Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-350/2024 10.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxxx 1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, istintaqla müəyyən edilməyən vaxtda və şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,453 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edərək üzərində saxlamaqla daşımış onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Xətai RPİnin 34-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 27 fevral 2024-cü il tarixdə saat 21:50-də Bakı şəhəri, Xətai rayonu, 5-ci Əhmədli küçəsində saxlanılıb, Xətai RPİ-nin 34-cü PŞ-nə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi-axtarış və götürmə zamanı əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,453 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqla müəyyən edilməyən vaxtda və şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,648 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Xətai RPİ-nin 35-ci PB-nin əməkdaşları tərəfindən 03 may 2024-cü il tarixdə saat 13:00-da keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 3 ünvanın yaxınlığında saxlanılıb Xətai RPİ-nin 35-ci PB-nin inzibati binasına gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış və götürmə zamanı əynindəki tünd boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,648 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, ibtidai istintaqa verdiyi ifadəni təsdiq edir. Belə ki, o, ifadəsində göstərmişdir ki, işləmir, əvvəllər məhkum olunmuşdur. 2000-ci ildə X1 ilə rəsmi nikaha daxil olmuş və bu nikahdan 2005-ci il təvəllüdlü X6 dünyaya gəlmişdir. 2023-cü ildə Xətai rayon məhkəməsinin qərarı ilə nikahları ləğv olunmuşdur. X2 hal hazırda Polşa Respublikasında magistratura üzrə təhsil alır. 2013-cü ildə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə Xətai rayon məhkəməsinin hökmü ilə 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə, 2017-ci ildə Azərbaycan Respublikası CM-nin 194.2.1-ci maddəsi ilə Lənkəran Ağır Cinayətlər məhkəmənin hökmü ilə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 2017-ci ildə Şirvan Apellyasiya məhkəməsinin qərarı ilə cəzası 03 il 06 aya endirilmişdir. 2020-ci ildə Bakı şəhər Nizami rayon məhkəməsinin qərarı ilə təyin edilmiş cəzanın çəkilməmiş 03 ay 23 gün hissəsindən şərti olaraq vaxtında əvvəl azad edilmişdir, 27 fevral 2024-cü il tarixdə saat 18:00-da Bakı şəhəri, Nizami rayonu metronun «Neftçilər» stansiyasının yaxınlığında anket məlumatlarını bilmədiyi şəxsdən 20 manat nağd pul müqabilində “kakos" kimi tanıdığı narkotik vasitə heroini alıb şəxsi istifadəsi üçün üzərində saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat 21:50- də Bakı şəhəri, Xətai rayonu, 5-ci Əhmədli küçəsində olduğu zaman özünü şübhəli apardığından mülki geyimli şəxslər ona yaxınlaşıb, xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan narkotik vasitə və ya psixotrop maddənin qəbulu ilə məşğul olmağı barədə soruşduqda, kakos kimi tanıdığı narkotik vasitə istifadə etməsini bildirmişdir. Bundan sonra onu Xətai RPl-nin 34cü Polis Şöbəsinə dəvət edərək aparmışlar. Polis Şöbəsində hüquqlarını izah edib, üzərində narkotik vasitə və ya psixotrop maddə olmasından şübhələndiklərini bildirib, hüquqlarını müdafiə etmək üçün dəvət edilmiş vəkil gəldikdən sonra xidməti otaqların birində vidoçəkilişdən istifadə etməklə üzərində şəxsi axtarış və götürmə aparmağa başlamışlar. Həmin vaxtı polis əməkdaşı ona üzərində və ya əynində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşya və ya maddə varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Səmimi etiraf edərək uzun müddətdir narkotik vasitələrdən istifadə etdiyini deyib, üzərində də olan 01 ədəd ağ rəngli kağıza bükülmüş kakos kimi tanıdığı narkotik vasitə heroini əynindəki qara rəngli şalvarın sağ yan cibindən çıxardıb təqdim edərək həmin bükümü metronun «Neftçilər» stansiyasının yaxınlığında anket məlumatlarını bilmədiyi şəxsdən 20 manat nağd pul müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan başqa üzərində qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar olunmamışdır. Sonra isə polis əməkdaşları və vəkilin iştirakı ilə üzərinə axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Üzərindən aşkar edilmiş həmin narkotik vasitə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənmiş, iştirakçılar tərəfindən zərfin üzəri imzalanmışdır. xx.xx.2024-cü il tarixdə səhər saatlarında ''Neftçilər" metrostansiyası yaxınlığında üzdən tanıdığı anket məlumatlarını bilmədiyi əvvəllər də narkotik vasitə heroin və tiryək aldığı şəxsi görüb yaxınlaşaraq narkotik vasitə almaq istədiyini dedikdə həmin şəxs pul verməyini istəmişdir. Çox vaxt olduğu kimi yenə 20 manat pul ödəməklə verdiyi bir ədəd bükümü götürüb əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibinə qoyub narkotik vasitədən daha sonra istifadə etməyi düşünmüşdür. xx.xx.2024-cü tarixdə saat 13 radələrində Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi 19 ünvanı yaxınlığında olan zaman mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşıb, özlərini polis əməkdaşları kimi təqdim edərək narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib Xətai RPİ-nin 35-ci polis bölməsinə dəvət etmişlər. Polis bölməsində hüquq və vəzifələri izah olunaraq bölməyə müdafiəçi dəvət olunduqdan sonra üzərində videoçəkilişdən istifadə edilməklə axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşyaları təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra könüllü qaydada əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitəni çıxarıb təqdim etmişdir. Bundan sonra üzərində şəxsi axtarış keçirilmiş sonuncunun üzərindən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi narkotik vasitə elektron tərəzidə çəkilmiş və narkotik vasitənin bükümlə birlikdə 0,78 qram çəkidə olması müəyyən edilmişdir. Bundan sonra aşkar edilmiş narkotik vasitə bir ədəd kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənmiş, iştirakçılar tərəfindən zərfin üzəri imzalanmışdır. Üzərində axtarış aparılarkən onun üçün heç bir fərqi olmadığından aşkar edilmiş 01 ədəd bükümdə maddənin tiryək olduğunu demişdir. Hazırda əməlindən peşmandır və barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai RPİ-nin 35-ci PB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında qeydiyyatda olan və ünvan 6şayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatla əlaqədar xx.xx.2024-cü il tarixdə saat 13:00-da Xətai RPİ-nin 35-ci PB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1 ilə birlikdə keçirilən əməliyyat tədbiri zamanı Xətai rayonu, N.Tusi küçəsi 19 saylı ünvanın yaxınlığında Təqsirləndirilən şəxs saxlayıb özlərini təqdim edərək saxlama səbəbini izah edib Xətai RPİ-nin 35-ci PB-nə dəvət edərək gətirmişlər. Polis bölməsində olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zərurəti yarandığından, polis bölməsinə Bakı şəhəri, Vəkillər kollegiyasının 13 saylı vəkil bürosundan müdafiəçi dəvət olunmuşdur. Onun, Xətai RPİ-nin 35-ci PB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1 və müdafiəçinin iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı X8 şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edib, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif etmişdir. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs cibindən çıxardığı həmin bükümün içərisində '‘tiryək" kimi tanıdığı narkotik vasitə olmasını bildirmişdir. Həmin bükümü Bakı şəhəri, Nizami rayonu metronun “Neftçilər' stansiyasını yaxınlığında heç bir anket məlumatlarını bilmədiyi üzdən tanıdığı şəxsdən şəxsi istifadəsində aldığını bildirmişdir. Bundan sonra təhqiqatçı X8 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmiş və sonuncunun üzərindən heç bir əşya aşkar edilməmişdir. Ardınca isə təqdim olunan büküm elektron tərəzi vasitəsi ilə çəkildikdə bükümün 0,78 qram çəkidə olması müəyyən edilmişdir. Təqdim olunan kütlə zərfə qoyularaq möhürlənmiş, zərfin üzəri şübhəli şəxs Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş şahid Xətai RPİ-nin 35-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsi Şahid2 ifadəsi ilə oxşarlıq təşkil edərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai RPİ-nin 34-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid4 ifadəsində göstərmişdir ki, ünvan 7 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatla əlaqədar olaraq xx.xx.2024-cü il tarixdə saat 21:50də Xətai RPİ-nin 34- cü PŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid3 ilə birlikdə keçirilən əməliyyat tədbiri zamanı Xətai rayonu 5-ci Əhmədli küçəsində Təqsirləndirilən şəxs saxlayıb özlərini təqdim edərək saxlama səbəbini izah edib Xətai RPl-nin 34-cü PŞnə dəvət edərək gətirmişlər. Polis şöbəsində olan zaman Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zərurəti yarandığından, polis şöbəsinə Bakı şəhəri, Vəkillər kollegiyasının 13 saylı vəkil bürosundan müdafiəçi dəvət olunmuşdur. Onun, Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid3 və müdafiəçinin iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı baş təhqiqatçı X3 şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edib, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif etmişdir. Baş təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ağ rəngli kağız bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs cibindən çıxardığı həmin bükümün içərisində "kokos” kimi tanıdığı narkotik vasitə olmasını bildirmişdir. Həmin bükümü xx.xx.2024-cü il tarixdə saat 18:00-da Bakı şəhəri, Nizami rayonu metronun “Neftçilər" stansiyasının yaxınlığında adını bilmədiyi şəxsdən 20 manat pul müqabilində aldığını bildirmişdir. Bundan sonra baş təhqiqatçı X3 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və sonuncunun üzərindən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Ardınca isə təqdim olunan büküm elektron tərəzi vasitəsi ilə çəkildikdə bükümün 0,69 qram çəkidə olması müəyyən edilmişdir. Təqdim olunan kütlə zərfə qoyularaq möhürlənmiş, zərfin üzəri şübhəli şəxs Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş şahid Xətai RPİ-nin 34-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ifadəsi Şahid4 ifadəsi ilə oxşarlıq təşkil edərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Cinayət işi başlanması haqqında 04 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanıb icraata qəbul edilib istintaqı aparılmışdır. (i.v. 1) - şübhəli şəxsin tutulması haqqında 03 may 2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 13:00-da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 20) - 05 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v. 54-55) - 05 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün vəsatətlə Xətai rayon prokurorluğuna müraciət edilmiş və həmin tarixdə Xətai rayon prokuroru tərəfindən vəsatətin təmin edilməsindən imtina edilərək Təqsirləndirilən şəxs saxlanıldığı Xətai RPİ-nin MSY-dən azad edilmişdir.(i.v. 69-73) - 05 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir.(i.v.75-76) - Cinayət işi başlanması haqqında 28 fevral 2024-cü İİ tarixli qərardan görünür ki ********* nömrəli cinayət işi 28 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanılaraq, ibtidai istintaqı aparılmışdır. (i.v. 104) - şübhəli şəxsin tutulması haqqında 27 fevral 2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il il tarixdə saat 21:50-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 125) - ********* nömrəli cinayət işi üzrə 29 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v. 159-160) - ********* nömrəli cinayət işi üzrə 29 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün vəsatətlə Xətai rayon prokurorluğuna müraciət edilmiş və həmin tarixdə Xətai rayon prokuroru tərəfindən vəsatətin təmin edilməsindən imtina edilərək Təqsirləndirilən şəxs saxlanıldığı Xətai RPİ-nin MSY-dən azad edilmişdir. (i.v. 174-178) - 29 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir.(i.v. 180-181) - 08 may 2024-cü il tarixdə ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilərək ********* nömrə altında istintaqı davam edilmişdir. (i.v. 99-100) - 08 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. - xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokolunun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə 0,69 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür.(i.v. 136-137) - xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokolunun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış keçirilən zaman əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə 0,78 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür.(i.v. 31-32) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-6/1193 nömrəli 28 fevral 2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün N 152” möhür əksi, “Təqsirləndirilən şəxs” və s imzalar, soyadlar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,453 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (i.v. 147-151) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-3- 16-16/2-6/2449 nömrəli 04 may 2024-cü il tarixli ekspert rəyindən görünür ki, “Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Arayışlar üçün N 154" dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir bükümdə təmiz çəkisi 0,648 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (i.v. 41-45) - iş üzrə məhkəmə-narkoloji ekspertizanın xx.xx.2024-cü il tarixli 2821 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. (i.v. 264-265) - İstintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,453 qram və təmiz çəkisi 0,648 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış, qalıq qalmış 0,403 qram və 0,598 qram heroin saxlanış üçün Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. (i.v. 289-290 və 305) - İstintaq zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 02 ədəd DVD-R formatlı diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs üzərindən 01 ədəd ağ rəngli kağız bükümdə 0,453 qram və 01 ədəd şəffaf rəngli sellofan bükümdə 0,648 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır.( i.v: 138; 184-185; 33; 82-83; 289-298) - İş üzrə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroinin aşkar edilərək götürülməsinə dair videogörüntünü əks etdirən 02 ədəd DVD-R formatlı disklər maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. (i.v. 289-298) - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər məhkəməsinin 12,07.2017-ci il tarixli 1 (089)-265/2017 nömrəli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 194.2.1-ci maddəsi ilə təqsirli bilinib 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya məhkəməsinin xx.xx.2017-ci il tarixli 1(106)541/2017 nömrəli qərarı ilə təyin edilmiş cəzası 03 (üç) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qədər azaldılmışdır. Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 7(007)-171/2020 nömrəli qərarı ilə təyin edilmiş cəzanın çəkilməmiş 03 ay 23 gün hissəsindən şərti olaraq vaxtında əvvəl azad edilmişdir. (i.v. 254-255, 196-249) - Bakı şəhər Xətai Rayon Məhkəməsinin 16 avqust 2024-cü il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək barəsində axtarış elan olunmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. - Bakı İstintaq Təcridxanasının 11 oktyabr 2024-cü il tarixli 3-16-17/40/2-6843/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 09 oktyabr 2024-cü il tarixdə Xətai RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən tutularaq istintaq təcridxanasına təhvil verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 0,453 və 0,648 qram olan narkotik vasitə heroin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən şəxsin törətdiyi əməli etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini məhkəmə onun cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Cinayətlərin təkrar törədilməsini isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlinin xarakterini, cinayətin törədilməsi hallarını, cinayətin ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin törətdiyi əmələ münasibətini nəzərə alaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasından aşağı həddə cəzanın təyin edilməsi üçün müstəsna hallar, eləcə də cəzanın şərti tətbiq edilməsi üçün əsaslar yoxdur. Bu baxımdan məhkəmə qeyd edir ki, cəzanın əsas məqsədlərindən olan məhkumun islah olunması və qanunla qorunan ictimai münasibətlərin toxunulmazlığı və başqa şəxslərin qanunla qorunan hüquqlarına hörmət hissinin formalaşdırılması baxımından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzasının təyin edilməsi qanuni və ədalətlidir, həm də cəzanın məqsədinə uyğundur. İşin yuxarıda qeyd edilən hallarına görə həmin maddə ilə nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının məhkuma tətbiq edilməsi cəzanın məqsədlərinə nail olmaq üçün yetərli deyildir. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun 27-29 fevral və 03-05 may 2024-cü il tarixlərdə tutulduğu və 09 oktyabr 2024-cü il tarixdən etibarən həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 09 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 0,598 və 0,403 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırkı cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 175 (yüz yetmiş beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 24 (iyirmi dörd) iş saatına görə 144 (qırx dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə 4 (dörd) gün həbsdə saxlama müddəti 4 (dörd) gün azadlıqdan məhrum etmə cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 09 (doqquz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 09 oktyabr 2024-cü il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,598 və 0,403 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan - bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 175 (yüz yetmiş beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 24 (iyirmi dörd) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 144 (yüz qırx dörd) manat ödənilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-350/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-350/2024
10.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver