyyətini müəyyən etmək və yaxşılaşdırmaq məqsədi ilə, habelə əmək məhsuldarlığının və işin səmərəliliyinin artırılması, əməyin təşkilində ən mütərəqqi üsulların, o cümlədən yeni texnikanın və ya texnologiyanın tətbiqi zamanı iş yerlərinin attestasiyasını keçirməlidir. Bu məqsədlə həmkarlar ittifaqları təşkilatının nümayəndələrindən, əməyin mühafizəsi xidmətlərinin və əməyin təşkili üzrə peşəkar mütəxəssislərdən ibarət iş yerlərinin attestasiyası komissiyası yaradılır. Əmək şəraitinin attesyasiyasının keçirilməsindən ötrü Ventis MX4 ПГА-87 tipli qazanalizator, SL 814 tipli və CEM DT-8820 tipli səs ölçən, AR 63C Smartsen tipli titrəyiş ölçən, Ld 3B Sibata tipli tozölçən, VTEMF HF58B tipli elektromaqnit sahəsi ölçən, MKS-03CA tipli dozimetrradiometr, HS1010A tipli işıq ölçən və TA 318 tipli termohigrometr kimi cihazlardan istifadə edilir. Qeyd edilən cihazlar istifadə müddətindən asılı olaraq kalibrlənməli, habelə metroloji tələblərə uyğunluğu yoxlanılmalıdır. Qeyd edilən cihazların kalibrlənməsi və metroloji tələblərə uyğunluğu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin “Azərbaycan Metrologiya İnstitutu” PHŞ tərəfindən həyata keçirilir. “Azərbaycan Metrologiya İnstitutu” PHŞ ilə Təqsirləndirilən şəxs2 MMC arasında 22 aprel 2019-cu il tarixli 01149 nömrəli ölçmə vasitələrinin və sınaq avadanlıqlarının yoxlanılması (kalibrlənməsi və attestasiyası) xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən AR 63C Smartsen tipli titrəyiş ölçən cihazın yoxlanılması haqqında 19 aprel 2019-cu il tarixli 004955 nömrəli, SL 814 tipli səs ölçən cihazın yoxlanılması haqqında 22 aprel 2019-cu il tarixli 004956 nömrəli, Ld 3B Sibata tipli tozölçən cihazın yoxlanılması haqqında 25 aprel 2019-cu il tarixli 005604 nömrəli, TA 318 tipli termohigrometr cihazın yoxlanılması haqqında 25 aprel 2019-cu il tarixli 005606 nömrəli, Ventis MX4 ПГА-87 tipli qazanalizator cihazın yoxlanılması haqqında 25 aprel 2019-cu il tarixli 005602 və 005603 nömrəli, HS1010A tipli işıq ölçən cihazın yoxlanılması haqqında 25 aprel 2019-cu il tarixli 005605 nömrəli, VTEMF HF58B tipli elektromaqnit sahəsi ölçən cihazın yoxlanılması haqqında 08 may 2019-cu il tarixli 004974 nömrəli şəhadətnamələr və MKS-03CA tipli dozimetr-radiometr cihazın kalibrlənməsi haqqında 30 aprel 2020-ci il tarixədək etibarlı olan 03 may 2019-cu il tarixli sertifikat verilmişdir. “Azərbaycan Metrologiya İnstitutu” PHŞ ilə Təqsirləndirilən şəxs2 MMC arasında 07 aprel 2022-ci il tarixli 0349 nömrəli ölçmə vasitələrinin və sınaq avadanlıqlarının yoxlanılması (kalibrlənməsi və attestasiyası) xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Ld 3B Sibata tipli tozölçən cihazın yoxlanılması haqqında 13 aprel 2023-cü il tarixədək etibarlı olan 13 aprel 2022-ci il tarixli 059546 nömrəli və 22 dekabr 2023-cü il tarixədək etibarlı olan 22 dekabr 2022-ci il tarixli 083330, Ventis MX4 ПГА-87 tipli qazanalizator cihazın yoxlanılması haqqında 13 oktyabr 2022-ci il tarixədək etibarlı olan 13 aprel 2022-ci il tarixli 059547 nömrəli və 22 iyun 2023-cü il tarixədək etibarlı olan 22 dekabr 2022-ci il tarixli 083331, HS1010A tipli işıq ölçən cihazın yoxlanılması haqqında 13 aprel 2023-cü il tarixədək etibarlı olan 13 aprel 2022-ci il tarixli 059548 nömrəli, TA 318 tipli termohigrometr cihazın yoxlanılması haqqında 22 dekabr 2023-cü il tarixədək etibarlı olan 22 dekabr 2022-ci il tarixli 083329 və 084505 nömrəli, CEM DT-8820 tipli səs ölçən cihazın yoxlanılması haqqında 26 dekabr 2023-cü il tarixədək etibarlı olan 26 dekabr 2022-ci il tarixli 085420 nömrəli şəhadətnamələr və MKS- 03CA tipli dozimetr-radiometr cihazın kalibrlənməsi haqqında 22 dekabr 2023-cü il tarixədək etibarlı olan 22 dekabr 2022-ci il tarixli sertifikat verilmişdir. Həmin vaxt qeyd edilən avadanlıqların hamısının yoxlanılmasına dair yuxarıda sadalanılan müvafiq şəhadətnamə və sertifikatları alsa da, VTEMF HF58B tipli elektromaqnit sahəsi ölçən cihazın yoxlanılması mümkün olmadığından müvafiq şəhadətnaməni elə həmin dövrdə, yəni 2022-ci ilin may ayında, hazırda xatırlamadığı gündə Cəmiyyətin fəaliyyət göstərdiyi Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti 15 ünvanda yerləşən X14 binasındakı 36 nömrəli ofisdə yerləşən xidməti otağında istifadə etdiyi noutbuk tipli kompüter vasitəsilə VTEMF HF58B tipli elektromaqnit sahəsi ölçən cihazın yoxlanılması haqqında şəhadətnaməni hazırlamaq qərarına gəlmişdir. Bununla əlaqədar fotoredaktə proqram təminatından istifadə edərək qeyd edilən kompüterin yaddaşında olan VTEMF HF58B tipli elektromaqnit sahəsi ölçən cihazın yoxlanılması haqqında 08 may 2019-cu il tarixli 004974 nömrəli şəhadətnamənin skaner vasitəsilə köçürülmüş rəqəmsal nüsxəsinin “R№” qrafasındakı “003601” nömrəsini “003631” nömrəsi ilə, “ÖVY№” qrafasındakı 004974” nömrəsini “079477” nömrəsi ilə, “Yoxlama tarixi:” qrafasındakı “08.05.19” rəqəmlərini “02.05.22” rəqəmləri ilə, “Yoxlanılan ölçmə cihazının təsdiqi:” qrafasındakı “052143” rəqəmlərini “052145” rəqəmləri ilə, “Növbəti yoxlama tarixi:” qrafasındakı “08.05.20” rəqəmlərini “02.05.23” rəqəmləri ilə dəyişdirmiş, hazırladığı qeyd edilən sənədi öz istifadəsində olan qeyd edilən kompüterin yaddaşında saxlamışdır. Bundan başqa 2022-ci ildə hazırda xatırlamadığı tarixdə MKS-03CA tipli dozimetr-radiometr cihazın kalibrlənməsi haqqında sənədin etibarlılıq müddəti keçdiyindən və həmin vaxt “Azərbaycan Metrologiya İnstitutu” PHŞ ilə müqavilə olmadığından ani lazım olması ehtimalı ilə Cəmiyyətin fəaliyyət göstərdiyi Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti 15 ünvanda yerləşən X14 binasındakı 36 nömrəli ofisdə yerləşən xidməti otağında istifadə etdiyi noutbuk tipli kompüter vasitəsilə MKS-03CA tipli dozimetr-radiometr cihazın kalibrlənməsi haqqında sertifikatı hazırlamaq qərarına gəlmişdir. Bununla əlaqədar fotoredaktə proqram təminatından istifadə edərək qeyd edilən kompüterin yaddaşında olan MKS-03CA tipli dozimetr-radiometr cihazın kalibrlənməsi haqqında 03 may 2019-cu il tarixli sertifikatın skaner vasitəsilə köçürülmüş rəqəmsal nüsxəsinin 1-ci səhifəsindəki “Kalibrləmə tarixi” qrafasındakı “xx.xx.2019” rəqəmlərini “xx.xx.2021” rəqəmləri ilə və “Verilmə tarixi” qrafasındakı “xx.xx.2019” rəqəmlərini “xx.xx.2021” rəqəmləri ilə, habelə 2-ci səhifəsindəki “Kalibrləmə tarixi” qrafasındakı “xx.xx.2019” rəqəmlərini “xx.xx.2021” rəqəmləri ilə dəyişdirmiş, hazırladığı qeyd edilən sənədi öz istifadəsində olan qeyd edilən kompüterin yaddaşında saxlamışdır. 06 fevral 2023-cü il tarixdə "xxxx" QSC-nin elan etdiyi satınalma predmetini “İstismar sahələrində iş yerlərinin (əmək şəraitinin) attestasiyasının keçirilməsi üzrə xidmətinin satın alınması” təşkil edən 55632 nömrəli elektron satınalma müsabiqəsində iştirak etmək qərarına gəlmişdir. Bununla əlaqədar malgöndərən kimi Təqsirləndirilən şəxs2 MMC-nin zəruri sənədlərinin “etender.gov.az” informasiya resursuna daxil edilməsi lazım olduğuna görə Cəmiyyətin fəaliyyət göstərdiyi Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti 15 ünvanda yerləşən X14 binasındakı 36 nömrəli ofisdə yerləşən xidməti otağında olan noutbuk tipli kompüterdən istifadə edərək Təqsirləndirilən şəxs2 MMC-yə məxsus +994(50) ***-**-** mobil telefon nömrəsinə bağlı Asan İmza vasitəsilə “etender.gov.az” informasiya resursundakı “malgöndərən” kabinetinə daxil olaraq satınalmada iştirak etmək üçün zəruri olan digər sənədlərlə birlikdə hazırladığı və kompüterinin yaddaşında olan guya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin “Azərbaycan Metrologiya İnstitutu” PHŞ tərəfindən verilmiş VTEMF HF58B tipli elektromaqnit sahəsi ölçən cihazın yoxlanılması haqqında 02 may 2022-ci il tarixli 079477 nömrəli şəhadətnamənin, habelə guya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin “Azərbaycan Metrologiya İnstitutu” PHŞ tərəfindən verilmiş MKS-03CA tipli dozimetr-radiometr cihazın kalibrlənməsi haqqında xx.xx.2021-ci il tarixli sertifikatın rəqəmsal nüsxələrini də həmin informasiya resursuna daxil etmişdir. Daha sonra əməlini səmimi etiraf etməsini və törətdiyi əməldən peşman olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxsin irəli sürülmüş ittihamda təqsirli olması özünün etirafı ilə yanaşı, zərər çəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Azərbaycan Respublikası Prezidentinin 2020-ci il, 23 oktyabr tarixli Fərmanı ilə yaradılmışdır. Həmin Xidmət antiinhisar, haqsız rəqabət, dövlət satınalmaları, reklam, texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarəedilməsi, istehlakçıların hüquqlarının müdafiəsi sahələrində dövlət siyasətinin hazırlanmasında iştirak edən və həyata keçirilməsini təmin edən, qeyd edilən, həmçinin istehlak bazarına nəzarət sahələrində öz səlahiyyətləri daxilində dövlət nəzarətini və tənzimlənməsini təmin edən icra hakimiyyəti orqanıdır. "xxxx" QSC-nin müəssisədə iş yerlərinin (əmək şəraitinin) attestasiyasının keçirilməsi ilə bağlı xidmətin satınalmasına dair vahid elektron portalı üzərindən keçirdiyi açıq tenderdə iştirak etmiş Təqsirləndirilən şəxs2 MMC tərəfindən təqdim edilən ixtisas göstəricilərinə dair sənədlərin həqiqiliyinin təsdiq olunması barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin (bundan sonra – Dövlət Xidməti) tabeliyində olan “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsə ünvanlanmış xx.xx.2023-cü il tarixli 13-19/2- 459/2023 nömrəli müraciətə (daxilolma qeydiyyatı: xx.xx.2023, 3-21-1-2/1-374/2023) Dövlət Xidmətində baxılmışdır. Müraciətlə əlaqədar Dövlət Xidməti tərəfindən müvafiq araşdırma aparılmış və araşdırma nəticəsində müəyyən edilmişdir ki, sözügedən tenderin şərtlər toplusunun tələbinə əsasən Təqsirləndirilən şəxs2 MMC tərəfindən dövlət satınalmalarının vahid elektron portalında yerləşdirilmiş ölçmə vasitələrinin yoxlanılması haqqında xx.xx.2022-ci il tarixli 003631 nömrəli şəhadətnamə və xx.xx.2021-ci il tarixli 003478 nömrəli kalibrləmə sertifikatı üzərində dəyişikliklər aparılaraq saxtalaşdırılmışdır. Təqsirləndirilən şəxsin törətmiş olduğu əməl nəticəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qanunla qorunan mənafelərinə zərər dəydiyi və bu sahədə tərəflərindən qorunan şəffaflıq pozulduğu üçün təmsil etdiyi qurum zərər çəkmiş şəxs qismində tanınmışdır. Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittihamı müdafiə edir və barəsində qanunauyğun qərar qəbul edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, keçirilən elektron müsabiqələrlə əlaqədar satınalan təşkilatlar satınalma prosedurunun yekununa dair tender komissiyasının protokolunu işlədiyi şöbəyə təqdim etdikdə tərəfindən həmin satınalma üzrə tender və ya kotirovka təklifi vermiş müəssisələrin təqdim etdikləri sənədlər yoxlanılır. "xxxx" QSC-dən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Azərbaycan Metrologiya İnstitutu” PHŞ-ə daxil olmuş 27 mart 2023-cü il tarixli 13-19/2- 459/2023 nömrəli məktub əsasında Təqsirləndirilən şəxs2 MMC tərəfindən "xxxx" QSC-nin 6 fevral 2023-cü il tarixdə elan etdiyi 055632 müsabiqə nömrəli elektron kotirovka sorğusuna təqdim etdiyi şəhadətnamə və sertifikatların həqiqiliyi araşdırılmışdır. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 MMC tərəfindən 06 mart 2023-cü il tarixdə etender.gov.az informasiya resursuna daxil edilmiş guya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin “Azərbaycan Metrologiya İnstitutu” PHŞ tərəfindən verilmiş VTEMF HF58B tipli elektromaqnit sahəsi ölçən cihazın yoxlanılması haqqında 02 may 2022-ci il tarixli 079477 nömrəli şəhadətnamə və MKS-03CA tipli dozimetr-radiometr cihazın kalibrlənməsi haqqında xx.xx.2021-ci il tarixli sertifikat “Azərbaycan Metrologiya İnstitutu” PHŞ tərəfindən verilməmiş, Təqsirləndirilən şəxs2 MMC-nin vəzifəli şəxsləri tərəfindən saxtalaşdırılaraq hazırlanmış və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəsmi informasiya resursu olan “etender.gov.az” saytının müvafiq alt bölməsinə yüklənmişdir. Bununla əlaqədar qeyd edilən materiallar araşdırılması üçün hüquq mühafizə orqanlarına göndərilmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, "xxxx" QSC tərəfindən “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsə elektron satınalma ilə bağlı təqdim edilmiş sənədlərin həqiqiliyinin şübhəli olmasına dair 13-19/2-459/2023 nömrəli xx.xx.2023-cü il tarixli müraciət ünvanlanmışdır. Qeyd edilən müraciət özü tərəfindən araşdırılarkən müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixində “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxslə Təqsirləndirilən şəxs2 MMC arasında xx.xx.2022-ci il tarixli 0349 nömrəli “Xidmətlərin göstərilməsi barədə” müqavilə imzalanmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxs tərəfindən təqdim olunan ölçmə vasitələrinin yoxlanılması və kalibrlənməsi işləri yerinə yetirilməklə nəticə olaraq ÖVY 059546 nömrəli xx.xx.2022-ci il tarixli (R№ 010025), ÖVY 059548 nömrəli xx.xx.2022-ci il tarixli (R№ 010027) və ÖVY 059547 nömrəli xx.xx.2022-ci il tarixli (R№ 010026) “Ölçmə vasitələrinin yoxlanılması haqqında” şəhadətnamələr tərtib olunaraq aidiyyəti üzrə təqdim edilmişdir və verilən şəhadətnamələr tam qanunauyğun olaraq tərtib edilmişdir. Bundan başqa "xxxx" QSC tərəfindən göndərilmiş qeyd edilən müraciətə əlavə edilmiş xx.xx.2021-ci il tarixli 003478 nömrəli kalibrlənmə sertifikatı və xx.xx.2022-ci il tarixli 003631 nömrəli şəhadətnamə kimi qeyd olunan sənədlərin də araşdırılması aparılmışdır. Məlum olmuşdur ki, xx.xx.2021-ci il tarixli 003478 nömrəli şəhadətnamə kimi qeyd olunan sənəd kalibrlənmə sertifikatıdır. xx.xx.2021-ci il tarixli 003478 nömrəli kalibrlənmə sertifikatı və xx.xx.2022-ci il tarixli 003631 nömrəli şəhadətnamə “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxslə Təqsirləndirilən şəxs2 MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 01149 nömrəli “Xidmətlərin göstərilməsi barədə” müqavilə əsasında tərtib olunmuşdur. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixli 003631 nömrəli şəhadətnamənin nömrəsi dəyişdirilərək ÖVY 079477 kimi, verilmə tarixi isə dəyişdirilərək xx.xx.2022-ci il (bitmə tarixi xx.xx.2023) kimi qeyd olunmuşdur. Bundan əlavə xx.xx.2021-ci il tarixli 003478 nömrəli kalibrlənmə sertifikatı üzərində dəyişiklik edilərək sertifikatın nömrəsi 000847, verilmə tarixi isə xx.xx.2021-ci il kimi qeyd edilmişdir, eyni zamanda sənədlərdə edilən dəyişikliklərin şriftləri “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxs tərəfindən verilən şəhadətnamələrin və kalibrlənmə sertifikatların tərtibatı zamanı istifadə olunan şriftlərə uyğun deyildir, təsdiq edici damğalar isə 2019-cu ilin 2-ci rübünə aiddir. Bundan başqa hər iki sənədi təsdiq edən rəhbər şəxs Saleh Səmədov 2020-ci ilin iyun ayında vəzifədən azad olunduğu halda kalibrlənmə sertifikatının həmin şəxs tərəfindən xx.xx.2021-ci il tarixdə imzalandığı göstərilmişdir. Eyni zamanda verilmiş şəhadətnaməni təsdiqləyən Nicat Əhmədov 2020-ci ildə işdən azad olduğu halda həmin sənədin xx.xx.2022-ci il tarixində həmin şəxs tərəfindən yoxlanılması qeyd edilmişdir. Beləliklə müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixli 003478 nömrəli kalibrlənmə sertifikatı və xx.xx.2022-ci il tarixli 003631 nömrəli şəhadətnamə üzərində düzəlişlər aparılmış və həmin sənədlər saxtalaşdırılmışdır. İş materiallarında olan: - “Cinayət işinin başlanması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 02/2-169c-23 saylı material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə cinayət işi başlanmışdır (i.v.4); - “Cinayət işinin icraata qəbul edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində icraata qəbul edilmişdir. (i.v.5); - Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Azərbaycan X8 Hüquqi Şəxsi tərəfindən KS 000302 №-li Kalibrləmə sertifikatının surətindən görünür ki, Təqsirləndirilən şəxs2 MMC-yə 30 sentyabr 2021-ci il tarixdə verilmişdir. (i.v.12-13); - həmin sənədin əslindən yəni Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Azərbaycan X8 Hüquqi Şəxsi tərəfindən KS 000302 №li Kalibrləmə sertifikatının əslindən görünür ki, Təqsirləndirilən şəxs2 MMC-yə 03 may 2019-cu il tarixdə verilmişdir. (i.v.47-48); - Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Azərbaycan X8 Hüquqi Şəxsi tərəfindən “Ölçmə vasitələrinin yoxlanılması haqqında” ÖVY 079477 №-li Şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 MMC-yə 02 may 2022-ci il tarixdə verilmişdir. (i.v.14); - həmin sənədin əslindən yəni Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Azərbaycan X8 Hüquqi Şəxsi tərəfindən “Ölçmə vasitələrinin yoxlanılması haqqında” ÖVY 004974 №-li Şəhadətnamənin əslindən görünür ki, Təqsirləndirilən şəxs2 MMC-yə 08 may 2019-cu il tarixdə verilmişdir. (i.v.46); - “Direktor təyin edilməsi haqqında” 09 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 MMC-nin direktoru Təqsirləndirilən şəxs1 təsdiq edilmişdir. (i.v.36); - Xidmətlərin göstərilməsi barədə 01149 №-li 22 aprel 2019-cu il tarixli müqavilədən görünür ki, təqdim edilmiş ölçmə vasitələri və sınaq avadanlıqlarının yoxlanılmasını və təsdiqedici sənədin verilməsini 20 iş gününə qədər təqdim edilməsi qeyd olunmuşdur. (i.v.49-50); - Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Azərbaycan X8 Hüquqi Şəxsi tərəfindən “Ölçmə vasitələrinin yoxlanılması haqqında” ÖVY 004955 №-li Şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 MMC-yə 19 aprel 2019-cu il tarixdə verilmişdir. (i.v.59-60); - Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Azərbaycan X8 Hüquqi Şəxsi tərəfindən “Ölçmə vasitələrinin yoxlanılması haqqında” ÖVY 004956 №-li Şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 MMC-yə 22 aprel 2019-cu il tarixdə verilmişdir. (i.v.61-62); - Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Azərbaycan X8 Hüquqi Şəxsi tərəfindən “Ölçmə vasitələrinin yoxlanılması haqqında” ÖVY 005602 №-li Şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 MMC-yə 25 aprel 2019-cu il tarixdə verilmişdir. (i.v.63-64); - Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Azərbaycan X8 Hüquqi Şəxsi tərəfindən “Ölçmə vasitələrinin yoxlanılması haqqında” ÖVY 005606 №-li Şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 MMC-yə 25 aprel 2019-cu il tarixdə verilmişdir. (i.v.65-66); - Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Azərbaycan X8 Hüquqi Şəxsi tərəfindən “Ölçmə vasitələrinin yoxlanılması haqqında” ÖVY 005604 №-li Şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 MMC-yə 25 aprel 2019-cu il tarixdə verilmişdir. (i.v.67-68); - Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Azərbaycan X8 Hüquqi Şəxsi tərəfindən “Ölçmə vasitələrinin yoxlanılması haqqında” ÖVY 005603 №-li Şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 MMC-yə 25 aprel 2019-cu il tarixdə verilmişdir. (i.v.69-70); - Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Azərbaycan X8 Hüquqi Şəxsi tərəfindən “Ölçmə vasitələrinin yoxlanılması haqqında” ÖVY 005605 №-li Şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 MMC-yə 25 aprel 2019-cu il tarixdə verilmişdir. (i.v.71-72); - Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Azərbaycan X8 Hüquqi Şəxsi tərəfindən “Ölçmə vasitələrinin yoxlanılması haqqında” ÖVY 004975 №-li Şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 MMC-yə 08 may 2019-cu il tarixdə verilmişdir. (i.v.73-74); - Xidmətlərin göstərilməsi barədə 0349 №-li 07 aprel 2022-ci il tarixli müqavilədən görünür ki, müqavilənin predmetinə əsasən “sifarişçi” sifariş veriri, “icraçı” isə hazırki Müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərlə ölçmə vasitələrinin tipinin təsdiqini və dövlət reyestrində qeydiyyata alınmasını (olduğu halda), eyni zamanda, ölçmə vasitələrinin və sınaq avadanlıqlarının yoxlanılması (kalibrlənməsi, attestasiyası) üzrə xidmətlərin göstərilməsini və nəticələrinə uyğun müvafiq təsdiq edici sənədlərin verilməsini öz öhdəsinə götürmüşdür. (i.v.75-76); - Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Azərbaycan X8 Hüquqi Şəxsi tərəfindən “Ölçmə vasitələrinin yoxlanılması haqqında” ÖVY 059547 №-li Şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 MMC-yə 13 aprel 2022-ci il tarixdə verilmişdir. (i.v.79-80); - Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Azərbaycan X8 Hüquqi Şəxsi tərəfindən “Ölçmə vasitələrinin yoxlanılması haqqında” ÖVY 059546 №-li Şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 MMC-yə 13 aprel 2022-ci il tarixdə verilmişdir. (i.v.81-82); - Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Azərbaycan X8 Hüquqi Şəxsi tərəfindən “Ölçmə vasitələrinin yoxlanılması haqqında” ÖVY 059548 №-li Şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 MMC-yə 13 aprel 2022-ci il tarixdə verilmişdir. (i.v.83-84); - Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Azərbaycan X8 Hüquqi Şəxsi tərəfindən “Ölçmə vasitələrinin yoxlanılması haqqında” ÖVY 059546 №-li Şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 MMC-yə 13 aprel 2022-ci il tarixdə verilmişdir. (i.v.81-82); - Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Azərbaycan X8 Hüquqi Şəxsi tərəfindən “Ölçmə vasitələrinin yoxlanılması haqqında” ÖVY 084602 №-li Şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 MMC-yə 21 dekabr 2022-ci il tarixdə verilmişdir. (i.v.90-91); - Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Azərbaycan X8 Hüquqi Şəxsi tərəfindən “Ölçmə vasitələrinin yoxlanılması haqqında” ÖVY 083329 №-li Şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 MMC-yə 22 dekabr 2022-ci il tarixdə verilmişdir. (i.v.92-93); - Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Azərbaycan X8 Hüquqi Şəxsi tərəfindən “Ölçmə vasitələrinin yoxlanılması haqqında” ÖVY 084505 №-li Şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 MMC-yə 22 dekabr 2022-ci il tarixdə verilmişdir. (i.v.94-95); - Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Azərbaycan X8 Hüquqi Şəxsi tərəfindən “Ölçmə vasitələrinin yoxlanılması haqqında” ÖVY 083331 №-li Şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 MMC-yə 22 dekabr 2022-ci il tarixdə verilmişdir. (i.v.96-97); - Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Azərbaycan X8 Hüquqi Şəxsi tərəfindən “Ölçmə vasitələrinin yoxlanılması haqqında” ÖVY 084504 №-li Şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 MMC-yə 22 dekabr 2022-ci il tarixdə verilmişdir. (i.v.98-99); - Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Azərbaycan X8 Hüquqi Şəxsi tərəfindən KS 001884 №-li Kalibrləmə sertifikatının surətindən görünür ki, Təqsirləndirilən şəxs2 MMC-yə 23 dekabr 2022-ci il tarixdə verilmişdir. (i.v.100-101); - Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Azərbaycan X8 Hüquqi Şəxsi tərəfindən “Ölçmə vasitələrinin yoxlanılması haqqında” ÖVY 083330 №-li Şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 MMC-yə 22 dekabr 2022-ci il tarixdə verilmişdir. (i.v.102-103); - Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Azərbaycan X8 Hüquqi Şəxsi tərəfindən “Ölçmə vasitələrinin yoxlanılması haqqında” ÖVY 083328 №-li Şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 MMC-yə 22 dekabr 2022-ci il tarixdə verilmişdir. (i.v.104-105); - Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Azərbaycan X8 Hüquqi Şəxsi tərəfindən “Ölçmə vasitələrinin yoxlanılması haqqında” ÖVY 085420 №-li Şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 MMC-yə 26 dekabr 2022-ci il tarixdə verilmişdir. (i.v.106-107); - “Cinayət işi üzrə törədilmiş əməlin tövsif edilməsi haqqında” 07 iyun 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə törədilmiş əməl Azərbaycan Respublikası CM-in 308.1 və 313-cü maddələrindən həmin Məcəllənin 308.1, 313 və 320.1-ci maddələrinə tövsif edilmişdir. (i.v.113-114); - “Birgə istintaq qrupunun yaradılması haqqında” 12 iyun 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi, İİ dərəcəli hüquqşünas X4 rəhbərliyi ilə Bakı şəhəri, Binəqədi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X6 ibarət tərkibdə birgə istintaq qrupu yaradılmışdır. (i.v.115-116); - “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” 14 iyun 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v.117-118); - Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Azərbaycan X8 Hüquqi Şəxsi tərəfindən “Ölçmə vasitələrinin yoxlanılması haqqında” ÖVY 079477 №-li Şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 MMC-yə 02 may 2022-ci il tarixdə verilmişdir. (i.v.131); - Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Azərbaycan X8 Hüquqi Şəxsi tərəfindən “Ölçmə vasitələrinin yoxlanılması haqqında” ÖVY 059546 №-li Şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 MMC-yə 13 aprel 2022-ci il tarixdə verilmişdir. (i.v.132-133); - Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Azərbaycan X8 Hüquqi Şəxsi tərəfindən “Ölçmə vasitələrinin yoxlanılması haqqında” ÖVY 059548 №-li Şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 MMC-yə 13 aprel 2022-ci il tarixdə verilmişdir. (i.v.134-135); - Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Azərbaycan X8 Hüquqi Şəxsi tərəfindən “Ölçmə vasitələrinin yoxlanılması haqqında” ÖVY 059547 №-li Şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 MMC-yə 13 aprel 2022-ci il tarixdə verilmişdir. (i.v.136-137); - Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Azərbaycan X8 Hüquqi Şəxsi tərəfindən KS 000302 №-li Kalibrləmə sertifikatının surətindən görünür ki, Təqsirləndirilən şəxs2 MMC-yə 30 sentyabr 2021-ci il tarixdə verilmişdir. (i.v.138-139); - “Azərbaycan Metrologiya İnstitutu” X17in 004-K nömrəli 24 aprel 2017-ci il tarixli əmrdən çıxarışdan görünür ki, X13 24 aprel 2017-ci il tarixdən aylıq vəzifə maaşı 550 (beş yüz əlli) manat olmaqla “Azərbaycan Metrologiya İnstitutu” X17 Etalonlar departamentinin Elektrik dövlət etalonları laboratoriyasına mühəndis metroloq vəzifəsinə təyin edilmişdir. (i.v.140); - “Azərbaycan Metrologiya İnstitutu” X17in 108-K nömrəli 01 oktyabr 2019-cu il tarixli əmrdən çıxarışdan görünür ki, X1 Elektrik və radiotexniki ölçmə vasitələrinin yoxlanılması və kalibrlənməsi şöbəsinin aparıcı metroloqu xx.xx.2017-ci il tarixli 5RJ1KDY000200 nömrəli Əmək müqaviləsinə xx.xx.2019-cu il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) xitam verilmişdir. (i.v.141); - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 10 iyun 2020-ci il tarixli K-11 №-li əmrindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (öz xahişi ilə) əsasən “Azərbaycan Metrologiya İnstitutu” X17 Baş direktor müavini – baş direktor vəzifəsini icra edən X5 əmək müqaviləsinə 10 iyun 2020-ci il tarixdən öz xahişi ilə xitam verilmişdir. (i.v.143); - Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 08 fevral 2018-ci il tarixli 010-K №-li əmrindən görünür ki, X10 08 fevral 2018ci il tarixdən “Azərbaycan Metrologiya İnstitutu” X17 baş direktor müavini vəzifəsinə təyin edilmişdir. (i.v.144-145); - Təqsirləndirilən şəxs1 barəsində xasiyyətnamədən görünür ki, xx.xx.2016-cı il tarixdən Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsi 33, məh.45, "xxxx" MTK yaşayış binası mənzil 172-də yaşayır. Ailəlidir. Bir övladı var. Bu ünvanda yaşadığı dövr ərzində o, özünü intizamlı və məsuliyyətli şəxs kimi təsdiq etməklə yanaşı, həm də təşəbbüskarlığı ilə seçilib. Binanın və qonşuların qarşılaşdığı problemlərin həllində köməklik göstərərək, düzgün qərarlar qəbul edib. Təqsirləndirilən şəxs1 qonşularla və digər şəxslərlə münasibətdə də həmişə mehribançılığı, ünsiyyətçiliyi və etik davranış normalarına əməl etməsilə başqalarına örnək olub. MTK-nın idarəetmə tələblərini hər zaman vaxtında icra edib. Yaşadığı müddət ərzində bina kollektivinin rəğbətini qazanan Təqsirləndirilən şəxs1, eyni zamanda gözəl ailə başçısı, vətənpərvər və qanunlara riayət edən şəxsdir. (i.v.152); - Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 93 saylı MKİS-i tərəfindən verilmiş 09 iyun 2023-cü il tarixli 171 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 həqiqətən ünvan 6 ünvanında yaşayır. (i.v.153); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 08 iyun 2023-cü il tarixli arayışından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən xx xxxxxxxx 1972-ci il tarixdə Azərbaycan Respublikasında anadan olmuş Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. (i.v.154); - “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 22 iyun 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 308.1, 313 və 320.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v.155- 159); - “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 22 iyun 2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs – xx xxxxxxxx 1972-ci il tarixdə Masallı rayonu, Boradigah qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Təqsirləndirilən şəxs2 MMC-nin direktoru vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v.186-187); - “Hüquqi şəxs barəsində cinayət hüquqi tədbirlərin tətbiq edilməsi barədə icraatın başlanması haqqında” 22 iyun 2023-cü il tarixli qərardan görünür ki, X9 tərəfindən 30 oktyabr 2014-cü il tarixli qərarla təsis edilmiş, hazırda həmtəsisçiləri 50% payla X3 və 50% payla Təqsirləndirilən şəxs1 olmaqla sonuncunun direktoru olduğu, hüquqi ünvanı ünvan 3 küçəsi, ev 30, mənzil 48 olan Təqsirləndirilən şəxs2 MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası CM-in 308.1, 313 və 320.1-ci maddələrinə münasibətdə cinayət hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat başlanmışdır. (i.v.195-199); - “Hüquqi şəxsin nümayəndəsi qismində tanınma haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 MMC-nin nümayəndəsi kimi tanınmışdır. (i.v.203-204); - “Vəsatətin rədd edilməsi haqqında” 22 iyun 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 22 iyun 2023-cü il tarixdə ittiham edilərkən və dindirilərkən ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilməsi, ona Azərbaycan Respublikası CM-in 308.1-ci maddəsi ilə əsassız ittiham elan edilməsi, saxtalaşdırmaqla qanunsuz hazırladığı MKS-03CA tipli dozimetr-radiometr cihazın kalibrlənməsi haqqında xx.xx.2021-ci il tarixli sertifikatın rəqəmsal nüsxəsini həmin informasiya resursuna texniki səhvən daxil etməsi barədə göstərdiyi xüsusatlar vəsatət kimi qiymətləndirilmiş və vəsatət əsassız olduğundan təmin olunmayaraq tam şəkildə rədd edilmişdir. (i.v.220-221); - “Zərər çəkmiş hüquqi şəxsin nümayəndəsinin tanınması haqqında” 22 iyun 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş hüquqi şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi qismində həmin Xidmətin Hüquq şöbəsinin Məhkəmələrlə iş sektorunun böyük məsləhətçisi Nümayəndə tanınmış, ona hüquq və vəzifələri izah edilmişdir. (i.v.251-252); - Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 5(001)- 1416/2023 saylı qərarından görünür ki, hüquqi ünvanı ünvan 3 küçəsi, ev 30, mənzil 48 olan Təqsirləndirilən şəxs2 MMC (VÖEN: **********) barəsində tətbiq oluna biləcək cinayət hüquqi tədbirlərin təmin edilməsi məqsədilə təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həmin hüquqi şəxsin ləğv edilməsinə qadağa qoyulmuşdur. (i.v.236-241); - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən arayışın təqdim edilməsi barədə 16 oktyabr 2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 MMC tərəfindən təqdim edilən 2022-ci il üzrə mənfəət vergisi bəyannaməsinə əsasən əsas vəsaitlərinin dəyər məbləğinin 4728,88 manat olduğu müəyyən edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 29 avqust 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 MMC-nin adına Respublika ərazisi üzrə daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş şahid ifadələri və digər obyektiv sübutların məcmusu ilə Təqsirləndirilən şəxs1 vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və hüquqi şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, vəzifəli şəxs kimi tamah niyyətilə rəsmi informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməsi, bilə-bilə hüquq verən rəsmi sənədləri qanunsuz olaraq istifadə etmək məqsədilə tamah niyyətilə saxtalaşdırma cinayətlərini törətməsi tamamilə sübuta yetirildi. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 308.1, 313 və 320.1-ci maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirlidir və əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının CM-nin 308.1-ci maddəsinə əsasən vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla törədildikdə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 313-cü maddəsinə əsasən vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs, tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə - min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 320.1-ci maddəsinə əsasən hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma - üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumların islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halları, təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də islah olunmasını mümkün sayır. Məhkəmə belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1, 313 və 320-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Eyni zamanda məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs1 əlavə cəza təyin edilməklə o, “dövlət və yerli özünüidarəetmə orqanlarında məsul vəzifə tutmaq” hüququndan məhrum edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Həmin Məcəllənin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə). Qeyd olunanlarla əlaqədar, habelə cəzanın fərdiləşməsi nəzərə alınmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə cəza təyin olunmalı və ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza saxlanılmalıdır. Cəzanın icrasına nəzarət Bakı Şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-5.1-ci maddəsinə əsasən, hüquqi şəxslərə cinayət-hüquqi tədbirlər kimi cərimə, xüsusi müsadirə, hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və hüquqi şəxsi ləğv etmə tətbiq edilə bilər. Qeyd olunmalıdır ki, fiziki şəxslərə tətbiq olunan cərimə cəzasından fərqli olaraq, cinayət-hüquqi tədbir kimi cərimə, başqa belə tədbirlər kimi CM-in Xüsusi hissəsinin heç bir maddəsinin sanksiyasında nəzərdə tutulmur. Ona görə də müvafiq əsaslar olduqda konkret hüquqi şəxsə cərimə növündə cinayət-hüquqi tədbirin tətbiq edilib-edilməməsi məsələsini məhkəmə həll edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-4.1-ci maddəsinə əsasən, hüquqi şəxsə cinayət-hüquqi tədbirlər həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs və həmin vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi tərəfindən törədilən cinayətlərə görə tətbiq edilir. Həmin Məcəllənin 99-4.5-ci maddəsinə əsasən hüquqi şəxslərə cinayət-hüquqi tədbirlər bu Məcəllənin 144, 144-1, 144-2, 144-3, 167–169, 169-1, 170–171-1, 192-2, 193- 1, 194, 200-1, 200-2, 214–220, 233, 242-244-1, 259-261, 271–284, 303.2, 308, 311, 312, 312-1, 313, 315, 316-1, 316-2, 320 və 323–326-cı maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsinə görə tətbiq edilir. Həmin Məcəllənin 99-6.1-ci maddəsinə əsasən hüquqi şəxslərə tətbiq edilən cinayəthüquqi tədbir qismində cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən və dövlət nəfinə keçirilən məcburi pul tutulmasından ibarətdir. CM-in 99-6-cı maddəsindən və cərimə tədbirinin mahiyyətindən aydın olur ki, bu tədbir CM-in 99-4.5-ci maddəsində sadalanan cinayətlərdən istənilən birinin törədilmiş olduğu halda bu cinayətlə əlaqəsi olan hüquqi şəxsə tətbiq oluna bilər. Deməli, hüquqi şəxsə cinayət-hüquqi tədbirlərin tətbiqi üçün müvafiq əsaslar (CM-in 99-4.1-ci maddəsi) olduqda, məhkəmə CM-in 99-5.4-cü maddəsində göstərilən hallan, habelə CM-in 99-6.3cü, 99-6.4-cü və 99-8.3-cü maddələrinin tələblərini nəzərə alaraq bu cinayətlə əlaqəsi olan hüquqi şəxs barəsində cərimə tədbiri tətbiq edə bilər. Cərimə həm əsas, həm də əlavə cinayət-hüquqi tədbir kimi tətbiq oluna bilər. Cərimə əsas tədbir kimi CM-in 99-4.5-ci maddəsində sadalanan cinayətlərdən istənilən birinə və ya bir neçəsinə görə tətbiq oluna bilər. Onun əlavə tədbir qismində tətbiqi isə yalnız bir halda - CM-in 99-8.3-cü maddəsində göstərilən halda hüquqi şəxs ləğv edildikdə mümkündür. Özü də CM-in 99-8.3-cü maddəsi imperativ olaraq müəyyən edir ki, hüquqi şəxsi ləğv etmə cinayət-hüquqi tədbiri tətbiq olunduğu hər bir halda ona əlavə tədbir kimi cərimə də təyin olunmalıdır. CM-in 99-6-cı maddəsi hüquqi şəxslərə cərimənin əsas cinayət-hüquqi tədbir kimi tətbiqi zamanı cərimə məbləğini müəyyən etmək üçün iki əsas halı nəzərə almağın zəruriliyini təsbit edir: 1) belə tədbirin tətbiqinə səbəb olmuş cinayətin ağırlıq dərəcəsinə görə növünü; 2) hüquqi şəxsin əmlakının dəyərini. Birinci halın tətbiq ediləcək cərimənin həddinə təsiri CM-in 99-6.3.1—99-6.3.4-cü maddələrində verilmişdir. Həmin maddələrdə ağırlıq dərəcəsinə görə hər bir növ cinayət üçün tətbiq edilə bilən cərimənin həddi təsbit edilmişdir. Bu normada hüquqi şəxsə cinayət-hüquqi tədbirlərin tətbiqinə əsas olan eyni növdən olan bir neçə cinayət, yaxud müxtəlif növlərdən olan bir neçə cinayət törədilmiş olduqda yekun cərimə məbləğinin necə müəyyən edilməsi məsələsi həll edilməmişdir. Cərimə növündə cinayət-hüquqi tədbirin tətbiqi zamanı nəzərə alınmalı olan ikinci hal CM-in 99-6.4-cü maddəsində təsbit edilmişdir. Bu maddənin imperativ və birmənalı tələbinə əsasən, hüquqi şəxsə tətbiq olunan cərimənin məbləği heç bir halda onun əmlakının dəyərinin yandan çox hissəsini təşkil edə bilməz. Bu tələbə hər bir halda riayət edilməlidir. Deməli, konkret hüquqi şəxsə tətbiq olunan cərimənin məbləği CM-in 99- 6.3.1—99.6.3.4-cü maddələrində göstərilən hədlərdən də aşäğı ola bilər, çünki hüquqi şəxsin əmlakının dəyərinin yansı müvafiq növ cinayətə görə nəzərdə tutulan cərimə məbləğinin aşağı həddindən az olsa da, məhkəmə əmlakın dəyərinin yandan çox hissəsi miqdannda cərimə tətbiq edə bilməz. Əmlakın anlayışı VM-in 13.2.2-ci maddəsində verilmişdir: əmlak hər hansı daşınar və ya daşınmaz əmlak, o cümlədən qeyri-maddi aktivlər, dövriyə yə vəsaitləri və mülkiyyət hüququnun digər obyektləridir. Əmlakın dəyərinin müəyyən edilməsi isə Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həyata keçirilir (VM-in 13.2.22-ci, 202-ci maddələri və s.). Cərimənin əlavə cinayət-hüquqi tədbir kimi tətbiqinin əsasları isə bir qədər fərqlidir. Belə ki, cərimə əlavə tədbir kimi yalnız bir halda - hüquqi şəxsi ləğv etmə tədbirinə qoşulmaqla, özü də dəqiq müəyyən edilmiş həddə — iki yüz min manat miqdarında təyin edilir. Nəzərə almaq lazımdır ki, göstərilən halda cərimənin əlavə tədbir kimi tətbiqi imperativ müəyyən olunmuşdur (CM-in 99-8.3-cü maddəsi). Lakin bu halda cərimənin əlavə tədbir kimi tətbiqi zamanı CM-in 99-6.4-cü maddəsinin tələbləri də nəzərə alınmalıdır, yəni hüquqi şəxs ləğv edilərkən təyin olunan cərimənin məbləği hər bir halda hüquqi şəxsin əmlakının dəyərinin yarısından artıq ola bilməz. Eyni zamanda CM-in qeyd olunan maddəsi hüquqi şəxsə təyin olunan cərimənin məbləğinin müəyyən edilməsinin iki qaydasını nəzərdə tutur: 1) konkret müəyyən olunmuş pul məbləğində; 2) vurulmuş ziyanın (əldə edilmiş gəlirin) konkret misli miqdarında. CM-in 99-6.3-cü maddəsində cinayətlərin hər bir növü üçün tətbiq edilə bilən cərimənin hər iki qaydada hesablanmasının hədləri təsbit edilmişdir. Məhkəmələr konkret hüquqi şəxsə həmin hədlər daxilində təyin edilən cərimənin miqdarını müəyyən edərkən CM-in 99-5.4cü maddəsində nəzərdə tutulan hallan, habelə hüquqi şəxsin maliyyə iqtisadi vəziyyətini nəzərə almalıdırlar. Lakin bu zaman CM-in 99-6.4-cü maddəsinin tələbinə də mütləq riayət olunmalıdır. Lakin cərimə cinayət nəticəsində vurulmuş ziyanın (əldə olunmuş gəlirin) misli ilə təyin olunduqda vurulmuş ziyanın (əldə olunmuş gəlirin) miqdan məhkəmə aktlarında öz əksini tapmış olmalıdır ki, cərimənin tutulması ilə bağlı heç bir çətinlik olmasın. CM-in 99-6.2-ci maddəsində işlədilmiş vurulmuş ziyan və əldə edilmiş gəlir anlayışları CM-in: 44-cü maddəsində işlədilmiş həmin anlayışlarla eyni mənaya malikdir (CM-in 44-cü maddəsinin şərhinə bax). CM-in, təhlil olunan norması və hər hansı,başqa norması hüquqi şəxsə cərimə təyin olunarkən hansı halda cərimənin miqdarının hansı üsulundan istifadə edilməsinə aydınlıq gətirmir. Şübhəsiz ki, eyni bir əmələ görə bu üsulların (müəyyən, pul məbləğində; vurulmuş ziyanın, (əldə edilmiş gəlirin) misli miqdarında) hər ikisi ilə cərimə hesablanmasından söhbət gedə bilməz (onlar bir-birinin alternativi kimi nəzərdə tutulur)" Deməli, hansı üsulun seçilməsi məsələsi məhkəmənin ixtiyarına verilmişdir. Məhkəmə hesab edir ki, cinayət nəticəsində ziyan vurulmuş olduqda və ya gəlir əldə edilmiş olduqda və həmin ziyanın və ya gəlirin miqdarı dəqiq müəyyən edilə bildikdə, məhkəmələr cəriməni ziyanın (gəlirin); konkret misli ilə təyin edilə bilər. Cinayət nəticəsində ziyan vurulmadıqda (gəlir əldə edilmədikdə), yaxud ziyanın (gəlirin) miqdarını (pulla ifadə olunan kəmiyyətini) dəqiq müəyyən etmək mümkün olmadıqda isə məhkəmələr konkret pul məbləğində cərimə təyin etməlidirlər. Həmin Məcəllənin 99-7.1-ci maddəsinə əsasən hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə sahibkarlıq fəaliyyətinin müəyyən növünü həyata keçirməyə icazə verən xüsusi razılığın (lisenziyanın) və ya xüsusi icazənin ləğv edilməsindən, müəyyən əqdlərin bağlanılmasının, səhm və ya digər qiymətli kağızların buraxılmasının, dövlətdən subsidiyaların və ya başqa güzəştlərin əldə edilməsinin və ya digər fəaliyyətlə məşğul olmanın qadağan edilməsindən ibarətdir. Həmin Məcəllənin 99-7.2-ci maddəsinə əsasən hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə bu Məcəllənin 99-5.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla hüquqi şəxsin müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılması qeyri-mümkün hesab edildikdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə - bir ildən iki ilədək müddətə, az ağır cinayətlərə görə - iki ildən üç ilədək müddətə təyin edilir. Beləliklə məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1, 313 və 320.1 maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin Təqsirləndirilən şəxs2 MMC adlı hüquqi şəxsi təmsil etmək, onun adından qərarlar qəbul etmək və onun fəaliyyətinə nəzarət etmək səlahiyyətlərinə malik olan vəzifəli şəxs Təqsirləndirilən şəxs1 tərəfindən törədilməsi öz təsdiqini tapdığından Təqsirləndirilən şəxs2 “İstismar sahələrində iş yerlərinin attestasiyasının keçirilməsi üzrə xidmətlərin göstərilməsi ” fəaliyyəti ilə məşğul olmaq üçün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə məxsus dövlət satınalmalarının vahid internet portalında iştirak etmək hüququndan məhrum edilməklə, əmlakının dəyərinin yarısından çox olmamaqla konkret pul məbləğində cərimə edilməlidir. Hökm qanuni qüvvəyə minənədək Hüquqi ünvanı Bakı ş., Binəqədi ray., M.Rəsulazadə ştq., Eldar Babayev 30, mənzil 48 olan Təqsirləndirilən şəxs2 (VÖEN: **********) yenidən təşkil olunması, yaxud təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə ləğv edilməsinin qadağan edilməsi barədə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(001)-1416/2023 saylı qərarı qüvvədə saxlanılmalıdır. Cinayət işi üzrə sübut kimi tanınmış ölçmə vasitələrinin yoxlanılması haqqında" 003601 reyestr nömrəli, ÖVY seriyalı, 004974 nömrəli, 08 may 2019-cu il tarixli şəhadətnamə və 003478 reyestr nömrəli, KS seriyalı, 000302 nömrəli, 03 may 2019-cu il tarixli kalibrləmə sertifikatının əslləri və saxtalaşdırılmaqla qanunsuz hazırlanmış "Ölçmə vasitələrinin yoxlanılması haqqında" 003631 reyestr nömrəli, ÖVY seriyalı, 079477 nömrəli, 02 may 2022-ci il tarixli şəhadətnamə və 003478 reyestr nömrəli, KS seriyalı, 000302 nömrəli, 30 sentyabr 2021-ci il tarixli kalibrləmə sertifikatı cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs1nın barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1, 313 və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətə “dövlət və yerli özünüidarəetmə orqanlarında məsul vəzifə tutmaq” hüququndan məhrum etmə cəzasına, CM-nin 308.1-ci maddəsi ilə 2000 (iki min) manat cərimə cəzasına, Azərbaycan Respublikasının CM-nin 313-cü maddəsi ilə 2000 (iki min) manat cərimə cəzasına, Azərbaycan Respublikasının CM-nin 320.1-ci maddəsi ilə 3000 (üç min) manat cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 02 (iki) il müddətə “dövlət və yerli özünüidarəetmə orqanlarında məsul vəzifə tutmaq” hüququndan məhrum edilməklə, 4000 (dörd min) manat cərimə cəzası təyin edilsin. Cəzanın icrası Bakı Şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hüquqi ünvanı Bakı ş. , Binəqədi ray., M.Rəsulazadə ştq., Eldar Babayev 30, mənzil 48 olan Təqsirləndirilən şəxs2 (VÖEN: **********) 2 (iki) il müddətinə “İstismar sahələrində iş yerlərinin attestasiyasının keçirilməsi üzrə xidmətlərin göstərilməsi ” fəaliyyəti ilə məşğul olmaq üçün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə məxsus dövlət satınalmalarının vahid internet portalında iştirak etmək hüququndan məhrum edilməklə, 2300 (iki min üç yüz) manat məbləğində cərimə edilsin. Hökm qanuni qüvvəyə minənədək Hüquqi ünvanı Bakı ş., Binəqədi ray., M.Rəsulazadə ştq., Eldar Babayev 30, mənzil 48 olan Təqsirləndirilən şəxs2 (VÖEN: **********) yenidən təşkil olunması, yaxud təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə ləğv edilməsinin qadağan edilməsi barədə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(001)-1416/2023 saylı qərarı qüvvədə saxlanılsın. İş üzrə sübut kimi tanınmış ölçmə vasitələrinin yoxlanılması haqqında" 003601 reyestr nömrəli, ÖVY seriyalı, 004974 nömrəli, 08 may 2019-cu il tarixli şəhadətnamə və 003478 reyestr nömrəli, KS seriyalı, 000302 nömrəli, 03 may 2019-cu il tarixli kalibrləmə sertifikatının əslləri və saxtalaşdırılmaqla qanunsuz hazırlanmış "Ölçmə vasitələrinin yoxlanılması haqqında" 003631 reyestr nömrəli, ÖVY seriyalı, 079477 nömrəli, 02 may 2022-ci il tarixli şəhadətnamə və 003478 reyestr nömrəli, KS seriyalı, 000302 nömrəli, 30 sentyabr 2021-ci il tarixli kalibrləmə sertifikatı cinayət işinin materiallarında saxlanılsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar